Bir ayə bir açıqlama: "Zumər surəsi", 18

O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz onlardır.(Zumər surəsi, 18)

Ayədə möminlərin sözün ən gözəlinə uyduqları, hər öyüdü dinləyib tətbiq etdikləri bildirilmişdir. Allah gözəl sözə uyan qullarını hidayət verəcəyi ilə müjdələmişdir. Ayənin sonunda isə bu kəslərin təmiz ağıl sahibləri olduğu xəbər verilmişdir. Təmiz ağıl sahibi olmaq-dərin düşünmək, incəlikləri qavraya bilmək, hikmətli danışa bilmək, doğrunu və səhvi bir-birindən ayırd edə və xeyirləri görə bilməyi ifadə edər. Vicdanının səsini dinləyərək Allaha yönələn hər insan qısa müddətdə təmiz bir ağla sahib ola bilər. Bunun üçün lazım olan  Allaha səmimiyyətlə iman etmək, Ondan lazımi qaydada qorxmaq və Rəbbimizin istədiyi kimi bir həyat sürməkdir. Bu səmimi iman insana ağıl verir.

Səmimi və vicdanlı insanlar hər cür pislikdən və nöqsandan təmizlənməyi qəlbən arzu etdikləri üçün özlərini Allaha yaxınlaşdıracaq hər öyüdü cani-könüldən dinləyər, Allahın ayələrdə buyurduqlarını eşitdikləri an dərhal itaət edərlər. İman edən bir insan ona  xatırladılan hər şeyin özünü sonsuz cəhənnəm əzabından qorumaq üçün edildiyini düşünərək tam bir təslimiyyətlə cavab verir.

Möminlər üçün gözəl sözə uyub-uymamaq bir seçim mövzusu deyil. Çünki, bu seçimdə bir yanda cənnətlə, digər tərəfdə cəhənnəmlə sonlana biləcək əbədi bir həyat var. Bundan xəbərdar olan və Allahdan qorxan, axirətə tam yəqinliklə iman edən möminlər sonsuz axirət həyatlarını təhlükəyə atacaq hər cür rəftar və sözdən şiddətlə çəkinər, axirət günündə özlərinə fayda verə biləcəyini ümid etdikləri bütün öyüd-nəsihət və xatırlatmalara dərhal uyarlar.

2014-02-20 20:21:17

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net