20 Sualda Təkamül Nəzəriyyəsinin Süqutu

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
4 / total: 21

3. İnsana aid tapıntılar nə qədər qədimdir?
Bu tapıntılar niyə təkamül nəzəriyyəsini dəstəkləmir?

3.6 milyon illik insan ayaq izləri
 

Tanzanya Tanzaniyada Laetolidə tapılan 3.6 milyon illik insan ayaq izləri

İnsanın yer üzündə nə vaxt peyda olduğu ilə bağlı sualın cavabını tapmaq üçün fosillərə müraciət etmək lazımdır. Fosillər insanla bağlı tapıntıların milyonlarla il əvvələ aid olduğunu göstərir. Bu tapıntılar skelet və kəllə sümüyü hissələri və müxtəlif dövrlərdə yaşamış insanlara aid qalıqlardan ibarətdir. İnsana aid qalıqların ən qədimi tanınmış paleontoloq Meri Likey tərəfindən 1977-ci ildə Tanzaniyanın Laetoli bölgəsində tapılmış "ayaq izləri"dir.

Bu qalıqlar elm dünyasında böyük əks-səda doğurdu. Aparılan işlər bu ayaq izlərinin 3.6 milyon illik təbəqədə yerləşdiyi göstərirdi. İzləri tədqiq edən Rasel Tatl bu sözləri yazmışdı:

Bu izlər çılpaq ayaqlı bir Homo Sapiens (insan) tərəfindən qoyulmalıdır. Aparılan bütün morfoloji tədqiqatlar bu izləri qoyan canlının ayağının dövrümüzdəki insanlarınkından fərqli olmadığını göstərir. (I. Anderson, New Scientist, cild 98, 1983, s. 373.)8

Aparılan tədqiqatlarla ayaq izlərinin sahibləri də müəyyən edildi. 10 yaşında, dövrümüzün insanı ilə eyni xüsusiyyəti daşıyan bir insanın 20 ədəd və daha kiçik birisinin 27 ədəd fosilləşmiş ayaq izi vardı. Meri Likeyin tapdığı izləri tədqiq edən Don Cohanson və Tim Uayt kimi tanınmış paleoantropoloqlar da bu nəticəyə gəldilər. Uayt bu fikrini aşağıdakı sözləri ilə açıqlayır:

Heç şübhəniz olmasın... Bunlar dövrümüzün insanının ayaq izlərindən heç fərqlənmir. Əgər bu izlər bu gün Kaliforniya çimərliyində olsaydı və bir uşaqdan bunların nə olduğunu soruşsaydılar, heç tərəddüd etmədən burada bir insan gəzdiyini söyləyərdi. Bunları qumsaldakı digər yüzlərlə insanın ayaq izindən ayırd edə bilməzdi. Elə siz də ayırd edə bilməzsiniz. (D. Johanson & M. A. Edey, Lucy: The Beginnings of Humankind, New York: Simon & Schuster, 1981, s. 250)9

Həmin ayaq izləri təkamülçü elm adamları arasında mübahisəyə səbəb oldu. Çünki bu izlərin bir insana aid olduğunu qəbul etmələri meymundan insana doğru qurduqları xəyali sıralama artıq əsassız olacaqdı. Ancaq burada ehkamçı təkamülçü məntiq bir daha özünü göstərdi. Təkamülçü alimlərin bir çoxu bir daha yanlış rəyləri üçün elmdən əl çəkdilər. Laetolidə tapılan izlərin meymunabənzər canlıya aid olduğunu iddia etdilər. Bu iddianı müdafiə etməyə çalışan təkamülçülərdən Rasel Tatl yazırdı:

Nəticədə, Laetoli bölgəsindəki 3.6 milyon illik ayaq izləri bu gün dövrümüzdəki insanın ayaq izlərinə çox bənzəyir. Tapıntı bu izləri qoyan canlıların bizdən daha pis və ya fərqli yeriyən bir canlı olduğunu göstərmir. Əgər bu izlər bu qədər qədim olmasaydı, bunların da bizim kimi bir homo (insan) tərəfindən qoyulduğunu mübahisəsiz qəbul edə bilərdik... Ancaq yaş probleminə görə bu izləri Lusi fosili ilə eyni növə, yəni australopitekus afarensis (təkamülçülərin yarı insan-yarı meymun kimi göstərməyə çalışdıqları, əslində isə nəsli tükənmiş meymun növü) növünə aid canlı tərəfindən qoyulduğunu qəbul etmək məcburiyyətindəyik. (R. H. Tuttle, Natural History, mart 1990, s. 61-64)10

1.7 milyon illik daş koma qalığı
 

1.7 milyon illik daş koma qalığı

İnsanla bağlı ən qədim qalıqlardan biri də Luis Likey tərəfindən 1970-ci illərin əvvəlində Olduvai Corc bölgəsində tapılan daş daxmanın qalıqlarıdır. Daxmanın qalıqları 1.7 milyon illik təbəqədə idi. Afrikanın bəzi bölgələrində yerləşən və bu gün də istifadə edilən buna bənzər daxmaların bu gün homo sapiens, yəni dövrümüzün insanı tərəfindən qurulduğu məlumdur. Bu qalıq insanın təkamülçülər tərəfindən əcdadı kimi göstərilən “meymunabənzər” məxluqlarla eyni tarixdə yaşadığını ortaya qoyur.

Efiopiyanın Hadar ərazisində tapılan 2.3 milyon illik insan çənəsi də dövrümüzün insanının yer üzündə təkamülçülərin irəli sürdüyü tarixdən çox daha əvvəl mövcud olduğunu göstərir. (D. Johanson, Blake Edgar, From Lucy to Language, s.169)11

İnsana aid tapılan ən qədim və nöqsansız fosillərdən biri də KNM-WT 15000 və ya digər adı ilə "Turkana uşağı" skeletidir. 1.6 milyon illik bu fosili təkamülçü Donald Cohanson belə tərif edir:

Turkana uşağı
 

Turkana uşağı

Uzun və zəif idi. Bədən forması və bədən üzvlərinin nisbəti bu günkü Ekvator afrikalılarınkı ilə eyni idi. Bədən üzvləri dövrümüzün yetkin şimali amerikalılara tamamilə uyğun gəlirdi. (D. Johanson, Blake Edgar, From Lucy to Language, s.173)12

Aparılan tədqiqatlar fosilin 12 yaşında bir uşağa aid olduğunu və böyüsəydi, 1.83 m boyu olacağını göstərmişdir. ABŞ-dan olan paleoantropoloq Alan Parker: "Adi bir patoloqun bu uşağın skeleti ilə dövrümüzdəki insanın skeletini bir-birindən ayırması çox çətindir" , - deyir. (Boyce Rensberger, The Washington Post, 19 noyabr 1984)13

İnsana aid tapılan qalıqlardan ən çox əks-səda doğuranlarından biri də 1995-ci ildə İspaniyada tapılan fosil idi. İspaniyanın Atapuerko ərazisində Qran Dolina mağarasında aparılan araşdırmalarda aşkar edilən 800 min illik fosil 11 yaşlı insana aid idi və onu tapan tədqiqatçıları təəccübləndirmişdi. Madrid Universitetindən olan üç ispan paleoantropoloqdan ibarət tədqiqat qrupunun rəhbəri Arsuaqa Ferreras belə deyirdi:

Böyük, enli, kök, yəni bəsit bir şeylə qarşılaşacağımızı güman edirdik. 800.000 il yaşı olan bir uşağın Turkana uşağı kimi bir şey olduğunu gözləyirdik. Ancaq bizim tapdığımız tamamilə dövrümüzün insanına aid bir üz idi... Bunlar sizi heyrətləndirən şeylərdir: fosil tapmaq deyil, tam bir fosil tapmaq gözlənilməz və gözəl hadisə idi. Ancaq ən təsirli cəhəti bu idi ki, bu günə aid olduğunu düşündüyümüz bir şeyi keçmişdə tapmışdıq. Bu, bir növ Qran Dolinada maqnitofon tapmaq kimi bir şeydir. Belə bir şey, əlbəttə, çox təəccüblü olardı. Onu görən zaman çox təəccüblənmişdik. (Is This The Face of Our Past, Discover, dekabr 1997, s. 97-100)14

İnsana aid Atapuerca fosilinin tapıldığı İspaniyadakı Gran Dolina mağarası.
 

İnsana aid Atapuerca fosilinin tapıldığı İspaniyadakı Gran Dolina mağarası.

 

Göründüyü kimi, fosil tapıntıları "insanın təkamülü" iddiasını təkzib edir. Bu iddia bəzi media qurumları tərəfindən ictimaiyyətə sanki sübut edilmiş bir həqiqət kimi təqdim olunur, əslində isə ortada sadəcə fantastik nəzəriyyələr var. Belə ki, təkamülçü alimlər də bu həqiqəti qəbul edir və "insanın təkamülü" iddiasının dəlillərinin olmadığını etiraf edirlər.

800 min illik insan üzü
 

Təkamülçü ədəbiyyatın ən tanınmış jurnallarından biri olan Discover, dekabr 97-ci sayında 800 min illik insan üzünü jurnalın üz qabığında verərək, təkamülçülərin "Bizim keçmişimizə aid üz budurmu?" şəklindəki heyrət ifadəsini başlıq etmişdi.

Təkamülçü paleontoloqlar Villi, Solomon və Deyvis: "Biz insanlar fosil izlərində birdən-birə üzə çıxırıq" - deyərək insanın yer üzündə birdən-birə, yəni heç bir təkamül keçirən əcdadı olmadan ortaya çıxdığını qəbul edirlər. (Villee, Solomon and Davis, Biology, Saunders College Publishing,1985, s. 1053)15

Kolard və Vud isə 2000-ci ildə qələmə aldıqları bir məqalədə: "İnsanın təkamülü haqqındakı mövcud filogenetik (təkamülçü) hipotezlərin heç əsası yoxdur" , - deməyə məcbur olmuşdur. (Hominoid Evolution and Climatic Change in Europe Volume 2 Edited by Louis de Bonis, George D. Koufos, Peter Andrews, Cambridge University Press 2001 bölmə: 6)16

Əldə edilən hər yeni fosil tapıntısı bəzi qeyri-ciddi qəzetlərdə "Təkamül zəncirinin itmiş halqası tapıldı" kimi yalan başlıqlarla verilsə də, təkamülçüləri daha çox müəmmanın içinə salır. 2001-ci ildə tapılan və Kenyanthropus platyops adlanan qafatası fosili bunun son nümunəsidir. George Washington Universiteti Antropologiya bölməsindən təkamülçü paleontoloq Daniel E. Liberman Nature jurnalında yazdığı məqaləsində Kenyanthropus platyops haqqında bu izahı vermişdir:

"İnsanın təkamül tarixi çox qarışıqdır. Hal-hazırda, 3.5 milyon illik başqa bir növün tapılması ilə vəziyyət daha da qarışacaq kimi görünür... Kenyanthropus platyops 'un quruluşu ümumi olaraq insanın təkamülü və növlərin davranışı mövzuları haqqında bir çox sualı da özü ilə gətirir. Məsələn, niyə kiçik bir çənə dişinə və önə doğru əyri çənə sümüyü olan böyük düz bir üzə eyni anda sahibdir? Böyük üzü və bənzər şəkildə yerləşdirilmiş çənə sümüyü olan bütün digər insan növlərinin bir dişi var. K. Platyops 'un növbəti bir neçə il ərzində ən başlıca rolunun birlikləri pozan və insan növləri arasında təkamül əlaqəsinin tədqiqatlarında qarşı gəlinən qarışıqlığı vurğulayan bir rolu olacağını düşünürəm..."17

 

neandertal təsviri

1975 yılının Neandertal tasviri  -  Geheimnisse der Urzeit, Deutsche Übersetzung, 1975

TƏKAMÜLÇÜLƏRDƏN NEANDERTALLARA QAYTARILAN ETİBAR“

Təkamülçülər 20-ci əsrin başından etibarən itmiş bir irq olan neandertalları "yarı meymun" canlılar olaraq göstərdilər. Üstdəki kimi "meymun neandertal" təsvirləri on illərlə təkamül təbliğatı üçün istifadə olundu.

26 min illik iynə


Ancaq 80-ci illərdən etibarən bu əfsanə zəifləməyə başladı. Həm fosillər üzərindəki müşahidələr, həm də neandertal mədəniyyətinə aid izlər bu insanların "yarı meymun" olmadıqlarını göstərdi. Məsələn, yandakı 26 min illik iynə neandertalların dərzilik bacarığına sahib olan mədəni insanlar olduğunu müəyyən etdi. Bunun bir nəticəsi olaraq, National Geographic kimi təkamülçü nəşrlər artıq neandertalları altdakı kimi "mədəni" insanlar olaraq göstərmək məcburiyyətində qalır.

neandertal təsviri

2000-ci ilin neandertal təsviri, Natioanl Geographic, iyul 2000

32 min illik fil dişindən hazırlanmış fleyta
 

İbtidai insanlar əfsanəsinin uydurma olduğunu göstərən başqa bir nümunə: 32 min illik fil dişindən hazırlanmış fleyta. (National Geographic, iyul 2000)

Əldə edilən tapıntıların sayının artması təkamül nəzəriyyəsinin lehinə deyil, əleyhinə nəticələr ortaya qoyur. Əslində isə əgər keçmişdə hər hansı bir təkamül prosesi baş versəydi, onun çoxlu dəlili olmalı və əldə edilən hər tapıntı bunu daha da gücləndirməliydi. Belə ki, Darvin Növlərin mənşəyi adlı kitabında elmin bu istiqamətdə inkişaf edəcəyini iddia etmişdi. Onun fikrincə, nəzəriyyəsinin fosillər baxımından tək problemi kifayət qədər fosil tapıntısı olmaması idi. Aparılacaq araşdırmalarda nəzəriyyəsini sübut edəcək saysız-hesabsız fosil çıxacağına ümid edirdi. Ancaq elmi tapıntılar Darvinin bu xəyalını tamamilə boşa çıxardı.

 

 

TƏKAMÜLÇÜLƏRİN XƏYALİ FƏRZİYYƏLƏRİ
İNSANIN MƏNŞƏYİNİ AÇIQLAMAQDAN UZAQDIR

təkamülçü təbliğat
 

İnsanın mənşəyi mövzusunda 150 ildir aparılan təkamülçü təbliğatlara baxmayaraq, təkamül nəzəriyyəsi bu mövzuda da böyük çətinlik içindədir. Tapılan fosillər ilk insanların arxalarında hər hansı bir meymun ata olmadan yer üzündə qəflətən ortaya çıxdığını göstərir. Bu səhifədəki üç fərqli fərziyyə insanın mənşəyi haqqındakı üç fərqli və ziddiyyətli təkamülçü ssenarinin fərziyyələridir (Stiven Cey Quld, The Book of Life, 2001). Diqqət edildikdə, fərziyyələrin hər üçündə də yer üzündəki ilk insan irqi olan Homo Erectusun əvvəlinə aid sual işarəsi qoyulmuşdur. Bunun səbəbi təkamülçülərin "insanın atası" olaraq göstərə biləcəkləri heç bir "meymunabənzər" canlının mövcud olmamasıdır. Fərziyyədəki ilk insan irqi kimi tanıdılan homo erectusla əlaqəsi qurula bilməyən növlər (Australopithecus, Homo habilis Paranthropus növləri) isə nəsli tükənmiş meymun növləridir. Göründüyü kimi, insanın mənşəyi təkamülçülər üçün müəyyən deyil, çünki bu mənbə təkamül deyil, yaradılışdır.

İnsana aid dəlillərin əhəmiyyəti

Burada insana aid bəzi nümunələrini sadaladığımız tapıntılar çox mühüm həqiqəti ortaya qoymuşdur. Əvvəla, təkamülçülərin insanın əcdadının meymunabənzər canlılar olduğu iddialarının nə qədər həqiqətdən kənar olduğu bir daha nümayiş etdirildi. Çünki insanın yer üzündə təkamülçülərin "insanın əcdadı" kimi göstərdikləri meymun növlərindən çox əvvəl ortaya çıxdığı məlum olmuşdur. Ona görə də bu meymun növlərinin insanın əcdadı olması mümkün deyil.

Nəhayət fosil izləri bizə insanın bundan milyonlarla il əvvəl də eynilə bugünkü formada mövcud olduğunu və heç cür təkamül keçirmədən bu günə qədər gəldiyini göstərmişdir. Elə isə təkamül tərəfdarları, həqiqətən, elmi dəstəklədiklərini və düzgün davrandıqlarını iddia edirlərsə, əllərindəki xəyali meymun-insan sıralamalarından əl çəkməlidirlər. Bu xəyali soy ağaclarından əl çəkməmələri təkamülün elm naminə müdafiə edilən bir nəzəriyyə deyil, elmi həqiqətlərə baxmayaraq, dirçəltməyə çalışdıqları ehkam odluğunu bir daha göstərir.

 

Qeydlər:

 

8. I. Anderson, New Scientist, cilt 98, 1983, s. 373.

 

 

9. D. Johanson & M. A. Edey, Lucy: The Beginnings of Humankind, New York: Simon & Schuster, 1981, s. 250

 

 

10. R. H. Tuttle, Natural History, Mart 1990, s. 61-64

 

 

11. D. Johanson, Blake Edgar, From Lucy to Language, s.169

 

 

12. D. Johanson, Blake Edgar, From Lucy to Language, s.173

 

 

13. Boyce Rensberger, The Washington Post, 19 Kasım 1984

 

 

14. "Is This The Face of Our Past", Discover, Aralık 1997, s. 97-100

 

 

15. Villee, Solomon and Davis, Biology, Saunders College Publishing,1985, s. 1053

 

 

16. "Hominoid Evolution and Climatic Change in Europe" Volume 2 Edited by Louis de Bonis, George D. Koufos, Peter Andrews, Cambridge University Press 2001 Bölüm 6

 

 

17. Daniel E. Lieberman, "Another face in our family tree", Nature, 22 Mart 2001

 

 

4 / total 21
"Harun Yəhyanın 20 Sualda Təkamül Nəzəriyyəsinin Süqutu kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com adnanoktarhukuk.com adnanoktarakumpas.com adnanoktargercekleri.com ingilizderindevleti.net