< <
5 / total: 9

Peyğəmbərimizin (s.a.v.) Həyatindaki Bəzi Möcüzələr

Peyğəmbərimiz Hz.Muhəmmədin (s) həyatında çox böyük möcüzələr vardır. Kitabın əvvəlki hissəsində də üzərində dayandığımız kimi, Quran bu möcüzələrin ən böyüyüdür. Peyğəmbərimizin (s) üstün əxlaqı, davranışları və sünnəsi də hər biri ayrılıqda bir möcüzədir. Onun insanlara bir hidayət rəhbəri olaraq təbliğ etdiyi Quran ayələri mədəniyyətdən uzaq olan bədəviləri ən yüksək mədəni səviyyəyə çıxarmışdır. Bu da Allahın möcüzələrindəndir. Peyğəmbərimiz (s) İslam əxlaqını ən hikmətli şəkildə təbliğ edərək övladlarını diri-diri basdıran bir tayfanın Allahın köməyi ilə hər kəsə qarşı mərhəmətli və şəfqətli olan insanlara çevrilməsinə, öz əlləri ilə düzəltdikləri bütlərə ibadət edən bir tayfanın tövhid inamına qovuşmasına vəsilə olmuşdur.

Müqəddəs Peyğəmbərimizin (s) Quran ayələrində və hədislərdə xəbər verilən bir çox möcüzəsi var. Bu möcüzələrdən bəziləri bunlardır:

Merac Möcüzəsi

Hacer-i muallak taşı üzerine inşa edilmiş olan Kubbet-üs Sahra.

Ərəb dilində “yuxarı çıxmaq, yüksəlmək” mənasını verən merac Peyğəmbərimizin (s) böyük möcüzələrindən biridir. Qurani-Kərimin “İsra” və “Nəcm” surələrində Peyğəmbərimizin (s) möcüzəvi şəkildə Məscidül əqsaya etdiyi gecə səyahəti və “Sidrətul müntəha”ya* yüksəlişi barədə xəbər verilmişdir.

”İsra” sözünün ərəb dilindəki lüğəti mənası “gecə səyahəti və ya gecə yürüşü”dür. Uca Allah Sevimli Peyğəmbərimizin (s) möcüzəvi səyahətini “İsra” surəsinin ilk ayəsində belə bildirmişdir:

“Bəzi ayələrimizi göstərmək üçün bəndəsini bir gecə Məscidül həramdan ətrafını mübarək etdiyimiz Məscidül əqsaya aparan Allah pak və müqəddəsdir. O, doğrudan da eşidəndir, görəndir!” (“İsra” surəsi, 1).

“Əqsa” sözünün ərəb dilindəki mənası “uzaq, ən uzaq”dır. Məlum olduğu kimi, Məscidül-həram Məkkədə, Məscidül-əqsa isə Qüdsdədir. Bu iki yer arasındakı məsafə isə təxminən 1235 km.-dir. Sözügedən möcüzə baş verəndə Peyğəmbərimiz (s) Məkkədə idi. Allah Rəsulu (s) bu möcüzə ilə Məkkədən Qüdsdəki Məscidül-əqsaya aparılıb. Böyük İslam alimi İbni Kəsir merac hadisəsi ilə bağlı səhabələrdən ən azı iyirmi beş nəfərin Peyğəmbərimizdən (s) rəvayət etdiyini, bu sayının hətta 45-ə qədər çıxa biləcəyini ifadə etmişdir. Bunlardan ən etibarlı sayılanları Ənəs ibn Malik, Əbu Hureyrə, Əbu Səid əl-Xudri, Malik ibn Sasaa, Əbu Zərr əl-Ğifari, Şəddad ibn Əvs, Abdullah ibn Abbas, Abdullah ibn Məsud və Ümmü Haninin rəvayətləridir.26 Hədislərdə verilən məlumatlara görə, Peyğəmbərimiz (s) əmisi qızı Ümmühan ibn Əbu Talibin evində yatarkən Cəbrail Peyğəmbərimizə (s) görünüb və onu “Buraq” adlı miniyə mindirərək Məscidül-əqsaya aparıb. Merac hadisəsi də burada baş verib. Hədislərdə Peyğəmbərimizin (s) merac əsnasında başqa peyğəmbərlərlə görüşdüyü, cənnəti və cəhənnəmi gördüyü rəvayət edilir və bir çox müfəssəl məlumatlar verilir.

Peygamberimiz (sav)'in üzerine basarak Miraç'a yükseldiği kutsal kaya: Hacer-i Muallak.

İslam mənbələrində mövcud olan məlumatlara görə, merac möcüzəsi müşriklər və iman gətirməyənlər tərəfindən -ağıllarının azlığına görə- şübhə ilə qarşılanıb. İman gətirməyənlər Peyğəmbərimizin (s) düz danışdığına inanmayıb ona qarşı çıxdıqları üçün bu hadisənin düz olub-olmadığını araşdırmışdılar. Rəbbimiz inkarçıları və müşrikləri bu çirkin davranışlarına görə bir daha pis vəziyyətə salıb və lağ etdikləri şey öz əleyhlərinə çevrilib. Bu hadisə hədisdə belə bildirilmişdir:

Onlar Peyğəmbərimizdən (s): “Bizə Məscidül-əqsanın necə olduğunu danışa bilərsinizmi?” Çünki onlardan bəziləri həmin bölgəyə gedib Məscidül-əqsanı görmüşdü.

Rəsulullah (s) danışır:

“Məscid haqqında danışmağa başladım. Bəzi yerlərini qeyd edərkən şübhələndim. Bundan sonra Məscidül-əqsa gətirilərək Aqab ya da Ukeylin evinin qarşısına qoyuldu. Mən də ona baxaraq danışmağa başladım”.

Rəsulullahın (s) sözlərindən sonra oradakılar belə dedilər:

“Allaha and olsun ki, Məscid haqqında düz danışdı”.27

Müslimdəki bir hədisdə isə Rəsulullah (s) belə buyurmuşdur: “Özümü Kəbənin şimal tərəfində (Hicrdə) gördüm. Qureyşlilər səyahətim haqqında soruşurdular. Beytul-Maqdis (Məscidül-əqsa) haqqında yadımda qalmayan bəzi məqamları soruşdular... Bundan sonra Allah-Təala Məscidül-əqsanı mənim üçün qaldırdı (gözümün qarşısına gətirdi). Məndən soruşulanlara ona baxaraq cavab verirdim”.28

Peygamberimiz (sav)'in mucizevi yolculuğu, Mekke'deki Harem-i Şerif'ten, Kudüs'teki Mescid-i Aksa'ya olmuştur.

Məscidül-əqsanın olduğu bölgəyə əvvəlki həyatı boyunca heç vaxt getməyən Hz.Muhəmmədin (s) müşriklərin suallarına səhvsiz cavab verməsi Rəbbimizin böyük bir möcüzəsi və mərhəmətidir.

Bu möcüzə ilə iman gətirənlərin şövqü, həyəcanları və Peyğəmbərimizə (s) olan bağlılıqları daha da güclənmiş, iman gətirməyənlər və müşriklər isə öz inkarçılıqlarında ağılsız şəkildə İsrar etmişlər.

Hədis mənbələrində bildirilir ki, müşriklər Hz.Əbu Bəkirin yanına gələrək -merac hadisəsinə görə- Hz.Muhəmməd (s) haqqında əsassız böhtanlar uydururlar. Hz.Əbu Bəkir merac möcüzəsinə inanmayaraq hələ də Peyğəmbərimizə (s.ə.v) inanıb-inanmadığını soruşan müşriklərə: “O deyirsə, əlbəttə ki, düzdür” cavabını vermişdir. Bu hadisə qarşısındakı gözəl və sadiq davranışına görə Hz.Əbu Bəkir Peyğəmbərimiz (s) tərəfindən “Sıddıq” ləqəbi ilə şərəfləndirilmişdi. Hədislərdə müşriklərin Peyğəmbərimizdən (s) dəlil tələb etmələrindən sonra sevimli Peyğəmbərimizin (s) müşriklərə onlara inkar etmələri mümkün olmayan daha bir möcüzəvi dəlil təqdim etməsi belə bildirilmişdir:

Peyğəmbərimizə (s) dedilər ki, “Dediyinin dəlili nədir?”

Hz.Peyğəmbər (s) dedi ki, “Qureyşlilərin bir karvanına rast gəldim. O, filan yerdə idi. Karvan bizdən hürkdü və istiqamətini dəyişdirdi. Karvandakı dəvələrdən birinin üzərində qara və ağ çuval vardı, dəvə böyürüb yıxıldı”.

Karvan gəlib çatanda nə baş verdiyini soruşdular. Onlar da Hz.Peyğəmbərin (s) danışdığı kimi xəbər verdilər.29

"De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”."
(Ali İmran Surəsi : 31)

Kubbet-üs Sahra'nın dıştan görünüşü

Göründüyü kimi, Peyğəmbərimiz (s) həm heç vaxt görmədiyi Məscidül-əqsanı ətraflı şəkildə təsvir edərək, həm də yoldakı karvanların vəziyyətini xəbər verərək Rəbbimizin rəhməti olan böyük möcüzələr göstərmişdir.

Kubbet-üs Sahra ve Mescid-i Aksa'nın bulunduğu topraklar tüm Müslümanlar için kutsaldır.

Merac hadisəsi ilə bağlı Quranda verilən məlumatlardan biri də Peyğəmbərimizin (s) Sidrətül-müntəhaya yüksəldilməsidir. “Nəcm” surəsində bu möcüzə belə bildirilir:

“And olsun ki, başqa bir dəfə də görmüşdü; Sidrətül-müntəhanın yanında. Məva cənnəti onun yanındadır. O zaman Sidrəni nələr bürümüşdü, nələr! Göz nə yayındı, nə də uzağa getdi. And olsun ki, o, öz Rəbbinin ən böyük qüdrət nişanələrindən bir qismini gördü” (“Nəcm” surəsi, 13-18).

Merac hadisəsi Uca Allahın sevimli Peyğəmbərimiz Hz.Muhəmmədə (s) nəsib etdiyi çox böyük bir möcüzəsidir. Rəbbimizin Peyğəmbərimizə (s) iman gətirməyənlər qarşısında verdiyi üstün bir dəlilidir. Rəbbimizin Peyğəmbərimiz Hz.Muhəmmədə (s) göstərdiyi möcüzələrin hər biri yalnız Allahın istəyilə, Allahın istədiyi şəkildə və vaxtda, hansısa səbəblərə bağlı olmadan yaradılmışdır. Bu möcüzələrin hər biri iman gətirənlərin imanını daha da gücləndirən çox böyük müjdələrdir.

Kabe

Peyğəmbərimizin (s) Ayı İki Yerə Bölməsi

Peyğəmbərimizin (s) möcüzələrindən biri də Ayın yarılması hadisəsidir. Allah bu möcüzəvi hadisəni Quranda bildirmiş və bu böyük möcüzə ilə bağlı çoxlu sayda hədislərdə qeyd edilmişdir. “Qəmər” surəsində belə bildirilir:

“Saat (qiyamət saatı) yaxınlaşdı və Ay parçalandı. Əgər müşriklər bir möcüzə görsələr, üz döndərib: "Bu, uzun müddət davam edən bir sehrdir!" - deyərlər. Onlar təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır!” (“Qəmər” surəsi, 1-3).

O Saat yaxınlaşdı və ay bölündü.
(Qamər Surəsi: 1)

Ayədə qeyd edilən “inşiqaqı-qəmər” ifadəsi “inşiqaq” və “qəmər” sözlərindən meydana gələn bir ifadədir. “İnşiqaq“ın törətdiyi feilin ərəb dilindəki kökü “yarmaq, dişin əti, bitkinin torpağı yarıb çıxması” kimi mənaları verir. “İnşiqaq” sözü isə “yarılmaq, parçalanmaq, bölünmək” mənalarına gəlir. “Sirət” ensiklopediyasında Ayın yarılması möcüzəsi ilə bağlı bütün hədislərdən çıxarılan bu qısa xülasə belə izah edilmişdir:

Mədinəyə hicrətdən beş il əvvəl, hicri təqvimindəki ayın 14-cü günü bir axşam vaxtı idi. Və həmin vaxt yeni çıxan Ay birdən-birə iki yerə bölündü. Bir hissəsi qarşıdakı təpənin bir tərəfinə, ikinci hissəsi də digər tərəfinə düşdü. Bu, bir saniyəlik hadisə idi. Sonra Ayın hər iki tərəfi birləşdi. Hz.Peyğəmbər (s) həmin əsnada Minada idi. Hz.Peyğəmbər (s) orada olanlara səslənərək “Baxın və şahid olun!” dedi. Kafirlər Hz.Muhəmmədin (s) onları sehrlədiyini iddia etdilər və buna görə də gözlərinin yaxşı görmədiyini söylədilər. Orada olanlar: “Muhəmməd (s) bizi sehrləyə bilər, amma burada olmayanları yox. Bir az da gözləyin, bu tərəfə gələnlərdən soruşaq. Görək, onlar bu hadisəni görüblərmi?” Uzaqdan gələnlər də bu hadisəyə şahid olduqlarını təsdiq etdilər.30

Ayın yarılması möcüzəsi başda Buxari və Müslim olmaqla, Tirmizi, Əhməd ibn Hənbəl, Əbu Davud ət-Təyalisi, Hakim ən-Nisaburi, Beyhaqi, Əbu Nuaym əl-Isfahani və Qazi Iyaz kimi böyük hədis alimlərinin əsərlərində də qeyd edilmişdir.31 Bu hədislərdən bəziləri belədir:

...Abdullah ibn Məsud (r.a.) belə buyurmuşdur: “Biz Minada Peyğəmbərlə (s) birlikdə olarkən Ay iki yerə bölündü. Peyğəmbər (s): “Şahid olun!” buyurdu. Və Aydan bir hissə Hira dağı tərəfə endi”.

Əbud Duha Müslim ibn Subayh da Məsruqa, o da Abdullah ibn Məsuda istinadən: “Ay Məkkədə iki yerə bölündü” deyə söyləmişdir...

Abdullah ibn Abbasdan (r.a.): “Rəsulullahın (s) zamanında Ay iki yerə bölündü” - deyərək hadisəni danışmışdır.

...İbrahim ən-Nəhai Əbu Mamərdə nəql edib ki, Abdullah ibn Məsud (r.a.) “Ay iki yerə ayrıldı” demişdir.32

Buxari və Müslim İbni Məsuda istinadən (r.a.) belə nəql etmişlər:

“Rəsulullahın (s) dövründə Məkkədə Ay iki yerə bölündü. Allah Rəsulu belə buyurdu: “Baxın və şahid olun!””.33

Ayın yarılması hadisəsinin Məkkədə baş verdiyi hədislərdə açıq şəkildə bildirilmişdir. Bundan başqa, məkkəlilərin bu möcüzənin baş verməsini Peyğəmbərimizdən (s) şəxsən istədikləri də hədislərdə göstərilmişdir:

Buxari və Müslim Ənəsdən (r.a.) bunu nəql ediblər: “Dedi ki: “Məkkəlilər Allah Rəsulundan (s) bir möcüzə göstərməsini istədilər. Bundan sonra Ayın iki dəfə iki yerə bölündüyünü göstərdi””.34

Verilən məlumatlara görə, Qureyşli müşriklərin istəyindən sonra Ayı iki yerə ayıran Hz.Muhəmmədə (s) inkarçılar yenə də iman etməmişdilər. “Qəmər” surəsinin 2-ci və 3-cü ayələrində bu həqiqətə belə diqqət çəkilir:

“Əgər müşriklər bir möcüzə görsələr, üz döndərib: "Bu, uzun müddət davam edən bir sehrdir!" - deyərlər. Onlar təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır!” (“Qəmər” surəsi, 2-3).

Ancaq belə böyük bir möcüzə qarşısında deməyə söz tapa bilməyən müşriklər bu dəfə də Peyğəmbərimizin (s) onları sehrlədiyini söyləyərək ona böhtan atmışdılar. Ayın iki yerə ayrıldığını öz gözləri ilə görəndən sonra onlar Peyğəmbərimizin (s) vicdanən haqq peyğəmbər olduğu qənaətinə gəlməkdənsə, təkəbbürləri, ehtiras və qürurları üzündən Allahın ayələrini qəbul etmədilər. Bu isə hansı möcüzəni görsələr də iman gətirməyənlərin və Quranın: “...Gözümüz bağlanmış, biz sehrlənmişik", - deyərlər” (“Hicr” surəsi, 15) ayəsində bildirilən kafirlərin müştərək xüsusiyyətidir.

İslam alimləri də öz əsərlərində Ayın yarılması möcüzəsindən bəhs etmişlər. Alimlərdən biri əsərində bu hadisənin bir çox səhabədən də müfəssəl və ətraflı surətdə xəbər verildiyini və müşriklərin bu hadisə qarşısında nə qədər aciz duruma düşdüklərini belə bildirmişdir:

“Rəsulullahın (s) mutəvatir (ən etibarlı) və ən böyük möcüzəsi Ayın yarılmasıdır. Bəli, Ayın iki yerə ayrılması möcüzəsi müxtəlif yollarla mutəvatir xəbər qismində İbni Məsud, İbni Abbas, İbni Ömər, İmam Əli, Ənəs, Huzeyfə kimi bir çox böyük səhabələrə istinadən dəfələrlə qeyd edilməklə yanaşı, Quranın şübhələnməyə yer qoymayan hökmü olan “Saat (qiyamət saatı) yaxınlaşdı və Ay parçalandı” ayəsi həmin böyük möcüzəni aləmə elan etmişdir. Həmin vaxt inadkar Qureyş müşrikləri bu ayənin verdiyi xəbəri inkar etməyiblər, bəlkə “sehrdir” deyiblər. Deməli, Ayın yarılması kafirlər tərəfindən də qəti qəbul olunmuşdur”.35

Bəzi İslam alimləri Peyğəmbərimizin (s) möcüzələrinin bir hikmətinin də Əbu Cəhl kimi zalım bir insanla Əbu Bəkir kimi yüksək əxlaqlı bir insanın arasındakı fərqləri çox yaxşı şəkildə ortaya çıxarmaq olduğunu əsərində belə bildirmişdir:

“Möcüzə peyğəmbərlik vəzifəsinin sübutudur və inkar edənləri razı salmaq üçündür, məcbur etmək üçün deyil. Elə isə peyğəmbərlik xəbərini eşidənlər üçün onları razı salacaq mahiyyətdə möcüzə göstərmək lazımdır. Başqa yerlərə göstərmək və ya məcbur etmək dərəcəsində meydana gətirmək, Allahın hikmətinə zidd olduğu kimi dünyaya gəlib vəzifə sahibi olmağın sirrinə də müxalifdir. Çünki “Ağıla qapı açmaq ixtiyarını əlindən almamaq” təklifinin sirrini zəruri edir.

Əgər oxşarı olmayan şeyi yaradan Hökm sahibi Ayın iki yerə ayrılmasını filosofların həvəslərinə görə bütün aləmə göstərmək üçün bir-iki saat eləcə buraxsaydı və bəşərin ümumi tarixinə keçsəydi, həmin vaxt göy üzündə meydana gələn hadisələr kimi ya peyğəmbərliyin sübutuna dəlil olmazdı və Hz.Muhəmmədin (s) peyğəmbərlik xüsusiyyəti qalmazdı, ya da o qədər açıq olacaqdı ki, insan ağlını məcbur edəcək, ağlın düşünmək qabiliyyətini əlindən alacaq, istəsə də, istəməsə də peyğəmbərliyi təsdiq edəcəkdi. Əbu Cəhl kimi kömür ruhlu, Əbu Bəkir Sıddıq kimi almaz ruhlu adamlar eyni səviyyədə qalacaq, imtahan sirri aradan qalxacaqdı...”36

Kainatdakı bütün varlıqlar və cisimlər kimi Rəbbimizin qüdrətində olan Ay da bizə Allahın istədiyi şəkildə görünə bilər. Bir şeyin baş verməsi üçün Quranda bildirildiyi kimi Allahın “Ol!” deməsi kifayət edir. Ayədə belə buyurulur:

“Bir şeyi yaratmaq istədiyi zaman Allahın buyruğu ona ancaq: "Ol!" - deməkdir. O da dərhal olar” (“Yasin” surəsi, 82).

Bütün bu bilgilər bir daha göstərir ki, Allah Öz müqəddəs elçisi olan Hz.Muhəmmədi (s) bütün insanlardan üstün edib, ona sonuncu haqq kitab olan Qurani-Kərimi vəhy edib, ona insanların ürəklərini yumşaldacaq və onların iman gətirməsinə vasitə olacaq möcüzələrlə böyük bir lütf və mərhəmət göstərib. Bəzi insanlar öz axirət həyatlarını xilas edəcək şəkildə imana qovuşub, bəziləri isə inkar etməkdə davam edərək sonsuz həyatlarında itkiyə və əzaba məruz qalanlardan olublar. Allah Peyğəmbərimizi (s) söylədiyi məsələlərdə həmişə haqlı çıxarıb.

"De: “Allaha və göndərdiyi Elçiyə itaət edin!” Əgər üz döndərərlərsə, şübhəsiz ki, Allah kafirləri sevməz."
(Ali İmran Surəsi : 32)

 

İqtibaslar

27. Müsned, İmam Ahmed, (1/309) el-Bezzar: Keşfu''l Estar 1146

28. Said Havva, El Esas Fi's Sünne, Hikmet Neşriyat, 1. cilt, s. 393

29. İbn Kesir, Hadislerle Kuran-ı Kerim Tefsiri, Cilt 9, s. 4615

30. Siret Ansiklopedisi, Hazırlayan: Afzalur Rahman- Londra Siret Vakfı Başkanı, Sf 164

31. İlyas Çelebi, İtikadi Açıdan Uzak ve Yakın Gelecekle İlgili Haberler, Kitabevi, İstanbul, Mayıs 1996, s:161

32. Sahih-i Buhari, Mütercim: Mehmed Sofuoğlu, Ötüken Yayınları, İstanbul 1987, Cilt 8, s. 3619-3620

33. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 313

34. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 313

35. Mektubat, 19. Mektup, s. 191

36. Mektubat, 19. Mektup, s. 221

5 / total 9
"Harun Yəhyanın Peyğəmbərimizin (s.ə.s.) Möcüzələri kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net