Mayyaların əhəmiyyətli şəhərlərindən biri olan Kopanda çəkilmiş arxa səhifədəki foto şəkil bunun dəlillərindən biridir. Dişli çarx mexanizmindən istifadə edən bir cəmiyyət maşınqayırma haqqında biliyə sahib olduğuna görə, qüvvət və hərəkətin qarşılıqlı təsirini bilməli idi.
Bu biliklərə sahib olmayan bir insanın dişli çarx mexanizminin meydana gətirməsi mümkün deyil. Məsələn, sizdən bu şəkillərə bənzər bir mexanizm düzəltmənizi istəsələr, lazımı təlim görmədən bu mexanizmi düzəltmək və qüsursuz işləməsini təmin etmək qeyri-mümkün olar.
Halbuki, mayyalar bunu bacarırdılar. Bu da mayyaların bilik səviyyəsinin əhəmiyyətli bir göstəricisidir və təkamülçülərin iddia etdiyi kimi, keçmişdə yaşayanların geridə qalmış olmadıqlarının isbatıdır.
Buraya qədər əldə edilən məlumatlarda bizə keçmişdə yaşamış cəmiyyətlərin inkişaf etmiş sivilizasiyalarından bir neçə kiçik misal çəkilir. Bu misallar olduqca vacib bir həqiqəti göstərir. İllərlə təkamülçü zehniyyətlə təlqin edilən keçmişdə yaşamış cəmiyyətlərin geridə qalmış, ibtidai və sadə həyat tərzi sürməsi fikri doğru deyil. Tarixin hər dövründə müxtəlif sivilizasiya səviyyələrində müxtəlif mədəniyyətlərə sahib olan cəmiyyətlər yaşamışdır. Lakin heç biri digərindən təkmilləşməmişdir. Bundan 1000 il əvvəl bəzi geridə qalmış sivilizasiyaların yaşamış olması tarixin təkmilləşdiyini, cəmiyyətlərin ibtidaidən aliyə doğru inkişaf etdiyini göstərən bir vəziyyət deyil. Çünki bundan min il əvvəl bu geri cəmiyyətlərlə bərabər, elm və texnologiyada inkişaf etmiş köklü sivilizasiyalar quran son dərəcə inkişaf etmiş cəmiyyətlər də yaşamışdır. Cəmiyyətlərin inkişaf etməsində mədəniyyətlərin bir-birilərinə olan qarşılıqlı təsiri, mədəniyyətlərin bir-birinə ötürdüyü biliklər bazası, şübhəsiz ki, vacib rol oynayır. Amma bu təkmilləşmə deyil.
Qurani-kərimdə də keçmişdə yaşamış cəmiyyətlərdən misallar verilərkən bunların bəzilərinin inkişaf etmiş bir sivilizasiya qurduqları xəbər verilir:
Quranda xəbər verilən bu həqiqətlər arxeoloji tapıntılarla da dəstəklənir. Yer üzərindəki bir çox arxeoloji tapıntı və keçmiş cəmiyyətlərin yaşayış yerləri tədqiq edildikdə, həqiqətən də, bu cəmiyyətlərin əksəriyyətinin günümüzdəki bəzi cəmiyyətlərdən daha inkişaf etmiş bir səviyyədə yaşadıqları və inşaat texnologiyasında, astronomiyada, riyaziyyatda, tibdə çox yüksək səviyyəyə çatdıqları görünür. Bu da darvinistlərin tarixin və cəmiyyətlərin təkamülü nağılını yenə də əsassız edir.
]]>Qüsursuz infrastrukturun inkişaf etmiş olması bu şəhərləri inşa edənlərin mütərəqqi memarlıq və mühəndislik biliklərinə sahib olduqlarını göstərir. Yer altı yolların çəkilməsində statikanın müəyyən edilməsi, üfüqi tirlərin quraşdırılması lazım olan yerlərin müəyyən edilməsi, hansı dərinlikdə basdırılacağı və yolun uzunluğunun təyin edilməsi, havalandırmanın hansı yerlərdə hansı effekti verəcəyinin hesablanması, təmiz və çirkab sularının bir-birinə qarışmadan nəql edilə bilinməsi kimi bir çox xırdalıqların incə hesablarla düşünülməsi və ən əhəmiyyətlisi isə bu işlərin həyata keçirilməsində heç bir xətaya yol verilməməsi gərəkir. Bütün bu texnikaları misirlilər bilirdilər. Əlimizdə olan məlumatlar bu həqiqəti açıq-aşkar sübut edir.
E.ə. 3000-ci illərdə misirlilərin istifadə etdiyi memarlıq texnikaları və infrastruktur məsələsinə yanaşmaları son dərəcə peşəkar və problemləri həll etməyə meyillidir. Quraq ölkə olan Misir üçün suyun əhəmiyyəti çox böyükdür. Bu səbəbdən də, bu məsələ üzrə də qalıcı həll yollarını tapmışlar. İnfrastrukturla əlaqədar olaraq misirlilərin həyata keçirdikləri ən vacib layihələrdən biri suyu qorumaq üçün inşa etdikləri anbarlardır.
Məsələn, Fayyun vadisində kəşf edilən böyük su anbarı bunlardan biridir. Qədim Misirdə həyatın müəyyən yerlərdə davamlılığını təmin edə bilmək üçün süni göllər inşa edilmişdi. Bunun sayəsində Nil çayının suyu həmin bu süni göllərdə toplanaraq Misir çöllərində inkişaf etmiş bir sivilizasiya qura bilmişlər. Bugünkü Qahirədən səksən kilometr cənubda yerləşən Moris gölü misirlilər tərəfindən Nil çayının suyunu bir kanal vasitəsi ilə toplamaq məqsədi ilə salınan süni göllərdən biridir. Həmin bu su xəzinələrinin yaxınlıqlarına ev və məbədlər inşa edilmişdi. 1
Misirlilərin tibb sahəsindəki bilikləri, şəhərsalma və mühəndislik bilikləri və bu biliklərin praktikada tətbiq edilməsi son dərəcə inkişaf etmiş bir sivilizasiyaya sahib olduqlarını göstərən əhəmiyyətli dəlillərdən bir neçəsidir. Bu nəzəri bilik və onların praktikada tətbiq edilməsi təkamülçülərin iddia etdiyi “cəmiyyətlərin ibtidaidən aliyə doğru inkişaf etdikləri” tezisini bir daha yerlə yeksan edir. Günümüzdən təxminən 5000 il əvvəl yaşayan bir cəmiyyət günümüzdəki müxtəlif cəmiyyətlərdən, hətta günümüzdə bu torpaqlarda yaşayan bəzi cəmiyyətlərdən belə daha mütərəqqi sivilizasiya səviyyəsinə sahibdir və bu vəziyyətin təkamüllə izah edilə bilməsi mümkün deyil. Şübhəsiz ki, misirlilərin bu yüksək sivilizasiyada yaşadığı dövrdə dünyanın müxtəlif bölgələrində daha geridə qalmış sivilizasiyalar, daha ibtidai şərtlərdə yaşayan insanlar da mövcud olmuşdur. Lakin bunların heç biri nə daha az insan keyfiyyətlərinə sahibdir, nə də guya meymunabənzər xüsusiyyətlərə. Qədim Misirdə qədim misirlilərlə eyni dövrdə ibtidai şəraitdə yaşayan insanlar da, bundan yüz minlərlə il əvvəl var olmuş insan cəmiyyətləri də, günümüzün insanı da bütün keyfiyyətləri ilə həmişə insan olaraq var olmuşdur. Bəzi cəmiyyətlərin daha mütərəqqi, bəzilərinin isə daha ibtidai şəraitdə yaşamış olması, darvinistlərin iddia etdiyi kimi, onların əsla heyvanlardan meydana gələn bir növ olduğunu və ya birinin digərindən təkmilləşdiyini göstərə bilməz. Bu, elmə, ağıla və məntiqə zidd bir şərhdir.
Qeydlər:
1. Afet İnan, “Qədim Misir tarixi və mədəniyyəti”, “Türk Tarih Kurumu” Nəşriyyatı, Ankara: 1956, səh. 87
]]>Tikaldan meşəyə doğru uzanan beş əsas küçə var. Bunlar arxeoloqlar tərəfindən mərasim yolları və yaxud seramoni küçələri olaraq adlandırılır. Havadan çəkilmiş foto şəkillər isə Mayya şəhərlərinin geniş bir yol şəbəkəsi ilə bir-birilərinə bağlı olduqlarını göstərir. Təxminən 300 km uzunluğundakı bu yollar xırdalıqlarına qədər mühəndislik işlərinin aparıldığını nümayiş etdirən xüsusiyyətə malikdir. Bütün yollar qırılmış qayalardan salınmış və üzəri açıq rəngdə davamlı bir təbəqə ilə örtülmüşdür. Xətkeşlə çəkilmiş kimi düz bir xətt üzrə salınan bu yolların necə inşa edilmiş olduğu, yollar inşa edilərkən mayyaların istiqaməti necə müəyyən etmiş olmaları, hansı vasitə və materiallardan yararlanmış olduqları cavablandırılması zəruri olan məsələdir. Təkamülçü anlayışa görə, bu suallara ağıllı və məntiqli cavablar verilməsi mümkün deyil. Çünki söhbət mühəndislik xariqəsindən və kilometrlərlə uzunluqdakı yollardan gedir. Kifayət qədər açıqdır ki, bu yollar incə hesabların, ölçmələrin, istiqamətin təyin edilməsinin və lazımi vasitə və materiallardan istifadəsinin əsəridir.
]]>Boliviya ərazisində And dağları üzərində Boliviya ilə Peru arasında dəniz səviyyəsindən təxminən 4 min metr yüksəklikdə yerləşən Tiuanako şəhəri görənləri heyrətə salacaq bir çox tapıntılarla doludur. Bu ərazi Cənubi Amerikanın arxeoloji möcüzələrindən biri olaraq qəbul edilir. Tiuanakoda olan ən heyrətamiz tapıntılardan biri gecə-gündüz bərabərlikləri, fəsilləri, ayın hər saatdakı vəziyyətini və hərəkətlərini göstərən təqvimdir. Bu təqvim adı keçən ərazidə yaşayan insanların çox mütərəqqi sivilizasiyaya sahib olduqlarını göstərən dəlillərdəndir. Tiuanakodakı digər heyrətamiz əsərlər isə bəziləri çəkisi 100 tona çatan daş bloklardan ibarət tikililərdir.
“Reader's Digest” Tiuanako şəhərindəki məqbərələr və daş qalıntıları haqqında “...Günümüzün ən ixtisaslaşmış mühəndisləri hələ də bu qədər böyük qaya parçalarını kəsərək daşımaqla bir şəhəri abadlaşdıra biləcəklərinə dair suala cavab verə bilmir. Nəhəng bloklar sanki bir metal qəlibdən istifadə edilərək kəsilmiş kimidir...” şərhini etmişdir.1
Məsələn, bu şəhərdə divarlar 100 ton ağırlığındakı qumdaşı blokları üzərinə 60 tonluq başqa bloklar qoyularaq inşa edilmişdir. Bu divarların inşa edilməsi üçün böyük ustalıq tələb edən karxanaçılıqdan istifadə edilmişdir. Böyük ölçülərdə olan kvadrat daşlar 10 ton ağırlığındakı daş bloklarda 2.5 metr uzunluğunda dəliklər açılmışdır. Tapıntıların müxtəlif yerlərində 1.8 metr uzunluğunda və yarım metr enində su kanalları var. Bu kanalların ölçüləri hazırkı dövrdə rast gəlinməyən dəqiqlikdədir. Bu insanların, -təkamülçü yalanlarda irəli sürüldüyü kimi -texnoloji imkanlar olmadan- belə əsərləri meydana gətirmiş olmaları mümkün deyil. Belə ki, təkamülçülərin irəli sürdüyü guya ibtidai şəraitdə bu əsərlərdən tək birinin belə meydana gəlməsi üçün bir insanın ömründən daha uzun bir müddət lazımdır. Belə vəziyyətdə Tiuanakonun meydana gəlməsi yüzlərlə il çəkərdi ki, bu da təkamül nəzəriyyəsinin doğru olmadığını göstərir.
Tiuanakoda ən diqqəti cəlb edən tikililərdən biri də “Günəş qapısı”dır. Monolit daşdan meydana gətirilən bu əsərin hündürlüyü 3, eni isə 5 metrdir. Ağırlığının təxminən 10 ton olduğu təxmin edilir. Qapının üzəri müxtəlif cizgilərlə bəzədilmişdi. Bu bölgədə yaşayanların Günəş qapısını hansı üsuldan istifadə edərək inşa etdikləri hələ də izah edilə bilməmişdir. Bu cür möhtəşəm qapının inşasında hansı texnologiyadan istifadə edilmişdir? 10 ton ağırlığında qayalar, daş mədənlərindən necə çıxarılmış, haradan, hansı texnika ilə daşınmışlar? Bütün bu işlər görülərkən təkamülçülərin iddia etdiyi kimi, sadə vasitələr və materiallardan istifadə olunmadığı açıq-aşkar görünür. Tiuanakonun salındığı ərazinin coğrafi şəraitini nəzərə alındıqda vəziyyət daha da heyrətamiz olur. Şəhər normal məskunlaşmış ərazilərdən kilometrlərlə uzaqda və təxminən 4000 metr yüksəklikdə qurulmuşdur. Şəhərin yerləşdiyi yüksək yaylada atmosfer təzyiqinin dəniz səviyyəsindən təxminən yarı-yarıya düşməsi, oksigen faizinin də qat-qat azalması səbəbi ilə insan qüvvəsini tələb edən işləri görmək daha da çətin olur.
Bütün bu materiallar dünyanın bir çox yerlərində olduğu kimi, burada da keçmişdə olduqca inkişaf etmiş sivilizasiyaların yaşadığını, dolayısilə, bəşər tarixinin inkişafa doğru irəlilədiyi iddiasının təsirsiz olduğunu göstərir.
Qeydlər:
1. Simone Waisbard, in The World's Last Mysteries, (2nd edition) səh. 138, Reader's Digest, 1978
]]>Arxeoloq Pol Bahn (Paul Bahn) bəşər tarixinin təkamülü ssenarisinin bir nağıldan ibarət olduğunu belə ifadə edir:
“Elmin necə də böyük hissəsi hekayələrə əsaslanır! Hekayə sözünü yaxşı mənada işlədirəm, lakin yenə də hekayədir ki, hekayə. Bəşər övladının təkamülünə dair ənənəvi ssenarini düşünün: ov etmək üçün od, məskən salmaq üçün od, qaranlıq mağaralar, ayinlər, alətlərin düzəldilməsi, yaşlanma, mübarizə və ölümlə bağlı hekayələri. Nə qədəri sümük və qalıqlara, nə qədəri isə ədəbi meyarlara əsaslanır”.1
Pol Bahnın dəqiq olaraq ifadə etməkdən çəkindiyi sualın cavabı açıq aşkar görünür, bəşər tarixinin uydurma təkamülü elmi deyil, tamamilə ədəbi meyarlara əsaslanır.
Həqiqətən də, bu hekayələrdə çox cavabsız məqam, məntiqi ziddiyyət və pozuntular var. Ancaq təkamülçü doqmalarla düşünən bir insan bu ziddiyyətləri görə bilməz. Məsələn, təkamülçülər daşın yonulması dövründən bəhs edir, lakin həmin dövrə aid alət və ya qalıqların necə yonulub forma aldıqlarını izah etmirlər. Təkamülçülərin dinozavrların milçəkləri qovarkən qanadlarını inkişaf etdirərək uçmağa başladığını irəli sürdüyü halda, milçəyin isə necə uçduğunu heç vaxt izah edə bilmədikləri kimi, on minlərlə əvvələ aid qalıqların necə düzəldilib formaya salındığını izah edə bilmirlər. Mövzunun bu tərəfini tamamilə unutmağa və unutdurmağa çalışırlar.
Halbuki, daşı yonub ona forma vermək çox çətin bir işdir. Daşı daşa sürtərək, tarixdən əvvəlki dövrə aid qalıqlarda olduğu kimi, mükəmməl dəqiqlikdə və sivrilikdə kəsilmiş alətlər əldə etmək mümkün deyil. Qranit, bazalt və ya doleritə bənzəyən sərt daşların parçalanıb dağılmadan, ağac kütləsi kimi nazik kəsilməsi yalnız, polad əyələrin, tokar dəzgahlarının, rəndələrin, daş kəsimi və cilalanması üçün istifadə edilən digər alətlərin mövcudluğu ilə mümkün ola bilərdi. Yenə on minlərlə il əvvələ aid qolbağıların, sırğaların, boyunbağıların, kürələrin daşdan istifadə etməklə düzəldilmədiyi gün kimi aydındır. Həmin əşyalardakı kiçik dəliklər daşla vurularaq açıla bilməzdi. Üzərilərindəki bəzəklər daş sürtülərək əmələ gələ bilməzdi. Bəhs edilən tarixi əsərlərin düzgün olması onların düzəldilməsi üçün dəmir, polad və digər metallardan düzəldilmiş alətlərdən istifadə edilmiş olmasının labüdlüyünü göstərir.
Bir çox arxeoloq və alimlər sözü gedən tarixi əsərlərin və ya qalıqların təkamülçülərin iddia etdiyi şəraitdə düzəldilə bilməyəcəyini sübut etmək üçün sınaq keçirmişdi. Məsələn, 11 min il bundan əvvəl inşa edilmiş olması təxmin edilən Göbəkli Təpədə tapılan blok daşlar üzərindəki işləmələrin hansı üsulla işlənmiş olmalarını araşdıran prof. Klaus Şmidt (Klaus Schmidt) belə bir sınaq keçirmişdir: təkamülçülərin həmin dövrdə istifadə etməsi iddia edilən daşları işçilərin əllərinə verərək, qayaların üzərinə bənzər qabartmaların çəkilməsi tələb edilmişdir. Qayaları daşla formaya salmağa çalışan işçilər 2 saat ərzində fasiləsiz işləmələrinə baxmayaraq, qaya üzərində sadəcə nəzərə çarpmayan cizgilər çəkə bilmişlər.
Buna oxşar sınağı hər bir kəs öz evində də keçirə bilər. Əlinizə qranit kimi sərt bir daş alın, bundan 100 min il əvvəl yaşamış insanların düzəltdikləri mizraq uclarını düzəltməyə çalışın. Lakin bunun üçün əlinizdə yalnız həmin qranit parçası və bir daşdan başqa heç nə olmasın. Belə bir vəziyyətdə bunu necə bacara bilərsiniz? Tarixi tapıntılardakı kimi mükəmməl itilikdə, simmetrik və dəqiqliklə düzəlmiş alət meydana gələcəkmi? Daha da dərinə getsək, 1m2 sahə böyüklüyündə bir qaya alıb üzərinə heyvan şəkli oymağa çalışın. Qayaya əlinizdəki daşla vuraraq necə nəticə əldə edə bilərsiniz? Aydın görünür ki, polad və dəmirdən düzəldilmiş vasitəçi material olmadan nə sadə mizraq ucunu düzəldə bilərik, nə də bir daş işləməsini işləyə bilərik.
Bu halda, unutmamalıyıq ki, istifadə edilən daşı kəsən və forma verən alətlərin düzəldilməsi də ayrıca bir peşə sahəsidir. Əyənin, tokar dəzgahı, rəndə və digər alətlərin istehsal edilməsi üçün lazımi əsas materiallar olmalıdır. Bu isə həmin əsərlərin meydana gəldiyi dövrün şərtlərinin olduqca qənaətbəxş və mütərəqqi olduğunu göstərir. Yəni təkamülçülərin sadə daş alətlərindən istifadə edildiyi, texnikanın və texnologiyanın olmadığı iddia edilən “qədim daş dövrü” sadəcə bir cəfəngiyatdan ibarətdir, həqiqətdə isə belə bir dövr olmamışdır.
Digər tərəfdən daşların kəsilməsində, düzəldilib formaya salınmasında istifadə edilən dəmir və polad materiallarının günümüzə qədər qalmaması da son dərəcə təbiidir. Təbii şəraitdə xüsusən də rütubətli və turş mühitdə, bütün metal materiallar oksidləşərək çürüyüb dağılır və məhv olur. Qalan isə məhv olması daha uzun sürən daş parçaları qalır. Bu daş parçalarına əsaslanaraq həmin dövrün insanlarının sadəcə daşdan istifadə etdiklərini irəli sürmək isə elmi yanaşma deyil.
Həqiqətən də, artıq bir çox təkamülçülər də arxeoloji qazıntıların darvinizmi müdafiə etmədiyini qəbul edir. Təkamülçü arxeoloq Riçard Liki (Richard Leakey), arxeoloji tapıntıların xüsusilə də daş alətlərin təkamül nəzəriyyəsi ilə izah edilməsinin mümkün olmadığını belə etiraf etmişdir:
“Əslində, darvinist nəzəriyyəsinin əsassızlığı arxeoloji qeydlərdə qəti şəkildə öz təsdiqini tapmışdır. Əgər darvinist yönlü təqdimat doğru olsaydı, bu halda, həm arxeoloji qeydlərdə, həm də fosil qeydlərində iki ayaqlı olmağın, texnologiyanın və inkişaf edən beyin ölçülərinin dəlillərini müşahidə etməli idik. Tarixdən əvvəlki qeydlərin tək bir istiqaməti belə bu nəzəriyyənin əsassız olduğunu göstərmək üçün kifayət edir: daş alətlər”.2
Qeydlər:
1. Paul Bahn, Arxeologiyanın ABC-si, səh.16; Burak Eldem, 2012: “Mardukla görüş”, “İnkılap” Nəşriyyat, İstanbul, 2003, səh. 23
2. Richard Leakey, The Origin of Humankind, Basic Books, New York, 1994, səh. 12
]]>Meqalit böyük daş bloklardan ibarət olan əsərlərə verilən addır. Bu əsərlər müxtəlif məqsədlərlə inşa edilmişdir. Bəşər tarixinə baxdıqda keçmişdən günümüzə qədər bir çox meqalitin qaldığı müşahidə edilir. Bu əsərlərin ən heyrətamiz xüsusiyyətlərindən biri bəzilərinin bir tondan daha ağır olan daş blokların adıçəkilən əsərlərin inşasında necə istifadə edilmələridir. Bu nəhəng daşlar hansı yolla tikinti sahəsinə gətirilmiş, hansı texnikadan istifadə edilərək qaldırılmışdır? Həmin dövrün insanları bunları necə üst-üstə qoyaraq bu əsərləri inşa etmişlər? Ümumilikdə, daşların uzaq məsafədən daşınması ilə inşa edilən meqalitlər bir növ inşaat və mühəndislik möcüzəsi kimi dəyərləndirilir. Bu cür əsərləri meydana gətirən insanların olduqca mütərəqqi bir texnologiyaya sahib olmaları açıq görünür.
Bu əsərlərin meydana gətirilməsi üçün, əvvəlcə, onlar planlaşdırılmış olmalı idi, bu planın da tikintidə işləyəcək bütün insanlara düzgün və dəqiqliklə bildirilməsi zəruridir. Plan qurularkən, əsərin haraya inşa ediləcəyini göstərən texniki çertyojlar çəkilməlidir. Bundan əlavə, həmin texniki çertyojlardakı hesablamalar xətasız olmalıdır, belə ki, hesablamada ən kiçik bir xəta əsərin inşasını imkansız hala gətirə bilərdi. Bütün bunlarla bərabər, inşaatın həyata keçirilə bilməsi üçün təşkilatçılıq da qüsursuz olmalıdır. İşçilərin uyğunlaşdırılmasının təmin edilməsi, ehtiyaclarının ödənməsi (nahar, istirahət və s.) inşaatın lazım olduğu kimi getməsi və nəticələnməsi üçün mühüm ünsürlərdir.
Bu əsərləri inşa edən insanların təxmin ediləndən də artıq biliyə və texnologiyaya sahib olduqları açıq-aydın görünür. Digər bölmələrdə qeyd etdiyimiz kimi, sivilizasiya hər zaman tərəqqi etmir, bəzən tənəzzül edir. Hətta bir çox hallarda, mütərəqqi və tənəzzül etmiş sivilizasiyalar eyni tarixi dövrdə dünyanın müxtəlif yerlərində eyni anda mövcud ola bilər.
Sözügedən meqalitləri inşa edən insanların da mütərəqqi bir sivilizasiyada yaşamış olmaları -arxeoloji və tarixi faktların əks etdirdiyi kimi- olduqca yüksək ehtimaldır. Belə ki, ərsəyə gətirdikləri əsərlər mürəkkəb riyazi və həndəsi biliklərə sahib olduqlarını, dərəli-təpəli ərazilərdə sabit nöqtələri ölçərək onların üzərində əsərlər tikə biləcək texniki biliyə yiyələndiklərini, coğrafi mövqeləri müəyyən etmək üçün cihazlardan (kompas kimi) istifadə etdiklərini, lazım olduğu halda, kilometrlərlə uzaq məsafələrdən inşaat üçün lazım olan alətləri daşıya bildiklərini göstərir. Bütün bunları bir neçə ibtidai alətlərdən və sadəcə insan qüvvəsindən istifadə edərək yerinə yetirmədikləri açıq-aydındır. Bundan başqa, günümüzün tədqiqatçıları və arxeoloqları tərəfindən aparılan bir çox sınaq təkamül nəzəriyyəsinin irəli sürdüyü şərtlərlə bu əsərlərin inşa edilməsinin qeyri-mümkün olduğunu müəyyən etmişdir. Təkamülçülərin irəli sürdüyü xəyali şəraiti hazırkı dövrdə düzəldərək bunlara oxşar əsərlər inşa etməyə cəhd edən tədqiqatçılar böyük uğursuzluğa düçar olublar. Qeyd edilən tədqiqatçılar nəinki buna bənzər quruluşları inşa etmək, hətta bu tikilinin əsas tikinti materialı olan daşları bir yerdən digərinə daşımaqda çətinliklərlə qarşılaşmışlar. Bu da bir daha göstərir ki, bu dövrün insanları təkamülçülərin irəli sürdüyü kimi geridə qalmış bir həyat tərzi keçirmirdilər. İncəsənətdən zövq alır, memarlığa əsaslı şəkildə yiyələnməklə inşaat texnologiyalarından ustalıqla istifadə edir, astronomik araşdırmalar aparırdılar.
Keçmişdəki sivilizasiyalardan geriyə çox zaman daş blokların, kütləvi daş tikililərin və yaxud da yüz minlərlə il əvvəldən sadəcə bir sıra daş alətlərin qalmış olması isə son dərəcə adi bir hadisədir. Bir sıra daş abidələrə və əsərlərə baxaraq dövrün insanlarının sadəcə daşdan istifadə edərək işləyə bilən, texnologiyadan uzaq və geridə qalmış sivilizasiyalar olduğunu irəli sürmək isə inandırıcı deyil. Bunlar müxtəlif doqmaların təsiri ilə edilən şərh olmaqdan başqa heç bir elmi məna ifadə etmir. Bundan əvvəl də vurğuladığımız və bir çox qabaqcıl təkamülçülər tərəfindən də qəbul edildiyi kimi, əldə edilən tapıntılar icma həyatı barədə bizə dəqiq məlumat verə bilməz. Lakin bu tapıntılar ön mühakimələrin mənfi təsirindən qurtularaq dəyərləndirilərsə, həqiqətə daha yaxın şərhlər edilə bilər. Yüz minlərlə il əvvələ aid bir cəmiyyətdən geriyə onlar taxtadan olan möhtəşəm villalarda yaşasa da, bünövrəsi şüşə məmulatından olan villalar tiksələr də, həmçinin ən gözəl daxili dekorasiya materiallarından istifadə etsələr də, bunlardan yüz min illər boyu məruz qalacağı külək, yağış, zəlzələ, sellərlə aşınma nəticəsində dəqiq dəlillər qalmayacağı açıq-aydındır. Taxtanın, şüşənin, misin, tuncun və digər müxtəlif materialların təbii şəraitdə aşınması ən çox 100-200 il çəkir. Yəni aradan keçən 150-200 il sonra evinizin beton və ya taxtadan olan divarı aşınıb gedəcək, içindəkilərdən isə geriyə çox az iz qalacaq. Zəlzələyə, selə və ya fırtınaya məruz qaldığı zaman isə geriyə qalan izlər tamamilə yox olacaq. Geriyə ancaq aşınması çox daha uzun müddət sürən blok daş parçalar qalacaq. Bununla da kiçik parçalara ayrılan daşdan olan əşyalar ovxalanıb gedəcəkdir. Dolayısilə, ancaq bu daş bloklara əsaslanaraq həmin dövrdə yaşamış cəmiyyətlərin gündəlik həyatı, sosial münasibəti, inancı, zövqü və incəsənət haqqında anlayışı barədə şərhlərin yəqinlik ifadə etməsi qeyri-mümkündür.
Halbuki, təkamülçülər mümkün olmayanı etməyə çalışır, bəzi tapıntıları xəyali şərhlərlə bəzəyib müxtəlif ssenarilər icad edirlər. Həqiqətlərdən yayındıraraq hekayələr qoşmaq, əslində, bəzi təkamülçülər tərəfindən də birbaşa tənqid edilən haldır. Hətta belə yanaşmaya belə bir ad da verilib: “Elə-belə yazılmış nağıllar”. Bu ad təkamülçü paleontoloq Stefan Cey Quldun ingilis yazıçısı və şair Redyard Kiplinq (1865-1936) tərəfindən 1902-ci ildə nəşr edilən eyni adlı kitabına tənqidindən irəli gəlir. Kiplinq uşaqlar üçün hekayələrini topladığı bu kitabında canlıların müxtəlif orqanlarının necə əmələ gəldiyinə dair xəyal gücünə əsaslanan təkamül nağılları yazmışdır. Məsələn, Kiplinq filin xortumu barədə hekayəsində bunları yazırdı:
Günlərin bir günü, bir fil balası anasına lazımı qədər yaxın yerdə deyildi. Çayın parlaq suyunu gördü və maraqla çayın kənarına gəldi və ətrafa boylanmağa başladı. Suyun üzərində çıxıntı kimi bir qabarıqlıq var idi və bunun nə olduğunu bilmək istəyən fil balası daha yaxından baxmaq üçün suya tərəf əyildi. Birdən birə o çıxıntı yuxarı tullandı və balaca filin burnundan tutdu. [O, timsah idi.] ... Sonra fil balası oturaraq özünü arxaya çəkməyə başladı, çəkdi, çəkdi və burnu getdikcə uzanmağa başladı. Və timsah çırpınaraq sahilə doğru çıxdı və quyruğunun zərbəsi ilə suyu süd kimi ağappaq etdi; timsah da [filin burnunu] çəkdi, çəkdi və çəkməyə davam etdi.1
Quld da bəzi təkamülçü alimləri ədəbiyyatı yuxarıdakı bu hekayə ilə bir xeyli bənzərlik təşkil edən və heç nəyin sübutu olmayan elə-belə yazılmış nağıllarla doldurmaqla tənqid etmişdir. Eyni vəziyyət təkamül nəzəriyyəsi ilə xalqların inkişafını açıqlamağa çalışanlar üçün də təsirlidir. Kiplinqin nağılları kimi, təkamülçü sosial alimlərin elə-belə nağılları da sadəcə xəyal gücünə əsaslanır. Və guya əvvəllər sadəcə bir sıra xırıltılı səslər çıxaran, işlənməmiş daş alətlərdən istifadə edə bilən, mağaralarda yaşayan, ovçuluq və yığıcılıqla məşğul olaraq həyatlarını təmin edən, sonra isə inkişaf etdikcə əkinçiliklə məşğul olmağa başlayan, bundan sonra isə digər mədənlərdən istifadə etməyə başlayan, daha sonra getdikcə zehni inkişaf edərək cəmiyyətlər şəklində yaşayıb sosial münasibətlər quran insanlıq tarixi də suyun kənarında xortumu uzanan filin nağılından fərqli deyil.
Bu elmdən kənar olan anlayışı Quld belə ifadə edir:
Elm adamları bu nağılların uydurma olduğunu bilir; təəssüflər olsun ki, bunlar peşəkar ədəbiyyatda artıqlaması ilə ciddi və real qəbul edilirdilər. Daha sonralar bunlar [elmi] həqiqətlər halına salınır, milli ədəbiyyata daxil olurlar.2
Quld bundan başqa, bu hekayələrin təkamül nəzəriyyəsi baxımından heç bir şeyin dəlili olmadığını bu sözləri ilə qeyd etmişdir:
Təkamülə uğrayan təbiət tarixinin elə-belə yazılmış hekayələr ənənəsindəki bu nağıllar heç nəyin dəlili, sübutu deyil. Lakin bunların səbəb olduğu ağırlıq və buna bənzər bir çox vəziyyət mənim mərhələli inkişaf fikrimə (gradualism) olan inamımı uzun müddət əvvəl öldürdü. Daha yaradıcı zehniyyət bunları xilas edə bilər, lakin sadəcə mahir abstrakt fəlsəfi görüşlərlə xilas edilən anlayışlar mənim üçün çox şeyi ifadə etmir.3
Qeydlər:
1. http://www.boop.org/jan/justso/elephant.htm
2. Stephen Jay Gould, Introduction, in Björn Kurtén, Dance of the Tiger: A Novel of the Ice Age (New York: Random House, 1980), xvii-xviii
3. Gould S.J., "The Return of the Hopeful Monster," in "The Panda's Thumb: More Reflections in Natural History," [1980], Penguin: London , 1990, reprint, səh. 158
]]>
Arxeoloji qazıntılarda bu tarixdən əvvəl, təxminən 12-13 min il əvvəl edilmiş beyin əməliyyatlarının izinə də rast gəlinmişdir. Anadoluda ən qədim əməliyyatlı kəllə Aşıklıhöyükdə (Aksaray) tapılmışdır. Təxminən 12 min illik 20-25 yaşlarında bir qadın kəlləsində düz şəkildə açılmış bir dəliyə rast gəlinmişdir. Kəllədəki dəliyin düzgünlüyü və nəzərə çarpan yaxşılaşma izləri bu insanın əməliyyatdan sonra da yaşadığını göstərmişdir.
Anadoluda olan bir başqa nümunədə də kəllənin breqma (alın sümüyü ilə hər iki yan baş sümüyün birləşdiyi yer) nayihəsində aparılan əməliyyatda 13 kiçik dəlik açılaraq ellips şəklində bir hissə çıxarılmışdır. Çıxarılan hissə əməliyyatdan sonra yenidən həmin nahiyəyə qoyulmuşdur. Bu da əməliyyatın müalicə məqsədilə edildiyini göstərir. Bu əməliyyatlarda obsidian (vulkanik şüşə növü), çaxmaq daşı, mis, dəmir, gümüş kimi mədənlərdə istifadə edilən trepan alətlərindən istifadə edilmişdir. Bundan əlavə, arxeoloji qazıntılarda dərman qabı, küret (infeksiyalı dərilərin qazılmasında) kimi istifadə edilən qaşıqlar, qulaq içindəki yaraların, xarici cisimlərin təmizlənməsində istifadə edilən alətlər, maqqaş, bisturi, bıçaq, dağlama alətləri, məlhəmlər və iynələr kimi müxtəlif tibbi vəsaitlər də tapılmışdır. (Bilim ve Teknik dergisi, Mayıs 2008)
Təkamülçülərin dünyagörüşünə görə, bu dövr insanların meymunlardan hələ təzəcə ayrıldıqları, primitiv şəraitdə yaşadıqları bir dövrdür. Təkamülçülərə görə, bu cür primitiv şəraitdə yaşayan insanların heç bir texnologiya olmadan, bəzi daş alətlərlə kəllədə dəlik açıb əməliyyat aparmaları, dişlərdə dəliklər açıb plomblar qoymaları bir müəmmadır. Aydındır ki, beyin əməliyyatları aparan, dişləri müalicə edən insanlar nə primitiv idilər, nə də primitiv şəraitdə yaşayırdılar. Əksinə, xəstəliyə diaqnoz qoyan, müalicə üsulları ortaya qoyan düşüncəyə və bu üsulları müvəffəqiyyətlə tətbiq edən texniki imkanlara sahib idilər. Bu da bir daha darvinistlərin cəmiyyətlərin bəsitlikdən müasirliyə doğru təkmilləşdiyi yanılmasını əsassız edir.
]]>