< <
4 / total: 14

DNT-nin Gizli Aləmi

Bir texnologiya məhsulunun istehsalında və ya bir müəssisənin qurulmasında və idarə olunmasında bəşər oğlunun əsrlər ərzində qazandığı bilik və təcrübədən istifadə edilər. Dünyanın ən qabaqcıl və mürəkkəb müəssisəsi olan insan bədəninin meydana gətirilməsi üçün, lazımi bilik və təcrübə isə DNT-də gizlənmişdir. Burada vurğulanması lazım olan mühüm xüsus, DNT-in hələ ilk insandan etibarən hazırki mükəmməllik və mürəkkəbliyi ilə birlikdə meydana gəlməsidir. Heyrətamiz quruluş və xüsusiyyətləriylə, belə bir molekulun, təkamülçülərin iddia etdiyi kimi təsadüflər nəticəsində meydana gəlməsinin nə qədər məntiqsiz olduğunu növbəti sətirləri oxuduqca siz də daha dəqiq görəcəksiniz.

DNT, hüceyrənin ortasında yerləşən nüvədə diqqətlə qorunur. İnsanda (sayları 100 trilyona çatan) hüceyrələrin orta diametrinin 10 mikron (bir mikron millimetrin mində bir hissəsidir) olduğu xatırlansa, nə qədər kiçik bir yerdən danışıldığı daha yaxşı aydın olar. Bu möcüzəvi molekul, Allahın yaratma sənətindəki mükəmməllik və fövqəladəliyin açıq bir dəlilidir. Belə ki, təkcə bu molekulu araşdırmaq və hələ də çox az hissəsi məlum olmuş sirlərini araşdırmaq üçün, xüsusi elm sahəsi belə yaradılmışdır: "Genetika"... 21-ci əsrin elmi kimi qəbul edilən genetika, sahib olduğu hər cür texnoloji imkanlara baxmayaraq, DNT-nin sirrini açmaq mövzusunda hələ iməkləmə mərhələsindədir.

Nüvədəki Həyat

İnsan bədəni bir struktura bənzədilsə, bədənin ən incə nöqtəsinə qədər tam plan və layihəsi, bütün texniki təfərrüatlarıyla birlikdə hər hüceyrənin nüvəsindəki DNT-də mövcuddur.

İnsanın ana bətnindəki və doğumundan sonrakı bütün inkişaflar əvvəlcədən yazılmış bir proqram çərçivəsində tənzimlənər. İnsanın inkişafındakı bu mükəmməl tənzimləmə Quranda belə bildirilir:

Bəlkə insan “özbaşına və məsuliyyətsiz” qoyulacağını güman edir? Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi? Sonra laxtalanmış qan (rüşeym) oldu, tam o əsnada (Allah onu) yaratdı və ona müəyyən nizam içində surət verdi. (Qiyamət surəsi, 36-38)

Hələ ana bətnində yeni mayalanmış bir yumurta hüceyrəsi olarkən, gələcəkdə sahib olacağımız bütün xüsusiyyətlər Allah tərəfindən müəyyənləşdirilmiş və "müəyyən nizam içində" DNT-lərimizə yerləşdirilmişdir. Otuz yaşına çatdığımız vaxt, sahib olacağımız boy, rəng, qan qrupu, üz forması kimi bütün xüsusiyyətlərimiz otuz il doqquz ay əvvəldən, yəni mayalandığımız andan etibarən ilkin hüceyrəmizin nüvəsində kodlaşdırılmışdır.

DNT-dəki bu məlumatlar yalnız bir qədər əvvəl toxunduğumuz fiziki xüsusiyyətləri müəyyənləşdirməz. Həmçinin hüceyrə və bədəndəki minlərlə fərqli hadisəyə və sistemə də nəzarət edər. Məsələn, insanın qan təzyiqinin aşağı, yüksək və ya normal olması belə DNT-dəki məlumatlardan asılıdır.

hücre çekirdeği

(Şekil 2.1) Hücrenin ortasında bulunan hücre çekirdeğinin şeması

İnsan Hüceyrəsindəki Nəhəng Ensiklopediya

DNT-də olan məlumat böyükdür. Belə ki, gözlə görülməyən tək bir DNT molekulunda tam bir milyon ensiklopediya səhifəsini dolduracaq miqdarda məlumat var. Diqqət yetirin; tam 1 000 000 ensiklopediya səhifəsi... Yəni, hər bir hüceyrənin nüvəsində, insan bədəninin funksiyalarına nəzarət etməyə yarayan bir milyon səhifəlik bir ensiklopediyanın özündə saxlaya biləcəyi miqdarda məlumat kodlaşdırılmışdır. Bir bənzətmə etmək istəsək, dünyanın ən böyük ensiklopediyalarından biri olan 23 cildlik "Britannika Ensiklopediya"sının belə cəmi 25 min səhifəsi var. Bu vəziyyətdə, qarşımıza inanılmaz bir mənzərə çıxar. Mikroskopik hüceyrənin daxilindəki, ondan çox daha kiçik bir nüvədə yerləşən bir molekulda, milyonlarla məlumata malik dünyanın ən böyük ensiklopediyasının 40 misli böyüklüyündə bir məlumat bankı mövcuddur. Bu da 920 cildlik, dünyada tayı-bərabəri, bənzəri olmayan nəhəng bir ensiklopediya deməkdir. Edilən təsbitlərə görə isə, bu nəhəng ensiklopediya təxminən 3 milyard fərqli məlumata malikdir.

Bu son iki sözü təkrarlayaq; "məlumata malikdir"...

Məhz burada dayanıb, ağzımızdan asanlıqla çıxan bu iki söz üzərində düşünməliyik. Bir hüceyrənin içində milyardlarla məlumat olduğunu söyləmək asandır. Lakin bu, heç də sözarası deyilib keçilə biləcək bir incəlik deyil. Çünki, burada bəhs etdiyimiz bir kompyuter və ya kitabxana deyil, təkcə zülal, yağ və su molekullarından yaranan, millimetrdən 100 qat daha kiçik bir kubdur. Bu kiçik ət parçasının içində, nəinki milyonlarla məlumat, tək bir məlumatın olması və onun bu məlumatı mühafizə etməsi belə olduqca heyrətverici bir möcüzədir.

İnsanlar müasir dövrdə məlumatları saxlamaq üçün, kompyuterlərdən istifadə edərlər. Kompyuter texnologiyası isə, bu gün digər bütün texnologiyaların lideri olan ən qabaqcıl texnologiya kimi qəbul edilir. Bundan 20 il əvvəl, otaq böyüklüyündəki bir kompyuterin sahib ola bildiyi məlumatı, bu gün kiçik "inteqral sxem"lər saxlaya bilir... Lakin bunu xatırlatmalıyıq ki, insan zəkasının əsrlər ərzində topladığı bilik və illərlə davam edən səyləri nəticəsində meydana gətirdiyi bu son texnologiya belə, hələ tək bir hüceyrə nüvəsinin məlumat saxlama potensialının yanına belə yaxınlaşmamışdır. Belə böyük tutuma sahib olan DNT-nin kiçikliyini əks etdirməsi baxımından bu müqayisə kifayətdir.

Bu günə qədər yaşamış, gəlib-keçmiş hər canlı növünün bütün xüsusiyyətləri məlumat olaraq DNT-yə əlavə olunsa, ümumi DNT həcmi bir çay qaşığının ancaq kiçik bir hissəsini doldurardı. Üstəlik, geriyə indiyə qədər yazılmış bütün kitablardakı məlumatları saxlaya biləcək qədər boş yer qalardı.(3) 3

Gözlə görə bilmədiyimiz, diametri millimetrin milyardda bir hissəsi böyüklüyündə olan, atomların yan-yana düzülməsiylə meydana gəlmiş bir zəncir, görəsən belə bir məlumata və yaddaşa necə sahib ola bilər? Bu suala bunu da əlavə edin: Bədəninizdəki 100 trilyon hüceyrədən hər biri bir milyon səhifə yazını əzbər bildiyi halda, görəsən siz ağıllı və şüurlu bir insan olaraq həyatınız boyu neçə ensiklopediya səhifəsini əzbərləyə bilərsiniz?

Hüceyrədəki Ağıl

Bu vəziyyətdə bunu qəbul etməlisiniz ki, mədənizdəki və ya qulağınızdakı hər hansı bir hüceyrə sizdən qat-qat daha məlumatlı olduğu və bu məlumatı ən düzgün və ən mükəmməl şəkildə qiymətləndirdiyi üçün sizdən daha çox ağıllıdır.

Bəs bu ağlın mənbəyi nədir? Bədəninizdəki 100 trilyon hüceyrənin hər biri ayrı-ayrılıqda belə inanılmaz bir ağla necə sahib ola bilər? Bunlar nəticədə atom yığını olub şüursuzdurlar. Bütün elementlərin atomlarını götürüb, bunları müxtəlif formalarda və saylarda birləşdirsəniz və müxtəlif molekullar əmələ gətirsəniz də, yenə ağıl əldə edə bilməzsiniz. Bu molekulların böyük, kiçik, sadə və ya mürəkkəb olması da bir şey dəyişdirməz. Nəticədə, şüurlu surətdə bir işi təşkil edib bacaracaq bir zehni əsla əldə edə bilməzsiniz.

O zaman, müəyyən saydakı ağılsız və şüursuz atomun müəyyən formalarda düzülməsindən meydana gəlmiş DNT və onunla uyğun şəkildə işləyən fermentlər bir çox şüurlu işlər görüb, hüceyrədəki bir çox mürəkkəb və müxtəlif əməliyyatları necə mükəmməl şəkildə təşkil edirlər? Bunun cavabı çox sadədir; ağıl, bu molekullar və ya bunları içində saxlayan hüceyrəyə deyil, bu molekulları bu işləri görəcək şəkildə proqramlaşdırılmış şəkildə yaradanın Özünə məxsusdur.

Bir sözlə, ağıl əsərdə deyil, o əsəri yaradanda olar. Ən təkmilləşmiş kompyuter belə, onu ən incə nöqtəsinə qədər dizayn edən, onu işlədəcək proqramları yazıb ona yükləyən və istifadə edən bir ağıl və zəkanın məhsuludur. Eynilə, hüceyrə də, içindəki DNT və RNT-lər də, bu hüceyrələrdən meydana gələn insanlar da, özlərini və gördükləri işləri yaradanın əsərindən başqa bir şey deyildirlər. Əsər nə qədər mükəmməl və təsiredici olsa da, ağıl həmişə o əsərin sahibində olar.

Bir gün bir laboratoriyada, stolun üstündə çox təkmilləşmiş bir disket tapsanız və onu bir kompyuter vasitəsilə oxudub içində, sizə məxsus milyardlarla xüsusi məlumat olduğunu görsəniz, ağlınıza gələcək ilk sual, bu məlumatların kim tərəfindən və nə məqsədlə yazıldığı olardı.

Bəs eyni sualı niyə hüceyrə barədə vermirik? Disketdəki məlumatlar bəziləri tərəfindən oraya yazılmışdırsa, bundan daha çox üstün və qabaqcıl bir texnologiyaya sahib olan DNT, kim tərəfindən ən mükəmməl şəkildə dizayn edilib, yaradılıb, özü də ayrı bir möcüzə olan kiçicik hüceyrənin içinə diqqətlə yerləşdirilmişdir? Özü də minlərlə il əvvəldən dövrümüzə qədər heç bir xüsusiyyətini itirmədən (disketi meydana gətirən və içinə məlumatları yazan insan beyninin də bu hüceyrələrdən meydana gəldiyini unutmayaq). Sizin üçün bu sətirləri oxumağınız, görməyiniz, nəfəs almağınız, düşünməyiniz, bir sözlə, mövcudluğunuz və mövcudluğunuzu davam etdirməyiniz üçün, hər an vəzifə başında olan bu hüceyrələrin kim tərəfindən və nə üçün meydana gətirildiyini soruşmaqdan daha əhəmiyyətli nə ola bilər?

Məgər sizcə həyatda ən çox maraqlanmalı olduğunuz şey, bu sualın cavabı deyil?

Bu sualın cavabı budur: Kainatdakı canlı-cansız bütün varlıqları yoxdan yaradan, hər canlının təməl elementi olan hüceyrənin içinə möcüzəvi xüsusiyyətləriylə DNT-ni yerləşdirən sonsuz qüdrət sahibi olan Allahdır. İnsan həyatının məqsədi bu həqiqəti görə bilmək və uca Rəbbimizə qulluq etməkdir.

Bir Neçə Nümunə Daha

Geniş yayılmış üsullardan biri də budur: Bir təyyarə qəzası nəticəsində tənha bir əraziyə düşüb çıxılmaz vəziyyətdə qalan sərnişinlər, özlərini havadan axtaran xilasetmə qruplarına yerlərini bildirmək üçün böyük "X" işarəsi cızarlar. Əllərindəki əşyalardan və ya topladıqları cisimlərdən istifadə edərək düz və böyük bir vurma işarəsi meydana gətirərlər. Beləliklə də, havadan axtarış işlərinə çıxan qrup, bu "ağıl məhsulu" işarəni görər və orada ağıl sahibi varlıqların, yəni insanların olduğunu anlayar.

Türkiyədəki şəhərlərarası avtomobil yollarında hərəkət edərkən, bəzən yolların kənarındakı təpələrin yamaclarında ağ daşlardan yazılmış yazılar görərsiniz; "hər şey vətən üçün" və ya "nə mutlu türküm deyənə" kimi. Bu yazıların orada necə meydana gəldiyi isə, olduqca aydındır. O ətraflarda hər hansı hərbi dəstə vardır və təpənin üzərinə ağ daşlardan meydana gələn bu cür yazılar yazıbdırlar.

Bəs görəsən biri çıxıb da bu yazıların şüurlu bir zehin, məsələn, əsgərlər tərəfindən yazılmadığını, əksinə təsadüfən meydana gəldiyini söyləyə bilərmi? Heç kəs, çıxaraq: “Bu daşlar təpədən aşağı diyirlənərkən təsadüfən yan-yana gəlmiş və “hər şey vətən üçün” cümləsini meydana gətirmişdirlər” deyə bilərmi?

Yaxud bir "elm adamı" çıxaraq: "Dünyada trilyonlarla daş vardır, bunlar milyonlarla ildir ki, diyirlənirlər, belə olan halda daşların bir hissəsinin təsadüfən belə mənalı bir yazı meydana gətirəcək şəkildə diyirlənib bir yerə toplanması mümkündür" desə buna uşaqlar belə gülməzmi? Üstəlik, elmi üslubdan istifadə etsə, elmi izahlar versə, ehtimal hesablamaları göstərsə, hər kəs onun ağlından daha da çox şübhələnməzmi? Çünki nəinki; "hər şey vətən üçün" cümləsinin, hətta düz bir "H" hərfinin belə öz-özünə təsadüfən meydana gəlmə ehtimalı yoxdur. Dağın təpəsində ağ daşlardan meydana gəlmiş düzgün bir "H" hərfi görsəniz, "bunu bura yazmaqla nə demək istəyiblər" deyə düşünərsiniz.

Bu nümunələrlə izah etmək istədiyimiz budur: Əgər bir yerdə ən kiçik bir plan vardırsa, orada mütləq bir ağıl sahibinin izləri vardır. Hər hansı ağıl məhsulu bir şey, təsadüfən meydana gəlməz. Bir dağın üstünə milyardlarla dəfə ağ daşlar diyirləsəniz də, "hər şey vətən üçün" yazısı, hətta düzgün bir "H" hərfi belə əldə edə bilməzsiniz. Əgər bir yerdə bir hərf vardırsa, bu hərfin mütləq biri tərəfindən yazıldığını hər kəs qəbul edər. Yazanı olmadan hərf meydana gəlməz.

İnsanın bədəni isə, "hər şey vətən üçün" cümləsindən trilyonlarla dəfə daha mürəkkəb quruluşa malikdir və bu mürəkkəb quruluşun "təsadüfən" meydana gəlmiş olması tamamilə qeyri-mümkündür. O zaman insanı da, onun hüceyrəsini də, DNT-ni də mükəmməl şəkildə planlayıb təşkil edən Allahdır. Göylərin, yerin və ikisi arasında olan hər şeyin Yaradıcısı olan Allahın varlığını və gücünü inkar etmək isə, mümkün olan ən böyük ağılsızlıq, ağılsızlıqla yanaşı səmimiyyətsizlik və həyasızlıqdır. Bu ağlın və gücün sahibinə qarşı böyük hörmətsizlikdir.

Lakin, əfsuslar olsun ki, daşların öz-özlərinə düzülüb üç kiçik sözü belə yaza bilmələrinin qeyri-mümkün olduğunu dərhal söyləyəcək bir çox insan, milyardlarla atomun ayrı-ayrılıqda planlanmış düzülüş nəticəsində, bir yerə toplanıb DNT kimi möhtəşəm işlər bacara bilən bir molekul meydana gətirməsinin "təsadüflər" nəticəsi olduğu yalanını etiraz etmədən dinləyə bilir. Eynilə hipnoz edilən bir insanın verilən təlqinlə, özünün bir qapı, ağac və ya kərtənkələ olduğuna etiraz etməməsi, qəbul etməsi kimi...

DNT Ensiklopediyasının Dili

Cəmiyyətin həyatı informasiya axını və rabitə üzərində qurulub. Fərdlər və nəsillər arasında informasiya ötürülməsində ən əsas vasitə isə dildir. Dil müəyyən şifrlər, yəni hərflərdən təşkil olunur. Azərbaycan dili 32 hərfdən, başqa sözlə, 32 şifrdən təşkil olunmuş dildir. Bu şifrlər sözləri, sözlər də cümlələri əmələ gətirir. Məlumat ötürülməsi və saxlanması bu şifrlər vasitəsilə həyata keçirilir.

Hüceyrənin dili də buna bənzəyir. İnsanın bütün fiziki xüsusiyyətləri bu dil vasitəsilə şifrlənərək hüceyrənin nüvəsində saxlanılır və bu dil sayəsində hüceyrə həmin məlumatlardan istifadə edir. Bu dil DNT adlı idarəedici molekulun dilidir. Dörd hərfli DNT dili A, T, Q və S hərflərindən təşkil olunub. Hər hərf nukleotid adlanan dörd ədəd azotlu əsasdan birini təşkil edir. Milyonlarla azotlu əsas mənalı ardıcıllıqla üst-üstə düzülərək DNT molekulunu əmələ gətirirlər.

dna, nukleotid

1. Şeker - Fosfat
2. Hidrojen Bağları

3. Baz
4. Heliksin bir kıvrımının uzunluğu - 3.4 nm =0.000034 mm

Şekil 2.2 DNA sarmalının iki farklı illustrastyonu

Məhz nüvədəki məlumat bankında məlumatlar bu şəkildə saxlanılır. Biz bu məlumat bankındakı şifrləmə sistemindən bəhs edərkən asan başa düşülməsi üçün DNT-ni təşkil edən nuklein turşusu molekullarını “hərf” adlandıracağıq. Bu hərflər qarşılıqlı qoşalaşır və bir pillə əmələ gətirirlər. Pillələr isə üst-üstə düzülərək genləri təşkil edirlər. DNT molekulunun bir hissəsi olan hər gen insan bədənindəki müəyyən xüsusiyyəti tənzimləyir. Boyun uzunluğu, göz rəngi, burun, qulaq və başı əmələ gətirən maddələr və bunların forması kimi müxtəlif xüsusiyyətlər genlərin əmri ilə meydana gəlir. Bu genlərin hər birini bir kitabın səhifəsinə bənzədə bilərik. Səhifələrdə isə A-T-Q-S hərflərindən təşkil olunmuş yazılar var.

İnsan hüceyrəsindəki DNT-lərdə 200.000-ə yaxın gen var. Hər gen zülalların növünə görə 1000-186.000 ədəd nukleotidin xüsusi ardıcıllıqla düzülüşündən təşkil olunur. Bu genlərdə insan bədənində fəaliyyət göstərən təqribən 200.000-ə yaxın zülalın şifrləri var və bu zülalların sintezini tənzimləyirlər.

Bu 200.000 genin saxladığı məlumat DNT-dəki ümumi məlumatın yalnız 3%-ni təşkil edir. Geridə qalan 97%-lik hissə isə, hazırki dövrdə hələ də sirrini qorumağa davam edir. Son illərdəki tədqiqatlar bu 97%-lik naməlum hissədə bədəndəki çox qarışıq fəaliyyətlərə rəhbərlik edən mexanizmlər və hüceyrənin varlığını davam etdirməsiylə əlaqədar mühüm məlumatlar olduğunu göstərmişdir. Lakin hələ qət ediləcək çox yol var.

dna, nukleotid

(Şekil 2.3) Adenin, timin, sitozin, ve guanin bazlarının DNA içerisindeki dizilimi. Bazlar karşılıklı olarak hidrojen bağlarıyla bağlıdırlar. Birbirlerine bağlanan bu bazların sıralamaları hayatın dilini oluşturur.

Genlər xromosomlarda yerləşir. Hər insan hüceyrəsinin (reproduktiv hüceyrələr istisna olmaqla) nüvəsində isə, 46 xromosom var. Hər bir xromosomu, gen səhifələrindən ibarət olan bir cild ensiklopediyay bənzətsək, hüceyrədə insanın bütün xüsusiyyətlərini özündə saxlayan 46 cildlik bir "hüceyrə ensiklopediyası" vardır deyə bilərik. Daha əvvəlki ensiklopediya nümunəsini xatırlasaq, bu hüceyrə ensiklopediyası tam 920 cildlik "Britannika Ensiklopediya"sının özündə saxladığı məlumatla ekvivalentdir.

Hər bir insanın DNT-sindəki hərflər fərqli düzülmüşdür. İndiyədək yer üzündə yaşamış milyardlarla insanın hamısının bir-birindən fərqli olmalarının altında yatan səbəb də budur. Orqanların və üzvlərin təməl quruluş və funksiyaları hər insanda eynidir. Lakin hər kəs o qədər incə fərqlərlə, o qədər təfərrüatlı və xüsusi yaradılır ki, bütün insanlar tək bir hüceyrənin bölünməsiylə meydana gəldikləri və eyni təməl quruluşa sahib olduqları halda, milyardlarla fərqli insan ortaya çıxmışdır.

Bədənimizdə olan bütün orqanlar genlərin verdiyi bir plan əsasında əmələ gətirilərlər. Bir neçə nümunə versək; elm adamlarının tərtib etdikləri bir gen atlasına əsasən bədənimizdə, dəri 2559, beyin 29930, göz 1794, tüpürcək vəzisi 186, ürək 6216, sinə 4001, ağciyər 11581, qaraciyər 2309, bağırsaq 3838, skelet əzələsi 1911 və qan hüceyrələri 22092 gen tərəfindən tənzimlənir.

DNT-dəki hərflərin düzülüş ardıcıllığı insanın quruluşunu ən incə təfərrüatlarına qədər müəyyənləşdirər. Boy uzunluğu, göz, saç və dəri rəngi kimi xüsusiyyətlərlə yanaşı, bədəndəki 206 sümüyün, 600 əzələnin, 10 000 eşitmə siniri şəbəkəsinin, 2 milyon optik sinir şəbəkəsinin, 100 milyard sinir hüceyrəsinin (əlavə haşiyə: http://encarta.msn.com/encyclopedia_761566878/Circulatory_System.html) və 100 trilyon hüceyrənin planları bircə hüceyrənin DNT-sində mövcuddur.

Bu məlumatlardan sonra düşünək: bir hərf belə onu yazan olmasa, əmələ gəlmədiyinə görə, insan hüceyrəsindəki milyardlarla hərf necə meydana gəlib? Bu hərflər necə bu qədər mükəmməl və mürəkkəb orqanizmin mükəmməl planını təşkil edəcək nizamda, ardıcıl və mənalı şəkildə düzülüb? Əgər bu hərflərin ardıcıllığında kiçik bir xəta olsaydı, qulağınız qarnınızda yerləşər və ya gözləriniz dabanlarınızda olardı. Əlləriniz arxanıza yapışmış olaraq doğular, əlil kimi yaşayardınız. Hal-hazırda, qüsursuz insan kimi həyatınıza davam etməyinizin sirri DNT-lərinizdə saxlanan 46 cildlik ensiklopediyadakı milyardlarla hərfin ardıcıl və xətasız düzülməsindədir. Əlbəttə, bu hərflər öz şüur və iradələri ilə belə düzülməyiblər. Burada hərf adlandırdığımız genlər, üstün ağıl və sonsuz elm sahibi Allahın yaratmasıyla var olmuşdur. Təsadüf sözünü mənasız edən bu fövqəladə düzülüş, Allahın mükəmməl yaratmasının bir nəticəsidir:

O Allah ki, yaradandır, (ən gözəl şəkildə) mükəmməl olaraq var edəndir, “forma və surət” verəndir. Ən gözəl adlar Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təqdis edir. O, Əzizdir, Hakimdir. (Həşr surəsi, 24)

DNT, Təsadüfə Meydan Oxuyur

hücre, dna, sarmalı

(Şekil 2.4) DNA sarmalını oluşturan atomların dizilişi. Bu sarmalın çapı bir milimetrenin milyonda biri kadardır.

Müasir dövrdə riyaziyyat DNT-də şifrlənmiş məlumatların təsadüfən əmələ gəlməsinin qeyri-mümkün olduğunu sübut etmişdir. DNT molekulunun DNT-ni təşkil edən 200.000 gendən birinin belə təsadüfən əmələgəlmə ehtimalı yoxdur. Təkamülçü bioloq Frenk Selisberi (Frank Salisbury) bu qeyri-mümkünlüklə əlaqədar belə deyir:

“Orta ölçüdəki bir zülal molekulu təqribən 300 amin turşusundan ibarət olur. Ona nəzarət edən DNT zəncirində isə təqribən 1000 nukleotid olmalıdır. Bir DNT zəncirində dörd növ nukleotid olduğunu nəzərə alsaq, 1000 nukleotiddən ibarət ardıcıllıq 41000 fərqli formada düzülə bilər. Kiçik loqarifm hesablaması ilə tapılan bu rəqəm ağlın qavrama hüdudunu çox aşır”.(4)4

Yəni mühitdə bütün lazımi nükleotidlerin olduğunu, bunların aralarında bağlanması üçün lazım olan bütün mürəkkəb molekulların və bağlayıcı fermentlərin hamısının hazır olduğunu fərz etsək belə, bu nükleotidlerin istənilən ardıcıllıqla düzülmə ehtimalı 41000-də 1, digər bir sözlə, 10600-də 1 ehtimaldır. Bir sözlə insan bədənindəki orta ölçülü bir zülalın DNT-dəki şifrinin təsadüfən, öz-özünə əmələgəlmə ehtimalı, 1-in yanına 600 sıfır yazılmasıyla meydana gətirilən ədəddə 1 ehtimaldır. Astronomik olmaqdan kənara çıxan bu ədəd isə, faktiki cəhətdən "0" ehtimaldır. Deməli, belə bir düzülüş ancaq ağıllı və şüurlu bir gücün məlumat və nəzarəti altında meydana gəlmişdir ki, bu məlumat və gücün sahibi göylərin və yerin yaradıcısı olan uca Allahdır..

Hal-hazırda, oxuduğunuz bu kitabçanı düşünün. Hərflərin (hər hərf üçün fərqli çap qəlibindən istifadə edərək) öz-özünə və təsadüfən birləşərək belə bir kitabçanı əmələ gətirdiyini iddia edən birinə nə gözlə baxardınız? Təbiidir ki, belə bir iddianı çox məntiqsiz qəbul edər və bu kitabçanın mütləq ağıllı, şüurlu biri tərəfindən qələmə alındığını deyərdiniz. Məhz DNT-dəki vəziyyət də bundan fərqli deyil.

DNT-nin quruluşunu kəşf edən biokimyaçı Frensis Krik (Francis Crick) bu sahədəki tədqiqatlarına görə Nobel mükafatına layiq görülmüşdür. Əvvəllər qatı təkamülçü olan Krik DNT-nin möcüzəvi quruluşuna şahid olduqdan sonra yazdığı əsərində bir elmi həqiqəti belə ifadə etmişdir:

“Bugünkü mövcud məlumatlar əsasında dürüst bir insan ancaq bunu deyə bilər: müəyyən mənada həyat möcüzəvi şəkildə meydana gəlib. Bunun baş verməsi üçün bir çox şərt eyni anda mövcud olmalıdır”.(5)5

Krikin fikrincə, həyat əsla təsadüfən əmələ gələ bilməz. Göründüyü kimi, DNT mövzusunda ən mütəxəssisləşmiş insan belə, təkamülçü olmasına baxmayaraq, yaradılışda təsadüfə yer verə bilmirdi.

Beş milyard hərfdən təşkil olunmuş DNT-dəki məlumatlar A-T-Q-S hərflərinin ardıcıl və mənalı şəkildə xüsusi düzülməsi ilə əmələ gəlir. Ancaq bu ardıcıllıqda bircə hərf xətası belə edilməməlidir. Ensiklopediyada səhv yazılmış bir söz və ya hərf xətası əhəmiyyət kəsb etməz. Hətta nəzərə çarpmaz. Lakin DNT-də hər hansı bir pillədəki, məsələn, 1 milyard 719 milyon 348 min 632-ci pillədəki bir hərfin səhv şifrlənməsi hüceyrə üçün, dolayısilə, insan üçün böyük xəstəliklərə yol açar. Məsələn, uşaqlarda rast gəlinən leykoz (qan xərçəngi) xəstəliyi bu cür səhv şifrlənmənin nəticəsidir.

dna, chromosome

1. Nukleozom
2. DNA
3. İleri derecede sıkıştırılmış kromozom yapısı

4. Bükülmüş Bölgeler
5. DNA Yumağı
6. ipliksi yapılar

(Şekil 2.5) DNA'nın kromozom içinde depolanma şekli. Her kromozomda tek bir DNA molekülü bulunur. Tek hücrede bulunan DNA molekülünün toplam uzunluğu 1 metreyi bulur. Kromozomun toplam kalınlığı ise 1 nanometre, yani metrenin milyarda biri kadardır. Bir metre uzunluğundaki DNA molekülünün kendi uzunluğunun milyarda biri kalınlığında bir bölgeye paketlenmesi, bu DNA'nın her an okunması, zamanı geldiğinde bir kopyasının oluşturulması ve bütün bu işlemler sırasında hiçbir karmaşa çıkmaması Allah'ın kusursuz yaratışının en güzel örneklerindendir.

Əslində, bunu xətalı şifrlənmə adlandırmaq doğru olmaz. Çünki hər şey kimi insanın DNT-si də Allah tərəfindən yaradılıb və nadir də olsa, baş verən xətalar müəyyən hikmətlə (İlahi məqsədlə) olur. Xərçəngə səbəb olan xətalı şifrləmə xüsusi yaradılmışdır. İnsana, öz zəifliyini, acizliyini göstərmək, onun əslində nə qədər həssas tarazlıqlar üzərində yaradıldığını və bu tarazlıqlardakı ən kiçik pozulma nəticəsində başına nə cür çətinliklər gələ biləcəyini xatırlatmaq üçün Allah tərəfindən xüsusi olaraq, müəyyən hikmətlə yaradılmışdır.

beta globin molekülü

(Şekil 2.6) Beta-globin geninin DNA şifreleri. Betaglobin geni kanda oksijen taşıyan hemoglobin geninin parçalarından birisini oluşturur. Şifreler tıpkı Türkçe yazılmış bir makale gibi soldan sağa okunmalıdır. Bu şifrelerden tek birinin bile hatalı olması üretilecek proteini tamamen işe yaramaz hale getirecektir. Yüzbinlerce proteinin tek bir tanesini oluşturan parçalardan yalnızca birisinin genetik şifresi, yukarda görüldüğü gibi son derece komplekstir. İnsan vücudunun tamamı için bu şifrelerden milyarlarcası gereklidir. Böylesine mükemmel bir bilgi, onu yaratan bir akıl olmadan asla var olamaz.

DNT-Nin Özünü Köçürməsi

dna replikasyonu

(Şekil 2.7) DNA sarmalının eşlenmesi. Sarmal birçok enzimin yardımıyla önce bir fermuar gibi ortadan ikiye ayrılır. Daha sonra her parçanın eşleniği olan nükleotidler ortamdan temin edilerek yarım parçaya yapıştırılır. Böylece birbirinin kopyası iki yeni DNA sarmalı oluşur.

Məlum olduğu kimi, hüceyrələr bölünərək çoxalır. Belə ki, insan bədəni başlanğıcda tək bir hüceyrə ikən bu hüceyrə bölünür və nəticədə 2-4-8-16-32... nisbəti ilə çoxalmağa başlayır.

Bəs bu bölünmə prosesi nəticəsində DNT-yə nə olur? Hüceyrədə tək bir DNT zənciri var. Halbuki, yeni doğan hüceyrənin də DNT-yə ehtiyacı olacağı aydındır. Bu ehtiyacı aradan qaldırmaq üçün, hər mərhələsi ayrı bir möcüzə olan bir sıra maraqlı əməliyyatlar icra olunur. Nəticədə, hüceyrənin bölünməsindən qısa müddət əvvəl DNT-nin bir nüsxəsi çıxarılır və yeni hüceyrəyə köçürülür!...

Hüceyrənin bölünməsi ilə bağlı aparılan müşahidələrin göstərdiyinə görə, hüceyrə bölünməzdən əvvəl müəyyən böyüklüyə çatmaq məcburiyyətindədir. Bu müəyyən böyüklük sərhəddini keçdiyi anda isə bölünmə prosesi özlüyündən başlayır. Hüceyrə bölünməyə uyğun şəkildə yastılaşmağa başlayarkən, DNT də, bir qədər əvvəl ifadə etdiyimiz kimi, özünü köçürməyə başlayar.

Bunun mənası belədir: Hüceyrə bir bütün olaraq bölünməyə "qərar verir" və hüceyrənin içindəki fərqli hissələr bu bölünmə qərarına uyğun olaraq davranmağa başlayır. Hüceyrənin belə kollektiv bir işi bacaracaq şüura sahib olmadığı aydındır. Bölünmə prosesi gizli bir əmrlə başlayır və başda DNT olmaqla, hüceyrə bütünlüklə buna görə hərəkət edir.

DNT özünü çoxaltmaq üçün əvvəlcə qarşılıqlı iki hissəyə ayrılır. Bu hadisə olduqca maraqlı şəkildə reallaşır. Quruluşu spiralvari bir nərdivana bənzəyən DNT molekulu, bu nərdivanın pillələrinin ortasından zəncirbənd kimi ikiyə ayrılır. Artıq DNT iki yarım hissəyə bölünmüşdür. Hər iki hissənin də əskik olan yarıları mühitdə hazır olan vəsaitlərlə tamamlanır. Beləcə, iki yeni DNT molekulu yaranmış olur. Prosesin hər mərhələsində ferment adlanan və sanki təkmilləşmiş robotlar kimi işləyən mütəxəssisləşmiş zülallar xidmət edir. İlk baxışda sadə kimi görünsə də, bu proses əsnasında reallaşan ara proseslər o qədər çox və kompleksdir ki, hadisəni təfsilatı ilə izah etmək səhifələr tutar.

Köçürmə əsnasında əmələgələn yeni DNT molekullarına, nəzarətedici fermentlər tərəfindən dəfələrlə nəzarət edilir. Edilmiş bir səhv varsa (belə ki, bu səhvlər olduqca mühüm ola bilər) dərhal müəyyən edilir və düzəldilir. Yanlış şifr qopardılıb yerinə doğrusu gətirilir və yerləşdirilir. Bütün bu əməliyyatlar elə baş gicəlləndirici sürətlə icra edilir ki, dəqiqədə 3.000 pillə nukleotid əmələ gəldiyi bir vaxtda, bütün bu pillələrə vəzifəli fermentlər tərəfindən dəfələrlə nəzarət edilir və lazımi düzəlişlər həyata keçirilir. Əmələgələn yeni DNT molekulunda, kənar təsirlər nəticəsində normalda daha çox səhvlər edilə bilər. Belə olduqda hüceyrədəki ribosomlar, DNT-dən gələn əmr əsasında DNT bərpa fermentləri əmələ gətirməyə başlayarlar. Beləliklə də, həm DNT qorunmuş olar, həm də nəslin davamı zəmanət altına alınar.

dna, replication, enzymes

1. Yeni sentezlenmiş şerit
2. Bölünen DNA'nın bir kolu
3. DNA polimeraz
4. Okazaki kesiti denilen RNA parçalarından birisi üretilmeye başlanıyor
5. RNA parçalarını birleştirerek DNA üreten polymeraz enzimi

6. DNA helikaz
7. Primaz
8. Heliks-sabitleme proteinleri
9. Primer RNA
10. Diğer parçaya göre daha yavaş üretilen yeni DNA

(Şekil 2.8) DNA'nın eşlenmesi sırasında çalışan enzimlerin(proteinlerin) organizasyonu. Farklı yapı ve görevlerdeki enzimler birbirlerine kenetlenerek işbirliği içinde çalışırlar. Şekilde ortada görülen DNA helikaz enzimi DNA'yı tam ortadan ikiye ayırır. Üst tarafta kalan yarım DNA parçasına gerekli nükleotitler DNA polimeraz enzimi tarafından eklenir. Bu sayede yeni bir DNA sentezlenir.

Üst taraftaki kolda ilerleyen DNA polimeraz enzimi kopyalanmanın yapıldığı doğrultuda kesintisiz ilerler. Diğer DNA parçası ilkinin tam simetriği olduğu için, bu kolda çalışan polimeraz enzimi tam ters yönde çalışmak zorunda kalacaktır.

İkinci parça üzerinde meydana gelen olaylar ve ilerleyen polimeraz enziminin çalışma şekli oldukça farklıdır. DNA ikiye ayrılırken DNA helikaz enziminin hemen yanında primaz enzimi bulunur. Bu enzim ikinci kol üzerinde 200 nükleotidlik aralıklarla uzunluğu yaklaşık 10 nükleotid olan primer RNA adlı zincirler inşa eder. DNA polimeraz enzimleri bu primer RNA'ların olduğu yerlerden başlayarak parça parça aradaki 200 nükleotitlik boşlukları doldururlar. (Bu parçalara da Okazaki parçaları denir.) Böylece ikinci DNA parçası da oluşur. Ama bir farkla, bu DNA'nın üzerinde primer RNA denilen zincirler kalmıştır. Daha sonra devreye giren DNA onarım enzimleri(urasil DNA glikosilaz, AP endonükleaz vs) bu primer RNA parçalarını kopararak yerlerine DNA'ya ait nükleotitleri yerleştirirler.

Bütün bunlar olup biterken açılan DNA sarmalının birbirine yapışıp düğümlenmemesi için heliks-stabilizasyon proteinleri denilen proteinler DNA'yı sabit tutarlar. Bu işlemler sonucunda ikinci DNA'da sentezlenmiş olur.

 

dna, replication, enzymes

1. Bölünen DNA'nın bir kolu
2. Yeni sentelenmiş DNA Şeridi
3. DNA polimeraz
4. Ana DNA
5. Heliks sabitlme proteinleri
6. DNA Primaz
7. DNA Helikaz
8. Primer RNA
9. Okazaki kesiti denilen RNA parçası
10. RNA parçalırının birleştirerek DNA üreten DNA polimeraz enzimi
11. Diğer parçaya göre daha yavaş üretilen yeni DNA

(Şekil 2.9) DNA eşlenmesinde enzimler birlikte çalışırlar. Bu birleşik yapı, parçaları proteinlerden oluşmuş bir dikiş makinesine benzer. Bu dikiş makinası DNA'yı baştan sona işler ve kopyasını çıkartır. Üstteki şekil bu ortak çalışma mekanizmasının aktif halini gösterir. Resimde gösterilen şekilin gerçekte 3 boyutlu olduğu da unutulmamalıdır.

 

dna, repair dna, replication, incorrect

(Şekil 2.11) Dış etkiler sonucu DNA'da meydana gelebilecek hatalar DNA kontrol mekanizmaları tarafından tespit edilip, tamir edilirler. Bu mekanizmalar DNA'daki bilgiler doğrultusunda üretilmiş olan enzimlerden oluşur. Farklı onarım mekanizmaları olsa da temel prensip hasar gören nükleotidin hasar görmemiş karşı nükleotidinden alınan bilgi doğrultusunda onarım yapmaktır. Şekil 2.12'de şeması verilen bu işlem genel olarak 3 basamaktan oluşur.

1) Hasar gören DNA şeridinin hatalı kısmı DNA nükleaz adlı enzim tarafından tespit edildikten sonra kopartılır. Böylece DNA sarmalında bir boşluk oluşur.

2) Bir başka enzim olan DNA polimeraz, bir tarafından hasar gören nükleotidin sağlam bölümünden aldığı bilgi doğrultusunda, boşluğa gerekli nükleotidi yapıştırır.

3) DNA'nın tamiri tam olarak bitmemiştir. Tamirin gerçekleştiği yerdeki şeker-fosfat şeridi üzerinde bir kopukluk meydana gelmiştir. Bu kopukluk DNA ligaz enzimi tarafından tamir edilir.

(Şekil 2.12) DNA üzerinde zaman zaman olan ve istenmeyen durumlardan biri de yanlış kopyalamadır. İlk şekilde görülen DNA parçasında, soldan dördüncü basamaktaki sitozin (C) yerine, kopyalama sonucu oluşan DNA'da urasil yapıştırılmıştır. Urasil DNA glikosilaz adı verilen ve yalnızca bu cins bir hatayı düzeltmekle görevli enzim, urasili (U) DNA şeridinden kopartır. Urasilin çıkartıldığı yerdeki şeker fosfat şeridi AP endonükleaz enzimi tarafından kopartılır. DNA polimeraz ve DNA ligaz enzimleri eksik nükleotidi yerine takarlar.

 

cell division

(Şekil 2.10) Hücre bölünmesi sırasında kromozomların çoğalması. Her kromozomun kopyası üretilerek ikiye bölünür. Şekilde kardeş kromozomlar henüz birbirlerinden ayrılmadan görülüyorlar. Bölünmenin son evresinde kromozomlar ortada bulunan mikrotüplerin üzerinde farklı yönlere çekilirler.

Hüceyrələr də insanlar kimi doğulur, çoxalır və ölürlər. Lakin hüceyrələrin ömrü meydana gətirdikləri insanın ömründən olduqca qısadır. Məsələn, altı ay əvvəl bədənimizi meydana gətirən hüceyrələrin böyük əksəriyyəti bu gün yaşamır. Lakin vaxtında bölünərək yerlərinə yenilərini buraxdıqları üçün siz indi həyatda qala bilmisiniz. Buna görə də, hüceyrələrin çoxalması və DNT-nin köçürülməsi kimi əməliyyatlar, insanın varlığını davam etdirməsi baxımından ən kiçik bir səhvə yer verilməməsi lazım olan mühüm əməliyyatlardır. Necə ki, çoxaltma əməliyyatı o qədər mükəmməl icra olunur ki, xəta nisbəti 3 milyard pillədə yalnız bir pillədir. Bu tək xəta da, hər hansı bir problemə səbəb olmadan bədəndəki daha yuxarı səviyyəli idarə mexanizmləri tərəfindən yox edilir.

Məhz bütün gün, sizin heç xəbəriniz olmadan, bədəninizdə həyatınızın problemsiz şəkildə davam etməsi üçün, ağlasığmaz diqqət və məsuliyyət anlayışı çərçivəsində bir çox əməliyyatlar və yoxlanışlar həyata keçirilər və müəyyən tədbirlər alınar. Hər kəs vəzifəsini tam və müvəffəqiyyətlə yerinə yetirər. Məhz Allah ən böyüyündən ən kiçiyinə, ən sadəsindən ən mürəkkəbinə qədər saysız atomu və molekulu sizin həyatınızı gözəl və sağlam şəkildə davam etdirməyiniz üçün xidmətinizə vermişdir. Məgər təkcə bu lütf və nemət belə, insanın heç dayanmadan şükür etməsi üçün kifayət deyil? Yoxsa insan, ağlının başına gəlməsi üçün, mütləq bu mükəmməl sistemdə bir sıra problemlər yaradılmasınımı gözləməlidir?

Daha da maraqlısı, DNT-nin həm əmələ gəlməsini təmin edən, həm də quruluşuna nəzarət edən bu fermentlər, DNT-dəki məlumatlar əsasında və DNT-nin əmr və nəzarəti altında əmələgələn zülallardır. Ortada bir-biri ilə əlaqəli elə mükəmməl sistem vardır ki, bu sistemin mərhələ-mərhələ baş verən təsadüflər nəticəsində bu vəziyyəti alması əsla mümkün deyil. Çünki fermentin əmələ gəlməsi üçün DNT, DNT-nin əmələ gəlməsi üçün ferment, hər ikisinin əmələ gəlməsi üçün isə, hüceyrə, membranı da daxil olmaqla, bütün orqanoidləri ilə birlikdə tam şəkildə mövcud olmalıdır. Canlıların ardıcıl baş verən “faydalı təsadüflər” nəticəsində “mərhələ-mərhələ” inkişaf etdiyini iddia edən təkamül nəzəriyyəsi, DNT-ferment paradoksu tərəfindən təkzib edilir. Çünki DNT və ferment eyni anda mövcud olmalıdır. Bu, isə Allahın varlığının açıq-aydın dəlilidir.

Təkamül Yalanının Son Sığınacağı: Mutasiyalar

dna, enzyme

(Şekil 2.13)

Darvin, nəzəriyyəsini ortaya atarkən, nə eyni növ daxilindəki müxtəlifliyin səbəbini, nə də öz yalanlarından biri olan; "bir növün başqa növə çevrildiyi" iddiasının məntiqini izah edə bilməmişdi. İzah edə bilməzdi də, çünki Darvinin DNT-dən xəbəri yox idi. Darvinin nə genetika, nə bioriyaziyyat, nə də mikrobiologiya elmindən xəbəri vardı. Bu elm sahələri Darvinin yaşadığı dövrdə olmadığına görə, onsuz da bunları bilməsinə də imkan yox idi. O, sahib olduğu imkanlarla müxtəlif heyvanları kəsmiş, skeletlərindəki bənzərliklərə əsaslanaraq elmi əsası olmayan xəyal məhsulu çıxarışlar etmişdi. Hələ yuxarıda sadalanan elm sahələri yaranmadığına görə hüceyrə üzərində müəyyən tədqiqat aparmasına imkan yox idi.

Bu gün təkmilləşən texnologiya sayəsində insanlar hüceyrənin sahib olduğu mükəmməl və mürəkkəb mexanizmlərdən xəbərdar oldular. Bunların təsadüfən və ya müəyyən zaman ərzində öz-özlərinə meydana gələ bilməyəcəkləri də aydın oldu. Çünki, bu mürəkkəb sistemin bütün hissələri eyni anda və eyni yerdə olmaqla, heç bir kəsir və artıq hissə olmadan meydana gəlməli idi. Üstəlik, bəhs etdiyimiz bu sistem də minlərlə müxtəlif alt sistemlərdən meydana gəlirdi. Bu təqdirdə, eyni anda, eyni yerdə, tam bir nizamın bir dəfədə meydana gəlməsinin tək bir izahı vardı: "Yaradılış". Beləliklə insanları, yaradılışı inkar etmək yoluyla Allahın yolundan döndərmək üçün ortaya atılan təkamül nəzəriyyəsinin nə qədər böyük yalan olduğu, inkişaf edən elm və texnologiya sayəsində bir daha sübut edildi.

Lakin, təkamül, elmi bir həqiqət olmayıb, "yaradılış"ı inkar etmək səhvliyinə yol verən bütün ideologiyaların isnad etdikləri uydurma təməl idi. Buna görə də, nəyin bahasına olsa da, bu yalan davam etdirilməli idi. Çıxış yolu, başqa bir yalan uydurmaqda görüldü: "mutasiya".

Təkamülçülər, ibtidai növlərin inkişafının və fərqli yeni növlərin əmələ gəlməsinin mutasiyalar nəticəsində baş verdiyini iddia etdilər.

Mutasiya canlının DNT-sində xarici təsirlər nəticəsində (kimyəvi maddələr, rentgen şüaları, radiasiya) meydana gələ biləcək dəyişikliklərdir. Lakin bu dəyişikliklər heç vaxt yeni bir növün əmələ gəlməsinə imkan verməz; çünki mutasiyalar genetik məlumatda meydana gələn azalma və ya yer dəyişdirmələrdir. Yoxsa genetik məlumata yeni bir şey əlavə edə bilməzlər. Hər canlının genetik məlumatında öz növünə məxsus məlumatlar yazılmışdır. Dolayısilə genetik dəyişiklik (mutasiya) həmin canlı növündə olan orqan və strukturların sayı, rəngi və forması üzərində məhdud dəyişikliklər icra edər. Canlıya qətiyyən yeni bir orqan və ya xüsusiyyət qazandıra bilməz. Üstəlik, mutasiyaların 99,9%-i canlı üçün zərərli, hətta öldürücüdür. Geridə qalan 0,1%-lik hissə isə, təsirsiz və ya zərəri ilk baxışda müəyyən oluna bilməyən mutasiyalardır. Bilə-bilə mutasiyaya imkan verən genetik və fizioloji strukturlara sahib şəkildə yaradılmış viruslardan başqa, mutasiyanın faydalı töhfəsi olduğundan söhbət belə gedə bilməz.

DNT bədən barəsində saxladığı məlumat və bu məlumatı saxlamasındakı dizaynla birlikdə, olduqca mükəmməl quruluşa malikdir. Bu qədər mükəmməl bir sistemə, ediləcək kənar müdaxilə də normal olaraq sistemi korlayar. Mürəkkəb mexanizmə malik bir alət üzərində ediləcək təsadüfi dəyişiklik, həmin aləti daha da təkmilləşdirməz, əksinə korlayar. Yaxud digər bir nümunə gətirsək, bir zəlzələ bir şəhəri abadlaşdırmaz, dağıdar; eynilə mutasiyanın DNT üzərindəki təsiri kimi.

Fərz edək ki, ortada faydalı bir mutasiya var. Əgər belə olsaydı, hər faydalı mutasiya müqabilində minlərlə zərərli mutasiya olacaq və yaranacaq ümumi təsir, növlərin məhv olmasına və ya korlanmasına gətirib çıxaracaqdı. Bu gün dünya kiçik ölçüdə mutasiyaya uğramış minlərlə növ qəribə məxluqlarla dolu olacaqdı. İnsanların bəziləri üç gözlü, bəziləri iki burunlu halda yaşayacaq, pişiyiniz beş ayaqlı balalar dünyaya gətiərəcəkdi. Lakin mutasiyalar zərərli olduqları kimi eyni zamanda olduqca nadir meydana gəlirlər; məhz buna görə də, həyatda heç bir yerləri yoxdur.

Mutasiyaların səbəb olacağı dəyişikliklər ancaq Xirosima, Naqasaki və ya Çernobıldakı insanların uğradığı dəyişikliklər ola bilər: Yəni ölülər, şikəstlər və əlillər...

Necə ki, təkamülü sübut etmək naminə laboratoriyalarda radiasiyaya məruz qoyulan sınaq obyektlərinə əsasən gəlinən nəticə, ayaqları başlarından çıxan meyvə ağcaqanadlarından kənara çıxa bilməmişdir. Bu günə qədər müşahidə edilmiş heç bir faydalı mutasiya nümunəsi yoxdur. Müşahidə edilmiş bütün mutasiyalar zərərlidir. Bu vəziyyəti “Həyatın kökləri” kitabının müəllifi dr. Mahlon B. Hoqland (Mahlon B. Hoagland) belə ifadə etmişdir:

Bildiyiniz kimi, bir orqanizmin DNT-sində müəyyən dəyişikliyin baş verməsi demək olar ki, həmişə onun üçün zərərli olar; digər bir sözlə, həyatını davam etdirə bilmə potensialında azalmaya gətirib çıxardar. Bir misal gətirək; Şekspirin tamaşalarına təsadüfi əlavə olunan cümlələrin onları daha yaxşı hələ gətirməsi elə də mümkün deyil… Ümumiyyətlə DNT dəyişiklikləri, mutasiya və ya bizim kənardan bilərək əlavə etdiyimiz xarici genlərlə baş versə də, yaşama ehtimalını azaltma xüsusiyyətlərindən ötrü zərərlidir.(6)6

Dövrümüzün ən tanınmış təkamülçülərindən biri olan Riçard Doukinz (Richard Dawkins) də özü ilə aparılmış bir müsahibədə verilən: "Məlum olan hər hansı faydalı mutasiya nümunəsi vardırmı?" sualına cavab verməməklə kifayətlənməmiş, bu suala təkamülə dəlil təşkil edə biləcək bir cavab verə bilməməsinin özünü nə qədər narahat etdiyini də rəftarları ilə açıqca göstərmişdir.(7)7

Bu mövzuda diqqət çəkilməli digər bir xüsus isə; mutasiyaların sonrakı nəslə ötürülməsi üçün, təkcə reproduktiv hüceyrələrdə meydana gəlmələrinin lazım olmasıdır. Bədənin hər hansı bir hüceyrəsində və ya orqanında meydana gələn dəyişiklik sonrakı nəslə ötürülməz. Məsələn, bir qadın barmağını itirsə, körpəsi barmağını itirməyəcək yaxud əskik bir barmaqla doğulmayacaq. 1000 nəsil ərzində dünyaya gələn hər meymuna iki ayaq üzərində yerimək öyrədilsə, 1001-ci nəsil dünyaya gəldikdə bu xüsusiyyət yeni nəslə keçmiş olmayacaq. Başqa bir nümunə daha verək: bir növün sol qolunu 10 nəsil ərzində kəssəniz, 11-ci nəsil yenə qollu surətdə dünyaya gələcək, qolun yox olmasından söhbət gedə bilməyəcək.

Göründüyü kimi, mutasiyalar qətiyyən canlılardakı müxtəlifliyin səbəbi ola bilməzlər. DNT-dəki mükəmməl düzülüş, təkcə xüsusi yaradılışın nəticəsidir. Həmçinin bu yaradılış üstün güc sahibi olan Allaha məxsusdur. Allahın mükəmməl yaratması Quranda belə bildirilir:

Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi də ən gözəl şəklə salan, sizə gözəl və pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır! O, Hayydır (diridir), Ondan başqa ilah yoxdur. Allaha, dini yalnız Ona məxsus edərək, dua edin. Aləmlərin Rəbbinə həmd olsun! (Mümin surəsi, 64-65)

Həmçinin bu yaradılışı inkar edənlərin vəziyyəti də Quranda bildirilmişdir:

Göylərin və yerin mülkü Ona məxsusdur. O, Özünə övlad götürməmişdir və mülkündə də şəriki olan yoxdur. O, bütün şeyləri müəyyən nizam və ölçü ilə yaratmışdır. Onlar isə Onun əvəzinə heç nə yaratmayan, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə ilah götürdülər. (Furqan surəsi, 2-3)

 

Qeydlər

3) Denton Michael, "A Theory in Crisis", səh. 334

4) Frank B. Salisbury, "Doubts About The Modern Synthetic Theory of Evolution", səh. 336

5) Francis Crick, Life Itself: It's Origin and Nature, New York, Simon&Schuster, 1981, səh. 88

6) Mahlon B. Hoagland, Hayatın Kökleri, TÜBİTAK Popüler Bilim Kitapları, 12-ci nəşr, may 1998, səh. 153

7) "Biological Evidence of Creation: From a Fog to A Prince", "Keziah, American Portrait Films, Cleveland, OH, 1998

4 / total 14
"Harun Yəhyanın Hüceyrədəki Möcüzə kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top