Bəzən hər hansı bir problemin həlli, hadisəyə sadəcə olaraq "daha fərqli bir gözlə baxmaq"dadır

Həyatda hər bir insanın dünyagörüşü vardır. Uşaqlığından etibarən aldığı təhsil, anasının atasının şəxsi keyfiyyətləri, yaşadığı hadisələr, sahib olduğu mədəniyyətin əsasları bu dünyagörüşünə istiqamət verir. İnsanların hadisələri qəbul etməsində, sahib olduqları bu dünyagörüşünün əhəmiyyəti o qədər böyükdür ki, bəzən iki fərqli insan eyni hadisəni bir-birinin tamamilə əksi olaraq qəbul edə bilər.

Məsələn, bəzən insan, içindən çıxa bilmədiyi bir hadisə ilə qarşılaşdıqda və ya çox çətin bir vəziyyətə düşdükdə, böyük bir problemlə qarşı-qarşıya olduğunu zənn edər. Amma əslində ortada zənn etdiyi kimi bir problem qətiyyən yoxdur. Bəzən isə, çox böyük zənn etdikləri bu problemin həlli, əslində adamın hadisəyə sadəcə olaraq baxış tərzini dəyişdirməsindədir. İnsan yalnız baxış tərzini dəyişdirərək, hadisələri olduqca fərqli şəkildə qəbul edə bilmək imkanı əldə edir.

Necə ki, bir insanın küçənin ortasında dayanıb ətrafına baxdıqda gördükləri ilə, eyni küçənin eyni nöqtəsindəki bir göydələndən həmin küçəyə baxaraq gördükləri fərqlidirsə; eyni adamın bir hadisəyə iki müxtəlif baxış tərzi ilə baxıb qiymətləndirməsi də eyni şəkildə fərqlidir.

Fərqli baxış tərzlərinin təsirini, iki adam arasında bir problem olduğunda, bu kəslərin hər birinin hadisələri fərqli nəql etməsində də görmək olar. Hər iki tərəfin şahidi olduğu vəziyyət, bəhanələri, haqlı olduqları nöqtələr, səhv qəbul etdikləri qisimlər, ön mühakimələri və ümidləri o hadisəyə olan münasibətlərinə təsir edir. Nəticədə isə iki fərqli baxış tərzi ortaya çıxır.

Beləliklə insanın, bütün hadisələrə bu əhəmiyyətli həqiqəti nəzərə alaraq yaxınlaşması çox əhəmiyyətlidir. Çünki insan bəzən, sırf yalnış baxış tərzi içərisində olduğu üçün bir çox problemi həll edə bilmir. Halbuki sadəcə baxış tərzini dəyişdirməklə bir çox mövzuda uğur əldə edə bilər.

Bu, həm insanın qarşılaşdığı hadisələrdə daha sağlam qərar verməsinə və daha doğru davranmasına, insanlarla münasibətində qarşı tərəfi daha yaxşı anlaya bilməsinə, öz qüsurlarını daha yaxşı görüb, problemlərinə konkret həl yolu gətirə bilməsinə vəsilə ola biləcək çox əhəmiyyətli bir məlumatdır.

Məsələn, bir insan, qarşısındakı insanı fərqli baxış tərzi ilə qiymətləndirdiyi üçün, onun bütün sözlərini və davranışlarını səhv anlaya bilər. Qarşı tərəfin yaxşılıq, gözəllik məqsədli hərəkətlərini tam tərs mənada və çox fərqli şərh edə bilər. Ya da o adamın adi və təbii davranışlarında qərəzli olduğunu zənn edərək bunlardan tam fərqli nəticələr çıxara bilər. Eyni şəkildə, sahib olduğu baxış tərzinin təsiriylə, adi bir insanı olduğundan daha üstün əxlaq və xarakterli bir insan zənn edə bilər. Bu adamın davranışlarına həmişə hüsnü-zənn (hüsnü-zənn etmək: gözəl düşünmək) ilə yaxınlaşdığı üçün, bunların altında yatan mənfi niyyətləri, pis məqsədləri və ya da qüsurları görməyə bilər.

İnsanın bu tərz ehtimallara qarşı etməli olduğu iş, ‘hadislərə baxış tərzini yalnız Qurana görə formalaşdırması' və ‘buna özündən heç bir artıq məntiq əlavə etməməsidir.

Allah Quranda insanlara; kimə, hansı vəziyyətdə, hansı səbəblərlə və hansı hadisələrdə nə cür baxış tərzi ilə yaxınlaşmalarının lazım olduğunu bildirmişdir. Bu, insan üçün çox qəti və sarsılmaz bir ölçü olmalıdır. Məsələn, bir insan iman edən, bütün davranış və səmimiyyətilə Quran əxlaqını yaşayan, heç bir halda bu xüsusiyyətlərindən kənara çıxmayan, etibarlı bir Müsəlmana hüsnü-zənnə əsaslanan, olduqca müsbət bir baxış tərzi ilə yanaşması lazımdır. Bu adamın səhv kimi görünən davranışları və ya sözləri olsa da, bunlara xeyir və hikmət gözüylə baxması, xeyirə yozması, mövzunu o şəxsin lehinə olacaq şəkildə qiymətləndirməsi lazımdır. Bir Müsəlman, başqa bir mömin ilə arasında müəyyən bir problem yaşayırsa, bu vəziyyətdə məhz öz baxış tərzində səhv ola biləcəyinə ehtimal verib, bu baxış tərzini dəyişdirməyi sınamalıdır. Çünki tamamilə Qurana görə hərəkət edən iki insanın, aralarındakı hər hansı bir mövzunu həll etməsi son dərəcə asan olmalıdır. Bu səbəbdən əgər ortada bir çətinlik varsa, o zaman problem hər iki tərəfin baxış tərzində ola bilər.  

Buna bağlı olaraq, bəzən insanın öz həyatına, yaşadıqlarına və hadisələrin mövcud inkişafına istiqamətlənmiş baxış tərzinin səhv olmsı da, o adamın çox böyük bir problemlə qarşı-qarşıya olduğunu zənn etməsinə və lazımsız yerə çətinlik çəkməsinə səbəb ola bilər. Quran əxlaqına uyğun olmayan bəzi cahil məntiqlərlə hərəkət etdiyi üçün, hadisələr haqqında səhv ehtimallar üzərində dayana bilər. Bu səbəbdən hər hansı bir Müsəlman, əgər öz daxilində çətin bir mövzuyla qarşı-qarşıyadırsa, bu vəziyyətdə də hadisələrə səhv bir baxış tərzinin ola biləcəyindən şübhələnməli və mövzuya başqa prizmadan yaxınlaşmağı sınamalıdır.

Hər hansı bir mömin, yaşadığı bütün hadisələrə Quranın tələb etdiyi əxlaq ilə yanaşıb hər şeyi Quranı ölçü götürərək dəyərləndirdiyi müddət boyu, Allahın icazəsi və köməyi ilə qarşısına çıxan problem adlandırılan hər şeyi həll edə biləcək bir anlayış qazanmış olur.

Quranda bu həqiqət insanlara belə xəbər verilmişdir: Həqiqətən, bunda ibadət edənlər üçün bir bildiriş vardır. (Ənbiya Surəsi, 106)
... Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. (Talaq Surəsi, 2)
... Kim Allahdan qorxsa, Allah onun işini (dünya və axirətdə) asan edər. (Talaq Surəsi, 4)

2010-09-28 17:15:04

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net