Quran Əxlaqı
TƏFƏKKÜRİnkar edənlər dünyadakı yaradılış dəlillərini görmədən həyat sürürlər. İman edən bir insanın bu şəxslərdən fərqi isə Allah`ın yaratdığı dəlilləri hər an görə bilməsidir. Mömin ətrafındakı hər incəlikdə Allah`ın qüdrətini və sənətini görər, Onu təsbih edər və Allah`a yaxınlaşmaq üçün yol tapar. Möminlərin bu xüsusiyyətləri Quranda belə izah edilir:
Allah Quranın bir çox yerində "düşünməzsinizmi", "düşünənlər üçün dəlillər vardır" ifadələri ilə təfəkkür etməyin əhəmiyyətini vurğulayır. Bundan əlavə, Allah üzərində düşünmək üçün saysız dəlil yaratmışdır. Gördüyümüz, fərqinə vardığımız hər şey Allah`ın bir təcəllisi və dəlilidir. Bu səbəblə, göylərdə, yerdə və bunların aralarında olan hər şey bir təfəkkür vəsiləsidir. Bir ayədə belə buyurulur:
Ayədə"təfəkkür mövzusu" olaraq göstərilənlərdən biri, məsələn, xurma ağacı üzərində bir az düşünək. Məlumdur ki, ağac torpağa əkilən toxumdan əmələ gəlir. Toxum kiçik bir cisimdir, amma necə olur ki, o toxumun içindən qısa müddət ərzində 4-5 metr uzunluğunda və yüzlərlə kiloqram ağırlığında nəhəng bir taxta kütləsi meydana gəlir?! Toxumun bu nəhəng taxta parçasını hazırlayarkən istifadə edə biləcəyi yeganə vəsait isə torpaqdır. Yaxşı, bəs toxum ağac çıxarmağı haradan bilir? Necə olur ki, torpağın içindən lazımlı vəsaitləri təhlil edərək bunları taxta toxuması meydana gətirmək üçün istifadə etməli olduğunu "bilir"? Əmələ gətirdiyi ağacın hansı forma və quruluşa sahib olacağını necə təxmin edə bilər? Sonuncu sual xüsusilə əhəmiyyətlidir. Çünki toxumdan hər hansı bir taxta parçası çıxır. Toxum içində damarlar olan, torpaqdakı maddələri istifadə etmək üçün lazım olan köklərə sahib olan və üst qismi də budaqlara ayrılan son dərəcə yaxşı hazırlanmış canlı bir maddə çıxarır. İnsan yaxşı bir ağac şəkli çəkmək üçün çətinlik çəkir, çünki ağacın köklərindəki və budaqlarındakı detalları çəkmək çətin işdir. Halbuki, toxum nəinki çəkmək, bu son dərəcə kompleks cismi torpaqdakı vəsaitləri istifadə edərək sıfırdan meydana gətirir. Bu vəziyyətdə toxumun son dərəcə ağıllı bir varlıq olduğunun nəticəsinə gəlirik. Daha doğrusu, toxumun içində son dərəcə təsiredici bir ağıl var. Yaxşı, bu ağıl toxuma haradan və necə gəlib? Necə olur ki, bir toxum bu cür bir ağıl və yaddaşa sahib ola bilir? Şübhəsiz, bunun sadəcə bir cavabı var: Allah toxumu ağac meydana gətirə biləcək qabiliyyətlə yaratmış, bu əməliyyat üçün lazımlı məlumatlara sahib olacaq şəkildə proqramlaşdırmışdır. Torpağa əkilən hər toxum Allah`ın elmi ilə əhatə edilmişdir, Onun elmi ilə böyüyür. Bir ayədə bu həqiqət belə xəbər verilir:
Toxumu yaradan da, torpağın içinə düşdüyü zaman onu yarıb içindən yeni bir bitkini çıxaran da Allah`dır. Bu həqiqət Ənam surəsində belə xəbər verilir:
Toxum Allah`ın kainatda yaratdığı sonsuz saydakı "təfəkkür vasitəsi"ndən , yəni "iman həqiqəti"ndən yalnız biridir. İnsan ağlını örtən qalın qəflət pərdəsini aralayıb "necə", "niyə" kimi suallar verərək düşünsə, bütün kainatın Allah`ın varlığının və gücünün dəlilləri ilə dolu olduğunu rahatlıqla görə bilər. DİQQƏTLİ OLMAQTəfəkkürün əhəmiyyətli bir hissəsini diqqət təşkil edir. Allah bütün kainatı və kainatın hər hissəsini Öz varlığının dəlillərini göstərmək üçün yaratmışdır. Ancaq inkarçılar bu həqiqəti qavraya bilməzlər. Çünki bu incəliyi qavrayacaq "görmə " qabiliyyətinə sahib deyillər. Quranda ifadə edildiyi kimi "… gözləri vardır, onunla görməzlər… ". (Əraf surəsi, 179). Gözləri ilə gördükləri maddi kainatın üzərindəki incə pərdəni qaldırıb, arxasındakı böyük həqiqəti dərk edəcək ağıl və qavrayışa sahib deyillər.
Mömin isə Allah`ın kainatı hikmətlə və məqsədli şəkildə yaratdığını qəbul edir və bununla da gözləri olduğu halda görməyən qrupdan fərqlənir. Ancaq bu imanın ilk mərhələsidir. İman və onunla bərabər ağıl inkişaf etdikcə mömin qəbul etdiyi bu böyük həqiqəti qarşısına çıxan hər təfərrüatda yoxlamağa başlayır. Bu mərhələləri açıqlamaq üçün yağış nümunəsini misal çəkə bilərik. Bayırda yağışın yağdığını bilməyin üç dərəcəsi var. Birinci dərəcədə – yəni elm əl-yəqində bir insan pəncərələri bağlı olan evdə oturduğu halda, bayırdan gələn bir insan ona yağışın yağdığını söyləyər və o da bunun doğruluğuna inanar. İkinci dərəcə - ayn əl-yəqin, yəni gözlə qavramaq dərəcəsidir: bu halda, həmin insan pəncərənin yanına gedər, pərdəni çəkər və yağışın yağdığını gözləri ilə görər. Haqq əl-yəqində isə qapını açar və evdən çıxar: artıq yağışın "içində"dir. İmanın elm əl-yəqindən ayn əl-yəqinə və daha da irəliləməsi üçün lazım olan feli dualardan biri də diqqətli olmaqdır. Allah'ın ayələrini dərk edə bilmək və inkarçılar kimi olmamaq üçün bu lazımdır. Ayələrdə belə buyurulur:
Halbuki, möminlər Allah`ın izni ilə düşüncələrini istədiyi kimi istiqamətləndirən, ağlını hər zaman Allah`ı tanımaq və Onun dininə xidmət etmək üçün istifadə edən insanlardır. Bu səbəbdən, iman edən birinin ağlına boş düşüncələr gəldikdə bunu dərhal anlayar və Quranda təsvir edildiyi şəkildə zehnini bu boşluqdan xilas edər. "Ağılı təmiz saxlamaq" cəhdinin ən vacib hissəsi isə diqqətdir. HƏR İŞDƏ BİR XEYİRİN OLMASIAllah hər şeyi hikmətlə yaradır. Bu hikmətlərdən biri də Rəbbimizin meydana gətirdiyi hadisələrin nəticəsinin möminlərə fayda verməsi, dinə fayda gətirməsidir. Çünki Allah möminlərlə bərabərdir. Buna görə də heç bir hadisəni möminlərin əleyhinə yaratmaz. Möminin qarşısına çıxan bəzi hadisələr, məsələn, inkarçıların qurduğu tələ ilk baxışda mənfi, əleyhdə bir vəziyyət kimi görünə bilər, amma Allah mütləq bunda da bir xeyir yaratmışdır. Bu hadisədə nə kimi xeyirlər olduğunu da dərhal və yaxın zaman ərzində möminlərə göstərər. Buna görə, möminlərin də qarşılaşdıqları hər hadisədə bir xeyir olduğunu bilməlidirlər. Quran qissələrində bu mövzuya nümunə olan bir çox hadisə izah edilir. Hz. Yusifin həyatı bunlardan biridir. Hz. Yusif kiçik bir uşaq ikən qardaşları tərəfindən quyuya atılmış, sonra oradan xilas olmuş, ancaq bir müddət sonra günahsız olduğu halda günahlandırılaraq zindana atılmışdır. Hz. Yusifin yaşadıqlarına bənzər vəziyyətlərlə qarşılaşan bir insan əgər imana və imanın gətirdiyi şüura sahib deyilsə, böyük talehsizliklərlə qarşı-qarşıya olduğunu, başına fəlakətlərin gəldiyini düşünəcək. Halbuki, hz. Yusif bütün bu hadisələrin Allah`ın idarəsi altında reallaşdığını və hamısında mütləq bir xeyir olduğunu heç bir zaman unutmamışdır. Belə ki, Allah bir müddət sonra bütün bu “müsibət”lərin arxasındakı xeyiri ona göstərmiş və hz. Yusif atıldığı Misir zindanlarından xilas olaraq o ölkənin rəhbərlərindən birinə çevrilmişdi. Mindiyi gəmidə "kim dənizə atılacaq "deyə püşk atılan, püşk özünə düşən və dənizə atılan, sonra da nəhəng bir balıq tərəfindən udulan hz. Yunisin vəziyyəti də hz. Yusifə bənzəyir. Quranda hz. Yunisin Allah`ı "təsbih edənlərdən " olduğu üçün o yerdən qurtarıldığı və sonra da mükafatlandırıldığı belə izah edilir:
İnkarçılar üçün isə bu vəziyyət tamamilə əksinədir. Heç bir hadisə onlar üçün "xeyirli " deyil. Onlara zövq və sevinc verən, gözəl kimi görünən şeylər axirətdə çəkəcəkləri əzabı artıran səbəblər olacaq. İnkar edənlərin haqsız əldə etdikləri bütün qazanclar, hesabı soruşulacaq bir günah olaraq onların adına yazılır. Allah Quranda bu hökmü verir:
YANIMIZDAKI ÖLÜMCahiliyyə cəmiyyəti, adından da aydın olduğu kimi, son dərəcə məlumatsız, ağılsız və şüursuz cəmiyyətdir. Bu cəmiyyətin üzvləri həyatlarını həqiqətlərə, ağıla və məntiqə yönəltməzlər. Əksinə, boş və batil inanclar, həqiqətdən uzaq zənlər, istəklər və nəticədə, aldanmalarla yaşayarlar. Bu aldanmaların biri də ölüm haqqındakı düşüncələridir. Ölümü mümkün olduğu qədər ağıldan çıxarıb düşünməmək qənaətindədirlər. Bu hərəkətlə, yəni ölümü nəzərə almadan əldə etmək istədikləri şey isə öz ağıllarına görə ölümdən xilas olmaqdır. Ölümü düşünmədikdə ondan uzaqlaşdıqlarını zənn edirlər. Əlbəttə ki, bu məntiq bir təhlükədən xilas olmaq üçün başını quma basdıran dəvəquşunun məntiqindən fərqlənmir. Halbuki, bir təhlükəni görməzlikdən gəlmək, o təhlükəni yox etməz. Əksinə, o təhlükəyə hazır olmamaq və dolayısilə, daha böyük zərər görmək mənasını verər. Mömin hər mövzuda olduğu kimi, bu mövzuda da cahiliyyə cəmiyyətinin məntiqindən tamamilə uzaqdır. Onlar kimi açıq və qəti həqiqəti yox sayaraq xəyali bir dünyada yaşamaz. Əksinə, indiyə qədər dünyada yaşayan bütün insanların sona çatmış həyatı ilə isbat edilmiş ölümü ciddi düşünər. İnkarçılara isə Allah`ın Quranda bildirdiyi bir əmrinə uyğun olaraq belə səslənər:
Ölüm unudulub düşünülməməli bir "müsibət" deyil, əksinə, insana həyatın həqiqi mənasını öyrədən və dolayısilə, üzərində düşünülməsi vacib olan böyük bir dərsdir. Mömin bu böyük hadisə üzərində ağıllı və səmimi şəkildə düşünər. Allah`ın insanı bir müddət yaşatdıqdan sonra niyə bu dünyadan ayırdığını, niyə bütün canlıları ölümlü etdiyini düşünər. Qurana görə yaradılmış hər varlıq, qısacası hər şey ölümlüdür. Bu, onların aciz və zəif bir "qul" olduqlarını göstərir. Həyatın sahibi Allah`dır, yaradılmışlar ancaq Allah`ın diləməsi ilə həyatda yaşayırlar və yenə Allah`ın diləməsi ilə həyatlarını itirirlər. Allah ayələrində belə hökm edir:
Hamı öləcək və vacib olan da odur ki, heç kim nə vaxt və harada öləcəyini bilməz. Heç kimin bir dəqiqə sonra həyatda qalacağına dair zəmanəti yoxdur. Buna görə də mömin sanki hər an öləcəkmiş kimi davranmalıdır. Ölümü tez-tez düşünmək möminin ixlasını qorumasını və həmişə şüurlu hərəkət etməsini təmin edər, Allah qorxusunu artırar, nəfsini tərbiyə etməsinə kömək edər. Quranda hər insanın bir gün öləcəyinə belə diqqət çəkilmişdir:
“İNSANIN ACİZ OLMASINA BAXMAYARAQ, ALLAH`I UNUTMASI VƏ
|