Hz. Mehdi (ə.s.) axır zamanın ən böyük mürşidi, vəlisi, qütbüdür. İmam Rəbbani Həzrətlərinin də, Abdülkadir Geylani Həzrətlərinin də, bütün Əhli sünnə alimlərinin, bütün məzhəb imamlarının və bütün təriqətlərin də mürşididir. Bu səbəbdən Mahmud Hoca Əfəndi Həzrətlərinin də mürşidi Hz. Mehdidir. Cübbəli Əhməd bir xütbəsində Hz. Mehdinin (ə.s.) gəlməsi üçün Allaha yalvararaq dua edir, Hz. Mehdini (ə.s.) görmək üçün Allaha yalvarır.
Deməli, Hz. Mehdi (ə.s.) gəldiyində Mahmud Hoca Əfəndi Həzrətləri də, Cübbəli Əhməd də və bütün digər təriqətlər və mənsubları da Hz. Mehdiyə (ə.s.) tabe olacaqlar, onun xilafətini qəbul edəcəklər. Hz. Mehdi (ə.s.) zühur etdiyində reallaşacaq olan bu beyəti qəbul etməyən, əksini müdafiə edən bir camaat yoxdur.
Hz. Mehdi (ə.s.) axır zamanın ən böyük mürşidi, ən böyük vəlisi və qütbü olduğundan o, zühur etdiyində bütün təriqətlər onun hüzurunda toplanacaq. Bunun şüurunda olan bir çox təriqət lideri yüzlərlə ildir davam etdirdikləri; xilafət əmanətini bir sonrakı şəxsə təhvil vermə adətini axır zamana girməklə birlikdə buraxmışlar. Məsələn, Əli Heydər Əfəndi də xilafəti Hz. Mehdiyə (ə.s.) buraxmışdır. Mahmud Hoca Əfəndi Həzrətləri indi Əli Heydər Əfəndinin Vəkilidir. Bütün təriqətlər Hz. Mehdinin (ə.s.) zühur vaxtı olan hicri 1400 etibarilə onun zühurunu və təbii mürşidliyini gözləməyə başlamışlar.
2010-03-01 20:34:22