Bir ayə bir açıqlama: "əd-Duxan" surəsi, 5-6

dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, kitabları və elçiləri Biz göndəririk – sənin Rəbbindən mərhəmət olaraq. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir. (əd-Duxan surəsi, 5-6)

Ayədə Rəbbimizin insanlara elçi göndərərək rəhmət etdiyi bildirilir. Hər cəmiyyətə xəbərdarlıq edən göndərilməsi Rəbbimizin Rəhman sifətinin təcəllisidir.

Sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimiz insanlara, özlərini xəbərdar edəcək, Allahın və axirətin varlığını, həyatın həqiqi mənasını bildirəcək elçilər göndərər. Elçilər insanları din əxlaqından uzaq bir həyatdan qurtarıb hidayətlərinə vəsilə olmaq üçün bütün imkanlarını sonuna qədər istifadə edərlər.

Allahın mübarək elçiləri dünya üzərindəki ən etibarlı, ən dürüst, ən gözəl xasiyyətli, ən üstün əxlaqlı, ən ağıllı, bəsirətli və fərasətli, ən cəsur, ən səbirli insanlardır. Həvarilərin bütün insanlar üzərində etibar oyadan, xeyirli, səmimi və çalışqan kəslər olaraq yaradılmaları Allahın insanlara çox böyük bir lütfüdür. Göndərildikləri cəmiyyətə xeyir gətirən, onları Allahın yoluna dəvət edən nümunəvi əxlaqa sahib peyğəmbərlər, insanları Allahın ayələrindən xəbərdar, pis hərəkətlərdən məhrum etməkdə, yaxşılığı və doğruluğu tövsiyə edirlər. Dünya həyatının müvəqqəti olduğunu, sonsuz axirət həyatının isə həqiqi həyat olduğunu insanlara xatırlatmaqdır. Hər cəmiyyətə mütləq bir elçi göndərilməsi də Rəbbimizin insanlar üzərində bir rəhmətidir. Allahın elçisi vasitəsi ilə həmsöhbət olmayan, Allahın və axirət gününün varlığıyla xəbərdar edilib qorxudulmayan heç bir birlik yoxdur. Ayədə də bildirildiyi kimi hər cəmiyyət mütləq bir elçi vasitəsilə xəbərdar olunmuşdur.

Həvarilərin, ətraflarındakı insanların iman gətirdikdən, dünyada və axirətdə xoşbəxt olmalarından şəxsi heç bir mənfəətləri olmadığı halda, səmimi Allah qorxuları və üstün əxlaqları səbəbiylə həyatlarını Rəbbimizin bu əmrini ən gözəl şəkildə yerinə yetirmə səyiylə keçirmişlər.

Qullarına qarşı sonsuz mərhəmət sahibi olan Allah hər insanı doğru yola elçiləri vasitəsilə çağırar, hidayət yolunu tapması üçün müxtəlif xatırlatmalar edər. Hər insana öyüd-nəsihət ala biləcəyi qədər vaxt verilər, doğrular müxtəlif şəkillərdə izah edilər və hər kəs layiq olduğu ilə cavab görər. Dünya həyatındakı xatırlatmaları və arxa çevirənlərə təhdidlər edilmədikcə heç bir cəmiyyətin məhv olmayacağı da Quranda xəbər verilmişdir.

2014-03-12 14:10:39

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net