Bir ayə bir açıqlama: "İsra" surəsi, 34

“…Əhdə vəfa qılın. Çünki (hər kəs) əhd barəsində sorğu-sual olunacaqdır”. (İsra surəsi, 34)

 
Ayədə əhdə vəfa etməyin əhəmiyyətinə diqqət çəkilir, əhdin məsuliyyət olduğu xəbər verilir. Möminlər Allah qarşısında verdikləri sözləri tutmaqla məsuliyyət daşıyırlar. Etibarlı olmaq möminin ən vacib əxlaq xüsusiyyətlərindən biridir. Bütün rəsullar qövmlərində etibarlı insanlar kimi tanınmış, dürüst və əxlaqlı olmuşlar. Əhdə vəfa göstərmək isə etibarın əsas tərkib hissəsidir.
 
Vəfa mömin xüsusiyyətidir, vəfasızlıq isə münafiq xüsusiyyətidir. Peyğəmbərimiz (s.ə.v) münafiqlərin xüsusiyyətlərindən danışarkən onların üç xüsusiyyətini belə sadalayır:
 

“Danışdığı zaman yalan danışar. Söz verdiyi zaman sözünü tutmaz. Əmanətə xəyanət edər”.

 
Allahın təsvir etdiyi möminlər isə doğru sözlü, dürüst, etibarlı, sadiq, vəfalı və məsuliyyətlidirlər. Kiçik mənfəətlər arxasınca qaçmazlar. Möminlər onlara verilən əmanətə və verdikləri əhdə sadiq qalarlar(Məaric surəsi, 32)Buna görə də, bir əhdə sadiq qalmaq və ya əmanətə xəyanət etməmək mövzusunda güvənilən insanlardır.
 
Əhdləşmə və əmanət mövzusu çox əhəmiyyətlidir. Mömin verdiyi sözü tutmalı, edə bilməyəcəyi bir iş barəsində söz verməməlidir. İnsanların etməyəcəkləri şeyləri söyləmələri Rəbbimiz tərəfindən bəyənilməyən, eyni zamanda da Quran əxlaqına uyğun olmayan davranışdır.
 
Verilən əhdi tutmamaq, əmanətə xəyanət etmək Allah qatında hesab veriləcək məsuliyyətdir. Quranda bildirilən gözəl əxlaqı mükəmməl şəkildə yaşamağı niyyət edən möminlər Allah qatında bəyənilməyən rəftardan çəkinərlər. Başqa ayələrdə bu mövzu belə bildirilmişdir:
 

Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar. (Səff surəsi, 2-3)

2013-06-22 13:15:51

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net