20 Sualda Təkamül Nəzəriyyəsinin Süqutu

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
2 / total: 21

1. Təkamül nəzəriyyəsi nə üçün elmi və əsaslı nəzəriyyə deyil?

Təkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi bir qanun, sübut edilmiş bir həqiqət deyil, elmilik pərdəsi ilə cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları bir növ hiylə, saxtakarlıq, təhrif, yalan və göz pərdələmədən ibarət təlqin və təbliğat üsullarıdır.

XIX əsrin bəsit elmi məlumatları ilə xəyali fərziyyə kimi irəli sürülən təkamül nəzəriyyəsi bu günə qədər heç bir elmi tapıntı və ya təcrübə vasitəsilə sübut edilə bilməmişdir. Əksinə, nəzəriyyənin iddialarını əsaslandırmaq üçün istifadə edilən bütün üsullar belə bir nəzəriyyənin əsassızlığını sübut etmişdir.

Ancaq çox insan hətta bu gün bu nəzəriyyəni eynilə yerin cazibə qüvvəsi və ya suyun gərilmə qüvvəsi kimi sübut edilmiş elmi həqiqət hesab edir. Çünki əvvəldə də bildirdiyimiz kimi, təkamülün cəmiyyətə təqdim edilən üzü gerçək üzündən çox fərqlidir. Bir çox insan bu nəzəriyyənin nə qədər boş dəlillərə əsaslandığını və elm tərəfindən hər mərhələdə necə təkzib edildiyini bilmir. Təkamülçülərin əsassız fərziyyələri, qərəzli, həqiqətdən kənar şərhlər, təhriflər, yalanlar, xəyali ssenarilər, psixoloji təlqin metodları, saysız-hesabsız saxtakarlıq və göz pərdələmə üsullarından başqa əsasları yoxdur.

Bu gün biologiya, paleontologiya, genetika, biokimya, mikrobiologiya kimi elm sahələri həyatın heç cür təsadüflər və təbii şərtlər nəticəsində öz-özünə meydana gəlməsinin mümkün olmadığını sübut etmişdir. Canlının hüceyrəsi elm dünyasının ortaq qənaətinə əsasən, insanın bu günə qədər qarşılaşdığı ən mürəkkəb quruluş xüsusiyyətini qoruyur. Müasir elm tək bir canlı hüceyrəsinin belə böyük bir şəhərdən daha mürəkkəb quruluşa malik olduğunu aşkar etmişdir. Bu cür mürəkkəb quruluş ancaq bütün hissələri eyni anda və nöqsansız ortaya çıxdığı təqdirdə fəaliyyət göstərə bilər. Əks təqdirdə, heç bir işə yaramaz və zamanla dağılar, parçalanar və məhv olar. Təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, milyon illərlə digər hissələrinin "təsadüflərlə" əmələ gəlməsini gözləyə bilməz. Beləliklə, sadəcə tək bir hüceyrənin mürəkkəb yaradılışı belə Allah’ın həyatı yoxdan yaratdığını açıq-aşkar göstərir. (Ətraflı məlumat üçün bax: Harun Yəhya, Hüceyrədəki möcüzə)

Lakin materialist fəlsəfənin tərəfdarı olan müəyyən kütlələr müxtəlif ideoloji mənfəət və ümidlər səbəbi ilə yaradılış gerçəyini qəbul etmək istəmirlər. Çünki haqq dinin Allah’ın əmr və qadağalarına əsasən bəşəriyyətə öyrətdiyi gözəl əxlaqı yaşayan cəmiyyətlərin mövcud olması və yayılması bu materialist kütlələrin işinə yaramır. Öz mənfəətləri üçün yönəldəcəkləri, sui-istifadə edəcəkləri, mənəviyyatsız, dini və əxlaqi dəyərlərdən yoxsul nəsillər hər zaman bu kütlələrin dünyəvi mənfəətlərinə daha uyğundur. Beləliklə, insanlara yaradılmadıqları, təsadüflərlə ortaya çıxıb heyvanlardan təkamül nəticəsində əmələ gəldikləri yalanını təlqin edən təkamül nəzəriyyəsini nəyin bahasına olursa olsun, dirçəltməyə və cəmiyyətlərə qəbul etdirməyə çalışırlar. Elmin təkamül nəzəriyyəsini çürüdən və yaradılış gerçəyini sübut edən bütün açıq dəlillərinə baxmayaraq, ağıl və məntiqi bir kənara qoyaraq, hər mühitdə və hər fürsətdə bu cəfəngiyatı müdafiə edirlər.

hüceyrə
 

Darvin dövründə hüceyrənin mürəkkəb quruluşu haqqında heç bir şey bilinmirdi.

Əslində, ilk canlı hüceyrəsinin, hətta bu hüceyrənin içindəki milyonlarla zülal molekulundan bir dənəsinin belə öz-özünə əmələ gəlməsinin mümkün olmadığı, ağıl və məntiqlə bərabər, ehtimallarla riyazi cəhətdən də sübut edilmişdir. Yəni təkamül nəzəriyyəsi hələ ilk mərhələdə ilk canlı hüceyrənin əmələ gəlməsini açıqlama mərhələsində çökmüşdür.

Ən kiçik canlı hissəsi olan hüceyrə təkamülçülərin iddia etdiyi kimi, bəsit və nəzarətsiz dünya şərtləri altında, təsadüflərin nəticəsində əsla əmələ gələ bilmədiyi kimi, XX əsrin ən qabaqcıl laboratoriyalarında da sintez oluna bilməmişdir. Canlı hüceyrəsinin əsasını təşkil edən amin turşularına və onların əmələ gətirdiyi zülallara əsaslanaraq nəinki hüceyrə, hüceyrədəki mitoxondri, ribosom, lizosom, hüceyrə qılafı, holci kompleksi, endoplazmatik şəbəkə və s. kimi orqanoidlərdən bir dənəsi belə əmələ gətirilə bilməz. Ona görə də təkamül nəzəriyyəsinin təsadüfən əmələ gəldiyini iddia edən ilk hüceyrə yalnız xəyal gücünə əsaslanan fantaziya səviyyəsində qalmışdır.

Hələ də açıqlanmamış bir çox sirri özündə saxlayan canlı hüceyrəsi təkamül nəzəriyyəsinin ən böyük müəmmalarından birini təşkil edir.

ribosom və nukleozom
 

Hüceyrədəki mürəkkəb quruluşdan nümunələr. Sağda: hüceyrədəki zülal sintezinin gerçəkləşdiyi "ribosom. " Solda: xromosomdakı DNT vahidlərini paketləyən "nukleozom". Hüceyrə bunlar kimi, hətta daha da mürəkkəb bir çox xüsusiyyət və sistemdən ibarətdir. İnkişaf edən texnologiya ilə müəyyən edilən bu qarışıq quruluşların təsadüfən meydana gəlməsinin qeyri-mümkün olduğunun anlaşılması təkamülçüləri çıxılmaz vəziyyətə salmışdır.

 

 

İstər hüceyrə, istərsə hüceyrənin əsasını təşkil edən zülallardan bir dənəsi də təsadüflər nəticəsində əmələ gəlməsi mümkün olmayan mürəkkəb quruluşa malikdir. Laboratoriya təcrübələri və ehtimal hesablamaları bunun mümkün olmadığını sübut etmişdir. Dövrümüzün ən qabaqcıl laboratoriyalarında ən son texnologiya vasitəsilə də canlı hüceyrəsindəki oxşar məhsuldarlıqla və uğurla zülal əmələ gətirə bilməmişlər.

Francis Crick
 

Frensis Krik

Təkamül nəzəriyyəsi baxımından digər müəmma da canlı hüceyrəsinin nüvəsində yerləşən və təxminən 3.5 milyard vahidlik şifrləmə sistemi ilə canlıya aid bütün məlumatın kodlandığı DNT molekuludur. 1950-ci illərdə elektron mikroskopunun icad olunması ilə quruluşu kəşf edilən DNT möhtəşəm bir nizam və yaradılışa malik nəhəng molekuldur. Uzun illər təkamül nəzəriyyəsinə inanan, Nobel mükafatına layiq görülmüş Frensis Krik də DNT-ni kəşf etdikdən sonra həyatın mənbəyinin təsadüflərə əsaslanmadığını bu cür etiraf etmək məcburiyyətində qalmışdır:

Bu gün əlimizdə olan məlumatlara əsaslanaraq düzgün insan ancaq bunu deyə bilər: həyatın mənbəyi möcüzəli şəkildə ortaya çıxmışdır.(Francis Crick, Life Itself: It's Origin and Nature, New York, Simon & Schuster, 1981, s. 88)1

Türkiyədəki təkamülçülərin ən tanınmışlarından olan prof. dr. Əli Dəmirsoy da zülal və DNT-nin meydana gəlməsi haqqında bu etirafı etmişdir:

Bir zülalın və nüvə turşusunun (DNT-RNT) yaranma ehtimalı təxminlərdən çox uzaq bir ehtimaldır. Hətta müəyyən bir zülal zəncirinin ortaya çıxma ehtimalı astronomik deyiləcək qədər azdır.2

fosil qazıntıları
 

Darvinin nəzəriyyəsinin elm dünyasına hakim olmasından indiyə qədər paleontologiya (fosil elmi) bu nəzəriyyə əsas alınaraq inkişaf edir. Lakin buna baxmayaraq, dünyanın bir çox fərqli bölgəsində aparılan fosil qazıntıları nəzəriyyəni dəstəkləməmiş, əksinə, zəiflətmişdir. Fosillər fərqli canlı qruplarının yer üzündə xüsusi quruluşları ilə qəfil ortaya çıxdıqlarını, yəni yaradıldıqlarını göstərir.

Amerikalı mikrobioloq Homer Ceykobson (Homer Jacobson) isə həyatın təsadüfən əmələ gəlməsinin nə qədər mümkün olmadığını belə ifadə edir:

İlk canlı əmələ gəldikdə çoxalmasına, ətrafdan maddə və enerji almasına, böyümə mərhələsinə və məlumatları böyüməyə çevirən mexanizmlərə əmr bir anda verilməlidir. Bunların hamısının birləşməsi isə təsadüfən meydana gələ bilməz. (Homer Jacobson, Information, Reproduction and the Origin of Life, American Scientist, yanvar 1955, s. 121)3

Təkamül nəzəriyyəsinin digər böyük məğlubiyyəti də fosillərdir. İllərlə davam edən arxeoloji qazıntılarda əldə edilən fosillər arasında təkamül nəzəriyyəsinin irəli sürdüyü kimi canlıların primitiv növlərdən mürəkkəb növlərə mərhələli təkamülünü göstərən keçid formalara əsla rast gəlinməmişdir. Əgər bu cür canlılar keçmişdə yaşayıbsa, onların saylarını və növləri həddindən artıq olmalıdır. Daha vacib olan budur ki, bu cür əcaib canlıların qalıqlarına fosillər arasında rast gəlinməlidir. Çünki bu keçid formaları mövcud olsaydı, onların sayı bu gün bizə məlum olan heyvan növlərindən daha çox olmalı və dünyanın hər yeri fosilləşmiş ara keçid formaları ilə dolu olmalı idi. Təkamülçülər XIX əsrin ortalarından bəri dünyanın hər yerində apardıqları fosil araşdırmalarında bu keçid formalarını axtarırlar. Əslində isə 150 ilə yaxın müddətdə böyük səylə axtarılan bu keçid formalarından əsər-əlamət yoxdur.

əmbər içindəki termit fosili
 

Ənbər içindəki 25 milyon illik termit fosilləri. Dövrümüzdə yaşayan termitlərdən tamamilə fərqsizdir.

Qısaca desək, fosil izləri təkamülün iddia etdiyi kimi, canlıların ibtidaidən aliyə doğru bir proseslə deyil, bir anda və ən mükəmməl şəkildə ortaya çıxdığını göstərir.

Təkamülçülər yüz əlli ilə yaxın müddətdir ki, böyük səylə nəzəriyyələrinə dəlil toplamağa çalışarkən öz əlləri ilə təkamül adlı prosesin baş vermədiyini şəxsən özləri sübut etmişlər. Nəticədə, müasir elm bu mübahisəsiz həqiqəti ortaya qoymuşdur: canlılar kor təsadüflər nəticəsində təkamüllə əmələ gəlməmişdir. Bütün canlıları Allah yoxdan yaratmışdır.

 

Qeydlər:

1.Francis Crick, Life Itself: It's Origin and Nature, New York, Simon & Schuster, 1981, s. 88

2.Ali Demirsoy, Kalıtım ve Evrim, Ankara: Meteksan Yayınları, 1984, s. 39

3.Homer Jacobson, "Information, Reproduction and the Origin of Life", American Scientist, Ocak 1955, s. 121

 

2 / total 21
"Harun Yəhyanın 20 Sualda Təkamül Nəzəriyyəsinin Süqutu kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top