20 Sualda Təkamül Nəzəriyyəsinin Süqutu

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
15 / total: 21

14. Niyə təkamül nəzəriyyəsini rədd etmək inkişaf və irəliləməyi də rədd etmək kimi göstərilir?

Təkmilləşmə kəlməsi xüsusilə sön dövrlərdə bir çox fərqli mənada istifadə edilir. Məsələn, "təkamül" məfhumuna ictimai həyatla bağlı bir məna verilmiş, insanlığın irəliləməsi, texnologiyanın inkişafı kimi məfhumlarla eyniləşdirilmişdir. Bu mənada istifadə ediləndə "təkamül" məfhumunda heç bir yanlışlıq yoxdur. Şübhəsiz ki, ağıl sahibi olan insan zaman ərzində ağlından, məlumatından və gücündən istifadə edərək hər mövzuda inkişaf edər və dəyişər. Bəşəriyyətin məlumat təcrübəsi nəsildən nəslə ötürülərək böyüyər. Bu mövzu canlılar aləmini təsadüflərlə açıqlamaq iddiası ilə ortaya çıxan təkamül nəzəriyyəsinə dəlil olmadığı kimi, yaradılış həqiqəti ilə də əlaqəli deyil.

Burada təkamülçülər çox bəsit bir kəlmə oyunu oynayaraq doğru anlayışı yanlış anlayışla qarışdırırlar. Məsələn, "insan illərlə ictimai həyat baxımından, mədəni, elmi və texnoloji olaraq davamlı inkişaf və dəyişiklik içindədir" ifadəsi doğrudur. (Ancaq bunu da xatırlatmaq lazımdır ki, tarixin müəyyən mərhələlərində irəliləmə olduğu kimi, geriləmə də ola bilər. Sosial hadisələrdə daimi irəliləyiş, sabitlik və ya geriləmə dövrləri olmuşdur). Belə ki, "bəşəriyyətdəki dəyişiklik və inkişaf kimi, canlı növləri də uzun illər ərzində inkişaf edərək dəyişikliyə məruz qalmışdır" iddiası tamamilə yanlışdır. İnsanın düşünən varlıq olaraq məlumatını, elmini artırması, bunları digər nəsillərə ötürməsi və bu şəkildə davamlı irəliləməsi məntiqli və elmi olduğu halda, canlıların təsadüflərlə, nəzarətsiz və şüursuz təbiət şərtləri ilə inkişaf edib təkmilləşdikləri iddiası cəfəngiyatdır.

Elmdə irəliləyişin qabaqcılları yaradılış gerçəyini müdafiə edən elm adamlarıdır

Təkamülçülər özlərini yenilik, dəyişiklik, irəliləyiş kimi anlayışlarla tanıtmağa çalışsalar da, tarix həmişə elm, irəliləyiş və inkişafın əsl qabaqcıllarının yaradılışı müdafiə edən elm adamları olduğunu göstərmişdir.

Elmi inkişafın hər anında imanlı elm adamlarının imzası var. Astronomiyada iz qoyan Leonardo da Vinçi, Kopernik, Kepler, Qaliley, paleontologiyanın banisi Kuvier, botanika və zoologiyanın əsasını qoyan Linney, yerin cazibə qüvvəsini müəyyən edən Nyuton, qalaktikaları və kainatın genişlənməsini kəşf edən Edvin Habl və daha bir çox elm adamı Allah’ın varlığına, kainatı və canlıları Onun yaratdığına inanan alimlər idi.

elm adamları

XX əsrin ən böyük alimlərindən biri kimi qəbul edilən Albert Eynşteyn belə demişdir:

Dərin imana malik olmayan heç bir elm adamı təsəvvür edə bilmirəm. Bu, belə də ifadə edilə bilər: dinsiz bir elmə inanmaq mümkün deyil. (Science, Philosophy, And Religion: A Symposium, 1941, CH.13.)55

Müasir fizikanın əsasını qoyan alman fiziki Maks Plank isə belə deyir:

Hansı sahədə olursa olsun, elmlə ciddi şəkildə məşğul olan hər kəs elm məbədinin qapısındakı bu yazını oxuyacaqdır: iman elm adamının əl çəkməyəcəyi xüsusiyyətdir. (J.De Vries, Essential of Physical Science, Wm.B.Eerdmans Pub.Co., Grand Rapids, SD 1958, s. 15)56

Elm tarixinin tədqiq edilməsi dəyişiklik və irəliləyişin yaradılışı müdafiə edən elm adamlarının əsəri olduğunu göstərir. Digər tərəfdən elmi irəliləyişlər, xüsusilə də XX və XXI əsrdəkilər yaradılışın saysız-hesabsız dəlilini əldə etməyimizə kömək etmişdir. Müasir elm və texnologiya kainatın yoxdan "yaradıldığı" həqiqətini anlamışdır. Kainatın təxminən 15 milyard il əvvəl tək bir nöqtədən partlayaraq genişlənməsi nəticəsində meydana gəlməsi bu gün bütün elm dünyası tərəfindən qəbul edilmiş həqiqətdir. Beləliklə, XIX əsrin bəsit elmi şərtləri daxilində materialistlər tərəfindən müdafiə edilən "əvvəli və sonu olmayan" sonsuz kainat modeli məhv edilmişdir. Kainatın eynilə Quranda bildirildiyi kimi yaradıldığı, bir başlanğıcının və sərhədlərinin olduğu və genişləndiyi başa düşülmüşdür.

Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar? (Ənbiya Surəsi, 30)

Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk. (Zəriyət Surəsi, 47)

Canlılardakı yaradılışın bir çox yeni dəlilini əldə etməyimizə XX əsrin inkişaf edən elmi kömək oldu. Elektron mikroskop vasitəsilə canlıların ən kiçik hissəsi olan hüceyrənin və onu əmələ gətirən hissələrin möhtəşəm quruluşlarını müşahidə etmək mümkün oldu. DNT-nin kəşf edilməsi mikroskopla görə bildiyimiz hüceyrədə özünü göstərən sonsuz ağılı sübut etdi. Biokimya və fiziologiya sahəsindəki irəliləyişlər orqanizmin molekulyar səviyyədə mükəmməl funksiyalarını və yaradılış xaricində açıqlanması mümkün olmayan mürəkkəb quruluşunu göstərdi.

Bunun əksinə, təkamül nəzəriyyəsinin 140 il əvvəl irəli sürülməsindəki şərtləri hazırlayan amil isə həmin dövrün elmi cəhətdən geri olması idi.

Nəticədə, yaradılışı müdafiə edənlər imanlarının davamlı artmasına vəsilə olan elmə və inkişafa qarşı olmamışlar. Əksinə, tam dəstəkləmişlər. Yeniliyə qarşı çıxanlar isə elmin ortaya qoyduğu bütün dəlillərdən üz çevirib əsassız fantaziyaların məhsulu olan təkamül nəzəriyyəsini müdafiə edənlərdir.

 

Qeydlər:

55.Science, Philosophy, And Religion: A Symposium, 1941, CH.13.

56. J.De Vries, Essential of Physical Science, Wm.B.Eerdmans Pub.Co., Grand Rapids, SD 1958, s. 15.

 

15 / total 21
"Harun Yəhyanın 20 Sualda Təkamül Nəzəriyyəsinin Süqutu kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com adnanoktarhukuk.com adnanoktarakumpas.com adnanoktargercekleri.com ingilizderindevleti.net