Bir ayə bir açıqlama: "Əraf surəsi", 52

Biz onlara biliyimizlə izah etdiyimiz, iman gətirən qövm üçün hidayət və mərhəmət olan bir Kitab göndərdik. (Əraf surəsi, 52)

Allah, tarix boyu bütün insanlara doğrunu tapmaları, doğru olan məlumata çata bilmək və gözəl əxlaqı tanıya bilmək üçün müqəddəs kitablar ilə bu kitabları onlara çatdıran və açıqlayan peyğəmbərlər göndərmişdir. Allahın insanlara yol göstərici olaraq endirdiyi son kitab isə Qurandır. Ayədə bildirildiyi kimi Quran, Allaha iman edən saleh qullar üçün böyük bir rəhmət, bir hidayət rəhbəri və hər mövzuda yol göstəricidir. Allah, Quran yoluyla bizə bilmədiyimiz, yaratmasının sirri olan mövzuları bildirir və bütün insanları bu məlumatlarla xəbərdar edər. Quran, insanın hər hökmündən, hər əmrindən qəti olaraq əmin olduğu, vicdanı azad və rahat bir şəkildə, tabe olacağı bir kitabdır. İnsanlarda bu cür "əmin" bir yol göstəricisinin olması Allah qatından verilmiş çox böyük bir nemət və rəhmətdir.

Ayənin davamında  Allahın, insanların daha asan qavrayıb anlaya bilmələri üçün ayələri müxtəlif şəkillərdə açıqladığını müjdələmişdir. Allahın bu hökmlərinə baxmayaraq, bəzi insanların, ümumiyyətlə, etdikləri ciddi səhvlərdən biri, Quranın hər insan tərəfindən aydın olmadığını düşünmələridir. (Quranı tənzih edirik) Çox insan Quranın oxunması, başa düşülməsi və yaşana bilməsi üçün uzun illər davam edən bir təhsilə ehtiyac olduğunu zənn edər. Halbuki, Quran, Allahın ayələrində bildirdiyi kimi açıq-aşkardır. Buna görə də səmimi olaraq Quranı oxuyan hər insan onu asanlıqla anlaya bilər. Quranın dilinin son dərəcə aydın olması insanlar üçün çox böyük bir nemətdir.

Allah, rəhmətinin və mərhəmətinin bir nəticəsi olaraq, insanların anlaması üçün dinini bu qədər asanlaşdırıb, insana düşən isə yalnız Allahın bildirdikləri üzərində düşünmək və onları tətbiq etməkdir. Allahın Kitabının nuruna tabe olanlar, yol göstəriciliyinə tabe olanlar,-Allahın diləməsi ilə-dünyada və axirətdə daim asanlıqlarla qarşılaşacaq və gözəl bir həyat yaşayacaqlar.
 

2014-02-19 16:09:49

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net