Quran Əxlaqı
BAĞIŞLANMA VƏ TÖVBƏAllah`ın Quranda ən çox təkrarlanan isimlərindən ikisi , "Rəhman" və "Rəhim", yəni "əsirgəyən" və "bağışlayan" sifətləridir. Qullarına olan bu rəhmətinə görə də Allah insanları işlədikləri günahlara görə dərhal cəzalandırmır:
Allah insanların işlədiyi günahların cəzasını təxirə salmaqla, onlara bağışlanma diləmək və tövbə etmək üçün müddət verir. İnsan böyük günahlar işləsə belə, bunlardan ötrü Allah`dan bağışlanma diləyə bilər və bir daha işləməməyi hədəfləyərək tövbə edə bilər. Allah Quranda qullarını günahları üçün bağışlanma diləyib tövbə etməyə belə çağırır:
Bağışlanma insanın qəsdən, ya da bilməyərək etdiyi bütün səhvlər, işlədiyi bütün günahlar üçün Allah`ın əfvinə sığınmasıdır. Tövbə isə işlənmiş müəyyən bir günah üçün edilir. Tövbə edən mömin etdiyi bir səhvi, ya da davam etdirdiyi bir rəftarı düzəltməyə qəti olaraq qərar verər və bir daha təkrarlamamaq üçün Allah`dan güc və dəstək diləyər. Belə ki, məqbul olan tövbə də sonradan saleh əməl işlənən tövbədir:
İnsan tövbə edib, sonra yenə nəfsinə məğlub olaraq eyni günahı təkrarlaya bilər. Bəlkə dəfələrlə tövbə edib, sonra bunların hamısını da poza bilər. Amma bu, bir daha tövbə edə bilməyəcəyi mənasını verməz. İnsan həyatını davam etdirdiyi müddət ərzində tövbənin qapısı açıqdır. Ancaq bilinməlidir ki, insanın ölümə yaxınlaşıb, axirətdə başına gələcəkləri anlayacağı son anda tövbə etməsi qəbul edilməyə bilər. Allah Quranda belə buyurur:
Bir başqa ayədə bütün iman edənlər bu qurtuluş yoluna belə çağırılırlar:
ÖLƏNƏ QƏDƏR SƏBİRİnsan xarakter cəhətdən tələskən yaradılmışdır və bu xüsusiyyətinə görə də bir çox səhvlər edir. Halbuki, Quranda insanın bu tələskənliyindən əl çəkməsi və Allah üçün səbir etməsi tövsiyə edilir. Mömin Allah`ın vəd etdiyi böyük nemət və qurtuluşu gözləməyi və buna görə səbir etməyi bacarmalıdır. Bu, bir ibadətdir. Ayədə "Rəbbin üçün səbir et" (Muddəssir surəsi, 7) hökmü verilir. Həm Allah yolunda mübarizənin, həm də Allah`a yaxınlaşmaq üçün gedilən yolun ən əhəmiyyətli nemətlərindən biri səbirdir. Bir ayədə belə buyurulur:
Bir şeyi unutmayaq ki, səbir ilə "dözüm" anlayışları fərqlidir. Cahiliyyə cəmiyyətində bu iki anlayış bir-birinə qarışmışdır. Halbuki, bu iki anlayış arasında mömin tərəfindən qavranılan çox mühüm fərq var. Xoşa gəlməyən, ağrı verən çətinliyə dözüm deyilir. Halbuki, Quranda nəzərdə tutulan səbir mömin üçün çətinlik qaynağı deyil. Mömin Allah`ın rizasını qazanmaq üçün səbir edir, buna görə də səbrindən ötrü heç bir əzab çəkmir, əksinə, mənəvi həzz alır. Quranda səbrin möminlər üçün həzz, inkarçılar üçün isə çətin "dözüm" olduğu belə ifadə edilmişdir:
Quranda səbrin möminlər üçün “müjdəli” ibadət olduğu və möminlərin qarşılarına çıxan çətinliklərə qarşı səbir edərkən sahib olduqları ruhi halı belə izah edilir:
Səbir elə üstün xüsusiyyətdir ki, mömin birliyində böyük güc meydana gətirə bilər. Allah gücün səbrə görə necə dəyişdiyini aşağıdakı ayədə belə açıqlayır:
Səbir Quranda izah edilən bütün mömin xüsusiyyətlərini də əhatə edən xüsusiyyətdir. Çünki bir insan təvazökar, mərd və fədakar ola bilər. Amma burda incə məqam var: əgər bu xüsusiyyətlərində səbir göstərərsə, bunların dəyəri o zaman olar. Səbir digər bütün mömin xüsusiyyətlərini qiymətli və etibarlı edir. Yalnız səbir imanı məqbul edir. Mömin bütün ömrü boyu səbir edir. Həyatının hər günü "Allah üçün səbir et" hökmünə itaət etməklə keçir. Nəticədə isə Allah canını alacaq və onu rizası və cənnəti ilə mükafatlandıracaqdır. Cənnətin qapısındakı mələklər möminlərə belə səslənərlər:
ALLAH`IN MÖMİNLƏRƏ DƏSTƏYİCahiliyyə cəmiyyətindəki insanlar xarakterlərini sahib olduqları güc və mövqelərinə görə formalaşdırırlar. Özlərinə güvənmələri üçün mütləq ya zəngin, ya məşhur, ya çox gözəl və ya yaraşıqlı olmalıdırlar. "Tanınmış" insanın oğlu və ya qızı olmaq yenə bu cəmiyyətin batil inanclarına görə vacibdir. Ancaq mömin yalnız Allah`a güvənərək yaşayar və möminin özünə güvənməsi üçün inkarçıların ehtiyac duyduğu maddi meyarların heç birinə ehtiyacı yoxdur. Çünki Allah daim möminlərlədir. "Mən və elçilərim hökmən qalib gələcəyik!" (Mücadilə surəsi, 21) hökmünün sirri ilə elçilərini və onlara tabe olan möminləri həmişə qalib edir. Mömin bütün dünyanın qarşısında tək başına olsa belə, üstün gələr. Allah Rəsuluna belə bildirir:
Unudulmamalıdır ki, insanlara yolları açan, müvəffəqiyyət qazandıran, onları qoruyan, gücləndirən Allah`dır. İnsanın öz müvəffəqiyyəti üçün düşündüyü səbəblər bu müvəffəqiyyətin əldə olunması üçün kifayət deyil. Səbəblər yalnız və yalnız əməli duadır. Əməli dua ilə paralel edilən sözlü dua və ixlasın əvəzində Allah istənilən nəticəni yaradar. Bu səbəbdən, mömin bacarmaq istədiyi bir işdə yalnız Allah`ın köməyinə güvənər. Belə olduqda isə özündən son dərəcə əmin, heç bir təhlükədən çəkinməyən və maraqlarına zidd kimi görünən hadisələrdən heç bir şəkildə təsirlənməyən möhkəm xarakterli bir insan modeli meydana çıxır. Ətrafındakı insanların bir çoxunun azmasına baxmayaraq, heç bir ümidsizliyə düşməyən və "…Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allah`a heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, həqiqətən də, zəngindir, tərifəlayiqdir" (İbrahim surəsi, 8) deyən hz. Musa bu məsələdə yaxşı nümunədir. Hz. Musa bu qədər etibarlı və qorxmazdır. Çünki Allah`ın köməyinin daim möminlərlə olduğuna əmindir. Allah ona "Qorxma, qalib gələn mütləq sən olacaqsan!" (Taha surəsi, 68) hökmünü vəhy etmişdir. Şübhəsiz, hz. Musanın rəftarı bütün möminlər üçün də nümunə olmalıdır. Çünki Allah bu cür zəmanətli müjdəni yalnız hz. Musaya və digər elçilərinə deyil, Öz rizasına ixlasla sarılan bütün möminlərə verir. İnkar edənlərə qarşı onları qoruyacağını, qalib edəcəyini vəd edir. Bu həqiqət Quranda "“…Allah kafirlərə möminləri (məğlub etməyə) yol verməyəcəkdir" (Nisa surəsi, 141) şəklində ifadə edilmişdir. Mömin yalnız Allah`a olan sədaqətini qorumaq və Ona olan xidmət və qulluqda sadiq olmaqla məsuldur. Belə etdiyi təqdirdə, möminin qorxacağı heç bir şey yoxdur:
Doğru yolda olanlara inkarçılar heç bir zərər verə bilməz. Möminləri təzyiq altında saxlamaq, hətta öldürmək üçün hazırladıqları bütün plan və tələləri Allah boşa çıxardar. Bir ayədə bu sirr belə açıqlanır:
İnkarçılar möminlər əleyhinə tələ hazırlayarkən Allah da onları "... bilməyəcəkləri bir yerdən tədricən " (Əraf surəsi, 182) məhvə doğru sürükləyər. Allah möminlərlə bərabərdir və Allah`ın güc, izzət və əzəməti inananlarda təcəlli edir. Quranda münafiqlərin qavraya bilmədiyi bu həqiqət belə ifadə edilir:
Bu, qəti və sabit qanundur. Mömin "Ey iman gətirənlər! Ehtiyatınızı əldən verməyin…" (Nisa surəsi, 71) ayəsini əsas götürərək və ibadət olaraq inkarçılara qarşı diqqətli və tədbirli davranar, amma bu İlahi qanunun rahatlığı içində olarlar. Allah eyni qanununu bir başqa ayəsində belə açıqlayır:
ÜMİDSİZLİYƏ QAPILMAMAQ VƏ ŞEYTANIN TƏBLİĞİNƏ FÜRSƏT VERMƏMƏKÜmidsizlik iki cür ola bilər. Birinci halda, insan qarşılaşdığı çətinliklər qarşısında ümidsizliyə qapıla bilər. Ancaq iman etmiş hər insan Allah`ın nəzarəti altında icra edilən və Onun dəstəkləyəcəyini vəd etdiyi işlərdə hər hansı mənfi halın olmayacağını bilir. Çünki Qurandakı ayələrdə Allah`ın konkret olaraq möminləri dəstəklədiyi və onları əsla inkarçılar qarşısında köməksiz buraxmayacağı xəbər verilir. İkinci halda isə etdiyi səhv və ya işlədiyi günah səbəbi ilə hər hansı insanın öz imanından ümid kəsməsi, Allah`ın onu bağışlamayacağına və artıq cəhənnəmlik olduğuna özünü inandırmasıdır. Halbuki, bu, tamamilə Qurana zidd düşüncədir. Əksinə, Allah səmimi tövbə edənlərin bütün günahlarını bağışlayar. Allah`a yönəlmək, Onun rəhmətinə sığınmaq üçün "heç vaxt gec" deyil. Allah Quranda qullarına belə səslənir:
Ümidsizlik şeytanın mömini Allah`ın haqq yolundan uzaqlaşdırmaq üçün verdiyi vəsvəsələrdən biridir. Şeytan bu yolla səhv etmiş möminin əhvalını pozmağa, adi səhvlərini həmin insanın gözündə böyütməyə və onu daha da böyük səhvlərə sürükləməyə çalışır. Şeytanın hədəfi mömini imanından və səmimiyyətindən şübhəyə salmaq, ona cəfəng fikirlər aşılamaqdır. Əgər insan şeytanın bu təlqinindən təsirlənsə, getdikcə imani zəifliyə düşər, səhv üstünə səhv etməyə başlayar. "Bir dəfə səhv etdim, artıq geri yol yoxdur," deyərək getdikcə daha da böyük günahlar edər. Mömin belə hissə qapıldıqda dərhal Allah`a sığınmalı, Quranın nuru ilə düşünməli və şeytanın istədiyi bu qorxunc ruhi haldan çıxmalıdır. Bir ayədə möminin bu cür hallardakı rəftarı belə açıqlanır:
Mömin ixlaslı və səmimi olduqdan sonra səhv etsə də, bağışlanma dilədikdən sonra Allah`ın onu bağışlayacağına ümid edə bilər. Edilən səhv nə olursa-olsun yenə də hər an tövbə edib özünü düzəldə bilər. Allah`ın sonsuz rəhmət və ədalət sahibi olduğunu bilərək, möminlərə cənnəti və uğur vəd etdiyi halda ümidsizliyə qapılmaq ancaq şeytanın hiyləsidir. Hz. Yaqubun Quranda bildirilən bu nəsihəti bütün möminlər üçün yol göstəricidir:
HƏR HADİSƏNİN QURAN ƏXLAQI İLƏ QİYMƏTLƏNDİRİLMƏSİMöminin həyatının məqsədi Allah`a qulluq etməkdən başqa bir şey deyil. İnsan öz həvəslərinə görə yaşamaq, həvəslərinin arxasınca qaçmaq, ya da başqa insanlara xidmət etmək üçün deyil, yalnız və yalnız Allah`a qulluq etmək üçün yaradılmışdır. Allah`a qulluğun yolu isə insanın Quranı özünə rəhbər etməsidir. Möminin əsas məqsədi var gücü ilə Quranın hər hökmünə uyğun şəkildə yaşamaqdır. Qurana baxdığımızda isə möminin yalnız namaz, oruc, həcc kimi möhkəm ibadətlərlə deyil, həmçinin tətbiq edilməsi araşdırma tələb edən ibadətlərlə də məsul olduğunu görürük. Məsələn, bir ayədə "(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et…" (Nəhl surəsi, 125) əmri verilir. Bu ayədəki "hikmət"in və "öyüd-nəsihət"in nə olduğunu mömin həm Quranın ümumi məntiq və üslubuna baxaraq, həm də öz ağıl və anlayışı ilə müəyyən etməlidir. Möminin ağlını və anlayışını işlətməyini tələb edən daha bir neçə səbəb var. Məsələn, Allah Quranda möminin qarşılaşacağı insan tiplərini və cəmiyyət modellərini təsvir edir və həmçinin bunlara qarşı istifadə olunan davranış formalarını da bildirir. Çox vaxt müxtəlif insan tiplərinə və onların məntiqinə qarşı deyiləcək sözlər "De" ilə başlayan ayələrdə xəbər verilir. Möminə qarşılaşacağı vəziyyətlərlə bağlı məlumat və əmr verən belə ayələr Quranda çox açıq şəkildə bildirilir. Ancaq bunların gündəlik həyatda tətbiq edilməsi, əvvəlcə, Quranda vurğulanan vəziyyətlərin gündəlik həyatda araşdırılmasını tələb edir ki, bu halda, mömin ağıl və anlayışından çox istifadə etməlidir. Quranda müxtəlif insan tipləri verilir. Müsəlmanlar, müşriklər, münafiqlər, qəlblərində xəstəlik olanlar, xristianlar, yəhudilər və s. Mömin bunlarla bağlı ayələri çox yaxşı öyrənə və Quranda təsvir edilən bu insan xarakterlərini çox yaxşı tanıya bilər. Bununla da, insanlarla olan münasibətini və bütün həyatını Allah`ın əmrləri istiqamətində formalaşdıra bilər. Mömin bilməlidir ki, ətrafındakı bütün insanlar mütləq Quranda təsvir edilən bu insan modellərindən biri ilə uzlaşır. Çünki bu insan tiplərinin hamısı yaradılmışdır və "Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq" (Ənbiya surəsi, 16) ayəsinin sirri ilə onlar bir məqsədlə – Allah`ın Quranda təsvir etdiyi cəmiyyət modelini meydana gətirmək üçün mövcuddurlar. Mömin bu həqiqəti bilərək davranışlarını formalaşdırsa, Allah`ın ona yüklədiyi məsuliyyətləri yerinə yetirə bilər. İnsanın gördüyü hər bir iş, hər bir hadisə, əslində, Quranda təsvir olunanların oxşar modelləri və tipləridir. Bir ayədə bu mövzu belə açıqlanır:
Beləliklə, bütün kainat, əslində, Quranın kainatda görünən ayələrinin cəmindən ibarətdir. Belə ki, bir əsər öz rəssamını tanıtdığı, o rəsmdəki hər incə təfərrüat rəssamın fırçasının izlərini göstərdiyi kimi, bütün kainat və o kainatın hər təfərrüatı da hər şeyin yaradıcısı olan Allah`ı göstərmək üçün mövcuddur. Beləliklə, bütün kainat, əslində, Quranın kainatda görünən ayələrinin cəmindən ibarətdir. Belə ki, bir əsər öz rəssamını tanıtdığı, o rəsmdəki hər incə təfərrüat rəssamın fırçasının izlərini göstərdiyi kimi, bütün kainat və o kainatın hər təfərrüatı da hər şeyin yaradıcısı olan Allah`ı göstərmək üçün mövcuddur.Mömin bu həqiqəti anladıqca həm Allah`ı daha yaxşı tanıyar və həm də Ona daha çox yaxınlaşar və Onun hökmlərinə daha həssas şəkildə itaət edər. Həyatın hər incə məqamının, əslində, Quranda göstərilən bir "ayə" olduğunu qavradıqca, "gündəlik həyat " dediyimiz anın hər mərhələsində Qurana görə düşünər və Quranın hökmlərini tətbiq edər.Hər bir proses Allah`ın yaratdığı qədərə uyğun olaraq formalaşır, buna görə də hər şeyin səbəbi və hikməti var. Möminin vəzifəsi isə qarşılaşdığı hər hadisəni Qurana görə şərh etmək və Quranda bildirilən reaksiyaları verməkdir. Əgər "boş,mənasız" bir şeylə qarşılaşarsa, Quranın hökmünə görə ondan üz çevirməlidir. Qarşılaşdığı hər hadisəni Quran ayələrinə görə şərh etməsi möminin hər şeydən əvvəl Qurana əsaslanan mədəniyyət və xarakter formalaşdırmağından asılıdır. Bunun üçün də cahiliyyə cəmiyyətinin ona verdiyi bütün mədəniyyəti və xarakterik xüsusiyyətləri dəf etməlidir. Bir hadisə qarşısında nə edəcəyinə cahiliyyə cəmiyyətində mövcud olan meyarlara görə deyil, Qurana görə qərar verməlidir. Quranda isə qarşılaşdığı hər vəziyyətdən bir çıxış yolu vardır. Çünki o, "hər şey üçün bir izah " (Nəhl surəsi, 89) olaraq insanlara göndərilmişdir. QƏLBDƏKİ NİYYƏTİ ALLAH`IN BİLMƏSİİnkarçıların ən əsas xüsusiyyətlərindən biri səmimiyyətsizlikdir. Həm Allah`a, həm insanlara, həm də özlərinə qarşı səmimiyyətsizdirlər. İnsanlara qarşı şəxsi mənfəətləri naminə çox gözəl davranar, amma çox asanlıqla onlara qarşı kin və ya qısqanclıq bəsləyə bilərlər. Qəribəsi budur ki, həmin ikiüzlülüyü özlərinə qarşı da edirlər. Etdikləri səhvləri özləri də bildikləri halda, özlərinin mükəmməl bir insan olduqlarını zənn edirlər. Bu səmimiyyətsizliyin məntiqi çox qəribədir. Bu məntiq ürəklərindən keçən düşüncələrin heç kim tərəfindən bilinməyəcəyi və dolayısilə, bu düşüncələrinə görə heç kim tərəfindən günahlandırılmayacaqları inancına əsaslanır. Bu inanc öz əhatələrində doğrudur, yəni kimsə kiminsə əsl düşüncələrini bilməz. Ancaq nəzərə almadıqları bir şey vardır: Allah insanların zehinlərindən keçən bütün düşüncələri, hətta özlərinin belə fərqinə varmadığı şüur altı düşüncələri ən yaxşı şəkildə biləndir. Allah`ın gizli və ya açıq hər şeyi bilən olduğu ayələrdə belə bildirilir:
Heç kim Allah`ın xəbəri olmadan başqa birisi ilə danışa bilməz. Allah`dan heç yerə qaça bilməz. Bu həqiqət Quranda belə ifadə edilmişdir:
Bu səbəbdən, insanın Allah`ı aldatması qeyri-mümkündür. Allah etdiyimiz bütün hərəkətləri, ürəyimizdən keçən düşüncələri, hətta özümüzün belə bilmədiyimiz şüur altımızı bilir. Bir ayədə belə bildirilir:
Bu vəziyyətdə insan Allah`a qarşı son dərəcə səmimi olmalıdır. Allah insanın nə olduğunu bildiyi halda, bir insanın özünü üstün göstərməyinin heç bir mənası yoxdur. İnsan zəif nöqtələrini, qüsurlarını, imani zəifliklərini Allah`a səmimi şəkildə açmalı və Ondan kömək istəməlidir. Peyğəmbərlər Allah ilə olan səmimi əlaqənin ən gözəl nümunələridir. Allah`a "Rəbbim, mənə ölüləri necə diriltdiyini mənə göstər" şəklində dua edən, Allah`ın isə ondan: "Məgər sən inanmırsan?" deyə soruşduqda: "Əlbəttə (inanıram!) Amma (istəyirəm ki) qəlbim rahat olsun" (Bəqərə surəsi, 260) şəklində cavabı ilə hz. İbrahim bu mövzuda Quranda nümunə verilir. Eyni şəkildə, Allah`ın ona "Firona get" əmrini verdikdə: "Ey Rəbbim! Mən onlardan birini öldürmüşəm, qorxuram ki, onlar da məni öldürələr" (Qəsəs surəsi, 33) deyərək Allah`dan güc və kömək istəyən hz. Musanın sözləri bir səmimiyyət nümunəsidir. İnsan Allah`a möhtac olduğunu qavramadan özünü güclü, təqvalı, cəsur görməyə çalışmaqla bu xüsusiyyətlərə qovuşmaz. Çünki "... insan zəif yaradılmışdır" (Nisa surəsi, 28) və bu zəifliyi Allah`a möhtac olduğunu yaxşı anlasın deyə vardır. Bu səbəbdən, səmimi bir şəkildə Allah`a yaxınlaşmalı, özündə gördüyü hər cür səhvi Ona açıb Rəbbimizdən kömək istəməlidir. DÜNYA HƏYATININ MÜVƏQQƏTİ OLMASIİnsan dünyaya müvəqqəti olaraq gəlmişdir. Burada həm sınanacaq, həm də öyrədiləcək, sonra da axirətdəki əbədi yurduna gedəcək. Dünyadakı nemətlər, gözəlliklər isə cənnətdəki gerçək nemətlərin məhdud bir nüsxəsi kimi və axirəti xatırlatmaq üçün yaradılmışdır. Ancaq inkarçılar bunu qavraya bilməz və əbədi zənn etdikləri dünyanı həyatlarının yeganə məqsədi hesab edərlər. Bu isə tamamilə səhvdir. Çünki son dərəcə müvəqqəti, əksik və qüsurlu olan dünya nemətləri əbədiyyətə və mükəmməlliyə can atan insanı təmin edə bilməz. Allah dünyanın bir aldanma olduğunu bir ayədə belə bildirir:
Həqiqətən də, qəflət içində yaşayan inkarçıların hamısı yuxarıda sadalanan bir neçə hədəfə (mal və uşaqlarda çoxalma həvəsi, öyünmə) çatmağı məqsəd hesab edərək yaşayırlar. Ali-İmran surəsindəki ayələrdə dünyanın aldadıcı xisləti haqqında belə buyurulur:
Dünya axirətlə müqayisə olunmayacaq qədər sadə və dəyərsizdir. Bunu ifadə etmək üçün işlətdiyimiz "dünya" kəlməsi ərəb sözü olub, "dar, sıxılmış, murdar yer" mənasını verir. İnsanlar dünyada keçirəcəkləri 60-70 illik ömrü təzə-təzə çox uzun və zövqləri təmin edən yer zənn edirlər, halbuki qısa bir müddət sonra bu ömrün sonuna çatdığını görürlər. Ölüm yaxınlaşdıqca da yaşadıqları həyatın nə qədər qısa olduğunu daha yaxşı anlayırlar. Məhşər (diriliş) günü isə belə insanlarla bu cür rəftar olunacaq:
Allah`a üsyan edərək dünya həyatına həvəslə bağlanmaq və axirəti ikinci dərəcəli görmək əbədi cəhənnəmlə cəzalandırılacaq bir günahdır. Allah kitabın bir hissəsinə inanıb, bir hissəsini inkar edənlər haqqında bu hökmü verir:
Başqa ayələrdə isə belə buyurulur:
Bəzi insanlar dünyanın Allah`ın yaratdığı müvəqqəti məkan olduğunu inkar edirlər. Daha doğrusu, bu müvəqqəti məkanda Allah`ın yaratdığı bəzi nemətlərə Rəbbimizdən üz çevirərək həvəslə bağlanırlar. Belə bir insan, əlbəttə ki, əzaba layiqdir. Quranda belələrinin vəziyyəti çox açıq ifadə edilmişdir. Ayələrdə belə hökm verilir:
DÜNYA BİR YUXU YERİDİR. ADNAN OKTAR: Baxın, müsəlmanların bir çox hissəsi bu mövzudan çəkinirlər. Maddə insanların beynində meydana gəlir görüntü olaraq Allah meydana gətirir. Kənarda vardır, amma kənardakı şəffaf olan, qapqara qaranlıq olan maddə ilə insanın əlaqəsi olmur. Onu Allah bilir. Əsl gördükləri Allah`ın beyinlərində yaratdığı görüntüdür. O görüntü də Allah`ın meydana gətirdiyi yüngül amperdəki elektriklə əmələ gəlir. Çox az amperdəki elektriklə, beyninə gələn aşağı voltdakı elektrik beyninin içində, kiçicik ət parçasının içində bütün bu aləm meydana gəlir. Və insanlar danışır, dava edir. Əlindəki çeki, sənədi yırtır, birbirilərinin başına atırlar. Qalmaqal çıxarırlar, qan gövdəyə qalxır. Hamısı beyninin içində olur. İnsanlar yuxuda da dava edərlər. Qaçar, qovalanar, xəstəxanaya düşər, bağırar, çağırar, ağlayar. “Aman”, -deyər, “Kabusdur”, -deyər, insanlar. Dünya da bir yuxu yeridir. Öldüyümüzdə biz yenə bu yuxudan başqa bir yuxuya keçmiş olacağıq. İnsan yuxudan yuxuya keçər. Hətta: “Siz təbəqədən təbəqəyə keçiriləcəksiniz”, -deyir Allah, ayə var: “Təbəqədən təbəqəyə keçiriləcəksiniz”. Şeytandan Allah`a sığınıram. Yuxudan yuxuya keçir insanlar, hətta oyandığında bax, deyir ki, insan ayədir bu: “Bizi yatdığımız yerdən kim qaldırdı?” -deyir. İnsan yatdığının qənaətindədir, yuxudan qalxdığının qənaətindədir, “Yatırdıq biz”, -deyir, “Yatdıq, qalxdıq bura haradır, hardayıq biz?” -deyir, “Nə oldu belə?”- deyir. Ağlına da gəlmir öldüyü. Sonra çağırıcı çağırdığında, hər kəs o tərəfə qaçdığında cəhənnəmin ərazisinə daxil olurlar. “Əfsus bizə”, -deyirlər, “Bu din günüdür”, -deyirlər. “Öldük”, -deyirlər. “Öldük və dirildik”, -deyirlər. “İndi anladıq”, -deyirlər. “Əfsus”, -deyirlər, ayə var Quran ayəsi. “Bu din günüdür”, -deyirlər. Sonra da Allah`a deyirlər: “Ya Rəbbi”, -deyirlər, “Bizi geri göndər, biz anladıq”, -deyirlər, “Xəta etdik, qüsurlarımız var, çox mükəmməl olacağıq”, -deyirlər. “Geri dönsələr, yenə əxlaqsızlıqlarına davam edərlər”, -deyir Allah. Çünki onlar özlərini çox ağıllı zənn edirlər. O görüntü yaddaşlarında qalaraq dönəcəklərini zənn edirlər. Halbuki, Allah onları unutduraraq göndərir, göndərsə belə, fərz edək göndərsə. Göndərdiyində nə deyəcək bilirsən? Hətta xatırlasa, fərz edək, onu xatırlasa belə: “Nə qorxunc yuxu gördüm, dostum”, - deyər. Və əvvəlki azğınlığına bütün var gücü ilə davam edər. Yuxusunda bir çox dinsiz cəhənnəmə getdiyini görür. Təsir edir? Yox. Öldüyünü də görür yuxusunda, təsirlənməzlər. Eynisidir, yəni o, yenə də təsirlənməz, yenə qaldığı yerdən davam edər. Başqa? ALTUĞ BƏRKƏR: Hocam, ahirzamansohbetleri@hotmail.com saytımıza sual göndərmişdir oxucularımız: “Mömin nəyə kədərlənməlidir? Peyğəmbərimiz (s.ə.v) və böyük İslam alimləri nəyə kədərlənmişlər? Təşəkkür edirəm, Atakan”.” ADNAN OKTAR: Kədərin hamısı haramdır. Yəni bütün kədər növlərinin hamısı haramdır. Çünki kədər, haşa, Allah`a üsyandır. Çünki bir şey əmələ gəlmiş, insan kədərlənir. Şər görünsə də, mütləq xeyir var. Mütləq xeyir vardır. “Kədərlənməyin, gücdən düşməyin”, şeytandan Allah`a sığınıram, “İnanırsınızsa, güclü olan sizsiniz, qalib olan sizsiniz” deyir Allah. Mehdiyyətə də aid ayədir bu. Bu, möhkəm ayədir. Allah haram qılmışdır kədərlənməyi. Müsəlman kədərlənməz. İmanı zəifdirsə, yaxud inanmırsa, kədərlənir. Çünki onu özünün etdiyini sanır. Dünyaya aşiqdir o, dünyəvi bir hadisə onu çox sarsıdar. O görüntü daxilində, filmi izləyib ağlayan tiplər var... Filimdən dərhal sonra kinodan çıxdıqda, məsələn, kovboy kinosuna baxdıqdan sonra, kovboy kimi yeriyərək çıxan tiplər olur, o qədər təsirində qalır elə deyilmi?... Özü də o atmosferə girir, yəni özünün də o kinonun qəhrəmanı olduğuna inanır. Belə tiplər həddən artıq çoxdur. APARICI: Peyğəmbərimizin (s.ə.v) də belə bir hədisi var. “Sizlərdən ən pisiniz, dünyanı sevəndir”, -deyir, hocam. ADNAN OKTAR: Xeyr, dünyanın nə olduğunu bilsələr, sevməzlər, bağlanmazlar bu qədər. Nə olduğundan xəbərləri yoxdur. İndi, məsələn, mən bu fincanı əlimə alıram; yəni xeyli dəqiqdir. Çox dəqiqdir. Üç ölçülü görünür. Yəni görüntü kimi görünmür. Məndən uzaqda görünür, o qədər keyfiyyətli bir görüntü meydana gəlir beynimdə. Bir də hiss var, yəni toxunma hissi də yaranmış. Bu da beynimin içində. Amma sanki uzaqda toxunurmuşam kimi. Yəni hiss keyfiyyəti üç ölçülü olduğu üçün, həqiqətən, uzaqda toxunurmuşam imici verir bu an mənə. Bir də dadı var. Yəni eynilə cökədir. Şəkərli, qoxusu da var. İndi inanmayan bəri gəlsin. Halbuki, hamısı beynimin içində baş verir. Elə bu görüntünün və hisslərin üç ölçülü keyfiyyətinə görə, üçü də çox, beşi də çox keyfiyyətlidir hisslərin. Yəni Allah çox keyfiyyətli yaradır hissləri. Yəni qüsursuz, təmiz və çox dəqiqdir. Amma axirət daha dəqiqdir təbii.... CİHAT GÜNDOĞDU: Hədisi-şərifdə də, hocam, sizin söylədiyiniz kimi, inşaAllah: “İnsanlar yuxudadırlar, ölüm ilə oyanırlar”, -deyə bildirilir, inşaAllah. ADNAN OKTAR: “İnsanlar yuxudadırlar, ölüm ilə oyanırlar. Oyanırlar, yenə bir yuxuya keçmiş olurlar, təbii. Amma bax, bu, çox dəqiqdir, yəni mövzunu tam izah edir. “İnsanlar yuxudadırlar, ölüm ilə oyanırlar”. Elə bizim bəhs etdiyimiz mövzunun xülasəsi budur. Və bunu Peyğəmbər (s.ə.v) söyləyir. Məsələn, yuxusunda bir şey görüb ağlamaq necə məntiqsizdirsə, kədərlənmək necə məntiqsizdirsə, eyni şəkildə, dünyada bir şey olduğunda, ona qəmlənib ağlamaq da eyni şəkildə məntiqsizdir. (Cənab Adnan Oktarın 4 mart 2010 tarixli www.harunyahya.tv reportajından)
|