Bir ayə bir açıqlama: "Tövbə surəsi", 118

…Sonra Allah peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir. (Tövbə surəsi, 118)

İnsan bəzi qüsurlara, əskikliklərə, acizliklərə sahib olaraq yaradılmış bir varlıqdır. Özünə verilən ömür müddətində bəzi mövzularda qəflətə düşərək unudub yanıla bilər və bir çox səhv edə bilər. Ayədə, Uca Allahın sonsuz mərhəməti, qullarına bu səhvləri düzəltməsi üçün tövbə kimi böyük bir nemət verdiyi xəbər verilir. Səmimi olaraq günahlarının bağışlanılmasını istəyən hər bir insan Allahın özünü bağışlamasını ümid edə bilər. Allahdan bağışlanma diləmək, tövbə etmək saleh bir mömin xüsusiyyətidir. Bu davranışlar möminin Allah qarşısında nə qədər aciz və zəif olduğunu bilməsinin  də bir ifadəsidir. Çünki iman gətirənlər səhvləri və əskiklikləri olduğunu və bütün ömürləri boyu da səhv edə biləcəklərini bilərlər, bundan ötəri Allahın rəhmətini istəyərlər.

Möminlər Quranın hökmlərinə uyğun olmayan bir davranışları olduğunda dərhal Allahdan bağışlanma diləyərlər. Çünki Uca Allah Quranda, nə etsələr etsinlər, sonunda etdiklərindən peşman olduqlarında və qəti olaraq tövbə etdiklərində iman gətirənləri bağışlayacağını bildirmişdir.

Mömin, imanı artdıqca öz səhvlərini daha yaxşı anlamağa başlayır. İçində olduğu vəziyyəti daha dəqiq qavradığı, Allah qorxusu çox daha artdığı üçün, bir tərəfdən səhvlərini düzəltməyə, təkrarlamamağa çalışarkən, bir tərəfdən də səhvləri üçün davamlı olaraq bağışlanma diləyir. Məhz şüurlu bir möminin göstərməsi lazım olan davranış budur.

Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir. (Nisa surəsi, 17) Allah tövbə edərək günahlarından təmizlənməyi istəyən qullarından razı olduğunu belə bildirmişdir:

"... Şübhəsiz ki, Allah, tövbə edənləri sevər, təmizlənənləri də sevər." (Bəqərə surəsi, 222)
2014-02-19 16:06:22

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net