< <
6 / total: 9

Peyğəmbərimizin (s.a.v.) Dualarinin Qəbul Olunmasi

Kitab boyunca da üzərində dayandığımız kimi, Rəbbimiz Peyğəmbərimizə (s) bənzərsiz nemətlər bəxş edib. Peyğəmbərimizin (s) öz səhabələrinə göstərdiyi çoxlu möcüzələr var. Bu möcüzələrdən biri də sevimli Peyğəmbərimizin (s) dualarının qəbul olunmasıdır. Hədislərdə bu məsələ ilə bağlı bir çox xəbərlər verilir:

Peyğəmbərimizin (s) Yağış Dualarının Qəbul Edilməsi

Peyğəmbərimiz Hz.Muhəmməd (s) bütün başqa peyğəmbərlər kimi Allaha bağlı olan, dərin iman sahibi olan, Allahdan şiddətlə qorxub çəkinən ixlaslı bir bəndədir. Rəbbimiz Peyğəmbərimizin (s) səmimi dualarını qəbul edib. Səhabələr və onun ətrafındakı insanlar bu səbəblə müxtəlif möcüzələrə şahid olublar. Məsələn, Peyğəmbərimizin (s) yağış və bərəkət üçün etdiyi duaların Rəbbimiz tərəfindən qəbul olunması hədislərdə ətraflı şəkildə xəbər verilib.

Buxari və Müslimin Ənəsdən (r.a.) nəql etdikləri hədis belədir:

“Allah Rəsulunun (s) vaxtında bir quraqlıq yaşadıq. Rəsulullah (s) minbərdə olarkən bir bədəvi gəlib: “Ey Allahın Rəsulu, mallar məhv oldu, uşaqlar ac qaldı. Nə olar, bizim üçün Allaha dua et!” Bundan sonra Allah Rəsulu (s) əllərini qaldırdı. Göydə heç bir bulud görmürdük. Nəfsim əlində olana and olsun ki, əllərini aşağı salar-salmaz dərhal dağlar kimi buludlar göründü. Minbərdən enməmiş mübarək saqqalından suyun axdığının şahidi olduq. Həmin gün gözəl yağış yağdı. Ertəsi gün və ondan sonrakı gün də yağdı...”37

"...Hər səcdə etdiyiniz yerdə üzünüzü Ona tutun və Allaha –
dini məhz Ona məxsus edərək dua edin...”
(Əraf Surəsi: 29)

Bu məsələ ilə bağlı başqa hədislərdə bunlar bildirilir:

“Allah Rəsulu (s) səhər vaxtı məsciddə ayağa durub üç təkbir gətirdi və belə dua etdi: “Allahım! Bizə yağış yağdır! -üç dəfə- Allahım, ruzi kimi bizə yağ, süd, piy və ət ver!”

Göydə heç bir bulud görmürdük. Birdən külək əsdi, buludları qovub gətirdi. Buludlar toplaşandan sonra yağış yağdı. Bazardakı adamlar (sevincdən) qışqırdılar. Allah Rəsulu (s) hələ ayaq üstə idi. Yollar sel kimi yağış suyu ilə doldu. Həmin il bu qədər süd, yağ və ət görməmişdim”.38

Cümə günü bir nəfər minbərə baxan qapıdan məscidə daxil oldu. Rəsulullah (s) ayaq üstə idi və xütbə oxuyurdu. Həmin adam Allah Rəsuluna (s) belə dedi:

- Ey Allahın Rəsulu, mallarımız məhv oldu. Yollar quraqlıqdan parça-parça oldu. Allaha dua et, bizə yağış yağdırıb köməyimizə çatsın!

Bundan sonra Allah Rəsulu (s) mübarək əllərini qaldırıb belə dua etdi: “Allahım, bizə yağış ver! Allahım, bizə yağış göndər!”

Ənəs (r.a.) belə dedi: “Xeyr, Allaha and olsun, göydə nə bulud, nə də hər hansı bir şey görürdük. Ev, həyət və Sel (Mədinədə bir dağın adıdır) arasında da heç nə yox idi. Bundan sonra qalxan kimi bir bulud gəldi, göyün ortasına çatanda yayıldı və sonra yağış başladı”.39

Əbu Nuaym Aişədən (r.a.) rəvayət edərək belə demişdir:

“İnsanlar Allah Rəsuluna (s) quraqlıqdan şikayət etdilər. Rəsulullah (s) ayağa durub namazgaha çıxdı. Minbərin üstündə oturub əllərini qaldırdı. Allah bir bulud yaratdı, göy gurladı, şimşək çaxdı, sonra da gözəl yağış yağdı...”40

Peyğəmbərimizin (s) Duasını Qazanıb Cavan Qalan Səhabələr

Quranın “Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, o, sizi çox istəyir, möminlərə şəfqətlidir, mərhəmətlidir!” (“Tövbə” surəsi, 128) ayəsində də bildirildiyi kimi, Peyğəmbərimiz (s) möminləri çox istəyirdi. Hədislərdə də Peyğəmbərimizin (s) möminlərin sağlamlığı, əmin-amanlığı, imanları ilə bağlı xeyli tövsiyələr etdiyi, onlara şəfqət və mərhəmətlə yaxınlaşdığı bildirilir. Peyğəmbərimiz (s) möminlərə olan bu sevgisinin və şəfqətinin nəticələrindən biri kimi səhabələri üçün bir çox məsələlərdə Allaha dua edib. Allah Peyğəmbərimizin (s) möminlər üçün etdiyi dualarla bağlı Quranda belə buyurur:

“...Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır. Allah eşidəndir, biləndir” (“Tövbə” surəsi, 103).

Ayədə də bildirildiyi kimi, Peyğəmbərimizin (s) duası möminlər üçün bir rahatlığa və arxayınçılığa səbəb olmaqdadır. Həmçinin hədislərdə də Peyğəmbərimizin (s) səhabələrin uzun bir ömür yaşamaları üçün dua etdiyi və bu duaların qəbul edildiyi xəbər verilir. Hədislərdə Peyğəmbərimizin (s) dualarından uzun müddət sonra çox sağlam şəkildə yaşayan bir çox səhabənin adı qeyd edilir. Bu hədislərdən biri belədir:

İbni Əbi Şeybə “Müsnəd“ində, Əbu Nuaym və İbni Əsakir Əmr b. əl-Hamikdən nəql edərək belə deyib:

O, Allah Rəsuluna (s) süd içirtdi.

Rəsulullah (s) ona belə dua etdi:

“Allahım, onu cavanlıqdan faydalandır!”41

Digər mənbələrdə isə Peyğəmbərimizin (s) duasının bəzi səhabələrin gəncliyinə necə səbəb olduğu belə bildirilir:

Peyğəmbərimizin (s) ömürlərinin uzadılması üçün dua etdiyi səhabələrin yüz il yaşadıqları da bildirilir.42

Hz.Peyğəmbər (s) başqa bir səhabənin başını sığallayaraq: “Allahım, bunu gözəlləşdir və gözəlliyini davamlı et!” deyə dua edib və həmin səhabənin üzü ölənə kimi çox gənc və gözəl qalıb.43

Peyğəmbərimizin (s) Bərəkət Üçün Etdiyi Duaların Qəbul Olunması

Peyğəmbərimiz (s) səhabələrinin hər problemi ilə maraqlanıb, hər sıxıntılarında onlara kömək edib. Peyğəmbərimizin (s) duaları Allahın izni ilə bütün səhabələr üçün böyük şəfa və bərəkət vəsiləsi olub. Hədislərdə bu bərəkətlə bağlı çoxlu sayda misallar verilib. Rəvayət edilən hədislərdən bəziləri belədir:

Buxari və Müslim Ənəsdən (r.a.) nəql edərək belə deyiblər: Peyğəmbərimiz (s) mənim haqqımda dua edərək belə buyurdu: “Allahım, onun malını və övladlarını çoxalt, ona ruzi kimi verdiklərini bərəkətli et”.

Ənəs (r.a.) deyir ki, “Allaha and olsun ki, malım çoxdur. Çoxlu sayda da övladım oldu”.44

Buxari və Müslim Ənəsdən (r.a.) nəql edərək belə qeyd ediblər:

Allah Rəsulu (s) Əbdürrəhman ibn Əvfa buyurdu: “Allah səni bərəkətli etsin!” Bunu İbni Səd və Beyhaqi də başqa mənbədən nəql edərək həmin sözlərə bunu da əlavə ediblər: “Əbdürrhman dedi ki, “O qədər varlandım ki, hansı daşı qaldırsam, altından mütləq qızıl və ya gümüş tapacağımı bilirdim””.45

Allah Rəsulu (s) Urvə əl-Barik üçün dua etmişdi. O, ticarətdə elə bir səviyyəyə gəldi ki, bir torpaq alsa, onda da qazanacağına inanırdı.46

Əbu Ukayl babası Abdullah ibn Hişamla buğda almaq üçün bazara çıxanda və İbni-Zübeyr və İbni Ömərlə rastlaşanda belə deyərdilər:

“Gəl, bizimlə şərik ol! Çünki Allah Rəsulu (s) sənə bərəkətlə dua etdi”. O da bundan sonra onları öz buğdasına şərik edərdi. Yenə də bərəkətinə görə dəvənin yükü azalmazdı. Evinə onunla qayıdardı.47

"Rəbbinizə acizanə, həm də gizlicə dua edin!
Şübhəsiz ki, O, həddi aşanları sevmir."
(Əraf Surəsi: 55)

 

İqtibaslar

37. Buhari, İstiska/6, 7; Müslim, İstiska/8; Nesa''i, İstiska/10; İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 835

38. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 837

39. İbn-i Kesir, Peygamberimiz (sav)'in Şemaili Mucizeleri, Çelik Yayınevi, s. 183

40. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 838

41. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 847

42. İbn-i Kesir, Peygamberimiz (sav)'in Şemaili Mucizeleri, Çelik Yayınevi, s. 325

43. İbn-i Kesir, Peygamberimiz (sav)'in Şemaili Mucizeleri, Çelik Yayınevi, s. 316, 327)

44. Buhari, Da''avat/18, 25, 47; İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 851

45. Buhari, da''avat/54; İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 854

46. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 854

47. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 856

6 / total 9
"Harun Yəhyanın Peyğəmbərimizin (s.ə.s.) Möcüzələri kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net