Bir ayə bir açıqlama: “Əraf” surəsi, 200-202

Allah’dan qorxanlara Şeytandan bir vəsvəsə toxunduğu zaman onlar (Allah’ın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal görən olarlar. (Kafirlərin qardaşları olan şeytanlar) öz qardaşlarını azğınlığa sürükləyər, sonra da (o kafirlər azğınlığa qurşanıb ondan) əl çəkməzlər. (Əraf surəsi, 201-202)

Yuxarıdakı ayələrdə Allah insanları şeytandan gələ biləcək vəsvəsələrə qarşı xəbərdar etmiş və insanı buna etiraz etmək üçün düşünməyə çağırmışdır. Çünki bir insanın Allah’ın ayələri və ətrafını əhatə edən yaradılış möcüzələri üzərində dərindən düşünməsi onu boş düşüncələrdən, vəsvəsədən uzaqlaşdıracaq.

Şeytan möminlərin zehinini boş düşüncələrlə əyləndirməyə çalışır. Məqsədi iman edənləri məşğul edib, Allah’ın razılığını qazana biləcəkləri faydalı işlər görmələrinə maneə olmaqdır. Möminlər hər an Allah’ın razılığını axtarmaq üçün səfərbərdirlər. Mömin etdiyi hər işi "imkanım, ağlım, gücüm, sağlamlığım yerindəykən ən yaxşısını edim ki, Allah’ın razılığını qazana bilim" deyə düşünür. Bu anda şeytan müxtəlif vəsvəsələrlə mömini xeyirli işlərdən döndərmək üçün ağlına girməyə çalışır. Bu vəsvəsələr axirəti unudub, dünyəvi işlərə dalan insanlarda daha təsirli olur. Çünki şeytan qürur, qısqanclıq, ehtiras, eqoizm kimi tamamilə dünyaya aid hisslərlə insanı aldadır.

Halbuki, Allah’ın razılığını qazanmaq üçün saleh əməllər edən və axirəti hədəfləyən bir insanın bu hisslərə qapılması çox mənasızdır. Bu tip hisslər tamamilə şeytanın oyunudur. Mömin belə bir vəsvəsəyə qarşı dərhal şeytandan Allah’a sığınmalıdır. Daha sonra Allah’ın ayədə bildirdiyi kimi, yaxşıca düşünüb, Allah’ı zikr etməlidir.

Ayədə keçən "sonra dərhal baxarsan ki xatırlayıb düşünərlər" sözləri ilə Rəbbimiz belə bir əxlaq göstərən möminin ağlını və vicdanını açıldığını bildirmişdir. Allah’ın Quranda göstərdiyi bu qəti hökmə əməl etməyən, Allah’a sığınmaqdan qaçan və israrla vəsvəsənin içinə düşən insanlar, yenə də ayədə bildirildiyi kimi, şeytanın arxasına düşüb doğru yoldan uzaqlaşırlar.

İnsanın şeytanın bu oyununu görməsi və buna Quran əxlaqı ilə etiraz etməsi çox əhəmiyyətlidir. Əks halda özünü bilə-bilə dünyada və axirətdə zərər verə biləcək bir sistemin içərisinə atmış olar. Bunun əksinə olaraq, Allah’ın bildirdiyi kimi davranması və şeytanın təlqinlərinə cavab verməməsi çox asandır. Bu əxlaq, Allah’ın izni ilə, insana dünyada və axirətdə həm Allah’ın razılığının, həm də bütün nemətlərin qapısını açacaq.

Ayənin sonunda şeytanın vəsvəsələrinə qulaq asan insanların şeytanın qardaşları olduğu, səmimi olaraq düşünməyən, Allahı xatırlamayan bu insanların, şeytan onları hara apararsa ora gedəcəyi bildirmişdir.

2013-07-16 21:16:31

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com adnanoktarhukuk.com adnanoktarakumpas.com adnanoktargercekleri.com ingilizderindevleti.net