Kommunizmin donuq dünyası

Kommunist ideologiyanın əsas xüsusiyyətlərindən biri də çox mühafizəkar, donuq, sərt və rəngsiz cəmiyyət modeli meydana gətirməyi qarşısına məqsəd qoymasıdır. Bunu anlamaq üçün əvvəlcə kommunizmin insana yanaşma tərzini nəzərdən keçirmək lazımdır. Kommunizmin təməli olan materialist fəlsəfə insanı yalnız maddədən ibarət varlıq kimi qəbul edir. Materializm insan ruhunun varlığını rədd edir və insan şüurunun yalnız "hərəkət edən maddə"nin məhsulu olduğunu irəli sürür. Bu düşüncə tərzinə görə materializm insanı inkişaf etmiş “aparat” kimi qəbul edir. İnsanın sahib olduğu bütün düşüncə və duyğular, bu aparatın içindəki kimyəvi reaksiyaların nəticəsi olaraq qəbul edilir.

Hətta marksist ideologiyada insanın sahib olduğu bütün mədəniyyətin və şüurun maddi faktorlara söykəndiyi qəbul edilir. Kommunizmə görə insanın maddi dünyadan müstəqil şüuru yoxdur. Əksinə, insan şüurunu tamamilə yaşadığı maddi dünya təyin edir. Marks, "insanların varlığını şüur təyin etmir, əksinə ictimai varlıqları şüuru təyin edir" fikirini irəli sürmüşdir. Marksizmin qabaqcıl mütəfəkkirlərindən olan Lüdviq Feyerbax (Ludwig Feuerbach) isə "insan nə yeyirsə odur" deyərək eyni materialist məntiqsizliyi davam etdirmişdir. Yəni bu insanlar yaradılışı inkar etmək üçün hüceyrələrin və hüceyrələrin əsasını meydana gətirən şüursuz atomların şüur sahibi olduğunu, düşünmə, görmə, eşitmə qabiliyyətinə sahib olduğunu, gözəlliklər qarşısında heyranlıq, pis hadisələr qarşısında kədər duyduqlarını iddia edirlər. "Düşüncə və duyğular hərəkət edən maddənin məhsuludur" demək, tam olaraq bu mənanı verir. Bu insanlardan "bir hüceyrə düşünə bilərmi?" deyə soruşsanız, əlbəttə sizə "xeyr" cavabını verərlər. Amma "hüceyrələr bir yerə gəlib beyini meydana gətirdikdə düşünmə qabiliyyəti qazanırlar" kimi mənasız iddianı irəli sürməkdən çəkinmirlər.

Marksistlər bu ön mühakimələrinə görə insan cəmiyyətlərini də maddi meyarlarla qiymətləndirirlər. Maddi məna ehtiva edən "sinif" anlayışı üzərində çox dayanırlar. Sinif, cəmiyyətdəki fərqli iqtisadi təbəqələrdir və marksistlərə görə tək əhəmiyyətli meyar budur. Məsələn, maksizmə görə işçilər bir sinifi, yəni "proletariatı" meydana gətirirlər. Kapitalistlər isə "burjuaziya" sinifini meydana gətirirlər. Marksistlər iddia edir ki, hər işçi eyni əlverişsiz iqtisadi şərtlərdə yaşadığına görə eyni "proletar şüurunu" paylaşmalı, hər kapitalist eyni zənginlik içində yaşadığı üçün eyni "burjuaziya" şüuruna sahib olmalıdır. Bir işçinin və ya fabrik sahibinin müstəqil xarakteri və ya dünyagörüşü səbəbindən digərlərindən tam fərqli şüura sahib olması qəbul edilmir.

Bu dünyagörüşün nəticəsində də insanlar müəyyən maddi kateqoriyalara ayrılır və bu maddi kateqoriyalar daxilində qiymətləndirilir. Bir marksist üçün yalnız "burjuaziya", "kiçik burjuaziya", "proletariat", "imperialist", "komprador" kimi kateqoriyalar var və bu kateqoriyalar tamamilə maddi faktorlara söykənir. Bir insan fabrikdə zəhməti hesabına işləyirsə, deməli o insanın varlığının tək təyinedici faktoru bu işdir. Əgər bir tarlada işləyən kəndlidirsə, bu dəfə də sahib olduğu tək şüur, "kəndli şüuru"dur.

Marksistlər bu dünyagörüşünə əsasən tarixin axışını təyin edən tək faktorun "istehsal formaları" olduğunu iddia edirlər. Karl Marksın məşhur əsəri olan "Das Kapital" kitabında bütün tarixi istehsal formalarına görə izah edir. Marksa görə əvvəl ovçuluq və yığıcılıqla yaşayan "primitiv kommunal cəmiyyət" əkinçiliyə keçmiş və "quldar cəmiyyət" yaranmışdır. Bundan sonra istehsal formasındakı yeni dəyişikliklərlə birlikdə "feodal cəmiyyət" inkişaf etmiş, buxar maşınlarının kəşfindən sonra yeni istehsal forması olan sənaye yaranmış, nəticədə "kapitalist cəmiyyət" ortaya çıxmışdır. Marksın iddiasına görə din, dövlət, hüquq, ailə, əxlaq kimi anlayışların hamısı istehsal formasındakı fərqliliklərlə yaranmış və dəyişiklik baş vermişdir.

Marksizmin bu dar fikirli tarix nəzəriyyəsinin yanlış olduğu, indiyə qədər bir çox mütəfəkkir tərəfindən faktlarla və yaşanan konkret nümunələrlə isbat edilmişdir. Buna görə burada marksistlərin tarix haqqında olan görüşlərinin etibarsızlığını izah etməyə ehtiyac yoxdur. Ancaq qeyd edilməli çox mühüm məsələ var. Bu məsələ materialist yanaşmanın ortaya çıxardığı mühafizəkar, donuq, sərt və rəngsiz insan modelidir.

Əslində insan ruhu marksistlərin düşündüyü kimi maddənin məhsulu deyil. Əksinə, maddə dediyimiz varlıqlar ruh tərəfindən görülür, eşidilir və hiss edilir. Bu səbəbdən insan ruhunun maddi cəhətdən izah olunması mümkün deyil. İnsan ruhu onu yaratmış Allah tərəfindən verilən müxtəlif xüsusiyyətlərə (ağıla, anlayış qabiliyyətinə, duyğulara, istəklərə) malikdir. Bu xüsusiyyətlər, insanın yaşadığı şəraitdən aslı olaraq dəyişmir, yalnız fərqli şəkillərdə ifadə edilir. Tarixdəki ilk insanın istək, duyğu, düşüncə və məntiqi necə idisə, dövrümüzdə yaşayan insanınınkı da elədir. Dəyişən yalnız istifadə edilən vasitələrdir.

İlk insanı yaradan Allah, ona da dövrümüzdəki insanlarla eyni xüsusiyyət və qabiliyyətləri vermişdir. Buna görə insanlar yaşadıqları dövrə, əsrə, məkana görə fərqli şüur səviyyələrinə sahib olmurlar. İnsanların şüur səviyyəsi, düşünmə qabiliyyətlərindən istifadəyə, eləcə də vicdanlı davranışlara görə dəyişir. Bu həqiqətin fərqində olan müsəlmanlar, özlərini zaman, məkan, mühit və ya müəyyən ideologiyalarla məhdudlaşdırmırlar. Allah`ın Quranda əmr etdiyi kimi, qarşılaşdıqları hər şey barəsində düşünür, incəlikləri qavramağa, gözəllikləri görməyə çalışırlar. Allah iman gətirən insanların bu şüurunu Quranda belə təsvir etmişdir:

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allah‘ın göydən yağmur yağdıraraq yenidən diriltməsində, onun cins-cins heyvanları hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtə döndərilməsində, əlamətlər vardır. (Bəqərə surəsi, 164)

Buna görə də Allah`a iman gətirən insanların fikirləri çox genişdir. Daim azad düşünürlər. Beləliklə, incəsənətdə və estetikada hər zaman yeniliklər meydana gətirə bilirlər.

Marks və onun davamçıları isə bu gerçəkləri qavraya bilmədikləri üçün insan şüurunu "sinif şüuru" kimi çox dar və xəyali qəlibə soxmağa çalışırlar. Hər kəsi bu xəyali qəliblərə görə düşünməyə və yaşamağa məcbur edirlər. Bu səbəblə də marksizm, hakim olduğu hər ölkədə insan ruhunun ifadə forması olan incəsənət və estetika anlayışlarını dondurmuşdur. Kommunistlər on milyonlarla insanı mərhəmətsizcə qətl etməklə yanaşı, insanlığın sənət, estetika, elm, düşüncə kimi xüsusiyyətlərini də bir mənada öldürmüşlər.

 

"Kommunist incəsənət"in donuqluğu

Dünyadakı ilk marksist rejim 1917-ci ilin oktyabrında Bolşevik İnqilabı ilə Rusiyada qurulmuşdur. Əvvəl Leninin, sonradan Stalinin dəmir yumruğu ilə idarə olunan ölkədə bütün cəmiyyət kommunist ideologiyaya görə yenidən formalaşdırılmağa başladı. Kommunistlərin əl atdığı sahələrdən biri də mədəniyyətin ən mühüm ünsürlərindən olan incəsənət, estetika və arxitektura idi.

İnqilabdan dərhal sonra "proletar incəsənəti" anlayışı ortaya atılmışdı. Kommunizmi mənimsəyən sənətçilər “Iskusstvo Kommuni” (Komün Sənəti) adlı jurnalda toplandılar və "proletar mədəniyyətinə xidmət edən incəsənət əsərləri yazacaqlarını" elan etdilər. Bənzər düşüncə Proletkult (Proletar Mədəniyyəti) adlı dərnəkdə də var idi.

"Proletar incəsənəti"nin verdiyi məna müxtəlif müzakirələrlə formalaşmağa başladı. 1920-ci illərin əvvələrindən etibarən, Tatlin və Rodçenko kimi qabaqcıl rus sənətçiləri "sənətçi, proletariatın problemlərinə praktik həllər tapan texnik olmalıdır" tezisini müdafiə etməyə başladılar. Leninin də təsdiqini görən bu tezis, incəsənətin bilinən bir çox qolunu "proleteriat baxımından faydasız" görür və uzaqlaşdırırdı. Məsələn, Tatlin və Rodçenko çəkilən rəsmin bir işçinin gündəlik həyatına heç bir şəkildə təsir edə bilməyəcəyini ifadə etmiş və bunun nəticəsində rəsmin mənasız incəsənət növü olduğuna qərar vermişdi!

1921-ci ildə bu yeni incəsənət anlayışı "constructivism" (inşaatçılıq) kimi təqdim edildi və Sovet İttifaqının rəsmi incəsənət siyasəti kimi qəbul edildi. Bu anlayışın öndəri Tatlin rəsm kimi "faydasız" incəsənət əsəri yerinə, ev və mebel dizaynı kimi "faydalı" işlərin lazım olduğunu müdafiə edirdi. Proletarların, yəni rus işçilərinin iş saatları ərzində "ən az ağırlıq və xammalla, ən çox istilik və hərəkət qabiliyyəti" verən paltarlar geyinməsi üçün dizaynlar etmişdi. Yenə eyni anlayışla, "ən az yanacaqla ən çox istilik verən soba növü" dizayn etmişdi.

Sənətçilərin hamısı Tatlin kimi "mühəndisləşməmişdi". Ancaq onlar da "proletar incəsənəti"ni mənimsədilər və kommunist ideologiyaya xidmət edən işlərə əl atdılar. Dövrün Sovet sənətçilərinin hamısı dərhal işçi klublarında və "sovet" adı verilən kiçik məclislərdə istifadə edilən işçi posterleri, afişalar və şüarlar hazırlama yarışına girdilər. Bütün bu dizaynlarda ortaq mövzulara yer verilirdi: Əzələli qolları ilə əllərində oraq və ya çəkic tutan möhkəm sovet kəndli və işçiləri, zəncirlərini parçalayaraq ayağa qalxan hirsli proletar fiqurları, qırmızı bayraqların kölgəsində və Leninin öndərliyində qaçan silahlı əsgərlər...

Bu yeni incəsənət anlayışının xüsusiyyəti "estetika"nın tamamilə gündəmdən çıxarılması, hətta zərərli "burjuaziya" vərdişi olaraq görülməsi idi. Hazırlanan bütün şəkillər, heykəllər, posterler, dekorasiya və arxitektura dizaynları, xüsusilə estetikadan uzaq, soyuq, donuq və kobud xəttlərlə dolu idi. "Encyclopædia Britannica"nın ifadəsi ilə desək kommunist sənətə tam olaraq "anti-estetizm" hakim idi.

Stalinin dövründə bu sənət anlayışı daha da mühafizəkar hala gəldi. Stalin rejimi "Sosialist realizmi" adlandırdığı bu donuq incəsənət anlayışını rəsmi siyasətə çevirdi. Sosialist realizmi, "Sovet inqilabının prinsiplərini (yəni kommunist ideologiyanı) proletarın gündəlik həyatında həqiqi şəkildə əks etdirən" incəsənət anlayışı olaraq təsvir edirdi. Sosialist realizminə görə yazılan romanlarda kommunist hərbiçilər, qətiyyətli, cəsur, fədakar olaraq göstərilir və bu hərbiçilərin sözdə nümunəvi mübarizəsi bəhs edilir, sovet işçi və kəndlilərin inqilab sayəsində guya nə qədər "xoşbəxt" olduqları təsvir edilirdi. Həqiqətdə inqilab xalqa xoşbəxtlik deyil, aclıq, təzyiq və ölüm gətirmişdi, amma "Sosialist realizm" sənətçiləri həqiqətin əksini təsvir etməkdə heç bir problem görmürdülər. Sosialist realizmi, əslində realizmin (həqiqiliyin) deyil, xəyalpərəstliyin və romantizmin ifadəsi idi. "Encyclopedia Britannica"nın ifadəsi ilə, "Sosialist realizmi, kütlələrin şüuruna təsir etmək üçün insanları və hadisələri ideallaşdırmaq və onlara müəyyən müqəddəslik qazandırmaqla, romantizmə söykənirdi".

Sosialist realizmi 1932-ci ildə, Stalin rejiminin qanlı günlərində təqdim olunmuşdu və 1980-ci illərə qədər də Sovet İttifaqının rəsmi incəsənət siyasəti olaraq qaldı. Bütün bu dövr ərzində, sovet incəsənətinə kommunizmin donuq, soyuq və sabit atmosferi hakim idi. Sovet rejimi beynəlxalq arenada etibar qazanmaq üçün sənətçilərini təşviq edir, yeni incəsənət əsərləri yaradılmasına böyük əhəmiyyət verirdi, amma yaradılan bütün bu əsərlər "Sosialist realizmi" deyilən doqmatik yanaşma səbəbindən həmişə çox kiçik, zövqsüz və çirkin qəliblərlə məhdudlaşırdı. Sosialist realizmi Sovet İttifaqı ilə yanaşı, 1949-cu ildən etibarən kommunist rejimə keçən Çində də tətbiq olunmuş və eyni donuq və kobud incəsənət anlayışını meydana gətirmişdi.

Halbuki, əslində rus cəmiyyəti çox böyük sənətçilər yetişdirmiş, möhtəşəm sənət əsərlərinə, arxitektura möcüzələrinə imza atmış cəmiyyət idi. İnqilabdan əvvəlki dövrdə St. Peterburq şəhərində tikilən məşhur Ermitaj muzeyi möhtəşəm sənət kolleksiyası ehtiva edirdi. Amma kommunizm rus incəsənətini 1917-ci ildə dondurdu, hətta çox gerilərə apardı.

Kommunist incəsənətin sözügedən donuqluğu, yuxarıda da ifadə etdiyimiz kimi, kommunistlərin dünyagörüşünü meydana gətirən materialist fəlsəfənin nəticəsidir. Materialist fəlsəfə insanı yalnız maddə yığını olaraq görən və hər şeyi də maddə ilə məhdudlaşdırmağa çalışan düşüncədir. Materialist fəlsəfənin incəsənətə tətbiqi isə digər hər sahələrdə olduğu kimi, bu sahədə də qarmaqarışıqlığa səbəb olmuşdu.

Çünki əslində incəsənət, Allah`ın insana verdiyi estetika zövqü gözəlliyə olan heyranlıq duyğularının ifadə formasıdır. Gözəl sənət əsərlərinin meydana gəlməsi üçün insanların ruhundakı bu fitri (yaradılışdan gələn) meyillər mümkün olduğu qədər azad və rahat mühitdə ifadə edilməlidir. Sovet İttifaqında qurulan və sonradan Çin, Şərqi Avropa ölkələri, Hind-Çin və ya Kubadakı kommunist rejimlərdə də təqlid edilən kommunist diktatorluq, bu azad və rahat mühiti tamamilə ortadan qaldırmış, insanları daimi təzyiq altına alaraq incəsənəti də məhv etmişdir.

Eyni zamanda, kommunizm insanları dindən uzaqlaşdıraraq, incəsənətə bir başqa zərbə daha vurmuşdur. Çünki incəsənətə ilham verən duyğuların ən önəmlisi insanların dindən aldıqları mənəvi şövq və həyəcandan gəlir. Tarixdəki ən böyük rəssamlar, heykeltəraşlar, memarlar, həmişə dini mövzularda əsərlər hazırlamış, dini inanclarından güc və ilham almışlar. İnsanları ölümlə birlikdə yox olacaq maddə və ya bir heyvan növü olaraq deyil, Allah‘ın ruh verdiyi varlıqlar olaraq gördükləri üçün onlara gözəllik təqdim etmə, Allah‘ın sənətinin təcəllilərini göstərmə eşqi içində olmuşlar. Dinin ortadan qaldırıldığı cəmiyyətdə, insanların bu şövqü və həyəcanı itirmələri, mənəvi böhranlara qapılaraq məqsədsizləşmələri qaçınılmazdır. Kommunist rejimlərin hamısında bu fakt yaşanmış və dinsizliyin bir nəticəsi olaraq, insanı heyvan növü kimi görüb dəyərsizləşdirmə, ölümlə birlikdə yox olacağını zənn etmənin gətirdiyi pessimizm, depressiya, donuqluq və məqsədsizlik cəmiyyətlərə hakim olmuşdur. Maonun Qırmızı Çinində bütün cəmiyyətə eyni cür paltar geydirilməsi, Mədəniyyət İnqilabı zamanında ev heyvanı bəsləmənin belə qadağan edilməsi, kommunist mühafizəkarlığın və dar düşüncənin digər təəccüblü nümunələridir.


"Kommunist elm"in uydurmalari

Kommunist rejimlərin zərbə vurduğu mühüm sahələrdən biri də elmdir.

Stalin rejimi "proletar incəsənəti" adlandırılan anlayış uydurmaqla yanaşı, digər tərəfdən də elmə əl atmış və "proletar elmi"ni irəli sürmüşdür. Bu kommunist nəzəriyyəyə görə 2 ayrı elm - "burjuaziya elmi" və "proletar elmi" var və bunlar bir-birindən fərqli nəticələr verir.

Proletar elmi, əslində materialist fəlsəfənin ehtiyaclarına görə elmi təhrif etməkdən başqa bir şey deyil. Bunun ən açıq göstəricisi isə Stalin dövrü Sovet elminə damğasını vuran Lisenko hadisəsidir.

Trofim Denisoviç Lisenk Sovet İttifaqındakı müxtəlif əkinçilik məktəblərində təhsil almış və 1940-cı illərdə Stalinin gözünə girərək Sovet əkinçilik və biologiya siyasətinə tam hakim olmuşdur. Lisenkonun ən mühüm cəhəti isə 19-cu əsrin sonlarında avstriyalı botanik, rahib Qreqor Mendel tərəfindən təcrübələrlə kəşf edilən və 20-ci əsrdəki qabaqcıl işlərlə dəstəklənən irsiyyət qanunlarını rədd etməsidir. Lisenko, Mendelin qanunlarının "burjuaziya elmi" olduğunu söyləmiş, buna qarşı olaraq 18-ci əsrdə fransız təkamülçü bioloq Lamarkın ortaya atdığı "qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə ötürülməsi" tezisini müdafiə etmişdir.

Lisenkonun heç bir elmi dəlilə söykənməyən bu düşüncəsi, 1930-cu illərdə böyük əkinçilik böhranı yaşayan Sovet İttifaqında diqqəti cəlb etmişdir. Lisenko, ortaya atdığı tezisləri tətbiq edərək digər bioloqların düşündüklərindən çox daha böyük, güclü və məhsuldar taxıl istehsalı təmin edəcəyini vəd etmişdir. Məsələn, münasib şərtlərdə yetişdirilən buğdanın çovdar toxumları verməyə başlayacağını iddia etmiş və əkinçilikdə buna söykənən cəhdlər edilmişdir. (Bu iddia vəhşi təbiətdə yaşayan itlərin bir müddət sonra tülküyə çeviriləcəklərini iddia etməyə bənzəyir. Bu elmə tamamilə zidd olan və bu günə qədər heç bir nümunəsi müşahidə edilməmiş batil inancdır.) Stalin 1940-cı ildə Lisenkonu Sovet Elmlər Akademiyası Genetika İnstitutunun rəhbərliyinə gətirmiş və Lisenko bu vəzifədə düz 25 il qalmışdır. Lisenko eyni zamanda Sovet İttifaqının güclü təşkilatlarından biri olan Vladimir I. Lenin Əkinçilik Elmi Akademiyasının başçısı olmuşdur.

1948-ci ildə klassik genetika sahəsində təhsil almaq və araşdırma aparmaq qadağan edilmiş, Lisenkonun təkamülçü tezisini qəbul etməyərək Mendel genetikasını müdafiə etməyi davam edən bəzi genetiklər gizlicə həbs olunaraq edam edilmişdir.

Lisenkonun əkinçilik siyasəti böyük səmərəsizliklərə gətirib çıxarmışdır. Məsələn, Lisenko əkiləcək toxumların uzun müddət soyuq suda saxlanılması nəticəsində soyuq hava şərtlərinə uyğun quruluş qazanacaqlarını irəli sürmüş və bunu sınamaq üçün tonlarla toxumu soyuq suda saxlatdıqdan sonra Sibir steplərinə əkdirmişdir. Əlbəttə ki, toxumların hamısı məhv olmuşdur. Buna bənzər sınaqların hamısı biabırçılıqla nəticələnmişdir. Lakin bu həqiqət ancaq 1960-cı illərdə açıq şəkildə ifadə edilmişdir. Nəticədə, 1964-cü ildə Lisenkonun tezisinin elmi cəhətdən səhv olduğu rəsmi şəkildə qəbul edilmiş və bundan sonra Mendel genetikasının Rusiyada yenidən öyrədilməsi və tətbiq olunması üçün böyük səy göstərilmiş, əkinçilik məhsullarında amerika ləvazimatları və gübrələmə üsullarına keçilmişdir. İrəli sürdüyü tezisin cəfəngiyyat olduğuna və bu yolla Sovet elminə və əkinçiliyinə böyük zərbə vurduğunun başa düşülməsinə baxmayaraq, Lisenko və tərəfdarları fikirlərindən imtina etməmiş, hətta bir çox təkamülçü Sovet elmi təşkilatlarındakı ünvan və mövqelərini qorumuşdur.

Lisenko hadisəsi, materializmə və təkamül nəzəriyyəsinə olan kor-koranə bağlılığın elmə və cəmiyyətə nə qədər böyük zərər verdiyini göstərən tarixi sənəddir. Dövrümüzdəki təkamülçülər Lisenko hadisəsindən ümumiyyətlə söhbət açmırlar, söz düşəndə isə bunun yalnız Lamarkizmlə əlaqəli doqmatik hərəkət kimi göstərirlər. Halbuki, Lisenko və onu izləyənlər yalnız Lamarkist deyil, eyni zamanda darvinistlərdir. Lamarkla Darvini bir-birini tamamlayan iki əhəmiyyətli təkamülçü, nəzəriyyəçi olaraq görmüş, Lamarkın "qazanılmış xüsusiyyətlərini sonrakı nəsilə ötürülməsi" tezisi rədd edildiyində Darvinin nəzəriyyəsinin də havada qaldığını fərq etmiş, bu səbəblə kor-koranə Lamarkı müdafiə etmişdilər.

Marksist və darvinist mütəfəkkir Robert M. Yonq, "Darwinian Evolution And Human History" (Darvinist Təkamül və İnsanlıq Tarixi) adlı məqaləsində bu barədə belə şərh edir:

"Yaxın dövrlərdə cəmiyyətin və təbiətin eyni təkamül və kommunist qanunları izlədiyi düşüncəsi, 1930-cu və 1940-cı illərdəki Stalin rejiminin ən dəhşətli hadisələrindən biri olan lisenkoizmə gətirib çıxarmışdır. Təbiət qanunlarının dialektikayla işlədiyi qəbul edilmiş və bu fikri mənimsəməyən bioloqlar işdən çıxarılmış, azadlıqlarını və bəzən həyatlarını da itirmişdilər. Lisenkoizm digər ölkələrdəki mühüm genetik inkişafı yadırğayan və ona qarşı çıxan təkamülçü düşüncədir. Amma bu darvinizm adına edilmişdir.

Lisenko dövründəki Sovet idarəçilərinin genetika qanunlarına göstərdikləri müqavimət, materialist fanatizmin nümunələrindən yalnız biridir. Bu gün də hələ bir çox materialist, eyni genetika qanunlarını qəbul etməmək üçün müqavimət göstərən Lisenko və tərəfdarları kimi, elmin canlılarda ortaya çıxardığı "dizayn" gerçəyinə, yəni yaradılış dəlillərinə qarşı gözü bağlı müqavimət göstərirlər. Bunun əleyhinə dəlil gətirmək üçün illərdir milyardlarla dollar xərcləyir və insanlıq adına böyük itki verirlər. Yalnız öz ideologiyalarının sorğusuz mühakimələri səbəbiylə bütün dünyada heç bir nəticə gətirməyən araşdırmalar edir, əmək və pul israfına səbəb olurlar.


Kommunist ideologiyanın ictimai həyata təsirləri

Kommunist ideologiyanın fanatik quruluşu 20-ci əsrdəki kommunist rejimlərin ictimai həyatında çox mənfi təsirlər meydana gətirmişdir. Bu ideologiya Allah‘ın varlığını inkar edən, Allah‘ın dinindən uzaqlaşaraq hər cür mənəvi və əxlaqi dəyəri heçə sayan mərhəmətsiz, sanki cəhənnəm kimi bir həyat təqdim etmişdir. Allah qorxusu olmayan, insanları öldükdən sonra yox olacaq maddələr hesab edən anlayış cəmiyyətlərə təlqin edilmişdir. Sovet İttifaqında, Şərqi Avropa ölkələrində, və Qırmızı Çində müşahidə edilən bu təsirlər kommunist sistemin qurmaq istədiyi cəmiyyət modelinin (eynilə materialist-darvinist nəzəriyyədə nəzərdə tutulduğu kimi) "heyvan sürüsü" olduğunu ortaya qoyur.

Kommunist cəmiyyətlərin bəzi təməl xüsusiyyətlərini belə sıralaya bilərik:

  •  Kommunist cəmiyyətlərdə insanlar, Darvinin təkamül nəzəriyyəsi və Engelsin "təbiətin dialektikası" nağılına uyğun olaraq inkişaf etmiş havyan növü olaraq qəbul edilir. Bu səbəbdən cəmiyyət də "havyan sürüsü" sayılır. Cəmiyyəti heyvan sürüsü sayan bu anlayış kommunist rejimlərin hər mərhələsində ortaya çıxır. Sistemin inkişaf etdirdiyi insan "insan-heyvan-maşın" arasında qalan cansız, ruhsuz, donuq varlıqdır.
  •    Kommunist sistemdə insana dəyər verilmir. "Onsuz da sürüdə çox var, bir dənə itsə heç nə olmaz" məntiqi qəbul edilir. İşləyə bilməyən ya da şikəst olanlar sürüdən atılmalı, ölümə tərk edilməlidir. Onlar xəstə və zərərli olaraq qəbul edilir. Əfv, mərhəmət, vəfa duyğusu yoxdur. Bu səbəblə də hər kəs yaşlılıqdan və yox edilməkdən qorxur. Yaşlılara diqqət və hörmət göstərilmir, əksinə "fillər ölmədən əvvəl qəbiristanlığa getməlidir" kimi mərhəmətsiz düşüncə höküm sürür.
  • Cəmiyyət eynilə sürüdəki heyvanlar kimi, eyni tip insanlardan ibarətdir. Eyni paltarlar, eyni tipdə avtomobillər, eyni tipdə evlər… Bütün cəmiyyətə böyük monotonluq hakimdir. İdmançı, sənətçi, alim, işçi hamı bir-birinin eyni tip həyat modelinə sahibdir. Evlər heyvan sığınacağı, paltarlar isə "soyuqdan qoruyan geyim" məntiqiylə hazırlanır. Estetika tamamilə tərk edilmişdir.
  •  İnsanlar fərdi xüsusiyyətləri ilə deyil, birliyə verdikləri güc və tövhələri ilə ön plana çıxır. Yaxşı işləyən işçi, yaxşı işləyən kəndli ideal insandır. Sistem yalnız maddi anlayış olan "iş və istehsal" üzərinə qurulmuşdur. "İstehsal sürünü gücləndirir" məntiqi etibarlıdır. İnsanların əxlaqı, niyyəti, ruh halı heç bir zaman diqqətə alınmır. 
  •  Həyatı yalnız mübarizə olaraq görən bu zehniyyət, zəiflərin yox olmasından narahat olmur, əksinə bunu zəruri hesab edir. Hətta heyvanlarda olan fədakarlıq duyğusu olmadığı üçün hər kəs əvvəlcə özünü düşünür. Bu səbəbdən də cəmiyyət inkişaf etmir. İnsanlar mərhəmətdən uzaq olduğu üçün cəmiyyətin dinclik və barış içində olması mümkün deyil. Şəfqət duyğusunun azlığı və mərhəmətsizlik, gələcək qorxusu ilə birləşdikdə cəmiyyətdə ümidsizlik və pessimizm hakim olur.
  •  İnsanlar sürü psixologiyası daxilində daimi qorxu hissi keçirir, hər hadisədən qorxurlar. Qapıdakı plaşlı adamdan, müdirin qarşısına çağırılmaqdan və s. Qorxunun qaynağı məlum deyil, heç kim onu təyin edə bilməz, amma ən altdan ən üstə qədər hər kəs qorxunu yaşayır.
  •  Hətta cəmiyyətdə Allah qorxusunun yerinə qoyulmuş müxtəlif "qorxu mərkəzləri" var. Məsələn Sovet İttifaqında qurulan KQB (eləcə də, əvvəlki Çeka, NQVD kimi gizli təşkilatlar) bütün cəmiyyətə ölümcül qorxu salan qurum kimi fəaliyyət göstərirdi. Bu təşkilatların "hər şeyi gördüyü və bildiyi" düşüncəsi cəmiyyətə hakim idi. Həmin təşkilatlar tamamilə "meşə qanunları"na söykənən təmizləmə sistemi qurub, heç bir mühakimə etmədən və müdafiə olunmaq haqqı vermədən milyonlarla insanı ölümə göndərirdi.
  • Allah qorxusu sistemli şəkildə yox edildiyi üçün insanlar ancaq sistemdən qorxduqları qədər nəfslərini saxlayırlar. Sistem görməyəcəksə və ya cəzalandırmayacaqsa, hər cür qeyri qanuni iş edilir. Oğurluq, sui-istifadə, rüşvət isə son həddədir.
  •   Yaşadıqları mühitdən qaynaqlanan narahatlıq, qorxu və çaxnaşma xalqı stress vəziyyətinə salır. Gecələri yata bilmir, gündüzləri hər şeydən narahat olurlar. Bu halda bədən dərhal çökür. İntensiv olaraq təzyiq və ağır həyat şərtləri qadın və kişini gənc yaşda çökdürür və bəzən də erkən yaşda ölümlərə səbəb olur. Ümidsizlikdən sahib olduqları nemətlərdən zövq ala bilmirlər. Ancaq içki ilə özlərini keyidir və yarı sərxoş halda cəhənnəmə bənzər həyat sürürlər.
  •   İnsanlar öldükdən sonra yox olacaqlarına inandıqları üçün həyata dörd əllə vəhşicə sarılırlar. Hər kəsi düşmən və öz həyat mübarizəsində rəqib gördükləri üçün hər hərəkəti öz əleyhlərində qəbul edib kin bəsləyirlər. Kütləvi olaraq olaraq inkişaf anlayışı olmadığı üçün bir-birlərinin üstünə çıxaraq yüksəlməyə çalışırlar. Hər kəs bir-birinə xəyanət etdiyi üçün aralarında dostluq olmur və hər kəs tək başına həyata məhkum olur.
  • Allah inancı olmadığı üçün fərdin mənən bağlanıb güvənəcəyi heç kim yoxdur. Darvinist-kommunist dövlət fərdi davamlı olaraq əzir. Cəmiyyətin digər fərdləri isə sahib olduqlarını hər an əllərindən ala biləcək potensial düşməndir. Bu səbəbdən kommunist cəmiyyətdə fərdin güvənəcəyi yeganə insan özüdür, amma özünün də zəif olduğunu bildiyi üçün özünə də güvənə bilməz, beləcə fasiləsiz ümidsizlik hakim olur. Buna görə də kommunist cəmiyyətlərdə insanların həyatlarından bezmiş və həmişə şikayətçi üslubları olur. Bununla yanaşı, heç bir şeyi dəyişdirmək üçün çalışmırlar. 
  •  Kommunist cəmiyyətdə insanların ağılı qapalı olduğu üçün həyatın hər anında -işdə, məktəbdə, evdə, əyləncədə çatışmazlıqlar var. Yalnız özlərinə öyrədildiyi qədər hərəkət edə bilərlər (heyvanlar kimi) və bu səbəblə heç bir hadisə və problem qarşısında orjinal və yeni həll metodu gətirə bilmirlər. Onsuzda, əks halda çox şiddətli cavab alacaqlar.
  •   Düşünməyən insanlar ucbatından təşkilatlanma yoxdur, resurslardan məhsuldar istifadə edilməz. Resurslar (Lisenko nümunəsində olduğu kimi) utopik xəyallar və hədəflər uğruna israf edilir.
  •   Kommunist cəmiyyətdə, cəmiyyətin ən fundamental ünsürü olan ailə də korlanmışdır. Həqiqi mənada evlilik yoxdur. Yalnız cütləşmə və nəslin davamı var. Evlilik gözəl əxlaqın yaşanması üçün deyil, nəslin davamı üçün edilir. Uşağa ailəsi deyil, dövlət və ya da öz sözləri ilə desək "sürü" baxar. Uşaq vuruşub sürünü qoruyacaq yeni qüvvət olaraq görülür və bu şəkildə öyrədilir. Ana yaşadığı mühitdən, evindən nifrət etdiyi üçün vəhşiləşir, bu da uşaqda əks olunur. Uşaqlar ailə sevgisindən məhrum böyüdükləri üçün təcavüzkar və pessimist olurlar. Evdə də sevgi və hörmət yerinə, dava hakimdir. Uşağın güvənəcəyi heç kim yoxdur.
  •    Nikah, sədaqət, iffət kimi anlayışların olmadığı, yalnız cütləşmə məntiqinin hökm sürdüyü cəmiyyətdə fahişəlik çox geniş yayılır.
  •    Kommunist cəmiyyəti idarə edən polis dövlətinin təzyiqi vicdanın və Allah qorxusunun yerini tuta bilməz. Buna görə cinayətlərin sayı yüksəkdir, cəmiyyətdə oğurluq hadisələri geniş yayılmışdır. Fabriklər, tarlalar, kooperativlər soyğunlara məruz qalır. Cinayət ortaqlığı meydana gələcəyi üçün heç kim heç kimi şikayət etmir və ya edə bilmir.
  •   Hər nə qədər kommunist ideologiyanın irqçilikdən uzaq olduğu iddia edilsə də, kommunist rejimlərdə irqçilik də var. Məsələn, Sovet İttifaqında rus olmayan xalqlara, xüsusilə müsəlmanlara və türklərə qarşı irqçi antipatiya olub. Darvinist irqçi nəzəriyyə gizlindən gizliyə mənimsənmiş, türklər və digər müsəlman xalqlar "təkamülünü tamamlaya bilməmiş etnik qruplar" kimi qəbul edilmiş və sürgün adı altında kütləvi qırğınlara məruz qalmışdır. Qırğınlar, kommunist ideologiyaya görə "təbiət dialektikasının", yəni təkamülün təbii hissəsidir.
  •    Kommunizmdə insanlar yalnız məhsul verən heyvanlar olaraq qəbul edilir. Xüsusilə kəndlilərə qarşı nifrət hakimdir. Marks kəndliləri "kartof çuvalları" adlandırmış, Lenin və Stalin də milyonlarla kəndlini qəsdən aclığa məhkum edərək öldürmüşdür. Onlara görə kəndlilər yalnız taxıl, pambıq və s. istehsalına yardım edən heyvan sürüləridir. İstehsal etdiklərinin əllərindən alınması (kollektivizasiya) isə bal arılarının yığdığı balın toplanması qədər qanuni və məqbuldur.

Yuxarıda izah edilənlər əslində dinsiz cəmiyyətlərin qısa xülasəsidir. Allah inancı olmayan cəmiyyətlərdə -hansı ad altında olursa olsun- yuxarıdakına bənzər həyat qaçınılmazdır. Çünki bu cür cəmiyyətlərdə insana Allah‘ın yaratdığı, ruh sahibi varlıq olaraq dəyər verilmir. İnsanlar bir-birlərini ölümlə birlikdə yox olacaq maddələr, bir az inkişaf etmiş heyvanlar kimi baxırlar. Buna görə də cəmiyyətdə dinclik, barış, təhlükəsizlik, həmrəylik, qardaşlıq yaşanmır. Hər kəs mümkün olduğu qədər öz mənfəətini qorumağa, öz həyatı üçün qazanc təmin etməyə çalışır. Heç kim heç kimin sağlamlığını, dincliyini, rahatlığını düşünmür. İnsanlara zərər toxunmasından narahat olmur, buna mane olmağa çalışmır. Eyni şəkildə dinsiz cəmiyyətlərdə ədalətli liderlər, cəmiyyətin faydası üçün çalışan insanlar tapmaq da mümkün deyil. Hər fərd mövqeyindən asılı olaraq çata biləcəyi ən böyük mənfəəti əldə etməyə çalışır.
 

Halbuki, Quran əxlaqında insanlar bir-birlərinə Allah‘ın qulu olaraq dəyər verirlər. Yaxşılıq edərkən gəlir güdmür, əksinə davamlı yaxşı işlər görüb xeyir işlərdə yarışaraq Allah‘ın razılığını qazanmağa çalışırlar. Axirətdə gözəl həyat ümid etdikləri və Allah‘ın "Xeyir, ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir. Allah‘ın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə böyük mükafat verəcəyik!" (Nisa surəsi, 114) ayəsini bildikləri üçün daim yaxşı davranırlar. Bunları da insanlardan bir qarşılıq gözləmədən, qarşılığını yalnız Allah‘dan gözləyərək edirlər. Allah bu nümunəvi əxlaqı bir Quran ayəsində belə təsvir edir:

"Onlar öz iştahaları çəkdiyi halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. “Biz sizi ancaq Allah rızasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt , çətin gündən qorxuruq!" (İnsan surəsi, 8-10)

Nəticə

Bir cəmiyyətdə zehni cəhətdən incəsənətin və elmin inkişafına ən çox mane törədən amil mühafizəkarlıqdır. Əgər cəmiyyət müntəzəm olaraq müəyyən dar qəliblər içində düşünməyə və yaşamağa məcbur edilirilsə, o cəmiyyətdə elm və incəsənət donur. Elm və incəsənətin inkişafı üçün insanlar geniş düşünməli, aydın təfəkkürlə dünyaya baxmalıdır.

Bəzi insanlar elmi və incəsənəti donduran bu mühafizəkarlığı yanlış izah edərək dinə isnad etməyə çalışırlar. Halbuki, Qurandakı gerçək din mühafizəkarlığa tamamilə qarşıdır. İnsanlara kifayət qədər azad və geniş düşüncə tərzi verir. İnsanları Allah qorxusundan başqa bütün qorxulardan, narahatlıqlardan uzaqlaşdırır. Ancaq bu azadlıq daxilində elm, incəsənət və düşüncə inkişaf edir. Bu halda insanlar Allah`ın Quranda öyrətdiyi kimi, dərin düşünər, kainat, təbiət və qarşılaşdıqları hadisələr barəsində həmişə ağıllı mühakimələr yürüdərlər. Din həmçinin Allah`a və dinə xidmət anlayışını, insanlara incəsənət, elm və təfəkkür üçün çox böyük şövq, həyəcan və istək qazandırır. İslam dünyasının ilk əsrlərində belə bir "qızıl dövr" yaşanmışdır.

Kommunizm isəbir tərəfdən tamamilə mühafizəkar siyasi və ictimai sistem qurmuş, digər tərəfdən insanların Allah`a olan inanclarını yox edərək onların həyat sevinclərini, həyatlarına məna verən gerçəyi zədələmişdir. İncəsənəti, elmi və düşüncəni marksizm kimi məcburi nəzəriyyənin təsiri altına salmış və baltalamışdır.

Bizə bu gerçəyi daha da təəccüblü şəkildə göstərən kommunizm nümunələri isə Asiyanın uzaq şərqində yaşanmışdır.

 

2009-12-08 22:06:56

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.net
ARKADAŞIMIZ AYŞE KOÇ'UN, 13 KASIM 2020 TARİHİNDE KATILDIĞI BİR TV...
MİLLİYET GAZETESİ MAGAZİN YAZARI SN. ALİ EYÜBOĞLU’NA AÇIK MEKTUP–2
KUMPAS ÇETESİ SON ÇAREYİ KASET İMASI YALANINA SARILMAKTA ARIYOR
SAYIN ADNAN OKTAR VE ARKADAŞLARININ SİVİL DİPLOMASİ FAALİYETLERİNİN...
HALK TV, MEDYA MAHALLESİ PROGRAMINDA ORTAYA ATILAN İDDİALARA CEVAPLARIMIZ
ESKİ SAĞLIK BAKANIMIZ SAYIN OSMAN DURMUŞ’UN VEFATI ÜZERİNE ÇIKAN HABERLERE...
MAVİ MARMARA FACİASINDA, İSRAİL'İN TÜRKİYE'DEN ÖZÜR DİLEYİP TAZMİNAT...
FOSİLLERİN ARTIK DEVLETİMİZ ELİYLE MÜZELERDE SERGİLENECEK OLMASI...
FETÖ BAĞLANTISI YALANI
ŞEREF MALKOÇ AĞABEYİMİZDEN RİCAMIZDIR
MEDYAMIZ ÖZKAN MAMATİ İSİMLİ KİŞİNİN GERÇEK YÜZÜNÜ MUTLAKA BİLMELİDİR
HAKLARINDA HİÇBİR KESİN YARGI KARARI OLMAYAN SN. ADNAN OKTAR VE...
MERVE BÜYÜKBAYRAK AKIL HASTANESİNE SEVK TALEBİ GEREKTİRECEK NE YAPTI?
BASINA ÖZEL HAZIRLANAN SENARYOLARLA HAKKIMIZDA ALGI OLUŞTURULMAYA...
MİLLİYET GAZETESİ MAGAZİN YAZARI SAYIN ALİ EYÜBOĞLU’NA AÇIK MEKTUP
AYRILIP DAĞILMA GİBİ BİR NİYETİMİZ ASLA YOK!
YENİ ŞAFAK GAZETESİ YAZARI SAYIN HASAN ÖZTÜRK’E AÇIK MEKTUP
SAYIN ÖZLEM GÜRSES'E AÇIK MEKTUP
SAYIN MİNE UZUN'A AÇIK MEKTUP
DAVA DOSYASI BOMBOŞ ÇIKINCA MEDET UMULAN ESKİ BİR İFTİRA: "GİZLİ TÜNELDEN...
KONUNUN TARAFLARINA SÖZ HAKKI VERMEDEN TEK TARAFLI YAYIN YAPMASI HABERTÜRK...
SAYIN AHMET HAKAN'A AÇIK MEKTUP
HALK TV'YE AÇIK MEKTUP
OZAN SÜER ARKADAŞIMIZIN TUTUKLANMASIYLA İLGİLİ OLARAK AV. SENA AKKAYA...
TÜRK İNSANI ADİL, TARAFSIZ, DÜRÜST, İLKELİ VE SEVGİ DOLU BİR BASIN ÖZLEMİ...
İFTİRA ÜZERİNE KURULAN DAVAMIZIN TEMELİNDEKİ SEBEP: "HUSUMET"
HÜRRİYET GAZETESİ VE YAZARLARINA CESARETLE VE ISRARLA DOĞRUDAN YANA OLMAK...
SEVGİ, KARDEŞLİK VE SELAM GÖNDERME İDDİALARI TUTUKLAMA GEREKÇESİ OLAMAZ
MEHDİYET İNANCI SEBEBİYLE SAYIN ADNAN OKTAR’IN YANINDAN AYRILMADIĞIMIZ...
TOPLU BİR AKIL TUTULMASI: "GALEYAN"
ELVAN KOÇAK BEY’İN YANLIŞ BİLGİLENDİRİLDİĞİ HUSUSLAR
AV. CELAL ÜLGEN'E AÇIK MEKTUP–3
İNGİLİZ DERİN DEVLETİNİN ÜLKEMİZDEKİ ALÇAK, HAİN VE AŞAĞILIK KRİPTO...
SAYIN MİNE KIRIKKANAT HANIMEFENDİ’YE BİR KEZ DAHA DOSTLUK VE SEVGİ...
MÜŞTEKİ İFADELERİ HAKKINDA BASINDA YER ALAN GERÇEK DIŞI HABERLER
SEVGİDEN VAZGEÇMEK ZULÜM OLUR, TEK İSTEĞİMİZ SEVGİ TOPLUMU OLUŞMASI
2 YILDAN BU YANA CAMİAMIZA KARŞI YAPILAN HAK VE HUKUK İHLALLERİ, ZULÜM VE...
ALİ İHSAN KARAHASANOĞLU KARDEŞİMİZ MASUMİYET KARİNESİNE VE SAVUNMA HAKKINA...
ATV KAHVALTI HABERLERİNDEKİ ASILSIZ İTHAMLARA CEVABIMIZDIR
MİLLİ ÇÖZÜM DERGİSİ BAŞYAZARI AHMET AKGÜL’ÜN İFTİRALARA DAYANARAK YAPTIĞI...
SEVGİYE DAİR HER DAVRANIŞIN SUÇ KAPSAMINA SOKULMA GAYRETİNDEN ENDİŞE...
AV. SN. CELAL ÜLGEN'E AÇIK MEKTUP
CÜBBELİ AHMET HOCAMIZ’DAN MÜSLÜMANLAR HAKKINDA KONUŞURKEN ADİL, DÜRÜST VE...
İSTİKLAL İNTERNET HABER SİTESİ YAZARLARINDAN SAYIN ÖMER AKDAĞ’A...
MADDİ GELİR ELDE ETMEK UĞRUNA TERTEMİZ, NUR GİBİ İNSANLARI ACIMASIZCA YOK...
DOSYAMIZDA ETKİN PİŞMANLIK İFADELERİ DEĞİL, CAN HAVLİYLE KENDİNİ...
SAYIN MİNE KIRIKKANAT HANIMIN SAVUNMA HAKKINI VE DEĞERLİ AVUKATLARI HEDEF...
BASIN KORKU DEĞİL ADALET, DÜRÜSTLÜK VE TARAFSIZLIK ÜZERİNE KURULU YAYIN...
AKİT'TEKİ KARDEŞLERİMİZ YAYINLARINDAKİ HAKARETAMİZ ÜSLUBA KARŞI MUTLAKA...
SN. ADNAN OKTAR DURUŞMALAR BOYUNCA MASKE KULLANMIŞ, GENEL SAĞLIĞIN...
MÜMİN ALLAH’TAN GELEN İŞARETLERİ GÖRÜR VE HAYRA YORAR
KANAL D ANA HABER PROGRAMINI HUKUK VE VİCDAN SINIRLARI İÇİNDE YAYIN...
ARKADAŞIMIZ BÜLENT SEZGİN'DEN SAYIN AYŞENUR ARSLAN HANIMEFENDİ’YE AÇIK...
SAYIN ADNAN OKTAR VE ARKADAŞLARINI GÜYA TEHLİKELİYMİŞ GİBİ GÖSTERME OYUNU
ARKADAŞIMIZ SERDAR SUPHİ TOGAY'IN MAHKEME İFADESİNDEN BASINA YANSIYAN...
SÖZDE ETKİN PİŞMAN OLMAK ZORUNDA BIRAKILAN ARKADAŞIMIZ ALİ ŞEREF GİDER’İN...
TURNİKE İFTİRASINA İTİBAR EDİP DİLE GETİRENLERİN ASIL ÖNCELİĞİ...
AKİT CAMİASINDAKİ KARDEŞLERİMİZ BİZİM İYİ NİYETİMİZİ YAKINDAN BİLİR VE...
GERÇEKLER SAYIN DOĞAN KASADOLU'NUN HAYAL DÜNYASINDA YAŞADIĞINDAN VE...
ALİ İHSAN KARAHASANOĞLU KARDEŞİMİZE HANIMLAR HAKKINDA SAYGILI VE NEZAKETLİ...
MUHAFAZAKAR CAMİADA HAKKIMIZDA MERAK EDİLEN BAZI SORULARA CEVAPLAR
DURUŞMADA YÖNELTİLEN SORULAR İDDİANAMEDE YER ALAN SUÇLAMALARIN ASILSIZ...
ARKADAŞIMIZ SEDAT ALTAN'DAN DEĞERLİ GAZETECİMİZ SAYIN AHMET HAKAN'A AÇIK...
ARKADAŞIMIZ MERVE BÜYÜKBAYRAK'IN MİNE KIRIKKANAT HANIMEFENDİ'YE AÇIK...
ARKADAŞIMIZ KARTAL İŞ'TEN SAYIN DOĞU PERİNÇEK’E AÇIK MEKTUP
AV. SN. KEREM ALTIPARMAK’IN “İNTERNET ERİŞİM ENGELLERİ VE İFADE ÖZGÜRLÜĞÜ”...
"NİHAYET DERGİSİ"NDE, CAMİAMIZ HAKKINDA YAPILMIŞ GERÇEK DIŞI, ÇİRKİN BİR...
HALKI, HALKA EZDİREN SİSTEM SON BULMALI
KONU DEKOLTE DEĞİL, SEVGİMİZE VE DOSTLUĞUMUZA DUYULAN ÖFKE
INDEPENDENT-TÜRKÇE'NİN MÜSLÜMANLARA EVRİM TEORİSİNİ KABUL ETTİRME TAKTİĞİ
BUGÜN BAZI GAZETECİLERİN TUTUKLANMASINI ELEŞTİREN CNN TÜRK GECE GÖRÜŞÜ...
DEKOLTE GİYDİLER DİYE MASUM İNSANLARA YÜZLERCE YIL HAPİS CEZASI İSTEYİP...
SN. ADNAN OKTAR’IN MEHDİLİK İLAN EDEREK DEVLETİ ELE GEÇİRECEĞİ İTHAMI AKLA...
ARKADAŞIMIZ EMRE BUKAĞILI'NIN SN. FAZIL SAYIN AÇIKLAMALARINA CEVABI
SÜLEYMAN ÖZIŞIK KARDEŞİMİZİN DE CEMAATLERİN MİLLETİMİZ İÇİN DEĞERİNİ ÇOK...
ADNAN OKTAR OLMASAYDI...
SAYIN ERGUN YILDIRIM’IN “YENİ MEHDİLER” BAŞLIKLI KÖŞE YAZISINA...
NORMAL VE LEGAL BİR YAŞAMDAN YAPAY SUÇLAR ÜRETİLEREK "HAYALİ BİR SUÇ...
SAYIN ADNAN OKTAR’IN TUTUKLANMASININ ARDINDAN...
CÜBBELİ AHMET HOCAMIZ MÜSLÜMANLARA ATILAN İFTİRALARA İTİBAR ETMEMELİDİR
ODATV GENEL YAYIN YÖNETMENİ SN. BARIŞ PEHLİVAN'A AÇIK MEKTUP
KOMPLOCULAR, KORKUTARAK "SÖZDE" İTİRAFÇI YAPTIKLARI ARKADAŞLARIMIZ...
CUMHURİYET GAZETESİNE AÇIK MEKTUP
GENİŞ HAYAL GÜCÜ İLE KURGULANAN DAVA DOSYASI
MODERNLİK İSLAM’IN GELİŞİP YAYILMASINDA EN ETKİLİ YÖNTEMDİR
SN. ENVER AYSEVER’İN PROGRAMINDA GÜNDEME GELEN İTHAMLARIN CEVAPLARI
SN. ADNAN OKTAR: "ALLAH'IN VERECEĞİ KARARI TALEP EDİYORUM"
MİNE KIRIKKANAT GİBİ AYDIN VE DEMOKRAT BİR HANIMA HUKUKUN TEMEL İLKELERİNE...
Adnan Oktar: "Allah’ın vereceği kararı talep ediyorum."
Adnan Oktar: "Allah’ın vereceği kararı talep ediyorum."
YENİ AKİT GAZETESİ VE ODA TV’DE YER ALAN “UYAP’TAN SANIĞIN ADI SİLİNDİ”...
SAYIN BİRCAN BALİ'YE CEVAP
SAYIN AVUKAT CELAL ÜLGEN'E AÇIK MEKTUP
SAYIN ALİ İHSAN KARAHASANOĞLU'NA CEVAP
SAYIN ADNAN OKTAR VE CAMİAMIZA YÖNELİK MANEVİ LİNÇ
SN. DOĞU PERİNÇEK VE SN. PROF. DR. ALİ DEMİRSOY'UN ÖNEMLİ OLDUĞUNU...
SAYIN PROF. DR. NURAN YILDIZ'A AÇIK MEKTUP
SN. ADNAN OKTAR VE ARKADAŞLARININ İSRAİL VE MUSEVİLERLE OLAN...
CAMİAMIZA YÖNELİK "YURTDIŞI LOBİ FAALİYETLERİ" İSNADI İLE İLGİLİ...
FETÖ'YE KARŞI EN GÜÇLÜ ELEŞTİRİLERİ SN. ADNAN OKTAR YAPMIŞTIR
DELİL VE ŞAHİT OLMADAN SUÇSUZ İNSANLARI CEZALANDIRMAK KUR’AN’A UYGUN...
ARKADAŞLARIMIZ MUAZZEZ VE YILDIZ ARIK’IN DURUŞMADAKİ GERÇEK DIŞI...
İNSANLARA NEREDE VE KİMLERLE YAŞAYACAKLARINA DAİR BASKI VE DAYATMADA...
ARKADAŞIMIZ BERİL KONCAGÜL’ÜN DURUŞMADAKİ GERÇEK DIŞI İDDİALARINA...
KANAL D'NİN UYDURMA HABERİ
MERVE BOZYİĞİT'İN DURUŞMADAKİ AÇIKLAMALARI KUMPASI GÖZLER ÖNÜNE SERDİ !!!
ARKADAŞLARIMIZ ALTUĞ ETİ, BURAK ABACI VE CEYHUN GÖKDOĞAN'IN...
KUMPASÇILARIN ARKADAŞLARIMIZA BASKI VE TEHDİTLE DAYATTIĞI GERÇEK DIŞI...
"NORMAL HAYATIN SUÇMUŞ GİBİ GÖSTERİLMESİ" ANORMALLİĞİ
ARKADAŞIMIZ ÇAĞLA ÇELENLİOĞLU'NUN DURUŞMADAKİ İDDİALARINA CEVABIMIZ
YENİ ŞAFAK VE GÜNEŞ GAZETELERİNDEKİ GERÇEK DIŞI İDDİALARA CEVAP
SAVUNMA HAKKIMIZ NASIL ENGELLENDİ?
ARKADAŞIMIZ ECE KOÇ'UN DURUŞMADAKİ İDDİALARINA CEVABIMIZ
ARKADAŞLARIMIZ MUSTAFA ARULAR VE EMRE TEKER'İN DURUŞMALARINDAKİ...
ARKADAŞIMIZ AYÇA PARS'IN DURUŞMADAKİ İDDİALARINA CEVABIMIZ
KAMU VİCDANI YALANI
DEVLETİMİZİN VERDİĞİ SİLAH RUHSATLARI CAMİAMIZA DUYDUĞU GÜVENİN AÇIK BİR...
ASIL HEDEF İSLAM ALEMİ, TÜRKİYE, SAYIN ERDOĞAN VE AK PARTİ HÜKÜMETİ
GERÇEK MODERNLİK İSLAM DİNİNDEDİR
TV PROGRAMLARINDA SEVGİ DİLİ ESAS ALINMALIDIR
"Allah'tan tahliyemizi istirham ediyorum"
AKİT GRUBUNA AÇIK MEKTUP
"....Allahvar.com sitesi kapatıldı, düşmanım bu siteyi yapmış olsa...
GARDIROP YALANI
SAYIN DOĞU PERİNÇEK'E AÇIK MEKTUP
'CRACKED.COM' SİTESİNDEKİ İDDİALARA CEVAP
1999 KAN KAMPANYASI TAMAMEN MEŞRU VE LEGAL BİR ORGANİZASYONDUR
HAKİM VE SAVCILARIMIZ YALNIZCA KANUN, HUKUK VE VİCDANI ESAS ALMALIDIR
HARUN YAHYA KÜLLİYATININ İMHASI ÇOK VAHİM VE TARİHİ BİR HATA OLUR
DİYANET İŞLERİ BAŞKANLIĞI RAPORUNA CEVAP
İLERİ DERECEDE MODERN GÖRÜNÜM VE DEKOLTE GİYİM TARZININ NEDENLERİ
"Adnan Bey’in çevresindeki her insan hayat dolu, mutlu, cıvıl cıvıl.”
SUÇSUZ BİR GENÇ KIZ DAHA HUKUKSUZ OLARAK TUTUKLANDI
SÖZDE İTİRAFÇI VEYA MÜŞTEKİ OLMAYA ZORLANMIŞ KARDEŞLERİMİZE ACİL KURTULUŞ...
YENİ BİR SAFSATA DAHA
"Müslümanlar Kardeştir..."
"Biz silahlı suç örgütü değiliz"
MEHDİYETİ GÜNDEME GETİRMEK LİNÇ KONUSU OLMAMALI
"Zorla alıkonma, İzole bir hayat yaşama iddialarını asla kabul etiyorum"
"Adnan Bey bizi çok sever, hep onore eder"
MEDYANIN ZORAKİ "BENZERLİK KURMA" TAKTİĞİ
"Ortada silahlı suç örgütü değil sadece birbirini çok seven arkadaş...
ÇOK DEĞERLİ BİR SİYASİ BÜYÜĞÜMÜZE AÇIK MEKTUP
AYÇA PARS CANIMIZ GİBİ SEVDİĞİMİZ, MELEK HUYLU, MÜMİNE KARDEŞİMİZDİR
"ALIKONMA" SAFSATASI
KUMPASÇILARIN KORKUTARAK İFTİRACI DEVŞİRME YÖNTEMLERİ
BERİL KONCAGÜL TEHDİT ALTINDADIR, CAMİAMIZA İFTİRAYA ZORLANMAKTADIR!
TAHLİYE OLAN ARKADAŞLARIMIZ HİÇ KİMSE İÇİN HİÇBİR ZAMAN BİR BASKI UNSURU...
AV. CELAL ÜLGEN ADİL VE DÜRÜST OLMALI
AKİT TV SUNUCUSU CANER KARAER HAKKINDA ÖNEMLİ BİLGİLENDİRME
MASUM İNSANLARIN TAHLİYESİ TAMER KORKMAZ'I DA SEVİNDİRMELİDİR
"Adnan Bey için ailelerimizle arasının iyi olmadığına dair iftiralar...
"Türkiye ve İslam Dünyasını zayıflatmak istiyorlar.."
"Adnan Bey`den ASLA ŞİDDET VE BASKI GÖRMEDİM..."
"Allah rızası için 40 yıldır Türk-İslam Birliği için çabalıyoruz"
"...En ufak bir suça dahi şahit olmadım..."
"Hakkımızda çok fazla SAHTE DELİLLER ÜRETTİLER..."
"Biz FETÖNÜN ANTİSİYİZ...."
“Bu dava sürecinde.... sözde dijital delillerin ibraz edilmemesi gibi pek...
"Zaten biz birbirimizi bu kadar çok sevdiğimiz için buradayız..."
"Biz bir arkadaş grubuyuz..."
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."