20 Sualda Təkamül Nəzəriyyəsinin Süqutu

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
19 / total: 21

18. DNT nə üçün təsadüflə açıqlana bilməz?

Dövrümüzdə elmlə əldə etdiyimiz məlumat səviyyəsi canlıların əsla təsadüflərlə meydana gəlməyəcək qədər qüsursuz və son dərəcə mürəkkəb quruluşa malik olduqlarını göstərir. Son illərdə, 'İnsan genomu layihəsi' sayəsində insan genindəki mükəmməl və qüsursuz quruluş üzə çıxmışdır.  

dnt
dnt

Bu layihə çərçivəsində Amerikadan Çinə qədər bir çox ölkədən olan elm adamları 10 il boyu DNT-də yerləşən 3 milyard kimyəvi şifri bir-bir müəyyən etmək üçün çalışmışlar. Nəticədə, insan genində yerləşən məlumatların əksəriyyəti düzgün düzülə bildi.

Bu həyəcanlı hadisə 'İnsan Genomu Layihəsi'nin rəhbəri olan dr. Frensis Kolinsin: "İnsanın istifadəyə dair göstərişlər kitabçasının ilk dəfə bir bölməsini tamamlaya bildik", - dediyi kimi, DNT-nin sirlərinin açılmasında hələ başlanğıc mərhələdir.

Bu məlumatı əmələ gətirən şifrlərin açılmasının nə üçün 10 il davam etdiyi və yüzlərlə elm adamının əməyi bahasına başa gəldiyini anlamaq üçün DNT-yə sığışdırılmış məlumatın nə qədər böyük olduğunu dərk etmək lazımdır.

DNT sonsuz məlumat mənbəyinin varlığını göstərir

dnt
 

Əgər DNT-dəki məlumatları kağız üzərinə yaza bilsəydik, kağızlar şimal qütbündən ekvatora qədər uzanardı.

İnsanın təkcə bir hüceyrəsinin DNT-sində tam 1 milyon ensiklopediya səhifəsini dolduracaq qədər məlumat var. İnsan öz DNT-sindəki məlumatı oxumağa çalışsa, buna ömrü çatmaz. Hər gün 24 saat boyu fasilə vermədən hər bir saniyə insanın DNT şifrlərindən bir dənəsi oxunarsa, bu proses 100 ilə bitər. Çünki aparılan hesablamalara görə, bu nəhəng ensiklopediya təxminən 3 milyard müxtəlif şifrə malikdir. Əgər DNT-dəki məlumatları kağız üzərinə köçürsək, kağızların uzunluğu Şimal qütbündən ekvatora qədər olan məsafəyə bərabər olar. Bu miqdar böyük bir kitabxananı artıqlaması ilə dolduracaq sayda təxminən 1000 böyük cildlik kitab deməkdir.

Maraqlı cəhət budur ki, bu ucsuz-bucaqsız məlumat bazası hər hüceyrənin nüvəsində yerləşir və təxminən 100 trilyon hüceyrədən əmələ gəlmiş bir insanda bu kitabxananın 100 trilyon surəti vardır.

Bu məlumat xəzinəsini insanın əldə etdiyi bilik səviyyəsi ilə müqayisə etsək, bunu ifadə etmək çox çətin olar. Qarşımıza qeyri-adi cədvəl çıxar: 100 trilyon dəfə 1000 kitab! Bu yer üzündəki qum dənələrindən daha çox miqdardır. Bu sayı dünyada hal-hazırda yaşayan 6 milyard insan və onlarla birlikdə bu günə qədər yaşayıb ölmüş bütün insanların sayına vursaq, qarşımıza ağlasığmaz dərəcədə böyük, ucsuz-bucaqsız, sonsuzluğa uzanan məlumat çıxar.

Bu misallar nə qədər böyük məlumatla qarşı-qarşıya olduğumuzu göstərir. Dövrümüzdə böyük məlumatın saxlandığı ən qabaqcıl texnoloji vasitə kompyuterlərdir. Ancaq DNT ilə kompyuteri müqayisə etdikdə insan zəkasının əsrlər boyu əldə etdiyi bilik və illərlə davam edən səyləri nəticəsində təkmilləşdirdiyi texnologiyanın belə təkcə bir hüceyrə nüvəsinin məlumat saxlama tutumuna çata bilmədiyini görərik.

İnsan Genomu Layihəsini həyata keçirən Celera Genomics şirkətinin bu sahədə ən böyük mütəxəssislərindən biri olan Cin Mayersin layihənin nəticəsi haqqındakı bu sözləri DNT-dəki bu böyük məlumat və yaradılışı ifadə edir: "Məni əsl təəccübləndirən şey həyatın memarlıq üslubudur... Sistem fövqəladə dərəcədə mürəkkəbdir. Sanki dizayn olunub... Burada (DNT-də) böyük ağıl yer alır. (Article by Tom Abate, San Francisco Chronicle, fevral 19, 2001)."62

Celera Genomics Şirkəti

Digər maraqlı cəhət də budur ki, yer üzündəki bütün canlılar eyni dillə yazılmış şifrli tariflərlə əmələ gəlmişlər. Nə bir mikrob, nə bir bitki, nə də bir heyvan DNT-siz əmələ gəlmişdir. Bütün canlıların özünəməxsus eyni dildən istifadə edən, eyni məlumat mənbəyindən götürülən tariflər nəticəsində əmələ gəlməsi çox açıqdır.

Bu da bizi açıq-aydın nəticəyə aparır: dünyadakı bütün canlılar təkcə bir ağıl tərəfindən var edilmiş məlumat əsasında yaşayır və çoxalırlar.

Bu həqiqət təkamül nəzəriyyəsinin mənasız olduğunu göstərir. Çünki təkamül "təsadüf"ə əsaslanır, təsadüf isə məlumat əmələ gətirmək qabiliyyətinə malik deyil. Bir gün bir kağız üzərində xərçəng xəstəliyini sağaldan dərmanın formulu tapılsa, bu dərmanı düzəldən elm adamını dərhal axtarıb tapmaq və hətta onu mükafatlandırmaq üçün bütün insanlar səfərbər olar. Heç kəs: "Görəsən, bu formul kağıza mürəkkəbin tökülməsi ilə təsadüfən meydana gəlib?" - deyə düşünməz. Ağıl sahibi, normal düşünən hər insan bu yazını ancaq kimya, insan fiziologiyası, xərçəng xəstəlikləri və farmakologiya sahəsində ixtisaslaşmış bir şəxsin kağıza yazdığını düşünər.

dnt

Təkamülçülərin DNT-dəki məlumatın əmələ gəlməsi ilə bağlı "təsadüf" iddiaları isə bu formulun təsadüfən meydana gəldiyini iddia etməklə müqayisə belə edilməyəcək qədər böyük məntiq pozuntusudur. Çünki DNT-də hüceyrənin içində əmələ gələn enerji üçün hansı molekulların atomlarının necə dəyişdiriləcəyi, orqanizmdəki 100 min müxtəlif növlü zülalın hər birinə aid ətraflı molekulyar formullar və bunların əmələ gəlməsi üçün həssas sıra yazılmışdır. Bununla bərabər, digər hüceyrələrlə məlumat mübadiləsi üçün məlumat protokolları və bu məlumatı bir-birinə ötürmək üçün ötürücü hormonların emalı planları və bunun kimi saysız-hesabsız müxtəlifliyə malik məlumatlar da DNT-də yazılır.  

DNT-nin və ehtiva etdiyi böyük məlumatın öz-özünə əmələ gəldiyini iddia etmək mövzudan kənar, DNT-nin xüsusiyyətlərindən səthi şəkildə belə məlumatı olmayan şəxslərin məlumatsızlığını əks etdirir. DNT kimi saysız-hesabsız məlumata malik və son dərəcə mürəkkəb quruluşlu bir molekulu təsadüfün nəticəsi hesab etmək tamamilə boş iddiadır. Belə ki, həyatın mənşəyi ilə bağlı təkamülçü tezislərdə, digər mövzular kimi, DNT-nin də mənşəyini "açılmamış sirr" kimi ifadələrlə ört-basdır etməyə çalışırlar.

 

 

Qeydlər:

62.Article by Tom Abate, San Francisco Chronicle, Şubat 19, 2001

 

19 / total 21
"Harun Yəhyanın 20 Sualda Təkamül Nəzəriyyəsinin Süqutu kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com adnanoktarhukuk.com adnanoktarakumpas.com adnanoktargercekleri.com ingilizderindevleti.net