20 Sualda Təkamül Nəzəriyyəsinin Süqutu

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
16 / total: 21

15. "Allah canlıları təkamüllə yarada bilər"
fikri nə üçün səhvdir?

Kainatdakı canlı və cansız bütün varlıqlardakı üstün yaradılışı açıq şəkildə ortaya qoyub bu cür mükəmməl sistemin məqsədsiz təbii amillərlə, təsadüflərlə meydana gəlməsinin mümkün olmadığını elmi tərəfdən sübut etdikdə bəzi insanlar bu dəfə də bir Yaradanın var olduğunu, ancaq canlıları təkamül prosesi ilə yaratdığını iddia etməyə başlayırlar.

Quran
 

Qurani-kərimdə təkamülə əsaslanan yaradılış olduğuna dair ayə yoxdur.

Bütün kainatı və canlıları sonsuz qüdrət sahibi Allah’ın yaratdığı çox aşkardır. Yaratmasının mərhələli və ya birdən-birə olması isə Allah’ın təqdiridir. Biz bunun nə şəkildə olduğunu, ancaq Allah’ın bizə bu mövzuda verdiyi məlumatdan (yəni Qurandakı müvafiq ayələrdən) və təbiətdə göstərdiyi elmi dəlillərdən anlaya bilərik.

Bu iki mənbəyə baxdıqda "təkamüllə yaratma" kimi bir faktın mövcud olmadığını görərik.

Quranda Allah insanın, canlıların və kainatın yaradılışı ilə bağlı bir çox ayə endirmişdir və bu ayələrin heç birində təkamüllə yaradılışa dair heç bir məlumat yoxdur. Yəni canlıların bir-birlərindən törəyərək əmələ gəlməsinə işarə edən heç bir ayə yoxdur. Əksinə, ayələrdə canlıların və kainatın Allah’ın "Ol!" əmri ilə yoxdan var edildiyi bildirilir.

Elmi dəlillər də yenə "təkamül yolu ilə yaradılış"ın olmadığını göstərir. Fosillər müxtəlif canlı qruplarının bir-birlərindən törəyərək deyil, bir-birlərindən asılı olmadan birdən-birə və özünəməxsus quruluşları ilə ortaya çıxdığını göstərir. Yəni hər canlı qrupu bir-birindən fərqli yaradılmışdır.

Əgər "təkamül yolu ilə yaradılış"  olsaydı, onun dəlillərinə bu gün rast gələrdik. Allah bütün yaratdıqlarını bir nizama görə səbəblər və qanunlar çərçivəsində yaratmışdır. Məsələn, gəmiləri dənizdə üzdürən, şübhəsiz, Allah’dır. Ancaq səbəbini araşdırdıqda suyun gərilmə qüvvəsinin də buna səbəb kimi yaradıldığını görərik. Quşların uçması da Allah’ın qüdrəti ilədir. Belə ki, onun səbəblərini araşdırdıqda aerodinamika qanunları ilə qarşılaşırıq. Beləliklə, əgər canlılar müəyyən bir proseslə mərhələli şəkildə təkamül yolu ilə yaradılsaydılar, mütləq bu keçidləri açıqlayan qanunlar və genetik məlumatın inkişaf etməsini təmin edən sistemlər olardı. Habelə, bütün fiziki, kimyəvi, bioloji qanunlar kimi onlar da açıq şəkildə məlum olardı. Laboratoriya fəaliyyətlərində bir canlı növünün digər bir canlı növünə çevrilməsini göstərən dəlillər tapılardı. Yenə bu fəaliyyətlər vasitəsilə bir canlıda olmayan, ancaq bu canlıya tətbiq edildikdə ona fayda verən sekresiya, hormon və digər molekulların əmələ gəlməsini təmin edən genetik məlumatın o canlının genetik məlumatına tətbiq edilməsi ilə mümkün olardı. Bununla bərabər, aparılan təcrübələrlə o canlıda bu günə qədər müəyyən edilməyən yeni bir orqanoid və buna bənzər formalar əmələ gətirilə bilərdi.

YAŞAYAN FOSİLLƏR

fosillər

Ən üst rəsmdəki dəniz ulduzu fosilinin yaşı 100-150 milyondur. Bu fosilin yanındakı rəsmdə görünən dövrümüzdəki dəniz ulduzundan heç bir fərqi yoxdur.


Müasir dövrümüzdəki cırcırama (orta sırada) ilə 135 milyon illik fosili (yanında) bir-birinin eynisidir.
 

Dənizlərin ən təhlükəli canlılarından biri olan köpəkbalığı və 400 milyon illik fosili (alt sırada) bizə köpəkbalıqlarının heç bir təkamül mərhələsi keçirmədiyini açıq göstərir.

Əldə edilən bütün fosil tapıntıları canlıların heç bir təkamül keçirmədiklərini, milyonlarla il əvvəl bugünkü hallarından fərqsiz bir şəkildə, bir anda yaradıldıqlarını və daha əvvəl də heç bir təkamüli ataları olmadığını göstərir. Bu həqiqət təkamülə əsaslanan bir yaradılışın heç vaxt mövcud olmadığını açıq-aşkar ortaya qoyur.

 

Ordovik dövrünə aid istiridyə fosilləri yaşayan istiridyələrdən fərqsizdir
 

Ordovik dövrünə aid istiridyə fosilləri yaşayan istiridyələrdən fərqsizdir.

Laboratoriya fəaliyyətləri ilə mutasiya keçirən və bundan fayda götürən canlılara rast gəlmək olardı. Hətta bu mutasiyaların sonrakı nəsillərə ötürülərək o növün xüsusiyyətinə çevrildiyi məlum olardı. Daha irəli getsək, tarixdə yaşamış bu cür ara keçid canlılarının milyardlarla fosil nümunələrinə rast gəlmək olar və dövrümüzdə də inkişafını tamamlamamış keçid canlılar olardı. Qısaca desək, ətrafımızda bu cür prosesə aid saysız-hesabsız dəlillər olardı.

Ancaq bir növün digərinə çevrildiyini göstərən bir dəlil belə yoxdur. Elmi dəlillər və arxeoloji tapıntılar daha əvvəlki bölmələrdə də ətraflı açıqladığımız kimi, canlı növlərinin birdən-birə, heç bir əcdadı olmadan ortaya çıxdığını göstərir. Bu həqiqət canlıların təsadüflər nəticəsində ortaya çıxdığını iddia edən təkamül nəzəriyyəsinin əsassız olduğunu göstərdiyi kimi, Allah’ın canlıları təkamül yolu ilə yaratdığı iddiasının da elmi cəhətdən səhv olduğunu göstərmişdir.

Braziliyadakı Santana fosil yatağındakı 110 milyon illik balıq fosilləri
 

Braziliyadakı Santana fosil yatağındakı 110 milyon illik balıq fosilləri

Allah canlıları tamamilə metafizik formada, təkcə "Ol!" əmri ilə yaratmışdır. Canlıların yer üzündə birdən-birə ortaya çıxdıqlarını sübut edən müasir elm isə bu həqiqəti təsdiqləyir.

"Allah canlıları təkamül yolu ilə yarada bilər" fikrinin tərəfdarları, əslində, bunu darvinizm ilə yaradılış arasında bir "uyğunluq" kimi göstərmək istəyirlər. Ancaq bu zaman yenə böyük səhv edirlər. Darvinizmin təməl məntiqini və hansı fəlsəfəyə xidmət etdiyini nəzərdən qaçırırlar. Darvinizm "canlı növlərinin bir-birinə çevrilməsi" anlayışından ibarət deyil. Darvinizm əsl mənada "canlı növlərinin mənşəyinin sırf maddi səbəblərlə açıqlamaq" cəhdidir. Başqa sözlə, canlıların təbiətin məhsulu olduğu iddiasını elm adı altında qəbul etdirmək cəhdidir. Bu cəhdlə Allah inancı arasında hər hansı "ortaq cəhət" ola bilməz. Bu cür ortaq cəhət tapmaq cəhdi ilə darvinizmə ciddi yanaşmaq, onun "elmi nəzəriyyə" olduğu iddiasını müdafiə etmək çox böyük xətadır. Darvinizm 150 illik tarixinin də sübut etdiyi kimi, materialist fəlsəfəni və ateizmi dirçəldən vasitədir və heç bir "ortaq cəhət" tapma axtarışı bu həqiqəti dəyişdirməyəcəkdir.

16 / total 21
"Harun Yəhyanın 20 Sualda Təkamül Nəzəriyyəsinin Süqutu kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com adnanoktarhukuk.com adnanoktarakumpas.com adnanoktargercekleri.com ingilizderindevleti.net