Bir ayə bir açıqlama: "Rad surəsi", 22

O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu –(Rad surəsi, 22)

Özlərinə Quranı və Peyğəmbər əfəndimiz (s.ə.v)-in sünnəsini rəhbər edən möminlər, heç bir mənfəət gözləmədən yalnız Allahın razılığını və məmnuniyyətini qazanmaq məqsədiylə səbir göstərərlər. Rad surəsindəki ayədə bu həqiqət xəbər verilir.

Möminlərin məqsədi, bütün həyatlarını Allahın məmnun olacağını ümid edərək keçirə bilmək və göstərdikləri gözəl əxlaq ilə Allahın razılığını qazana bilməkdir. Səbir, möminin Allaha qarşı olan səmimiyyətinin və Ona yaxınlaşmaq üçün göstərdiyi səyin ən əhəmiyyətli göstəricilərindən biridir. Çünki insan ancaq Allaha olan imanı və yaxınlığı nisbətində səbir göstərə bilər. Bir fədakarlıq etməsi lazımdırsa bunu ən gözəl şəkildə, əlindəki imkanı ən yüksək dərəcədə istifadə edir. Bir çətinliklə qarşılaşdığında da, içində çətinlik və təvəkkülsüz yaşamadan Allahdan kömək diləyir. Mömin, coşğulu bir eşqlə sevdiyi Uca Allahın razılığını qazanmaq üçün səbir edər, bu səbəbdən səbrindən ötəri bir çətinliyə qapılmaz, əksinə mənəvi bir həzz duyar. Allahın bu səbrin qarşılığında vəd etdiyi nemət və gözəllikləri ümid edərək böyük bir sevinc duyar. Qarşısına çıxan hər hadisədə Allahdan həmişə razıdır, Onun sonsuz şəfqətinə və mərhəmətinə iman edər, Ona arxalanıb güvənər.

Möminlər dünyada sahib olduqları bütün imkanları Allaha yaxınlaşmaq və Onun razılığını qazana bilmək üçün ortaya qoymuş, bütün həyatlarını Rəbbimizin yaxınlığını və dostluğunu qazanmağa həsr etmiş insanlardır. Quranın "Rəbbin üçün səbir et" (Muddəssir surəsi, 7) hökmünə həyatlarının hər anında itaət edərlər. Rəbbimiz, bu əxlaqlarına qarşılıq möminləri razılığı və cənnətiylə mükafatlandıracağını vəd etmişdir. Uca Allah, razı olduğu qulları üçün sonsuz cənnətində sərhədsiz nemətlər təqdim edir. İman edən möminlər üçün hər şeydən vacib olan, ayədə də bildirildiyi kimi, Uca Rəbbimiz Allahın sevgisini, razılığını və məmnuniyyətini qazana bilmələridir. Cənnətdə isə həyatlarının bu məqsədinə çatmağını sözlə izah edilməyəcək qədər xoşbəxtliyini yaşayarlar. Quranda, "Allah mömin kişilərə və mömin qadınlara ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur."(Tövbə Surəsi, 72)  ayəsiylə Allahın razılığını qazanmanın nə qədər böyük bir nemət olduğu bildirilir.

2014-02-19 16:01:52

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net