< <
4 / total: 10

Qəflətin səbəbləri

Vicdanın səsini dinləməmək

Vicdan insana Allah`ın ilhamı ilə davamlı şəkildə doğru yolu göstərir. Quranda vicdan haqqında bəhs edilən ayələr belədir:

And olsun nəfsə və onu yaradana; sonra da ona fücurunu (günahlarını) və pis əməllərdən çəkinməsini öyrədənə ki, nəfsini təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır. (Şəms surəsi, 7-10)

Fücur, nəfsin istək və arzularını haram və ya qeyri-qanuni yollarla da olsa, reallaşdırmaq istəməsidir. Allah fücura qarşı insanı davamlı olaraq ilhamı ilə xəbərdar edir. Bu ilhamı isə insan vicdanın səsi hesab edir. Bu səsə daima tabe olmaq insanı pislik və günahlardan təmizləyər, sonsuz qurtuluş və xoşbəxtlik yurduna aparar. Bu səsi dinləməyən insan nəfsinin hədsiz arzularına hər necə olursa-olsun çatmağa çalışar. Beləliklə, əvvəlcə dərin qəflətə düşər, sonra da böyük bir əzaba doğru irəliləyər. Qəflət içindəki insanların vicdanın səsinə baxmayaraq, inkarda inad etmələri Quranda belə bildirilir:

Buna qəti inandıqları halda, haqsızlıqla və təşəxxüslə onları inkar etdilər... (Nəml surəsi, 14)

Vicdanın səsi nəfsin hədsiz arzularına qarşı insanı davamlı olaraq xəbərdar edir və insanı doğru yola dəvət edir. Qafil insan isə bu xəbərdarlığa (nəfsinin istəkləri ilə üst-üstə düşdüyü üçün) rahatlığını və hüzurunu pozacağı narahatlığı ilə önəm verməz. Məsələn, Allah beş vaxt namazı möminlərə fərz etmişdir, ancaq nəfs bəzən bu ibadəti yerinə yetirməmək üçün müxtəlif bəhanələr gətirər. Vicdanına qulaq asan bir insan bu bəhanələrə heç bir şəkildə aldanmaz. Namazın ciddiyyətlə, heç axsatmadan, tam vaxtında, şövq və itaətlə yerinə yetirilməsi gərəkən ibadət olduğunu bilər. Hər insanın axirətdə namaz ibadətini yerinə yetirib-yetirmədiyi mövzusunda sorğuya çəkiləcəyinə heç şübhə etmədən hərəkət edər.

Peyğəmbərimiz də (s.ə.v.) bir çox hədisi-şərifində beş vaxt namazın əhəmiyyətinə diqqət çəkmişdir. Əbu Hüreyrədən (r.ə.) rəvayət edilən bir qüdsi hədisində Rəsulullah belə buyurur:

"Beş vaxt namaz böyük günahlardan çəkindikdə növbəti həftədəki cümə gününə və növbəti ildəki ramazana qədər səhvlər üçün kəffarədir". (Müslim), (Riyazüs-salehin, imam Nəvəvi, çevirən: Məhmət Əmrə, Bədir nəşriyyat, səh 698)

Rəsulullah əfəndimiz (s.ə.v.) namaz qılmamağın və ya namaz vaxtını keçirməyin nə qədər təhlükəli olduğunu isə başqa bir mübarək hədisi-şəriflərində belə bildirmişdir:

İmam Şafı ilə Beyhəqiyə görə, Peyğəmbərimiz (s.ə.v.): "Hər hansı vaxtın namazını qılmadan vaxtını keçirənlər yuvası dağılmış, mal-mülkünü əldən qaçırmış kimidirlər", - buyurur. (İmam Qəzali, Qəlblərin kəşfi)

Bu səbəblə, qafil insan vicdanından gələn bu səsi onun Allah`ın (doğru yola, sonsuz xoşbəxtliyə çağıran) bir ilhamı olduğunu görməməzlikdən gəlib davamlı susdurmağa çalışar. Çünki bu səs davamlı olaraq nəfsin qeyri-qanuni yollarla istəklərinə çatmasına qarşı çıxır.

Vicdanın səsini dinləməmək səbəbi ilə düşülən bu qəflət halı isə nəfsin üsyan və günahlarla daha da pisləşib fücurun (sərhəd tanımaz günah və pisliyin) artmasına səbəb olar. Qafil insan artıq elə bir dərin şüursuzluq içindədir ki, həyatını fücurla davam etdirmək istəyər:

Lakin insan önündəkini danmaq istəyər. Və: “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar. Göz bərələcəyi; Ay tutulacağı; Günəşlə Ay birləşəcəyi zaman. Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir. Xeyr, heç bir sığınacaq olmayacaqdır! O gün duracaq yer ancaq Rəbbinin hüzurudur! (Qiyamət surəsi, 5-12)

Vicdanını dinləməyən insanın Allah`ın rizasından uzaq, qafil davranışlarının nəticəsi isə, əlbəttə, böyük bir müsibət olur. Bu müsibət də dünyadakı ən böyük acı və ən böyük işgəncələrlə belə müqayisə edilə bilməyəcək dərəcədə şiddətli və sonsuz əzab deməkdir. Bu əzab yeri də, şübhəsiz, atəş çuxuru olan cəhənnəmdir.

Qədəri görməməzlikdən gəlmək

Qədər Allah`ın bütün varlıqların yaşayacaqları hal və hadisələri əvvəldən təyin etməsidir. Geniş bir izahla böyük və kiçik bütün canlıların (kiçik bir ağcaqanad, böyük bir fil, dənizdəki kiçik bir balıq balası və ya dünyanın hər hansı yerindəki mikroskopik canlıya qədər) və ucsuz-bucaqsız kainatdakı bütün varlıqların bütün hallarını, başlarına gələcək böyük-kiçik hər hadisəni Allah`ın təqdir etməsidir.

İnsanın gözlərini dünyaya açdığı andan etibarən sahib olduğu heç bir fiziki xüsusiyyətin seçimi özünə aid deyil. Ata-anasını seçə bilməz, dərisinin rəngini, gözünün rəngini, boyunu öz istəyinə görə təyin edə bilməz. Aydındır ki, heç bir fiziki xüsusiyyətini seçmə gücünə sahib olmayan insanın yaşayacaqlarını da öz istəyinə görə təyin etməsi söz mövzusu deyil. Quranda "Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə yaratdıq" (Qəmər surəsi, 49) ayəsi ilə bu həqiqət insanlara xəbər verilmişdir.

Bunu düşünən insan sahib olduğu hər şeyi və qarşılaşdığı hər hadisəni Allah`ın rizasına və rəhmətinə yönəlib Allah`ın istədiyi şəkildə qiymətləndirməlidir. Quran bu qiymətləndirmədə tək yol göstəricidir. Nə hər hansı bir insan (istər böyük gücə sahib bir iş adamı, istərsə də Afrika qitəsində yaşayan bir qəbilə üzvü olsun), nə də hər hansı bir varlıq (istər dənizin dərinliklərində yaşayan bir canlı olsun, istərsə də nəhəng bir meşədə yaşayan kiçik bir böcək olsun) Allah`ın ona təyin etdiyi qədərin xaricinə çıxa bilməz. İnsanın etdiyi hər şey özünə təyin olunmuş qədər yönündə reallaşır. Bu vəziyyət Quranda insanlara belə bildirilir:

Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın! (Yunis surəsi, 61)

İnsanın yaşadığı və yaşayacağı hər anın qədərdə təyin olunduğu bu ayələrdə bildirilmişdir. Quranda bildirilən bu həqiqətləri görməməzliyə vuran insan ucsuz-bucaqsız kainatda, dünyadakı milyardlarla insanın arasında təsadüflər içində yaşadığını zənn edər. Bu vəziyyətdə özünü istədiyi kimi aparmaq azadlığına sahib olan başıboş canlı kimi görər. Belə bir baxış yönü də insanın özünü azad və Allah`dan müstəqil bir varlıq zənn edib dərin qəflətə düşməsinə səbəb olar.

Ölümün hər an gələ biləcəyini unutmaq

İnsanlar ümumiyyətlə, ölümlə heç gözləmədikləri bir anda, heç gözləmədikləri bir yerdə qarşılaşarlar. Allah bu həqiqəti "... Heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, biləndir, xəbərdardır!" (Loğman surəsi, 34) ayəsi ilə bildirilir.

Hər insanın ölüm anı hələ doğulmamışkən qədərində müəyyəndir. Bu anda yaşayanların və doğulacaq bütün insanların nə vaxt öləcəkləri müəyyəndir. Bu həqiqət Quranda "Sizi palçıqdan yaradan, sonra da bir əcəl müəyyən edən Odur. (Allah`ın) yanında məlum bir əcəl də vardır..." (Ənam surəsi, 2) ayəsi ilə xəbər verilir. İnsanın öz ölüm anını bilməməsi onu qəflət içində yaşamağa aparan səbəblərdən biridir. Çünki axirətdəki əzabı bilən və düşünən bir insan nə vaxt öləcəyini bilsə, Allah`ın əmrlərinə qarşı laqeyd olmaz, dünya həyatına dalıb axirəti və hesab verəcəyini unutmaz. Ölüm vaxtının bilinməməsi insanın dünyadakı imtahanının bir sirridir. Bunu düşünən mömin hər an öləcəkmiş kimi axirət yurdu üçün hazırlıq görər. Allah`ın bütün əmr və qadağalarına səmimi şəkildə həyatının hər anında əməl edər.

İman etməyən insan isə Allah rizasının deyil, nəfsinin istəkləri yönündə yaşayar. Öləcəyini bilər, ancaq ölümün axirətdə sonsuz cəhənnəm və ya sonsuz cənnət yurdunda oyanış olduğunu qavramaz. Ölüm qəflət içindəki insan üçün yalnız hər şeydən və bütün sevdiklərindən uzaqlaşıb onlardan əbədi ayrılmaq mənasını ifadə edir. Bu səbəblə də, sevdiklərinə həvəslə bağlanar, ölümdən söz düşdükdə belə narahat olar. Ölüm ağlına gəldiyində isə başqa şeylər düşünərək unutmağa çalışar. Ölümü bir az düşündüyü təqdirdə sıxıntıya düşəcəyindən və həyatının dəyişəcəyindən qorxub narahat olar. Ancaq hər an həyatının sona çatacağını düşünmədiyi, ölüm üzərində təfəkkür etmədiyi üçün, Allah`ın əmr və qadağalarını görməməzliyə vurar və ya təxirə salar. İbadət etmək üçün hələ vaxtının olduğunu, yaşı irəliləyincə edəcəyini düşünər. Halbuki, ömrünün nə qədər qaldığı mövzusunda heç bir fikri yoxdur. Ölümün hər an gələ biləcəyini düşünmədən davam etdirdiyi bu qəflət halı içində Allah`ın əmr və qadağalarını yerinə yetirməyə vaxt tapa bilmədən ölüm anidən gəlib çatar. Qəflət içindəki bu insanların həmişə uzaq gördükləri ölümlə qarşılaşdığı an Quranda belə bildirilir:

Kaş kafirlər atəşi üzlərindən və arxalarından dəf edə bilməyəcəkləri və onlara heç bir kömək olunmayacağı vaxtı biləydilər! Xeyr, onları gözlənilmədən yaxalayar və şaşırdar. Onu əsla geri qaytara bilməzlər və onlara möhlət də verilməz! (Ənbiya surəsi, 39-40)

Ayədən də açıq şəkildə aydın olduğu kimi, ölüm bəhanələri dinləmir və təqdir edilən vaxt sürətlə yaxınlaşır. Heç bir şeyin ölümə mane olması və ya onu dayandırması söz mövzusu deyil. Quranda bunun ifadə edildiyi bir ayə belədir:

De: “Qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir!” (Cümə surəsi, 8)

İnsan hər an ölə bilər, bu həqiqəti unutmağa, yaxud da bu həqiqətdən qaçmağa çalışmaq insanın qəflətdə olduğunu və ya sürətlə qəflət girdabına doğru süründüyünü göstərir. Qəflətin insanı sonsuz əzab yurduna aparacağı da qəti bir həqiqətdir.

Tək-tənha hesab veriləcəyinin düşünülməməsi

İnsanın qəflətə düşdüyü mövzulardan bir başqası da axirətdə Allah`ın hüzurunda tək hesaba çəkiləcəyini unutmasıdır. Bir insanın ölümü nə qədər izdihamlı mühitdə olursa-olsun ölüm mələyi ruhunu alarkən dünya ilə və o anda yanında olan digər insanlarla əlaqəsi kəsilər. Axirətdə dirildilib hesab verməyə yürüyərkən məhşər izdihamının içində tək olacaq. Çünki orada heç kim başqası ilə maraqlanacaq vəziyyətdə olmayacaq. Bu təklik dünyadakına da bənzəməz. Hesaba çəkilmə anı dünyada qafil yaşamış bir insan üçün yaradılışından etibarən o zamana qədər içinə düşdüyü ən çətin andır. O anda duyduğu təklik etdiyi hər şeyin bir-bir hesabını verəcəyi, bu anda heç kimin olmadığını və Allah`ın hüzurunda son dərəcə aciz olduğunu anlamanın verdiyi bir təklikdir. Bütün gücündən, malından, ünvanından, mövqeyindən, şöhrətindən, dəyər verdiyi və yaxınlıq duyduğu bütün insanlardan uzaqlaşmış şəkildə maddi və mənəvi olaraq yalın haldadır. İnsanlara Allah`ın hüzurunda tək olacaqları Quranda belə xəbər verilir:

Onların hər biri qiyamət günü Onun hüzuruna tək-tənha gələcək. (Məryəm surəsi, 95)

Dünyada etdiklərinin qarşılığını dərhal görməyən, özünə müddət verilən qəflət içindəki insanlar axirətdə də belə olacağını zənn edirlər. Bu düşüncələri səbəbi ilə Allah`ın rizasına uyğun olmayan hərəkətlər edərkən yoldaş da axtararlar. Hətta dostlarına "dünyaya bir dəfə gəlirik", "fikir vermə", "babalı boynuma" kimi batil sözlər söyləyib onları da Allah`ın əmr və qadağalarını görməməzlikdən gəlməyə və ya təxirə salmağa təşviq edərlər. Belə şüursuz şəkildə deyilən sözlərin qəflət halının nəticəsi olduğu aşkardır. Çünki bir insan dünyaya necə bir dəfə gəlirsə, cəhənnəmə də bir dəfə gedəcək və sonsuz bir əzabla qarşılaşacaq. Budur ki, bu insanlar Allah`ın Quranda bildirdiyi bu həqiqətdən qafildirlər. Cəhənnəmdə (Allah`ın diləməsi xaric) sonsuza qədər qalma ehtimalını heç düşünmürlər. Söz mövzusu insanların Allah`ın əzabına əhəmiyyət verməyib başqalarının günahını boynuna götürmələri isə Allah`ın üstün elm və qüdrətini qavramaqdan nə qədər uzaq olduqlarının bir göstəricisidir. Necə ki, bir insanın digər bir insanın günahını yüklənməsinin söz mövzusu olmadığı da Quranda açıq şəkildə bildirilmişdir:

Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə yükünü daşımaq üçün çağırsa və yaxın qohumu olsa belə, o yükdən bir şey daşınmaz… (Fatir surəsi, 18)

Heç bir günahkar başqasının günahına yüklənməz! (Nəcm surəsi, 38)

Hər nəfs axirətdə öz etdiklərinin qarşılığını görəcək. Artıq ətrafında dünyada ikən özünə: "Günahını boynuma götürürəm", - deyən kəslər də olmayacaq. Özünə kömək edən nə bir dostu, nə də qohumu olacaq. Hətta dəyər verdiyi bütün yaxınlarına dünyada onu qəflətə sürüdükləri üçün nifrət etməyə başlayar. Allah axirətdəki bu düşmənliyi Quranda belə xəbər verir:

Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər! (Zuxruf surəsi, 67)

O gün dostun dosta heç bir faydası olmaz, onlara kömək də edilməz! (Duxan surəsi, 41)

Dünyadakı saxta dostluqlar yox olub gedər, axirətdə yerini düşmənliyə buraxar. Çünki bu dostluqlar Allah`ın rizası qulaq ardı edilərək qurulan mənfəət dostluqlarıdır. Dünyada ikən Allah`ın sevdiyi və Ona yönələn insanlarla deyil, qəflət içində inkar edən, Allah`dan üz çevirən səmimiyyətsiz insanlarla dostluq edilmişdir. Əslində, dünyada belə mənfəətləri zidd olduğunda çox səmimi dostların bir-birinə düşmən olduqlarını tez-tez görmək mümkündür. Bir-birini qəflətə sürüdükləri və zərər verdikləri halda ölənə qədər pozulmayan dostluqlar isə Quranda da bildirildiyi kimi, Allah`ın hüzurunda düşmənliyə çevrilər. Bu düşmənlik qəflət pərdəsi gözlərindən qalxan insanların əzabın fərqində olmaları ilə başlayar. Axirətdə gözlərindən qəflət pərdəsi qaldırılan insanların səmimi etirafları Quranda belə bildirilir:

İndi artıq nə şəfaət edən kimsələrimiz, nə də bir mehriban dostumuz var! (Şüəra surəsi, 100-102)

İnkarçılar hesab günü peşmanlıq içində davamlı şəkildə tək qaldıqlarını dilə gətirərlər. Ətraflarında dünyada ikən istehza etdikləri möminlər olmayacaq. Əhəmiyyət vermədikləri bu gerçəklə qarşılaşınca geri dönüb, həqiqətən, iman edənlərdən olmağı diləyəcəklər. Bu vəziyyət ayədə belə xəbər verilir:

Kafirlər (qiyamət günü), yəqin ki, müsəlman olmalarını istərdilər! (Hicr surəsi, 2)

Lakin geri dönüş yoxdur.

 

4 / total 10
"Harun Yəhyanın Gizli Təhlükə: Qəflət kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net