< <
6 / total: 10

Qəflətin sonu

Qəflət Allah qatından gələn bütün xəbərdarlıqlara baxmayaraq, bunda inad edənləri dəhşətli və tərifi mümkün olmayan əbədi bir əzaba doğru sürətlə sürüyər. Qafil olmaqda inadkarlıq edən və qəflət içində dünyadan ayrılan insanlar Allah`ın yaratdığı imtahan dünyasından sonra əbədi həyatlarına artıq cəhənnəm əhli olaraq davam edəcəklər.

Quranda bildirildiyi kimi, qəflət içindəki insanların göz və qulaqları möhürlənmiş, anlayışları alınmışdır. Qəbul və şüur səviyyəsində heyvan kimidirlər. Hətta bu vəziyyəti öz razılıqları ilə qəbul etdikləri üçün onlardan daha da aşağıdırlar. Allah Quranda bu vəziyyətdəki insanları belə təsvir edir:

Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır! (Əraf surəsi, 179)

Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti eşidəcək və ya fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar. (Furqan surəsi, 44)

Heyvanların şüuru yoxdur. Yuxarıdakı ayələrdən aydın olduğu kimi, qəflət içindəki insanlar da sanki heyvanların olduğu şüursuzluq içindədirlər. Bu şüursuzluq səbəbi ilə qəlbləri qatılaşmışdır. Gördükləri, eşitdikləri hadisələr özlərinə edilən xatırlatmalar, verilən nəsihətlər onları içində olduqları vəziyyətdən çıxartmaz. Hər nə ilə qarşılaşsalar da, düşünüb ibrət götürməzlər.

Halbuki, hər insan həqiqətləri anlamağa və yerinə yetirməyə məsuliyyət daşıyırlar. Ancaq qəflətdə inadkarlıq etdiyi təqdirdə dünyadakı digər canlı növlərindən daha ağılsız bir vəziyyətə düşər və insana insan xüsusiyyəti qazandıran bütün xüsusiyyətlərini itirər. İnsanlara Allah`ın varlığını qavrayıb Ona qulluq etmələri üçün verilən qəbul etmə, hiss etmə və anlama kimi üstünlüklərin qəflətdə qalmağa israrlı və qərarlı olan insanlarda möhürləndiyi Quranda belə bildirilir:

Bunlar o kəslərdir ki, Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir. Onlar qafildirlər! (Nəhl surəsi, 108)

Ayədə təsvir edilən insanın hissləri tamamilə örtülmüşdür. Bu vəziyyətdəki qafil insan ciddi səy göstərib Allah`a yönəlmədiyi müddət boyu artıq cəhənnəm əhli olmaqdan xilas ola bilməz. Cəhənnəmdəki şüursuzluq və çaşqınlığı isə daha çoxdur:

Bu dünyada kor olan axirətdə də kor olar və yoldan daha çox azar! (İsra surəsi, 72)

Oradakı əzabın şiddəti və dəhşəti isə bir ayədə belə təsvir edilmişdir:

O, Allah`ın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb-yaxar. O, belələrinin üzünə qapanıb kilidlənəcəkdir. Onlar hündür sütunlara bağlanmış olacaqlar! (Huməzə surəsi, 6-9)

Qəflət içində yaşayan, bu vəziyyətdən xilas olmaq üçün səy göstərməyən və Qurandan, Allah`ın rizasından xəbərsiz bir şəkildə ölən insanlar cəhənnəmə süründürülərlər.

 

6 / total 10
"Harun Yəhyanın Gizli Təhlükə: Qəflət kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com adnanoktarhukuk.com adnanoktarakumpas.com adnanoktargercekleri.com ingilizderindevleti.net