20 Sualda Təkamül Nəzəriyyəsinin Süqutu

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
3 / total: 21

2.Təkamül nəzəriyyəsinin yalan olduğunun sübut edilməsi yaradılışın doğruluğunu necə göstərir?

Həyatın yer üzündə necə meydana gəldiyini soruşduqda qarşımıza iki fərqli cavab çıxır:

- Bu cavablardan birincisi canlıların təkamül yolu ilə meydana gəlməsidir. Bu iddianın tərəfdarı olan təkamül nəzəriyyəsinə görə, həyat təsadüflərlə ortaya çıxan ilk hüceyrədən başlamışdır. Bu canlı hüceyrə də yenə təsadüflər nəticəsində inkişaf edərək təkamül keçirmiş və şaxələnərək dünyadakı milyonlarla fərqli növü əmələ gətirmişdir.

- İkinci cavab isə "yaradılış"dır. Canlıların hamısını bütün kainata hakim olan Allah yaratmışdır. Təkamüllə meydana gəlməsi heç cür mümkün olmayan həyat və milyonlarla canlı növü bugünkü kimi əskiksiz, qüsursuz və üstün bir yaradılışa malikdirlər. Ən bəsit görünən canlı növləri belə öz-özünə, təbii şərtlərlə və təsadüflərlə əmələ gəlməyəcək qədər mürəkkəb quruluş və sistemlərə malik olması bunun açıq dəlilidir.

Bu iki yoldan başqa həyatın necə meydana gəldiyi ilə bağlı bu gün irəli sürüləcək üçüncü bir iddia, nəzəriyyə, hətta hər hansı fərziyyə belə yoxdur. Məntiq qanunlarına əsasən, iki cavabı olan sualın cavablarından birinin tamamilə səhv olduğu nəzərə alınarsa, digər cavabın tamamilə doğru olduğu başa düşülür. Ən əsas məntiq qanunlarından biri olan bu qanuna "alternativə görə nəticə çıxarma" (modus tolendo ponens) adı verilir.

Yəni əgər yer üzündəki canlı növlərinin təkamülçülərin iddia etdiyi kimi təsadüflər nəticəsində təkamül keçərək meydana çıxmadığı sübut edilərsə, bu, canlıların bir Yaradan tərəfindən yaradıldıqlarını qəti surətdə sübut edər. Təkamül nəzəriyyəsini müdafiə edən elm adamları da "üçüncü alternativin "olmadığını qəbul edirlər. Onlardan biri olan Duqlas Futuyma (Douglas J. Futuyma) bunu aşağıdakı sözləri ilə ifadə edir:

Canlılar dünyada ya tamamilə mükəmməl və qüsursuz şəkildə ortaya çıxmışlar, ya da özlərindən əvvəl mövcud olan bəzi canlı növlərindən təkamül keçərək meydana gəlmişlər. Əgər qüsursuz və mükəmməl şəkildə ortaya çıxmışlarsa, onda üstün bir ağıl tərəfindən yaradılmalıdırlar.(Douglas J. Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983. s. 197)4

Təkamülçü Futuymanın bu sözlərinin cavabını fosilləri öyrənən elm verir. Bu elm (paleontologiya) bütün canlı qruplarının fərqli zamanlarda, birdən-birə və mükəmməl formalarla yer üzünə çıxdıqlarını göstərir.

Yüz ildən çox davam edən arxeoloji qazıntı və tədqiqatlarda əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə, canlıların yer üzündə birdən-birə, qüsursuz şəkildə ortaya çıxdıqlarını, yəni "yaradıldıqlarını" göstərir. Bakteriyalar, onurğasız dəniz canlıları, balıqlar, yumşaqbədənlilər, buğumayaqlılar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və ya məməlilər ani surətdə mürəkkəb orqan və sistemləri ilə yer üzünə çıxmışlar. Aralarında bir-birinə keçid olduğunu göstərən fosillər də yoxdur. Paleontologiya da digər elm sahələrinin verdiyi məlumatı verir: canlılar təkamül keçməyiblər, yaradılıblar. Nəticədə, təkamülçülər həqiqətdən kənar nəzəriyyələrini sübut etməyə çalışarkən öz əlləri ilə yaradılış gerçəyinin dəlillərini ortaya çıxarmışlar.

Məşhur ingilis paleontoloq Derek V. Eycer bir təkamülçü olmasına baxmayaraq, təkamül nəzəriyyəsinin bütün iddialarını əsassız edən bu açıq həqiqəti belə etiraf edir:

Problem budur: fosil izlərini istər növlər, istərsə siniflər səviyyəsində hərtərəfli şəkildə tədqiq etdikdə daima eyni həqiqətlə qarşılaşırıq: mərhələli təkamüllə deyil, birdən-birə yer üzündə əmələ gələn qrupları görürük. (Derek A. Ager, The Nature of the Fossil Record, Proceedings of the British Geological Association, cild 87, no. 2, (1976), s. 133)5

Kembri dövrü təkamül nəzəriyyəsini əsassız etmək üçün kifayətdir

Bioloqlar canlılar aləmini bitkilər, heyvanlar, göbələklər kimi təməl "aləmlərə" ayırır. Onlar da öz aralarında, əvvəlcə, müxtəlif "sinif"lərə bölünürlər. Bu siniflər tədqiq edilərkən hər birinin tamamilə fərqli bədən quruluşlarına malik olduğu aşkar olur. Məsələn, buğumayaqlılar özlərinə xas bir sinifdir və bu sinfə aid edilən bütün canlılar bənzər bədən quruluşuna malikdir. Xordalılar adlanan sinif isə mərkəzi sinir sisteminə malik olan canlıları əhatə edir. Bizə məlum olan balıqlar, quşlar, sürünənlər, məməlilər kimi heyvanların hamısı xordalılar'ın yarım sinfi olan onurğalılar kateqoriyasına daxildir.

Kembri dövrü

1)Dövrümüz, 2)Kaynozoy dövrü, 65 milyon il əvvəl, 3)Tabaşir dövrü, 144 milyon il əvvəl, 4)Yura dövrü, 208 milyon il əvvəl, 5)Trias dövrü, 245 milyon il əvvəl, 6)Perm dövrü, 286 milyon il əvvəl, 7)Karbon (daş kömür) dövrü, 408 milyon il əvvəl, 8)Devon dövrü, 408 milyon il əvvəl, 9)Silur dövrü, 438 milyon il əvvəl, 10)Ordovik dövrü, 505 milyon il əvvəl, 11)Kembri dövrü, 550 milyon il əvvəl, 12)Vendiya dövrü, 630 milyon il əvvəl, 13)Proterozoy dövrü, 2.500 milyon il əvvəl.

KEMBRİ DÖVRÜ TƏKAMÜL CƏDVƏLİNİ ALT-ÜST EDİR

book of lifeYuxarıdakı cədvəl dünyanın ən tanınmış təkamülçü alimlərindən biri olan Stiven Cey Quldun redaktorluq etdiyi "The Book of Life" adlı 2001-ci il nəşrli kitabdan götürülmüşdür (Cədvəl qismən türkcələşdirilmişdir). Cədvəldə fərqli heyvan qruplarının dünyada hansı dövrlərdə ortaya çıxdıqları qrafiki olaraq izah olunur. Cədvəlin sol qismində 2500 milyon il əvvəldən başlayaraq geoloji dövrlər sıralanır. Cədvəlin şaquli istiqamətindəki qutular isə fərqli heyvan qruplarını göstərir. (Qutuların içindəki fərqli rənglər geoloji dövrlərin sıralanmasını göstərir.)

Bu cədvəl tədqiq olunanda Kembridən əvvəl sadəcə tək bir heyvan qrupu (meduza və mərcanların daxil olduğu "cnidaria") vardır. Lakin Kembri dövründə bir-birindən tamamilə fərqli olan 13 fərqli təməl heyvan qrupu bir anda ortaya çıxmışdır.

Bu təkamül nəzəriyyəsinə tamamilə ziddir. Çünki təkamül canlı qruplarının bir ağacın budaqları kimi pilləli bir biçimdə artmasını tələb edir.

Nəzəriyyəni yaradan təkamülçülər isə bu çatışmazlığı "nəzəri əlaqələr" quraraq ört-basdır etməyə çalışırlar. Diqqət edilsə, cədvəlin alt qismində rəngli qutuları (yəni fosilləri tapılmış gerçək heyvan qruplarını) bir-birinə bağlayan solğun rəngli cizgilər vardır. Bunlar təkamül nəzəriyyəsinə görə olması lazım olan, amma varlığına dair heç bir sübutu olmayan "xəyali" əlaqələrdir.

Əgər təkamül nəzəriyyəsi doğru olsaydı, bu əlaqələrin "xəyali" deyil, konkret olması, yəni bu canlı qruplarını bir-birinə bağlayan "ara qrup fosilləri" olmalı idi. Bu əlaqələrin 150 illik fosil araşdırmasına baxmayaraq, hələ xəyali olması təkamül nəzəriyyəsinin tamamilə xəyaldan ibarət olduğunu göstərir.

Heyvanların fərqli sinifləri arasında osminoqlar kimi yumşaq bədənli canlıları əhatə edən molyuskkimilər sinfi və ya girdə soxulcanları əhatə edən nematodlar (girdə qurdlar) sinfi kimi çox fərqli kateqoriyalar var. Bu kateqoriyaların ən əsas xüsusiyyəti isə, əvvəldə də dediyimiz kimi, tamamilə fərqli orqanizmlərə malik olmasıdır.

osminoq və kembri fosili
 

Solda Burgess Shale fosil yatağındakı qəribə fosil canlılardan biri: marella. Sağda isə Kembri dövrünə aid bir fosil.

Bəs bu canlılar necə ortaya çıxmışlar?

Əvvəlcə, təkamül nəzəriyyəsinin bu barədəki fərziyyəsini nəzərdən keçirək. Məlumdur ki, bu nəzəriyyə canlıların ortaq bir əcdaddan başlanğıcını götürdüyünü və kiçik dəyişiklərlə fərqləndiyini irəli sürür. Onda canlılar lap əvvəl bir-birinə çox bənzər və bəsit formalarda ortaya çıxmalı, sonra zaman ərzində inkişaf edib şaxələnməli idilər.

Yəni təkamül nəzəriyyəsinə görə, canlılar tək bir kökdən gələn, ancaq sonra budaqlara ayrılan bir ağac kimi olmalıdır. Belə ki, bu fərziyyə darvinist mənbələrdə təkidlə vurğulanır və "həyat ağacı" məfhumu tez-tez istifadə edilir. Bu həyat ağacına görə, əvvəl təkcə bir sinif əmələ gəlməli, sonra digər siniflər kiçik dəyişiklərlə və uzun zaman mərhələləri ərzində hissə-hissə üzə çıxmalıdır.

həyat ağacı
 

Qəribə tikanlar: Kembri dövründə bir anda ortaya çıxan canlılardan biri sağ tərəfdə üstdəki hallucigeniadır. Bu və digər bir çox Kembri canlısının fosilində hücumlara qarşı müdafiə təmin edən tikanlar və ya sərt qabıqlar vardır. Təkamülçülərin açıqlaya bilmədikləri bir mövzu da ortada heç bir "ovçu" canlının olmadığı bu dövrdə bu heyvanların necə bu qədər yaxşı müdafiəyə sahib olduqlarıdır. Ovçu heyvanların olmaması bu vəziyyəti "təbii seleksiya "ilə açıqlamağı qeyri-mümkün edir.

 


Təkamül nəzəriyyəsinin iddiası budur. Bəs, həqiqətən, belə olub?

Əsla. Əksinə, heyvanlar ilk ortaya çıxdıqları dövrdən etibarən çox fərqli və mürəkkəb quruluşlara malikdirlər. Bu gün məlum olan bütün heyvan sinifləri yer üzündə eyni anda, Kembri dövrü adlanan geoloji dövrdə üzə çıxmışlar. Kembri dövrü yaşı 530-520 milyon il hesablanan 10 milyon illik geoloji dövrdür. Bu dövrdən əvvəlki fosil izlərində tək hüceyrəli canlılar və çox bəsit bir neçə çox hüceyrəlilərdən başqa heç bir canlının izinə rast gəlinmir. Kembri dövrü kimi son dərəcə qısa bir dövr ərzində isə (10 milyon il geoloji cəhətdən çox qısa zaman mərhələsidir) bütün heyvan sinifləri tamamilə qüsursuz halda bir anda ortaya çıxmışlar!

dəniz ulduzu, meduza
 

Dəniz ulduzu, meduza kimi bir çox mürəkkəb onurğasız canlı dövrümüzdən təxminən 500 milyon il əvvəl heç bir təkamüli ataya sahib olmadan birdən-birə ortaya çıxmışdır. Yəni yaradılmışdır. Bugünkü nümunələrindən heç bir fərqləri də yoxdur.


Kembri qayalıqlarında tapılan fosillər ilbizlər, tribolitlər, süngərlər, soxulcanlar, meduzalar, dəniz ulduzları, molyusklar, dəniz zanbaqları kimi çox fərqli canlılara aiddir. Bu təbəqədəki canlıların çoxunda dövrümüzdəki nümunələrində heç bir fərqi olmayan göz, qəlsəmə, qan dövranı kimi mürəkkəb sistemlər, inkişaf etmiş fizioloji quruluşlar vardır. Bu quruluşlar həm çox mürəkkəb, həm də çox fərqlidir. Təkamülçü ədəbiyyatın məşhur jurnallarından Earth Sciences (Yer elmləri) jurnalının redaktoru Riçard Monestarski Kembri partlayışı haqqında bu məlumatları verir:

Bu gün gördüyümüz olduqca mürəkkəb heyvan formaları ani surətdə ortaya çıxmışlar. Bu an Kembri dövrünün əvvəlinə təsadüf edir ki, dənizlərin və yer üzünün ilk mürəkkəb məxluqlarla dolması bu təkamülçü partlayışla başlamışdır. Dövrümüzdə dünyanın hər tərəfinə yayılmış onurğasızlar erkən Kembri dövründə onsuz da var idi və yenə bu gün olduğu kimi, bir-birindən çox fərqlidir. (Richard Monestarsky, Mysteries of the Orient", Discover, aprel 1993, s. 40)6

trilobit
 

500 milyon il əvvəl Kembri dövründə qəflətən ortaya çıxan mürəkkəb onurğasız canlılardan biri də yuxarıda fosilləri görünən "trilobit"lərdir. Trilobitin təkamülçüləri çıxılmaz vəziyyətə salan başqa bir xüsusiyyəti isə sahib olduğu pətək göz quruluşudur. Trilobitin inkişaf etmiş mürəkkəb gözləri çoxlu mina sistemindən ibarətdir. Bu sistem dövrümüzdəki hörümçək, arı, milçək kimi bir çox canlıda tapılan nümunələrindən fərqsizdir. Belə mürəkkəb bir göz quruluşunun bundan 500 milyon il əvvəl yaşamış bir canlıda birdən-birə ortaya çıxması təkamülçülərin təsadüfə əsaslanan nəzəriyyələrini tarixin qaranlıqlarında dəfn etmək üçün kifayətdir.

 

Prof. Filip Conson
 

Prof. Filip Conson

 

Darvinizmin dünya səviyyəsindəki ən məşhur tənqidçilərindən biri olan Berkli Universitetinin professoru Filip Conson paleontologiyanın ortaya qoyduğu bu həqiqətin darvinizmlə açıq ziddiyyətini belə açıqlayır:

Darvinist nəzəriyyə həyatın bir növ "getdikcə çoxalan fərqlilik üçbucağı" içində təkmilləşdiyini irəli sürür. Buna əsasən, canlılar ilk canlı orqanizmdən və ya ilk heyvan növündən başlayaraq getdikcə fərqlənməli və bioloji təsnifatın daha yuxarı kateqoriyalarını əmələ gətirməlidirlər. Lakin heyvan fosilləri bizlərə bu üçbucağın, əslində, başıaşağı dayandığını göstərir: siniflər elə əvvəldən hər zaman birlikdə var olmuşdur, sonradan getdikcə sayları azalır. (Phillip E. Johnson, Darwinism's Rules of Reasoning, Darwinism: Science or Philosophy, Foundation for Thought and Ethics, 1994, s. 12)7

Filip Consonun bildirdiyi kimi, siniflərin mərhələli şəkildə əmələ gəlməsi bir tərəfə, bütün siniflər bir anda mövcud olmuşlar, hətta sonrakı dövrlərdə bəzilərinin nəsli kəsilmişdir. Çox fərqli canlıların bir anda və qüsursuz şəkildə ortaya çıxmalarının mənası isə, təkamülçü Futuymanın da qəbul etdiyi kimi, yaradılışdır.

Göründüyü kimi, əldə olan bütün elmi tapıntılar təkamül nəzəriyyəsinin iddialarının əsassız olduğunu və yaradılış gerçəyini göstərir.

 

Qeydlər:

4.Douglas J. Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983. s. 197

5.Derek A. Ager, "The Nature of the Fossil Record", Proceedings of the British Geological Association, cilt 87, no. 2, (1976), s. 133

6.Richard Monestarsky, "Mysteries of the Orient", Discover, Nisan 1993, s. 40

7.Phillip E. Johnson, "Darwinism's Rules of Reasoning", Darwinism: Science or Philosophy, Foundation for Thought and Ethics, 1994, s. 12

 

3 / total 21
"Harun Yəhyanın 20 Sualda Təkamül Nəzəriyyəsinin Süqutu kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com adnanoktarhukuk.com adnanoktarakumpas.com adnanoktargercekleri.com ingilizderindevleti.net