< <
1 / total: 10

Giriş

Bütün ömrünü məsuliyyət daşımadan yaşamağa alışmış bir insan düşünək. Elə bir insan ki, sadəcə öz qidalanması, gələcəyi, evi, maşını, sahib olduğu malları ilə maraqlanır… Bu insanı ətrafında baş verən hadisələr, dünyanın hər tərəfində davam edən zülm, haqsızlıq, aclıq, axıdılan qanlar, yaşanan əzablar maraqlandırmır. Yer üzünün qarışıqlıq, xaos, nizamsızlıq, təxribat və hər cür haqsızlıqlarla dolu olması onu heç narahat etmir. Haqsız yerə öldürülən insanların, yemək üçün bir tikə çörək belə tapa bilməyən uşaqların varlığına əhəmiyyət vermir. “Mənə toxunmayan ilan min yaşasın” kimi yanlış dünyagörüşünə malikdir, yalnız özünü düşünür və özü üçün yaşayır.

Cəmiyyətdə bu cür insanlarla tez-tez rastlaşmaq mümkündür. Belə yaşadıqları təqdirdə dərddən, qəmdən uzaq, rahat olacaqlarını düşünən insanların sayı çoxdur. Halbuki, başqa insanlara zülm edilən, haqsızlıq olunan, əzab verilən mühitdə insanın sadəcə özünü düşünməsi, öz dərdinə çarə axtarması vicdana sığmayan davranışdır.

Bu halda, insanın öhdəsinə düşən böyük məsuliyyətlər vardır. Hamı ac qalan, haqsız yerə yurdlarından sürgün edilən, öldürülən, qətl edilən insanları bu vəziyyətlərindən qurtara biləcək güclü imana sahib ola bilər. Dünyanı bu vəziyyətdən xilas etməyə çalışmaq, ağıl və vicdan sahibi hər insanın vəzifəsidir.

Siz bu sətirləri oxuyarkən: "Görəsən, mən nə edə bilərəm?" deyə düşünə, yaxud: "Mənim edəcəklərimlə nə dəyişəcək ki?" deyə bilərsiniz. Lakin hamının belə dediyini düşünün…

Bu halda, yer üzündə pisliklərə qarşı yaxşılıq edən bir nəfər belə qalmazdı. Halbuki, hər dövrdə yaxşılığı qoruyub saxlayan insanlar olub. Bu insanlar qorxmadan fəaliyyət göstərmiş, yer üzündə ədaləti hakim etməyə və qorumağa çalışmışlar. Bu insanların əsas xüsusiyyətləri Allah`dan qorxmaları, vicdanlarının səsinə qulaq asmaları, çox cəsur və səxavətli olmaları, məsuliyyət daşımaqdan qorxmamalarıdır.

Dünyanın hər tərəfinə yayılan zülm və haqsızlıqların əvəzinə yaxşılığı, gözəlliyi və ədaləti gətirmək üçün lazım olan ən əhəmiyyətli xüsus doğru olan yolda cəsur davranmaqdır. Bəlkə də: "İnsanlara yaxşılığı tövsiyə etmək üçün niyə cəsur olmaq lazımdır?" deyə düşünə bilərsiniz. Halbuki, pisliyin yer üzündən silinməsini istəyən insanların ən çox ehtiyacları olan xüsusiyyətlərdən biri cəsarətdir.

Cəsarət və qərarlılığın "yaxşılığı əmr edib pislikdən çəkindirməkdə " nə qədər əhəmiyyətli olduğunu anlamaq üçün peyğəmbərlərin və ömrünü Allah`a həsr etmiş müsəlmanların pisliyə qarşı mübarizələrini xatırlamaq lazımdır.

Bu mövzunu düşünmək, əsrlərlə yaxşılığı müdafiə edənlərə kimlərinsə mane olduğunu görmək mövzunun vacibliyini anlamaq cəhətdən əhəmiyyətlidir.

Şübhəsiz, hər dövrdə dünyaya yaxşılığın, gözəl əxlaqın, sülh və rahatlığın hakim olması üçün çalışan insanlarla yanaşı, insanları haqsız yerə öldürən, yurdlarından çıxaran, yer üzündə əxlaqi degenerasiyanı yaymağa, zəif olanı əzməyə, beləliklə, özünü ucaltmağa çalışan çoxlu sayda insan yaşamışdır.

Müsəlmanların hədəfi gözəl əxlaqı insanlar arasında yaymaq olduğu halda, bu insanların hədəfi pisliyi bütün dünyaya yaymaq olmuşdur, buna görə də bütün yaxşı fəaliyyətlərə mane olmaq istəmələrinə heyrətlənməməliyik. Tarix boyu yaşananlar da həmişə bunu göstərmişdir. Gözəl əxlaqı tövsiyə edən peyğəmbərlər və onları izləyən möminlər hər dövrdə təzyiqlərə məruz qalmışlar. Qarşı tərəf çirkin və əsli olmayan böhtanlarla, müxtəlif üsullarla onları yollarından saxlamaq istəmişdir.

Ancaq yer üzündə yaxşılığın, rahatlığın, gözəl əxlaqın hakim olmasını istəməyənlərin bilmədiyi və heç cür dərk etmədiyi ilahi sirr təcəlli etmişdir: Müsəlmanlar hər zaman "... Bizim əsgərlərimiz labüd olaraq zəfər çalacaqlar!" (Saffat surəsi, 173) ayəsində bildirildiyi kimi, inanmayanlara qalib gəlmişlər. Bu, Allah`ın vədidir. Allah Öz yolunda cəsarət və qərarlılıqla mübarizə aparanları bu dünyada inkarçılara qarşı qalib etmiş, axirətdə də səmimi cəhdlərinin qarşılığında cənnəti nəsib edəcəkdir.

Allah`a güvənərək Onun əmr etdiyi gözəl əxlaqı yaşamaq və yaşatmaq üçün cəhd edən hamı Allah`ın sonsuz nemətləri ilə mükafatlanmağı ümid edə bilər. Kim peyğəmbərlərin və səmimi möminlərin göstərdikləri cəsarəti və qərarlılığı göstərər, doğru yolda yorulmadan irəliləyərsə, cənnət əhli olmağı ümid edə bilər. Allah bu mövzu ilə əlaqədar olaraq bir ayədə belə buyurur:

Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər Allah`ın mərhəmətinə ümid edirlər. Allah bağışlayandır, rəhmlidir. (Bəqərə surəsi, 218)

Bu kitabda gözəl əxlaqın bir hissəsi olan "cəsarət" mövzusundan bəhs olunacaq. Cəsarətin Quranda verilən həqiqi mənası açıqlanacaq, eyni zamanda, cəmiyyətdə qəbul edilən cəsarət anlayışının yanlış cəhətləri incələnəcək. Həqiqi Qurani cəsarətlə, xalq arasında qəbul edilən və yaşanan cəsarət anlayışı müqayisə ediləcək. Bundan başqa, şeytanın insanları sövq etməyə çalışdığı çirkin cəsarət haqqında danışılacaq və nəhayət Quranda adı keçən peyğəmbərlərin və saleh möminlərin cəsarətindən nümunələr veriləcək.

1 / total 10
"Harun Yəhyanın Möminlərin Cəsarəti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net