Zehninizdə ətrafınızdakı insanlarda görmək istədiyiniz ideal insan xarakteri təsəvvür edin. Özünüz də o cür olun.

Hər insanın zehnində ideal insan modeli var. Sevdiyi, birlikdə vaxt keçirdiyi, dostluq etdiyi bütün insanlarda bu modeli görmək istəyir. Ancaq ətrafındakı insanların da onda eyni insan modelini axtara biləcəklərini heç düşünmür.
 
Hər insan qarşısındakının çox düşüncəli, kamil, stabil və möhkəm xarakterli, vəfalı və dürüst olmasını istəyir. İstəyir ki, o, heç qəzəblənməsin, əsəbiləşməsin, incidici sözlər söyləməsin, güzəştə getsin, səbirli olsun, bağışlasın. Çətin vaxtlarında, problemi olanda onu tək qoymasın, əlindən gələn köməyi etsin, amma əsla minnət etməsin, çox fədakar olsun, lazım gəlsə, düşünmədən öz haqqından keçsin. Olduqca ağıllı, vicdanlı, ədalətli, mərhəmətli, həlim, gözəl sözlü, gözəl üslublu olsun, xırdalıqları görə bilsin, özünü qarşı tərəfin yerinə qoyub düşünə bilsin, halını anlasın. Üstünlüyü özünə deyil, sevdiyinə versin, sevdiyi insanların xoşbəxtliyini, rahatlığını, arzu və istəklərini özününkündən vacib saysın. Özünü haqlı çıxarmaqdansa, sevdiklərinin haqlı çıxmasına çalışsın, öz qürurunu, mənliyini qorumağa çalışmasın, bunun əvəzinə hər zaman qarşı tərəfi önə çıxarmağa, ucaltmağa çalışsın.
 
İman gətirən və ya iman gətirməyən hər bir insanın ruhunda mükəmməl insan axtarışı var. Lakin insan çox vaxt yanılaraq sadəcə özünün bu cür insan axtardığını düşünür. Digər insanların da bu cür insan axtardığını düşünmür. Halbuki özü qarşısındakı insanlardan nə gözləyirsə, qarşısındakı insanlar da ondan eyni əxlaqı gözləyirlər.
 
Lakin nəfsindəki eqoizm səbəbindən Quran əxlaqını lazımi şəkildə düşünməyən insanlar sadəcə öz mənfəətlərinə üstünlük verirlər. İnsanlarla aralarında qarşılıqlı sevgi, hörmət, dostluq, yaxınlıq, inam, sədaqət kimi dəyərlər olmadığı üçün hər iki tərəfin də bu əxlaqı göstərməli olduğunu düşünmürlər. “Mənə qarşı düşüncəli  olsun”, “Mənə olan sevgisində, hörmətində, inamında qüsuru olmasın”, “Mənə qarşı mülayim, səbirli və bağışlayan olsun” -  kimi istəklərə çox əhəmiyyət verirlər. Ancaq özlərindən bunlar tələb ediləndə bunların lazımsız və şişirdilmiş tələblər olduğunu, onsuz da lazımi qədər müsbət rəftar etdiklərini bildirirlər. Yaxud qarşılarındakı insanların bu cür tələblərini haqlı saysalar belə,“Əvvəlcə o, mənə qarşı bu cür rəftar etsin, sonra mən də onunla elə rəftar edərəm” - deyirlər.
 
Bu, insanlarda eqoizmdən qaynaqlanan davranış formasıdır. Halbuki insan  necə insan axtarırsa, özü də həmin modeli yaşamalıdır. Əgər öz yaşadığının düzgün olduğunu qəbul edirsə, qarşısındakının davranışından da narahat olmamalıdır. Məsələn, özü düşüncəsiz, danışığını bilməyən, əsəbi, eqoist, qəddar, sərt xarakterlidirsə və bu davranış formasında heç bir problem görmürsə, o zaman  dost olacağı insanın da bu əxlaqa sahib olmasında bir problem görməməlidir. Amma heç kim qarşısındakı insanın bu  xüsusiyyətlərə sahib olmasını əsla istəməz. Əksinə, əgər mülayim olmağı, mərhəməti, nəzakəti, düşüncəli və səbirli olmağı gözəl sayan insandırsa, o zaman bunları əvvəlcə özü tətbiq etməlidir.
 
Bu mövzu ilə əlaqədar nümunələrə cəmiyyətdə çox rast gəlinir. Lakin cahil cəmiyyətdə hərənin özünəməxsus qaydaları, əxlaq anlayışı, doğruları və yanlışları  olduğu üçün ortaq məxrəcə gəlmələri və bunun nəticəsində də insanların axtardıqları ideal insan modelinə nail olmaq mümkün olmur.
 
Ancaq müsəlmanlarda bu vəziyyət çox fərqlidir. Bütün müsəlmanların yeganə və ortaq ölçüləri var, o da Qurandır. İnsanın nəfsindəki ideal insan modeli Quranda bəhs edilən müsəlman əxlaqıdır. Belə ki, möminlərin axtardıqları insan Quranda bəhs edilən “ən təqvalı insan” modelidir. Bir insan qarşısındakından bu xüsusiyyətləri tələb etdikdə qarşı tərəfin bu istəklərə etiraz etməsi, biganə qalması və ya bu tələbləri lazımsız hesab etməsi ehtimalı olmaz. Çünki bunlar Quran əxlaqının tələbləridir. Belə ki, əgər mömin Qurana tam tabe olsa, Allah’ın izni ilə, zehnindəki ideal insan xarakterinə və əxlaqa sahib ola bilər. Həmçinin, qarşısındakı insanlarda axtardığı gözəl əxlaqı da möminlərdə çox asanlıqla tapar.
 
Möminlər əsla özlərini yetərli görməməli və nə qədər gözəl əxlaq göstərsələr də, hər zaman, hər mövzuda hər şeyin daha yaxşısının ola biləcəyini unutmamalıdırlar. Bir insan həqiqətən çox mərhəmətli, çox dürüst, çox çalışqan və sevgi dolu ola bilər. Amma hər zaman bundan daha mərhəmətli, daha dürüst, daha çalışqan və sevgi dolu ola biləcəyini unutmamalıdır. Çünki özü də, qarşısındakı insan nə qədər yaxşı olursa olsun, bir çox mövzularda o insanın daha yaxşı olmasını tələb edəcəkdir. Buna görə də müsəlman özü kimi ətrafındakı möminlərin də bu cür tələblərinin olmasını normal qarşılamalıdır.
 
Möminlərin unutmamalı olduqları mühüm mövzulardan biri də bu ideal əxlaqı başqalarından gözləməkdənsə, əvvəlcə özünün göstərməsidir. Bunun özü üçün olduğu qədər başqaları üçün də əhəmiyyətli olduğunu qavramasıdır. İnsan bu ideal əxlaqı bütün detalları ilə bilirsə və bunu bir insanla dost olmaq üçün əsas hesab edirsə, eyni şəkildə, qarşısındakı insanların da onunla dost olmaq, ona inanmaq, onu dərin sevgi ilə sevmək üçün onda bu xüsusiyyətləri axtaracaqlarını bilməlidir. Bunun nə qədər haqlı və lazımlı bir tələb olduğunu anlayaraq (Allah rizası üçün) tez bir zamanda bütün insanlara nümunə olacaq şəkildə bu ideal insan əxlaqını əvvəlcə özü yaşamalıdır.
 
Allah’ın izni ilə, bir insan Allah rizası üçün Quranda xəbər verilən bütün gözəl əxlaq xüsusiyyətlərini yaşadığı zaman, inşaAllah, Allah ona ətrafındakı insanlarda da gözəllik, yaxşılıq və nemət yaradaraq lütfünü göstərəcəkdir.
 
Müttəqilərə: “Allah nə nazil etmişdir?”– deyildikdə, onlar: “Xeyir (nazil etmişdir)!”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət  yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir.(“Nəhl” surəsi, 30)
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.(“Nəhl” surəsi, 97)
2012-12-01 21:32:48

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com adnanoktarhukuk.com adnanoktarakumpas.com adnanoktargercekleri.com ingilizderindevleti.net