İnsan özünü ifadə edə bilmədiyi üçün sıxıntı keçirməməlidir. Allah onun içindəki bu duyğuları insanlara mütləq hiss etdirəcəkdir

Bəzən insan ətrafındakılara öz düşüncələrini, hiss etdiklərini tam şəkildə ifadə edə bilməməyin sıxıntısını keçirir. Ürəyindəkiləri tam olaraq açıqlaya bilməmək bu insanın həyəcanına səbəb olur.Sanki bunu edə bilsəydi, qarşı tərəfdə özü haqqındakı fikirləri dəyişdirəcəyini düşünür.

Əlbəttə ki,bunu bacara bilmək gözəl bir şeydir. Həqiqətən də, bu insanların bir-birlərini daha yaxşı başa düşmələri və tanımaları baxımından çox əhəmiyyətlidir. Amma insan özünü istədiyi kimi ifadə etməyi bacarmırsa, içində hiss etdiklərini, düşüncələrini tam olaraq biruzə verə bilmirsə, yenə də bu,onu təlaşlandırmamalı və sıxıntıya salmamalıdır.
 
Çünki insanın qarşısındakı adamı da, yaşayacağı hadisələri də, bütün fikirləri və hissləri də yaradan yalnız Allahdır. İnsan özünü ifadə edə bilməsə də, onun daxili dünyasında baş verən hər şeyiən yaxşı bilən Allahdır. Onsuz da onun başına gələn bütün hadisələri yaradan Allahdır. Bu səbəbdən əgər bir insan –mövzu nə olursa olsun- hər hansı bir məsələyə qəlbində səmimi və gözəl duyğular bəsləyirsə; məqəsdi yaxşılıq, dostluq, gözəl əxlaq nümayiş etdirməkdirsə, daxili dünyasındakı bu duyğuları insanlara hiss etdirəcək olan da Allahdır. Bu səbəbdən insanın təlaşa, çətinliyə düşəcəyi heç bir şey olmamalıdır.
 
Yuxarıda sadaladıqlarımıza zidd olaraq, əgər bu insanın içində, az da olsa mənfi hisslər varsa və sözləriylə bunu ört-basdır edib qarşı tərəfə fərqli imic verməyə çalışırsa, o zaman, əlbəttə ki,bu adam etdiyi səmimiyyətsizliyə görə təlaş içərisində olacaqdır. Çünki qarşı tərəfdə özü haqda gerçək olmayan bir fikir aşılamağa çalışır. Əlbəttə ki,  Allah insanın ürəyindəki bu səmimiyyətsizlikdən xəbərdardır. İnsan qarşı tərəfdə özü haqda müsbət rəy yaratmağı bacarsa  belə, Allah onsuz da hadisələri onun həqiqi niyyətinə görə yaradacaqdır. İnsanlar bu cür davrananlara inansalar belə, Allah onun qəlbindəki həqiqi niyyətləri bu adamın həyatına əks etdirəcəkdir.
 
Bu səbəbdən, əgər insan qarşısındakı insanlarda müsbət qənaət meydana gətirmək istəyirsə, yalnız sözlə bu kəsləri razı salmağa çalışmaqdansa, səmimi bir ruha sahib olmalıdır. Əgər həqiqətən qəlbən səmimidirsə, Allah o insandakı bu dəyəri mütləq digərlərinə də hiss etdirəcəkdir.

 


2010-09-28 17:11:22

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net