İnsanların həyatlarında çox nadir baş verən bəzi hadisələr olur. Bu hadisələrin dərin təsiri insanlarda aylarla, hətta illərlə davam edir. Həmin hadisəyə aid görüntü və səslər gözlərinin önündən və qulaqlarından həyatlarının sonuna qədər getməz. Bəzən bir insanın ölümünə şahid olmaq, bəzən zəlzələ, sel, avtomobil qəzası, yanğın kimi hadisələr, bəzən insanın keçirdiyi böyük peşmançılıq, bəzən çox utandığı hadisə, bəzən də vacib tənqid insanın həyatının sonuna qədər unutmayacağı hadisələrdəndir.
İnsanlar, əsasən, başlarına gələn bu hadisələrdə bəzi çox vacib həqiqətləri qavrayır və həyatlarına istiqamət verəcək bəzi qərarlar verirlər. Başlarına gələndən nəticə çıxarır və qəlblərində bütün bunları əsla unutmamağa niyyət edirlər. Başlarına gələnlərdən aldıqları dərs və ibrətlərin həyatlarının sonuna qədər onlara fayda gətirən hadisələr olduğunu dərk edirlər.
Böyük hadisələrlə yanaşı, insanın başına gələn bəzi kiçik, adi hadisələr də insanların mühüm qərarlar verməsinə səbəb olur. Yediyi acı və ya ədviyyatlı yemək mədəsini ağrıtdıqda, insan: “Bunun mənə verdiyi zərəri unutmayım, bir daha bu cür yemək yeməyim”, – deyə qərar verir. Çünki eyni çətinlikləri bir daha çəkmək istəmir. Ancaq necə olursa, bunu çox tez unudur. Tənbəllik etdiyinə görə, imtahana hazırlaşmayan insanın bir il artıq oxumağa məcbur olması, əslində, onun üçün dərs götürməli hadisədir. Bəlkə o günlərdə: “Tənbəlliyin zərərini əsla unutmayım”, – deyə düşünər, bir daha belə səhv etməməyə niyyət edər. Söylədiyi acı sözdən sonra qarşısındakı ilə arasındakı münasibətin pozulduğunu görən insan çox peşman olur. “Bundan sonra mütləq düşünərək danışacağam, ağlıma gələn ilk sözü əsla düşünmədən deməyəcəyəm”, – deyə səmimi qərar verir.
Bu nümunələrdə olduğu kimi, insanın həyatında bir çox məsələni daha dərindən qavradığı bəzi anlar olur. Öz-özünə “bir daha bunu heç etməyəcəyəm”, “buna çox diqqət edəcəyəm”, “bu sözdən və ya üslubdan heç istifadə etməyəcəyəm”, “bu yanlış düşüncə tərzini tamamilə beynimdən siləcəyəm” kimi qərarlar verir. Ancaq insan çox unutqan varlıqdır. Gün ərzindəki kiçik hadisələrdə də, həyatında mühüm yer tutan böyük hadisələrdə də aldığı dərsləri və verdiyi qərarları çox tez unudur. Ömrünün sonuna qədər unutmamaq qərarı verdiyi bir məsələni bəzən bir-iki gün, bəzən bir-iki saat, bəzən də 5-10 dəqiqədə diqqətinin dağılması ilə dərhal unudur.
Bəzən bu vəziyyət insanın həyatında dəfələrlə təkrar olunur. Mühüm bir hadisə və ya etdiyi səhv hər hansı məsələdə ona ibrət olur və bu insan həmin məsələdə diqqətli olmaq üçün həyati əhəmiyyətli qərar verir. Ancaq gündəlik həyatına geri dönməsilə bunu dərhal unudur. Bir müddət sonra bənzər vəziyyətlə yenə qarşılaşır. “Əvvəl də bu vəziyyətlə qarşılaşmışdım və başıma gələnlərdən dərs götürərək bunu əsla unutmadan davranmaq qərarı vermişdim. Ancaq bu qərarımı unutduğuma görə, yenidən eyni səhvi etdim. Artıq bu dəfə qərarımı əsla unutmayacağam”, – deyə niyyət edir, yenə unudur, yenə əvvəlcə qərar verdiyini xatırlayır və bu unutmalar bənzər hadisələrlə daima davam edir.
Bu vəziyyət, əlbəttə, insanı çaşdırır. Şüurundan, hafizəsindən, ağlından istədiyi kimi istifadə edə bilməməsini, çox yaxşı bildiyi və qəti qərar verdiyi bir məsələdə daima eyni səhvləri təkrarlamasını anlaya bilmir.
Halbuki, burada insan çox mühüm möcüzəni görməlidir. Səmimi niyyət etmədikdə, dəqiq qərar vermədikdə insan çox təsirləndiyi həyati əhəmiyyətli məsələdə belə başına gələnləri dərhal unudur. Burada insan çatışmazlığı niyyətində axtarmalıdır.
Məsələn, bir insan böyük, dərin od çuxurunun başında, taxta çıxıntının üstündə dayanarsa, Allah’ın iznilə, şüuru çox açıq olar. Aşağıda od olduğunu unutmaz. Hər an üstündə dayandığı taxtadan yıxılma ehtimalının olması bu insanın diqqətini maksimum səviyyədə cəmləməsinə səbəb olar. Nə kiminsə ona düşdüyü vəziyyəti xatırlatmasına, nə də eyni hadisənin bir daha başına gəlməsinə ehtiyac var. Təhlükədən qorunmaq, odun içinə düşməmək üçün lazım olan hər şeyi dərk edəcək və həyata keçirəcək qədər şüuru açıq olar.
Deməli, əgər bir insan hər hansı bir məsələdə ona çox təsir edən hadisə ilə qarşılaşdığı və o an çox səmimi qərar verdiyi halda, bu qərarını tətbiq etmirsə, problem bu insanın başqa şeyləri o məsələdən daha mühüm görməsindədir. Diqqətinin başqa məsələlərə yayınması onun həmin məsələlərlə daha çox maraqlanmasındandır.
Ona görə də əgər insan bir səhvi daima təkrarlayırsa və o səhvinə görə dəyən maddi-mənəvi ziyandan kifayət qədər təsirlənmirsə, ya da başına gələn ibrətli hadisələrdən lazımi dərs götürməyib təkrarən eyni vəziyyətə düşürsə, bu təqdirdə, vicdanında xəstəlik olduğunu nəzərə almalı və vicdanını sağaltmağa çalışmalıdır.
Əlbəttə, unutmaq insanın acizliyidir. Bir insan Allah’ın izni olmadan bir şeyi unutmasına mane ola bilməz. Ancaq unutmamaq üçün var gücü ilə səy göstərə bilər. Unutmamaq üçün ağlına gələn maddi-mənəvi hər cür tədbiri görə bilər. “Mən aciz insanam, nə qədər tədbir görsəm də, mütləq unuduram”, – deməməli, çalışdıqda, səy göstərdikdə istədiyi nəticəni Allah’ın onun üçün yaradacağını bilməlidir. Başına gələnlərin təsirini və verdiyi qərarların əhəmiyyətini unutmamalı və diqqətinin dağılmaması və zəiflik göstərməməsi üçün ciddi mübarizə aparmalıdır. Allah rizası üçün gözəl əxlaqlı davranmaqdan ötrü bütün diqqətini toplamalıdır.
Bütün bu cəhdlərdən sonra yenə də unudarsa, Allah insanı unutduğuna görə məsul etməyə bilər və ya unutmasına baxmayaraq, Allah onun yolunu aça bilər.
Quranda bu şəkildə səmimi cəhd göstərən möminlərin unutduqlarına və bilmədiklərinə görə onları cəzalandırmaması üçün Rəbbimizə belə dua etdikləri bildirilmişdir:
]]>“Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. “Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (Bəqərə surəsi, 286)
Bəzi insanların ətraflarında olan bu insanlara qarşı belə zalım mövqedə olmaları dünyanın hər yerində mövcud olan yanlış bir düşüncədir. Qarşı tərəf nə qədər təvazökar, nə qədər xoş niyyətli, əfvedici, güzəştə gedən və səbirli əxlaq göstərirsə, bu insanlar da onların bu xüsusiyyətlərindən o qədər çox istifadə edirlər. Onların yaxşı niyyətlərinin əvəzinə təkəbbürlü, yüksəkdən baxan, böyüklənən və qarşı tərəfi xor görən bir əxlaq göstərirlər.
Ancaq təəccüblüdür ki, həmin insanlar bu yanlış düşüncələrinin əksinə, özlərinə pis davranan, təkəbbürlü, qürurlu, tərs, zalım, ədalətsiz və qəzəbli şəxslərə qarşı isə səssiz, təslimiyyətli və hörmətcil olurlar. Bu insanlara qarşı ən kiçik bir qüsur etməkdən çox çəkinir, belə bir vəziyyətin olmaması üçün əllərindən gələni edirlər. Demək olar ki, bu insanların bir dediklərini iki etmir, gücləri çatdığı qədər onların gözünə girməyə çalışırlar. Özlərinə nümunə götürdükləri insanlar da elə qarşılarında hörmətlə əyildikləri təkəbbürlü insanlar olur.
Dünyanın hər yerində, hər yaşdan, hər zümrədən olan insanlar arasında rast gəlinən bu vəziyyətin ən qabarıq nümunələrindən birini iş yerlərində görmək mümkündür. Əgər bir iş yerində işləyən insanın müdiri xoş niyyətli, məzlum, təvazökar, gözəl xasiyyətlidirsə, ondan mümkün qədər istifadə edilməyə çalışılır. Çünki istədiyi bir şey edilmədiyində belə , bu insan mülayim davranacaq, həddindən artıq reaksiya verməyəcək, vəziyyəti idarə edəcəkdir. Xoşluqla, təmkinlə qarşılıq verəcəkdir. İstədiyi bir iş başdansovdu edildiyi zaman da mərhəmətli davranacaq, qarşı tərəfi incitməyəcək, mövzunun əhəmiyyətlilik dərəcəsinə baxacaq. Hətta özünə hörmət edilmədiyi zaman da səbirli davranacaq.
Bunları bilən və təcrübədən keçirən bir insan bu əxlaqa sahib olan şəxsə qarşı gözəl əxlaq göstərməyə və ya bu mövzuda daha çox əmək sərf etməyə ehtiyac olmadığına qərar verir. Çünki əmək sərf etməsə də, heç bir itkiyə məruz qalmayacaq, qarşı tərəfin gözəl əxlaqı və yaxşılığı hər şeyi düzəltməyə və tarazlaşdırmağa kifayət edəcək. Bu insan da o şəxsin gözəl əxlaqından istifadə edəcək.
Lakin, bunun əksinə, iş sahibi təkəbbürlü, qəzəbli, dəyişkən xarakterli, tərs insandırsa, ona qarşı olan hörmət də yüksək səviyyədə olur. Belə bir insana qarşı bilərək və ya bilməyərək qüsur etməkdən mütləq çəkinilir. Həm işdə, həm də işdən kənar yerlərdə böyük heyranlıq və hörmət hissi duyulur. Bu insan orada işləyən hər kəs üçün çox mühüm insan olur. Belə bir insandan istifadə etmək yox, onu məmnun etmək, gözünə girmək üçün hər cür üsuldan istifadə edilir. Çünki bu xarakterdəki iş sahibinə qarşı bir xəta edilərsə, xəta edən insan böyük zərər görəcək. Ehtimal ki, dərhal işdən çıxarılacaq və bunun nəticəsində də maddi cəhətdən sıxıntıya düşəcək.
Buna görə də, bu cür insan mənfəəti ilə toqquşan bir vəziyyətə düşməmək üçün özlüyündə haqq-hesab aparar və mənfəətləri üçün belə insana qarşı hörmətcil, gözəl əxlaqlı, itaətkar, mehriban bir davranış nümayiş etdirmək qərarına gələr. İş həyatında tez-tez rast gəlinən bu vəziyyət həyatın digər sahələrində də özünü göstərir. Dostluqlarda, ailə münasibətlərində, qonşuluq əlaqələrində, ortaqlıqlarda eyni qaydalar səssiz şəkildə tətbiq edilir. İnsanlar şüuraltlarında güclü gördükləri insanlara hörmət duyma yönündə sanki kütləvi şəkildə qərar vermiş kimidirlər. Ancaq güc sahibi olduğuna inandıqları insanlar aciz vəziyyətə düşəndə, onları dərhal digər kateqoriyaya aid edir və bir anda o insanlara olan hörmətlərini və heyranlıqlarını da itirirlər. Əgər bu insanlar yenidən əvvəlki işlərinə qayıtsalar, nə qədər riyakarca olduğuna heç məhəl qoymadan yenə hörmətcil davranışlarına geri dönürlər.
İnsanlar arasında geniş yayılmış bu düşüncə tərzinin tamamilə yanlış olduğu, əlbəttə ki, aydındır. İnsanlar mənfəətlərinə uyğun olaraq zehinlərində iki cür əxlaq formalaşdırıblar. Bu iki əxlaqa aid olan qaydaları qarşılarına çıxan hər kəsə standart şəkildə tətbiq edirlər. Kimə yaxşı və itaətkar davranacaqlarını, kimə qarşı isə təkəbbürlü və laqeyd münasibət göstərəcəklərini əzbər bilir və bunları həyata keçirirlər.
Bu yanlış anlayış belə insanlardakı Allah inancının və Allah qorxusunun əskikliyindən qaynaqlanır. Belə insanlar əxlaqlarını sadəcə dünya mənfəətlərinə əsaslanaraq formalaşdırır və bunu da istədikləri vaxt və istədikləri tərzdə dəyişdirirlər.
Ancaq bu da bir həqiqətdir ki, bu insanlar özlərinə bu şəkildə davranılmasını əsla istəməzlər. Yanlarında hər zaman etibarlı, sadiq, dürüst, doğru danışan, xoş niyyətli, səmimi, mənfəət ardınca düşməyən, gözəl əxlaqlı insanlar axtararlar. Özlərinin isə nə qədər riyakar, ikiüzlü, təhlükəli və güvənilməz bir insan görünüşündə olduqlarını düşünməzlər.
İman gətirən insanlarda isə bu cür əxlaq anlayışına rast gəlmək mümkün deyil. Mömin Allah üçün yaşayar, Allah üçün sevər, Allah üçün gözəl əxlaq nümayiş etdirər. İnsanlara, mənfəətlərə, şərtlərə görə tətbiq etdikləri fərqli əxlaq anlayışları olmaz. Allah'ın Quranda bildirdiyi mükəmməl insan əxlaqı vardır, mömin də yalnız bu əxlaqı yaşayar. Qarşısındakı insan gözəl əxlaq göstərsə də, göstərməsə də, mömin gözəl əxlaqı Allah üçün yaşadığına görə əsla bundan imtina etməz. Bir insana yaxşı davranarkən, digərinə qarşı pis əxlaq göstərməz. Mənfəətləri ilə toqquşsa da, vicdanı əsla belə bir səmimiyyətsizlik etməsinə izin verməz.
Möminin əxlaqındakı bu üstünlüyün aydın olması çox vacibdir. Çünki dünyanın hər tərəfindəki insanların çəkdikləri sıxıntılar, əslində, öz yanlış əxlaqlarından qaynaqlanır. Tətbiq etdikləri yanlış qaydalarla daim özləri kimi yeni insanlar meydana gətirir, bunun nəticəsində də, öz düşüncələrinin hakim olduğu insanlardan ibarət bir dünyada yaşayırlar. Başqasına qarşı göstərdikləri pis əxlaqın əvəzini, onlar da eyni şəkildə özlərinə qarşı göstərilən pis əxlaqla alırlar.
Allah hər mövzuda olduğu kimi, bu mövzuda da insanlara çıxış yolu kimi Quran əxlaqını göstərmişdir. Qurana tabe olan bir insan Allah'ın ayələrdə bildirdiyi sirlərin əksini həyatının hər anında və hər sahəsində çox açıq şəkildə görər. Yaxşılıq üçün verilən heç bir əmək əsla lazımsız deyil. Bu, insana nemətlərin ən gözəlini – Allah'ın razılığını qazandırır.
Bununla yanaşı, yaxşı olan, gözəl əxlaq nümayiş etdirən bir insan ,Allah'ın Quranda bildirdiyi kimi, hər zaman mütləq yaxşılıqla, gözəlliklə və hətta bunların daha çoxu ilə qarşılıq görəcək. Hamısından vacibi isə Allah'ın rəhməti onun üzərində olacaq, həyatının hər anında Rəbbimizin qoruması, şəfqəti altında yaşayacaq.
Cəmiyyətdə bu cür dərhal həvəslənən, sonra həvəsini tez itirən insanlara çox rast gəlinir. Həyatın bir çox sahəsində ortaya çıxan bu cür duyğular insanların xarakterlərinin bir hissəsinə çevrilmişdir. Bir çox baxımdan zərərsiz kimi görünən bu xarakter insanların özlərini müsbət yöndən yetişdirib inkişaf etdirmələrinə mane olur.
Allah hər insanı vicdanı ilə birlikdə yaratmışdır. Hər bir insan ətrafında gözəl bir şey gördüyü zaman bunu anlayır. Allah insana gözəl olan hər şeyə qarşı qibtə və istək hissi vermişdir. Gözəl olan bir şeylə qarşılaşanda bu mövzuda lazımi cəhd göstərmək, qibtə edilən gözəlliyə çatana qədər iradə göstərmək çox vacibdir.
Məsələn, hər bir insanın ədalətli şəxsin əxlaqından xoşu gəlir. Bu insana qibtə edir və onun kimi olmaq istəyir. Lakin bu məqsədini həyata keçirəcəyi, lazım olan qətiyyəti və iradəni göstərəcəyi zaman eyni istək və qibtə içərisində olmaz. Bir hadisə zamanı asanlıqla qəzəblənib, qəzəbinə məğlub ola bilər. Sərt, incidici bir üslubla qarşı tərəfi narahat edən sözlər deyə bilər. Nəfsinə ağır gələn bir mövzu olduğu zaman doğru qərar verməyə bilər. Hadisələri bitərəf mövqe ilə dəyərləndirməz, bunun nəticəsində də, yalnız öz istəklərini düşünərək hərəkət edər.
Başqa sözlə, insanın hər hansı bir mövzuda həvəsli olması gözəldir, lakin kifayət deyil. İnsan lazımi nəticəni əldə etmək üçün o mövzunu çox istəməlidir. Bu istək də mütləq Allah rizası üçün olmalıdır.
İnsan yalnız həvəslənməklə istədiyi nəticəyə çata bilməz. Bir insana hər cür çətinlik və maneəyə sinə gərən, heç dayanmadan, səbirlə davam edən güc və iradəni ancaq Allah'ın rizasını qazanmaq istəyi verə bilər. İnsan gözəl bir şeyə yalnız Allah'a olan sevgisi, axirətə olan inancı nisbətində cəhd və iradə göstərərək çata bilər.
Məsələn, bir mömin Allah'a iman gətirməzdən əvvəlki həyatında nə ədaləti, nə mərhəməti, nə sevgini, nə hörməti, nə fədakarlığı lazımi kimi göstərən bir əxlaqa sahib olmur. İman gətirdikdən sonra isə Allah'a olan sevgisindən və Allah'ın razılığını qazanmaq istəyindən aldığı güclə bütün mövzularda özünü ən yaxşı şəkildə yetişdirən və həyatının sonuna qədər də bu mövzularda qətiyyət göstərən iradə əldə etmiş olur. Bu, həqiqi istəyin nəticəsidir.
Sadəcə həvəslənən insan belə bir nəticə əldə edə bilməz. İlk çətinlikdə, ilk sıxıntıda, ilk maneədə və ilk xətasında dərhal geri addım atar. Bu, cahil əxlaqı yaşayan insanlar arasında çox geniş yayılmış bir xarakterdir. Lakin bir möminin bu mövzuda özünü yetişdirməsi çox mühümdür. Çünki Quran əxlaqı ilə bağlı mövzularda irəliləmək üçün insan içində gözəl şeylərə qarşı duyduğu həvəsi Allah rizası üçün qətiyyətlə, həyatının sonuna qədər yaşayan bir xarakterə çevirməlidir. Allah ilə çox yaxın dost olmaq, Allah'ın ən sevdiyi qullarından olmaq, Allah'a təslim olub qədəri ən doğru şəkildə anlamaq, təvəkkülü mükəmməl şəkildə yaşamaq, daha yetkin, daha dərin, daha imanlı bir insan olmaq, daha çox sevmək, daha gözəl əxlaqlı olmaq kimi üstün mömin xüsusiyyətləri ancaq Allah rizası üçün çox istəyib, çox əmək sərf etməklə əldə edilə bilər. Allah qullarının yalnız keçici bir həvəs içində, yoxsa həqiqətən səmimi bir tələb içində olduqlarını bilir. Allah qullarının bu tələbləri nisbətində onların cəhdlərinə qarşılıq verir.
Başqa sözlə, əgər bir insan hər hansı bir mövzuda nə üçün istədiyi nəticəni ala bilmədiyini düşünürsə, əvvəlcə, bu mövzudakı niyyətinə və cəhdinə diqqət yetirməlidir. Niyyətini nəzərdən keçirməli və həqiqətən Allah rizası üçün çox istəyərək və bütün səbəblərə sarılaraq əlindən gələn hər cür cəhdi göstərib-göstərmədiyinə baxmalıdır.
Əlbəttə ki, Allah müxtəlif hikmətlərlə və imtahanın tələbi olaraq çox istəyən bir insanın cəhdinə də onu sınamaq üçün fərqli qarşılıq verə bilər. Bir mömin bu həqiqəti də bilər, amma bu vəziyyətdən əmin olmadığı üçün mütləq daha səmimi olmağa və daha çox cəhd etməyə niyyət edər.
Allah Quranda həqiqətən çox istəyərək Allah rizası üçün səmimi cəhd edənlərin göstərdikləri bu cəhdin qarşılığını mütləq alacaqlarını belə bildirmişdir:
Hətta bəzən bu insana qarşı bəslədikləri nifrət və narahatlığın heç bir səbəbi olmaya da bilər. Özlərinin də ifadə etdiyi kimi, "Səbəbini bilmirəm, amma bu insandan heç xoşum gəlmir" deyərək düşüncələrini dilə gətirirlər. Səbəbi olsa da, olmasa da, bir insana qarşı olan və öz sözləri ilə "xoşum gəlmir" deyə ifadə etdikləri bu rəftarlarının yeganə səbəbi "şeytanın tələsinə düşmələri"dir.
Bəzən şeytan eyni təlqinləri möminlərə də verməyə çalışır. Möminin sevgisi Qurana əsaslanır. Quran əxlaqından başqa bir insanı sevmək üçün onun fiziki quruluşunun, işinin, evinin, yaşadığı yerin, şivəsinin və buna bənzər xüsusiyyətlərinin heç bir əhəmiyyəti yoxdur. Mühüm olan ruhunun və imanının olması, Quran əxlaqını yaşamasıdır. Bu insan səhvləri, qüsurları, çatışmazlıqları olsa da, mömin olduğu üçün sevilir. Xətaları və qüsurları da özünə göstərilərək düzəldilməyə çalışılır.
Ancaq möminlərin də bir-birlərinin səhvlərindən, çatışmazlıqlarından narahat olmaları mümkündür. Bəzən insanın səhv bir hərəkəti ətrafa maddi-mənəvi zərər verə bilər. Yaxud bir nəfərin hər hansı bir mövzuda Quran əxlaqını tam olaraq yaşamaması o insana qarşı olan etimada, yaxınlığa mənfi təsir edə bilər. Ancaq mömin sevgisində olduğu kimi, narahatlığında da sadəcə Qurana əsaslanar. Mömin Qurana uyğun əxlaq göstərilmədiyi, cahil əxlaqına bənzər əxlaq göstərildiyi zaman narahat olar. Bir insanın gülüşü, boyunun uzunluğu və ya mədəni səviyyəsi kimi mövzulara görə narahat olmaz.
İman gətirən bir insanın başqa möminə qarşı hiss etdiyi və Qurana uyğun olan bu hissin adı büğzdür. Qarşısındakı insanın Qurana uyğun olmayan bir hərəkətinə (düzəltmədiyi müddət ərzində) büğz edə bilər. Büğz etdiyi müddət ərzində yenə də ona şəfqətlə doğrunu göstərmək, dəstək olmaq, onun çatışmazlığını düzəltmək üçün məmnuniyyətlə əlindən gələni edər. Bundan başqa, büğz etdiyi insan mömin olduğu üçün bu insana olan sevgisi də azalmaz. Çünki dünyada səhv etməyən heç bir insan yoxdur. Allah adətullahına əsasən bu əskikliyi bütün insanlarda yaratmışdır. Allah səhvləri insanların acizliklərini görüb Allah’a sığınmaları, tövbə etmələri, daha yaxşı olmaq üçün cəhd etmələri, bir-birlərinə yaxşılığı əmr edib, pislikdən çəkindirmələri, bir-birlərinə təbliğ edib nəsihət vermələri üçün yaratmışdır. Buna görə də, möminlər bir-birlərindən qüsursuz olmağı tələb etməzlər. Yanlış bir davranış gördükləri zaman bir-birlərinə bunu düzəltməyi məsləhət görərlər.
Eyni zamanda, möminlər şeytanın tələsinə düşərək cahillərin "xoşum gəlmir" deyə göstərdikləri əxlaq çatışmazlığı ilə "Allah rizası üçün büğz etmək" əxlaqını bir-birinə qarışdırmamalıdırlar. Çünki bəzən insanın nəfsi, Quran əxlaqını yaşamayan insanlarda olduğu kimi, səbəbsiz yerə bir insandan narahat olmaq üçün möminləri də təşviq edə bilər. Yaxud Qurana əsaslanan bir səbəb olmadığı halda, bir möminin haqlı, səmimi və təbii davranışlarına qarşı da narahatçılıq hiss edilə bilər. Mömin bu təlqin qarşısında Allah’dan qorxmalı, şeytandan Allah’a sığınmalı, mömin qardaşına şəfqət və mərhəmətlə yanaşaraq şeytanın tələsinə düşməməlidir. Şeytanın möminlərin arasını vurmağa çalışdığını Allah Quranda xəbər vermişdir(“İsra” surəsi, 53). Mömin bu tələyə qarşı həmin mömin qardaşının gözəl cəhətlərini, imandakı qərarlılığını, əxlaqındakı gözəl detalları, Allah’ın rizasını qazanmaq üçün nə qədər səmimi cəhd etdiyi kimi xüsusiyyətləri düşünərək ona olan sevgisini yeniləməlidir. Buna niyyət etdiyi və cəhd etdiyi anda, Allah’ın izni ilə, Allah şeytanın tələsini pozacaq və o, mömin qardaşına daha güclü bir sevgi ilə bağlanacaqdır. Allah Quranda bu adətullahının mütləq gözəl nəticə verəcəyini belə xəbər vermişdir:
Allah’a tərəf çağıran, yaxşı iş görən və: "Həqiqətən, mən müsəlmanlardanam!"– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər? Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O Eşidəndir, Biləndir. (“Fussilət” surəsi, 33-36)
]]>Halbuki nə qədər ağıllı olsa da, bir insanın “ağlından yaxşı istifadə etməsi” də “ağıllı olmaq” qədər əhəmiyyətlidir. Ancaq bəzi insanlar bu mühüm əxlaq xüsusiyyətini tam olaraq anlamırlar.
Əgər insan ağlından düzgün istifadə etmək üçün diqqətli davranmasa, “düz ağıl” dediyimiz ağıl ortaya çıxar. Düz ağılda olan insanlar ağıllarından olduğu kimi istifadə edirlər. Məsələn, mühüm bir şeyi hiss edir, bunu tez dilə gətirirlər. Bir risklə qarşı-qarşıya olduqlarını görür, məsələni tez açıqlayırlar. Hamının hiss etmədiyi bir şeyi analiz edir və bunu da heç düşünmədən qarşılarındakı insana çatdırırlar. Bu cür düşünmədən hərəkət etmək və tələskənlik isə ağıllarına və diaqnozlarına olan etibarlarından qaynaqlanır.
Halbuki ağıl nə qədər gözəl xüsusiyyət olsa da, digər gözəl əxlaq xüsusiyyətləri ilə birlikdə olmalıdır. İnsanın sadəcə doğruları və yanlışları görməsi, problemlərin həllini tapması, düzgün analiz etməsi gözəl əxlaq üçün kifayət deyil. Burada digər insani xüsusiyyətlərin də önə çıxması, hər mövzunun şəfqətlə, mərhəmətlə, hörmətlə, sevgi ilə, gözəl şəkildə həll edilməsi çox vacibdir. İnsan bu xüsusiyyətlərə də əhəmiyyət verərək ağlından istifadə edəndə, həqiqi mənada ağıllı insan kimi xarakterizə edilə bilər.
Ağıllı insanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri hər gördüyünü, hər bildiyini, hər diaqnozunu və hər doğrunu düşünmədən dilə gətirməməsidir. Ağıllı insan nə vaxt, harada, hansı şəkildə danışacağını bilməlidir. Deyəcəyi hər sözün (nə qədər doğru və əhəmiyyətli olsa da) insanlar üzərindəki təsirini hesablaya bilməlidir.
Məsələn, ağıllı insan tez həyəcanlanan birinin yanında ani və riskli bir hadisəni sensasional şəkildə ifadə etməz. Yaxud həyəcan nəticəsində təzyiqi yüksələn bir insanın yanında mühüm bir xəbəri birbaşa vermək doğru olmaz. Bu insanı ən az həyəcanlandıran, ən az təsir edən sözləri bir-bir seçərək ağıllı şəkildə danışmaq lazımdır. Həmçinin, danışarkən mənfi üslubdan istifadə etməyin insanlarda narahatçılıq yaradacağını düşünmək lazımdır. Danışarkən bir hadisənin müsbət tərəflərini vurğulayaraq danışmaq gözəl əxlaqın və ağılın tələbidir. Bəzən də demək olar ki, hamının gördüyü, lakin nəzakət və gözəl əxlaqın tələbi olduğu üçün dilə gətirmədiyi bəzi həqiqətlər olur. Belə ki, ağlından yaxşı istifadə etməyən bəzi insanlar bu həqiqətləri sanki ilk dəfə özləri kəşf edibmişlər kimi tez dilə gətirirlər. Bunu bilən digər insanların hansı hikmətlərlə bu həqiqətləri dilə gətirmədiklərini isə heç düşünmürlər.
Halbuki çox vaxt bəzi şeyləri həll etməyin yolu bunları necə gəldi açıqlamaq deyil. Bir mövzunu həll edərkən o mövzuya aid olan insanların hamısının psixologiyasını nəzərə alaraq, hər birinə ən müsbət təsir göstərəcək şəkildə hərəkət etmək lazımdır. Bəzən bir problemi dilə gətirməkdənsə, bu mövzudan heç bəhs etməyib birbaşa problemin həllindən danışmaq daha doğru olar. Yaxud eyni çatışmazlıqlardan, səhvlərdən danışmaqdansa, bunları düzəldəcək davranışlara təşviq etmək daha xeyirli olar.
Bununla yanaşı, danışarkən istifadə edilən bir kəlmə belə qarşı tərəfə mənfi təsir edə bilər. Bəzən gözəl bir tərifin və yaxud sevgi bildirən sözün arasında diqqətsizlik edilərək deyilən bir kəlmə söz qarşı tərəfin şübhə və narahatlığına səbəb ola bilər. Buna görə də, insan əgər ağıllıdırsa, hər sözünü düşünüb danışmalıdır. Hər kəlmənin, hər vurğunun, hər səs tonunun insanlarda yaradacağı təsiri hesablayaraq hərəkət etməlidir.
Məsələn, bir həkim mütəxəssisi olduğu bir mövzuda qoyduğu diaqnozlardan arxayındır. Ancaq bu barədə xəstəyə məlumat verərkən o insana qarşı humanist, nəzakətli olmalı, ən ağıllı tərzdə danışmalıdır. Tutaq ki, bu insan xərçəng xəstəliyindən əziyyət çəkir. Ancaq xəstəliyin diaqnozunu qoyan həkim bir çox insani xüsusiyyətlərə sahib olmalı və vəziyyəti ən yumşaq üslubla xəbər verməlidir.
Belə ki, bir şeyi bilmək və ya doğrunu hiss etmək o insana bunu düz və rahat şəkildə ifadə etmək və ağlına gələni danışmaq azadlığı vermir. Humanistlik, mərhəmət, təmkin, sevgi, hörmət kimi xüsusiyyətlərlə birlikdə düşünərək danışmaq əsl ağıl əlamətidir. Həqiqi mənada ağıllı insan da ağlını bu xüsusiyyətlərlə birlikdə istifadə edən insandır.
]]>“Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir”. (“İsra” surəsi, 53)
… Allah’dan qorxana, (Allah) çıxış yolu göstərər; Və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allah’a təvəkkül etsə, (Allah) ona kifayət edər... (“Talaq” surəsi, 2-3)
Əslində, hər bir insan doğru və məqsədəuyğun rəftarın nə olduğunu biləcək şəkildə yaradılmışdır. Allah hər insanın vicdanına ən yaxşı və ən doğru olanı ilham edir. Bu səbəbdən, hər bir insan gözəl rəftarın nə olduğunu bilir və vicdanının ona göstərdiyi doğrunu sözlərində də mükəmməl şəkildə əks etdirir.
Lakin insanın daxilən bildiyi doğruları tətbiq etmək məsələsi vardır. Bu məqamda insan vicdanı ilə baş-başa qalır. Çox yaxşı bildiyi doğrularla nəfsinə və mənfəətinə uyğun olan rəftar arasında seçim etmək məcburiyyətində qalır. Bir çox insan bu məqamda doğrunu deyil, öz istəklərini, rahatlığını və mənfəətini daha üstün tutur. Əvvəl yaxşılıqdan yana nə qədər istəkli, qətiyyətli və şövqlü olsa da, yüksək əxlaqı həyata keçirmək lazım gəldikdə iradə göstərə bilmir.
İnsanlarda nəzərə çarpan bu əxlaq əskiklikliyinə dair gündəlik həyatdan nümunə verək: Hər bir insan çətin vəziyyətdə qalan və möhtac olan birinə kömək etmək lazım olduğunu bilir və bunu bütün detalları ilə vurğulayaraq müdafiə edir. Hətta belə insanlar bu əxlaqı tətbiq etməyənləri ciddi şəkildə qınayırlar. Özləri belə hadisə ilə qarşılaşsalar, mütləq məzluma kömək edəcəklərini bildirirlər. Ancaq belə hadisə ilə qarşılaşanda, bu fəzilətli əxlaqa sahib ola bilmirlər. Məsələn, yolda piyadanı vuranda və ya başqa birinin vurub qaçdığı yaralı şəxsi görəndə, sürətlə nəfs, mənfəət və vicdan mühasibatı aparırlar. Yaralı insana sahib çıxmaqdansa, özlərinə dəyən zərəri və təhlükələri düşünürlər. Vicdanən üzərlərinə düşən məsuliyyətdənsə, qarşılaşacaqları riskləri daha əhəmiyyətli görürlər. Heç tərəddüd etmədən bu adamı küçənin ortasında qoyub gedirlər.
Həmçinin, dürüstlüyün əhəmiyyətindən bəhs edəndə də, hər insan dürüst olmağın vacibliyini vurğulayır. Amma həyatının bir çox mərhələsində bu mövzudan da asanlıqla imtina edir. Məsələn, yaxın bir dostunu qorumaq lazım olanda, tanımadığı bir adamın əzilməsinə düşünmədən göz yuma bilir.
İnsanların gözəl əxlaqdan bəhs edib, sonra isə dəyanət göstərə bilmədikləri mövzuların bir qismi özləri ilə əlaqədardır. Əxlaqlarındakı və davranışlarındakı səhvlər haqqında dəqiq söhbətlər edərlər. Onların səhvlərini nə qədər yaxşı gördüklərini deyər, özlərini dəyişdirməli olduqlarını izah edərlər. Qüsurlarının yerinə tətbiq edəcəkləri gözəl davranışları xırdalığına qədər açıqlayarlar. İlk fürsətdə tam fərqli bir insan olaraq, ən gözəl əxlaqı göstərəcəklərini izah edərlər. Hətta yaxınlarına bu mövzuda səmimi-qəlbdən söz verərlər. Lakin tətbiq etmək lazım olanda, yenə də bir çox insanlar bunu həyata keçirə bilmirlər. Məsələn, qumar və ya içki vərdişinə görə həyatı pərişan olan, sahib olduğu hər şeyi itirən, borcları olan, ətrafında dostu, yoldaşı qalmayan bir insan böyük peşmanlıqla bu asılılıqlarını tərk edəcəyini bildirər. Ancaq əlinə fürsət düşən kimi verdiyi bütün sözləri unudaraq, yenidən köhnə həyatına qayıdar.
Eyni şəkildə, söylədiyi yalanlar ucbatından başına təhlükəli işlər açan insan da səhvini görərək peşman olduğunu deyər. Bir daha yalan danışmamaq üçün ciddi qərar verər. Ancaq nəfsi ilə zidd düşdüyü və çətinlik çəkdiyi anda yenidən yalan danışar.
Həmçinin, çox əsəbi olan bir insan da, nə qədər pis mühit olsa belə, əsla əsəbləşməməyə cəhd göstərəcəyinə dair söz verər. Yaxud çox qürurlu, mənlikli və özündən başqasının sözünü dinləməyən, hamının ona hörmət etməsini istəyən bir insan da pis xasiyyətlərini qəti şəkildə tərk edəcəyini bildirər. Bunların pisliyini və gözəl əxlaqın əhəmiyyətini dilə gətirər. Buna bənzər şəkildə, mübahisəçi bir insan da qarşısına nə cür vəziyyət və ya necə insanlar çıxarsa çıxsın, heç kimlə mübahisə etməyəcəyinə, sakit əxlaq göstərəcəyinə dair söz verər. Bu nümunələrdəki insanlar səhv rəftarlarından sıyrılıb gözəl əxlaq göstərmək üçün nə qədər şövqlü olduqlarını səmimiyyətlə dilə gətirərlər. Ancaq yenə də tətbiq etmək lazım gəldikdə, öz şəxsiyyətlərini bütün əskiklikləri ilə yenidən ortaya qoyarlar.
Bu nümunələrdə izah edilən insanların tətbiqdə müvəffəqiyyətsiz olmalarının mühüm bir səbəbi vardır: Allah qorxusunun əskikliyi...
Bir insanın pis olanı tərk edib, onun yerinə yaxşı rəftarı sabit və qərarlı şəkildə tətbiq etməsini təmin edən xüsusiyyət yalnız insanın Allah’dan hörmətlə qorxub çəkinməsidir.
İnsanların öz mənfəətlərini seçmələrinin qarşısını alan, öz nəfslərinin istəkləri istiqamətində hərəkət etmələrinə mane olan başqa bir güc yoxdur. Danışmaq hər insan üçün çox asandır. Hətta çox vaxt o adamı insanlar arasında ucaldan bir fürsətdir. Bu səbəbdən, hər bir insan yaxşılığın nə olduğunu izah edə bilər. Amma mühüm olan təkcə danışmaq yox, həm də tətbiq etməkdir.
Allah Quranda qətiyyət göstərməyin daha xeyirli olduğunu belə bildirmişdir:
Allah həmişə insana doğrunu ilham edir. Ancaq nəfs və şeytan doğrunu tətbiq etməyə mane olmaq üçün insanı müxtəlif bəhanələrlə aldatmağa çalışır. İnsanın yaxşı ilə pis arasında qərar verməsini tələb edən qısa bir an vardır. O anda içində bir səs ona "Belə et", - deyə yaxşı olanın nə olduğunu mütləq xatırladır. Nəfsi də, digər tərəfdən, ona "Amma bu daha vacibdir", - deyərək insanı pisliyə çağırır. İnsan o anda sürətlə qərar verib bu səslərdən birini seçir. Allah’dan çox qorxan insan vicdanının səsini eşitməzlikdən gələ bilməz. Nəfsi nə qədər məcbur etsə də, o anda öz mənfəətlərini əzər və canı yansa da, mütləq vicdanının göstərdiyi doğrunu tətbiq edər.
Quranda möminlərin bu güclü Allah qorxuları, bunun nəticəsində, çatdıqları gözəl əxlaq belə xəbər verilmişdir:
İman gətirən bir insanın mükəmməl ağıla sahib olmasını istəməyən varlıq isə şeytandır. Şeytan Allah’ı sevən, Qurana bağlı olan, Allah’ın rizası üçün yaşayan hər bir insanın qarşısındakı mənfi gücdür. Möminlərin Allah’a ixlasla iman gətirmələrinə mane olmaq, ağıllarını qarışdırmaq, doğru davranışlarını azacıq da olsa, pozmaq məqsədi ilə hər yoldan istifadə edir. İnsanların qəlblərinə boş xəyallar, yersiz şübhələr, heç bir dəlili olmayan vəsvəsələr verir. Eyni zamanda, bunlara tamamilə inanmalarına səbəb olur. Hətta o qədər inandırıcı fikirlər irəli sürür ki, insan ardınca getdiyi bu xəyalları qəti şəkildə müdafiə etməyə başlayır.
Əlbəttə ki, şeytanın bu təlqinləri iman gətirən, Allah’a sığınan və Qurana tabe olan insanlara heç bir şəkildə təsir etməz. Ancaq iman gətirdikləri halda, Qurana lazımi şəkildə tabe olmayan insanlar şeytanın təlqinlərinə qapıla bilərlər.
Bəzən bu vəziyyətdəki bir insan şeytanın təlqinlərindən xilas olub təmiz ağıla sahib olmaq və doğru düşünmək istəyər. Lakin yenə də ağlında meydana gələn qarışıqlığa qapılaraq özünə təqdim olunan doğruları qavramaqda çətinlik çəkər. Təmiz ağılla hərəkət etməyən mömin dostlarının məsləhətlərini tətbiq etməkdə qətiyyət göstərə bilməz. Onu bu vəziyyətdən qurtaran Qurana uyğun olan rəftarı göstərməyin nə qədər asan olduğunu görməz. Çarəni öz qarışıq məntiqində axtarıb tapmağa çalışar. Yaxud həm Qurana uyğun, həm də öz qarışıq ağlına uyğun hərəkət edər. Bunun nəticəsində də, Quranın bərəkətindən lazımi şəkildə istifadə edə bilməz və axtardığı nəticəni əldə edə bilməz.
Belə vəziyyətlərdə mömini (Allah dilədiyi təqdirdə) mütləq şəkildə doğru yola sövq edən bir çarə var: Ölümü, axirəti, cənnətin və cəhənnəmin yaxınlığını, ölümlə birlikdə ağlındakı bütün düşüncələrin bir anda yox olacağını, Allah’ın rizasını və rəhmətini qazanmaqdan başqa heç nəyin əhəmiyyətinin qalmayacağını düşünmək… Yaşadığı halda, “tutaq ki, öldüm”, “ətrafımdakı bütün insanlar da öldü”, “bütün hadisələr çoxdan sona çatdı” və “bütün bildiklərimlə birlikdə axirətdəyəm”, deyə düşünərək hərəkət etmək…
Belə ki, insan öldüyü zaman özü haqqında hər hansısa bir haqq iddia etməyəcək, hər hansı bir şeyi həll etməyə çalışmayacaq, hadisələri, insanları analiz etməkdən, özünə qarşı olan davranışları, baxışları, söhbətləri müzakirə etməkdən əl çəkəcək, hadisələrə, insanlara, həyata qarşı şübhə və xəyallarla yaxınlaşmağın mənasızlığını görəcəksə, bu həqiqəti hələ həyatda ikən qavrayan bir insan da (Allah’ın izni ilə) eyni üstün ağılı və kamil imanı ölməzdən əvvəl də əldə edə biləcəkdir.
Bu cür imanlı insanın üzərindəki bütün mənfi təsirlər aradan qalxacaq, ağlında meydana gələn qarışıqlıq dağılacaq, Qurana uyğun düşünüb hərəkət edə biləcək və Allah’ın razı olacağı əxlaqa çatacaqdır.
Şeytanın bütün oyunları boşa çıxacaqdır. Ondan gələn vəsvəsə və şübhələr bu cür möminin qəlbinə təsir edə bilməyəcəkdir. Əvvəllər şeytanın verdiyi vəsvəsələr nəticəsində böyük problemlərlə qarşı-qarşıya olduğunu düşünən insan bu həqiqəti qavramaqla yanaşı, şeytanın verdiyi vəsvəsələrə güləcəkdir.
“Tutaq ki, mən öldüm”, “tutaq ki, dünya yerlə yeksan oldu” və “tutaq ki, ətrafımdakı yaxşı və pis insanların hamısı öldü”, deyə düşünən insanın hansı əxlaq anlayışına sahib olacağını qavramaq da son dərəcə əhəmiyyətlidir.
Sanki ölmüş kimi dünyadan keçən insan, eyni zamanda, bütün haqlarından da keçmiş olur. Artıq bir bədəni yoxdur ki, bədəninə dair haqq iddia etsin. Yaxud bir nəfsi yoxdur ki, nəfsinə dair haqqının ardınca düşsün. Bu, bir itki deyil, əksinə, qazancların ən böyüyünə, Allah’ın rizasını qazanmaq yoluna açılan bir qapıdır. Kamil imanı yaşamağın bu sirri möminə möhtəşəm mənəvi güc qazandıran xeyirli bir təfəkkür formasıdır.
Bu düşüncə ilə insanın haqlı olduğu, haqqının tapdalandığı və ya haqqının təqdir edilmədiyi barəsindəki bütün fikirləri tamamilə aradan qalxar. Haqlılıq düşüncəsinin səbəb olduğu inciklik, küskünlük və ya əsəbiləşmək kimi bütün davranış pozuntularından xilas olar. Beləliklə, bu barədə əlaqəsi olan bütün insanlara ən mükəmməl əxlaqı göstərən bir qəlb rahatlığı əldə etmiş olar. İçindən çıxa bilmədiyi bütün mövzuların həllinin nə qədər asan olduğunu başa düşər. Çarənin şeytanın üsullarında deyil, Allah’a səmimi təslim olmaqda olduğunu görər.
Allah’a təslim olan mömin isə Allah’ın bənzərsiz qoruması, rəhməti və köməyini qazanar. Belə insan dünyada heç nə ilə əldə edilməsi mümkün olmayan güc əldə etmiş olar. Allah’ın rizasına uyğun olan əxlaqı göstərməyin çox möhtəşəm müsbət təsiri var. Mömin insan bu müsbət təsirin altına düşər. Üzərindəki imani xoşbəxtlik, sevinc, rahatlıq hər an, hər mövzuda ən gözəl, ən aktiv və ən çox cəhdi göstərməsinə səbəb olar. Bu cür insan ətrafındakı hər insanın sevdiyi, hörmət etdiyi, yanında olmaq, söhbət etmək, dostluq etmək istədiyi, hamının etibar etdiyi, sevgi dolu, dünyagörüşlü, ağıllı insan olar. Beləliklə, dünya şərtlərinə görə ən yüksək səviyyədə sevgini yaşayan, güclü sevməyi və sevilməyi bacaran əxlaqa yiyələnər.
]]>Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb, onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanlar... (“Yunus” surəsi, 7)
Əgər Allah’ın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.(“Nəhl” surəsi, 18)
O, sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allah’ın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur.(“İbrahim” surəsi, 34)
Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!(“Bəqərə” surəsi, 152)
... Biz insana Öz mərhəmətimizdən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir bədbəxtlik üz verdikdə isə insanın nankor olduğunu görərsən.(“Şura” surəsi, 48)
Nankorluqlarına görə onları belə cəzalandırdıq. Məgər biz nankordan başqasını cəzalandırarıqmı? “Səba” surəsi, 17)
Qoy ölsün (kafir) insan! O, necə də nankordur!(“Əbəsə” surəsi, 17)
Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur. Özü də bunun şahididir.(“Adiyat” surəsi, 6-7)
Onların bağışlanması üçün dua etsən də, etməsən də, onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allah’ı və Onun Elçisini inkar etdilər. Allah günahkar insanları hidayət yoluna yönəltməz.(“Tövbə” surəsi, 80)
…Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir; üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da. (“Qiyamət” surəsi, 14-15)
…Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (“İsra” surəsi, 19)
]]>