Bir ayə bir açıqlama: "Səcdə" surəsi, 15

Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər. (Səcdə surəsi, 15)

Ayədə möminlərin Quranı dinlədiklərində göstərdikləri rəftar izah edilmişdir. Möminlərin ayələri eşidər-eşitməz səcdəyə qapanmaları və Allahı həmd ilə təsbih etmələri şübhəsiz ki, onların imanlarının gücündən; Allahın böyüklüyünün, gücünün, qüdrətinin fərqində olub Allahın qədrini haqqıyla təqdir etmələrindən və Allaha qulluq etməkdən duyduqları böyük həzdən qaynaqlanır.

Möminlər Allahın özlərinə içində heç bir şeyin əksik buraxılmadığı və Allahın əmr və tövsiyyələrini göstərən  bir kitab göndərmiş olmasından böyük bir həyəcan duyarlar. Eyni şəkildə Quranın hər bir ayəsinin Allahın onlara olan sevgisinin mərhəmətinin və ədalətinin bir təcəllisi olduğunu bilmənin şövqünü də yaşayarlar. Üstəlik bütün bunları qavraya biləcək bir şüur ​​açıqlığına sahib olmalarından ötəri ruhlarında böyük bir sevinc duyar və Allaha çox səmimi və dərin bir sevgiylə bağlanarlar. Bu da onlara böyük bir dinclik verər.

Möminlər üçün Allahı zikr etmək, "ən böyük ibadət" dir. Möminlər həyatları boyu bu şüurla hərəkət edərlər. Allahı zikr etmək isə düşünərək və bu düşüncələrini dilə gətirərək olar. Allahın onlara verdiyi nemətləri tək-tək düşünər və nə qədər böyük bir rəhmət içində olduqlarını fərq edərək Allaha şükür edərlər. Əlbəttə ki, Uca Allah bütün insanlara şah damarından daha yaxındır və bütün yaratdıqlarını rəhmətiylə əhatə edəndir.

Allah ayənin davamında, imanın ən açıq göstəricilərindən birinin təkəbbürlük göstərməmək olduğunu bildirmişdir. Uca Allah Quranın bir çox ayəsiylə də insanlara təvazökar olmağı əmr etmişdir. Qürur və təkəbbürün isə Quranda şeytanın bir xüsusiyyəti olduğu bildirilmiş və iman edənlərin qürurdan mütləq çəkinmələri xatırladılmışdır. Bu səbəbdən, möminin ən əhəmiyyətli xüsusiyyətlərindən biri təkəbbür və qürurdan çəkinməsi, təvazökar, şəfqətli, mülayim və yumşaq bir əxlaq göstərməsidir.

2014-03-12 19:07:39

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net