20 Sualda Təkamül Nəzəriyyəsinin Süqutu

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
9 / total: 21

8. "İnsan embrionundakı qəlsəmələr" cəfəngiyatı
hansı elmi saxtakarlığa əsaslanır?

Canlıların doğuşlarına qədər olan müddət ərzində ana bətnində təkamülə dəlil olan bəzi dövrlər keçirməsi tezisi təkamül nəzəriyyəsinin əsassız iddiaları arasında xüsusi yer tutur. Çünki təkamülçü ədəbiyyatda "rekapitulyasiya" kimi tanınan bu tezis elmi səhv olmasından başqa, həm də elmi saxtakarlığı da ifadə edir.

Hekkelin rekapitulyasiya cəfəngiyatı

Ernst Hekkel
 

Elm tarixinin ən məşhur şarlatanlarından biri olan Ernst Hekkel.

Rekapitulyasiya iddiası təkamülçü bioloq Ernst Hekkel tərəfindən XIX əsrin sonlarında ortaya atılmışdır. Bu terminin ifadə etdiyi təkamülçü tezis "ontogenez filogenezin təkrarıdır" (ontogeny recapitulates phylogeny) şəklində ifadə edilən bir iddia irəli sürür. Bunun mənası budur ki, canlı embrionlar inkişaf prosesi zamanı sözdə təkamüli əcdadlarının keçirdikləri təkamül prosesini təkrarlayırlar. Məsələn, insanın ana bətnində əvvəlcə balıqlara, sonra sürünənə bənzədiyini, sonra da insan xüsusiyyətlərini göstərdiyi irəli sürülür. Embrionun inkişaf dövrü ərzində "qəlsəməyə" malik olması iddiası da elə bu tezisdən qaynaqlanır.

Lakin bu tezis bir xurafatdan ibarətdir. Rekapitulyasiyanın ortaya atılmasından sonrakı illər ərzində elmi irəliləyişlər tezisin əsaslılığının araşdırılmasına imkan yaratdı. Sonda tezisin bunu ortaya atan təkamülçülərin xəyal güclərindən və məqsədli təhriflərindən başqa əsası olmadığı məlum oldu. İnsan embrionunun ilkin dövrlərində ortaya çıxması iddia edilən qəlsəmələrin, əslində, insanda orta qulaq boşluğu, yevstaxi borusu, paratiroid və timus (çəngələbənzər) vəzlərinin əmələ gəlməsindən əvvəl inkişaf dövründəki formaları olduğu məlum oldu. Təkamülçülər tərəfindən insan embrionunun "yumurtanın sarı kisəsinə" bənzədilən hissəsinin rüşeym üçün qan hazırlayan bir hissə olduğu müəyyən edildi. Təkamülçülər embrionda "quyruğa" bənzətdikləri hissənin isə insanın onurğa sümüyü olduğu üzə çıxmış və təkamülçülərin "quyruq" bənzətməsinin bu hissənin ana bətnində ayaqlardan əvvəl inkişafa başlamasından irəli gəldiyi məlum olmuşdur.

Rekapitulyasiya iddiasının elmi cəhətdən yanlışlığı bu gün qabaqcıl təkamülçü elm adamları tərəfindən də qəbul edilir. Neodarvinizmin banilərindən olan Corc Qeylord Simpson: "Hekkel təkamül inkişafını səhv şəkildə ortaya qoydu. Bu gün canlıların embrioloji inkişafının keçmişlərini əks etdirmədiyi artıq qəti şəkildə məlumdur" - deyə yazır. (G. G. Simpson, W. Beck, An Introduction to Biology, New York, Harcourt Brace and World, 1965, s. 241)40 American Scientst'də dərc edilən bir məqalə isə bu həqiqəti oxuyucularına belə bildirmişdir:

Biogenetika qanunu (Rekapitulyasiya nəzəriyyəsi) artıq tamamilə ölmüşdür. 1950-ci illərdə dərsliklərdən çıxarılıb. Əslində, elmi mübahisə kimi 1920-ci illərdə sonu çatmışdı. (Keith S. Thompson, Ontogeny and Phylogeny Recapitulated, American Scientist, cild 76, may / iyun 1988, s. 273)41

Eyni həqiqət New Scientist jurnalının 16 oktyabr, 1999-cu il tarixli sayında da bildirilmişdir:

Hekkel nəzəriyyəsini "biogenetik qanun" adlandırdı və bu düşüncə qısa müddətdə "rekapitulyasiya" kimi tanındı. Əslində isə Hekkelin kəskin qanununun səhv olması yaxın gələcəkdə göstərildi. Məsələn, erkən inkişaf dövründəki insan embrionunun heç vaxt bir balıq kimi qəlsəmələri olmur və embrion heç vaxt yetkinləşmiş bir sürünənə və ya meymuna bənzər mərhələlərdən keçmir. (Ken McNamara, "Embryos and Evolution", New Scientist, 16 oktyabr 199)42

Göründüyü kimi, tezisin ortaya atılmasından sonrakı irəliləyişlər "rekapitulyasiya"nın heç bir elmi əsasının olmadığını göstərdi. Ancaq eyni irəliləyişlər tezisin sadəcə elmi xətadan deyil, açıq-aşkar "saxtakarlıq"dan qaynaqlandığını da göstərəcəkdi.

Hekkelin şəkil saxtakarlığı

Ernst Hekkel
 

"HEKKELİN EMBRİONLARI: SAXTAKARLIQ YENİDƏN KƏŞF EDİLDİ" Science jurnalı, 5 sentyabr 1997

Rekapitulyasiya tezisini ortaya atan Ernst Hekkel nəzəriyyəsini dəstəkləmək üçün bəzi şəkillər də dərc etmişdi. Sonrakı illərdə və hələ Hekkel həyatda ikən aparılan araşdırmaların ortaya qoyduğu nəticə çox təəccüblü idi. Hekkel balıq və insan embrionlarını bir-birinə bənzədə bilmək üçün saxta şəkillər çəkmişdi! Saxtakarlığının üzə çıxmasından sonrakı açıqlamaları isə daha çox təəccüb doğururdu:

Etdiyim bu saxtakarlıq etirafından sonra özümü alçaldılmış və qınanmış hiss etməliyəm. Lakin mənim təsəllim budur ki, mənimlə bərabər günahkar olan bir çox adam, bir çox etibarlı müşahidəçi və məşhur bioloq da var ki, onların nəşr etdirdikləri ən yaxşı biologiya kitablarında, tezis və jurnallarında mənimki qədər edilmiş saxtakarlıqlar, qeyri-dəqiq məlumatlar, az-çox təhrif edilmiş, sxem halında yenidən qurulmuş şəkillər var. (Francis Hitching, The Neck of the Giraffe: Where Darwin Went Wrong, New York: Ticknor and Fields 1982, s. 204)43

Tanınmış elmi jurnallardan olan Science (Elm) də Hekkelin embrion şəkillərindəki saxtakarlığa toxunmuşdu. "Hekkelin embrionları: saxtakarlıq yenidən kəşf edildi" başlıqlı məqalədə bu həqiqətlər vurğulanmışdır:

London'dakı St. George's Tibb Fakültəsi Xəstəxanası'ndan Maykl Riçardson '(Hekkel'in rəsmlərinin) yaratdığı təəssürat, yəni embrionların bir-birinə çox bənzədikləri təəssüratı yanlışdır', deyir…  O və dostları Hekkel'in çəkdiyi növdəki və yaşdakı canlıların embrionlarını yenidən tədqiq edərək və şəkillərini çəkərək öz müqayisələrini ediblər. Riçardson Anatomy and Embryology jurnalına yazdığı məqalədə: 'Embrionlar çox vaxt təəccüblü dərəcədə fərqli görünürlər', deyə qeyd edir.44

Ernst Hekkel
 

New York Times qəzeti 8 aprel 2001-ci il tarixli sayında təkamül nəzəriyyəsinə qarşı çıxan və yaradılış həqiqətini müdafiə edən Maykl Behe və Uilyam Dembski kimi alimlərin fikirlərinə geniş yer verdi. Xəbərdə ümumi olaraq yaradılışa inanan alimlərin başlatdığı hərəkətin darvinizmi sarsıdacaq elmi əsaslılığa sahib olduğu müəyyən edildi.

 

 

Yenə Science jurnalı eyni yazıda bu məlumatlara yer vermişdir:

"Riçardson və qrupunun bildirdiyinə görə, Hekkel sadəcə orqanlar əlavə etmək və ya çıxarmaqla kifayətlənməmiş, eyni zamanda, fərqli növləri bir-birinə bənzər göstərmək üçün böyüklük ölçüləri ilə oynamış, bəzən embrionları bir-birindən on dəfə fərqli göstərmişdir. Habelə, Hekkel fərqləri gizlətmək üçün növlərin adını qeyd etməkdən çəkinmiş və təkcə bir növü sanki bütün heyvan qrupunun təmsilçisi kimi göstərmişdir. Riçardson və qrupunun bildirdiyinə görə, əslində, bir-birlərinə çox yaxın olan balıq növlərinin embrionlarında belə görünüşləri və inkişaf prosesləri baxımından çox böyük fərqlər var. Riçardson: (Hekkelin şəkilləri) biologiyanın ən böyük saxtakarlıqlarından birinə çevrilmişdir, - deyir. (Elizabeth Pennisi, Haeckel's Embryos: Fraud Rediscovered, Science, 5 sentyabr 1997)45

Hekkelin saxtakarlığının hələ 1901-ci ildə ortaya çıxmasına baxmayaraq, bir əsrə yaxın bir müddət boyu bu mövzunun sübut edilmiş elmi qanun kimi təkamülçü KİV-lərdə yer alması da cəlb edicidir. Təkamülçü düşüncə sahibləri ideologiyalarını elmi əsaslara qarşı qoyaraq özləri də bilmədən çox vacib mesaj vermişlər: təkamül elm deyil, elmi həqiqətlərə baxmayaraq, ayaqda tutulmağa çalışılan doqmadır.

 

Qeydlər:

 

40. G. G. Simpson, W. Beck, An Introduction to Biology, New York, Harcourt Brace and World, 1965, s. 241

 

 

41. Keith S. Thompson, "Ontogeny and Phylogeny Recapitulated", American Scientist, cilt 76, Mayıs / Haziran 1988, s. 273

 

 

42. Ken McNamara, "Embryos and Evolution", New Scientist, 16 Ekim 1999

 

 

43. Francis Hitching, The Neck of the Giraffe: Where Darwin Went Wrong, New York: Ticknor and Fields 1982, s. 204

 

 

44. Elizabeth Pennisi, "Haeckel's Embryos: Fraud Rediscovered", Science, 5 Eylül 1997

 

 

45. Elizabeth Pennisi, "Haeckel's Embryos: Fraud Rediscovered", Science, 5 Eylül 1997

 

 

9 / total 21
"Harun Yəhyanın 20 Sualda Təkamül Nəzəriyyəsinin Süqutu kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com adnanoktarhukuk.com adnanoktarakumpas.com adnanoktargercekleri.com ingilizderindevleti.net