20 Sualda Təkamül Nəzəriyyəsinin Süqutu

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
8 / total: 21

7. Dinozavrların quşlara çevrilməsi iddiası
nə üçün elmə zidd nağıldır?

Təkamül nəzəriyyəsi mümkünsüz şeyin həqiqətə çevrilməsi ümidi üzərində qurulan bir nağıldır. Bu nağılda quşlar özünəməxsus yer tutur. Quş, hər şeydən əvvəl, qanad kimi möhtəşəm orqana malikdir. Qanadlar quruluşca gözəl olmalarından əlavə, bir-birləri ilə olan mükəmməl ahəngdarlıqları ilə də heyrət doğururlar. Belə ki, uçmaq min illərlə bəşəriyyətin istəyi olmuş, minlərlə elm adamı və tədqiqatçı bu mövzuya əmək sərf etmişlər. Bəzi çox bəsit təcrübələr istisna olmaqla, bəşəriyyət ancaq XX əsrdə uçan vasitələr düzəldə bilmişdir. Quşlar isə bəşəriyyətin yüz illik texnoloji imkanları ilə etməyə çalışdıqları işi milyonlarla il əvvəldən bu günə qədər həyata keçirirlər. Üstəlik, bu cür bacarığı quş balası bir neçə qısa təcrübədən sonra əldə edir. Həm də bir çox xüsusiyyəti ilə bugünkü texnologiyanın son məhsulu olan təyyarələrlə müqayisə edilməyəcək qədər mükəmməl şəkildə…

dinozavr

Təkamül nəzəriyyəsi canlıların ortaq meydana gəlməsini və müxtəlifliyini açıqlamağa çalışarkən cürbəcür rəylər və yalanlar uydururlar. Quşlar kimi canlılara gəldikdə isə elm artıq tamamilə ortadan qaldırılır və yerini təkamülçülərin nağılları tutur. Bunun səbəbi təkamülçülərin quşların əcdadı olduğunu iddia etdikləri canlılardır. Təkamül nəzəriyyəsi quşların əcdadının sürünənlərdən olan bir dinozavr qrupu olduğunu iddia edirlər. Elə bu iddia cavab tələb edən iki sualı da özü ilə bərabər gətirir. Birincisi, dinozavrlar quşlara necə çevriliblər? İkincisi, belə bir çevrilməni göstərən fosillər niyə mövcud deyil?

Dinozavrların quşlara necə çevrildiyi barədə uzun zaman mübahisə edən təkamülçülər, nəticədə, iki nəzəriyyə irəli sürmüşlər. Bunlardan birincisi "kursorial" (cursorial) nəzəriyyəsidir. Bu nəzəriyyə dinozavrların qanad açaraq quşlara çevrildiyini iddia edir. İkinci nəzəriyyənin müəllifləri kursorial nəzəriyyəyə etiraz edir və dinozavrların qanad açıb uçaraq quşlara çevrilməyinin mümkün olmayacağını söyləyirlər. Bəs onda “necə olub dinozavr uçmağa başladı?” sualını fərqli izah edirlər. Ağac budaqlarında yaşayan və digər budaqlara tullanan dinozavrların cəhd etməklə quşlara çevrildiyini iddia edirlər. Bu nəzəriyyənin adı isə "Arboreal" nəzəriyyədir. Dinozavrların nə üçün havaya qalxdığının cavabı da hazırdır: "milçək ovlamaq üçün!"

Lakin milçək kimi həşəratı tutmaq üçün dinozavr kimi heyvanın bədənində qanadlarla bərabər uçuş sistemi olduğunu iddia edən insanlar əvvəl bu suala cavab verməlidirlər: milçəklərin dövrümüzdəki qabaqcıl texnologiya ilə hazırlanmış vertolyotlar üçün nümunə olan və onlardan daha funksional uçuş sistemləri necə meydana gəlmişdir: Bu barədə təkamülçülərin heç bir cavab verə bilmədiklərinə şahidsiniz. Kiçik bir milçəyin uçuş sisteminin açıqlaya bilməyən bir nəzəriyyənin dinozavrların quşa çevrildiyini iddia etməsi, şübhəsiz, son dərəcə ağılsızlıqdır.

dinozavr
 

Dinozavrların milçək ovlamağa çalışarkən quş olduqları gülməli bir hekayə deyil, təkamülçülərin elmi olduğu iddiası ilə önə sürdükləri bir nəzəriyyədir.

 

Nəticədə, bu nəzəriyyələrin latınca adlarından əlavə elmlə əlaqələrinin olmadığı ağıl və məntiq sahibi bütün alimlərin ortaq fikridir. Məsələnin əsası isə sürünənlərin uçmasının tamamilə xəyal olmasıdır.

Dinozavrdan quşa çevrilməni iddia edən təkamülçülər bu iddianın fosil dəlillərini də tapıb göstərməlidirlər. Çünki əgər dinozavrlar quşlara çevrilmişlərsə, tarixdə bu dəyişikliyi əks etdirən yarı dinozavr-yarı quş canlılar yaşamalı və fosilləri olmalıdır. Təkamülçülər uzun illər "Arxeopteriks" (archæopteryx) adlı bir quşun belə bir keçidi təmsil etdiyini iddia etmişlər. Əslində isə bu iddiaları da böyük xətadır.

Arxeopteriks xətası

"Dinozavrlarla quşlar arasında keçid forması" olduğu irəli sürülən Arxeopteriks, bundan təqribən 150 milyon il əvvəl yaşamışdır. Nəzəriyyəyə görə, kiçik dinozavrların bir qismi təkamül keçirərək qanad açmış və uçmağa başlamışlar. Arxeopteriksdinozavr əcdadlarından ayrılan və təzə-təzə uçmağa başlayan ilk növdür.

AncaqArxeopteriks'in fosilləri üzərində aparılan son tədqiqatlar bu hekayənin elmi əsasının olmadığını göstərir. Bu canlı bir keçid forması deyil, sadəcə, dövrümüzdəki quşlardan daha fərqli xüsusiyyətlərə malik nəsli kəsilmiş bir quş növüdür.

Arxeopteriks'in yaxşı uça bilməyən "yarı quş" olduğu tezisi yaxın zamana qədər təkamülçü mənbələrdə tez-tez vurğulanırdı. Bu canlının "sternum"unun, yəni döş sümüyünün olmaması canlının uça bilməyəcəyinin ən əsas sübutu kimi göstərilirdi. (döş sümüyü uçmaq üçün lazım olan əzələlərin dayandığı döş qəfəsinin altındakı sümükdür. Dövrümüzdə uça bilən və ya uça bilməyən bütün quşlarda, hətta quşlardan çox fərqli ailəyə aid olan uça bilən məməli yarasalarda belə bu döş sümüyü var.)

Lakin 1992-ci ildə tapılan yeddinci Arxeopteriks fosili bu iddianın səhv olduğunu göstərdi. Ancaq bu son tapılan Arxeopteriks fosilində təkamülçülərin uzun müddət olmadığını hesab etdikləri döş sümüyü vardı. Nature (Təbiət) jurnalında bu yeni tapılan fosildən belə bəhs edilirdi:

Son tapılan yeddinci Arxeopteriks fosili uzun müddət varlığından şübhə edilən, amma heç bir zaman sübut edilə bilməyən düzbucaqlı döş sümüyünün varlığına işarə edir. Bu canlının uzun məsafələrə uçuş bacarığı hələ də şübhə altındadır, ancaq döş sümüyünün varlığı güclü uçuş əzələlərinin olduğunu göstərir. (Nature, cild 382, 1 avqust 1996, s. 401)26

Bu tapıntı Arxeopteriksin tam uça bilməyən yarı quş olduğu iddialarını əsassız etdi.

Digər tərəfdən Arxeopteriks'in uça bilən bir quş olduğunun ən mühüm dəlillərindən biri heyvanın tüklərinin quruluşu oldu. Arxeopteriks'in dövrümüzdəki quşlardan fərqi olmayan asimmetrik tük quruluşu canlının mükəmməl şəkildə uça bildiyini göstərirdi. Tanınmış paleontoloq Karl O. Dunbarın bildirdiyi kimi, "Tüklərinə görə bu məxluq əsl quş xüsusiyyətini ehtiva edir. (Carl O. Dunbar, Historical Geology, New York: John Wiley and Sons, 1961, s. 310)".27

Arxeopteriks'in tüklərinin ortaya çıxardığı digər həqiqət bu canlının isti qanlı olması idi. Məlumdur ki, sürünənlər və dinozavrlar soyuq qanlı, yəni bədən temperaturlarını özləri tənzimləməyən, ətraf mühitin bədən temperaturlarına təsir edən canlılardır. Quşlardakı tüklərin ən əsas xüsusiyyətlərindən biri isə bədən temperaturlarını qorumalarıdır. Arxeopteriks'in tüklü olması dinozavrların əksinə, isti qanlı canlı olduğunu, yəni bədən temperaturunu qorumağa ehtiyacı olan əsl quş olduğunu göstərirdi.

Arxeopteriksin anatomiyası və təkamülçülərin səhvi

Təkamülçü bioloqların Arxeopteriks'i keçid forması kimi göstərərkən əsaslandıqları ən mühüm iki cəhət isə bu heyvanın qanadlarının üzərindəki pəncələri və ağzındakı dişləridir.

Arxeopteriks'in qanadlarında pəncələri və ağzında dişləri olduğu doğrudur, ancaq bu xüsusiyyətləri canlının sürünənlərlə hər hansı bir əlaqəsi olduğunu göstərmir. Belə ki, dövrümüzdə yaşayan iki quşda, Turako (Touraco corythaix) və Hoatzində (Opisthocomus hoazin) də budaqlardan yapışmaq üçün pəncələr vardır. Bu canlılar heç bir sürünən xüsusiyyəti olmayan əsl quşlardır. Beləliklə, arxeopteriks qanadlarında pəncələri olduğu və buna görə də keçid forması olduğu haqqındakı iddia əsassızdır.

Arxeopteriks'in ağzındakı dişlərinin olması da bu canlının ara forması olduğu demək deyil. Təkamülçülər bu dişlərin sürünən xüsusiyyəti olduğunu irəli sürərək insanları aldadırlar. Çünki dişlər sürünənlərin tipik xüsusiyyəti deyil. Dövrümüzdə bəzi sürünənlərin dişləri var, bəzilərində isə diş yoxdur. Daha da mühüm cəhət budur ki, dişli quşlar Arxeopteriks'lə məhdudlaşmır. Dövrümüzdə dişli quşların artıq yaşamadığı doğrudur. Ancaq fosillərə baxdıqda istər Arxeopteriks ilə eyni dövrdə, istərsə də daha sonra, hətta dövrümüzə yaxın tarixlərə qədər "dişli quşlar" kimi adlandırılacaq ayrı bir quş qrupunun yaşadığını görərik.

Arxeopteriks
 

Archaopteryx'in anatomiyası üzərində aparılan tədqiqatlar canlının qüsursuz bir uçuş bacarığına sahib olan tipik bir quş olduğunu ortaya qoymuşdur.Archæopteryx'i sürünənlərə bənzətmə cəhdi tamamilə əsassızdır.

 


Əsas olan odur ki, Arxeopteriks'in və digər dişli quşların diş quruluşları bu quşların təkamül əcdadları olan dinozavrların diş quruluşlarından çox fərqlidir. Martin, Styuart və Uetstoun kimi tanınmış ornitoloqların tədqiqatlarına əsasən, Arxeopteriksin'in və digər dişli quşların dişlərinin üstü düzdür və geniş kökləri var. Ancaq bu quşların əcdadı olduğu iddia edilən teropod dinozavrlarının dişlərinin üstü mişar kimi çıxıntılıdır və kökləri dardır.28 (L. D. Martin, J. D. Stewart, K. N. Whetstone, The Auk, cild 98, 1980, s. 86)

Bu tədqiqatçılar, eyni zamanda, Arxeopteriks ilə onun əcdadı olan teropod dinozavrların bilək sümüklərini müqayisə etmişlər və arada heç bir bənzərlik olmadığını ortaya qoymuşlar. (L. D. Martin, J. D. Stewart, K. N. Whetstone, The Auk, cild 98, 1980, s. 86; L. D. Martin Origins of Higher Groups of Tetrapods, Ithaca, New York: Comstock Publising Association, 1991, s. 485, 540)29

Arxeopteriks'in dinozavrlardan təkamül yolu ilə əmələ gəldiyini iddia edən və bu sahədəki qabaqcıl şəxslərdən biri olan Con Ostromun bu canlı ilə dinozavrlar arasında irəli sürdüyü "bənzərlik"lerin isə, əslində, səhv olduğu Tarsitano, Hekt və A.D. Uolker kimi anatomların fəaliyyətləri ilə ortaya çıxmışdır. (S. Tarsitano, M. K. Hecht, Zoological Journal of the Linnaean Society, cild 69, 1985, s. 178; A. D. Walker, Geological Magazine, cild 177, 1980, s. 595)30

Bütün bunlar Arxeopteriks'in keçid forma olmadığını, sadəcə "dişli quşlar" kimi ad verilən başqa bir sinfə aid olduğunu göstərir. Bu canlını Teropod dinozavrlarla əlaqələndirmək isə son dərəcə əsassızdır. Amerikalı bioloq Riçard L. Dim (Richard L. Deem) "Quşlar dinozavrdır" nəzəriyyəsinin sonu adlı məqaləsində quş-dinozavr təkamülü iddiası və Arxeopteriks haqqında bunları yazır:

Son elmi fəaliyyətlərin nəticələri göstərir ki, teropod dinozavrların əlləri (ön ayaq sümüklərindəki) birinci, ikinci və üçüncü xanələrdən törəmişdir. Amma quşların qanadları ikinci, üçüncü və dördüncü xanələrdən törəyir... 'Quşlar dinozavrdır' nəzəriyyəsi ilə bağlı başqa problemlər də vardır. Teropodların ön ayaqları Arxeopteriksilə müqayisədə bədənlərinə görə çox kiçikdir. Bu canlıların ağır bədənləri də nəzərə alındıqda bir növ"ön qanad" təkmilləşdirmələri mümkün deyil. Teropod dinozavrların çox böyük hissəsində (quşlarda olan) semilunatik bilək sümüyü yoxdur və Arxeopteriks'ə heç bir bənzəri olmayan bəzi bilək hissələrinə malikdir. Bütün teropodlarda V1 sinirləri digər bəzi sinirlərlə birlikdə kəllənin yan tərəfindən keçir, quşlarda isə eyni sinirlər kəlləni ön tərəfdən onlara aid xüsusi dəlikdən keçib gedir. Başqa problem isə teropodların çox böyük qisminin Arxeopteriks'dən daha sonra ortaya çıxmasıdır."31

Qısaca desək, Arxeopteriks'in bir sıra özünəməxsus xüsusiyyətləri bu canlının "keçid forma" olmadığını göstərir. Belə ki, bu gün təkamül nəzəriyyəsinin tanınmış tərəfdarlarından Harvard Universitetinin paleontoloqları Stefen Cey Quld (Stephen Jay Gould) və Naylz Eldrec (Niles Eldredge) də Arxeopteriks'in fərqli xüsusiyyətlərinə görə "mozaik" canlı olduğunu, amma keçid forma olmadığını qəbul edirlər. (S. J. Gould & N. Eldredge, Paleobiology, cild 3, 1977, s. 147)32

Arxeopteriks əfsanəsinin sonu: Lonqiskvama

Təkamülçülərin Arxeopteriks haqqındakı iddialarına son verən ən aşkar dəlil isə 2000-ci ildə elm dünyasının gündəminə daxil olan Lonqiskvama (longisquama insignis) adlı başqa bir fosil quş oldu. Bu fosil 1970-ci illərdə Qırğızıstanda bir entomoloq (həşəratları öyrənən) tərəfindən tapılmış, lakin uzun illər muzeyin küncündə diqqət cəlb etmədən qalmışdı. 2000-ci ildə isə fosili tədqiq edən qərb mütəxəssisləri onun məlum olan ən qədim quş olduğunun fərqinə vararaq bu mühüm tapıntını dünyaya xəbər verdilər.

Lonqiskvama
 

Archæopteryx'dən təxminən 70 milyon il daha yaşlı olan longisquama quşunun fosili archaeopteryxhaqqındakı təkamülçü iddialara mütləq bir zərbə endirdi.

 

 


Lonqiskvama'nın anatomik xüsusiyyətlərinin dövrümüzdəki quşlarınkından fərqi yoxdur. Tükləri, içi boş sümükləri və cınaq sümüyü vardır. Oreqon Dövlət Universitetinin paleontoloqu Teri Conz (Terry Jones): "Yaşayan quşlara çox bənzəyir... Bir quş başına, çiyinlərinə və cınaq sümüyünə malikdir. Lades sümüyünü Arxeopteriks'inkindən ayırmaq mümkün deyil" , - yazır.33

Mövzunun mühüm cəhəti budur ki, Lonqiskvama'nın 220 milyon il yaşı var. Bu, Lonqiskvama'nın arxeopteriks'dən təxminən 70 milyon il qədim olduğunu göstərir. Əlbəttə, bu vəziyyət Arxeopteriks'in "bütün quşların primitiv əcdadı olduğunu" və "sürünənlərlə quşlar arasındakı itmiş ara forma" olduğunu irəli sürən təkamülçü iddialara son verir.

Lonqiskvama
 

Milliyet qəzeti, 25 iyun 2000

 

 

ScienceNature jurnalları və dünyada məşhur olan BBC televiziyası tərəfindən qəbul edilən bu irəliləyiş təkamül nəzəriyyəsinin lehinə yanaşması ilə tanınan Türkiyənin Milliyyət qəzetində belə ifadə edilmişdir:

"Orta Asiyada tapılan və 220 milyon ilə əvvəl yaşadığı məlum olan fosilin bütün bədəninin tüklərlə örtülü olduğu, quşların əcdadı olduğu iddia edilən arxeopteriksdə və dövrümüzün quşlarında olduğu kimi cınaq sümüyünə malik olduğu və tüklərində isə içi boş sapların olduğu müəyyən edildi. Bu isə ARXEOPTERİKSİN QUŞLARIN ƏCDADI OLDUĞU İDDİALARINI ƏSASSIZ EDİR...Çünki tapılan fosil arxeopteriksdən 75 milyon il daha yaşlı idi, yəni quşların əcdadı olduğu iddia edilən canlıdan 75 milyon il əvvəl də bütün xüsusiyyətləri ilə birlikdə əsl quş yaşayırdı. (Kuşların Atası Kuş Çıktı, Milliyet, 25 iyun 2000)"34

Lonqiskvama'nın tapılması ilə sadəcə Arxeopteriks əfsanəsi deyil, eyni zamanda, "quşların təkamülü" haqqındakı bütün təkamülçü fərziyyələr də məhv oldu. Fosili tədqiq edən paleontoloqlardan biri Counz (Jones): "Bu fosil insanların təkamülçüləri quşların dinozavrlardan təkamül yolu ilə əmələ gəldiyi fikri ilə bağlı sorğu-sual etməsinə əsas verir" - deyir.(Science, 23 iyun 2000, cild 2149)35

İdeologiya elmdən üstün tutuldu?

Lonqiskvama, əvvəldə də bildirdiyimiz kimi, Qırğızıstan ərazisindəki qədim göl mənbəyində rus paleontoloqu Aleksandr Şarov tərəfindən tapılmışdı. Ancaq bu çox vacib tapıntının diqqət verilməli başqa bir cəhəti də vardı. Tapıldığı tarix! Fosil 1970-ci ildə tapılmışdı. Ancaq elm adamları tərəfindən şərh edilərək paleontoloqları heyrətləndirən bir məqalə ilə ictimaiyyətə xəbər verilməsi isə 30 il sonra, yəni 1999-cu ildə mümkün olmuşdu. Bu, o deməkdir ki, 30 il boyu elm dünyasının gözündən uzaq saxlanırdı. Bu dövrdə quşa aid fosil Sovet Elmlər Akademiyası nəzdindəki Moskva Paleontologiya İnstitutunda qorunmuş və çox məhdud sayda qərb elm adamı tərəfindən məhdud müddət ərzində tədqiq edilmişdi.

Lonqiskvama'nın elm dünyasına sözün əsl mənasında təqdim edilməsi 1999-cu ildə dünyanın qabaqcıl elm adamları tərəfindən tədqiq edilməsindən sonra oldu.

Qısaca desək, təkamülçülərin sürünəndən quşa keçid xəyallarını qəti şəkildə məhv edən bu fosil 30 il elm dünyasından gizlədilmişdi. SSRİ-də tanınmış paleontoloqlar vardı və onların çoxunun bu çox əhəmiyyətli fosilin vacibliyini bilməmələrini demək olmazdı. Məlumdur ki, marksist diktatorluq öz ideoloji əsasını sarsıdan elmi dəlili gözlərdən uzaq tutmuş, elm dünyasından gizlətmişdi. Əslində, elmin materializm əleyhinə gətirdiyi dəlillərin gizlədilməsinin və ya ört-basdır edilməsinin ilk nümunəsi təkcə bu quş fosili deyildi. Bütün dünyada qəbul edilmiş Mendel qanunları də təkamül nəzəriyyəsi ilə uyğun gəlmədiyi üçün 20 ildən çox SSRİ tərəfindən etinasızlıqla yanaşılmışdı.

Son tapılan bu fosillə sürünənlərin quşlara çevrilmə xəyalları da tarixə qarışdı. Təkamülçülərin əlində quşların əcdadı kimi iddia ediləcək bir canlı qrupu belə qalmadı. Bu tapıntı təkamülçülərin XX əsrin əvvəllərində balıq-sürünən ara keçid forması kimi iddia etdikləriSelekant'ı (coelacanth) xatırlatdı. Fosilinə baxaraq ara keçid forması adlandırılan bu canlının 1938-ci ildə yaşayan bir nümunəsi tutulmuş (sonrakı illərdə də dəfələrlə müxtəlif ərazilərdə tutulmuşdur) və tam mənada bir balıq olduğu məlum olmuşdur.

Təkamülçülərin saxta dino-quş fosilləri

Təkamülçülər Arxeopteriks haqqındakı iddialarının da məhv olduğunu görərək quşların mənşəyi barədə tamamilə çıxılmaz vəziyyətə düşdülər. Buna görə, bəzi təkamülçülər klassik üsullara əl atmaq məcburiyyətində qaldılar: saxtakarlıq. 1990-cı illərdə dünya ictimaiyyətinə bir daha "yarı dinozavr, yarı quş fosil tapıldı" xəbəri verilmiş, təkamülçü mətbuat qurumları bu "dino-quş" çertyojlarını dərc etmiş, bu yolla beynəlxalq yalan kampaniyası həyata keçirilmişdir.

Kampaniyanın təhrif və saxtakarlıq üzərində qurulduğu isə bir-bir aşkar olmuşdur.

Bu kampaniyanın ilk qəhrəmanı 1966-cı ildə Çində tapılan vəSinozavropteriks (Sinosauropteryx) adlandırılan bir dinozavr idi. Fosil bütün dünyaya "tüklü dinozavr" kimi tanıdılmış və bir çox qəzetdə xəbər verilmişdi. Ancaq sonrakı aylarda Sinozavropteriks sinozavropteriks üzərində aparılan hərtərəfli təhlillər təkamülçü tədqiqatçıların həyəcanla "quş tükü" kimi tanıtdıqları tüklərin tüklə əlaqəsi olmadığını göstərdi. Science jurnalında dərc edilən "Tüklü dinozavrın tüklərini yolmaq" adlı bir məqalədə təkamülçü paleontoloqlar tərəfindən "tük" kimi qəbul edilən şeyin, əslində, tüklə əlaqəsi olmadığı belə bildirilirdi:

"Təxminən bir il əvvəl paleontoloqlar "tüklü dinozavr"a aid fotoşəkillərin ortaya çıxması ilə sevindilər. Çinin Yixian ərazisində tapılan Sinozavropteriks adlı fosil New York Times'ın ön səhifəsində dərc edilmiş və quşların mənşəyinin dinozavrlar olduğuna dair təsirli dəlil kimi təqdim edilmişdi. Amma keçən ay Çikaqodakı onurğalılar paleontologiyası iclasında verilən hökm daha fərqli oldu:: fosil nümunələrini tədqiq edən 6 nəfər qərbli paleontoloq bu formaların tük olmadığını söylədilər... Kanzas Universitetinin paleontoloqu Lari Martin bu formaların köhnəlmiş kollagen lifləri olduğunu və quşlarla heç bir əlaqəsinin olmadığını bildirdi". (Ann Gibbons, Plucking the Feathered Dinosaur, Science, cild 278, no 5341 14 noyabr 1997, s. 1229 – 1230)36

Digər "dino-quş" kampaniyası isə 1999-cu ildə başlandı. Yenə Çində tapılan bir fosil gündəmə gətirildi və bütün dünyaya "təkamül nəzəriyyəsinə" böyük dəlil kimi təqdim edildi. Kampaniyanın mənbəyi olan National Geographic jurnalı tapılan fosildən ilham alaraq "tüklü dinozavr" rəsmləri çəkib dərc etdi və bunlar Türkiyə daxil olmaqla, bir çox ölkədə qəzetlərdə əsas məqalə oldu. SabahHürriyet kimi qəzetlər "Qanadlı dinozavr tapıldı" və "Uçan dinozavr tapıldı" başlıqlı xəbərlər yayımladılar.

Ancaq iki il sonra çox heyrətamiz bir həqiqət ortaya çıxdı. 29 mart 2001-ci il tarixli bəzi gündəlik qəzetlərdə təkamül nəzəriyyəsi haqqında mühüm etiraf yer alırdı. 1999-cu ildə ortaya atılan "dino-quş fosili"nin, əslində, saxtakarlıq olduğu, bir sürünənin onurğasına quş skeleti hissələrinin yapışdırılması ilə düzəldildiyi ortaya çıxdı. Hürriyyət qəzetinin "DİNO-QUŞ SAXTA ÇIXDI" başlıqlı xəbərində belə yazırdı:

"National Geographic djurnalının 1999-cu il sentyabrında quş ilə dinozavr arasındakı əskik halqa olduğunu xəbər verdiyi, haqqında elmi məqalələr yazılan heyvanın saxta olduğu məlum oldu. 'Archaeoraptor liaoningensis' adı verilən hindtoyuğu böyüklüyündəki dino-quşun skeletinin başqa heyvanlara aid sümüklərdən birləşdirilərək düzəldildiyi ortaya çıxdı.

Təkamül nəzəriyyəsinin mühüm əskikliyi işıqlandırdığı fərz edilən dino-quşun 125 mmilyon il əvvələ aid olduğu, Çinin Liaoninq əyalətində tapıldığı irəli sürülürdü. Tüklü bədəni bir quşa bənzəyir, ancaq uzun, sümüklü quyruğu ətyeyən dinozavrları xatırladırdı.Nature'adlı həftəlik ingilis elmi jurnalının bu günkü sayında dərc edilən bir tədqiqatdino-quşun saxta olduğunu nümayiş etdirdi. İçlərində üç paleontoloqun olduğu bir qrup tədqiqatçı kompyuter tomoqrafiyasının köməyi ilə saxtakarlığı sübut etdilər. Dino-quş, əslində, çinli qaçaqmalçıların əsəri idi... Qaçaqmalçılar yapışqan və əhəngdən istifadə edərək 88 sümük və daşdan dino-quş düzəltmişdilər. Arxeoraptorun (Archaeoraptor liaoningensis) ön hissəsi təkcə bir quşa aid fosil idi, ancaq dinozavrın quyruğu ilə birlikdə bədən hissəsində dörd ayrı növə aid sümüklər vardı. Dino-quşun kompyuterdə tədqiq edilməsi quş skeletinin daha əvvəl məlum olmayan növlərə aid olduğuna, dino hissəsinin isə kiçik dinozavrların yeni növünə işarə etdi."37 (Dino-Kuş Palavra Çıktı, Hürriyet, 29 mart 2001, Cümlə Hürriyyət'dən götürülmüşdür)

dino-quş
 

National Geographic djurnalı 1999-cu ildə "dino-quş"ların xəyali rəsmini çəkib bunu bütün dünyaya təkamülün böyük sübutu kimi təqdim etmişdi. Ancaq iki il sonra bu rəsmlərə ilham mənbəyi olan archaeoraptor'un böyük bir elm saxtakarlığı olduğu ortaya çıxdı.

Bəs necə olmuşdu ki, National Geographic jurnalı bu qədər böyük bir elm saxtakarlığını bütün dünyaya "təkamül nəzəriyyəsinin böyük dəlili" kimi göstərmişdi? Bu sualın cavabı sözügedən jurnalın təkamül fanatizmində gizlənir. National Geographic, jurnalı darvinizmə kor-koranə bağlandığı və təkamül nəzəriyyəsinin lehinə olduğunu gördüyü hər cür təbliğat materialını elmin aqibətini düşünmədən istifadə etdiyi üçün ikinci bir "Piltdaun qalmaqalı"na imza atmışdı.

Təkamülçü elm adamları belə National Geographic'in fanatizmini qəbul edirdi. ABŞ-dakı məşhur Smitsonian İnstitutunun quşlarla bağlı fakültə rəhbəri dr. Storrs L. Olson bu fosilin saxta olduğuna dair əvvəlcədən National Geographic'i xəbərdar etdiyini, ancaq jurnalın rəhbərliyinin bunu qulaqardı etdiyini açıqladı. (Storrs L. Olson OPEN LETTER TO: Dr. Peter Raven, Secretary, Committee for Research and Exploration, National Geographic Society Washington, DC 20036, Smithsonian Institution, 1 noyabr 1999)38 Olson ABŞ bu gün adlı qəzetə verdiyi açıqlamada isə: "Problem budur ki, fosilin saxta olduğu müəyyən bir mərhələdə National Geographic tərəfindən də başa düşülmüşdü, lakin bu məlumat açıqlanmadı", - deyirdi. (Tim Friend, "Dinosaur-bird link smashed in fossil flap", USA Today, 25 yanvar 2000)39 Yəni National Geographic, bütün dünyaya böyük təkamül dəlili kimi göstərdiyi fosilin saxta olduğunu başa düşməsinə baxmayaraq, bu saxtakarlığa davam etmişdi.

National Geographic jurnalının göstərdiyi bu münasibətin təkamül nəzəriyyəsi xətrinə qurulan ilk saxtakarlıq olmadığını da bildirmək lazımdır. Ortaya atıldığından bəri nəzəriyyəni dəstəkləmək üçün bir çox saxtakarlıq edilmişdir. Alman bioloq Ernst Hekkel, Darvini dəstəkləmək üçün saxta embrion rəsmini çəkmişdir. İngilis təkamülçülər insan kəlləsinə oranqutan çənəsi yapışdıraraq onu Britaniya muzeyində 40 ildən çox "Piltdaun adamı-təkamülün ən böyük dəlili" kimi nümayiş etdirmişlər. Amerikalı təkamülçülər bir donuz dişini "Nebraska adamı" kimi göstərmişlər. Dünyanın hər tərəfində "rekonstruksiya" adı verilən saxtakarlıqlarla, əslində, heç bir zaman yaşamamış "primitiv məxluqlar" və ya "meymun adamlar təsvir edilmişdir.

Qısaca olaraq, təkamülçülər daha əvvəl Piltdaun adamı saxtakarlığında əl atdıqları üsuldan bir daha istifadə etmişdilər: tapa bilmədikləri ara keçid formasını özləri düzəltmişdilər. Bu hadisə təkamül nəzəriyyəsi lehinə aparılan beynəlxalq təbliğatın nə qədər yalan olduğunu və təkamülçülərin nəzəriyyəyə bağlılıq uğrunda hər cür saxtakarlığa əl ata biləcəklərinin bir sübutu kimi tarixə düşdü.

EVRİMCİ MEDYANIN DİNOZOR YANILGISI...

dino-quş

Hürriyet qəzeti, 21 iyun 1998
Sabah qəzeti, 16 oktyabr 1999

 

dino-quş

... VƏ HƏQİQƏTİ ETİRAF ETMƏK

Kütləvi informasiya vasitələrinin bəziləri təkamül nəzəriyyəsini sorğusuz-sualsız qəbul edir və təkamül lehində kimi gördükləri hər iddianı elmi bir həqiqət kimi ictimaiyyətə təqdim edirlər. Ən üstdəki iki qəzet xəbəri bunun bir nümunəsidir: xəbərlərdə quş tüklərinə sahib olan “qanadlı” dinozavr fosili mövcud olduğu və bunun quş-dinozavr təkamülü ssenarisini sübut etdiyi irəli sürülür. Halbuki, iki ildən sonra həmin fosilin yeni bir təkamül saxtakarlığı olduğu ortaya çıxmış və bu dəfə eyni qəzetlər “dino-quş”un yalan olduğunu qəbul etmək məcburiyyətində qalmışdırlar. Lakin həqiqət hər zaman bu qədər açıq şəkildə ortaya çıxmır, çıxsa belə, insanın zehnində təkamül saxtakarlıqları və nağılları elmi həqiqət olaraq qalır.

 

Hürriyet qəzeti, 29 Mart 2001

 

Qeydlər:

 

26. Nature, cilt 382, 1 Ağustos 1996, s. 401

 

 

27. Carl O. Dunbar, Historical Geology, New York: John Wiley and Sons, 1961, s. 310

 

 

28. L. D. Martin, J. D. Stewart, K. N. Whetstone, The Auk, cilt 98, 1980, s. 86

 

 

29. L. D. Martin, J. D. Stewart, K. N. Whetstone, The Auk, cilt 98, 1980, s. 86; L. D. Martin "Origins of Higher Groups of Tetrapods", Ithaca, New York: Comstock Publising Association, 1991, s. 485, 540

 

 

30. S. Tarsitano, M. K. Hecht, Zoological Journal of the Linnaean Society, cilt 69, 1985, s. 178; A. D. Walker, Geological Magazine, cilt 177, 1980, s. 595

 

 

31. Richard L. Deem "Demise of the 'Birds are Dinosaurs' Theory", http://www.yfiles.com/dinobird2.html

 

 

32. S. J. Gould & N. Eldredge, Paleobiology, cilt 3, 1977, s. 147

 

 

33. Science, 23 Haziran 2000, cilt. 2149

 

 

34. "Kuşların Atası Kuş Çıktı", Milliyet, 25 Haziran 2000

 

 

35. Science, 23 Haziran 2000, cilt. 2149

 

 

36. Ann Gibbons, "Plucking the Feathered Dinosaur", Science, cilt 278, no 5341 14 Kasım 1997, s. 1229 – 1230

 

 

37. "Dino-Kuş Palavra Çıktı", Hürriyet, 29 Mart 2001

 

 

38. Storrs L. Olson "OPEN LETTER TO: Dr. Peter Raven, Secretary, Committee for Research and Exploration, National Geographic Society Washington, DC 20036", Smithsonian Institution, 1 Kasım 1999

 

 

39. Tim Friend, "Dinosaur-bird link smashed in fossil flap", USA Today, 25 Ocak 2000

 

 

8 / total 21
"Harun Yəhyanın 20 Sualda Təkamül Nəzəriyyəsinin Süqutu kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com adnanoktarhukuk.com adnanoktarakumpas.com adnanoktargercekleri.com ingilizderindevleti.net