< <
15 / total: 18

Əlavə Hissə

Nə xoş o insana ki, pislərin öyüdü ilə getməz, günahkarların yolunda durmaz, istehzaçıların arasında oturmaz. Ancaq zövqünü Rəbbin qanunundan alar və gecə-gündüz onun üzərində dərin  düşünər. Beləsi axar su sahillərinə əkilmiş ağaca bənzəyir, meyvəsini mövsümündə verər, yarpağı heç solmaz. Etdiyi hər işi bacarır. Pislər belə deyil, küləyin sovurduğu saman çöpünə bənzərlər. Buna görə, mühakimə olununca bağışlana bilməz; doğrular birliyində yer tapa bilməz günahkarlar. Çünki Rəbb doğruların yoluna diqqət edər, pislərin yolu isə ölümə aparar. (Zəbur, 1:1-6)

Nədir xalqlar arasındakı bu qarışıqlıq, niyə mənasız nizamlar qurur bu xalqlar? Dünyanın padşahları cərgə düzüb hökmdarlar birləşir Rəbbə... qarşı... Ey padşahlar, ağıllı olun! Ey dünya öndərləri, dərs alın! Rəbbə qorxu ilə xidmət edin, titrəyərək sevinin. (Zəbur, 2:1, 10-11)

Ya Rəbb, düşmənlərim nə qədər çoxaldı, hələ mənə qarşı qiyam qaldıranlar! Bir çoxu mənim üçün: "Allah qatında ona qurtuluş yoxdur!" deyir. Amma Sən ya Rəbb, ətrafımda qalxansan (məni qoruyansan), şərəfim, başımı yuxarı qaldıran Sənsən. Rəbbə səslənərəm, cavablayar məni... Uzanıb yataram, oyanıb qalxaram, Rəbb dəstəkdir mənə. Qorxum yoxdur ətrafımı sarıyan minlərlə düşməndən. Ya Rəbb... Ey Allahım, qurtar məni!... Qurtuluş Rəbbdədir, xalqının üzərində olsun bərəkətin! (Zəbur, 3:1-8)

Sənə səslənincə cavabla məni, ey ədalətli Allahım! Fərahlıq ver mənə çətinliyə düşəndə, lütf et mənə, dinlə duamı. Ey insanlar... Nə vaxtadək mənasız şeylərə könül verib yalan arxasında qaçacaqsınız... Günah işləməyin; yaxşı düşünün yatağınızda... Ona güvənin... Ya Rəbb, üzünün nuruyla bizi aydınlat! Elə bir sevinc verdin ki, mənə... Xoşbəxtliklə uzanıb yatıram, çünki tək Sən ya Rəbb, güvənlikdə tutursan məni. (Zəbur, 4:1-8)

Sözlərimi dinlə ya Rəbb, iltimasımı eşit. Fəryadımı dinlə... Allahım! Duam Sənədir. Səhər səsimi eşidirsən ya Rəbb, hər səhər Sənə dua edər, ümidlə gözləyərəm... Pislik Sənə sığınmaz. Lovğalananlar qarşında dura bilməz... Ya Rəbb, Sən əli qanlılardan, hiyləgərlərdən xoşlanmazsan və razı olmazsan. Mən isə bol sevgin sayəsində Müqəddəs Məscidinə girəcəyəm; oraya tərəf hörmətlə əyiləcəyəm. Yol göstər mənə doğruluğunla ya Rəbb... Yolunu önümdə düzləşdir. Çünki onların sözünə güvənmək olmaz, qəlbləri fitnə ilə doludur. Ağızları açıq bir məzardır, vicdansız davranarlar. Ey Allah... Qurduqları nizam müsibətlərinə gətirib çıxarsın. Qov onları saysız üsyanları üzündən. Çünki Sənə qarşı qiyam qaldırdılar. Sevinsin Sənə sığınan hər kəs, sevinc səsləri ucaltsın davamlı, çünki onları Sən qoruyarsan; sevinclə coşsun adını sevənlər Səndə. Çünki Sən doğru adamı müqəddəs edərsən ya Rəbb, ətrafını qalxan kimi lütfünlə sarıyarsan. (Zəbur, 5:1-12)

Ya Rəbb... Məni qəzəblə yola gətirmə. Lütf et mənə ya Rəbb, əldən düşmüşəm; şəfa ver mənə ya Rəbb, sümüklərim sızlayır, çox acı çəkirəm. Ah, ya Rəbb!... Qurtar məni, kömək et sevgin səbəbiylə. (Zəbur, 6:1-4)

Sənə sığınıram ya Rəbb, Allahım! Arxamca gələnlərdən qurtar məni, azad et.... Buyur, ədalət olsun... Rəbb xalqları mühakimə edir; məni də mühakimə et ya Rəbb, doğruluğuma, dürüstlüyümə görə. Ey ədalətli Allahım! Pislərin pisliyi sona çatsın, doğrular güvənliyə qovuşsun, Sən ki ağılları, könülləri sınayırsan. Allah qalxan kimi yanımdadır, təmiz ürəkliləri O qurtarar. Allah ədalətli hakimdir... Budur, pis insan pislik sancısı çəkir, fəsada hamilə qalıb yalan doğur. Bir quyu qazır, qazdığı quyuya özü düşür. Pisliyi öz başına gələcək, zülmü öz təpəsinə enəcək. Şükr edim doğruluğu üçün Rəbbə, uca Rəbbin adını ilahilərlə tərifləyim. (Zəbur, 7:1, 7-11, 14-17)

Ey hakimimiz Rəbb, necə də uca Adın var bütün yer üzündə! Göy üzünü əzəmətinlə örtdün. Seyr edərkən əllərinin əsəri  olan göyləri, oraya qoyduğun ayı və ulduzları, soruşuram özümdən: "İnsan nədir ki, onu anasan və ya Adəm oğlu nədir ki, ona maraq göstərəsən?"... Başına ucalıq və şərəf tacını qoydun. Əllərinin əsərləri (yaratdıqlarının) üzərinə onu hakim etdin, hər şeyi ayaqlarının altına sərdin; davarları, malları, vəhşi heyvanları, göydəki quşları, dənizdəki balıqları, dənizdə hərəkət edən bütün canlıları. Ey hakimimiz Rəbb, necə də uca Adın var bütün yer üzündə! (Zəbur, 8:1-9)

Ya Rəbb, bütün qəlbimlə Sənə şükr edəcəyəm, yaratdığın möcüzələrin hamısını bildirəcəyəm. Səndə sevinc tapıb coşacağam, Adını ilahilərlə tərifləyəcəyəm ey ucalar ucası! Çünki haqqımı, mühakiməmi ədalətli hakim kimi Sən müdafiə etdin... Təməlindən dağıtdığın şəhərlərə gəldikdə onların xatirələri belə silinib getdi. Halbuki Rəbb sonsuza qədər hökmranlıq edər, mühakimə üçün qurmuşdur hökmdarlığını; O idarə edər düzgünlüklə dünyanı, O mühakimə edər ədalətlə xalqları. Rəbb əzilənlər üçün bir sığınacaq, çətin günlərdə bir qaladır. Səni tanıyanlar Sənə güvənər, çünki Sənə yönələnləri heç tərk etmədin ya Rəbb... Rəbbi ilahilərlə tərifləyin! Etdiklərini xalqlar arasında eşitdirin!... Əzilənlərin fəryadını unutmaz. Acı mənə ya Rəbb!... Tərifə dəyər işlərini bildirim (Təriflə Səni anım)... Verdiyin qurtuluşla sevinim. Xalqlar öz qazdıqları quyuya düşdü, ayaqları gizlədikləri tora ilişdi. Ədalətli mühakimələri ilə Rəbb Özünü göstərdi, pislər öz qurduqları tələyə düşdü. Pislər ölülər diyarına (Cəhənnəmə) gedəcək, Allahı unudan bütün xalqlar... Amma yoxsul tamamilə unudulmayacaq, məzlumun ümidi sonsuza qədər itməyəcək. (Zəbur, 9:1-18)

Ya Rəbb... Pis insan daxilindəki istəklərlə öyünər... Özünü bəyənmiş pis insan Allaha yönəlməz... Elə ucadır ki, Sənin mühakimələrin pislər anlaya bilməz... Daxilindən "Mən sarsılmaram" deyər, "Heç bir zaman çətinliyə düşmərəm". Ağzı lənət, hiylə və zülmlə doludur, dilində pislik və fəsad gizlənmişdir. Kəndlərin ətrafında tələ qurar, günahsızı gizli yerlərdə öldürər, çarəsizi hiyləgərliklə güdər. Gizli yerlərdə pusqu qurar kolluqdakı aslan kimi, qapmaq üçün məzlumu gözləyər və toruna salıb tutar... Ya Rəbb... Halbuki Sən çətinlik və acı çəkənləri görürsən, kömək etmək üçün onları izləyirsən; çarəsizlər Sənə söykənər, yetimin köməkçisi Sənsən... Məzlumların diləyini eşidərsən ya Rəbb, ürəkləndirərsən onları, qulağın həmişə üzərlərindədir; yetimə, düşkünə haqqını vermək üçün, bir daha dəhşət saçmasın ölümlü insan. (Zəbur, 10:1-18)

Mən Rəbbə sığınıram... Bütün insanları görür, hər kəsi sınayır. Rəbb doğru insanı sınayar, pisdən, zülmü sevəndən xoşlanmaz, razı olmazsan. Pislərin üzərinə qızğın kömür və kükürd yağdıracaq, paylarına düşən kasa sovuran külək olacaq. Çünki Rəbb doğrudur, doğruları sevər; dürüst insanlar Onun üzünü görəcək. Qurtar məni ya Rəbb, sadiq qulun qalmadı, etibarlı insanlar yox oldu. Hamı bir-birinə yalan danışır, yaltaqlıq, ikiüzlülük edir.

Susdursun Rəbb yaltaqların ağzını, böyüklənən dilləri. Onlar "Dilimizlə qazanırıq, dodaqlarımız əmrimizdədir, kim bizə ağalıq edə bilər?" deyərlər... Rəbbin sözləri pak sözlərdir; torpaq ocaqda əridilmiş, yeddi dəfə təmişlənmiş gümüşə bənzəyir. Sən onları qoru ya Rəbb, bu pis nəsildən həmişə uzaq tut! İnsanlar arasında alçaqlıq rəğbət görüncə pislər hər yanda dolaşmağa başladı. (Zəbur, 11:1-7)

Gör halımı ya Rəbb... Mən Sənin sevginə güvənirəm, qəlbim xilasınla coşsun. Səni tərənnüm edəcəyəm ya Rəbb, çünki yaxşılıq etdin mənə. (Zəbur, 13:3-6)

Ya Rəbb... Qüsursuz həyat sürən, ədalətli davranan, ürəkdən həqiqəti söyləyən. Böhtan atmaz, dostuna zərər verməz, qonşusunun qeybətini etməz beləsi. Alçaq insanları xor görər, amma Rəbbdən qorxanlara hörmət edər. Öz zərərinə and içsə belə, dönməz andından. Pulunu faizə verməz, günahsıza qarşı rüşvət almaz. Belə yaşayan əsla sarsılmayacaq. (Zəbur, 15:1-5)

Qoru məni ey Allah, çünki Sənə sığınıram. Rəbbə dedim ki, "Böyüyüm Sənsən. Səndən kənar xoşbəxtlik yoxdur mənim üçün"... Başqa ilahların ardınca qaçanların dərdi artacaq. Onların... adlarını ağzıma almayacağam. Mənim payıma, mənim kasama düşəni təyin edən Sənsən ya Rəbb; həyatım Sənin əllərindədir (Sənin təqdirindədir). Payıma necə gözəl yerlər düşdü, necə möcüzə bir mirasım var! Tərifləyərəm mənə öyüd verən Rəbbi, gecələr belə vicdanım xəbərdar edər məni. Gözümü Rəbbdən ayırmaram, sağımda dayandığı üçün sarsılmaram. Bu səbəblə qəlbim sevinc doludur, ürəyim coşur, bədənim güvənlik içindədir. Çünki Sən məni ölülər diyarına (Cəhənnəmə) tərk etməzsən, sadiq qulunun çürüməsinə izn verməzsən. Həyat yolunu mənə bildirərsən. Bol sevinc vardır Sənin hüzurunda, sağ əlindən xoşbəxtlik azalmaz. (Zəbur, 16:1-11)

Hiyləsiz dodaqlardan çıxan duamı dinlə! Haqlı çıxar məni, çünki Sən gerçəyi görürsən. Qəlbimi yoxladın, gecə yoxladın, sınadın məni, pis bir şey tapmadın; qərarlıyam, ağzımdan pis söz çıxmaz, başqalarının etdiklərinə gəlincə, mən Sənin sözlərinə uyub qəddarlıq yollarından qaçdım. Möhkəm addımlarla Sənin yollarını tutdum, sürüşmədi ayaqlarım. Sənə yalvarıram ey Allah, çünki məni cavablayarsan... Göstər möcüzəvi sevgini, ey Sənə sığınanları təcavüzkarlardan sağ əli ilə qurtaran (inayəti ilə qoruyan)! Qoru məni göz bəbəyi kimi; qanadlarının gölgəsində gizlə pislərin hücumundan, ətrafımı sarıyan öldürücü düşmənlərimdən. Ürəkləri yağ bağlamışdır, ağızları böyük danışır. İzimi tapdılar, üzərimə gəlirlər, yerə vurmaq üçün göz qoyurlar. Eynilə parçalamaq üçün səbirsiz bir aslan, pusqu quran gənc bir aslan kimi... ya Rəbb, kəs önlərini, əy başlarını!... Qurtar məni pislərdən... ya Rəbb, həyat payı bu dünyada olan insanlardan... (Zəbur, 17:1-15)

Səni sevirəm, gücüm Sənsən ya Rəbb! Rəbb mənim dayağım, sığınacağım, xilaskarımdır Allahım; dayağım, sığınacaq yerim, qalxanım (qoruyucum), güclü xilaskarım, himayəmdir!... Çətinlikdə Rəbbə yalvardım, köməyə çağırdım Allahımı... Səsimi eşitdi... O zaman yer üzü sarsılıb silkələndi, titrəyib sarsıldı dağların təməlləri, Rəbb... çıxardı məni dərin sulardan. Məni məndən nifrət edənlərdən qurtardı, çünki onlar məndən güclü idi.

Müsibət günümdə qarşıma çıxdılar, amma Rəbb mənə dəstək oldu. Məni hüzura qovuşdurdu, qurtardı, çünki məndən razı qaldı. Rəbb doğruluğumun qarşılığını verdi, məni təmiz əllərimə görə mükafatlandırdı. Çünki Rəbbin yolunda getdim, Allahımdan uzaqlaşaraq pislik etmədim. Onun bütün qanunlarını gözümün önündə tutdum, qaydalarından ayrılmadım. Onunla kamiləm və cinayət törətməkdən çəkindim. Buna görə Rəbb məni doğruluğuma və nəzərində pak olan əllərimə görə mükafatlandırdı. Mərhəmətli quluna mərhəmət göstərərsən... Təvazökarları qurtarar, qürurlulara boyun əydirərsən. nurumun qaynağı Sənsən ya Rəbb, Allahım! Qaranlığımı nurlandırarsan... Allahın yolu qüsursuzdur, Rəbbin sözü pak edər. O, Özünə sığınan hər kəsin qalxanıdır. Varmı Rəbbdən başqa Allah? Allahımızdan başqa dayaq varmı? Allah mənə güc verər, yolumu qüsursuz edər. Ayaq verdi mənə, marallarınkı kimi və zirvələrdə tutar məni... Addım atdığım yerləri genişləndirərsən, burxulmaz biləklərim... Rəbb yaşayır! Dayağıma (Allahıma) təriflər olsun! Ucalsın xilaskarım Allah!... Düşmənlərimdən qurtarar, qiyamçılardan üstün edər məni, zalımların əlindən alar. Buna görə xalqlar arasında Sənə şükr edəcəyəm ya Rəbb, adını ilahilərlə tərifləyəcəyəm. Rəbb padşahını böyük zəfərlərə çatdırar. (Zəbur, 18:1-49)

Göylər Allahın əzəmətini əks etdirir, göy qübbəsi əllərinin əsərini eşitdirir. Gün günə söz söyləyər, gecə gecəyə məlumat verər... Göyün bir ucundan çıxar, o biri ucuna dönər, heç bir şey gizlənməz istiliyindən. Rəbbin qanunu kamildir, cana can qatar, Rəbbin buyruqları etibarlıdır,  saf adama müdriklik verər, Rəbbin qaydaları doğrudur, qəlbi sevindirər, Rəbbin buyruqları pak edər, gözləri nurlandırar. Rəbb qorxusu pakdır, sonsuza qədər qalar, Rəbbin qanunları gerçək və tamamilə ədalətlidir. Onlara qızıldan, bol miqdarda saf qızıldan çox istək duyular, onlar baldan, süzmə baldan şirindir. Xəbərdar edərlər qulunu, onlara uyanların mükafatı böyükdür. Kim səhvlərini görə bilər? Bağışla görə bilmədiyim qüsurlarımı, bilərək işlənən günahlardan qoru qulunu, izn vermə mənə hakim olmalarına! O zaman böyük üsyandan uzaq, kamil olaram. Ağzımdan çıxan sözlər, qəlbimdəki düşüncələr Səndən qəbul görsün ya Rəbb, dayağım, xilaskarım mənim! (Zəbur, 19:1-14)

Çətin günündə Rəbb səni cavablasın... səni qorusun! Kömək göndərsin sənə... Bəziləri döyüş arabalarına, bəziləri də atlarına güvənər; biz isə Allahımız Rəbbə güvənirik. Onlar çöküb yıxılırlar; biz isə qalxıb dik dururuq. Ya Rəbb... Cavabla bizi Sənə yalvardığımız gün! (Zəbur, 20:1-9)

Ya Rəbb, padşah sevinir göstərdiyin gücə... Üzərinə davamlı bərəkət yağdırdın, varlığınla onu sevincə qərq etdin. Çünki padşah Rəbbə güvənər və ucalar ucasının sevgisi sayəsində sarsılmaz... Saflar qursalar Sənə, aldatmağa çalışsalar, yenə də müvəffəqiyyətli ola bilməzlər... Ucalığını göstər ya Rəbb, gücünlə! Səni tərənnüm edib ilahilərlə tərifləyəcəyik qüdrətini. (Zəbur, 21:1-13)

Sənə güvəndilər atalarımız, Sənə söykəndirlər, onları qurtardın. Sənə yalvarıb xilas oldular, Sənə güvəndilər, aldanmadılar... Məni ana rəhmindən çıxaran, ana qucağında ikən Sənə güvənməyi öyrədən Sənsən. Doğulduğumdan bəri Sənə təslim edildim, ana rəhmindən bəri Allahım Sənsən... Ya Rəbb ... Ey gücüm mənim... Qurtar məni aslanın ağzından, vəhşi öküzlərin buynuzundan. (Zəbur, 22:4-21)

Adını qardaşlarıma eşitdirim, topluluğun ortasında Sənə təriflər deyim: Ey sizlər, Rəbbdən qorxanlar, Ona təriflər deyin!... Onu ucaldın!... Ona hörmət göstərin!... Tərif mövzum Sən olacaqsan böyük topluluqda, Səndən qorxanların qarşısında yerinə yetirəcəyəm əhdlərimi. Yoxsullar yeyib doyacaq, Rəbbə yönələnlər Ona tərif deyəcək... Yer üzünün dörd tərəfi xatırlayıb Rəbbə dönəcək, xalqların bütün soyları Onun qarşısında yerə qapanacaq. Çünki hökmranlıq Rəbbindir, xalqları O idarə edər. Yer üzündəki bütün varlılar... Onun qarşısında yerə qapanacaq, torpağa gedənlər, ölümlərinə maneə ola bilməyənlər əyiləcəklər Onun qarşısında. Gələcək nəsillər Ona qulluq edəcək, Rəbb yeni nəsillərə danışılacaq. Onun xilasını "Rəbb etdi bunları" deyərək hələ doğulmamış bir xalqa (gələcək nəsillərə) eşitdirəcəklər. (Zəbur, 22:22-31)

Rəbb yol göstərənimdir, bir nöqsanım olmaz. Məni yamyaşıl çəmənlikdə yatırdar, sakit suların sahilinə aparar. Ruhumu təzələyər, Adı uğruna mənə doğru yollarda öndər olar. Qaranlıq ölüm vadisindən keçsəm belə, pislikdən qorxmaram. Çünki Sən mənimləsən. Ömrüm boyunca tək yaxşılıq və sevgi izləyəcək məni, həmişə Rəbbin evində oturacağam. (Zəbur, 23:1-6)

Rəbbindir yer üzü və içindəki hər şey, dünya və üzərində yaşayanlar; çünki Odur dənizlərin üzərində onu quran, suların üzərində saxlayan. (Zəbur, 24:1-2)

Əlləri pak, ürəyi təmiz olan, könlünü bütlərə verməyən, yalan yerə and içməyən. Rəbb müqəddəs hesab edər beləsini, xilaskarı Allah acıyar... (Zəbur, 24:4-5)

Ya Rəbb, bütün varlığımla Sənə yaxınlaşıram, ey Allahım, Sənə güvənirəm... Sənə ümid bağlayan heç kim utanmaz; səbəbsiz xainlik edənlər utanar. Ya Rəbb, yollarını mənə öyrət, yönlərini bildir. Mənə həqiqi yolunda öndər ol, öyrət məni; çünki məni qurtaran Allah Sənsən. Bütün gün ümidim Sənədir. Ya Rəbb... Gənclik günahlarımı, üsyanlarımı xatırlama (14),  sevginə görə xatırla məni, çünki Sən yaxşısan, ya Rəbb. Rəbb yaxşı və doğrudur, ona görə günahkarlara yol göstərər. Təvazökarlara ədalət yolunda öndər olar, Öz yolunu öyrədər onlara. Rəbbin bütün yolları sevgi və sədaqət doludur, əhdimdəki buyruqlara uyanlar üçün. Ya Rəbb, Adın naminə günahımı bağışla... Kim Rəbbdən qorxsa, Rəbb ona seçəcəyi yolu göstərər. Rahatlıq içində yaşayacaq o insan... Rəbb Özündən qorxanlarla bölüşər sirrini, onlara açıqlayar əhdini. Gözlərim həmişə Rəbbdədir, çünki ayağımı tordan O çıxarar. Halıma bax, lütf et mənə; çünki qərib və məzlumam... Qurtar məni dərdlərimdən!... Bütün günahlarımı bağışla!... Məni qoru, qurtar məni!... Sənə sığınıram! Dürüstlük, düzgünlük qorusun məni, çünki ümidim Sənədir. (Zəbur, 25:1-21)

Məni haqlı çıxar ya Rəbb, çünki dürüst bir həyat sürdüm; sarsılmadan Rəbbə güvəndim. Sına məni ya Rəbb, sına; duyğularımı, düşüncələrimi yoxla. Çünki sevgini həmişə göz önündə tutur, Sənin həqiqətini yaşayıram mən. Yalançılarla oturmaram, ikiüzlülərin yolu ilə getmərəm. Pislik edən camaatdan nifrət edərəm, fəsadçıların arasına girmərəm... Ya Rəbb, yüksək səslə təşəkkürümü eşitdirmək və bütün möcüzələrini göstərmək üçün. Sevirəm ya Rəbb... əzəmətinin olduğu yeri. Günahkarların, əli qanlı adamların... əlləri pislik alətidir, sağ əlləri rüşvətlə doludur. Amma mən dürüst yaşayıram, qurtar məni, lütf et mənə! Ayağım əmin yerdədir. İnsanların arasında Sənə təriflər deyəcəyəm ya Rəbb. (Zəbur, 26:1-12)

Rəbb mənim nurum və qurtuluşumdur, kimsədən qorxmaram. Rəbb həyatımın qalasıdır (15), kimsədən qorxmaram. Rəqiblərim, düşmənlərim olan pislər məni yenmək üçün üzərimə gələrkən büdrəyib yıxılarlar. Qarşımda bir ordu yerləşsə, tüküm tərpənməz, mənə qarşı döyüşsələr, yenə güvənimi itirmərəm. Rəbbdən tək diləyim, tək istəyim budur: Rəbbin gözəlliyini seyr etmək (16), məscidində Ona heyran olmaq üçün bütün ömrümü Onun evində keçirmək... Sevinc səsləri ilə qurbanlar kəsəcəyəm Onun çadırında (17), Onu tərənnüm edib ilahilərlə tərifləyəcəyəm. Sənə yalvarıram ya Rəbb... lütf et, cavab ver mənə! Ya Rəbb, içimdən bir səs eşitdim: "Üzümü axtar! " dedin (18), budur, üzünü (rizanı) axtarıram. Üzünü məndən gizlətmə (Rizanı məndən əsirgəmə)... Mənə həmişə köməkçi oldun; buraxma, tərk etmə məni, ey məni qurtaran Allah! Ata-anam məni tərk etsə belə, Rəbb məni qəbul edər. Ya Rəbb, yolunu öyrət mənə, düşmənlərimə qarşı düz yolda mənə öndər ol. Məni düşmənlərimin nazına buraxma, çünki qarşımda yalançı şahidlik edirlər, ağızları şiddət saçır. Həyat diyarında Rəbbin yaxşılığını görəcəyimə şübhə etmirəm. Ümidini Rəbbə bağla, güclü və ürəkli ol; ümidini Rəbbə bağla! (Zəbur, 27:1-14)

Ya Rəbb, Sənə yalvarıram, gücüm mənim... Səni köməyə çağırdığımda... dinlə iltimaslarımı. Məni pislərlə, haqsızlıq edənlərlə bir tutub cəzalandırma. Onlar qonşuları ilə dost kimi danışar, amma ürəklərində pislik bəsləyərlər. Hərəkətlərinə, etdikləri pisliklərə görə onların  cavabını ver; etdiklərinin, layiq olduqlarının qarşılığını ver. Onlar Rəbbin etdiklərinə, əllərinin əsərinə (Allahın xəlq etməsinə) əhəmiyyət verməzlər; buna görə Rəbb onları yıxıb bir daha ayağa qaldırmayacaq. Rəbbə təriflər olsun! Çünki iltimasımı eşitdi. Rəbb mənim gücüm və qalxanımdır (qoruyucumdur). Ona ürəkdən güvənirəm və kömək görürəm. Ürəyim coşur, tərənnümlə Ona şükr edirəm. Rəbb xalqının gücüdür... (Zəbur, 28:1-8)

... Rəbbi öyün, Rəbbin gücünü, ucalığını öyün, Rəbbin əzəmətini adına yaraşan şəkildə öyün, müqəddəs geyimlərdə Rəbbə qulluq edin!... Rəbbin səsi güclüdür, Rəbbin səsi əzəmətlidir...  Onun məscidində hamı "Ucasan!" deyə səslənər... (Zəbur, 29:1-9)

Səni ucaltmaq istəyirəm ya Rəbb, çünki məni qurtardın, düşmənlərimi mənə güldürmədin. Ya Rəbb Allahım, Sənə yalvardım, mənə şəfa verdin. Ya Rəbb... həyat verdin mənə, ölüm quyusuna (Cəhənnəmə) salmadın. Ey Rəbbin sadiq qulları, Onu tərənnüm edin, müqəddəsliyini xatırlayıb Ona şükr edin... Hüzur duyunca dedim ki, "Əsla sarsılmayacağam!" ya Rəbb, lütfünlə məni güclü bir dağ kimi sarsılmaz etdin... "Ya Rəbb, acı mənə; köməkçim ol ya Rəbb!" Yasımı şənliyə çevirdin, çulumu çıxarıb məni sevincə bürüdün. Belə ki, könlüm Səni ilahilərlə tərifləsin, susmasın! Ya Rəbb Allahım, Sənə davamlı şükr edəcəyəm. (Zəbur, 30:1-12)

Ya Rəbb, Sənə sığınıram. Utandırma məni heç bir zaman! Ədalətinlə qurtar məni! Qulaq as mənə, tez çat, qurtar məni; bir güc ol mənə sığınmağım üçün, güclü bir qala (sığınacaq) ol xilas olmağım üçün!... Gücüm və qalam (sığınacağım) Sənsən, öndər ol, yol göstər mənə Öz Adın naminə. Mənə qurduqları tələdən uzaq tut məni, çünki sığınacağım Sənsən. Ruhumu əllərinə (Sənin qüdrətinə, elminə) buraxıram ya Rəbb, sadiq Allah, qurtar məni.

Dəyərsiz bütlərə bel bağlayanlardan xoşlanmaram, Rəbbə güvənirəm mən. Sədaqətindən ötrü sevinib coşacağam, çünki düşkün halımı görür, çəkdiyim çətinlikləri bilirsən, məni düşmən əlinə salmadın, ayaq qoyduğum yerləri genişlətdin... Amma mən Sənə güvənirəm ya Rəbb, "Allahım Sənsən!" deyirəm. Həyatım Sənin əlindədir (Sənin təqdirində, qüdrətində), qurtar məni düşmənlərimin pəncəsindən, dalıma düşənlərdən. Üzün (nurun) qulunu nurlandırsın, sevgi göstər, qurtar məni! Utandırma məni ya Rəbb, Sənə səslənirəm; pislər utansın, ölülər diyarında (cəhənnəmdə) səsləri kəsilsin. Sussun o yalançı dodaqlar; doğru insana qarşı qürurla, təpədən baxaraq, küçümsəməklə danışan dodaqlar. Yaxşılığın necə də böyükdür ya Rəbb, onu Səndən qorxanlar üçün saxlayırsan hər kəsin gözü önündə, Sənə sığınanlara yaxşı davranırsan. İnsanların düzənlərinə qarşı, qoruyucu hüzurunla üzərlərinə qanad açarsan (19); təcavüzkar dillərə qarşı onları çardağında (20) gizləyərsən. Rəbbə təriflər olsun, ətrafı sarılmış bir şəhərdə sevgisini mənə möcüzəvi şəkildə göstərdi... Rəbbi sevin, ey Onun sadiq qulları! Rəbb Özünə bağlı olanları qoruyar, böyüklənənlərin isə hamısının cəzasını verər. Ey Rəbbə ümid bağlayanlar, güclü və ürəkli olun! (Zəbur, 31:1-24)

Nə xoş qiyamı bağışlanan, günahı örtülən insana! Günahı Rəbb tərəfindən sayılmayan, ruhunda hiylə olmayan insana nə xoş!... Sığınacağım Sənsən, məni çətinlikdən qoruyar, ətrafımı qurtuluş ilahiləri ilə əhatə edərsən... Pislərin acısı çoxdur, amma Rəbbə güvənənləri Onun sevgisi əhatə edər. Ey doğru insanlar, sevincinizi Rəbbdən alın, coşun; ey ürəyi təmiz olanlar, hamınız sevinc səsləri ucaldın! (Zəbur, 32:1-11)

Ey doğru insanlar, Rəbbə sevinclə səslənin! Dürüstlərə Onu tərifləmək yaraşar. Lira çalıb Rəbbə şükr edin, on telli çənglə Ona ilahilər deyib öyün. Ona yeni bir tərənnüm deyin, sevinc səsləri ilə sazınızı çalın. Çünki Rəbbin sözü doğrudur, hər işi sədaqətlə edər. Doğruluğu, ədaləti sevər, Rəbbin sevgisi yer üzünü doldurar. Göylər Rəbbin sözüylə... yaradıldı. Dəniz sularını bir yerə toplayar, dərin suları anbarlara yığar. Bütün yer üzü Rəbbdən qorxsun, dünyada yaşayan hər kəs Ona hörmət etsin. Çünki O söyləyincə hər şey var oldu; O buyurunca hər şey meydana çıxdı. Rəbb xalqların planlarını pozar, xalqların qanunlarını boşa çıxarar. Amma Rəbbin planları sonsuza qədər sürər... Nə xoş Allahı Rəbb olan xalqa... Rəbb... bütün insanları görər... Yer üzündə yaşayan hər kəsə göz qoyar. Hər kəsin ürəyini yaradan, etdikləri hər şeyi ölçən Odur. Nə böyük orduları ilə zəfər çalan padşah var, nə də böyük gücüylə xilas olan igid. Zəfər üçün at mənasız bir ümiddir, böyük gücünə baxmayaraq heç kimi qurtara bilməz. Amma Rəbbin gözü (21) Özündən qorxanların, sevgisinə ümid bağlayanların üzərindədir; beləcə, onları ölümdən qurtarar, qıtlıqda onları yaşadar. Ümidimiz Rəbbdədir, köməkçimiz, qalxanımız (qoruyanımız) Odur. Onda sevinc tapar ürəyimiz, çünki Onun müqəddəs adına güvənirik... Ümidimiz Sənədir, sevgin üzərimizdə olsun ya Rəbb! (Zəbur, 33:1-22)

Həmişə Rəbbə təriflər deyəcəyəm, tərifi dilimdən düşməyəcək. Rəbb ilə öyünürəm, məzlumlar eşidib sevinsin! Mənimlə birlikdə Rəbbin böyüklüyünü bildirin, adını birlikdə ucaldaq. Rəbbə yönəldim, cavab verdi mənə, bütün qorxularımdan qurtardı məni. Ona baxanların üzü  parlayar, üzləri xəcalətdən qızarmaz. Bu məzlum yalvardı, Rəbb eşitdi, bütün çətinliklərdən qurtardı onu. Rəbbin mələyi Ondan qorxanların ətrafına düşərgə qurar, qurtarar onları... Rəbb necə də yaxşıdır, nə xoş Ona sığınan adama! Rəbbdən qorxun... çünki Ondan qorxanın nöqsanı olmaz. Gənc aslanlar belə ac və möhtac olar; amma Rəbbə yönələnlərdən heç bir yaxşılıq əsirgənməz. Gəlin, ey uşaqlar, dinləyin məni: Sizə Rəbb qorxusunu öyrədim. Kim həyatdan zövq almaq, yaxşı günlər görmək istəyirsə, dilini pislikdən və dodaqlarını yalandan uzaq tutsun. Pislikdən çəkinin, yaxşılıq edin; xoşbəxtliyi məqsəd bilin, ardınca gedin. Rəbbin gözləri doğruların üzərindədir, qulağı onların iltimasına açıqdır (22). Rəbb pislik edənlərə qarşıdır, onların xatirəsini yer üzündən silər. Doğrular yalvarar, Rəbb eşidər; bütün çətinliklərdən qurtarar onları... Pis insanın sonu pisliklə bitər, cəzasını tapar doğrulardan nifrət edənlər. Rəbb qullarını qurtarar, Ona sığınanların heç biri cəza görməz. (Zəbur, 34:1-22)

... Rəbbdə sevinc tapacağam, məni qurtardığı üçün coşacağam. Bütün varlığımla belə deyəcəyəm: "Sənin kimisi varmı ya Rəbb, məzlumu zalımın əlindən, məzlumu və yoxsulu soyğunçudan qurtaran?"... Böyük yığıncaqda Sənə şükrlər edəcəyəm, camaatın arasında Səni tərifləyəcəyəm... Sülh sözünü etməz onlar, hiyləgərliklə saflar düzərlər ölkənin sakit insanlarına. (Zəbur, 35:9-20)

Günah səslənər pis insana qəlbindən: Allah qorxusu yoxdur onda. Özünü elə bəyənib ki, günahını görməz, ondan çəkinməz. Ağzından pislik və yalan axar; ağıllanmaqdan, yaxşılıq etməkdən imtina etmişdir. Yatağında belə fəsad düşünər, mənfi yolda müqavimət göstərər, rədd etməz pisliyi. Ya Rəbb, sevgin göylərə, sədaqətin səmaya çatar. Doğruluğun ulu dağlara bənzəyər, ədalətin ucsuz-bucaqsız dənizlərə. İnsanı da, heyvanı da qoruyan Sənsən ya Rəbb. Sevgin necə də qiymətlidir ey Allah! Qanadlarının gölgəsinə (23) sığınar Adəm oğlu. Evindəki bolluqdan doyarlar, zövqlərinin bulağından içirərsən onlara. Çünki həyat qaynağı Sənsən, Sənin nurunla nurlanırıq. Davamlı göstər Səni tanıyanlara sevgini, qəlbi təmiz olanlara doğruluğunu. Qürurlunun ayağı mənə çatmasın, pislərin əli məni qovmasın. (Zəbur, 36:1-11)

Pislik edənlərə qəzəblənib kədərlənmə, günah işləyənlərə etina etmə! Çünki onlar ot kimi tez solacaq, yaşıl bitki kimi quruyub gedəcək. Sən Rəbbə güvən, yaxşılıq et, ölkədə otur, sədaqətlə çalış. Rəbbdən zövq al, O, istəklərini yerinə yetirəcək. Hər şeyi Rəbbə burax, Ona güvən, O, lazım olanı edər. O, sənin doğruluğunu işıq kimi, haqqını zöhr günəşi kimi aydınlığa çıxarar. Rəbbin qarşısında sakit dur, səbirlə gözlə; Qəzəblənib kədərlənmə işi yolunda olanlara, pis məqsədlərinə qovuşanlara. Qəzəbdən uzaqlaş, burax hirsi, kədərlənmə, yalnız pisliyə sürüyər bu səni... Yaxında pisin sonu gələcək, yerini axtarsan da, tapılmayacaq. Amma təvazökarlar ölkəni miras alacaq, dərin bir hüzurun zövqünü dadacaq. Pis insan doğru insana düzən qurar, diş qıcayar... Doğrunun azacıq varı bir çox pisin sərvətindən yaxşıdır. Çünki pislərin gücü bitəcək, amma doğrulara Rəbb dəstək olacaq. Rəbb kamil olanın hər gününə göz qoyar, onların mirası sonsuza qədər sürəcək. Pis gündə utanmayacaqlar, qıtlıqda qarınları doyacaq. Amma pislər müsibətə uğrayacaq; Rəbbin düşmənləri tarla çiçəkləri kimi quruyub gedəcək, tüstü kimi dağılıb yox olacaq. Pislər borc alar, geri verməz; doğrular isə comərdliklə verər... Rəbb insana möhkəm addım atdırar, insanın yolundan razı olarsa. Büdrəsə belə, yıxılmaz insan, çünki əlindən tutan Rəbbdir (24). Gənc idim, ömrüm tükəndi, amma heç görmədim doğru insanın tərk edildiyini, soyunun çörək diləndiyini. O, həmişə comərdliklə borc verər, soyu müqəddəs hesab edilər. Pislikdən uzaq dur, yaxşılıq et; sonsuz həyata qovuşarsan. Çünki Rəbb doğrunu sevər, sadiq qullarını tərk etməz. Onlar sonsuza qədər qorunacaq... Doğrunun ağzından müdriklik axar, dilindən ədalət damlayar. Allahın qanunu qəlbindədir, ayağı sürüşməz. Pis doğruya tələ qurar, onu öldürməyə çalışar. Amma Rəbb onu pisin əlinə salmaz... Rəbbə ümid bağla, Onun yolunu tut... Pis və mərhəmətsiz adamı gördüm, ilk əkildiyi torpaqda yaşıllaşan ağac kimi qol-budaq atırdı; keçib getdi, yox oldu, axtardım, tapılmadı. Kamil olan adama göz qoy, doğru adama bax, çünki irəlidə sülh sevənindir... Doğruların qurtuluşu Rəbbdən gələr, çətin gündə onlara qala olar (25). Rəbb onlara kömək edər, qurtarar onları, pislərin əlindən alıb azad edər, çünki Özünə sığınarlar. (Zəbur, 37:1-40)

Ya Rəbb, bütün arzularımı bilirsən... Ümidim Sənədir ya Rəbb... Sən cavablayacaqsan ya Rəbb, Allahım mənim! Çünki dua edirəm... Yaxşılığa qarşı pislik edənlər mənə qarşı çıxır, yaxşılığın arxasında olduğum üçün. Məni tərk etmə ya Rəbb! Ey Allahım, məndən uzaq durma! Köməyimə gəl ya Rəbb, qurtuluşum mənim! (Zəbur, 38:9-22)

Qərar verdim: "Addımlarıma diqqət yetirəcəyəm, dilimi günahdan qoruyacam..." Yalnız bir qarış ömür verdin mənə, bir heçdir həyatım Sənin qarşında. Hər insan bir nəfəsdir yalnız, ən güclü çağında belə. "Bir kölgə kimi gəzər insan, boş yerə çırpınar, mal yığar kimə qalacağını bilmədən. "Nə gözləyə bilərəm indi ya Rəbb? Ümidim Sənədir. Qurtar məni... Hər insan bir nəfəsdir yalnız. "Duamı eşit ya Rəbb, dinlə iltimasımı... (Zəbur, 39:1-12)

Rəbbi səbirlə gözlədim; mənə yönəlib iltimasımı eşitdi. Ölüm quyusundan, palçıqdan çıxardı məni, ayaqlarımı qaya üzərində tutdu ki, sürüşməyim.

Mənə yeni bir tərənnüm (ilahi), Allahımız üçün bir tərif ilahisi verdi. Çoxları görüb qorxacaq və Rəbbə güvənəcəklər. Nə xoş Rəbbə güvənən insana, qürurluya və yalana yönələnə meyl etməyənə. Ya Rəbb, Allahım, möcüzələrin, düşüncələrin necə də çoxdur bizim üçün; Sənə ortaq qoşulmaz!

Eşitdirmək, bildirmək istəsəm etdiklərini, saymaqla bitməz... Belə dedim: "... Ey Allahım, Sənin istəyini etməkdən zövq alıram mən, qanunun ürəyimin dərinliyindədir". Böyük yığıncaqda müjdə verərəm Sənin zəfərini, sözümü əsirgəmərəm ya Rəbb, bildiyin kimi! Zəfərini qəlbimdə gizləmərəm, bağlılığını və xilasını eşitdirərəm; sevgini, sədaqətini saxlamaram böyük topluluqdan. Ya Rəbb, əsirgəmə mehribanlığını məndən! Sevgin, sədaqətin həmişə qorusun məni! Saysız bəlalar ətrafımı sarıdı... Nə olar ya Rəbb, qurtar məni! Köməyimə gəl ya Rəbb!... Səndə nəşə və sevinc tapsın bütün Sənə yönələnlər! "Rəbb ucadır!" desin həmişə Sənin xilasını gözləyənlər!... Köməkçim və xilaskarım Sənsən... ey Allahım! (Zəbur, 40:1-17)

Nə xoş yoxsulu düşünənə! Rəbb qurtarar onu pis gündə. Qoruyar Rəbb, yaşadar onu, ölkədə xoşbəxt edər, buraxmaz düşmənlərinin əlinə. Dəstək olar Rəbb ona yatağa düşüncə; xəstələndiyində sağaldar onu. "Acı mənə ya Rəbb!" dedim, "Şəfa ver mənə". Dürüstlüyümə görə mənə dəstək olar, sonsuza qədər məni hüzurunda tutarsan. Əzəldən sonsuzadək təriflər olsun... Rəbbə! Amin! Amin! (Zəbur, 41:1-13)

Maral axan sular üçün necə darıxırsa, canım da Sənin üçün elə darıxır ey Allah! Qəlbim Allaha, yaşayan Allaha susadı; nə vaxt görməyə gedəcəyəm Allahın üzünü? (26)... Allaha ümid bağla, çünki Ona yenə təriflər deyəcəyəm; O, mənim xilaskarım və Allahımdır... Gündüz Rəbb sevgisini göstərər, gecə ilahi söyləyər və dua edərəm həyatımın Allahına... Allaha ümid bağla, çünki Ona yenə təriflər deyəcəyəm; O, mənim xilaskarım və Allahımdır. (Zəbur, 42:1-11)

... Qurtar hiyləgər, haqsız insandan. Çünki Sən Allahımsan, qalamsan (27)... Göndər nurunu, həqiqətini, yol göstərsinlər mənə... Nəşə, sevinc qaynağım olan Allaha gedəcəyəm və Sənə ey Allah, Allahım mənim, lira ilə şükr edəcəyəm... Allaha ümid bağla, çünki Ona yenə təriflər deyəcəyəm; O, mənim xilaskarım və Allahımdır. (Zəbur, 43:1-5)

Onlar... öz biləkləri ilə zəfərə çatmadılar. Sənin sağ əlin, biləyin, üzünün nuru (28) sayəsində oldu bu; çünki Sən onları sevdin... Sənsən bizi düşmənlərimizdən qurtaran, bizdən nifrət edənləri utandıran. Hər gün Allahla öyünər, sonsuza qədər adına şükr edərik... O, qəlbdə gizlənənləri bilər. (Zəbur, 44:3-21)

Allah sığınacağımız və gücümüzdür, çətinlikdə həmişə köməyə hazırdır. Buna görə qorxmarıq yer üzü alt-üst olsa, dağlar dənizlərin qoynuna aşsa, sular guruldayıb köpüklənsə, qabaran dəniz dağları titrətsə belə... Hər şeyə hakim Rəbb bizimlədir... (Zəbur, 46:1-7)

Ey bütün xalqlar, əl çalın! Sevinc səsləri ucaldın Allahın izzətinə! Necə müdhişdir uca Rəbb... Tərənnüm edin (ilahilərlə) Allahı, tərənnüm... Allaha aiddir yer üzünün padşahları. O, çox ucadır. (Zəbur, 47:1-2, 6-8)

Rəbb böyükdür və yalnız O, təriflənməyə dəyər... Adın kimi ey Allah, tərifin də dünyanın dörd bucağına çatar. Sağ əlin zəfərlə doludur... Bu Allah sonsuza qədər bizim Allahımız olacaq, bizə həmişə yol göstərəcək. (Zəbur, 48:1, 10-14)

Ey bütün xalqlar, dinləyin! Qulaq asın hamınız, ey dünyada yaşayanlar, xalq övladları, bəy balaları, zənginlər, yoxsullar! Müdriklik çıxacaq ağzımdan, anlayış verəcək beynimdəki düşüncələr, qulaq asacağam məsəllərə... Onlar var-dövlətlərinə güvənər, böyük sərvətləri ilə lovğalanarlar. Heç kim başqasının həyatının əvəzini ödəyə bilməz, Allaha fidyə verə bilməz... Bütün göstərişinə baxmayaraq keçicidir insan, ölüb gedən heyvanlar kimi.

Axmaqların yolu, onların sözünü təsdiqləyənlərin sonu budur. Sürü kimi ölülər diyarına (Cəhənnəmə) sürüləcəklər... Dan yeri ağarınca doğrular onlara hakim olacaq, cəsədləri çürüyəcək, ölülər diyarı (Cəhənnəm) onlara iqamətgah olacaq. Amma Allah məni ölülər diyarının (Cəhənnəmin) pəncəsindən qurtaracaq və yanına aparacaq. Qorxma birisi varlansa, evinin əzəməti artsa. Çünki ölüncə heç bir şey apara bilməz, əzəməti onunla məzara getməz.

Yaşayarkən özünü xoşbəxt saysa belə, müvəffəqiyyətli olunca tərif görsə belə. Atalarının nəslinə qatılacaq, onlar ki, əsla işıq üzü görməyəcəklər. Bütün göstərişinə qarşı anlayışsızdır insan, ölüb gedən heyvanlar kimi. (Zəbur, 49:1-20)

Güclü olan Allah, Rəbb danışır; Günəşin doğulduğu yerdən batdığı yerə qədər bütün yer üzünə səslənir. Gözəlliyin... parıldayır Allah... Göylər Onun ədalətini bildirəcək, çünki hökm verən Allahın Özüdür... "Mən Allaham... Bütün meşə varlıqları, dağlardakı bütün heyvanlar Mənimdir. Dağlardakı bütün quşları qoruyaram, çöllərdəki bütün vəhşi heyvanlar Mənimdir... Çətin günündə səslən Mənə, səni qurtararam, sən də Məni ucaldarsan". Amma Allah pisə belə deyir: "... Yola gəlməkdən nifrət edib sözlərimə məhəl qoymursan. Oğru görüncə onunla dost olur, zina edənlərə ortaq olursan. Ağzını pislik üçün istifadə edir, dilini yalana yönəldirsən... Günahlarını gözünün önünə gətirirəm. ..Yolunu düzəldənə xilasımı göstərəcəyəm". (Zəbur, 50:1-23)

Ey Allah, lütf et mənə, sevgin naminə; sil üsyanlarımı, sərhədsiz mərhəmətin naminə. Bütünlüklə yu məni günahımdan, təmizlə məni günahımdan...

Sən könüldə sədaqət istəyirsən, müdriklik öyrət mənə qəlbimin dərinliklərində. Məni... təmizlə, pak olum, yu məni (günahlarımdan təmizlə), qardan ağ olum... Ey Allah, təmiz bir qəlb yarat, yenidən qərarlı bir ruh var et içimdə. Məni hüzurundan atma, müqəddəs ruhunu məndən alma. Geri ver mənə bəxş etdiyin qurtuluş sevincini, mənə dəstək ol, istəkli bir ruh ver. Baş qaldıranlara Sənin yollarını öyrədim, günahkarlar geri dönsün Sənə.

Qurtar məni qan tökmək günahından. Ey Allah, məni qurtaran Allah, dilim Sənin xilasını ilahilərlə tərifləsin. Ya Rəbb, aç dodaqlarımı, ağzım Sənin təriflərini eşitdirsin... Sənin qəbul etdiyin qurban təvazökar bir ruhdur, təvazökar və peşman bir qəlbi xor görməzsən, ey Allah. (Zəbur, 51:1-17)

Nə üçün pisliyinlə öyünürsən ey lovğa? Allahın sadiq qullarına qarşı bütün gün dilin müsibət hazırlayar iti ülgüc kimi, ey hiyləgər. Yaxşılıqdan çox pisliyi, doğru danışmaqdan çox yalanı sevirsən. Ey səni hiyləgər! Hər zərərli sözü sevirsən. Amma Allah səni sonsuza qədər məhv edəcək... Doğrular bunu görüncə qorxacaq... belə deyəcəklər: "Bax, bu adam Allaha sığınmaq istəmədi, sərvətinin bolluğuna güvəndi, başqalarını yıxıb gücləndi!" Amma mən... sonsuza qədər Allahın sevgisinə güvənərəm. Davamlı Sənə şükr edərəm etdiklərin üçün, sadiq qullarının önündə ümid bağlayaram, çünki Adın yaxşıdır. (Zəbur, 52:1-9)

Ağılsız qəlbində "Allah yoxdur!" deyər. İnsanlar pozuldu, pis işlər baş alıb getdi, yaxşılıq edən yoxdur... Hamısı azdı, korlandı, yaxşılıq edən yoxdur...

Allaha yalvarmırlar. Amma qorxulmayacaq yerdə qorxacaqlar, çünki Allah... onları rədd etdiyi üçün hamısını utandıracaq. (Zəbur, 53:1-5)

Ey Allah, məni Adınla qurtar, gücünlə acı mənə!... Məğrurlar mənə hücum edir, zalımlar canımı almaq istəyir, Allaha məhəl qoymurlar. Budur, Allah mənim köməkçimdir, tək dəstəyim Rəbbdir... Ya Rəbb, sənə könüldən bir qurban verəcəyəm, adına şükr edəcəyəm, çünki Adın yaxşıdır. Məni bütün çətinliklərdən qurtardın... (Zəbur, 54:1-7)

Heyrətləndir pisləri ya Rəbb, qarışdır dillərini, çünki şəhərdə şiddət və qarşıdurma görürəm. Gecə-gündüz şəhərin divarlarının üzərində gəzərlər, haqsızlıqla və fəsadla doludur şəhərin içi. Təxribat şəhərin göbəyindədir, zülm, hiylə azalmaz meydanından... Mən isə Allaha səslənirəm, Rəbb qurtarar məni... Allahdan qorxmurlar. Yoldaşım dostlarına hücum çəkib etdiyi andlaşmağı pozdu. Ağzından bal damlayır, amma qəlbində döyüş var.

Sözləri yağdan yumşaqdır, amma açıq bir qılıncdır. Yükünü Rəbbə burax, O, sənə dəstək olar. Əsla izn verməz doğru insanın sarsılmasına. Amma Sən ey Allah, ölüm quyusuna (Cəhənnəmə) atacaqsan pisləri, günlərinin yarısını görməyəcək qatillər və xainlər; mən isə Sənə güvənirəm. (Zəbur, 55:9-23)

Sənə güvənərəm qorxduğum zaman. Allaha, sözünü təriflədiyim Allaha güvənərəm mən, qorxmaram. İnsan mənə nə edə bilər? Gün boyu sözlərimi təhrif edib haqqımda həmişə pislik hazırlayırlar. Fəsadlıq üçün çalışır, pusqu qurur, addımıma göz qoyur, canımı almaq istəyirlər... Bilirəm, Allah mənim tərəfimdədir. Sözünü təriflədiyim Allaha, sözünü təriflədiyim Rəbbə, Allaha güvənərəm mən, qorxmaram; insan mənə nə edə bilər ki?... Çünki məni ölümdən qurtardın, ayağımı büdrəməkdən qorudun; budur, həyat işığında, Allah hüzurunda gedirəm. (Zəbur, 56:3-13)

Acı mənə ey Allah, acı, çünki Sənə sığınıram; fəlakət keçənə qədər, qanadlarının kölgəsinə (29) sığınacağam. Uca Allaha, mənim üçün hər şeyi edən Allaha səslənirəm... Ucalığını göstər göylərin üstündə ey Allah, əzəmətin bütün yer üzünü örtsün! Yoluma quyu qazdılar, içinə özləri düşdülər.

Qərarlıyam ey Allah, qərarlıyam,  İlahilər söyləyəcəyəm. Xalqların arasında Sənə şükr edəcəyəm ya Rəbb, xalqların arasında Səni ilahilərlə tərifləyim. Çünki sevgin göylərə çatar, sədaqətin səmaya çatar. Ucalığını göstər göylərin üstündə ey Allah, əzəmətin bütün yer üzünü örtsün! (Zəbur, 57:1-11)

Ey idarəçilər, həqiqətən ədalətli hökm verirsinizmi? Doğru mühakimə edirsinizmi insanları? Xeyr! Həmişə haqsızlıq hazırlayırsınız daxilinizdə, zülm saçır əlləriniz yer üzünə.... (Zəbur, 58:1-3)

Qurtar məni düşmənlərimdən ey Allahım, qalam (sığınacağım) ol rəqiblərimə qarşı. Qurtar məni cinayətkarlardan, uzaq tut qanlı qatillərdən... Sən ya Rəbb, hər şeyə hakim Allah... Gücüm Sənsən, Səni gözləyirəm, çünki qalamsan (sığınacağımsan) ey Allah. Allahım sevgisiylə qarşılayar məni... Ya Rəbb, qalxanımız (qoruyucumuz) bizim... Gücünü səhər tərənnüm edəcək, sevgini sevinclə dilə gətirəcəyəm. Çünki Sən mənə qala (30), çətin günümdə sığınacaq oldun. Gücüm Sənsən, Səni ilahilərlə tərifləyəcəyəm, çünki qalam (sığınacağım), məni sevən Allah Sənsən. (Zəbur, 59:1-17)

Qurtar bizi sağ əlinlə, kömək et ki, sevdiklərin azadlığa qovuşsun! Kömək et bizə düşmənə qarşı, çünki insan köməyinin xeyri yoxdur. Allahla zəfər qazanarıq... (Zəbur, 60:5, 11-12)

Ey Allah... çünki Sən mənim üçün sığınacaq, düşmənə qarşı güclü bir dəstək oldun. Çadırında (31) sonsuza qədər oturub qanadlarının kölgəsinə (32) sığınmaq istəyirəm. Çünki Sən ey Allah, əhdlərimi eşitdin, adından qorxanların mirasını mənə verdin... Sevgin və sədaqətinlə qoru!... Adını həmişə ilahilərlə tərifləyəcəyəm... (Zəbur, 61:1-8)

Qəlbim yalnız Allahda hüzur tapar, qurtuluşum Ondan gələr. Tək gücüm, qurtuluşum, qalam (sığınacağım) Odur, əsla sarsılmaram... Ey qəlbim, tək Allahda hüzur tap, çünki ümidim Onadır. Tək gücüm, qurtuluşum, qalam (sığınacağım) Odur, sarsılmaram. Qurtuluşum və şərəfim Allaha bağlıdır, qüvvətli gücüm, sığınacağım Odur. Ey xalqım, həmişə Ona güvən... Çünki Allah sığınacağımızdır... Zalımlığa güvənməyin... Güc Allahındır, sevgi də Sənindir ya Rəbb! Çünki Sən hər kəsə, etdiyinin qarşılığını verərsən. (Zəbur, 62:1-12)

Ey Allah, Sənsən mənim Allahım, Səndən ötrü çox darıxıram, qəlbim Sənə susayıb, quraq, yorucu, susuz bir diyarda, bütün varlığımla Səni axtarıram... Sənin sevgin həyatdan yaxşıdır, buna görə dodaqlarım Səni ucaldar. Ömrüm boyunca Sənə təriflər deyəcəyəm, Sənin adınla əllərimi qaldıracağam. Zəngin yeməklərə doymuş kimi sənə doyacağam, ötən dodaqlarla ağzım Sənə təriflər deyəcək. Yatağıma uzananda Səni xatırlayaram, gecə boyu  Səni dərin düşünürəm. Çünki Sən mənə köməkçi oldun, qanadlarının kölgəsində (33) sevincimi dilə gətirərəm. Canım Sənə möhkəm sarılar, sağ əlin mənə dəstək olar... Padşah isə Allahda sevinc tapacaq. Allahın adıyla and içənlərin hamısı öyünəcək, yalançıların ağzı isə bağlanacaq. (Zəbur, 63:1-11)

Pislərin gizli qanunlarından, o günahkar güruhun qalmaqalından qoru məni. Onlar dillərini qılınc kimi bülövləyib acı sözlərini ox kimi hədəfə yönəldiblər, pusqularından günahsız insanın üzərinə atmaq üçün. Qəflətən vurarlar, heç çəkinmədən. Bir-birlərini pislik etməyə vadar edər, gizli tələlər hazırlayarkən "Kim görəcək?" deyərlər. Haqsızlıq etməyi düşünər, "Qüsursuz bir plan qurduq!" deyərlər. İnsanın daxili və qəlbi dərin bir sirrdir, naməlumdur. Amma ... Dilləri ücbatından müsibətə uğrayacaqlar... Doğru insan Rəbbdə sevinc tapacaq, Ona sığınacaq, bütün təmiz qəlblilər Onu tərifləyəcək. (Zəbur, 64:2-10)

Ey Allah... Ey Sən, duaları eşidən, bütün insanlar Sənə gələcək. Günahlarımızın altında əzildik, amma Sən üsyanlarımızı bağışlayarsan. Nə xoş bağçalarında otursun deyə seçib Özünə yaxınlaşdırdığın adama! Evinin, müqəddəs məscidinin nemətlərinə doyacağıq. Ey bizi qurtaran Allah, müdhiş işlər görüb zəfərlə cavablayarsan bizi. Sən yer üzünün dörd tərəfində uzaq dənizlərdəkilərin ümidisən; qüdrətli olan, gücüylə dağları quran, dənizlərin və dalğaların gurultusunu, xalqların iğtişaşını yatıran Sənsən. Dünyanın o biri tərəfində yaşayanlar qorxuya düşər Sənin nişanələrinin qarşısında.

Şərqdən qərbə qədər insanlara sevinc səsləndirərsən. Torpağa baxar, çox məhsuldar, zəngin edərsən. Ey Allah, çayların su ilə doludur, insanlara taxıl verərsən, çünki Sən torpağı belə hazırlayarsan: Şumun açdığı novcuğu bolluca sulayıb yaylalarını hamarlaşdırarsan. Yağışla torpağı yumşaldar, məhsullarına bərəkət qatarsan. Yaxşılıqlarınla ili taclandırarsan, arabaların keçdiyi yollardan bolluq axar, otlaqlar yaşıllanar, təpələr sevincə bürünər, otlaqlar sürülərlə bəzənər, vadilər əkinlə örtülər, sevincdən səslənib tərənnüm (ilahi) söyləyərlər. (Zəbur, 65:1-13)

Ey yer üzündəki bütün insanlar, Allaha sevinc səsləri ucaldın! Adının ucalığına ilahilər söyləyin, Ona görkəmli təriflər deyin! "Necə böyük işlərin var!" deyin Allaha, "Elə böyük gücün var ki, düşmənlərin əyilir qarşında. Bütün yer üzü Sənə qulluq edir, ilahilər oxuyur, adını ilahilərlə tərifləyir". Gəlin, baxın Allahın nələr etdiyinə! Necə müdhiş işlər gördü insanların içində: Dənizi quruya çevirdi, atalarımız piyada keçdilər çaydan. Etdiyinə sevindik orada. Qüdrətiylə sonsuza qədər hakim olar, gözü xalqları süzər (34); Qiyam edənlər qürura qapılmasın! Ey xalqlar, Allahımıza şükr edin, təriflərini bildirin. Həyatımızı qoruyan, ayağımızın sürüşməsinə izn verməyən Odur. Sən bizi sınadın ey Allah, gümüş təmizləyən kimi təmizlədin... Gəlin, dinləyin, ey sizlər, Allahdan qorxanlar, mənim üçün nələr etdiyini sizə bildirim. Ağzımla Ona yalvardım, tərifi dilimdən düşmədi. Qəlbimdə pisliyə yer versəydim, Rəbb məni dinləməzdi. Halbuki Allah dinlədi məni, qulaq asdı duamın səsinə. Təriflər olsun Allaha, çünki duamı geri çevirmədi, sevgisini məndən əsirgəmədi. (Zəbur, 66:1-10, 20)

Allah bizə lütf etsin, bolluq versin, üzünün nuru (35) üzərimizə saçsın. Belə ki, yer üzündə yolun, bütün xalqlar içində qurtarıcı gücün bilinsin.

Xalqlar Sənə şükr etsin ey Allah, bütün xalqlar Sənə şükr etsin! Xalqlar sevinsin, sevincdən səslənsin, çünki Sən xalqları ədalətlə mühakimə edərsən, yer üzündəki xalqlara yol göstərərsən. Xalqlar Sənə şükr etsin ey Allah, bütün xalqlar Sənə şükr etsin! Torpaq məhsulunu verdi, Allah, Allahımız, bizi bolluğa qovuşdursun. Allah bizə bolluq versin, dünyanın dörd tərəfində olanlar Ondan qorxsun! (Zəbur, 67:1-7)

Ancaq doğrular sevinsin, bayram etsinlər Allahın qarşısında, sevinclə coşsunlar. Allahı tərənnüm edin, adını ilahilərlə öyün... Allah kimsəsizlərə ev verər, məhbusları azadlığa və rahatlığa qovuşdurar, amma qiyam edənlər quraq yerdə oturar... Hər gün yükümüzü daşıyan Rəbbə, bizi qurtaran Allaha təriflər olsun. Allahımız qurtarıcı bir Allahdır, ölümdən (Cəhənnəmdən) xilas yalnız hakim Rəbbə məxsusdur... "Ey sizlər... yığıncaqlarınızda Allaha, Rəbbə təriflər deyin!"... Ey Allah... Məhv et döyüşdən zövq alan xalqları!... Ey yer üzünün padşahlıqları, Allahı tərənnüm edin, ilahilərlə öyün Rəbbi... Allahın gücünü tanıyın... Necə də heybətlisən ey Allah... Güc, qüdrət verən Allaha təriflər olsun! (Zəbur, 68:3-35)

Amma mənim duam Sənədir ya Rəbb. Ey Allah, sevginin bolluğu ilə, etibarlı xilasınla uyğun gördüyündə cavabla məni. Məni palçıqdan qurtar, izn vermə batmağıma; məndən nifrət edənlərdən, dərin sulardan xilas olum. Sellər məni aparmasın, dəniz məni udmasın, ölüm quyusu ağzını üstümə bağlamasın. Cavab ver mənə ya Rəbb, çünki sevgin yaxşıdır. Üzünü çevir mənə (məndən rəhmətini əsirgəmə) böyük mərhəmətinlə! Qulundan üzünü gizləmə (məni mərhəmətindən uzaq tutma), çünki çətinlikdəyəm, dərhal cavabla məni! Yaxınlaş mənə, qurtar məni, götür üzərimdəki düşmənlərimi... Sənin xilasın ey Allah, mənə bir qala (sığınacaq) olsun! Allahın adını tərənnüm edəcəyəm, şükrlərimlə Onu ucaldacağam... Məzlumlar bunu görüncə sevinsin, ey Allaha yönələn sizlər, ürəyiniz canlansın. Çünki Rəbb yoxsulları eşidər... Ona təriflər deyin ey yer, göy, dənizlər və onlardakı bütün canlılar! (Zəbur, 69:13-18, 29-34)

Səndə nəşə və sevinc tapsın bütün Sənə yönələnlər! "Allah ucadır!" desin həmişə Sənin xilasını gözləyənlər!... Köməkçim və qurtarıcım Sənsən... ya Rəbb! (Zəbur, 70:4-5)

Ya Rəbb, Sənə sığınıram... Ədalətinlə qurtar məni, təhlükədən uzaqlaşdır... Qurtar məni! Sığınacaq gücüm ol, həmişə yönələ biləcəyim; buyruq ver, xilas olum, çünki gücüm və qalam (sığınacağım) Sənsən. Ey Allahım, qurtar məni pisin əlindən, haqsızın, qəddarın pəncəsindən! Çünki ümidim Sənsən, ey hakim Rəbb, gəncliyimdən bəri dayağım Sənsən. Doğulduğum gündən bəri Sənə güvənirəm, məni ana rəhmindən çıxaran Sənsən. Təriflərim həmişə Sənədir. Bir çoxlarına yaxşı bir nümunə oldum, çünki Sən güclü sığınacağımsan. Ağzımdan Sənə tərif azalmaz, gün boyu ucalığını xatırlayaram... Amma mən həmişə ümidliyəm, Sənə tərif üstünə tərif düzəcəyəm. Gün boyu Sənin zəfərini, xilasını bildirəcəyəm... Ey hakim Rəbb, Sənin, yalnız Sənin zəfərini eşitdirəcəyəm. Ey Allah, uşaqlığımdan bəri məni Sən yetişdirdin, Sənin möcüzələrini hələ danışıram... Ey Allah, doğruluğun göylərə çatır, əzəmətli işlər gördün... Sən ki... mənə yenidən həyat verib məni torpağın dərinliklərindən çıxaracaqsan. Hörmətimi artırıb yenə mənə təsəlli verəcəksən. Mən də Səni, Sənin sədaqətini... lira çalıb Səni ilahilərlə tərifləyəcəyəm... Səni ilahilərlə tərifləyərkən, dodaqlarımla, varlığımla sevincimi dilə gətirəcəyəm, çünki Sən məni qurtardın. Dilim gün boyu Sənin zəfərindən danışacaq... (Zəbur, 71:1-24)

Rəbb Allaha... təriflər olsun, möcüzələr yaradan yalnız Odur. Uca adına sonsuzadək təriflər olsun, bütün yer üzü Onun ucalığı ilə dolsun! Amin! Amin! (Zəbur, 72:18-19)

Allah həqiqətən... Qəlbi təmiz olanlara qarşı yaxşıdır... Onların (pislərin) acıdan xəbəri yoxdur, bədənləri sağlamdır, kökdür. Başqalarının dərdini bilməz, onlar kimi əziyyət çəkməzlər. Buna görə qürur onlara boyunbağı, zülm də onları örtən libas kimidir... İçləri pislik qazanı kimi qaynayar. İnsanlarla əylənər, pis niyyətlə danışar, təpədən baxar, zor gücü ilə təhdid edərlər. Ağızlarını göylərə açarlar, mənasız sözləri yer üzünü dolaşar... Bunu anlamaq üçün düşündüyümdə ağır gəldi mənə, Allahın məscidinə girənə qədər; o zaman anladım sonlarının nə olacağını. Həqiqətən onları sürüşkən yerə qoyub müsibətə sürüyürsən... Yenə də davamlı Səninləyəm, sağ əlimdən tutarsan (36) məni. Öyüdlərinlə yol göstərib məni sonda ucaldarsan. Səndən başqa kimim var ki, göylərdə? İstəmərəm Səndən başqasını yer üzündə. Vücudum, ürəyim tükənə bilər, amma Allah ürəyimdə güc, mənə düşən paydır sonsuza qədər... Mənim üçün ən yaxşısı Allaha yaxın olmaqdır; bütün işlərini eşitdirim deyə sığınacaq etdim hakim Rəbbi özümə. (Zəbur, 73:1-28)

Çay və bulaqlar fışqırtdın, davamlı axan çayları qurutdun. Gün Sənindir, gecə də Sənindir, Ay və Günəşi Sən yerləşdirdin, yer üzünün bütün sərhədlərini Sən təyin etdin, yazı və qışı da yaradan Sənsən. (Zəbur, 74:15-17)

Sənə şükr edirik ey Allah, şükr edirik, çünki Sən yaxınsan, möcüzələrin bunu göstərər. "Təyin etdiyim zaman gəlincə düzgünlüklə mühakimə edəcəyəm" deyir Allah, "Yer üzü alt-üst olunca üzərindəkilərlə birlikdə mən bərqərar edəcəyəm onun dirəklərini". Öyünənlərə "Öyünməyin artıq!" dedim; Pislərə "Qaldırmayın başınızı! Qaldırmayın başınızı! yuxarıdan danışmayın!" Çünki nə şərqdən, nə qərbdən, nə də səhradakı dağlardan doğular mühakimə. Hakim ancaq Allahdır (37), birisini alçaldar, birisini yüksəldər... Mən isə davamlı eşitdirəcəyəm bunu... Allahı ilahilərlə tərifləyəcəyəm: "Əzəcəyəm pislərin bütün gücünü, doğruların gücü isə artacaq". (Zəbur, 75:1-10)

Tək Sənsən qorxulması gərəkən, qəzəblənincə kim dura bilər qarşında?... Vəd edin Allahınız Rəbbə, yerinə yetirin vədinizi...  (Zəbur, 76:7-11)

Yüksək səslə Allaha yalvarıram... Çətin günümdə Rəbbə yönəlirəm... Rəbbin işlərini xatırlayacağam, bəli, keçmişdəki möcüzələrini xatırlayacağam. Etdikləri üzərində dərin düşünəcəyəm, bütün işlərinin üzərində diqqətlə dayanacağam. Ey Allah, yolun müqəddəsdir!... Möcüzələr yaradan Allah Sənsən, xalqlar arasında gücünü göstərdin... (Zəbur, 77:1-19)

... Bunları gizləməyəcəyik; Rəbbin tərifli işlərini, gücünü, göstərdiyi möcüzələri gələcək nəsillərə eşitdirəcəyik... Allaha güvən duysunlar, Allahın etdiklərini unutmasınlar, Onun buyruqlarını yerinə yetirsinlər; ataları kimi inadcıl, baş qaldıran, qəlbi qərarsız, Allaha sədaqətsiz bir nəsil olmasınlar... Allahın əhdinə uymadılar, Onun qanununa görə yaşamağı rədd etdilər. Unutdular Onun işlərini, özlərinə göstərdiyi möcüzələri... Allah möcüzələr yaratmışdı atalarının önündə. Dənizi yarıb keçirmişdi onları, bir divar kimi dəstək olmuşdu suları. Gündüz buludla, gecə od işığında onlara yol göstərmişdi. Səhrada qayaları yarmış, sanki dibi olmayan bulaqlardan onlara çoxlu su içirmişdi. Qayadan axar sular fışqırtmış, suları çay kimi axıtmışdı. Amma onlar səhrada ucalar ucasına (Allaha) baş baldırıb günah işləməyə davam etdilər. Könüllərindən  keçən yeməyi istəyib qəlblərində Allahı sınadılar (Allahı tənzih edirik). "Allah səhrada süfrə aça bilərmi?" deyib Allaha qarşı danışdılar. "Bax, qayaya vurunca sular fışqırdı, dərələr daşdı. Yaxşı, çörək və ət verə bilərmi xalqına?" Rəbb bunu eşidincə çox qəzəbləndi... (38). Çünki Allaha inanmırdılar, Onun xilasına güvənmirdilər.

Yenə də Rəbb buyruq verdi buludlara, qapaqlarını açdı göylərin... Doyumluq yemək göndərdi onlara. Şərq küləyini əsdirdi göylərdə, gücüylə cənub küləyinə yol göstərdi... İstəklərini yerinə yetirdi Allah... Yenə də günah işləməyə davam etdilər, Onun möcüzələrinə inanmadılar. Buna görə Allah onların günlərini boşluq, illərini dəhşət içində bitirdi. Allah onları öldürdükcə Ona yönəlməyə, istəklə Onu yenidən axtarmağa başlayırdılar. Allahın gücləri olduğunu, Uca Allahın xilaskarları olduğunu xatırlayırdılar. Halbuki ağızları ilə Ona vicdansız davranır, dilləri ilə yalan danışırdılar. Ona ürəkdən bağlı deyildilər, əhdinə sadiq qalmadılar. Yenə də Allah mehriban idi, günahlarını bağışlayıb onları yox etmirdi... Səhrada neçə dəfə Ona baş qaldırdılar... Xatırlamadılar Onun güclü əlini (39), özlərini düşməndən qurtardığı günü, Misirdə göstərdiyi əlamətləri... Etdiyi təəccüblü işləri. Misirin kanallarını qana çevirdi, sularını içə bilmədilər. Göndərdiyi at milçəkləri yedi xalqı, göndərdiyi qurbağalar yox etdi ölkəni. Əkinlərini tırtıllara, əməklərinin məhsulunu çəyirtkələrə verdi. Asmalarını dolu ilə, əncir ağaclarını iri dolu dənələri ilə yox etdi. Böyük heyvanlarını qırğına, kiçik heyvanlarını ildırıma təslim etdi... Canlarını ölümdən əsirgəmədi, onları yoluxucu xəstəliyin pəncəsinə saldı... Onlara təhlükəsizlik içində yol göstərdi, qorxmadılar; düşmənlərini isə dəniz uddu... Amma onlar... Ona baş qaldırdılar, şərtlərinə uymadılar. Üz döndərib ataları kimi xəyanət etdilər, etibarsız bir yay kimi xarab çıxdılar... (Zəbur, 78:4-57)

... Şəfqətini dərhal göstər bizə... Kömək et bizə uca Adın naminə, ey bizi qurtaran Allah, qurtar bizi Adın uğruna, bağışla günahlarımızı!... Sonsuzadək şükr edəcəyik Sənə, nəsillər boyu təriflərini dilimizdən salmayacağıq. (Zəbur, 79:8-13)

Bizi əvvəlki halımıza qovuşdur ey Allah, üzünün nuru ilə (nurunla) işıqlandır, xilas olaq! Ya Rəbb, Hər şeyə hakim Allah... Bizi əvvəlki halımıza qovuşdur, ey hər şeyə hakim Allah, üzünün nuru ilə (nurunla) işıqlandır, xilas olaq!... Səndən əsla ayrılmayacağıq; həyat ver bizə, adını anaq! Ya Rəbb, ey hər şeyə hakim Allah, bizi əvvəlki halımıza qovuşdur, üzünün nuru ilə (nurunla) işıqlandır, xilas olaq! (Zəbur, 80:3-19)

Sevincinizi dilə gətirin gücümüz olan Allaha, sevinc səsləri ucaldın... Çalğıya başlayın, dəf çalın, şirin səsli lira və çəng zingildədin. Yeni Ayda, bütöv ayda, boru çalın bayram günümüzdə.... "... Başqa bir ilaha tapınmayın! Səni Misirdən çıxaran Allahın Rəbb Mənəm". (Zəbur, 81:1-10)

"Nə zamana qədər haqsız hökm verəcək, pisləri himayə edəcəksiniz? Zəifin, yetimin mühakiməsini müdafiə edin; məzlumun, yoxsulun haqqını axtarın. Zəifi, düşkünü qurtarın, onları pislərin əlindən azad edin". Bilmirlər, anlamırlar, qaranlıqda gəzirlər... (Zəbur, 82:2-5)

Utandırmaqla ört üzlərini, Sənə yönəlsinlər ya Rəbb... Sənin Adın Rəbbdir, anlasınlar yalnız Sənin yer üzünə hakim ən uca Allah olduğunu. (Zəbur, 83:16-18)

Ey hər şeyə hakim Rəbb... Qəlbim, bütün varlığım Sənə, yaşayan Allaha sevinclə səslənir... Ey hər şeyə hakim Rəbb... Allahım! Nə xoş Sənin evində oturanlara (Allahın məscidində Allahı ananlara), Səni davamlı tərifləyərlər! Nə xoş gücünü Səndən alan insana!... Sənin həyətlərində (Allahın adının xatırlandığı məsciddə) bir gün başqa yerdəki min gündən yaxşıdır; pislərin çadırında yaşamaqdansa, Allahımın evinin (Allahın adının xatırlandığı məscidin) eşiyində dayanmağı üstün tutaram. Çünki Rəbb Allah bir Günəş (40), bir qalxandır (41). Lütf və ucalıq verər; dürüst yaşayanlardan heç bir yaxşılığı əsirgəməz. Ey hər şeyə hakim Rəbb, nə xoş Sənə güvənən insana! (Zəbur, 84:1-12)

Ya Rəbb, sevgini göstər bizə, xilasını bağışla! Dinləyəcəyəm Rəbb Allahın nə deyəcəyini... Sadiq qullarına xoşbəxtlik sözü verəcək, yetər ki, bir daha ağılsızlıq etməsinlər. Bəli, O, Özündən qorxanları qurtarmaq üzrədir, əzəməti ölkəmizdə yaşasın deyə. Sevgi və sədaqət görüşəcək, düzgünlük və xoşbəxtlik öpüşəcək. Sədaqət yerdən bitəcək, düzgünlük göydən baxacaq. Və Rəbb yaxşı olan nədirsə, onu verəcək, torpağımızdan məhsul çıxacaq. Düzgünlük öndə gedəcək... (Zəbur, 85:7-13)

... Ya Rəbb, cavabla məni, çünki məzlum və yoxsulam. Qoru məni, çünki Sənin sadiq qulunam. Ey Allahım, qurtar Sənə güvənən qulunu! Acı mənə ya Rəbb, çünki gün boyu Sənə yalvarıram. Sevindir qulunu ya Rəbb, çünki dualarımı Sənə yüksəldirəm. Sən yaxşı və bağışlayansan ya Rəbb, Sənə yalvaran hər kəsə bol sevgi göstərərsən. Dinlə duamı ya Rəbb, yalvarışlarıma diqqət yetir! Çətin günümdə Sənə yalvararam, çünki cavablayarsan məni... Sənin kimisi yoxdur ya Rəbb, bənzərsizdir işlərin. Yaratdığın bütün xalqlar gəlib Sənə qulluq edəcəklər ya Rəbb, adını ucaldacaqlar. Çünki Sən ulusan, möcüzələr yaradarsan, tək Allah Sənsən. Ya Rəbb, yolunu mənə öyrət, Sənin həqiqətinə görə gedim, qərarlı et məni, yalnız Sənin Adından qorxum. Ya Rəbb Allahım, bütün qəlbimlə Sənə şükr edəcəyəm, Adını sonsuzadək ucaldacağam. Çünki mənə sevgin böyükdür, məni ölülər diyarının (Cəhənnəmin) dərinliklərindən Sən qurtardın... Sən, ya Rəbb, mehriban və lütf edənsən... sevgin və sədaqətin boldur... Sən ya Rəbb, mənə kömək etdin, mənə təsəlli verdin. (Zəbur, 86:1-17)

Ya Rəbb, məni qurtaran Allah, gecə gündüz Sənə yalvarıram... Hər gün Sənə yalvarıram ya Rəbb... Ya Rəbb, köməyə çağırıram Səni, sübh duam Sənə çatar. (Zəbur, 88:1, 9-13)

Rəbbin sevgisini sonsuza qədər tərənnümlə (ilahilərlə) tərifləyəcəyəm, sədaqətini bütün nəsillərə bildirəcəyəm. “Sevgin sonsuzadək var olar” deyəcəyəm... Ya Rəbb, göylər tərifləyər möcüzələrini, müqəddəslər birliyində (saleh möminlər arasında) təriflənər sədaqətin... Müqəddəslər birliyində (saleh möminlər arasında) Allah qorxu oyadar, ətrafındakılarının hamısından ulu və müdhişdir... Göylər Sənindir, yer üzü də Sənindir; dünyanın və içindəki hər şeyin təməlini Sən atdın. Şimalı, cənubu Sən yaratdın... Qolun güclüdür, əlin qüdrətlidir, sağ əlin ucadır (42). Taxtın (Allahın uca məqamı) ədalət və düzgünlük üzərinə qurulmuşdur, sevgi və sədaqət öndə gedər. Nə xoş sevinc səslərini bilən xalqa (Allahın adını xatırlayaraq xoşbəxt olanlara) ya Rəbb! Üzünün nurunda gedərlər. Gün boyu Sənin Adınla sevinər, doğruluğunla ucalarlar. Çünki Sən onların gücü və ucalığısan, lütfün sayəsində gücümüz artar. Qalxanımız Rəbbə aiddir (qoruyucumuz Allahdır)... Sonsuzadək təriflər olsun Rəbbə! Amin! Amin! (Zəbur, 89:1-52)

Ya Rəbb, sığınacaq oldun bizə nəsillər boyunca. Dağlar var olmadan, hələ kainatı və dünyanı yaratmadan, əzəldən sonsuzluğa qədər Allah Sənsən.

İnsanı torpağa çevirərsən, "Ey adəm övladları, torpağa dönün!" deyərək. Çünki Sənin gözündə min il keçmiş bir gün, dünən kimi, bir gecə növbəsi kimidir. İnsanları bir xəyal kimi silər, süpürərsən səhər bitən ot kimi: Səhər cücərib  böyüyər, axşam solub quruyar... Bizi sevginlə doyur, ömrümüz boyu sevinclə səslənək. Allahımız Rəbb bizdən razı qalsın. Əllərimizin əməyini boşa çıxarma. Bəli, əllərimizin əməyini boşa çıxarma. (Zəbur, 90:1-17)

Ucalar ucasının evində oturan (Allahın məscidində Allahı anan) hər şeyə qüdrəti yetənin kölgəsinə sığınar (43). "O, mənim sığınacağım, qalamdır (qoruyucumdur)" deyirəm Rəbb üçün, "Allahım, Ona güvənirəm." Çünki O, səni ovçu tələsindən, öldürücü xəstəlikdən qurtarar. Səni qanadlarının altına (44) alar, onların altına sığınarsan. Onun sədaqəti sənin qalxanın, sipərin (qoruyucun) olar. Nə gecənin dəhşətindən qorxarsan, nə gündüz uçan oxdan, nə qaranlıqda gəzən xəstəlikdən, nə də günortanın məhv edici qırğınından... Sən Rəbbi özünə sığınacaq, ucalar ucasını iqamət bildiyin (Allahı dost bildib Ona sığındığın) üçün, başına bəla gəlməyəcək, çadırına fəlakət yaxınlaşmayacaq. Çünki Allah mələklərinə buyruq verəcək, gedəcəyin hər yerdə səni qorusunlar deyə... "Məni sevdiyi üçün onu qurtaracağam" deyir Rəbb, "Məni yaxşı tanıdığı üçün ona qala olacağam (onu qoruyacağam). Mənə səslənincə onu cavablayacağam, çətinlikdə onun yanında olacağam, qurtarıb ucaldacağam onu. Onu uzun ömürlə doyuracaq, ona xilasımı göstərəcəyəm". (Zəbur, 91:1-16)

Ya Rəbb, sənə şükr edib ucalar ucası adını ilahilərlə tərifləmək, səhər sevgini, gecə sədaqətini on telli sazla, çəng və lira ilə eşitdirmək necə gözəldir! Çünki etdiklərinlə məni sevindirdin ya Rəbb, əllərinin işi (bənzərsiz xəlqin) qarşısında sevinc ilahiləri oxuyuram. Etdiklərin necə də böyükdür ya Rəbb... Axmaq insan bilə bilməz, səfeh ağıl başa düşməz... Sən sonsuzadək ucasan ya Rəbb. Ya Rəbb... Doğru insan xurma ağacı kimi böyüyəcək, Livan sidri kimi yüksələcək... Belələri yaşlanınca da meyvə verəcək, təptəzə və yaşıl qalacaqlar. "Rəbb doğrudur! Gücümdür mənim! Onda haqsızlıq olmaz!" deyə eşitdirəcəklər. (Zəbur, 92:1-15)

Rəbb hökmranlıq edir, əzəmətə bürünmüşdür (üstün güc sahibidir) və qüdrətlidir. Dünya möhkəm qurulmuşdur, sarsılmaz. Ya Rəbb, hökmranlığın sonradan əvvəl qurulmuşdur, varlığın əzəlidir. Dənizlər guruldayır ya Rəbb, dənizlər gur-gur guruldayır, dənizlər dalğalarını səsləndirir... Şərtlərin həmişə etibarlıdır... (Zəbur, 93:1-5)

Ey xalqın içindəki səfehlər, diqqət edin; ey axmaqlar, nə vaxt ağıllanacaqsınız? Qulağı yaradan eşitməzmi? Gözə şəkil verən görməzmi? Xalqları yola gətirən mühakimə etməzmi? İnsanı öyrədən bilməzmi? Rəbb insanın fikirlərinin mənasız olduğunu bilər. Nə xoş ya Rəbb, yola gətirdiyin, qanunu öyrətdiyin insana!... Ədalət yenə düzgünlük üzərinə qurulacaq, qəlbi təmiz olan hər kəs ona uyacaq... "Ayağım sürüşür" dediyimdə sevgin dəstək olar mənə ya Rəbb. Məni qayğı bürüyəndə Sənin təsəllin (Sənin hüzur və güvən duyğusu endirməyin) könlümü sevindirər... Rəbb mənə qala (sığınacağım, tək köməkçim, dostum) oldu, Allahım sığındığım güc oldu. Allahımız Rəbb etdikləri pisliyi öz başlarına gətirəcək... (Zəbur, 94:8-23)

Gəlin, Rəbbə sevinclə səslənək, bizi qurtaran gücə sevinc səsləri ucaldaq, şükrlə hüzuruna çıxaq, Ona sevinc ilahiləri ucaldaq! Çünki Rəbb ulu Allahdır... Yerin dərinlikləri Onun əlindədir, dağların zirvəsi də Onundur. Dəniz Onundur, çünki O yaratdı, torpağa da Onun əlləri şəkil verdi. Gəlin, ibadət edək, əyilək, bizi yaradan Rəbbin qarşısında diz çökək. Çünki O, Allahımızdır... Ürəyinizi qatılaşdırmayın. (Zəbur, 95:1-8)

Yeni bir tərənnüm (ilahi) söyləyin Rəbbə! Ey bütün dünya, Rəbbi tərənnüm edin! Tərənnüm (ilahi) söyləyin, Rəbbin adını öyün, hər gün eşitdirin xilasını! Əzəmətini xalqlara, möcüzələrini bütün millətlərə danışın! Çünki Rəbb uludur, yalnız O tərifə layiqdir... Ondan qorxmaq lazımdır... Göyləri yaradan Rəbbdir. Ucalıq, ululuq Onun hüzurundadır, güc və gözəllik Onun ibadət yerindədir. Ey bütün xalqlar, Rəbbi öyün, Rəbbin gücünü, ucalığını öyün, Rəbbin əzəmətini adına yaraşan şəkildə öyün... Rəbbə qulluq edin! Əsin Onun qarşısında, ey bütün yer üzündəkilər! Xalqlara "Rəbb hökmranlıq edir" deyin... O, xalqları ədalətlə mühakimə edər. Sevinsin göylər, coşsun yer üzü! Guruldasın dəniz içindəkilərlə birlikdə! Bayram etsin düzəngahlar və üzərindəkilər! O zaman Rəbbin qarşısında bütün meşədəki ağaclar sevinclə səslənəcək. (Zəbur, 96:1-12)

Rəbb hökmranlıq edir, coşsun yer üzü, bütün sahil xalqları sevinsin!... Şimşəkləri dünyanı işıqlandırar, yer üzü görüb titrəyər... Göylər Onun doğruluğunu eşitdirər, bütün xalqlar əzəmətini görər. Utansın bütə tapınanlar, dəyərsiz bütlərlə öyünənlər! Rəbbə qulluq edin... Sənsən ya Rəbb, bütün yer üzünün ən ucası... Çox ulusan. Ey sizlər, Rəbbi sevənlər, pislikdən çəkinin. O, sadiq qullarının canını qoruyar, onları pislərin əlindən qurtarar. Doğrulara işıq, təmiz qəlblilərə sevinc saçar. Ey doğrular, Rəbbdə sevinc tapın, müqəddəsliyini xatırlayaraq Ona şükr edin! (Zəbur, 97:1-12)

Yeni bir tərənnüm (ilahi) söyləyin Rəbbə. Çünki möcüzələr yaratdı, zəfərlər qazandı sağ əli... Rəbb xalqların gözü önünə sərdi xilasını, zəfərini bildirdi... Sevinc səsləri yüksəldin Rəbbə ey yer üzündəkilər! Sevinc ilahiləri ilə yeri-göyü titrədin! Lira ilə tərənnüm edin Rəbbi, lira və tərənnümlə bərabər! Boru və şeypurla birlikdə sevinc səsləri ucaldın... Rəbbin qarşısında. Guruldasın dəniz və içindəkilər, guruldasın yer üzü və üzərindəkilər. Əl çalsın çaylar, sevinclə səslənsin dağlar Rəbbin qarşısında! (Zəbur, 98:1-8)

Rəbb.. uludur, ucadır O, bütün xalqlara hakimdir. Tərifləsinlər böyük, müdhiş Adını! O, müqəddəsdir. Ucaldın Allahımız Rəbbi... O, müqəddəsdir. Musa ilə Harun Onun elçilərindən idi... Rəbbə səslənərdilər, O da cavablayardı... Tabe oldular Onun buyruqlarına, özlərinə verdiyi qaydalara. Ya Rəbb Allahımız, cavab verdin onlara; bağışlayan oldun... Allahımız Rəbbi ucaldın, qulluq edin... Çünki Allahımız Rəbb müqəddəsdir. (Zəbur, 99:2-9)

Ey bütün dünya, Rəbbə sevinc səsləri ucaldın! Ona sevinclə qulluq edin, sevinc tərənnümləri ilə çıxın hüzuruna! Bilin ki, Rəbb Allahdır. Bizi yaradan Odur, biz də Onunuq... Şükr edin Ona, adına təriflər deyin! Çünki Rəbb yaxşıdır, sevgisi sonsuzdur... (Zəbur, 100:1-5)

Sevgini və ədalətini tərənnümlə (ilahilərlə) xatırlayacağam, Səni ilahilərlə tərifləyəcəyəm ya Rəbb. Dürüst davranmağa diqqət göstərəcəyəm... Təmiz bir həyat sürəcəyəm evimdə, önümdə alçaqlığa izn verməyəcəyəm. Xoşlanmaram dönənlərin işindən, təsir etməz mənə. Uzaq olsun məndən pozğunluq, tanımaq istəmərəm pisliyi. Yox edərəm (yox sayaram) dostunu gizlicə çəkişdirəni, dözə bilmərəm yuxarıdan baxan qürurlu insana. Gözüm ölkənin sadiq insanları üzərində olacaq, yanımda oturmalarını istəyərəm; mənə dürüst yaşayan adam xidmət edəcək. Hiyləgər evimdə oturmayacaq, yalan danışan gözümün qabağında durmayacaq. (Zəbur, 101:1-7)

... Ya Rəbb, şanın nəsillər boyu sürər. Xalqlar Rəbbin adından, yer üzü padşahları əzəmətindən (güc və qüdrətindən) qorxacaq... Lap əvvəldən atdın dünyanın təməllərini, göylər də Sənin əllərinin əsəridir. Onlar yox olacaq, amma Sən qalıcısan. Hamısı bir paltar kimi köhnələcək. Onları bir cübbə kimi dəyişdirəcəksən, keçib gedəcəklər. (Zəbur, 102:12-26)

Rəbbə təriflər de ey könlüm! Onun müqəddəs Adına təriflər de ey bütün varlığım! Rəbbə təriflər de ey qəlbim! Yaxşılıqlarının heç birini unutma! Bütün günahlarını bağışlayan, bütün xəstəliklərini sağaldan, canını ölüm quyusundan (Cəhənnəmdən) qurtaran, sənə sevgi və şəfqət  tacı geydirən, həyat boyu səni yaxşılıqlarla doyuran Odur, bu səbəblə gəncliyin qartal kimi təzələnər. Rəbb bütün düşkünlərə haqq və ədalət verər... Rəbb mehriban və lütf edəndir, tez qəzəblənməz, sevgisi dərindir... Özündən qorxanlara qarşı sevgisi də o qədər böyükdür... Rəbb Özündən qorxanlara mehriban davranar... İnsana gəlincə ota bənzər ömrü tarla çiçəyi kimi sovrular; külək üzərinə əsincə yox olub gedər, olduğu yer onu tanımaz. Amma Rəbb Özündən qorxanları sonsuza qədər sevər, sözləşməsinə (aələrinə) uyan və buyruqlarına tabe olmağı xatırlayan soylarına ədalətli davranar... Onun hökmranlığı hər yeri əhatə edər. Rəbbə təriflər deyin ey sizlər, Onun mələkləri, Onun sözünü dinləyən, söylədiklərini yerinə yetirən güc sahibləri! Rəbbə təriflər deyin ey sizlər, Onun... istəyini yerinə yetirən qulları! Rəbbə təriflər deyin... Rəbbə təriflər de ey könlüm! (Zəbur, 103:1-22)

Rəbbə təriflər de ey könlüm! Ya Rəbb Allahım, necə də ulusan! Əzəmətli və ucasan... İşığa (nura) bürünmüsən... Yer üzünü təməllər üzərinə qurdun ki, əsla sarsılmasın. Dənizi ona bir libas kimi geydirdin, sular dağların üzərində dayandı... (Sular) dağları aşıb dərələrə axdı, onlar üçün təyin etdiyin yerlərə doğru. Bir sərhəd qoydun önlərinə keçməsinlər ki, gəlib yer üzünü bir daha örtməsinlər. Vadilərdə fışqırtdığın bulaqlar dağların arasından axar. Bütün çöl heyvanlarına su içirərsən, çöl eşşəklərinin susuzluğunu aradan qaldırarlar. Quşlar yanlarında yuva qurar, budaqların arasında ötüşərlər... Heyvanlar üçün ot, insanların faydası üçün bitkilər yetişdirərsən; insanlar çörəyini torpaqdan çıxarsın deyə... Üzlərini güldürən zeytun yağını, güclərini artıran çörəyi həmişə Sən verərsən. Rəbbin ağacları... suya doyar. Quşlar orada yuva qurar, leyləyin evi isə şamlardadır. Yüksək dağlar dağ keçilərinin gəzdiyi yerlərdir, qayalar da qaya dovşanlarının sığınacağıdır. Mövsümləri göstərsin deyə Ayı, batacağı zamanı bilən Günəşi yaratdın.

Qaraldarsan hər yeri, gecə olar,  tərpənməyə başlayar meşə heyvanları. Gənc aslan ov arxasında nərildəyib Allahdan yemək istəyər. Günəş doğunca yuvalarına çəkilib yatarlar. İnsan işinə gedər, axşama qədər çalışmaq üçün. Ya Rəbb, necə də çox əsərin var! Hamısını müdrikliklə (hikmətlə) yaratdın; yer üzü yaratdıqlarınla doludur. Budur, ucsuz-bucaqsız dənizlər, içində qaynaşan saysız canlılar, böyük-kiçik varlıqlar. Orada gəmilər gəzər... Hamısı Səni gözləyir, yeməklərini zamanında verməyin üçün. Sən verincə onlar toplayar... Yaxşılığa doyar... Ruhunu göndərincə (Allahın diləməsiylə, Ruhundan üfləməsiylə) var olarlar, yer üzünə yeni həyat verərsən. Rəbbin əzəməti sonsuza qədər sürsün!... Ömrüm boyu Rəbbi tərənnüm edəcək, var olduqca Allahımı ilahilərlə tərifləyəcəyəm. Niyyətim ona xoş görünsün, sevincim Rəbb olsun!.. Rəbbə təriflər de ey könlüm! Rəbbə təriflər de! (Zəbur, 104:1-35)

Rəbbə şükr edin, Ona yalvarın, xalqlara danışın yaratdıqlarını! Onu tərənnümlə, ilahilərlə öyün, bütün möcüzələrini danışın! Müqəddəs adı ilə öyünün, sevinsin Rəbbə yönələnlər! Rəbbə və Onun gücünə baxın, dayanmadan Onun üzünü (Allahın rizasını) axtarın!... Onun yaratdığı möcüzələri, fövqəladə işlərini (üstün xəlqini) və mühakimələrini (hökmünü) xatırlayın! Allahımız Rəbb Odur, mühakimələri (hökmü) bütün yer üzünü əhatə edir. (Zəbur, 105:1-7)

Təriflər deyin Rəbbə! Rəbbə şükr edin, çünki O, yaxşıdır, sevgisi sonsuzdur. Rəbbin böyük işlərini kim danışa bilər, kim Ona kifayət qədər tərif deyə bilər? Nə xoş ədalətə uyanlara, davamlı doğru olanı edənlərə!... Onun sözlərinə inandılar, tərənnümlər deyib Onu təriflədilər. Lakin Rəbbin etdiklərini tez unutdular... Allahın verdiyi sözə inanmadılar. Çadırlarında deyindilər, dinləmədilər Rəbbin səsini... Bütlərinə tapındılar, bu da onlara tələ oldu...

Günahsızların qanını tökdülər... Etdiklərinə görə kirli sayıldılar, vəfasız oldular... Rəbb onları bir neçə dəfə qurtardı, amma ağılları, fikirləri üsyanetmək idi və alçaldıldılar günahları üzündən... Qurtar bizi ey Allahımız... Müqəddəs adına şükr edək, ucalığınla öyünək. Əzəldən sonsuza qədər... Rəbbə təriflər olsun! Bütün xalq "Amin!" desin. Rəbbə təriflər olsun! (Zəbur, 106:1-48)

Rəbbə şükr edin, çünki O, yaxşıdır, sevgisi sonsuzdur. Belə desin Rəbbin qurtardıqları, düşmən pəncəsindən azad etdikləri, şərqdən, qərbdən, şimaldan, cənubdan, bütün ölkələrdən topladıqları. Kimsəsiz çöllərdə gəzdilər, yerləşəcəkləri şəhərə gedən bir yol tapa bilmədilər. Ac, susuz, səfil oldular. O zaman çətinlik içində Rəbbə yalvardılar, Rəbb qurtardı onları dərdlərindən... Onlara doğru yolda öndər oldu. Şükr etsinlər Rəbbə sevgisinə görə, insanların faydası üçün yaratdığı möcüzələrə görə. Çünki O, susamış canın susuzluğunu aparar, ac canı yaxşı şeylərlə doyurar... Çətinlik içində Rəbbə yalvardılar, Rəbb qurtardı onları dərdlərindən; çıxardı qaranlıqdan, zülmət qaranlıqdan, qırdı zəncirlərini. Şükr etsinlər Rəbbə sevgisi üçün, insanların faydasına olan möcüzələrə görə!... Çətinlik içində Rəbbə yalvardılar, Rəbb qurtardı onları dərdlərindən... Şükr etsinlər Rəbbə sevgisi üçün, insanların faydasına yaratdığı möcüzələrə görə! Şükr qurbanları versinlər və sevinc səsləri ilə eşitdirsinlər Onun yaratdıqlarını! Gəmilərlə dənizə çıxanlar, okeanlarda iş görənlər, Rəbbin işlərini, dərinliklərdə yaratdığı möcüzələri gördülər. Çünki O buyurunca şiddətli bir fırtına qopdu, dalğalar şahə qalxdı. Göylərə yüksəlib aşağı endi gəmilər, çətinlik içində çox qorxdular gəmiçilər... Mahir olmaqları işə yaramadı. O zaman çətinlik içində Rəbbə yalvardılar, Rəbb qurtardı onları dərddən. Fırtınanı sakitliyə çevirdi, yatdı dalğalar; rahatlayınca sevindilər, dilədikləri limana apardı Rəbb onları. Şükr etsinlər Rəbbə sevgisi üçün, insanların faydasına yaratdığı möcüzələrə görə! Ucaltsınlar Onu... Çayları səhraya çevirər, bulaqları quru torpağa, məhsuldar torpağı quraq sahəyə... Səhranı su yığınına çevirər, quru torpağı bulağa. Acları oraya yerləşdirər ki, yaşayacaq bir şəhər qursunlar, tarlalar əkib bağlar salsınlar, bol məhsul götürsünlər... Doğru insanlar görüb sevinəcək, pislər isə ağızlarını bağlayacaq. Ağlı olan bunları göz önündə tutsun, Rəbbin sevgisinə diqqət etsin. (Zəbur, 107:1-43)

Xalqların arasında Sənə şükrlər edim ya Rəbb, xalqların arasında Səni ilahilərlə tərifləyim. Çünki sevgin göylərə çatar, sədaqətin səmaya çatar. Ucalığını göstər göylərin üstündə ey Allah, əzəmətin bütün yer üzünü örtsün! Qurtar bizi sağ əlinlə, kömək et ki, sevdiklərin azadlığa qovuşsun! (Zəbur, 108:1-12

Ey təriflər dediyim Allah... Sevgimə qarşı mənə düşmən oldular, mən isə dua edirəm. Yaxşılığıma pisliklə, sevgimə nifrətlə cavab verdilər... Amma Sən ey hakim Rəbb... Qurtar məni, yaxşılığın, sevgin naminə!... Kömək et mənə ya Rəbb Allahım; qurtar məni sevgin naminə! Bilsinlər bu işdə Sənin əlinin olduğunu (Sənin təqdirinlə olduğunu), bunu Sənin etdiyini ya Rəbb!... Rəbbə çox şükr edəcəyəm, camaatın arasında Ona təriflər düzəcəyəm... (Zəbur, 109:1-30)

Təriflər deyin Rəbbə! Doğru insanların yığıncağında, topluluq içində, bütün qəlbimlə Rəbbə şükr edəcəyəm. Rəbbin işləri böyükdür, onlardan zövq alanlar həmişə onları düşünər. Onun etdikləri uca və əzəmətlidir, doğruluğu sonsuza qədər sürər. Rəbb unudulmayan möcüzələr yaratdı, O, mehriban və lütf edəndir. Özündən qorxanları bəsləyər... Etdiyi hər işdə sadiq və ədalətlidir, bütün şərtləri etibarlıdır; sonsuza qədər sürər, sədaqət və düzgünlüklə edilər... Adı müqəddəs və müdhişdir. Müdrikliyin təməli Rəbb qorxusudur, Onun qaydalarını yerinə yetirən hər kəs kamal sahibi olar. Ona sonsuza qədər tərif deyilər! (Zəbur, 111:1-10)

Təriflər deyin Rəbbə! Nə xoş Rəbbdən qorxan insana, Onun buyruqlarından böyük zövq alana!... Doğruların nəsli müqəddəs hesab ediləcək. Bolluq və zənginlik azalmaz evindən... Qaranlıqda işıq doğular dürüstlər üçün, lütf edən, mehriban, doğru insanlar üçün. Nə xoş əliaçıq olan, borc verən, işlərini ədalətlə icra edən insana! Əsla sarsılmaz, sonsuza qədər xatırlanar doğru insan. Pis xəbərdən qorxmaz, ürəyi sarsılmaz, Rəbbə güvənər. Gözü itidir, qorxu nədir bilməz, sonda düşmənlərinin yenildiyini görər. Hədiyyələr payladı, yoxsullara verdi; doğruluğu sonsuza qədər qalıcıdır, gücü və hörməti artar. Pis adam bunu görüncə qudurar, dişlərini qıcayar, öz-özünü yeyib qurtarar. Pislərin diləyi boşa çıxar. (Zəbur, 112:1-10)

Təriflər deyin Rəbbə! Təriflər deyin ey Rəbbin qulları, Rəbbin adına təriflər deyin! İndidən sonsuza qədər Rəbbin adına şükrlər olsun! Günəşin doğulduğu yerdən batdığı yerə qədər Rəbbin adına təriflər deyilməlidir! Rəbb bütün xalqlara hakimdir, əzəməti göyləri aşar. Varmı Allahımız Rəbb kimi.... Rəbbə təriflər deyin! (Zəbur, 113:1-9)

... Onların bütləri qızıl və gümüşdən düzəldilmiş insan əlinin əsəridir. Ağızları var danışmazlar, gözləri var görməzlər, qulaqları var eşitməzlər, burunları var qoxu hiss etməzlər, əlləri var hiss etməzlər, ayaqları var getməzlər, boğazlarından səs çıxmaz... Rəbbə güvənin, Odur köməkçiniz və qalxanınız (qoruyanınız, sığınacağınız)!... Ey Rəbbdən qorxanlar, Rəbbə güvənin, Odur köməkçiniz və qalxanınız (qoruyanınız, sığınacağınız)!... Böyük-kiçik, Özündən qorxan hər kəsi müqəddəs hesab edəcək... Yeri-göyü yaradan Rəbb sizləri müqəddəs hesab etsin... Rəbbə təriflər deyin! (Zəbur, 115:1-18)

Rəbbi sevirəm... Yaşadıqca Ona səslənəcəyəm... Çətinliyə, acıya düşmüşdüm. O zaman Rəbbə yalvardım, "Aman ya Rəbb, qurtar məni!" dedim. Rəbb lütfkar və ədalətlidir, mehribandır Allahımız. Rəbb təmiz insanları qoruyar, zəiflədiyim zaman məni qurtardı. Ey qəlbim, yenə hüzura qovuş, çünki Rəbb sənə yaxşılıq etdi... Rəbbin hüzurunda gedəcəyəm. İman etdim, "Böyük acı çəkirəm" dediyim zaman belə... Rəbbə əhdlərimi yerinə yetirəcəyəm.

Rəbbin gözündə (Allahın qatında) qiymətlidir sadiq qullarının ölümü. Ya Rəbb, mən həqiqətən Sənin qulunam... Ya Rəbb, Sənə səslənəcək, şükr qurbanı verəcəyəm... Rəbbə təriflər deyin! (Zəbur, 116:1-19)

Ey bütün xalqlar, Rəbbə təriflər deyin! Ey bütün xalqlar, Onu ucaldın! Çünki bizə bəslədiyi sevgi böyükdür, Rəbbin sədaqəti sonsuza qədər sürər. Rəbbə təriflər deyin! (Zəbur, 117:1-2)

Rəbbə şükr edin, çünki O, yaxşıdır, sevgisi sonsuzdur... "Sonsuzdur sevgisi!" desin Rəbbdən qorxanlar. Çətinlik içində Rəbbə səsləndim; cavabladı, rahatlığa qovuşdurdu məni. Rəbb məndən yanadır, qorxmaram; insan mənə nə edə bilər? Rəbb məndən yanadır, mənim köməkçimdir... Rəbbə sığınmaq insana güvənməkdən yaxşıdır. Rəbbə sığınmaq soylulara güvənməkdən yaxşıdır... İtələdilər məni, az qalsın ki, yıxılırdım, amma Rəbb kömək etdi mənə... O qurtardı məni. Sevinc və zəfər səsləri gəlir doğruların çadırından... Rəbbin etdiklərini eşitdirəcəyəm... Bax, budur Rəbbin qapısı!

Doğrular girə bilər oradan. Sənə şükr edirəm, çünki mənə cavab verdin, xilaskarım oldun... Rəbbin işidir bu, gözümüzdə möcüzə bir işdir! Bu gün Rəbbin yaratdığı gündür, ona görə sevinib coşaq! Nə olar ya Rəbb, qurtar bizi, nə olar, müvəffəqiyyətli et bizi! Müqəddəs hesab edilsin Rəbbin adı ilə gələn!... Rəbb Allahdır, işıqlandırdı bizi... Allahım Sənsən, şükr edirəm Sənə, Allahım Sənsən, ucaldaram Səni. Rəbbə şükr edin, çünki O, yaxşıdır, sevgisi sonsuzdur. (Zəbur, 118:1-29)

Nə xoş yolları təmiz olanlara, Rəbbin qanununa görə yaşayanlara! Nə xoş Onun öyüdlərinə uyanlara, bütün qəlbiylə Ona yönələnlərə! Heç haqsızlıq etməzlər, Onun yolunda gedərlər. Qoyduğun şərtlərə diqqətlə əməl etmələrini buyurdun. Kaş ki, qərarlı olam Sənin qaydalarına tabe olmağa! Heç utanmayacağam, bütün buyruqlarını izlədikcə. Şükr edəcəyəm Sənə təmiz ürəklə, ədalətli hökmlərini öyrəndikcə. Qaydalarını yerinə yetirəcəyəm, buraxma məni heç bir zaman! Gənc insan yolunu necə təmiz tutar? Sənin sözünü tutmaqla. Bütün qəlbimlə Sənə yönəlirəm, izn vermə buyruqlarından sapmağıma! Ağlımdan çıxarmaram sözünü, Sənə qarşı günah işləməmək üçün. Təriflər olsun Sənə ya Rəbb, mənə qaydalarını öyrət. ... Bütün hökmlərini dodaqlarımla təkrarlayıram. Sevinc duyuram öyüdlərini izlərkən, sanki mənim olur bütün xəzinələr. Şərtlərini dərin düşünürəm, yollarını izlərkən. Zövq alıram qaydalarından, sözünü unutmayacağam... Gözlərimi aç, qanunundakı möcüzələri görüm. Qəribəm bu dünyada, buyruqlarını məndən gizləmə (hikmətlərini öyrət mənə)! Ruhum tükənir, hər an hökmlərindən ötrü darıxmaqdan... Uzaqlaşdır məndən küçümsəməyi, təhqirləri, çünki öyüdlərinə sadiqəm. Öndərlər toplanıb məni pisləsələr belə, mən qulun Sənin qaydalarını dərin düşünəcəyəm. Nəsihətlərin mənim zövqümdür, mənə ağıl verərlər... Qaydalarını öyrət mənə! Şərtlərini anlamağıma kömək et ki, möcüzələrinin üzərində düşünüm... Sözünə uyğun olaraq gücləndir məni! Yalan yoldan uzaqlaşdır, Qanununa uyğun olaraq lütf et mənə. Mən sədaqət yolunu seçdim, hökmlərini uyğun hesab etdim. Öyüdlərinə dörd əllə sarıldım ya Rəbb, utandırma məni! Mənə hüzur verdiyin üçün buyruqların yönündə yürüyəcəm. Qaydalarını necə izləyəcəyimi öyrət mənə ya Rəbb, belə ki, onları sonadək izləyim. Anlamağıma kömək et, qanununa tabe olum, bütün qəlbimlə onu yerinə yetirim. Buyruqların yönündə yol göstər mənə, çünki yolundan zövq alaram. Qəlbimi haqsız qazanca deyil, Öz öyüdlərinə yönəlt. Gözlərimi boş şeylərdən çevir, məni Öz yolunda yaşat... Sənin qanunların yaxşıdır. Çox darıxıram Sənin şərtlərindən ötrü! Məni doğruluğunun içində yaşat! Mənə sevgini göstər ya Rəbb, sözünə uyğun olaraq qurtar məni! O zaman məni alçaldanlara lazım olan cavabı verə bilərəm, çünki Sənin sözünə güvənirəm. Həqiqətini  ağzımdan salma, çünki Sənin hökmlərinə ümid bağladım. Qanununa davamlı, sonsuzadək uyacağam. Azad gedəcəyəm, çünki Sənin şərtlərinə yönəldim mən. Padşahların önündə Sənin öyüdlərindən danışacağam... Sənin buyruqlarından zövq alır, onları sevirəm. Hörmət və sevgi duyuram buyruqlarına, dərin düşünürəm qaydalarını... Sözün mənə həyat verir. Çox əyləndilər lovğalar mənimlə, yenə də qanunundan ayrılmadım. Keçmişdə verdiyin hökmləri xatırlayınca təsəlli tapdım ya Rəbb... Sənin qaydalarındır tərənnümümün mövzusu, qonaq olduğum bu dünyada. Gecə adını xatırlayaram ya Rəbb, Qanununa uyaram. Tək etdiyim, Sənin şərtlərinə uymaqdır... Ya Rəbb, “Sözlərini yerinə yetirəcəyəm” dedim. Bütün qəlbimlə Sənə yalvardım. Lütf et mənə, sözünə uyğun olaraq.

Tutduğum yolları düşündüm, Sənin öyüdlərinə görə addım atdım. Buyruqlarına uymaq üçün əlimi tez tutdum, vaxt itirmədim. Pislərin ipi məni sarıdı, qanunu unutmadım... Hökmlərin üçün gecə yarısı qalxıb Sənə şükr edərəm. Dostuyam bütün Səndən qorxanların, şərtlərinə uyanların. Yer üzü sevginlə doludur ya Rəbb, qaydalarını öyrət mənə! Ya Rəbb, yaxşılıq etdin quluna... Mənə ağıl və bilgi ver, çünki inanıram buyruqlarına. Acı çəkmədən əvvəl yoldan sapırdım, amma indi sözünə tabe oluram. Sən yaxşısan, yaxşılıq edərsən; mənə qaydalarını öyrət. Təkəbbürlülər yalanlarla məni ləkələdi, amma mən bütün qəlbimlə Sənin şərtlərinə uyaram. Onların ürəyi yağ bağladı, mən isə zövq alıram qanunundan. Yaxşı oldu acı çəkməyim; çünki qaydalarını öyrənirəm... Qanunun mənim üçün minlərlə qızıl və gümüşdən daha qiymətlidir. Sənin əllərin (45) məni yaratdı, şəkil verdi. Anlamağıma kömək et ki, buyruqlarını öyrənim. Səndən qorxanlar məni görüncə sevinsin, çünki Sənin sözünə ümid bağladım. Bilirəm ya Rəbb, hökmlərin ədalətlidir... Mehribanlıq göstər mənə, yaşayım, çünki qanunundan zövq alıram... Sənin şərtlərini düşünürəm. Mənə dönsün Səndən qorxanlar, öyüdlərini bilənlər. Qəlbim tam uysun qaydalarına, belə ki, utanmayım... Sənin sözünə ümid bağladım mən... Bütün buyruqların etibarlıdır; haqsız yerə zülm edirlər, kömək et mənə! Az qalmışdı silsinlər məni yer üzündən, amma mən Sənin şərtlərindən ayrılmadım. Qoru məni sevgin üçün, əməl edim... öyüdlərinə. Ya Rəbb, sözün göylərdə sonsuza qədər qalar. Sədaqətin nəsillər boyu sürər, qurduğun yer üzü möhkəm dayanar. Bu gün hökmlərinə uyğun var olan hər şey Sənə qulluq edir. Əgər qanunun zövq qaynağım olmasaydı, çəkdiyim acılardan yox olardım. Şərtlərini əsla unutmayacağam, çünki onlarla mənə həyat verdin. Qurtar məni, çünki Səninəm, Sənin şərtlərinə yönəldim. Pislər məni yox etməyi gözləyərkən, mənSənin öyüdlərini araşdırıram. Nöqsansız olan hər şeyin bir sonu olduğunu gördüm, amma Sənin buyruğun sərhəd tanımaz. Nə qədər sevirəmqanunu! Bütün gün düşünürəm onun üzərində. Buyruqların məni düşmənlərimdən müdrik edər, çünki həmişə ağlımdadır onlar. Bütün müəllimlərimdən daha ağıllıyam, çünki nəsihətlərin üzərində düşünürəm. Yaşlılardan daha müdrikəm, çünki Sənin şərtlərinə uyuram. Çəkinirəm hər pis yoldan, Sənin sözünə əməl etmək üçün. Ayrılmaram hökmlərindən, çünki mənə Sən öyrətdin. Necə şirindir verdiyin sözlərin, baldan şirindir mənə!

Sənin şərtlərinə tabe olmaqla müdriklik qazanıram, buna görə nifrət edirəm hər səhv yoldan. Sözün addımlarım üçün çıraq, yolum üçün işıqdır. Ədalətli hökmlərini izləyəcəyimə and içdim, andımı tutacağam. Çox çətinlik çəkdim ya Rəbb; qoru həyatımı sözün üçün. Ağzımdan çıxan qəlbimdəki tərifləri qəbul et ya Rəbb, mənə hökmlərini öyrət. Həyatım hər an təhlükədədir, yenə də unutmaram qanunu. Pislər tələ qurdu mənə, yenə də sapmadım Sənin şərtlərindən. Nəsihətlərin sonsuza qədər mirasımdır, ürəyimin sevincidir onlar. Qərarlıyam sonadək Sənin qaydalarına tabe olmağa...

Sənin qanunu sevirəm. Sığınacağım və qalxanım (köməkçim, qoruyucum) Sənsən, Sənin sözünə ümid bağlayaram. Ey pislər, məndən uzaq durun, Allahımın buyruqlarını yerinə yetirim... Dəstək ol mənə, həyat tapım... Möhkəm tut məni (qoru məni) xilas olum, həmişə qaydalarına diqqət yetirim... Mənə qaydalarını öyrət. Mən Sənin qulunam, mənə ağıl ver ki, öyüdlərini anlaya bilim... Sənin buyruqlarını, qızıldan, saf qızıldan daha çox sevirəm; qoyduğun şərtlərin hamısını doğru bilirəm, hər səhv yoldan çəkinərəm. Möcüzəli nəsihətlərin var, buna görə onlara könüldən uyaram.

Sözlərinin mənası nur saçar, təmiz insanlara ağıl verər. Ağzım açıq, təngnəfəsəm, çünki buyruqlarından ötrü  darıxıram. Mənə lütflə bax (mənə lütf et), Adını sevənlərə həmişə etdiyin kimi. Addımlarımı gücləndir verdiyin söz üçün, heç bir günah mənə hakim olmasın. Qurtar məni insan təzyiqindən, şərtlərinə uya bilim. Üzün (nurun) işıq saçsın qulunun üzərinə, qaydalarını öyrət mənə... Sən ədalətlisən ya Rəbb, hökmlərin doğrudur.

Buyurduğun nəsihətlərin doğru və tam etibarlıdır... Düşmənlərim unutdu Sənin sözlərini. Sözün çox etibarlıdır, qulun onu sevər... Amma şərtlərini unutmuram. Ədalətin sonsuza qədər doğrudur, qanunun gerçəkdir... Amma buyruqların mənim zövqümdür. Nəsihətlərin sonsuzadək doğrudur; mənə ağıl ver ki, yaşayım. Bütün qəlbimlə səslənirəm... Ya Rəbb! Sənin qaydalarına uyacağam. Sənə səslənirəm, qurtar məni, öyüdlərinə əməl edim. Gün çıxmadan qalxıb kömək diləyirəm, Sənin sözünə ümid bağladım. Verdiyin söz üzərində düşünüm deyə, gecə boyunca yuxu girmir gözümə... Yaxınlaşır pislik ardınca qaçanlar, qanunundan uzaqlaşırlar. Halbuki Sən yaxınsan, ya Rəbb, bütün buyruqların gerçəkdir. Çoxdan bəri anladım öyüdlərini sonsuzadək verdiyini... Qurtuluş pislərdən uzaqdır, çünki Sənin qaydalarına yönəlmirlər. Çox mehribansan ya Rəbb, hökmlərinə uyğun qoru məni.

Mənə zülm edənlər, düşmənlərim çoxdur, yenə də sapmadım Sənin öyüdlərindən... Bax, nə qədər sevirəm şərtlərini, sevgin üçün ya Rəbb, qoru məni.

Sözlərinin təməli gerçəkdir, doğru hökmlərinin hamısı sonsuzadək sürəcək... Halbuki qəlbim Sənin sözünlə titrəyər. Qənimət tapan biri kimi verdiyinsözlərdə sevinc taparam. Diksinib iyrənərəm yalandan, amma Sənin qanununu sevirəm... Qanunu sevənlər böyük xoşbəxtlik tapar, heç bir şey onlara təsir etməz. Ya Rəbb, xilasına ümid bağlayar, buyruqlarını yerinə yetirərəm. Öyüdlərinə könüldən bağlanıb onları çox sevərəm. Öyüdlərini, şərtlərini tətbiq edərəm, çünki bütün davranışlarımı görərsən Sən... Ağıl ver mənə!... Qurtar məni! Dodaqlarımdan təriflər axsın, çünki mənə qaydalarını öyrədirsən... Çünki bütün buyruqların doğrudur... Xilasından ötrü darıxıram ya Rəbb, qanunun zövq qaynağımdır. Məni yaşat ki, Sənə təriflər deyim, hökmlərin mənə köməkçi olsun. (Zəbur, 119:1-175)

Çətinliyə düşüncə Rəbbə səsləndim... Ya Rəbb, qurtar məni yalançı dodaqlardan, hiyləgər dillərdən!... Mən sülh tərəfdarıyam, amma sözə başlayanda onlar döyüşə qalxır! (Zəbur, 120:1-7)

... Haradan kömək gələcək? Yeri göyü yaradan Rəbbdən gələcək kömək. O, ayağının sürüşməsinə izn verməz, Səni qoruyan mürgüləməz... (Allah) nə yatar, nə də mürgüləyər. Sənin qoruyucun Rəbbdir, O, sağ tərəfində sənə kölgədir (Rəhmətdir, qoruyandır). Gündüz Günəş, gecə Ay sənə zərər verməz.

Rəbb hər pislikdən Səni qoruyar, əsirgəyər canını. İndidən sonsuzadək Rəbb qoruyacaq gediş-gəlişini. (Zəbur, 121:1-8)

Mənə: "Rəbbin evinə (Allahın adının xatırlandığı məscidə) gedək" deyiləndə sevinərəm. Ayağımız Sənin qapılarında (Allahın adının xatırlandığı məscidlərin girişində)... "Hüzur tapsın Səni sevənlər! Üzərlərinə xoşbəxtlik, saraylarına hüzur hakim olsun!" Qardaşlarım, dostlarım üçün, "Xoşbəxt olun!" deyirəm... Yaxşılıq diləyirəm sənə. (Zəbur, 122:1-9)

Təriflər olsun Rəbbə!... Yeri-göyü yaradan Rəbbin adı köməkçimizdir. (Zəbur, 124:6-8)

Rəbbə güvənənlər... sarsılmaz, sonsuzadək qalar. (Zəbur, 125:1)

Evi Rəbb tikməzsə, tikənlər boş yerə çalışar. Şəhəri Rəbb qorumazsa, gözətçi boş yerə gözləyər. Ey zəhmətlə qazanılan çörəyi yeyənlər, Rəbb sevdiklərini rahat yatırdar. (Zəbur, 127:1-2)

Nə xoş Rəbbdən qorxana, Onun yolunda gedənə! Əməyinin məhsulunu yeyəcəksən, xoşbəxt və müvəffəqiyyətli olacaqsan... Budur, Rəbbdən qorxan adam belə müqəddəs hesab ediləcək. (Zəbur, 128:1-4)

Dərinliklərdən Sənə səslənirəm ya Rəbb... Ya Rəbb, Sən günahların hesabını aparsan, kim sağ qalar ya Rəbb? Amma Sən bağışlayansan, ona görə Səndən qorxsunlar. Rəbbi gözləyirəm (Allahı sevirəm, Allahın rizasını axtarıram), qəlbim Rəbbi gözləyir (Allahı sevir), ümid bağlayıram Onun sözünə. Səhəri gözləyənlərdən, bəli, səhəri gözləyənlərdən daha çox qəlbim Rəbbi gözləyir (Allahı sevir, Allahın rizasını axtarır)... Rəbbə ümid bağla! Çünki Rəbbdə sevgi, tam qurtuluş vardır. (Zəbur, 130:1-7)

Ya Rəbb, qəlbimdə qürur yoxdur, gözüm yüksəklərdə deyil... Özümü sakitləşdirib hüzur tapdım... Rəbbə ümid bağla indidən sonsuzadək! (Zəbur, 131:1-3)

Din alimləri doğruluğa bürünsün, sadiq qulların sevinclə səslənsin... Qurtuluş verəcəyəm din alimlərinə; həmişə sevinc tərənnümləri söyləyəcək sadiq qulları. (Zəbur, 132:9, 16)

Nə yaxşıdır, nə gözəldir, birlik içində qardaş kimi yaşamaq! (Zəbur, 133:1)

Ey sizlər, Rəbbin bütün qulları... Rəbbə təriflər deyin! Yeri-göyü yaradan Rəbb... (Zəbur, 134:1-3)

Rəbbə təriflər deyin! Rəbbin adına təriflər deyin, Ey Rəbbin qulları!... Rəbbə təriflər deyin, çünki Rəbb yaxşıdır. Adını ilahilərlə öyün, çünki xoşdur bu... Bilirəm, Rəbb böyükdür... üstündür. Rəbb nə istəsə, edər göylərdə, yer üzündə, dənizlərdə, bütün dərinliklərdə. Yer üzünün dörd tərəfindən buludlar yüksəldər, yağış üçün şimşək çaxdırar, külək əsdirər... Ya Rəbb, adın sonsuzadək sürəcək, bütün nəsillər Səni xatırlayacaq. Rəbb... qullarına acıyar. Xalqların bütləri qızıl və gümüşdən düzəldilmişdir, insan əlinin əsəridir. Ağızları var danışmazlar, gözləri var görməzlər, qulaqları var eşitməzlər, nəfəs alıb-verməzlər... Rəbbə təriflər deyin ey Rəbbdən qorxanlar!... Rəbbə təriflər deyin! (Zəbur, 135:1-21)

Şükr edin Rəbbə, çünki O, yaxşıdır, sevgisi sonsuzdur... Sevgisi sonsuzdur; şükr edin… Sevgisi sonsuzdur; böyük möcüzələr yaradan tək varlığa, sevgisi sonsuzdur; göyləri müdrikliklə yaradana, sevgisi sonsuzdur; yeri suların üzərinə döşəyənə, sevgisi sonsuzdur; böyük işıqlar yaradana, sevgisi sonsuzdur; gündüzə hakim olsun deyə Günəşi, sevgisi sonsuzdur; gecəyə hakim olsun deyə Ayı və ulduzları yaradana, sevgisi sonsuzdur... Düşmənlərimizdən bizi qurtarana, sevgisi sonsuzdur; bütün canlılara yemək verənə, sevgisi sonsuzdur; şükr edin göylərin (və yerin) Allahına, sevgisi sonsuzdur. (Zəbur, 136:1-9, 24-26)

Bütün qəlbimlə Sənə şükr edirəm ya Rəbb... Səni ilahilərlə tərifləyərəm. Adına şükr edərəm, sevgin, sədaqətin üçün... Səsləndiyim gün mənə cavab verdin, ruhuma güc verdin, məni ürəkləndirdin. Şükr etsin Sənə ya Rəbb, yer üzü padşahlarının hamısı... Etdiyin işləri tərənnüm etsinlər ya Rəbb, çünki çox ucasan. Rəbb təvazökarlara göz qoyar (qoruyar)... Çətinliyə düşsəm, məni qoruyar... məni qurtarar. Ya Rəbb, hər şeyi edərsən mənim üçün. Sevgin sonsuzdur ya Rəbb, əlinin əsərini (46) əsirgəmə! (Zəbur, 138:1-8)

Ya Rəbb... Oturub-durmağımı bilərsən, niyyətimi... anlayarsan. Getdiyim yolu, yatdığım yeri əhatə edərsən, bütün etdiklərimdən xəbərin var. Hələ sözü ağzıma almadan söyləyəcəyim hər şeyi bilərsən ya Rəbb. Məni hər tərəfdən əhatə etdin, əlini üzərimə qoydun (47)... Göylərə çıxsam, oradasan (Allahın zatı hər yeri örtmüşdür)... Səhərin qanadlarını alıb uçsam, dənizin kənarına qonsam, orada əlin (elmin) yol göstərər mənə, sağ əlin tutar məni (48).  Desəm ki, "Qaranlıq məni örtsün, ətrafımdakı işıqlıq gecəyə dönsün". Qaranlıq belə qaranlıq sayılmaz Sənin üçün, gecə gündüz kimi işıldayar, qaranlıqla işıqlıq birdir Sənin üçün. Ruhumu Sən yaratdın, ana rəhmində məni Sən hördün. Sənə təriflər deyərəm, çünki müdhiş və möcüzə yaradılmışam. Necə möcüzə işlərin var! Bunu çox yaxşı bilirəm...  Hələ ana bətnində ikən gözlərin (49) gördü məni; mənə ayrılan günlərin heç biri gəlmədən hamısı Sənin kitabına yazılmışdı. Haqqımdakı fikirlərin (50) necə də qiymətlidir ey Allah, sayı nə çoxdur! Qum dənələrindən çoxdur saysam.

Oyanıram, hələ Səninləyəm... Öndər ol mənə sonsuz həyat (Cənnət) yolunda! (Zəbur, 139:1-24)

Ya Rəbb, qurtar məni pis insandan, qoru məni zalımdan. Onlar ürəklərində pislik hazırlayar, döyüşü davamlı qızışdırar, ilan kimi dillərini itiləyərlər, gürzə zəhəri var dodaqlarının altında. Ya Rəbb, qoru məni pisin əlindən, qoru məni zalımdan... Ya Rəbb: "Allahım Sənsən". İltimasıma qulaq as ya Rəbb. Ey hakim Rəbb, böyük xilaskarım... Pislərin diləyini yerinə yetirmə ya Rəbb, planını irəli aparma!... Bilirəm, Rəbb məzlumu müdafiə edər...

Şübhəsiz, doğrular Sənin adına şükr edəcək, dürüstlər Sənin hüzurunda oturacaq. (Zəbur, 140:1-13)

Səni çağırıram ya Rəbb, köməyimə gəl (mənə rəhmət et)!... Ya Rəbb, ağzıma gözətçi qoy, dodaqlarımın qapısını qoru! Ürəyim pisliyə meyl etməsin, cinayətkarların fitnəsinə bulaşmayım... Doğru insan mənə vursa, yaxşılıq sayılar; danlasa, başa sürülən yağ kimidir, başım rədd etməz onu. Çünki duam həmişə pislərə qarşıdır. Ancaq gözləyərəm Səndə, ey hakim Rəbb, Sənə sığınıram, məni himayəsiz buraxma! Qoru məni qurduqları tələdən, cinayətkarların tələsindən. Mən güvənlikdə keçib gedərkən, öz toruna düşsün pislər. (Zəbur, 141:1-10)

Yüksək səslə yalvarıram Rəbbə, yüksək səslə Rəbbə yalvarıram... Gedəcəyim yolu Sən bilirsən... Ya Rəbb: "Sığınacağım, yaşadığımız bu dünyada nəsibim Sənsən" deyirəm. Səsimi dinlə, çünki çox çarəsizim; qurtar məni dalıma düşənlərdən, çünki məndən güclüdürlər. (Zəbur, 142:1-6)

Duamı eşit ya Rəbb, yalvarışlarıma qulaq as! Sədaqətinlə, doğruluğunla cavabla məni! Keçmiş günləri xatırlayır, bütün etdiklərini dərin düşünürəm... Əllərimi Sənə açıram, qəlbim quru torpaq kimi Sənə susayıb... Səhərlər eşitdir mənə sevgini, çünki Sənə güvənirəm; mənə gedəcəyim yolu bildir, çünki duam Sənədir. Düşmənlərimdən qurtar məni ya Rəbb; Sənə sığınıram. Mənə rizanı öyrət, çünki Allahımsan mənim. Sənin yaxşı Ruhun (rəhmətin, nurun) düz yolda mənə öndər olsun! Ya Rəbb, Adın naminə həyat ver mənə, doğruluğunla qurtar məni çətinlikdən. Sevgindən ötrü... Çünki Sənin qulunam mən. (Zəbur, 143:1-12)

... Rəbbə təriflər olsun! Odur mənim vəfalı dostum, qalam (51), qurtarıcım, dəstəyim, qalxanım (qoruyucum), Ona sığınıram... İnsan bir nəfəsi xatırladır, günləri keçib gedən bir kölgə kimidir... Ey Allah, Sənə yeni bir tərənnüm (ilahi) söyləyim, Səni on telli çənglə, ilahilərlə tərifləyim. Qurtar məni, azad et... Nə xoş Allahı Rəbb olan xalqa! (Zəbur, 144:1-15)

Ey Allahım... Səni ucaldacağam, Adını sonsuza qədər tərifləyəcəyəm. Səni hər gün tərifləyəcək, adını sonsuza qədər ucaldacağam. Rəbb böyükdür, yalnız O tərifə layiq olandır, ağıl çatmaz böyüklüyünə. Etdiklərin nəsildən nəsilə şükrlə xatırlanacaq, möhtəşəm işlərin eşitdiriləcək. Düşünəcəyəm möcüzə işlərini, insanlar böyüklüyündən, uca əzəmətindən danışacaq. Etdiyin müdhiş işlərin gücündən danışacaqlar, mən də Sənin böyüklüyünü eşitdirəcəyəm. Bənzərsiz yaxşılığının xatirələrini qeyd edəcək, sevinc tərənnümləriylə tərifləyəcəklər doğruluğunu. Rəbb lütfkar və rəhmlidir... Sevgisi dərindir. Rəbb hamıya qarşı yaxşıdır, şəfqəti bütün əsərlərini əhatə edir. Bütün yaratdıqların (52) Sənə şükr edər ya Rəbb, sadiq qulların Sənə təriflər deyər... Hər kəsin ümidi Sənədir, onlara yeməklərini vaxtında verən Sənsən. Əlini açar (53), bütün canlıları doyurarsan dilədiklərində. Rəbb bütün etdiklərində ədalətli, etdiyi bütün işlərdə rəhmlidir. Rəbb Özünə yalvaran, səmimi yalvaran hər kəsə yaxındır. Diləyini yerinə yetirər Özündən qorxanların, fəryadlarını eşidər, onları qurtarar. Rəbb qoruyar Özünü sevən hər kəsi... Rəbbə təriflər desin ağzım! Bütün canlılar Onun müqəddəs adına sonsuzadək təriflər düzsün. (Zəbur, 145:1-21)

Rəbbə təriflər deyin! Ey könlüm, Rəbbə təriflər de. Yaşadıqca Rəbbə təriflər deyəcək, var olduqca Allahıma ilahilər söyləyəcəyəm. Öndərlərə, sizi qurtara bilməyəcək insanlara güvənməyin. O, son nəfəsini verincə torpağa dönər, o gün qanunları da bitər. Nə xoş... ümidi Allahı Rəbbdə olana! Yeri-göyü, dənizi və içindəki hər şeyi yaradan, sonsuza qədər həqiqəti qoruyan, əzilənlərin haqlarını verən, aclara yemək verən Odur. Rəbb əsirləri azad edər, korların gözünü açar, beli bükülənləri düzəldər, doğruları sevər. Rəbb qəribləri qoruyar, yetimə, dul qadına kömək edər, pislərin yolunu isə sapdırar... Rəbbə təriflər deyin! (Zəbur, 146:1-10)

Rəbbə təriflər deyin! Nə gözəldir, necə xoşdur xoş Allahımızı ilahilərlə tərifləmək! Ona tərif yaraşar. Rəbb... ulduzların sayını təyin edər... Rəbbimiz böyük və çox güclüdür, sonsuzdur anlayışı. Rəbb məzlumlara kömək edər, pisləri yerə qədər alçaldar. Rəbbi şükrlə tərənnüm edin, Allahımızı lira ilə, ilahilərlə öyün. Odur göyləri buludlarla örtən, yer üzünə yağış göndərən, dağlarda ot bitirən. O, yem verər heyvanlara, səsləşən quzğun balalarına...

Rəbb Özündən qorxanlardan, sevgisinə ümid bağlayanlardan xoşlanar. Rəbbi ucalt... Yer üzünə buyruğunu göndərər, sözü sürətlə yayılar. Yun kimi qar yağdırar, qırov kül kimi yayılar. ... İri dolu sovurar, kim dözə bilər soyuğuna? Buyruq verib əridər buzları, küləyini əsdirər, sular axmağa başlayar...

Rəbbə təriflər deyin! (Zəbur, 147:1-20)

Rəbbə təriflər deyin! Göylərdən Rəbbə təriflər deyin, ucalardan Ona təriflər deyin! Ey bütün mələkləri, Ona təriflər deyin, təriflər deyin Ona... Ey Günəş, Ay, Ona təriflər deyin, təriflər deyin Ona, ey işıldayan bütün ulduzlar! Ey göylərin göyləri və göylərin üstündəki sular, Ona təriflər deyin! Rəbbin adına təriflər desinlər, çünki O, buyruq verincə var oldular. Bir qanun qoydu, onu keçməzlər... Yer üzündən Rəbbə təriflər deyin, ey dəniz canlıları, bütün dənizlər, şimşək, dolu, qar, buludlar, Onun buyruğuna uyan fırtınalar, dağlar, bütün təpələr, meyvə ağacları, sidr ağacları, vəhşi və ev heyvanları, sürünənlər, uçan quşlar, yer üzünün padşahları, bütün xalqlar, öndərlər, yer üzünün bütün idarəçiləri, cavanlar, gənc qızlar, yaşlılar, uşaqlar! Rəbbin adına təriflər desinlər, çünki yalnız Onun adı ucadır. Onun ucalığı yerin-göyün üstündədir... Rəbbə təriflər deyin! (Zəbur, 148:1-14)

Rəbbə təriflər deyin! Rəbbə yeni bir tərənnüm söyləyin, sadiq qullarının yığıncağında. Onu tərənnümlərlə öyün!... Təriflər desinlər Onun adına, dəf və lira çalıb Onu ilahilərlə tərifləsinlər!... Rəbb təvazökarları zəfər tacıyla bəzər. Bu şərəflə xoşbəxt olsun sadiq qulları, sevinc tərənnümləri oxusunlar yataqlarında! Ağızlarında Allaha uca təriflər... Rəbbə təriflər deyin! (Zəbur, 149:1-9)

Rəbbə təriflər deyin!... Gücünü göstərən göylərdə təriflər deyin Ona! Təriflər deyin Ona müdhiş işlərinə görə! Təriflər deyin Ona bənzərsiz böyüklüyünə yaraşan şəkildə! Boru çalıb Ona təriflər deyin! Çəng və lira ilə Ona təriflər deyin! Dəf və rəqslə Ona təriflər deyin! Saz və neylə Ona təriflər deyin! Zənglərlə Ona təriflər deyin! Cingildəyən zənglərlə Ona təriflər deyin! Bütün canlı varlıqlar Rəbbə təriflər desin! Rəbbə təriflər deyin! (Zəbur, 150:1-6)

Bu məsəllər (hz Süleymanın məsəlləri), müdrikliyə və tərbiyəyə çatmaq, ağıllı sözləri anlamaq, müvəffəqiyyətə aparan tərbiyəni əldə edib doğru, haqlı və ədalətli olanı etmək, təmiz adamı ehtiyatlı, gənc adamı bilikli və bəsirətli etmək üçündür... Müdrik adam dinləsin və biliyini artırsın, ağıllı adam həyat hünəri qazansın. (Süleymanın məsəlləri, 1:1-6)

Rəbb qorxusudur biliyin təməli. Axmaqlar isə müdrikliyi və tərbiyəni küçümsəyər... Oğlum, səni azdırmağa çalışan günahkarlara təslim olma. Belə deyə bilərlər: "Bizimlə gəl, adam öldürmək üçün pusqu quraq, zövq uğruna günahsızları tələyə salaq... Bir çox qiymətli mal ələ keçirər, evlərimizi qənimətlə doldurarıq. Gəl, sən də bizə qatıl, təkcə bir kisəmiz olacaq". Oğlum, belələri ilə getmə, onların tutduğu yoldan uzaq dur. Çünki ayaqları pisliyə qaçar, çəkinmədən qan tökərlər... Başqasına tələ quran öz qurduğu pusquya düşər. Yalnız öz canıdır tələyə saldığı. Haqsız qazanca düşkün olanların sonu belədir. Bu düşkünlük onları canlarından edər. (Süleymanın məsəlləri, 1:7-19)

Müdriklik çöldə yüksəkdən səslənir...: "Ey axmaqlar, axmaqlığı nə vaxtadək sevəcəksiniz? istehza edənlər nə vaxtadək istehzadan zövq alacaq? Ağılsızlar nə vaxtadək bilgidən nifrət edəcək? Xəbərdar etdiyimdə yola gəlin, o zaman sizə qəlbimi açar, sözlərimi anlamanıza kömək edərəm. Amma sizi çağırdığım zaman məni rədd etdiniz. Əlimi uzatdım, önəm verən olmadı. eşitməzlikdən gəldiniz bütün öyüdlərimi, nəsihətlərimi eşitmək istəmədiniz... Bilikdən nifrət etdiniz. Rəbbdən qorxmağı rədd etdiniz. (Allahı tənzih edirik.) Öyüdlərimi istəmədiniz, nəsihətlərimi küçümsədiniz. Bu səbəblə, tutduğunuz yolun meyvəsini yeyəcəksiniz, öz kələyiniz sizə bəs edəcək. Axmaq adamlar döndərildiklərinin qurbanı olacaq. Ağılsızlar laqeydsizliklərinin içində yox olub gedəcək. Amma məni dinləyən güvənlik içində yaşayacaq, pislikdən qorxmayacaq, hüzur tapacaq". (Süleymanın məsəlləri, 1:20-33)

Oğlum, müdrikliyə qulaq asıb ürəkdən ağıla yönələrək sözlərimi qəbul edər və buyruqlarımı ağlında tutsan; bəli, ağılı çağırıb ona könüldən səslənsən, gümüş kimi onu axtarsan, onu axtarsan xəzinə kimi, Rəbb qorxusunu anlayıb Allahı yaxından tanıyarsan. Çünki müdrikliyin qaynağı Rəbbdir. Onun ağzından (Allahın sözləri) bilgi və anlayış çıxar. Doğruları müvəffəqiyyətə çatdırar, qalxanıdır (qoruyandır, əsirgəyəndir) dürüst yaşayanların. Ədalətli olanların addımlarını qoruyar, sadiq qullarının yoluna göz qoyar. Onda anlayarsan hər yaxşı yolu, nəyin doğru, haqlı və ədalətli olduğunu. Çünki qəlbin müdrikliklə dolacaq, zövq alacaqsan bilikdən. Bəsirət sənə keşikçi olacaq və ağıl səni qoruyacaq. Bunlar səni pis yoldan, əxlaqsızın sözlərindən qurtaracaq. Onlar ki, qaranlıq yollarda getmək üçün doğru yoldan ayrılarlar. Pislik etməkdən xoşlanar, zövq alarlar pisliyin ifratından. Yolları qarışıq, yaşayışları yanlışdır... Bu səbəblə, sən yaxşıların yolunda get, doğruların izindən get. Çünki ölkədə yaşayacaq olan doğrulardır, dürüst kəslərdir orada qalacaq olanlar. Pislər ölkədən çıxarılacaq, xainlər atılacaq. (Süleymanın məsəlləri, 2:1-20)

Oğlum, unutma öyrətdiklərimi, ağlında tut buyruqlarımı. Çünki bunlar ömrünü uzadacaq, həyat illərini, xoşbəxtliyini artıracaq. Sevgini, sədaqəti heç yanından ayırma, bağla onları boynuna, yaz qəlbinin lövhəsinə. Beləcə, Allahın (qatında) və insanların gözündə alqış və hörmət qazanacaqsan. Rəbbə güvən bütün qəlbinlə, öz ağlına bel bağlama. Etdiyin hər işdə Rəbbi an, O, Sənin yolunu düzənliyə çıxarar. Özünü müdrik biri olaraq görmə, Rəbbdən qorx, pislikdən uzaq dayan. Beləcə, vücudun sağlamlıq və fərahlıq tapar. Sərvətinlə və məhsulunun novbarı ilə Rəbbi sevgiylə an. O zaman anbarların ağzına qədər dolar. (Süleymanın məsəlləri, 3:1-10)

Müdrikliyə çatana, ağlı tapana nə xoş! Gümüşdənsə onu qazanmaq daha yaxşıdır. Onun faydası qızıldan daha çoxdur. Çox qiymətlidir ləl-cəvahiratdan, diləyəcəyin heç bir şey onunla müqayisə edilə bilməz... Yolları sevinc yollarıdır, bəli, bütün yolları xoşbəxtliyə aparır. Müdriklik həyat ağacıdır ona sarılanlara, nə xoş ondan möhkəm tutanlara!... Oğlum, yaxşı öyüdə, bəsirətə sarıl. Əsla gözünü ayırma onlardan. Onlar sənə həyat verəcək və boynuna gözəl bir bəzək olacaq. O zaman güvənlikdə gedərsən, səndələmədən. Qorxmadan  uzanıb şirin-şirin yatarsan. Gözlənilməz fəlakətdən və ya pislərin düçar olduğu müsibətdən qorxma. Çünki səni qoruyan Rəbbdir, tələyə düşməkdən səni O qoruyacaq. Əlindən gəldiyi qədər yaxşılığa haqqı olanlardan yaxşılığı əsirgəmə. Əlində varkən qonşuna "Bu gün get, sabah  verərəm" demə. Sənə güvənib yanında yaşayan qonşuna pislik hazırlama..

... Zalıma qibtə etmə, onun yollarından heç birini seçmə. Çünki Rəbb azğınlardan xoşlanmaz, amma doğruların can dostudur. Rəbb pislərin evini lənətləyər, doğruların oturduğu yeri isə müqəddəs hesab edər. Rəbb istehza edənlərə istehza edər, amma təvazökarlara lütf edər. Müdriklər şərəfi miras alacaq, ağılsızlara yalnız rüsvayçılıq qalacaq. (Süleymanın məsəlləri, 3:13-35)

... Diqqət edin ki, anlayışlı olasınız. Çünki sizə gözəl dərs verirəm, ayrılmayın öyrətdiklərimdən...  "Söylədiklərimə ürəkdən sarıl... Müdrikliyə və ağıla sahib ol, dediklərimi unutma, onlardan ayrılma. Müdriklikdən ayrılma, o səni (Allahın diləməsiylə) qoruyar. Sev onu, sənə (Allahın diləməsiylə) göz qoyar. Müdrikliyə ilk addım ona sahib çıxmaqdır. Bütün sərvətin bahasına başa gəlsə də, ağıla sahib çıx. Onu qoru, o da (gözəl əxlaqlı, müdrik olmaq) səni ucaldacaq, ona sarılsan, səni şərəfləndirəcək. Başına zərif bir çələng, görkəmli bir tac geydirəcək". Dinlə oğlum, sözlərimi mənimsə ki, uzansın ömürün. Səni müdriklik yolunda öyrədər, doğru yollara yönəldərəm. Ayağın dolaşmadan yürüyərsən. Aldığın tərbiyəyə sarıl, buraxma, onu göstər, çünki odur həyatın. Pislərin yoluna ayaq qoyma, getmə alçaqların yolunda, o yoldan çəkin, yanından belə keçmə, yolunu dəyiş. Çünki pislik etmədikcə yatmaz onlar, yuxuları qaçar bəzilərini azdırmadıqca. Yedikləri pislik, içdikləri zülm məhsuludur. Halbuki doğruların yolu şəfəq işığı kimidir, gedərək zöhr günəşinin parlaqlığına çatar. Pislərin yolu isə zülmət qaranlıq kimidir, niyə büdrədiklərini bilməzlər. Oğlum, sözlərimə diqqət et, dediklərimə qulaq as. Ağlından çıxmasın bunlar, onları qəlbinə yerləşdir. Çünki onları tapan üçün həyat, canına şəfadır bunlar. Hər şeydən əvvəl qəlbini qoru, çünki həyat ondan qaynaqlanır. Yalan çıxmasın ağzından, uzaq tut dodaqlarını sapqın sözlərdən. Gözlərin həmişə önə baxsın, düz önə! Gedəcəyin yolu düzəlt, o zaman bütün işlərin rahat olar. Sapma sağa sola, ayağını pislikdən uzaq tut. (Süleymanın məsəlləri, 4:1-27)

Oğlum, müdrikliyimə diqqət et, ağıllı sözlərimə qulaq as. Beləliklə, həmişə bəsirətli olub dodaqlarınla biliyi qoruyarsan... Yoxsa... ah çəkib inləyərsən ömrünün son günlərində, vücudun tükəndiyində. "Öyrədilməkdən niyə bu qədər nifrət etdim, qəlbim nəsihətlərə niyə əhəmiyyət vermədi?" deyərsən.

"Müəllimlərimin sözünü dinləmədim, məni öyrədənlərə qulaq asmadım"... Rəbb insanın tutduğu yola göz qoyar, atdığı hər addıma nəzarət edər. Pis adamı öz günahları ələ verəcək, günahının kəməndi həmin an bağlayacaq onu. Hədsiz axmaqlığı onu yoldan çıxaracaq, tərbiyəni əhəmiyyətsiz hesab etdiyi üçün öləcək. (Süleymanın məsəlləri, 5:1-23)

Ey tənbəl, get, qarışqalara bax, onların həyatından müdriklik öyrən... Nə vaxtadək yatacaqsan, ey tənbəl? Nə vaxt qalxacaqsan yuxundan? "Bir az yatım, bir az mürgüləyim" deməmiş yoxluq bir quldur kimi, yoxsulluq bir axın kimi gələr üzərinə. Ağzında yalanla gəzən soysuz və fitnəkardır. Göz qırpar, bir çox ayaq oyunu, əl-qol hərəkətləri edər əxlaqsız, qəlbində pislik hazırlayar, çəkişmə yaradar durmadan. Buna görə qəflətən müsibətə uğrayacaq, birdən-birə çarəsiz qalıb yox olacaq. Rəbbin razı olmadığı şeylər bunlardır: Qürurlu gözlər, yalançı dil, günahsız qanı tökən əllər, kələkbaz ürək, pisliyə aparan ayaqlar, yalan nəfəs alan yalançı şahid və qardaşlar arasında çəkişmə yaradan adam. (Süleymanın məsəlləri, 6:6-19)

Zina edən adam ağıldan məhrumdur. Etdikləri ilə özünü yox edər. Payına düşən... şərəfsizlikdir, əsla xilas ola bilməz rüsvaydan. (Süleymanın məsəlləri, 6:32-33)

Oğlum, sözlərimi yerinə yetir, ağlında tut buyruqlarımı. Buyruqlarımı yerinə yetir ki, yaşayasan (Cənnət əhlindən olasan). Öyrətdiklərimi göz bəbəyi kimi qoru. Onları üzük kimi barmaqlarına keçir, qəlbinin lövhəsinə yaz. Müdrikliyə "sən bacımsan", ağıla "qohumumsan" de. (Süleymanın məsəlləri, 7:1-4)

Müdriklik çağırır, ağıl səsini yüksəldir. Yol kənarındakı təpələrdə, yolların birləşdiyi yerdə dayanır o. Şəhərin girişində, qapıların yanında, səsini yüksəldir: "Ey insanlar, sizə səslənirəm, dəvətim insan soyunadır! Ey səfehlər, ehtiyatlı olmağı öyrənin; ağıllı olmağı öyrənin, ey ağılsızlar! Söylədiyim gözəl sözləri dinləyin, ağzımı doğruları söyləmək üçün açıram. Ağzım həqiqəti eşitdirər, çünki dodaqlarım pislikdən xoşlanmaz. Ağzımdan çıxan hər söz doğrudur, yoxdur yanlış və ya pis olanı. Açıq-aşkardır hamısı anlayana, biliyə çatan doğruluğunu bilər onların. Gümüşün yerinə tərbiyə, qızılın yerinə bilik qazan. Çünki müdriklik ləl-cəvahiratdan qiymətlidir, dilədiyin heç bir şey onunla müqayisə edilə bilməz. Mən müdriklik kimi ehtiyatı özümə iqamət qazandım. Bilik və bəsirət məndədir. Rəbbdən qorxmaq pislikdən nifrət etmək deməkdir. Qürurdan, kibirdən, pis yoldan, sapqın ağızdan nifrət edirəm. (Süleymanın məsəlləri, 8:1-13)

Düzgünlük yolunda, ədalətin izindən gedirəm... Günbəgün sevinclə dolub daşdım, hüzurunda həmişə coşdum. Onun dünyası xoşbəxtliyim, insanları (saleh möminlər) sevincim idi. Uşaqlarım, indi məni dinləyin: Yolumu izləyənlərə nə xoş! Nəsihətlərimi dinləyin və müdrik olun, görməzlikdən gəlməyin onları. Məni dinləyən... adama nə xoş! Çünki məni tapan həyat tapar və Rəbbin rizasını qazanar. Məni qulaq ardına vuran isə özünə zərər verər... (Süleymanın məsəlləri, 8:20, 31-36)

... Ağılın yolunu izləyin... Müdrik adamı xəbərdar etsən, səni sevər. Müdrik adamı öyrətsən, daha müdrik olar, doğru adama öyrətsən, biliyini artırar. Rəbb qorxusudur müdrikliyin təməli. Ağıl müqəddəs olanı (Allahı) tanımaqdır... Müdriksənsə müdrikliyinin faydası sənədir, İstehza etsən, acısını tək sən çəkərsən. Ağılsız qadın qalmaqalçı və maymaqdır, heç nə bilməz. Evinin qapısında, şəhərin ən yüksək yerində oturub yoldan keçənləri, öz yollarından gedənləri çağırmaq üçün, "Kim maymaqdırsa bura gəlsin" deyər. Ağıldan məhrum olanlara da "Oğurlanan su şirin, gizlin yeyilən yemək ləzzətlidir" deyər. Lakin evinə girənlər ölümə getdiklərini, ona qonaq olanlar ölülər diyarının (Cəhənnəmin) dibinə endiklərini bilməzlər. (Süleymanın məsəlləri, 9:6-18)

Haqsız qazanılan sərvətin faydası yoxdur, amma düzgünlük ölümdən (Cəhənnəmdən) qurtarar. Rəbb doğru adamı ac qoymaz, amma pislərin istəyini boşa çıxarar. Tənbəl əllər insanı yoxsullaşdırar, çalışqan əl zəngin edər... Bərəkət doğru adamın başına yağar, pislər isə zülmlərini sözlə gizləyər.

Doğrular təriflə, pislər nifrətlə xatırlanar. Müdrik adam buyruqları qəbul edər, çənəsi boş axmaq isə müsibətə düçar olar. Dürüst adam güvənlikdə yaşayar, amma hiyləgərin yolundan gedən ifşa ediləcək. Hiyləgərliklə göz qırpan acılara səbəb olar. Çənəsi boş axmaq da müsibətə düçar olar. Doğru adamın ağzı həyat mənbəyidir, pislər isə zülmlərini sözlə gizləyərlər. Nifrət çəkişməni böyüdər, sevgi hər günahı bağışlayar. Ağıllı adamın dodaqlarından müdriklik axar, amma ağıldan məhrum olan kürəyindən kötək yeyər. Müdrik adam bilik toplayar, axmağın ağzı isə onu müsibətə yaxınlaşdırar... Tərbiyəyə qulaq asan həyat yolunu tapar. Nəsihətləri rədd edən isə başqalarını yoldan azdırar... Böhtan atan ağılsızdır. Çox danışanın günahı az olmaz, ağıllı adam isə dilini qoruyar. Doğru adamın dili saf gümüş kimidir, pisin niyyətləri isə dəyərsizdir. Doğru adamın sözləri bir çoxlarını bəsləyər, axmaqlar isə ağıl məhrumluğundan ölər. Rəbbin bərəkətidir adamı zəngin edən, Rəbb ona dərd verməz. Pislik ağılsızlar üçün əyləncə kimidir. Ağlı başında olanlar üçün isə müdriklik eyni şeydir. Pis adamın qorxduğu başına gələr, doğru adam isə diləyinə çatar... Doğru adam sonsuzadək qalar (54). Dişlər üçün sirkə, gözlər üçün tüstü nədirsə, tənbəl ulaq da özünü göndərən üçün elədir. Rəbb qorxusu ömürü uzadar, pislərin ömrü isə qısadır (bərəkətsizdir). Doğrunun ümidi onu sevindirər, pisin ümidi isə boşa çıxar. Rəbbin yolu dürüst üçün sığınacaq, fitnəkar üçün isə müsibətdir. Doğru adam heç vaxt sarsılmaz... Doğru adamın ağzından müdriklik çıxar... Doğru adamın dodaqları deyiləcək sözü bilər, pisin ağzından isə sapqın sözlər çıxar. (Süleymanın məsəlləri, 10:2-32)

Rəbb hiyləli tərəzidən xoşlanmaz, hiyləsiz çəkidən razı qalar. Təkəbbürün ardınca rüsvayçılıq gələr, amma müdriklik təvazökarlardadır. Yaxşı insanın dürüstlüyü ona yol göstərər, xainin yalanı isə müsibətə aparar. Qəzəb günü sərvət işə yaramaz, halbuki düzgünlük ölümdən (Cəhənnəmdən) qurtarar.

Dürüst insanın doğruluğu onun yolunu düzəldər, pis adam olarsa, pisliyi üzündən məhv olar. Yaxşının doğruluğu onu qurtarar, amma xaini öz tamahı ələ verər. Pis adam öldüyündə ümidləri yox olar, güvəndiyi güc də bitər. Doğru adam çətinlikdən xilas olar, onun yerinə çətinliyi pis adam çəkər.

Allahsız adam başqalarını ağzı ilə müsibətə aparar, halbuki doğrular bilik sayəsində xilas olar. Doğruların müvəffəqiyyətinə şəhər bayram edər... Dürüstlərin bərəkəti ilə şəhər inkişaf edər, amma pislərin ağzı şəhəri viran edər. Başqasını kiçik görən ağıldan məhrumdur, ağıllı adam isə dilini qoruyar. Qeybətçi sirr saxlaya bilməz, halbuki etibarlı insan sirdaş olar. Yol göstərəni olmayan xalq məhv olar, məsləhətçisi çox olan zəfərə gedər... Şəfqətli qadın şərəf, zalımlar isə yalnız sərvət qazanar. Xeyirxahın faydası özünədir, qəddar isə öz başına bəla gətirər. Pis adamın qazancı aldadıcıdır, düzgünlük əkənin mükafatı isə etibarlıdır. Qəlbi doğru olan həyata (Cənnətə) qovuşar, pisliyin ardınca gedən ölümünü hazırlayar (Cəhənnəmə gedər). Rəbb sapqın qəlbi olana pis baxar, dürüst yaşayandan razı qalar. Bilin ki, pis adam cəzasız qalmaz, doğruların soyu isə xilas olar. Ağıldan məhrum qadının gözəlliyi donuzun burnundakı qızıl halqaya bənzəyir. Doğruların istəyi həmişə yaxşılıqla nəticələnər, pislərin ümidi isə qəzəblə. Əliaçıq olan daha çox qazanar, haqq yeyənin sonu isə yoxsulluqdur. Comərd olan bolluğa çatacaq, başqasına su verənə su veriləcək. Xalq buğda toplayanı lənətləyər, amma buğda satan bərəkət tapar. Yaxşılığı məqsəd bilən uğur qazanar, pisliyi məqsəd hesab edən isə pisliyə uğrayar. Zənginliyinə güvənən başı aşağı gedəcək, halbuki doğrular, budağındakı yarpaq kimi inkişaf edəcək... (Süleymanın məsəlləri, 11:1-31)

Tərbiyəni sevən biliyi də sevər, tərbiyədən nifrət edən axmaqdır. Yaxşı adam Rəbbin lütfünə çatar, amma kələkbazı Rəbb məhkum edər. Pislik adamı güvənliyə qovuşdurmaz... Yaxşı qadın ərinin tacıdır... Doğruların qanunları ədalətli, pislərin öyüdləri aldadıcıdır. Pislərin sözləri ölüm tələsidir, doğruların danışığı isə onları qurtarar. Pislər ölüb yox olar, doğru adamın evi salamat qalar. Adam ağıl nisbətində təriflənər, yanlış düşüncəli kiçik görülər... Pisin mehribanlığı belə zülmlüdür... Pis adam pislərin qənimətini istəyər, amma düz insanların kökü məhsul verər. Pis adamın günah sözləri özü üçün tələdir, amma doğru adam çətinliyi sovuşdurar. İnsan ağzının məhsulu ilə yaxşılıq qazanar, əlinin əməyinə görə də qarşılığını alar.

Axmağın yolu öz gözündə doğrudur, müdrik adam isə öyüdə qulaq asar. Axmaq əsəbiləşdiyini dərhal biruzə verər, amma ehtiyatlı olan alçaldılmağa önəm verməz. Dürüst şahid doğrunu söyləyər, yalançı şahid isə yalan nəfəs alar. Düşünmədən deyilən sözlər qılınc kimi kəsər, müdriklərin dili isə şəfa verər... Pislik hazırlayanın qəlbi hiylə ilə, sülhü nəsihət edənin qəlbi isə sevinclə doludur. Doğru adama heç zərər gəlməz, pisin başı isə bəladan xilas olmaz. Rəbb yalançı dodaqları pisləyər, amma həqiqətə uyanlardan razı qalar... Narahat qəlb insanı həlak edər, amma gözəl söz sevindirər. Doğru adam yoldaşına da yol göstərər, pisin tutduğu yol isə özünü sapdırar... Doğru yol həyat qaynağıdır, bu yol ölümsüzlüyə aparır (55). (Süleymanın məsəlləri, 12:1-28)

Müdrik adam tərbiyəni sevər, istehza edən tənqid olunsa da, önəm verməz. Yaxşı insan ağzından çıxan sözlərə görə mükafat alar, amma xainlərin nəfəsi zülmdür. Dilini tutan canını qoruyar, amma boşboğazın sonu müsibətdir... Doğru adam yalandan nifrət edər, pisin sözləri isə pisdir, biabırçıdır. Düzgünlük dürüst yaşayanı qoruyar, pislik günahkarı həlak edər... Doğruların işığı parlaq olar, pislərin çırası sönər. Qürurdan ancaq qovğa çıxar, öyüd dinləyən isə müdrikdir... Nəsihətlərə qulaq asmayan əvəzini ödəyər, buyruqlara (Allahın buyruqlarına) hörmətli olan isə mükafatını alar.

Müdriklərin öyrətdikləri həyat qaynağıdır, insanı ölüm tələsindən uzaqlaşdırar  (56). Ağıllı davranış hörmət qazandırar, xainlərin yolu isə müsibətə aparar. Ehtiyatlı adam işini bilərək edər, ağılsız adam isə axmaqlığını göstərər. Pis çapar bəlaya düşər, etibarlı elçi isə şəfa gətirər. Tərbiyəyə yanaşmayanı yoxluq və rüsavyçılıq gözləyir, amma tənqidə qulaq asan şərəflənər... Ağılsız pislikdən uzaq qala bilməz. Müdriklərlə oturub-duran müdrik olar, ağılsızlarla dost olan isə zərər görər. Günahkarı fəlakət buraxmaz, doğruların mükafatı isə rifahdır... Sevən ata (oğlunu) diqqətlə tərbiyə edər... (Süleymanın məsəlləri, 13:1-25)

Doğru yolda gedən Rəbbdən qorxar... Axmağın sözləri kürəyinə kötəkdir, amma müdrikin dodaqları özünü qoruyar... Etibarlı şahid yalan danışmaz, yalançı şahid isə yalan nəfəs alar. İstehza edən müdrikliyi axtarsa da, tapa bilməz, ağıllı üçün isə bilik qazanmaq asandır. Ağılsız adamdan uzaq dur, çünki sənə öyrədəcək bir şeyi yoxdur. Ehtiyatlı adamın müdrikliyi nə edəcəyini bilməsidir, ağılsızların axmaqlığı isə aldanmaqdır... Dürüstlər isə yaxşı niyyətlidir... Doğru adamın evi abad olacaq. Elə yol var ki, insana düz kimi görünər, amma sonu ölümdür (57)... Qəlbi dönük olan tutduğu yolun, yaxşı adam da etdiklərinin mükafatını alacaq. Sadəlövh hər sözə inanar, ehtiyatlı olan isə atdığı hər addımı hesablayar. Müdrik adam Rəbbdən qorxduğu üçün pislikdən uzaqlaşar, ağılsız isə böyüklük göstərib özünə güvənər. Tez hirslənən axmaq kimi davranar, hiyləgərdən hamı nifrət edər. Maymaqların mirası ağılsızlıqdır, ehtiyatlı kəslərin tacı isə bilikdir... Qonşunu xor görmək günahdır, nə xoş məzluma lütf edənə! Pislik hazırlayan yolunu itirməzmi? Halbuki yaxşılıq hazırlayan sevgi və sədaqət qazanar. Hər əmək qazanc gətirər, amma mənasız danışıq yoxsulluğa aparar... Ağılsızlar axmaqlığı ilə tanınar. Dürüst şahid can qurtarar, yalançı şahid hiyləgərdir. Rəbbdən qorxan tam güvənlikdədir, Rəbb onun uşaqlarına da sığınacaq olacaq. Rəbb qorxusu həyat qaynağıdır (salehlərin Cənnəti qazanmalarına vəsilə olar), insanı ölüm tələsindən (Cəhənnəm əzabından) uzaqlaşdırar...

Gec hirslənən ağıllıdır, tez əsəbiləşən axmaqlığını göstərər. Dinc ürək bədənin həyat qaynağıdır, həsəd isə insanı həlak edər... Yoxsula acıyan Yaradanı ucaldar. Pis adam düçar olduğu müsibətlə həlak olar... Müdriklik ağıllı adamın qəlbinə sığınar... Düzgünlük xalqı ucaldar, halbuki günah hər hansı bir xalq üçün rüsvayçılıqdır. (Süleymanın məsəlləri, 14:1-34)

Yumşaq cavab qəzəbi yatırar, halbuki incidən söz qəzəbi alovlandırar. Müdrikin dili bilikdən gözəl istifadə edər, ağılsızın ağzından isə axmaqlıq axar. Rəbbin gözü (58) hər yerdə olanı görər, pislərə də, yaxşılara da göz qoyar. Nəzakətli dil həyat verər, pis dil isə ruhu incidər. Axmaq atasının xəbərdarlıqlarını kiçik görər, ehtiyatlı adam tənqidə qulaq asar. Doğru adamın evi böyük xəzinə kimidir, pisin gəliri isə sıxıntı yeridir. Müdriklərin dodaqları bilik yayar, amma ağılsızların qəlbi elə deyil... Doğruların duası Onu razı edər. Rəbb pis adamın yolundan razı qalmaz, doğruluğun ardından gedəni sevər... İstehza edən tənqiddən xoşlanmaz, müdriklərə gedib məsləhətləşməz. Xoşbəxt qəlb üzü sevindirər, acı qəlb ruhu əzər. Ağıllı qəlb bilik axtarar, ağılsızın ağzı isə axmaqlıqla bəslənər... Xoşbəxt bir qəlb sahibinə davamlı ziyafətdir. Yoxsul olub Rəbbdən qorxmaq, zəngin olub qayğı içində yaşamaqdan üstündür. Sevgi dolu mühitdə tərəvəz yemək, nifrət dolu mühitdə kök danadan yaxşıdır. Kəmhövsələ adam çəkişmə yaradar, səbirli adam qovğanı yatırar. Tənbəlin yolu tikanlı çəpər kimidir, doğrunun yolu isə enli küçəyə bənzəyər. Müdrik uşaq atasını sevindirər, ağılsız uşaq isə anasını kiçik görər. Ağıldan məhrum olan axmaqlığı ilə sevinər, amma ağıllı insan dürüst həyat sürər. Qarşılıqlı danışıq olmazsa, planlar boşa çıxar, məsləhətçilərin çoxluğu ilə müvəffəqiyyət əldə edilər. Uyğun cavab sahibini xoşbəxt edər, yerində deyilən söz nə gözəldir! Ağıllı adam həyata (Cənnətə) gedən yoldadır, bu da ölülər diyarına (Cəhənnəmə) enməyini önləyər. Rəbb qürurlunun evini yıxar... Rəbb pisin qanunlarından razı qalmaz, təmiz düşüncələrdən razı qalar. Haqsız qazanca düşkün adam öz evinə çətinlik verər, rüşvətdən nifrət edən isə rahat yaşayar. Doğru adamın ağlı cavabını yaxşı ölçər, pisin ağzı pislik saçar. Rəbb pislərdən uzaq durar, halbuki doğruların duasını eşidər (razılıq edər). Gülən gözlər qəlbi sevindirər, yaxşı xəbər insana fərahlıq verər. Həyat verən sözləri dinləyən müdriklər arasında yerləşər. Tərbiyədən qaçan özünə zərər verər, tənqidə qulaq asan isə ağıl qazanar. Rəbb qorxusu müdriklik öyrədər, təvazökarlıq da şərəfin şərtidir. (Süleymanın məsəlləri, 15:1-33)

İnsan hər etdiyini təmiz sanar, amma niyyətlərini ölçən Rəbbdir. Edəcəyin işləri Rəbbə əmanət et, o zaman qanunların reallaşar. Rəbb hər şeyi məqsədi üçün yaratdı, pis adamı da şər günü üçün. Rəbb qəlbi qürurlu olanı pis görər, bilin ki, elələri cəzasız qalmaz. Sevgi və bağlılıq günahları bağışladar, Rəbb qorxusu insanı pislikdən uzaqlaşdırar. Rəbb adamın yaşayışından razı olarsa, düşmənlərini belə onunla barışdırar. Düzgünlüklə qazanılan az şey, haqsızlıqla qazanılan böyük gəlirdən yaxşıdır. Padşah ədaləti tapdalamamalıdır. Doğru ölçü və tərəzi Rəbbindir (59), bütün çəkiləri O təyin edər. Padşahlar pislikdən çəkinər, çünki taxtın zəmanəti ədalətdir. Padşah doğru söyləyəndən razı qalar, dürüst danışanı sevər... Müdriklik qazanmaq qızıldan daha qiymətlidir, ağıla sahib olmaq da gümüşdən üstündür. Dürüstlərin tutduğu yol pislikdən uzaqlaşdırar, yoluna diqqət yetirən canını qoruyar. Qürurun ardından müsibət, kibirli ruhun ardından da məğlubiyyət gələr. Məzlumlar arasında təvazökar  olmaq, qürurlularla soyğun malı paylaşmaqdan yaxşıdır. Öyüdə qulaq asan müvəffəqiyyətə çatar, Rəbbə güvənən xoşbəxt olar. Müdrik qəlbli insanlara ağıllı deyilir, şirin söz razı salma gücünü artırar. Ağıl sahibinə həyat qaynağı, axmaqlıq isə axmaqlara cəzadır. Müdrikin ağlı dilinə yön verər, dodaqlarının razı salma gücünü artırar. Xoş sözlər bal kimidir, cana şirin və bədənə şəfadır. Elə yol var ki, insana düz kimi görünər, amma sonu ölümdür (Cəhənnəmdir)... Alçaqlar başqalarına pislik hazırlayar, danışıqları qızğın atəş kimidir. Kəmhövsələ adam çəkişməni qızışdırar, qeybətçi can dostlarını ayırar. Zalım adam başqalarını tovlayar və onları pis yola yönəldər. Göz qırpmaq kələyə, hiyləli gülümsəmə pisliyə işarədir... Səbirli adam igiddən üstündür, özünü yoxlayan da şəhərlər fəth edəndən üstündür... Hər qərarı Rəbb verər. (Süleymanın məsəlləri, 16:1-33)

Hüzur içində quru bir loxma qovğa və ziyafət dolu evdən yaxşıdır... Qızıl ocaqda, gümüş putada təmizlənər, qəlbi təmizləyən isə Rəbbdir. Pis adam fəsad dolu dodaqları dinləyər, yalançı da təxribatçı dilə qulaq asar... Sevgi istəyən adam günahları bağışlayar, qeybət edən isə can dostlarını ayırar...

Pis adam ancaq üsyana meyllidir... Azğınlığı üzərində olan bir ağılsızla qarşılaşmaq balalarından olmuş dişi ayı ilə qarşılaşmaqdan betərdir. Yaxşılığın qarşılığını pisliklə ödəyənin evindən pislik azalmaz. Qovğanın başlanğıcı su sızıntısına bənzər, müsibətə gətirib çıxarmadan çəkişməni burax. Pisi bağışlayanı da, doğrunu məhkum edəni də Rəbb pisləyər. Ağılsız biri müdriklik satın almaq üçün niyə pul xərcləsin? Onsuz da ağıldan məhrumdur!

Dost həmişə sevər, qardaş çətin gündə bəlli olar... Üsyanı sevən qovğanı sevər... Dili ilə aldadan da bəlaya düşər. Ağılsız özünü doğurana dərddir... Ruh fərahlığı sağlamlıq gətirər, əzgin ruh isə vücudu qocaldar. Pis adam ədaləti sapdırmaq üçün gizlin rüşvət alar. Ağıllı adam gözünü müdriklikdən ayırmaz, ağılsızın gözü isə həmişə sağda-soldadır... Bilikli adam az danışar, ağıllı adam sakit ruhludur... (Süleymanın məsəlləri, 17:1-28)

Tərs adam öz mənfəətini güdər, yaxşı öyüdə həmişə qarşı çıxar. Ağılsız adam bir şey anlamaqdan çox öz fikirlərini danışmaqdan xoşlanar. Pisliyi alçaldılmaq, eyibi rüsvayçılıq izləyər. Müdrik adamın ağzından çıxan sözlər dərin sular kimidir, müdrikliyin mənbəyi də coşğun bir çaydır. Pisi himayə etmək də, günahsızdan ədaləti əsirgəmək də yaxşı deyil. Ağılsızın dodaqları çəkişməyə gətirib çıxarar... Ağılsızın ağzı özünü məhv edər, dodaqları da canına tələdir... Zəngin sərvətini bir qala, aşılmaz bir sədd sanar. Qəlbin qürurunu məğlubiyyət, təvazökarlığı isə şərəf izləyər.

Dinləmədən cavab vermək axmaqlıq və abırsızlıqdır... Ağıllı adam biliyi satın alar, müdrikin qulağı da bilik arxasındadır... Müsibətə aparan dostlar vardır, amma elə dost var ki, qardaşdan yaxındır insana. (Süleymanın məsəlləri, 18:1-24)

Dürüst yaşayan bir yoxsul olmaq, yalançı bir ağılsız olmaqdan yaxşıdır. Biliksiz həvəs işə yaramaz, tələsmək insanı yanıldar... Yalançı şahid cəzasız qalmaz, yalan nəfəs alan xilas ola bilməz... Ağlı izləyən bolluğa qovuşar... Ağıllı adam səbirlidir, qüsurları xoş görməsi ona şərəf qazandırar... Ağıllı qadın Rəbbin hədiyyəsidir. Tənbəllik insanı laqeydliyə aparar, avara adam da ac qalar. Allah buyruğuna uyan canını qoruyar (Cənnəti qazanar), getməsi gərəkən yolları önəmsiz görən ölər (Cəhənnəm əzabıyla qarşılıq tapar). Yoxsula acıyan adam Rəbbə borc vermiş olar, etdiyi yaxşılıq üçün Rəbb onu mükafatlandırar... Öyüdə qulaq as, tərbiyəni qəbul et ki, qalan ömrün boyu müdrik olasan. İnsan ürəyində çox şey hazırlayar, amma reallaşan Rəbbin məqsədidir. İnsandan istənən vəfadır, yoxsul olmaq yalançı olmaqdan yaxşıdır. Rəbb qorxusu dolğun və dərdsiz bir həyata qovuşdurar... Ağıllı adamı tənqid etsən biliyinə bilik qatar... Oğlum, nəsihətlərimi dinləməsən, bilik qaynağı olan sözlərdən saparsan... Pislərin ağzı fəsadla bəslənər. (Süleymanın məsəlləri, 19:1-28)

Qovğadan qaçmaq insan üçün şərəfdir, halbuki hər axmaq mübahisəyə hazırdır... İnsanın niyyətləri dərin quyunun suyu kimidir, ağıllı adam onları ortaya çıxarar. İnsanların çoxu "Vəfalıyam" deyər. Amma sadiq birisini kim tapa bilər? Doğru və dürüst bir ataya sahib olan uşağa nə xoş!... Rəbb hiyləli tərəzidən, hiyləli ölçüdən xoşlanmaz... Eşidən qulağı da, görən gözü də Rəbb yaratmışdır.  Çoxlu qızılın, ləl-cəvahiratın ola bilər, amma bilik axıdan dodaqlar daha qiymətlidir... Qanunlarını məsləhətləşərək et... "Bu pisliyin əvəzini sənə verəcəyəm" demə; Rəbbi gözlə, O, səni qurtarar... Rəbb hiyləli tərəzidən xoşlanmaz. İnsanın addımlarını Rəbb yönləndirər... Düşünmədən vəd etmək təhlükəlidir. Müdrik padşah pisləri ayırd edər... İnsanın ruhu Rəbbin işığıdır (Allahın nurunun təcəllisidir)... Sevgi və sədaqət padşahın güvəncəsidir. Onun taxtını sağlamlaşdıran sevgidir. (Süleymanın məsəlləri, 20:3-28)

Padşahın qəlbi Rəbbin əlindədir, kanaldakı su kimi onu istədiyi yönə çevirər. İnsan izlədiyi hər yolun doğru olduğunu sanar, amma niyyətlərini ölçən Rəbbdir. Rəbb Özünə qurban verilməsindən çox doğruluğun və ədalətin yerinə yetirilməsini istəyər. Qürurlu baxışlar və qürurlu qəlb pislərin çırası və günahıdır.... Haqsız qazanılan sərvət duman kimi keçicidir və ölüm (60) tələsidir. Pislərin zülmü özlərini süpürüb aparar, çünki doğrunu etməyə yanaşmazlar. Günahkarın yolu qarışıq, pak adamın etdikləri isə düzdür… Pisin can atdığı şey pislikdir, heç kimə acımaz… Müdrik olan öyrədiləndən bilik qazanar... Yoxsulun fəryadına qulağını tıxayanın fəryadına cavab verilməyəcək… Haqq yerinə gəlincə doğru adam sevinər, fitnəkar dəhşətə düşər.

Ağıldan uzaqlaşan özünü ölülərin arasında görər (61). Zövqünə düşkün olan yoxsullaşar… Müdrikin evi qiymətli əşya və zeytun yağı ilə doludur, ağılsızın isə malını xırman sovurar. Doğruluğun və sevginin ardınca gedən həyat, rahatlıq və şərəf tapar… Qürurlu, lovğa və istehza edən: Bunlar təkəbbürlü insan adlarıdır. Tənbəlin istəyi onu ölümə aparar, çünki əlləri çalışmaqdan çəkinər; bütün gün istəklərini sayıb oturar, halbuki doğru adam əsirgəmədən verər… Pis adam özünə güclü bir görünüş verər, yaxşı insan isə tutduğu yoldan əmindir. Rəbbə qarşı müvəffəqiyyətli ola biləcək müdriklik, ağıl və qanun yoxdur. At döyüş günü üçün hazır saxlanılar, amma zəfər verən Rəbbdir. (Süleymanın məsəlləri, 21:1-31)

... Hörmət gümüş və qızıldan yaxşıdır. Zənginlə yoxsulun ortaq yönü budur: Hər ikisini də Rəbb yaratdı… Təvazökarlığın və Rəbb qorxusunun mükafatı zənginlik, şərəf və həyatdır (62). Pisin yolu tikan və tələ ilə doludur. Canını qorumaq istəyən bunlardan uzaq durar. Uşağı tutmalı olduğu yola görə yetişdir, yaşlandığında o yoldan ayrılmaz... Fəsad əkən dərd biçər, qəzəbinin dəyənəyi yox olar. Səxavətli adam müqəddəs hesab edilər, çünki yeməyini yoxsullarla paylaşar. İstehza edəni qov, qovğa bitər; çəkişmə və alçaltmalar da sona çatar... Rəbb biliyə göz qoyub qoruyar, xainin sözlərini isə yox edər... Sərvətini böyütmək üçün yoxsulu əzənin ... sonu yoxsulluqdur. (Süleymanın məsəlləri, 22:1-16)

Qulaq as, müdriklərin sözlərini dinlə, öyrətdiyimi yadda saxla. Sözlərimi qəlbində saxlasan xoşbəxt olarsan, onlar həmişə hazır olsun dodaqlarında.

Rəbbə güvənməyin üçün bu gün bunları sənə, bəli, sənə də bildirirəm. Sənin üçün otuz söz yazdım, bilik və öyüd sözləri... Belə ki, etibarlı, doğru sözləri biləsən, beləcə, səni göndərənə etibarlı cavab verə biləsən. Yoxsulu yoxsul olduğu üçün soymağa çalışma, düşkünü məhkəmədə əzmə. Çünki onların mühakiməsini Rəbb müdafiə edəcək... Kəmhövsələ adamla yoldaşlıq etmə; tez hirslənənlə yola çıxma. Yoxsa onun yollarına alışar, özünü tələyə düşmüş görərsən. (Süleymanın məsəlləri, 22:17-25)

Nəsihətləri yadda saxla, bilik dolu sözlərə qulaq as. Uşağını tərbiyə etməkdə geri qalma... Oğlum, müdrik olsan, mənim ürəyim də sevinər. Dodaqların doğru danışdığında könlüm də coşar. Günahkarlara qibtə etməkdənsə həmişə Rəbb qorxusunda yaşa. Beləcə, bir gələcəyin olar və ümidin boşa çıxmaz.

Oğlum, dinlə və müdrik ol, qəlbini doğru yolda tut... Yaşlandığı zaman ananı xor görmə. Həqiqəti satın al və satma; müdrikliyi, tərbiyəni, ağlı da. Doğru adamın atası coşduqca coşar, müdrik davranan oğulun atası sevinər… (Süleymanın məsəlləri, 23:12-24)

Pislərə qibtə etmə, onlarla birlikdə olmağı istəmə. Çünki qəlbləri zülm hazırlayar, dodaqları bəlalardan danışar. Ev müdrikliklə tikilər, ağılla gücləndirilər. Bilik sayəsində otaqları hər cür qiymətli, gözəl əşya ilə dolar. Müdriklik gücdən, bilik də böyük qüvvətdən üstündür… Zəfər qazanmaq üçün bir çox məsləhətçi lazımdır… Pislik hazırlayan adam hiyləgər kimi bilinəcək... İstehza edəndən hamı nifrət edər. Çətin gündə cəsarətini itirsən, deməli gücün azdır. Ölüm təhlükəsində olanları xilas et, ölmək üzrə olanları qoru. "Bax, bunu bilmirdim" desən də, insanın ürəyindəkini bilən anlamazmı? Sənin canını qoruyan anlamazmı?... Müdriklik də canın üçün elədir, onu bil. Müdrikliyi tapsan, bir gələcəyin olar və ümidin boşa çıxmaz.

Ey pis adam, doğru adamın evinə pusqu qurma, onu yıxmağa çalışma. Çünki doğru adam yeddi dəfə yıxılsa, yenə qalxar, amma pislər fəlakətdə yox olar. Düşmənin zəifləməyinə və səndələməyinə sevinmə. Yoxsa Rəbb məmnun olmaz... Pislik edənlərə hirslənib kədərlənmə, onlara etina etmə. Çünki pislərin gələcəyi yoxdur... Oğlum, Rəbbə... hörmət göstər, üsyankarlarla yoldaşlıq etmə... Bunlar da müdriklərin sözləridir: Mühakimə edərkən tərəf saxlamaq yaxşı deyil. Pisə "Günahsızsan" deyən hakimi xalqlar lənətləyər, qınayar... Dürüst cavab həqiqi dostluğun işarəsidir... Başqalarına qarşı səbəbsiz şahidlik etmə və dilinlə aldatma. "Mənə etdiyini mən də ona edəcəyəm, əvəzini verəcəyəm mənə etdiyini" demə. Tənbəlin tarlasından, ağılsızın bağından keçəndə hər yeri tikanların, otların örtdüyünü gördüm; daş divar da uçmuşdu. Gördüklərimi dərin düşündüm, seyr etdiklərimdən ibrət aldım. "Bir az mürgüləyim, bir az yatım" deməmiş yoxluq bir quldur kimi, yoxsulluq bir axın kimi gələr üzərinə. (Süleymanın məsəlləri, 24:1-34)

Yerində deyilən söz gümüş oymalardakı qızıl alma kimidir. Qızıl sırğa və ya qızıl bir bəzək nədirsə, dinləyən qulaq üçün müdrikin tənqidi də elədir.

Biçində qar sərinliyi necədirsə, etibarlı elçi də özünü göndərənlər üçün elədir... Yağışsız bulud və yel necədirsə, vermədiyi hədiyyə ilə öyünən adam da elədir. Səbirlə bir hökmdar belə razı salınar, şirin dil ən güclü müqaviməti qırar. Başqasına qarşı yalançı şahidlik edən toppuz, qılınc və ya iti ox kimidir. Çətin gündə xainə güvənmək, çürük dişə və ya şikəst ayağa güvənmək kimidir. Düşmənin acsa, doyur; susayarsa, su ver. Bunu etməklə onu utandırarsan və Rəbb səni mükafatlandırar... Pisin önündə susan doğru adam suyu bulanmış bulaq, çirklənmiş quyu kimidir... Özünə nəzarət edə bilməyən adam dağılmış, səddsiz şəhər kimidir. (Süleymanın məsəlləri, 25:11-28)

Yazın ortasında qar, biçində yağışın uyğun olmadığı kimi, ağılsıza da şərəf yaraşmaz.... Ağılsıza axmaqlığına görə cavab vermə, yoxsa sən də onun səviyyəsinə enərsən. Ağılsıza axmaqlığına uyğun cavab vermə, yoxsa özünü müdrik sanar. Ağılsızın əli ilə xəbər göndərən öz ayaqlarını kəsən biri kimi, özünə zərər verər. Ağılsızın ağzında məsəl iflicin sallanmış ayaqları kimidir. Ağılsızı şərəfləndirmək daşı sapanda bağlamaq kimidir. Sərxoşun əlindəki tikanlı budaq nədirsə, ağılsızın ağzındakı məsəl də odur... Özünü müdrik görəni tanıyırsanmı? Ağılsız belə ondan daha ümidlidir... Rəzəsinin üzərində dönən qapı kimi, tənbəl də yatağında dönüb yatar. Tənbəl əlini boşqaba salar, yenidən ağzına aparmağa ərinər. Tənbəl özünü ağıllı cavab verən yeddi adamdan daha müdrik sanar... Odun bitincə atəş sönər, qeybətçi yox olunca qovğa bitər. Köz üçün kömür, atəş üçün odun nədirsə, çəkişməni alovlandırmaq üçün qovğa edən də elədir... Əzizləyən dodaqlarla pis qəlb, minalanmış torpaq üzə bənzər. Ürəyi nifrət dolu adam sözləri ilə niyyətini gizləməyə çalışar, amma qəlbi hiylə ilə doludur. Gözəl sözlərinə aldanma, çünki qəlbində yeddi pis şey vardır. Nifrətini hiylə ilə örtsə belə, pisliyi cəmiyyətin qarşısında ortaya çıxar. Başqasının quyusunu qazan içinə öz düşər, daşı diyirlədən altında qalar. Yalançı dil incitdiklərindən nifrət edər, rüsvayçı ağızdan müsibət gəlir. (Süleymanın məsəlləri, 26:1-28)

Sabahla öyünmə, çünki nə gətirəcəyini bilə bilməzsən. Səni öz ağzın deyil, başqaları tərifləsin, öz dodaqların deyil, özgəsi tərifləsin. Daş ağırdır, qum bir yükdür, amma axmağın təhriki ikisindən də ağırdır. Qəzəb zalım, hiddət azğındır... Açıq bir tənqid, gizli tutulan sevgidən yaxşıdır. Düşmənin gözəllikləri hiylədir, amma dostun səni yaxşılığın üçün yaralayar... Gözəl qoxu və büxur cana fərah verər, dostun verdiyi öyüd insana şirin gəlir. (Süleymanın məsəlləri, 27:1-10)

Dəmir dəmiri bilər, insan da insanı... Su görünüşümüzü necə əks etdirirsə, ürək də insanın içini əks etdirər. Ölüm və fəlakət diyarı insana doymaz (63), insanın gözü də heç doymaz. Qızıl ocaqda, gümüş putada yoxlanar, insansa aldığı təriflə yoxlanar. (Süleymanın məsəlləri, 27:17-21)

Pis adam özünü qovan olmasa belə qaçar, doğrular isə gənc aslan kimi ürəklidir. Üsyançı ölkə çox başlı olar, amma ağıllı, bilikli adam nizam gətirər. Yoxsulu əzən yoxsul məhsulu xarab edən leysan yağış kimidir. Qanunu tərk edən pisi tərifləyər, yerinə yetirən isə pisə qarşı çıxar. Pislər ədalətdən anlamaz, Rəbbə yönələnlər isə hərtərəfli anlayar. Dürüst bir yoxsul olmaq sui-istifadə ilə zəngin olmaqdan yaxşıdır. Müqəddəs qanunu (64) yerinə yetirən uşaq ağıllıdır... Dürüst kəsləri pis yola çevirən öz qazdığı çuxura düşər. Yaxşılığı dürüst olanlar miras alacaq. Zəngin özünü müdrik sanar, amma ağıllı yoxsul onun qəlbini oxuyar. Doğruların zəfəri coşğu ilə qeyd olunar... Günahlarını gizləyən müvəffəqiyyətli olmaz, etiraf edib buraxan isə mərhəmət tapar. Günahdan çəkinən necə də xoşbəxtdir! İnadcıllıq edən isə bəlaya düşər. Yoxsul xalqı idarə edən pis adam nərildəyən aslan və təcavüzkar ayı kimidir. Qəddar öndərin ağlı azdır; haqsız qazancdan nifrət edən isə uzun ömürlü olar. Alnı ağ yaşayan xilas olar, sui-istifadə edən qəflətən müsibətə düçar olar. Torpağını işlədənin çörəyi bol olar, xəyal arxasında qaçan isə yoxsul olar. Etibarlı adam bolluğa çatar, zəngin olmağa can at isə bəladan xilas ola bilməz... Xəsis sərvət arxasında qaçar, yoxsulluğa düşəcəyini düşünməz... Acgöz qovğa çıxarar, Rəbbə güvənən isə bolluq içində yaşayar. Özünə güvənən ağılsızdır, müdrik davranan güvənlikdə olar. Yoxsula verən möhtac olmaz, yoxsulu görməməzlikdən gələn isə bir çox lənətə uğrayar. (Süleymanın məsəlləri, 28:1-27)

Dəfələrlə xəbərdar edildiyi halda dikbaşlıq edən qəflətən müsibətə uğrayacaq, çarə yoxdur. Doğru kəslər çoxalınca xalq sevinər, pis adam hökmdar olunca xalq inləyər... Ədalətlə idarə edən padşah ölkəsinə dəstək olar, ağır vergilər qoyan isə məhv edər. Başqasının üzünə gülən adam ona tələ qurar.

Pisin üsyanı özünə tələ olar, doğru adam isə tərənnüm (ilahi) söyləyər və sevinər. Doğru adam yoxsulların haqqını verər, pis adam haqqın nə olduğunu bilməz. İstehza edənlər şəhərləri beləcə qarışdırar, müdriklər isə qəzəbi yatırar. Müdrik adama qarşı mühakiməsi olan axmaq qəzəblənər, istehza edər və rahatlıq verməz. Qana susayanlar dürüst adamdan nifrət edər, doğrular isə onun canını qoruyar. Ağılsız həmişə hirslənməyə hazırdır, müdrik isə qəzəbinə hakim olar... Yoxsulları ədalətlə idarə edən padşahın taxtı həmişə güvənlikdə olar... Pislər çoxalınca üsyan da çoxalar, amma doğrular onların məğlub olduğunu görəcək. Oğlunu tərbiyə et, o da sənə hüzur verəcək və könlünü xoş edəcək. Vəhydən məhrum olan xalq hədd bilməz. Nə xoş müqəddəs qanunu (65) yerinə yetirənə!... Qəzəbli adam çəkişmə yaradar, kəmhövsələ adamın üsyanı az olmaz. Qürur insanı hörmətdən salar, təvazökarlıq isə şərəf qazandırar... İnsandan qorxmaq tələdir, amma Rəbbə güvənən güvənlikdə olar. Hökmdarın gözünə girmək istəyən çoxdur, amma Rəbbdir insana ədalət verən. Doğrular haqsızlardan çəkinər, pislər də dürüst yaşayanlardan. (Süleymanın məsəlləri, 29:1-27)

Allahın hər sözü etibarlıdır, O, Özünə sığınan hər kəsə qalxandır (qoruyucudur)... Ey Allah... Saxtakarlığı, yalanı məndən uzaq tut... (Süleymanın məsəlləri, 30:5-8)

Elələri var ki, özlərini tərtəmiz bilərlər, halbuki pisliklərindən təmizlənmiş deyildirlər. Elələri var ki, özlərindən üstün adam tanımazlar, hamıya yuxarıdan baxarlar. Elələri var ki, dişləri qılınc, çənələri bıçaqdır... (Süleymanın məsəlləri, 30:12-14)

Dünyada dörd kiçik varlıq vardır ki, çox müdrik davranarlar: Qarışqalar güclü olmayan bir birlikdir, amma yeməklərini yaydan yığarlar. Dovşanlar da gücsüz bir birlikdir, amma yuvalarını qaya oyuqlarında düzəldərlər. Çəyirtkələrin başçısı yoxdur, amma dəstə-dəstə irəliləyərlər. Kərtənkələni əl ilə tutmaq mümkündür, amma şah saraylarında gəzir... Ordusunun başındakı padşah "Əgər axmaq kimi özünü ucaltdınsa və ya pislik hazırladınsa, dayan və düşün! Çünki südü döyüncə kərəyağı... necə çıxırsa, qəzəbi qurdalayınca da qovğa çıxar". (Süleymanın məsəlləri, 30:24-33)

Ağzını haqqını müdafiə edə bilməyən və kimsəsizin mühakiməsi üçün aç. Ağzını aç və ədalətlə mühakimə et, məzlumun, yoxsulun haqqını müdafiə et. Yaxşı qadını kim tapa bilər? Onun dəyəri ləl-cəvahiratdan çox üstündür. Əri ona ürəkdən güvənər və qazancı azalmaz. Qadın ona pisliklə deyil, həyatı boyunca yaxşılıqla cavab verər... Məzluma qollarını açar, yoxsula əlini uzadar... Güc və şərəfə bürünmüşdür, gələcəyə etibarlı baxar. Ağzından müdriklik axar, dili yaxşılıq nəsihət edər. Evin işlərini idarə edər, tənbəllik etməz... Cazibədarlıq hiyləgər, gözəllik mənasızdır; amma Rəbbə hörmətli qadın tərifə layiqdir. Əllərinin layiq olduğunu verin özünə, etdikləri üçün şəhər məşvərətində təriflənsin. (Süleymanın məsəlləri, 31:8-31)

 

Qeydler

14. Allaha möminlərin "pisliklərinin örtülməsi, səhvlərinin bağışlanması üçün" dua edilməsi mənasındadır

15. Allah Məlcadır (özünə sığınılan). Təşbehlə Allahın bu sifəti izah edilir.

16. Saleh möminlərin Cənnət neməti olaraq Allahın uca Camalını görmələri nəzərdə tutulur.

17. Allaha ibadət edilən məkanı təsvir etmək üçün istifadə edilən bir təşbehdir.

18. Allahın zatı; Allahın rizası.

19. Allahın Mömin (əminlik verən, əmin edən) adının təcəlli etməsi təşbeh üsulu ilə izah edilir.

20. Təşbeh üsulu ilə "Allahın himayəsi, qoruması" nəzərdə tutulur.

21. Təşbeh üsulu ilə Allahın inayəti, iman edənlər üzərindəki qoruması izah edilir.

22. . Təşbeh üsulu ilə Allahın inayəti, iman edənlər üzərindəki qoruması izah edilir.

23Təşbeh üsulu ilə Allahın qorumasına, rəhmətinə sığınma nəzərdə tutulur.

24. Allahın Hadi (hidayət lütf edən, doğru yola çatdıran) adı təşbeh üsulu ilə izah edilir.

25. Allah Məlcadır (özünə sığınılan). Təşbehlə Allahın bu adı izah edilir.

26. Allahın rizasını, rəhmətini və Cənnətini qazanmaq təşbehlə izah edilir.

27. Allahın Məlca (özünə sığınılan) adı təşbehlə izah edilir.

28. Allahın inayəti və aləmlərin nuru olması təşbeh üsulu ilə izah edilir.

29. Təşbeh üsulu ilə Allahın himayəsi, qoruması nəzərdə tutulur.

30. Allahın Məlca (özünə sığınılan) adının təcəlli etməsi mənasındadır.

31.Allaha ibadət edilən məkanı təsvir etmək üçün istifadə edilən bir təşbehdir.

32. Təşbeh üsulu ilə Allahın himayəsi, qoruması nəzərdə tutulur.

33Təşbeh üsulu ilə Allahın himayəsi, qoruması nəzərdə tutulur.

34.Allahın hər şeyi bilən, hər şeydən xəbərdar olan olduğu təşbehlə izah edilir.

35. Allahın "Nur" adı nəzərdə tutulur.

36. Allahın köməyi, xilası təşbeh üsulu ilə izah edilmişdir.

37. Allahın Ədl adı nəzərdə tutulur. Allah ədalət edənlərin ən xeyirlisidir.

38. Allah qəzəbdən münəzzəh olandır. Nəzərdə tutulan Allahın Müəzzib (əzab edən) adının təcəlli etməsidir.

39. Allahın üstün güc və qüdrəti təşbehlə izah edilir.

40. Allahın nuru təşbehlə izah edilir.

41. Allahın qoruyan, əsirgəyən olduğu ifadə edilir.

42. Allahın üstün güc və qüdrət sahibi olduğu təşbehlə izah edilir.

43. Allahın rəhmətinə sığınmaq nəzərdə tutulur.

44. Allahın qoruyan, əsirgəyən olduğu təşbehlə izah edilir.

45. Allahın "sənətkar, sonsuz gözəllikləri sənətinin içində yaradan" mənasındakı "Sani" adının təcəlliləri mənasındadır.

46. Allahın "sənətkar, sonsuz gözəllikləri sənətinin içində yaradan" mənasındakı "Sani" adının təcəlliləri mənasındadır.

47. Allahın inayəti təşbeh üsulu ilə izah edilir.

48. Allahın "qoruyan" mənasındakı "Asim" adının təcəllisi nəzərdə tutulur.

49. Allahın "Basar" adının təcəllisi olaraq hər an hər şeyi ən yaxşı görən mənasında istifadə edilir.

50. Rəhmətinin nümunələri, qulları üçün yaratdığı nemətlər mənasında istifadə edilmişdir.

51. Allahın "özünə sığınılan" mənasındakı "Məlca" adının təcəlli etməsi mənasındadır.

52. Rəbbimizin yaratdığı hər şey nəzərdə tutulur.

53. Allahın "kərimi bol olan, comərd olan" mənasındakı "Kərim" adınının təcəlli etməsi mənasında istifadə edilir.

54. Allahın rizasını qazananlara sonsuz Cənnət həyatının olduğu müjdə verilir.

55. Allahın rizasını qazananlara sonsuz Cənnət həyatının olduğu müjdə verilir.

56. Buradakı həyat və ölüm Cənnət və Cəhənnəmin təşbehli izahıdır.

57. Buradakı "ölüm" sonsuz Cəhənnəm əzabının təşbehlə izahıdır.

58. Allahın "Basar" adının təcəllisi olaraq hər an hər şeyi ən yaxşı görən mənasında istifadə edilir.

59. Rəbbimizin ədaləti, hər şeyin hesabını ən yaxşı bilən olması təşbehlə izah edilir.

60. Buradakı "ölüm" sonsuz Cəhənnəm əzabının təşbehlə izahıdır.

61. Buradakı "ölüm" sonsuz Cəhənnəm əzabının təşbehlə izahıdır.

62. Saleh möminlərin həm dünyada, həm də axirətdə gözəllik içində yaşaması nəzərdə tutulur.

63. Buradakı "ölüm və fəlakət diyarı" sonsuz Cəhənnəm əzabının təşbehlə izahıdır.

64. Allahın əmr və tövsiyələri nəzərdə tutulur.

65.     Allahın əmr və tövsiyələri

15 / total 18
"Harun Yəhyanın Tövratdan Hikmətlər və Gözəl Öyüdlər kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com adnanoktarhukuk.com adnanoktarakumpas.com adnanoktargercekleri.com ingilizderindevleti.net