20 Sualda Təkamül Nəzəriyyəsinin Süqutu

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
13 / total: 21

12. Ağıl dişi nə üçün təkamül nəzəriyyəsinə dəlil ola bilməz?

Təkamül nəzəriyyəsinin mühüm xətalarından biri də "rudiment orqanlar" iddiasıdır. Təkamülçülər canlıların bəzi orqanlarının artıq funksiyasını itirdiyini və zaman keçdikcə bu orqanların itəcəyini iddia edirlər. Bu iddiaya əsaslanaraq "əgər canlı orqanizmi yaradılsaydı, işə yaramayan orqanlar olmazdı" mesajını cəmiyyətə verməyə çalışırlar.

rudiment orqan
 

Ağıl dişi ilə bağlı problemlər bu dişin köhnəlmiş orqan olmasından deyil, əsrimizin qidalanma vərdişlərindən qaynaqlanır.

XX əsrin əvvəlindəki təkamülçü KİV-lərdə insan orqanizmində appendiks (xalq arasında apendisit kimi tanınan kor bağırsaq), büzdüm sümüyü, badamcıqlar, epifiz vəzi, qulaq seyvanı, timus (çəngələbənzər vəzi) və ağıl dişinin də daxil olduğu yüzə qədər orqan "rudiment orqan" elan edilmişdi. Amma sonrakı onilliklər ərzində tibb sahəsində mühüm addımlar atıldı. İnsan orqanizmində olan orqan və sistemlər haqqında məlumatımız artdı. Bunun nəticəsində, "kütləşmiş orqan" iddiasının tamamilə cəfəngiyat olduğu aydın oldu. Təkamülçülərin bu barədə hazırladıqları uzun siyahı sürətlə qısaldı. Məsələn, kor bağırsaq, badamcıqlar və burun ətinin immun sistemimizdə funksiyalarının olduğu məlum oldu. Timusun müdafiə sistemi hüceyrələrinin yetkinləşdiyi orqan olduğu, epifiz vəzinin isə mühüm hormonları ifraz etmək funksiyasının olduğu kəşf edildi. Büzdüm sümüyünün çanaq sümüyü ətrafında yerləşən əzələlərə dəstək olması, qulaq seyvanının isə səslərin yerini müəyyən etməkdə mühüm funksiyasının olduğu müəyyən edildi. Qısaca desək, "kütləşmiş orqanlar" iddiasının yeganə əsasının cəhalət olduğu üzə çıxdı.

Beləliklə, müasir elm "rudiment orqan" məntiqinin yanlışlığnıı dəfələrlə ortaya qoymuşdur. Yenə də bəzi təkamülçülər bu iddianı yeni şeylər taparaq yaşatmağa çalışırlar. Təkamülçülərin "kütləşmiş" olduğunu iddia etdikləri orqanların demək olar ki, hamısının funksional olması bu gün tibb dünyası tərəfindən ortaya qoyulmasına baxmayaraq, hələ də bir-iki orqan üzərində təkamülçü şübhə durur.

Bunların ən çox diqqətçəkəni "ağıl dişi"dir. Bəzi təkamülçü mənbələrdə üçüncü azı diş kimi məlum olan bu dişin insan orqanizminin "funksiyasını itirmiş" hissəsi olduğu iddiası yer alır. Buna dəlil kimi də çoxlu sayda insanda bu dişin problemlərə yol açması və cərrahi müdaxilə ilə çıxarılmasının çeynəmə funksiyasına təsir etmədiyi deyilir.

Ağıl dişinin funksiyasız olması təlqinindən təsirlənən bir çox həkim gündəlik təcrübələri ərzində digər dişlərin yaratdığı problemlərə daha ehtiyatla yanaşaraq, bu dişləri qorumağa çalışır, ağıl dişinin çəkilməsini isə adət halına salmışlar. Lakin son illər ərzində aparılan bəzi araşdırmalar bu dişin çeynəmə funksiyasını üzərinə götürməkdə digər dişlərdən heç bir fərqinin olmadığını göstərmişdir. (Leonard M.S., 1992. Removing third molars: a review for the general practitioner. Journal of the American Dental Association, 123(2):77-82).48 Bu dişin digər dişlərin yerləşməsini pozduğu inancının da əsassız olduğunu göstərən fəaliyyətlər aparılmışdır. (M. Leff, 1993. Hold on to your wisdom teeth. Consumer reports on Health, 5(8):4-85).49 Ağıl dişində rast gəlinən və dərman vasitəsilə həll ediləcək problemlərdə bu dişin çıxarılması haqqında elmi tənqidlər yayımlanmışdır. (Daily.T 1996. Third molar prophylactic extraction: a review and analysis of the literature. General Dentistry, 44(4):310-320)50

Beləliklə, ağıl dişinin "yararsız" olduğu inancının heç bir elmi təmələ əsaslanmadığı və bu dişin çeynəmədə digər dişlər kimi funksiyalı olduğu bu gün tibb dünyasının ortaq fikridir.

Bəs sözügedən dişin çox az insana narahatlıq verməsinin səbəbi nədir? Bu mövzunu araşdıran elm adamları ağıl dişinin problemlərinin müxtəlif dövrlərdə yaşamış insan cəmiyyətlərinə görə fərqləndiyini müəyyən etdilər. Xüsusilə sənayedən əvvəlki cəmiyyətlərdə bu problemə çox az rast gəlindiyi məlum oldu. Bunun səbəbi kimi xüsusilə son bir neçə əsrlik dövr ərzində bərk qida maddələri əvəzinə daha yumşaq qida maddələrinə üstünlük verilməsinin çənə inkişafına mənfi təsir etdiyi göründü. Ona görə, ağıl dişi problemlərinin də, əsasən, qidalanma vərdişlərindən irəli gələn çənə inkişafı problemləri ilə bağlı şəkildə üzə çıxdığı müəyyən edildi.

Cəmiyyətlərin qida tərcihlərindəki oxşar dəyişikliklərin digər dişlərə də mənfi təsiri məlumdur. Məsələn, son əsr ərzində şirin və turş yeməklərə üstünlük verilməsi digər dişlərdə çürümə faizi və sürətini artırmışdır. Əlbəttə, bu vəziyyət ağıl dişinə də aiddir. Bu dişlə bağlı problemlər hər hansı "təkamül" kütləşməsindən deyil, dövrümüzün insanlarının qidalanma vərdişlərindən qaynaqlanır.

 

Qeydlər:

 

48. Leonard M.S., 1992. Removing third molars: a review for the general practitioner. Journal of the American Dental Association, 123(2):77-82

 

 

49. M. Leff, 1993. Hold on to your wisdom teeth. Consumer reports on Health, 5(8):4-85.

 

 

50. Daily.T 1996. Third molar prophylactic extraction: a review and analysis of the literature. General Dentistry, 44(4):310-320

 

 

13 / total 21
"Harun Yəhyanın 20 Sualda Təkamül Nəzəriyyəsinin Süqutu kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net