“Ancaq bu şəraitdə bunu edə bilərəm” məntiqi yanlışdır. Mömin Allah’a güvənməli, gücü və nəticəni Allah’dan istəyərək əlindən gələn cəhdin ən çoxunu etməlidir

İnsanın ağlına batmayan bir mövzu olanda nəfsi buna bəhanə tapır. Nəfsin əsas bəhanələrindən biri də “Əgər şərait olsaydı, mən də belə olardım” deməsidir. Bununla o, boynuna düşən vəzifəni yerinə yetirməməyinin səbəbini vəziyyətlə əlaqələndirib özünü müdafiə edir.
 
İnsan özünü bu bəhanəyə tam inandırır və həmişə istədiyi “o şəraitin” meydana gəlməsini gözləyir. Hədəfə yönəlib o mövzunu həll etmək əvəzinə, bütün diqqətini əvvəlcə öz istədiyi şəraitin yaranıb-yaranmadığına yönəldir. Bu səhv düşüncəsinin nəticəsində göstərməli olduğu cəhdi yerinə yetirmək üçün özündə güc tapa bilmir. Bu şəkildə aylarla, illərlə vaxtını itirir.
 
Şübhəsiz ki, bu, çox yanlış bir məntiqdir. Əvvəla, insanın ağlı çox məhduddur. İnsan bir mövzu barəsində çox məhdud dünyagörüşü ilə düşünür. Allah isə sonsuz ağıl sahibidir. Allah hadisələri hərtərəfli (gizlisi, aşkarı, əvvəli və axırı ilə), ən yaxşı şəkildə biləndir. Buna görə də Allah bir hadisəni müəyyən şərtlərlə yaradırsa, bunda çox böyük hikmətlər vardır. Çünki bu şərtlər sonsuz ağılın təcəllisidir. Deməli, insan təxirə saldığı cəhdi o ankı mövcud şəraitdə göstərməlidir. Allah bunda xeyir görür və insanı bu şəraitdə sınayır.
 
Bundan başqa, əgər şərtlər uyğun olmasa, Allah o şəxsdən o rəftarı göstərməsini onsuz da istəməz. Çünki Allah Quranda bir insana qüvvəsi çatdığından çoxunu yükləməyəcəyini bildirmişdir. Bu səbəbdən, insanın “Ancaq belə olsa, mən bunları edə bilərəm” şəklində düşünməsi tamamilə yanlışdır. Quranda bu həqiqət insanlara belə bildirilmişdir:
 
…İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik. (“Əraf” surəsi, 42)
…Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Dərgahımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz. (“Müminun” surəsi, 62)
 
Eyni zamanda, insanın gözlədiyi şərtlər ona həqiqətən vacib görünsə belə, sırf buna görə etməli olduğu bir şeyi gələcək zamana saxlaması doğru deyil. Əgər Allah’ın razılığı insanın bir mövzuda səy göstərməsini tələb edirsə, o zaman möminin bunu təxirə salması vicdana uyğun olmaz.
 
Möminin xüsusiyyətlərindən biri də heç vaxt “şərtlər uyğun deyil” deyə səy göstərməkdən çəkinməməsidir. Məsələn, dünyadakı inkar edənlərin sayı və fəaliyyəti həddən artıq çoxdur. Amma mömin heç vaxt “Onsuz da vəziyyət belədir” deyərək İslam əxlaqını bütün dünyaya hakim etmək üçün cəhd etməkdə zəiflik göstərməz. Yaxud ətrafdakılardan təzyiq gördüyünə görə “hal-hazırda bunun üçün şərait uyğun deyil” deyərək insanlara Quran əxlaqını təbliğ etməkdən imtina etməz.
 
Bu məntiq möminin həyatındakı hər mövzu üçün etibarlıdır. İnsan gündəlik həyatda qarşısına çıxan bir mövzunu həll edərkən də, nəfsindəki bir pisliyi məğlub edərkən də“bəhanə tapmağın” və “o ankı şərtləri bəhanə göstərməyin” Qurana uyğun olmayacağını unutmamalıdır. Quranda insanın bəhanə irəli sürsə belə, əslində, hər şəraitdə nə etməli olduğunu bildiyi belə xəbər verilmişdir:
 

…Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir; üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da. (“Qiyamət” surəsi, 14-15)

 
Bu mühüm həqiqətlərlə yanaşı insan unutmamalıdır ki, ölüm yaxındır. Bir insan “Şərtlər uyğun deyil”, “Mən bunu ancaq bu şəraitdə edə bilərəm” kimi məntiqlərlə özünü aldadıb, o şərtlərin meydana gəlməsini gözləyərkən bir anda özünü ölümün astanasında tapa bilər. Bir anda fiziki mənada bütün gücünü itirəcəyi bir xəstəliklə üzləşə gələ bilər. Yaxud içərisində olduğu şərtlər daha da çətinləşər və istəmədiyi hala gələ bilər. O zaman onun məntiqinə görə, “Şərtlər meydana gəlmədiyi üçün edə bilmirəm” dediyi bir şeyi etməyə heç güc tapa bilməyəcəyi bir vəziyyət meydana gələr. Halbuki şərtlər mövcud olandan daha çətin hala gəlsə də, mömin, Allah’ın izni və yardımı ilə, mütləq doğru olanı etməyə gücünün çatacağına inanmalı və bu inancla əlindən gələni etməyə çalışmalıdır. Bir nəticə əldə etsə də, etməsə də Allah onun niyyətini və səyini görəcək, inşaAllah, onu əxlaqına görə mükafatlandıracaq. Quranda Allah’ın bu sonsuz ədaləti belə xəbər verilmişdir:
 

…Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (“İsra” surəsi, 19)

2012-12-03 00:37:02

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com adnanoktarhukuk.com adnanoktarakumpas.com adnanoktargercekleri.com ingilizderindevleti.net