İnsanın ''ruhum'' adlandırdığı varlıq da Allah`a aiddir

İnsan həyatı boyu beyninin içində Allah`ın göstərdiyi görünütüri izləyir. Gördüyümüz hər şey beynimizdəki çox kiçik görmə mərkəzində yaranan elektrik siqnallarından ibarətdir. Allah dünyanı beynimizin içində inikas (xarici aləmin surətlər şəklində xəyalımızda canlanması)  olaraq yaradır və biz də bütün bunları Allah`a məxsus ruhumuzla izləyirik.
 
Dünyanı görən, eşidən, hiss edən ruhumuzdur. İnsan Allah`ın onun ruhunda yaratdığı bütün bu hissləri düşündükdə varlığın maddədə deyil, ruhda cəmləşdiyini dərhal anlayır. Çünki ruhun maddəyə nəzarət etdiyi və onu istiqamətləndirdiyi çox açıqdır. Hiss edən (qavrayan) ruhdur.Bu hisslər sayəsində maddə, yəni bədənimiz və ətrafımızdakı hadisələr formalaşır. Ət və ya sümük parçası kədərlənə, sevinə, həyəcanlana, qərar qəbul edə bilməz, ağıl və mühakimə qabiliyyətinə sahib deyil. Hiss edən, düşünən, qərarlar qəbul edən, vicdanını dinləməyə çalışan, sevinən ruhdur. İnsanın "mənim" dediyi ruhu isə Rəbbimizin Quranda "O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O sizə göz, qulaq və ürək verdi. Siz nə az şükür edirsiniz!" (Səcdə surəsi, 7-9) ayələri ilə bildirdiyi kimi, Allah`ın ruhudur. Allah ağıl və şüur verdiyi, gözəl surətdə yaratdığı insana göz və könül vermiş, ona Ruhundan üfləmişdir. Allah, sonsuz ağlı və yaratma gücü ilə elə mükəmməl sistem qurmuşdur ki, bəzi insanlar imtahanlarının tərkib hissəsi olan bu ruha sahiblənir və “mənim ruhum” deyirlər.
 
Yaddaş imtahanın bir hissəsidir
 
İnsan mükəmməl yaddaşa malikdir. Allah insan üçün yaddaşı keçmiş və gələcəyinin bütünü olaraq anbaan yaradır. Bu, insanın yaşadığı hər an üçün etibarlıdır. Məsələn, hazırda bu sətirləri oxuyursunuz, bir neçə dəqiqə sonra bu yazı sizin yaddaşınızda an kimi qalacaq. Bəlkə bir neçə gün, bəlkə aylar hətta illər sonra belə bu yazını xatırlayacaqsınız. Əgər hafizəmizi yoxlasaq  keçmişdə baş vermiş bir çox təfərrüatı xatırlaya bilərik. Hətta xatırladığımız əhəmiyyətsiz məqamlar belə zehinimizdə canlana bilər. Məsələn, illər əvvəl məktəbə ilk dəfə getdiyiniz gün başınıza gələn bir hadisə, dostlarınızla oynadığınız oyunlar, sevdiyiniz oyuncağı gördükdə duyduğunuz sevinc, bunların hamısı sizin yaddaşınızda bir an kimi vardır. Həyatınız boyu bir çox hadisə sizin üçün “xatirə” adlandırdığınız yaddaşınızı meydana gətirir. Yaşadığınız hər an yaddaşınızın bir hissəsidir. Buna görə bəzi insanlar ruha sahiblənir və ruhun özlərinə aid olduğunu zənn edirlər. Xatirələri vərəqlədikcə "həmin vaxt xoşbəxt idim”, “o gün həyəcanlanmışdım” və s. dedikdə bunları yaşayanın öz ruhu olduğu qəflətinə düşürlər.
 
Halbuki, Allah yaddaşı dünya imtahanının bir hissəsi kimi yaradır. Hadisələrə Quran işığında yanaşan insan yaradılışdakı böyük sirləri dərk edir və imtahan aləminin möhtəşəmliyini şüurlu şəkildə qavrayır. Quran əxlaqından uzaq yaşayan insanlar isə qəflətdə olduqlarından bu həqiqətən xəbərsizdirlər.
 
Ruhumuzun duyduğu bütün hislər Allah`ın sonsuz ruhuna məxsusdur 
 
Sonsuz yaratmağa qadir olan Rəbbimiz gücününü təcəllisini olaraq insana verdiyi sahiblik hissində də göstərir. Onun yaratdığı mükəmməl sistem sayəsində insan ruhu mənimsəyir. Bu, yaradılış həqiqətini bilən insan üçün gözəllikdir və imtahan olunduğunu bilir. Ruhumuzdakı dərin sevgini düşündüyümüzdə güclü mənimsəmə hissi yaradılması da gözəllik və nemətdir. Ruhumuzda yaranan hər cür hiss Allah`ın sonsuz Ruhuna aiddir. Əslində sevən, sevilən, düşünən, mərhəmət edən, şəfqət duyan, gözəlliklərdən zövq alan, həmişə yaxşını, gözəli bilən, doğruya yönələn, vicdanından istifadə edən də Allah`ın insana üflədiyi Ruhudur.

 

2009-12-04 00:49:25

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net