20 Sualda Təkamül Nəzəriyyəsinin Süqutu
GİRİŞTəkamül nəzəriyyəsi 150 ildir ki, gündəmdədir və insanların dünyaya baxışına dərindən təsir edir. Onlara bu dünyaya təsadüflər nəticəsində əmələ gəlmiş "heyvan növü" olduqları yalanını təlqin edir. Bundan başqa, həyatın tək qanununun eqoist bir şəkildə həyatda qalma mübarizəsi olduğunu qəbul etdirir. Bu təlqinlərin təsiri 19-cu və 20-ci əsrlərdə açıq şəkildə görülə bilər: insanların getdikcə daha da xudbin olması, cəmiyyətlərdə əxlaqi çöküntünün, mənfəətpərəstliyin, şiddət və amansızlığın sürətlə yayılması, faşizm və kommunizm kimi totalitar və qan tökən ideologiyaların inkişafı, dinsizləşən insanların sosial və fərdi böhranlar içində qıvranması... Təkamül nəzəriyyəsinin bu sosial nəticələrini digər kitablarımızda incələmişik. (Bax: Harun Yəhya, Darvinizmin insanlığa gətirdiyi bəlalar, Kommunizm pusquda, Darvinizmin qaranlıq sehri, Darvinizm dini və Darvinin Türk düşmənçiliyi, Sosial silah darvinizm ) "Elmilik" iddiasında olan bu nəzəriyyənin həqiqətdə heç bir elmi əsasının olmadığını, kor-koranə müdafiə edilən ssenari və xurafatlardan ibarət olduğunu da digər bir çox əsərimizdə ortaya qoyduq. Təkamül nəzəriyyəsinin iç üzünü öyrənmək və 150 ildə dünyada sistemli şəkildə şiddəti, vəhşiliyi, amansızlığı, qarışıqlığı körükləyən bir "dünya görüşü"nü tanımaq istəyənlər mütləq bu əsərləri oxumalıdırlar. Bu kitabda isə təkamül nəzəriyyəsinin elmi əsassızlığını daha geniş şəkildə gözdən keçirəcəyik. Cəmiyyətdə yayılan, maraq mövzusu olan və cavabları tam bilinməyən suallarla təkamülçülərin bu mövuzlardakı iddialarına cavab verəcəyik. Burada verdiyimiz cavabların daha detallı elmi açıqlamaları Təkamül hiyləsi, Həyatın gerçək mənşəyi, Təkamülçülərin yanılması, Təkamülçülərə dəqiq cavab -1,2,3,4, Təkamülçülərin etirafları, Təkamül dalanı (ensiklopedik) -1,2 , Növlərin təkamülü yalanı, Bir zamanlar darvinizm kimi kitablarımızda vardır. |