< <
11 / total: 19

Əbu Ləhəb

Məlum olduğu kimi, Əbu Ləhəb Hz.Məhəmmədin (s.ə.v.) dövründə yaşamış, öz təkəbbürü, lovğalığı və azğınlığı ilə tanınan inkarçı birisi olmuşdu. Başqaları kimi varlı olması ilə də məşhur olan Əbu Ləhəbin həyat yoldaşı ilə birlikdə etdiyi hərəkətlərin müqabilində cəhənnəm əzabı ilə cəzalandırıldıqları Quranda bildirilir. Bu iki insanın təkəbbürünə cavab olaraq Allah onlara alçaldıcı cəzalar vermişdir. Məsələn, öz vardövləti və əslinəsli ilə öyünərək yaşadığı bu dünyada lovğa adamların bəyənməyəcəyi odun daşımaq kimi bir iş görmək təkəbbürlü insanları alçaldan işdir. Həmçinin boyunlarına bir kəndirin bağlanması da onların nəzərində təhqiramiz və alçaldıcı bir vəziyyətdir. Lakin Allah Əbu Ləhəblə arvadını axirətdə cəhənnəm odu ilə yanaşı həm də bu rüsvayçı vəziyyətə salaraq onları heç təsəvvürlərinə belə gətirmədikləri bir tərzdə alçaldıb. Əbu Ləhəbin və arvadının bu vəziyyəti onlardan sonrakı insanlara ibrət olsun deyə Quranda ayrıca bir surə şəklində bildirilir:

«Əbu Ləhəbin əlləri qurusun, qurudu da! Ona nə maldövləti fayda verəcək, nə də qazandığı... O, alovlu atəşə girəcəkdir. Onun odun daşıyan övrəti də həmçinin! Onun boğazında xurma lifindən hörülmüş ip olacaqdır!» («Məsəd» surəsi, 15).

 

11 / total 19
"Harun Yəhyanın Şeytanın Təkəbbürü kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net