< <
2 / total: 9

Allahin Peyğəmbərimizə (s.a.v.) Bəxş Etdiyi Möcüzələr

Peyğəmbərimiz (s) Allahın “...Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur...” (“Əhzab” surəsi, 40) ayəsində bildirdiyi kimi, insanlar üçün axırıncı peyğəmbər olaraq göndərilən, Allahın ən son haqq kitabının vəhy edildiyi, gözəl əxlaqı, təqvası, Allaha olan yaxınlığı ilə insanlara nümunə olan mübarək bir insandır. O, Allahın dostu, möminlərin də dostu və vəlisidir. Allahın “Həqiqətən Biz sənə ağır bir kəlam vəhy edəcəyik” (“Muzzəmmil” surəsi, 5) ayəsi ilə də bildirdiyi kimi, Peyğəmbərimizin (s) üzərinə çox ağır məsuliyyət qoyub. Peyğəmbərimiz (s) isə Allaha olan güclü imanı ilə ona verilən bu məsuliyyətli vəzifəni ən gözəl şəkildə yerinə yetirmiş, insanları Allahın yoluna dəvət etmiş və bütün inananların rəhbəri olmuşdur.

Kitabın girişində də bildirdiyimiz kimi, Rəbbimiz bir çox elçilərinə möcüzələr bəxş etmişdir. Uca Allah qiymətli Peyğəmbərimiz Hz.Muhəmmədi (s) də Öz dərgahından müxtəlif möcüzələrlə dəstəkləmişdir. Bu möcüzələrdən ən böyüyü isə heç şübhəsiz ki, Rəbbimizin insanlara bir hidayət rəhbəri olaraq göndərdiyi Qurani-Kərimdir. Rəbbimiz Quranı Peyğəmbərimizə (s) vəhy etmişdir.

Peyğəmbərimizin (S) Ürəyinə Edilən Vəhy

sofra

Hicri 1205 (M.1790) tarihli Kuran-ı Kerim. Nesih hatla yazılı. Serlevhası klasik tarzda tezhipli. Her sayfası 17 satır. Altın cetvelli. Döneme ait deri cildi. (Süleyman Tevfik)

Həm İslami, həm də tarixi mənbələrə görə, sevimli Peyğəmbərimiz Hz.Muhəmməd (s) 40 yaşında peyğəmbərlik vəzifəsi ilə şərəfləndirilib. Ancaq Peyğəmbərimiz (s) vəhy almağa başlamamışdan əvvəl də bir çox möcüzəvi hadisə baş vermişdi. Bu möcüzələrdən biri Peyğəmbərimizin (s) gecələr gördüyü yuxuların tam dəqiqliyi ilə çin olub gerçəkləşməsidir. Hədislərdə bildirildiyinə görə, bu cür “saleh yuxular” 6 ay davam etmişdir. Böyük İslam alimi İmam Suyuti “Fövqəladə cəhətləri ilə Peyğəmbərimiz” adlı əsərində həmin yuxuları bu cür bildirir:

“Allah Rəsuluna (s) göndərilən vəhyin başlanğıcı yuxuda gördüyü saleh yuxu şəklində olub. Gördüyü hər yuxu səhərin aydınlığı kimi gerçək çıxırdı...”"1

Hədislərdə bildirildiyinə görə, Peyğəmbərimiz (s) 40 yaşına çatanda tez-tez Məkkədən 12 kilometr aralıda yerləşən Nur dağındakı Hira mağarasına gedər, orada tək qalardı. Hira mağarasında təkliyə çəkilməsinin üçüncü ilinin Ramazan ayında Uca Rəbbimiz Hz.Muhəmmədə (s) peyğəmbərlik verdi. Cəbrail Allahın iznilə Peyğəmbərimizə (s) göründü və ona Qurani-Kərimdən bəzi ayələr nazil etdi. İlk vəhy günü miladi tarixlə 610-cu il avqust ayının 10-na, ramazan ayının 21-ci günü bazar ertəsi gecəsinə təsadüf edir.

Allah Cəbrailin vasitəçiliyi ilə mübarək elçisinə İslam dinini vəhy etmişdir. Əlbəttə ki, bu, Rəbbimizin çox böyük nemətidir. Peyğəmbərimiz (s) də özünün dərin imanı, Allah qorxusu, təqvası, üstün əxlaqı ilə buna layiq olan bir insandır. Uca Allah bir ayədə belə buyurmuşdur:

“Lakin vəhyi sənə bəxş etməyimiz Rəbbinin yalnız sənə qarşı bir mərhəmətidir. Həqiqətən, Onun sənə olan neməti böyükdür!” (“İsra” surəsi, 87).

Allah başqa bir ayədə isə belə bildirmişdir:

“Kitabın sənə nazil olacağına ümid etmirdin. Ancaq o, Rəbbindən bir mərhəmət olaraq sənə göndərildi...” (“Qəsəs” surəsi, 86).

Peyğəmbərlik məqamı ilə şərəfləndirilməmişdən əvvəlki altı ay ərzində gördüyü yuxuların tam dəqiqliyi ilə gerçəyə çevrilməsi sevimli Peyğəmbərimizin (s) Allahın dərgahında seçilmiş olmasının dəlillərindən biridir. İslam alimləri bu məsələni Allahın insanlara göndərdiyi son peyğəmbərini bu böyük vəzifəyə “yuxuda hazırladığı” şəklində izah edirlər. Bu “saleh yuxular”dan sonra Peyğəmbərimiz (s) Allahdan aldığı ilk vəhylə bütün insanlara bir hidayət rəhbəri edilmişdir. Sonralar O, çox böyük qətiyyətlə ta vəfat edənə kimi insanları Allaha və Onun yoluna dəvət etdi. Peyğəmbərimizə (s) ilk vəhyin gəlməsindən əvvəlki möcüzəvi hadisələr hədislərdə belə xəbər verilir:

Hz.Aişənin dediklərindən: “Rəsulullah aləyhissalatu vəssalama vəhy şəklində ilk başlayan şey yuxuda gördüyü saleh yuxular idi. Yuxuda nə görsəydi, səhərin aydınlığı kimi eyni ilə həqiqət olardı. Bu əsnada ona təklik sevdirilmişdi. Hira mağarasına çəkilib orada ailəsinin yanına qayıtmadan bir neçə gün tək qalıb ibadətlə məşğul olardı. Bu məqsədlə yanına müəyyən qədər azuqə aparırdı. Azuqəsi qurtaranda Hz.Xədicənin (r.anhə) yanına dönər, yenə eyni qaydada azacıq miqdarda azuqə götürüb təkrar mağaraya qayıdardı. Bu vəziyyət Hira mağarasında ona haqq gələnə kimi davam etmişdi. Bir gün mələk onun yanına gəlib:

- “Oxu!” dedi. Aleyhissalatu vəssalam:

- “Mən oxumağı bilmirəm!” cavabını verdi. Aleyhissalatu vəssalam hadisənin davamını özü belə danışır:

- “Mən oxumağı bilmirəm” deyəndə mələk məni tutub qucaqladı, taqətim kəsilənə kimi sıxdı. Sonra buraxdı. Yenə:

- “Oxu!” dedi. Mən bu dəfə də:

- “Oxumağı bilmirəm!” - dedim. Məni ikinci dəfə qucaqlayıb taqətim kəsilənə kimi sıxdı. Sonra yenə buraxdı və: “Oxu!” dedi. Mən yenə: “Oxumağı bilmirəm” dedim. Məni üçüncü dəfə də qucaqlayıb taqətim kəsilənə kimi sıxdı. Sonra buraxdı və:

- “Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı “ələq”dən yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiklərini öyrətdi” (“Ələq” surəsi, 1-5), - dedi.

Rəsulullah aləyhissalatu vəssalam bu vəhyləri öyrənərək geri qayıtdı...”2

"Ancaq Rəbbinin mərhəməti sayəsində bunu etmədik. Doğrudan da, Onun sənə olan lütfü böyükdür."
(İsra Surəsi': 87)

Quranda Peyğəmbərimizin (s) Cəbraillə görüşməsi və Quran ayələrinin ona bildirilməsi ayələrdə də xəbər verilir. Peyğəmbərimizə (s) Quranı öyrədənin Cəbrail olduğu “Nəcm” surəsində belə bildirilir:

“Sizin yoldaşınız nə haqq yoldan sapmış, nə də azmışdır! O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq nazil olan bir vəhydir. Ona bu Quranı çox qüvvətli olan (Cəbrail) öyrətdi” (“Nəcm” surəsi, 2-5).

Bu ayələrdən sonrakı ayələrdə də Cəbrailin Qurani-Kərimi Peyğəmbərimizə (s) öyrətməsi əsnasında baş verən fövqəladə hadisələr belə xəbər verilir:

“O qüvvət gözəllik sahibi göründü. O, ən uca üfüqdə idi. Sonra yaxınlaşdı və aşağı endi. Onların arasındakı məsafə iki yay uzunluğunda, bəlkə ondan da yaxın oldu. Sonra bəndəsinə vəhy buyurduğunu vəhy etdi. Qəlb gördüyünü yalan saymadı. Siz onunla gördüyü barəsində mübahisəmi edirsiniz?” (“Nəcm” surəsi, 6-11).

Bir çox başqa ayələrdə də Quranı göydən yerə endirənin Cəbrail olduğu xəbər verilir. Bu ayələrdə Cəbrail haqqında “Ruhul qüds” və “Ruhul əmin” şəklində buyurulur:

“Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz. Allah bəşər övladı ilə ancaq vəhylə, yaxud pərdə arxasından danışar və ya bir elçi göndərər ki, o da Allahın izni ilə Onun istədiyini vəhy edər. Həqiqətən, O, ucadır, hikmət sahibidir!” (“Şura” surəsi, 51).

“Cəbrailə düşmən olan kimsəyə de ki, onu (Kitabı) özündən əvvəlkiləri təsdiqləyici, möminlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə sənin qəlbinə O nazil etmişdir” (“Bəqərə” surəsi, 97).

“De: "Ruhül Qüds onu sənin Rəbbindən iman gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və müjdə vermək üçün haqq olaraq nazil etmişdir!"“ (“Nəhl” surəsi, 102).

“Şübhəsiz ki, bu Quran aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir! Onu Ruhul əmin endirdi. Xəbərdar edən peyğəmbərlərdən olasan deyə sənin qəlbinə nazil etdi” (“Şuəra” surəsi, 192-194).

Cəbrail tərəfindən ona vəhy edilən ilk ayələrdən sonra Peyğəmbərimizə (s) gələn vəhyin ardının müəyyən bir müddət kəsildiyi rəvayət edilir. Hədislərdə vəhyin kəsilməsindən sonra ilk olaraq “Muddəssir” surəsinin ilk ayələrinin Peyğəmbərimizə (s) vəhy edildiyi və onun da öz təbliğ vəzifəsinə bu ayələrin vəhyindən sonra başladığı xəbər verilir.3 Bundan sonra Allahın verdiyi əmrlə Peyğəmbərimiz (s) insanlara ancaq Allaha iman gətirməyi, Ona qətiyyən şərik qoşmamağı tövsiyə etdi. “Muddəssir” surəsindəki ayələrdə belə buyurulur:

“Ey örtünüb bürünmüş! Qalx qorxut! Öz Rəbbini uca tut!” (“Muddəssir” surəsi, 1-3).

“Şuəra” surəsinin 194-cü ayəsində vəhyin Peyğəmbərimizin (s) qəlbinə göndərildiyi xəbər verilir. “Əla” surəsinin 6-cı ayəsində isə Allah “Biz Quranı sənə oxudacağıq və sən onu unutmayacaqsan” buyuraraq Peyğəmbərimizə (s) Qurani-Kərimi əzbərlədəcəyini bildirir. Quranın bütün ayələrini bu şəkildə öyrənməsi Rəbbimizin Peyğəmbərimizə (s) bəxş etdiyi möcüzələrdən biridir.

Quran ayələri Peyğəmbərimizin (s) qəlbinə yerləşdirilmiş, özü bütün həyatı boyunca Quran ayələrini təbliğ etmişdi. Allah “Əla” surəsinin 8-ci ayəsində “Biz sənə ən asan olanı müyəssər edərik” buyuraraq Peyğəmbərimizə (s) kömək etdiyini və Öz dərgahından bir nemət şəklində onu müvəffəq edəcəyini müjdələyib.

Rəbbimiz “...Möminlərə kömək etmək Bizə vacibdir!” (“Rum” surəsi, 47) ayəsində də bildirdiyi kimi, müqəddəs elçisinə həmişə yardımçı olmuş, qəlbini fərəhləndirmiş, onun ağlında, elmində, hafizəsində xariqüladəliklər yaratmışdır.

Allah “Qiyamət” surəsində də Quran ayələrini Peyğəmbərimizə (s) oxudanın və onları unutmağın qarşısını alanın Özü olduğunu bildirib:

“Onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! Çünki onu sənin qəlbində cəm etmək, oxutmaq Bizə aiddir. Biz onu oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə. Sonra onu bəyan etmək də Bizə aiddir!” (“Qiyamət” surəsi, 16-19).

Ayələrdən də gördüyümüz kimi, Allah xüsusi olaraq Quran ayələrini Peyğəmbərimizin (s) hafizəsinə yerləşdirmişdir. Allah başqa bir ayədə Peyğəmbərimizə (s) belə buyurmuşdur:

“Həqiqi hökmdar olan Allah ucadır! Sənə tamam-kamal vəhy olunmadan əvvəl Quranı oxumağa tələsmə və: "Ey Rəbbim! Mənim elmimi artır!" - de” (“Taha” surəsi, 114).

Peyğəmbərimiz (s) Allaha olan coşğulu imanı, dərin sevgisi ilə Rəbbimizin bütün əmrlərinə könüldən boyun əyib. Allah da onu güclü və müvəffəq edib, ona çoxlu nemətlər bəxş edib, onu dünyada və axirətdə seçilənlərdən edib.

"Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən adamlar üçün mərhəmət və ibrət vardır."
(Ənkəbut surəsi: 51)

Peyğəmbərimizə (s) Vəhy Gələn Zaman Şahid Olunanlar

Allah “Muzzəmmil” surəsində Peyğəmbərimizə (s) gecə durub vəhy üçün hazırlaşmasını buyurmuş, vəhyin nə qədər ağır bir söz olduğunu xəbər vermişdir:

“Ey libasına bürünmüş! Gecəni - az bir hissəsi istisna olmaqla - qalxıb namaz qıl! Gecənin yarısına qədər, yaxud bir qədər ondan az. Və ya bir qədər ondan çox! Həm də aramla Quran oxu! Həqiqətən, Biz sənə ağır bir kəlam vəhy edəcəyik. Şübhəsiz ki, gecə (ibadətə) qalxmaq daha əlverişli və söz demək daha münasibdir! Çünki gündüz sənin uzun-uzadı davam edən işlərin vardır. Rəbbinin adını zikr et və Ona tərəf yönəl” (“Muzzəmmil” surəsi, 1-8).

"Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi olan Allah nazil etmişdir."
(Səcdə Surəsi 2)

Hədislərdə də Peyğəmbərimiz (s) Allahdan vəhy almaq kimi fövqəladə bir hadisəni yaşayarkən onun olduğu otaqda xariqüladə mənəvi hadisələrin baş verdiyi bildirilir. Bəzi hədislərdə Peyğəmbərimizə (s) vəhy gələndə ətrafındakıların arı uğultusuna bənzər bir səs eşitdikləri bildirilir. Bəzi mənbələrdə isə Peyğəmbərimizin (s) sifətinin yanında arı uğultusu kimi səs eşidildiyi xəbər verilir.4 Buxari və Müslim Hz.Aişədən (r.a.) bu hədisi rəvayət ediblər:

“əl-Haris ibn Hişam Rəsulullahdan (s): “Vəhy necə gəlir?”, - deyə soruşdu. Belə cavab verdi: “Bəzən zəng səsi kimi mənə çox ağır şəkildə gəlib dediklərini qavrayanda məndən ayrılır. Bəzən insan surətində gəlir, mənimlə danışır və mən də onun dediklərini əzbərləyib qavrayıram”.5

Buxari və Tirmizi Peyğəmbərimizin (s) xanımından bunu da nəql edirlər:

“And olsun ki, Onu belə görmüşdüm: Çox soyuq bir gündə vəhy gəlmişdi. Mələk yanından ayrılanda alnından sel kimi tər axırdı”.6

Tabərani isə Zeyd ibn Sabitdən (r.a.) bunu bildirir:

“Mən Allah Rəsuluna gələn vəhyləri yazırdım. Ona vəhy gələndə ağır yorğunluq hiss edər və bədənindən inci dənəsi kimi tərlər çıxardı. Vəhy vəziyyəti qurtaranda O oxuyar, mən də yazardım”.7

Əbu Nuaym isə əl-Fəltan ibn Asımdan bunu nəql edir:

“Allah Rəsuluna (s) vəhy gələndə gözləri açıq, qulağı və qəlbi Allah tərəfindən gələn (ayələrdə) olardı”.8

Əbu Nuaym Əbu Hureyrədən (r.a.) bunu nəql edir:

“Allah Rəsuluna (s) vəhy gələndə o, özündən keçən adam kimi olurdu”.9

 

İqtibaslar

1. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s.241

2. Buhari, Bed'ü'l-Vahy, Enbiya 21, Tefsir, Alâk Ta'bir 1; Müslim, İman 252, (160); Tirmizi, Menakıb 13, (3636).

3. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 242

4. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 297

5. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 298

6. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 298

7. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 298

8. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 297

9. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 300

2 / total 9
"Harun Yəhyanın Peyğəmbərimizin (s.ə.s.) Möcüzələri kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net