İslam Terroru Lənətləyir

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
10 / total: 10

Nəticə: Qərb Dünyası Üçün Məsləhətlər

Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin. Allaha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır.
(Əraf surəsi, 56)

Bu gün Qərb dünyası terrora əl atan təşkilatlara görə əndişələnir və bu narahatçılıq yersiz deyil. Terroru gerçəkləşdirən və buna dəstək verən bütün təşkilatların beynəlxalq hüquq və ədalət normaları çərçivəsində cəzalandırılmasının vacibliyi hamıya aydın olan məsələdir. Amma bundan daha vacib olan məsələ bu problemin həlli üçün hansı uzunmüddətli strategiyanın həyata keçirilməsinin lazım gəldiyini araşdırmaq və üzə çıxarmaqdır.

Bura qədərki araşdırma və dəyərləndirmələrimiz terrorun ilahi dinlərdə heç bir yeri olmayan bəşəri bir cinayət olduğunu göstərməkdə, son vaxtlar gündəmə gələrək əsas mövzuya çevrilən “İslam terroru” anlayışının yanlışlığını ortaya qoymaqdadır. Bu isə bizə cəmiyyətə münasibətdə əsas baxış bucaqlarını və onların vacib tərəflərini öyrədir:

1. Qərb dünyası, xüsusilə ABŞ terrora qarşı, əlbəttə, ən kəskin tədbirləri həyata keçirməlidir və bu məsələdə haqlıdır. Amma onlar bunun hər hansı bir dinə və onun mənsublarına aid olmadığı kimi, İslama və müsəlmanlara qarşı da olmadığını, əksinə, İslama faydalı olduğunu çox açıq şəkildə ortaya qoymalıdır. “Mədəniyyətlər mübarizəsi” adı ilə 90-cı illərdə ortaya çıxan təhlükəli ssenarinin qarşısı nəyin bahasına olursa-olsun alınmalıdır. Mədəniyyətlər arasında mübarizə deyil, mərhəmət, xeyirxahlıq, mehribanlıq və sülh yaşanmalıdır.

2. Sevgi, dostluq, sülh və qardaşlıq dini olan həqiqi İslamın inkişafı və onun İslam cəmiyyətləri tərəfindən başa düşülməsi dəstəklənməlidir. İslam ölkələrindəki radikal fraksiyalara qarşı istifadə ediləcək çözüm yolları “məcburi dünyəviləşdirmə”dən ibarət deyil. Əksinə, belə bir siyasət kütlələri daha çox eti- raz və müqavimətə sövq edərdi. Məsələnin gerçək həlli yolu həqiqi İslamın başa düşülməsi, yəni Quran əxlaqının insan haqları, demokratiya, müstəqillik, gözəl əxlaq, elm, sənət, estetika kimi həqiqi anlayışlarını mənimsəmiş, bəşəriyyətə xoşbəxtlik və həyat sevinci gətirən bir müsəlman modelinin yayılmasıdır.

3. Terrorun mənbəyi cəhalət və ağılsızlıq, bunun aradan qaldırılması yolu isə təhsildir. Terrora rəğbət bəsləyən çevrələrə bunun İslama tamamilə zidd olması, habelə onların bununla İslama, müsəlmanlara və bütün bəşəriyyətə zərər verdiyi başa salınmalı və bu insanlar vəhşilikdən uzaqlaşmaq, mənən, ruhən təmizlənmək üçün maarifləndirilməlidir. ABŞ-ın bu istiqamətdəki təhsil siyasətini dəstəkləməsi çox faydalı nəticələr verərdi.

4. ABŞ-ın xarici siyasəti son 10 il ərzində dünyanın fərqli bölgələrindəki müsəlmanları, həqiqətən də, cürbəcür zülm və qətliamlardan qorumuşdur. Serblərin Bosniyada törətdiyi və üç il davam edən qətliamlar ancaq ABŞ-ın müdaxiləsindən sonra dayandırıldı və Kosovodakı müsəlman albanlar serb ter- rorundan məhz ABŞ-ın müdaxiləsi ilə qorundu. ABŞ çeçenlər üzərinə qətliamlarla nəticələnmiş hücumlara keçən Rusiyanın da qarşısını xeyli dərəcədə aldı. Bu siyasət həm gücləndirilərək davam etdirilməli, həm də dünya müsəlmanlarına izah olunmalı, bununla da ABŞ və Qərb əleyhinə yönəlmiş lazımsız hərəkətlər aradan qaldırılmalıdır.

5. Kommunist, faşist, irqçi və digər ideologiyalardan qaynaqlanan terrora qarşı da uzunmüddətli mədəni həll yolları inkişaf etdirilməlidir. Bu gün dünyanın dörd tərəfindəki ölkələrdə təhsilin əsasını materializm və darvinist düşüncə sistemi təşkil edir. Halbuki bir qədər əvvəl də vurğuladığımız kimi, darvinizm insanı fasiləsiz şəkildə, daim vuruşan bir heyvan hesab edən, insanı irəliyə yalnız qarşıdurma və müharibələrin aparacağına inanan və hər cür terrora əsas verən mürtəce və yanlış bir ideologiyadır. Sadəcə olaraq həyatda yalnız güclülərin qalacağı və yalnız güclülərin yaşayacağı fikrini müdafiə edən, müharibəni bir vasitə hesab edən darvinizm əsrlərdir ki, bütün dünyanı bəladan-bəlaya sürükləyən böyük bir bataqlıq kimidir. Bu səbəblə də, terrorla mübarizədə reallaşdırılacaq ədalətli güc tədbirləri ilə yanaşı, bütün dünya miqyasında böyük təhsil səfərbərliyinin də başlanması lazımdır. Bu təhsilin təməlini də darvinizm və  materializm  fırıldaqçılığının  həqiqi  tərəflərini  açıb  göstərmək  və Allahın insanlar üçün müəyyən etdiyi gözəl əxlaqı hər kəsə öyrətmək ideyası təşkil etməlidir. Arzulanan belə sakitlik, bərabərlik, asayiş və əmin-amanlıq yalnız o halda bərqərar olacaq ki, dinin gətirdiyi əxlaqın gözəllikləri insanlar arasında geniş şəkildə yayılmış olsun. Çünki bataqlığı qurutmadan bu bəladan qurtulmaq mümkün deyil.

Ümid etmək olar ki, belə məsləhətlər dünyanın terrorizmdən və bütün digər ağılsız, mürtəce və vəhşi hərəkətlərdən xilas olunmasına kömək edəcək. Özünü Allahın mərhəməti altında olan bir ölkə kimi tanıyan və tanıdan ABŞ təmsil etdiyi xristian mədəniyyəti ilə, həqiqətən də, müsəlmanların dostudur. Allah Quranda bu həqiqətə diqqət çəkərək xristian- ların insanlar içində iman edənlərə sevgi baxımından ən yaxın olanlar olduğunu xəbər verir (Maidə surəsi, 82) Tarixdə xeyli cahillər (məsələn, səlibçilər) bu həqiqəti anlamayaraq iki dinin arasında qarşıdurmalara səbəb olublar. Eyni ssenarinin təkrarlanmaması üçün həqiqi xristianlar və müsəlmanlar birlikdə iş görməli, əl-ələ verməlidir. ABŞ-dakı üzücü və faciəvi hadisələrdən sonra baş verən proseslər də bu işbirliyinin toxumlarının səpildiyini göstərir.

Bütün bu hadisələr insanların İslam əxlaqını daha yaxından tanıyacağının və onların bu günə qədər sahib olduqları bütün yanlış və zərərli mühakimələrdən xilas olacağının da bir əlaməti kimi sərf-nəzər edilə bilər. XXI əsr Allahın izni ilə yer üzünə arzulanan sülhü və sakitliyi gətirməyin yeganə yolunun İslam əxlaqı olduğunun dərindən və bütün ciddiyyəti ilə başa düşüləcəyi bir əsr olacaq.

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz. (Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza!
(Ənbiya surəsi, 18)

 

Sen Yücesin,
bize öğrettiğinden başka bizim hiçbir bilgimiz yok.
Gerçekten Sen, herşeyi bilen,
hüküm ve hikmet sahibi olansın.
(Bakara Suresi, 32)

 

10 / total 10
"Harun Yəhyanın İslam Terroru Lənətləyir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net