Bir hadisəni mənfi düşüncələrlə həll etməyə çalışmaq çox vaxt yaxşı nəticə ilə deyil, pis nəticə ilə sona çatır

... Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır. (“Hud” surəsi, 114)
 
Şeytanın istifadə etdiyi metodlardan biri də insanları müsbət deyil, mənfi danışmağa sövq etməkdir. Şeytanın bu təlqininə qapılan insan bəzən mənfi danışmağın vacib və faydalı olduğuna inanır. Hətta bir çox mövzunu həll etmək üçün hadisələrin mənfi cəhətlərinin də araşdırılmasının zəruri olduğunu düşünür. Ancaq bu, doğru deyil.
 
Hər hansısa bir mövzuda irəliləmək, daha gözəl nəticələr əldə etmək istəyən insanın keçmişdəki və ya hal-hazırkı mənfi cəhətləri, mənfi şərtləri dilə gətirməsi, əksinə, insanlara zərər verib, pis təsir yarada bilər. İnsan bu davranışın həmin anda yaratdığı nəticələri hiss etməyə bilər. Lakin mənfi cəhətləri təkrarlamaqla özünə də ətrafına verdiyi qədər zərər verər. Danışaraq özünə təlqin edər, mənfi hadisələrin vacib olduğuna özünü qəti şəkildə inandırar.
 
Bu cür davranan insanın belə bir düşüncəsi var: “Əgər mənfi cəhətləri düşünməsəm, realist və doğru olmaram. Bu həqiqətdir. Bunu desəm də, deməsəm də var. Bir də əlavə danışmağın nə mənfi təsiri ola bilər ki? Bundan başqa, mövcud olan bir mənfini gizlətsək, sanki heç yox imiş, heç olmamış kimi davransaq, üzərini örtsək, onu necə aradan qaldıra bilərik? Necə həll edərik? Belə olduğu halda, o mənfi hadisə hər zaman mövcud olacaq, gizli-gizli davam edəcək. Buna görə də, mən real və düzgün davranaraq, mənfi də olsa, pis cəhətləri mütləq dilə gətirməliyəm”.
 
Bu isə çox səhv hərəkətdir. Düzgünlük, doğruluq, reallıq daim mənfiliklərdən danışmaq demək deyil. Eyni nəticəni almağın daha gözəl, daha hikmətli, daha faydalı və təsirli yolları var.
 
Məqbul olan davranış isə pis olanı dilə gətirmədən, onun həlli olan müsbət tərəflərini danışmaqdır. Bu, bir məsələni həll edərkən hər iki tərəfə də müsbət təlqin edən, yaxşı nəticəyə çatmasını sürətləndirən və gözəl nəticəni tezləşdirən əxlaqdır. Daim hadisələrin mənfi tərəflərinə baxdıqda isə, sanki ortada çıxılmaz bir vəziyyət varmış kimi görünər. Sanki keçilməsi və unudulması mümkün olmayan, insanların həyatları boyu yaxalarını buraxmayan, üzərlərinə hopmuş kimi hipnoz təsiri yaradar. Halbuki mənfi cəhətlər dilə gətirilmədiyi və qarşısını almaq üçün müsbət tədbirlər görüldüyü  təqdirdə tezliklə yox olub gedər.
 
Allah Quranda “yaxşı işlərin pis əməlləri silib aparacağını” bildirib(“Hud” surəsi, 114). Bu, Allah’ın adətullahıdır. Əsla dəyişməz. Çox qəti həqiqətdir. Mütləq bu şəkildə nəticə verir. Belə ki, hər zaman müsbət danışan, müsbət tədbirlər alan və hadisələri xeyir gözü ilə, müsbət yöndən dəyərləndirən və tətbiq edən insan, Allah’ın izni ilə, ortadakı mənfiliklərdən sürətlə uzaqlaşacaqdır.
 
Bundan başqa, hər zaman müsbət danışmaq, əslində, vəziyyət mənfi kimi görünsə də, mütləq müsbət təlqin edər. Həqiqətən o cür olmasa belə, elə göstərmək insanlara o mövzunu həll etməkdə cəsarət, rahatlıq və müsbət nəticə verən hərəkət gücü yaradar.
 
Bu cür davranmaq doğrulardan uzaqlaşmaq və həqiqətləri gizlətmək deyil. İnsan əskik, qüsurlu və səhv yönlərini özü də bilir. Ancaq bunu daim danışmaq əvəzinə, bütün tədbirlərini görərək bu yönlərini düzəltməyə çalışar və Allah’ın izni ilə, gözəl nəticə əldə edər.
 
Belə bir nümunə ilə bu vəziyyəti açıqlaya bilərik: İnsan çox qorxacağı bir vəziyyət ilə, həqiqətən narahat olacağı şərtlər ilə qarşılaşa bilər və bu hissləri güclü şəkildə yaşaya bilər. Ancaq heç vaxt “Çox qorxdum, narahat oldum” deyərək bu mənfi hissləri dilə gətirməz. Çünki bu sözləri ifadə etməyin nə insanın özünə, nə də qarşısındakına heç bir təsiri olmaz. Əksinə, bu cür üslub insanların narahatlığını artırar. Bunun əvəzinə, cəsarətləndirən, rahatlıq verən, dəstəkləyən sözlər danışmaq çox təsirli, faydalı və hikmətli olar.
 
İnsanın gündəlik həyatda da qarşısına çıxan hadisələri bu prizmadan dəyərləndirib həll etməyə çalışması çox əhəmiyyətlidir. Bu, hər şeydən əvvəl, Quranın bizə bildirdiyi əxlaqın tələbidir. Allah Quranda insanlara “ən gözəl sözləri danışmalarını” əmr etmişdir (“İsra” surəsi, 53). Buna görə də, mənfi olanları danışmayıb, daim müsbət danışmaq, Allah’ın izni ilə, şeytanın oyununu pozan, hadisələrin ən gözəl şəkildə nəticələnməsinə vəsilə olan ən xeyirli, ən təsirli üsullardan biridir.
 

“Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir”. (“İsra” surəsi, 53)

 
2013-01-19 00:18:43

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com adnanoktarhukuk.com adnanoktarakumpas.com adnanoktargercekleri.com ingilizderindevleti.net