Tənqidə izahat vermək xəstəlikdir, tənqid qarşısında gözəl əxlaq göstərərək onu qəbul etmək lazımdır

İnsanlar özləri ilə əlaqədar bir mövzuda ətrafdakı insanlara özlərini sübut etmək istəyirlər. Əgər demək istədikləri bir şey varsa və bunu istədikləri kimi izah edə bilməyiblərsə, böyük sıxıntı keçirirlər. Çox kiçik bir detal da olsa, onu mütləq izah etmək istəyirlər.
 
Demək olar ki, bütün insanlarda olan izah etmək arzusu, əslində, pis vərdiş deyil. Həqiqətən də, insanın mövzu ilə əlaqədər demək istədiyi vacib şeylər ola bilər. Hətta bəzən bunları deməməsi və izah etməməsi bir çox yanlışlara yol aça bilər. Məsələn, cinayət törədildiyi və ya səhv edildiyi zaman günahsız insan özünü müdafiə etmək üçün izah gətirməlidir. Bu davranış Qurana uyğun əxlaq formasıdır. Çünki bu insanın məqsədi öz nəfsini təmizə çıxarmaq deyil, Allah’ın rizasını qazanmaqdır.
 
Digər tərəfdən, sadəcə nəfsi rahatlaşdırmaq və ya nəfsin mənfəətlərini güdmək məqsədilə izah etmək vərdişi var. Nəfslərinin bu təlqininə qapılanlar hər gün qarşılaşdıqları hadisələrdə daim özlərini təmizə çıxarmaq üçün izahlar gətirirlər. Hər hadisədə bunu təkrarladıqları üçün bu, onların normal dialoqlarına çevrilir. Özləri bu vərdişlərinin ətraflarında yaratdığı narahatlığı hiss etmirlər. Lakin ətraflarındakı insanlar onların ən kiçik hadisədə belə bu cür uzun izahat vermələrindən və insanların vaxtını almalarından çox narahat olurlar.
 
Məsələn, qələmi yerə salan insan sadəcə qələmi yerdən götürüb yerinə qoymalıdır. Amma bu tip insanlar ətrafdakı insanlara “əslində, özlərinin çox diqqətli olduqlarını, qələmin yerə düşməməsi üçün əllərindən gələni etdiklərini, o qələmi ora başqasının qoyduğunu və buna görə düşdüyünü” deyərlər. Kiçik bir mövzunu həddən artıq böyütdüklərini hiss etməzlər.
 
Bəzən də heç bir hadisə baş vermədiyi halda, insanların şübhələndikləri mövzulara izah gətirərlər. Məsələn, bu cür insan qarşısındakının onun təmizliyinə şübhə etdiyini düşünər və daim özünün nə qədər təmiz olduğundan bəhs edər. Tənbəl olduğunu düşündüklərindən şübhələnər, hər fürsətdə nə qədər çalışqan olduğundan danışar.
 
Bəzən elə olur ki, bu insanları tənqid edirlər. O zaman belə insanlar özlərinin günahsız olduqlarını sübut edənə qədər rahat olmurlar. Halbuki təndiq həmişə faydalıdır. İnsan ən yaxşı, ən mükəmməl olduğu zaman da tənqidi sevinclə qəbul etməlidir. Çünki mütləq hər yaxşıdan daha yaxşısı vardır. İnsan tənqid vasitəsilə daha mükəmməl olmaq imkanı əldə edir. Lakin bəhs etdiyimiz bu insanlar ən kiçik tənqidi belə böyük mübahisəyə çevirirlər. Böyük ehtirasla özlərinin haqlı olduqlarını, qarşılarındakı insanın haqsız olduğunu sübut etməyə çalışırlar. Nəfslərində olan izah etmə arzusu bəzən bu insanların ağıllarının tamamilə bağlanmasına səbəb olur. Nəfsləri həmin insanların eqoizminə, qüruruna, əsəblərinə də təsir etdiyi üçün olduqları mühit daha da çətinləşir. Belə ki, bu insanlar gözəl tövsiyələrdən yararlana bilmirlər. Həmişə özlərini haqlı bilir, özlərini ön planda saxlayır, özlərinə güvənirlər. Ağıllarını, rəftarlarını, əxlaqlarını çox bəyənən və tövsiyələri dinləməyən bu insanlar xarakterlərini inkişaf etdirə bilmir, irəliləyə bilmirlər.
 
Əlbəttə, bu insanların düşündükləri bəzi məntiqlər var. Məsələn, özlərindən asılı olmayan bir səhvi izah etməsələr, insanların onları düzgün tanımayacağından qorxurlar. Yaxud səhv etdikləri bir məsələdə artıq onlara etibar edilməyəcəyindən çəkinirlər və ya mütləq zərərə uğrayacaqlarını düşünürlər. Bu cür izahat verdikləri zaman özlərini qoruyacaqlarına inanırlar.
 
Halbuki bu narahatlıqları Quran əxlaqına uyğun deyil. Çünki insanları qoruyan yeganə güc Allah’dır. Nəfsinə qarşı Quran əxlaqı ilə rəftar edən insanı Allah qoruyur. Bu insanın zərərə uğraması mümkün deyil. Əgər nəfsini müdafiə etməkdənsə, Allah’a təvəkkül edib  haqqından keçsə, gözəl əxlaqla, təmkinlə davransa, bu, o insanın xeyrinə olacaqdır.
 
Allah bir ayədə Özündən qorxub çəkinən qullarını mütləq xeyirə yönəldəcəyini bu cür bildirmişdir:
 

… Allah’dan qorxana, (Allah) çıxış yolu göstərər; Və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allah’a təvəkkül etsə, (Allah) ona kifayət edər... (“Talaq” surəsi, 2-3)

 
Bəzi insanlar bu həqiqəti bilmələrinə baxmayaraq, nəfslərinin təsirindən özlərini qurtara bilmirlər. Nəfslərinin onları yönləndirməsinə izin verirlər. Bu zaman ağıllarından, vicdanlarından, iradələrindən lazımi şəkildə istifadə etmirlər. Məsələn, bir nəfərin acan kimi yemək yeməsi, yuxusu gələn kimi bütün işlərini yarımçıq qoyub yatması və s. Belə insanlar heç düşünmədən nəfslərinin istəklərinə tabe olurlar.
 
Halbuki möminlərin əsas xüsusiyyəti bütün hadisələrdə ağılla, vicdanla düşünüb Allah’ın rizasına ən uyğun olan rəftarı göstərməkdir. Əllərində əhəmiyyətli və vacib iş var ikən, nəfsləri istədiyi üçün gedib yatmazlar. Vicdanən yatmağa ehtiyacları olduğunu düşündükləri zaman yatarlar.
 
Möminlər içlərindəki izahat vermək hissinə qarşı da bu cür yanaşarlar. Nəfsi izah etmək istəyər, ancaq mömin bunu faydalı görməz və etməz. Yaxud nəfsi özünə edilən tənqidi qəbul etmək istəməz, ancaq mömin bunda xeyir görər və tənqidə müsbət reaksiya verər. Nəfsi möminə istədiyini etdirə bilməz. Nəfs əsl mömini idarə etməz, mömin öz nəfsini idarə edər. Məsələn, yorğundur, ancaq mömin qardaşının bir şeyə ehtiyacı var. Nəfsi mömini öz rahatılığını düşünməyə və istirahət etməyə təşviq edər. Amma mömin bunu qəbul etməz, qalxıb o qardaşına əlindən gəldiyi qədər kömək edər. Bu, nəfsə qarşı göstərilməli olan ən düzgün davranış formasıdır.
 
Bununla yanaşı, nəfsini müdafiə edən insanlar bu həqiqəti hər zaman yadda saxlamalıdırlar. Quranda xəbər verildiyi kimi, “Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs pis işləri əmr edər” (“Yusuf” surəsi, 53). Allah’ın bir ayədə bildirdiyi kimi, “Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır”  (“Şəms” surəsi, 9).
2013-01-19 00:13:04

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com adnanoktarhukuk.com adnanoktarakumpas.com adnanoktargercekleri.com ingilizderindevleti.net