20 Sualda Təkamül Nəzəriyyəsinin Süqutu

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
18 / total: 21

17. Qurbağa kimi suda-quruda yaşayan canlılar nə üçün təkamül nəzəriyyəsinə dəlil ola bilməz?

Bəzi canlılar həyatlarının müxtəlif dövrlərində yaşadıqları mühitin şərtlərinə uyğunlaşmaq üçün fiziki dəyişikliklər keçirirlər. Bu dəyişiklik prosesinə biologiyada metamorfoz (başqalaşma) deyilir. Bu prosesi biologiya və təkamül nəzəriyyəsinin iddiaları haqqında məhdud məlumata malik kütlələr təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışmışlar. Metamorfozu "təkamülə misal" kimi göstərən mənbələr bu barədə məlumatı olmayan kütlələri yanıltmağı hədəf alan dar düşüncəli, səthi təbliğat kitabları, "yeniyetmə" təkamül tərəfdarları və ya bəzi cahil biologiya müəllimləridir. Təkamül mövzusunda üstünlük sayılan, təkamülün əsas problemləri və ziddiyyətləri barədə ətraflı məlumata malik olan elm adamları isə bu cür gülünc iddiaları gündəmə gətirməkdən çəkinirlər. Çünki nə qədər ağılsız iddia olduğunu bilirlər...

Kəpənək, milçək, arı kimi canlılar metamorfoz keçirən canlılardan bəziləridir. Həyatı suda başlayan, daha sonra quruda davam edən qurbağalar da metamorfoza bir misaldır. Bu dəyişikliyin təkamüllə heç bir əlaqəsi yoxdur. Çünki təkamül nəzəriyyəsi canlılardakı dəyişiklikləri təsadüflər nəticəsində meydana gələn mutasiyalarla açıqlamağa çalışırlar. Ancaq metamorfoz təkamülün bu təməl iddiası ilə heç bir oxşarlıq təşkil etməyən, təsadüflə və mutasiya ilə əlaqəsi olmayan, əvvəlcədən planlaşdırılmış bir prosesdir. Metamorfozu həyata keçirən amil təsadüf olmayıb canlıda doğulduğu andan etibarən mövcud olan genetik məlumatdır. Məsələn, qurbağada bu canlı hələ suda yaşayarkən sonradan quruda davam edəcək həyatı ilə bağlı məlumat genetik quruluşunda mövcuddur. Milçəyin də pup və yetkin vəziyyətlərindəki quruluşu və funksiyaları hələ tırtıl mərhələsində ikən genetik quruluşunda şifrlənir. Bu vəziyyət metamorfoz keçirən bütün canlılara aiddir.

metamorfoz keçirən canlılar
 

Metamorfoza ilə inkişafını tamamlayan canlılardan bəziləri: qurbağa, kəpənək, arı, milçək ...

 

Metamorfoz yaradılış dəlilidir

Son illərdə metamorfoz haqqında aparılan elmi tədqiqatlar metamorfozun müxtəlif genlər tərəfindən idarə edilən mürəkkəb bir proses olduğunu göstərmişdir. Məsələn, qurbağanın dəyişikliyində təkcə quyruğu ilə bağlı proseslər "on ikidən çox gen" tərəfindən idarə edilir. Bu, o deməkdir ki, bu proses canlının orqanizminin bir çox hissəsinin bir-biri ilə uyğunluğu nəticəsində həyata keçə bilər. Bu xüsusiyyəti ilə metamorfoz yaradılış dəlili olan "reduksiya olunmaz komplekslik" xüsusiyyəti daşıyan bioloji prosesdir.

Prof. Maykl Behe
 

Prof. Maykl Behe

"Reduksiya olunmaz komplekslik", təkamül nəzəriyyəsinin əsassızlığını göstərən fəaliyyətləri ilə tanınan professor dr. Maykl Behe tərəfindən elmi ədəbiyyata daxil olan anlayışdır. Bu proses mürəkkəb bioloji orqan və sistemlərin onları meydana gətirən tərkib hissələrinin hər birinin iştirakı və uyğunluğu ilə işləyir, əgər aralarından ən kiçik hissələrindən biri çıxarsa, bu sistem və ya orqan işləyə bilməz.

Buradan belə nəticə çıxır ki, bu cür mürəkkəb quruluşların təkamülün iddia etdiyi kimi təsadüflər nəticəsində baş verən mərhələli kiçik dəyişikliklərlə meydana gəlməsi qeyri-mümkündür. Metamorfoz hadisəsi zamanı da bu baş verir. Metamorfoz prosesi müxtəlif genlərin təsir etdiyi hormonların çox həssas ölçü və vaxtı müəyyən etməsi nəticəsində gerçəkləşir. Ən kiçik xəta canlının ölümü ilə nəticələnir. Bu qədər mürəkkəb bir prosesin təsadüf və mərhələli şəkildə baş verdiyini iddia etmək isə mümkün deyil. Kiçik bir xətanın canlının həyatı bahasına başa gəldiyi həqiqəti aşkar olduğu halda, təkamül nəzəriyyəsinin irəli sürdüyü təbii seçmə ilə sınama-yanılma mexanizmindən bəhs etmək olmaz. Canlı milyon illərlə digər əskik hissələrinin "təsadüflərlə" əmələ gəlməsini gözləyə bilməz.

Metamorfoz yapan tırtıl kelebeğe dönüşüyor
 

Metamorfozanı "təkamülə dəlil" olaraq göstərməyə cəhd edənlər təkamül nəzəriyyəsi və biologiya haqqında heç bir şey bilməyənlərdir. Genetik bilgidə kodlanmış "planlı dəyişiklik" olan metamorfozanın "təsadüfi dəyişiklik" mənasında olan təkamüllə heç bir bənzərliyi yoxdur. Əslində, "reduksiya olunmaz mürəkkəb" bir mərhələ olan metamorfoza təkamülü əsassız edən yaradılış dəlilidir.

Bu həqiqətə diqqət yetirdikdə isə metamorfoz keçirən canlıların, bu haqda kifayət qədər məlumatı olmayan bəzi şəxslərin düşündüyü kimi təkamülə dəlil verdiyi doğru deyil. Əksinə, metamorfoz keçirən canlılar, bu proses və prosesi idarə edən sistemlərin mürəkkəbliyi nəzərə alınarsa, bunun qüsursuz bir yaradılış dəlili olduğunu görmək olar.

18 / total 21
"Harun Yəhyanın 20 Sualda Təkamül Nəzəriyyəsinin Süqutu kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top