Bir ayə bir açıqlama: "Nəml" surəsi, 93

De: “Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları tanıyacaqsınız. Rəbbin sizin etdiyiniz əməllərdən xəbərsiz deyildir!” (Nəml surəsi, 93)

Uca Allah bu ayədəki hökmü ilə ayələrinin yaşadığımız xarici dünyada görüləcəyini və mömin qullarının bunları bilib tanıyacağını vəd edir. Allahın dəlillərini bilib tanımaq, insanı imana və Quran əxlaqını yaşamağa aparan əsas yoldur. Ayədə xəbər verildiyi kimi, Allah möminlərin ürəklərini gücləndirmək, onların Özünə olan sevgi və bağlılıqlarını artırmaq üçün, nəfslərində və ətraflarında meydana gələn hər şeyin 'haqq' olduğunu onlara göstərməsi bütün iman edənlər üçün böyük bir rəhmətdir.

Ayənin davamında da, Allahın qullarının etdiklərindən xəbərsiz olmadığı, hər şeyin Allahın məlumatı daxilində olduğu xəbər verilir. Bu ayənin hökmünə görə möminlər, həyatları boyunca başlarına gələn hər şeyin Allahın özlərinə olan vədinə əsasən reallaşdığını bilərək hərəkət edərlər. Allaha olan imanları, sevgiləri və buna bağlı olaraq da təslimiyyət və sədaqətləri davamlı olaraq artar. Allahın hər zaman möminlərin dostu və köməkçisi olduğunu, bütün dualarına cavab verdiyini bilir və Ona qarşı böyük bir sevgi duyarlar. Çətinliklər qarşısında Allahın razılığını qazana bilmək üçün təslimiyyətlə səbir edər, Allahı vəkil edərək Ona sığınarlar. Allahın bildirdiyi din əxlaqını yaşayarkən və təbliğ edərkən qarşılaşdıqları çətinliklərin bu əxlaqı yaşamalarına və elmi mübarizələrinə mane olmasına icazə verməz, mənfi kimi görünən vəziyyətlərdə, din əxlaqının yayılmasının qarşısını almaq üçün səy göstərən kəslərin düşündüklərinin əksinə həmrəyliklərini daha da gücləndirirlər. Bu da möminlərin həqiqətən güclü bir Allah sevgisinə və sədaqət duyğusuna sahib olduqlarının ən gözəl dəlillərindən biridir.

2014-02-27 11:25:53

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net