< <
9 / total: 13

MÜBAHİSƏ ETMƏMƏK

Möminlərin inkarçılar qarşısındakı müvəffəqiyyətlərinin sirlərindən biri də aralarındakı qardaşlıq və həmrəylikdir. Quranda "Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir"(Səff surəsi, 4) ayəsi ilə bu birlik və həmrəyliyin əhəmiyyəti vurğulanır.

Buna görə də bu birlik və həmrəyliyi zədələyəcək, möminlərin arasını vuracaq hər cür söz və ya davranış dinə qarşı bir rəftar olar. Allah Quranda möminləri bu təhlükəyə qarşı belə xəbərdar etmişdir:

     
 

Allah`a və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir.(Ənfal surəsi, 46)

 
     

Saleh bir mömin belə bir mübahisə və çəkişməyə yer verməmək üçün maksimum diqqət göstərməlidir. Daim digər mömin qardaşlarını incidə biləcək söz və davranışlardan çəkinməli, aradakı sevgi və etibarı daha da artıracaq rəftar göstərməlidir. Quranda bu mövzuda belə hökm verilir:

     
 

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.(İsra surəsi, 53)

 
     

Mömin başqa bir mömin qardaşı ilə müxtəlif fikirdə olduğu zaman hadisəyə mümkün qədər hörmətlə yanaşmalı, təvazökar olmalı və beləliklə, iki müxtəlif fikrin "müşavirə" ölçüsündə qalmasını və əsla mübahisə statusuna girməməsini təmin etməlidir. Digər iki qardaşı arasında arzuolunmaz bir hadisə olduğunda isə "Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allah`dan qorxun ki, sizə rəhm edilsin" (Hucurat surəsi, 10) ayəsindəki hökmə uyğun bir üslubla qardaşlarının arasını düzəltməlidir. Unutmaq olmaz ki, möminlər arasındakı ən kiçik bir qarşıdurma Allah`ın razı olmadığı bir rəftardır.

QURAN OXUNARKƏN ŞEYTANDAN
ALLAH`A SIĞINMAQ

Quran Allah`ın insanlara yol göstərici olaraq endirdiyi İlahi kəlamdır. Ancaq burada çox əhəmiyyətli bir məqam var. Quran möminlərin hidayətini artırarkən inkarçıların da inkarını meydana çıxarır. Bir ayədə Quranın bu xüsusiyyəti belə açıqlanır:

     
 

Kitabı sənə nazil edən Odur. O kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allah`dan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: "Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər.(Ali-İmran surəsi, 7)

 
     

Ayədə də bildirildiyi kimi, möminlər Quran ayələrini oxumaqla imanlarını artırarlar və Allah`a daha da təslim olarlar. Ancaq inkarçılar eyni ayələri oxusalar da, ayələrdəki hikmətləri qavraya bilməzlər. Belə ki, yuxarıdakı ayədə də bildirildiyi kimi, Quranın bəzi ayələrinin "ürəklərində şübhə olanlar "ın pis düşüncələrini ortaya çıxarmaq xüsusiyyəti də vardır. Bu səbəblə, Allah Quran oxumadan əvvəl şeytanın təsirindən Allah`a sığınmağı əmr edir. Allah ayədə belə əmr edir:

     
 

... Quran oxuduqda qovulmuş şeytandan Allah`a sığın! (Nəhl surəsi, 98)

 
     

Allah`ın möminlərə əmr etdiyi bu ibadət şeytanın varlığını və fəaliyyətlərini xatırlatması baxımından əhəmiyyətlidir. Həqiqətən də şeytan əsla vəzifəsini tərk etməz və insanlara sağlarından, sollarından, önlərindən və arxalarından yanaşaraq onlara vəsvəsə verməyə çalışar. Allah`ın doğru yolunda duraraq onları bu yoldan azdırmağı hədəfləyər. Şeytanın bu fəaliyyətlərini və taktikalarını Allah bizə Quranda bir çox ayədə bildirir. Cənnətdən qınanaraq və qovularaq endirilən şeytanın hiylələrindən bunları bizə Quran vasitəsilə öyrədən və onlardan qorunma yollarını göstərən Allah`ın yol göstərməsi sayəsində xilas olarıq. “Nəhl” surəsinin 99-cu ayəsində də ifadə edildiyi kimi, "şeytanın iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur". Bunun sirri inanan qulların yol göstərici olaraq Quranı qəbul etməsi və "qovulmuş şeytan"dan Allah`a sığınaraq onu oxumasıdır.

 

“ŞEYTANDAN ALLAH`A SIĞINMAĞI 
XATIRLATMAQ” 

ADNAN OKTAR: Şeytandan Allah`a sığınıram. Bəzi insanlar deyir ki: “Niyə şeytandan Allah`a sığınır?” -deyə soruşmuşlar. Quranda ayə var; “Quran oxunarkən şeytandan Allah`a sığının” deyir Allah ayədə. İndi bir çox insan şeytandan Allah`a sığınmağı unudacağı üçün mən xatırladıram ki, şeytandan Allah`a sığınsınlar deyə. Surənin əvvəllərində “Rəhman və Rəhim olan Allah`ın adı ilə” deyilir və bu cür başlanır, surənin əvvəllərində. Amma ayə oxunarkən normal axışında davam edərsən. (Adnan Oktarın 6 yanvar 2010 tarixli Gaziantep Olay və Samsun Aks TV reportajından)

 

İNCƏ DÜŞÜNCƏLİ OLMAQ

Cahiliyyə cəmiyyətindəki insanların əksəriyyəti kobud, düşüncəsiz, laqeyd xarakterə sahibdirlər. Bunun ən böyük səbəbi isə inkarçıların əsas xüsusiyyətlərindən biri olan eqoizmdir. Hamı yalnız öz mənfəətlərini düşünür. Digər insanların düşüncə və duyğuları isə ya ikinci dərəcəlidir, ya da tamamilə diqqətdən kənardır.Halbuki, həqiqi mömin birliyi tamamilə fərqlidir. Çünki möminlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri nəfslərinin eqoist istəklərindən xilas olmalarıdır.

Nəfsinin sonsuz istəklərinə hakim olan mömin isə digər möminlərə qarşı fədakar və incə düşüncəli davranar. Quranda Peyğəmbərimizlə (s.ə.v.) birlikdə Məkkədən köçən mühacirlərlə Mədinədə onlara kömək edən möminlər (ənsar) arasındakı bu fədakarlıq belə izah edilir:

     
 

(Mühacirlərdən Mədinədə) əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.(Həşr surəsi, 9)

 
     

Göründüyü kimi, Quran əxlaqı möminlərin öz haqlarından keçərək digər mömin qardaşlarını özlərindən üstün tutmalarını tələb edir. Həqiqi iman, həqiqi təslim olma və həqiqi qardaşlıq budur.

Möminin digər mömin qardaşlarını özündən üstün tutması ona sadəcə maddi imkan təmin etməklə kifayətlənmir. Bu qardaşlığın ifadə edildiyi yerlərdən biri də düşüncədir. Mömin qardaşlarının ehtiyaclarını özündən çox düşünməlidir.

Kobud və düşüncəsiz rəftarlar insanın imanının kamilləşmədiyini göstərir. Etdiyi bir hərəkətin digər möminlərə necə təsir edəcəyinin fərqinə varmayan, tək öz istəklərinə görə ağlına gəldiyi kimi hərəkət edən insan Allah`ın təsvir etdiyi mömin modelindən tamamilə uzaqdır. Quranda incə düşüncənin və düşüncəsizliyin nümunələri əhəmiyyətlidir. Şübhəsiz, ən əhəmiyyətlisi elçiyə qarşı incə düşüncəli və hörmətli olmaqdır. Allah bir ayəsində elçiyə hörmətə belə diqqət çəkir:

     
 

Ey iman gətirənlər! Allah`ı və Onun Elçisini qabaqlamayın. Allah`dan qorxun! Həqiqətən, Allah eşidəndir, biləndir.(Hucurat surəsi, 1)

 
     

İncə düşüncənin əhəmiyyəti bir başqa ayədə isə belə vurğulanır:

     
 

Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib (süfrəyə dəvət olunmadıqca) Peyğəmbərin evlərinə girməyin və yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu, Peyğəmbəri narahat edir və o, sizdən utanır. Allah isə sözün açığını (sizə bəyan etməkdən) utanmır. (Peyğəmbərin) zövcələrindən bir şey istədikdə, pərdə arxasından istəyin. Bu, həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər. Sizə Allah`ın Elçisini narazı salmaq, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah yanında böyük günahdır.(Əhzab surəsi, 53)

 
     

Quran əxlaqı ilə yetişmiş insanlar son dərəcə keyfiyyətli, nəzakətli, sadə və incə düşüncəlidirlər. Bu hal öz nəfslərindən öncə qardaşının nəfsini düşünən, ona duyduğu sevgiyə baxmayaraq, yeməyi yoxsula, yetimə və əsirə yedirdən möminlərin təbii hallarıdır. İncə düşüncəli olmaq, eyni zamanda, cənnətdəkilərin xüsusiyyətlərindən biridir.

İncə düşüncə nümunələrini şərtlərə və mühitə görə çoxaltmaq mümkündür. Bunların bəziləri bir işlə məşğul olan qardaşını narahat etməmək, əgər dua edirsə, mühitin səssizliyini pozmamaq, o istəmədən ona xidmət etmək, rahatlamasını təmin etmək, bir çatışmazlığı və ya ehtiyacı olub-olmadığını öyrənmək sayıla bilər. Amma nəzərə almaq lazımdır ki, bu sayılanlar sadə və ümumi bir izahdır. Fərqli mühit və şəraitə görə bu nümunələrin sayı yüzlərlə, minlərlə artırıla bilər.

CAHİLLƏRDƏN ÜZ ÇEVİRMƏK

Quranda möminlərin xüsusiyyətləri izah edilərkən belə xəbər verilir:

     
 

Ər-Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara bir söz dedikdə: "Salam" deyərlər.(Furqan surəsi, 63)

Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: "Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!" deyirlər. (Qəsəs surəsi, 55)

 
     

Möminlər son dərəcə rahat ruhi hala sahib olduğu halda, inkarçılar bunun əksinə, narahat, ətrafındakılara qarşı təcavüzkar və hörmətsizdirlər. Sanki cəhənnəm əzabı onlar üçün hələ dünyada ikən başlamışdır və ən sadə bir hadisə belə ani reaksiya vermələrinə səbəb olur. Gözlənilməz anda gözlənilməz davranışlar edirlər. Bu səbəbdən, cahiliyyə cəmiyyətində gündəlik həyatda hər an problem çıxaran insanlarla tez-tez qarşılaşırlar. Ancaq möminlər üstün bir əxlaq və dünyagörüşünə sahib olduqları üçün bu insanlarla həmişə lazım olduğu kimi münasibətdə olurlar. Onlara qarşı daim yuxarıdakı ayələrdə təsvir edildiyi kimi, kübar rəftar göstərərlər. Müdaxilə edilməli vəziyyətlərdə də ən mədəni, ən təsirli və qanuni yollardan istifadə edərlər.

MƏLUMATI OLMAYAN
MÖVZUDA MÜBAHİSƏ ETMƏMƏK

Quranda "... Biz bu Quranda insanlar üçün hər cür məsəli ətraflı izah etdik. İnsan isə ən çox mübahisə edəndir" (Kəhf surəsi, 54) ayəsi ilə nəfsin əhəmiyyətli bir xüsusiyyəti xəbər verilir. Başqa ayələrdə isə bu xüsusiyyətin inkar edənlər üzərindəki təcəllisi belə izah edilir:

     
 

Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən güldü. Onlar dedilər: "Bizim məbudlarımız yaxşıdır, yoxsa o?" Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən adamlardır. (Zuxruf surəsi, 57-58)

 
     

İnkarçıların mübahisəyə meyilli olması müxtəlif fikirləri qiymətləndirərək doğrunu tapmaq üçün deyil, sadəcə eqoist qarşı çıxma həvəsindən qaynaqlanır. Cahiliyyənin müzakirələrində heç kim qarşı tərəfin fikrini qiymətləndirib doğrunu tapmağa çalışmaz. Yalnız öz fikrini qalib etməyə və qarşı tərəfi əzməyə çalışar. Təşkil etdikləri bütün müzakirələrin yüksək səs tonunda, qarşılıqlı ifadələrlə keçməsi və hətta bəzən mübahisəyə çevrilməsinin səbəbi budur.

Ən ağılsız rəftar isə haqqında heç bir məlumatları olmayan mövzularda müzakirələridir. Son dərəcə cahil olduqları din mövzusunda həmişə ehkam kəsmələri və möminlərlə mübahisə etmək istəmələri bunun ən təəccüblü nümunəsidir. Bir ayədə mövzuya belə diqqət çəkilir:

     
 

Bax, siz o kəslərsiniz ki, bildiyiniz şeylər barəsində də höcətləşirsiniz. Bəs nə üçün bilmədiyiniz şeylər barəsində höcətləşirsiniz? Allah bilir, siz bilmirsiniz! (Ali-İmran surəsi, 66)

 
     

LAĞ ETMƏMƏK

Allah Quranda lağlağının çirkin bir əxlaq olduğunu və iman edənlərin bundan çəkinmələrini bildirmişdir. Möminlər arasında lağlağının yeri olmadığını Allah bir ayədə belə bildirir:

     
 

Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır.(Hucurat surəsi, 11)

 
     

Bu ayənin hökmünə görə iman edənlər hər cür lağlağının şiddətlə çəkinər və Allah`ın bu əmrinə lazımınca əməl edərlər. Bəzi insanlar lağ etməyi qarşısından keçən birinə badalaq atıb yıxmaq və qəhqəhə ilə gülmək kimi düşünə bilərlər. Halbuki, lağ hiyləgər bir gülümsəmə, " istehzalı " söz atma və ya açıq lağ etməyin mümkün olmadığı yerdə baxışma şəklində də ola bilər. Belə hərəkətlər cahiliyyə mədəniyyətinə aiddir. Allah Quranda tənə vuranların sonunun "Hütəmə" olduğunu belə xəbər verir:

     
 

Hər bir qeybət edənin, tənə vuranın vay halına! O şəxs ki, mal-dövlət toplayıb onu sayır və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır. Xeyr! O, mütləq Hütəməyə atılacaqdır. Sən haradan biləsən ki, "Hütəmə"nədir? (Bu,) Allah`ın qaladığı oddur. (O od) ki, (qalxıb) ürəklərə çatacaq. Həqiqətən, o (od) onların üzərində qapanacaqdır. (Özləri də orada) yüksək dirəklərə (bağlanmış olacaqlar).(Huməzə surəsi, 1-9)

 
     

“Huməzə” surəsində bildirilən bu açıq hökmə baxmayaraq, iman edən insanın şüurlu şəkildə Qurana uyğun olmayan lağlağı hərəkətlərə yol verməsi söz mövzusu ola olmaz. Ancaq yeganə ehtimal həmin an şəxsin etdiyi çirkinliyin fərqində olmaması və bunu bir əyləncə sanması ola bilər. Belə bir vəziyyətdə isə o şəxs dərhal özünü qınamalı və etdiyi bu hərəkətdən tövbə edərək imtina etməlidir.

 

 

“VİCDANA UYĞUN OLAN SÖZÜN KÖNÜL ALMAQLA SÖYLƏNMƏSİDİR”

APARICI: “Dəyərli hocam. Sizin gözəl əxlaqa yönləndirmənizlə özümü çox dəyişdirdim. Fəqət bəzən istəmədən qarşımdakı insanlara gərəkdiyi kimi gözəl sözlə cavab verə bilmədiyimin fərqinə varıb narahat oluram. Sevdiyim, dəyər verdiyim müsəlmanlarla Allah`ın əmr etdiyi kimi ən gözəl sözlərlə danışmaq üçün özümü necə dəyişdirə bilərəm?”

ADNAN OKTAR: Bu, insan həyatında ən mühüm mövzulardan biridir. Məsələn, mən səninlə danışarkən daim düşünərək hərəkət edirəm. Yəni sözün sənə müsbət təsir etməsi, səni təhqir edən hər hansı bir sözün olmaması üçün, hətta mimikalarımda belə buna çox diqqət edirəm. Bir insan vicdanından şüuru açıq olduğu müddətdə daim istifadə etməlidir. Məsələn, səhər oyandığımızda, fərz edək ki, namaza qaldırırlar, tənbəllik edərək qalxır, məsələn, bu namaza, Allah`a, Kitaba qarşı bir davranış olar. Yəni ona qarşı naz etmiş olmazsan sən. Mənası çox anormal olar, açıqlaya bildimmi? Və yaxud iltifat edərkən o sözün ikinci bir mənası varsa, onu da düşünmək lazımdır. Ardıcıl olaraq bunları düşünmək lazımdır. Məsələn, bəzən bir söz qarşıdakı insanı narahat edə bilər, çünki Allah: “insan zəif yaradıldı” (Nisa surəsi, 28) -deyir. İnsan küsəyəndir. Yəni rahatlıqla bir sözün arxasında pis bir düşüncəsi ola bilər. Pis bir eyham axtarar. Onun üçün sözü seçərək söyləmək lazımdır və sadə və səmimi və tam mənası ilə söyləmək lazımdır. Bunu deyərkən mimikalar da çox əhəmiyyətlidir. Yəni, məsələn, “Cəld olun, yeməyə gəlin”, -deyilir. Dava edərmiş kimi də bunu söyləyə bilər bir insan, çox xoş tərzdə də söyləyə bilər, orta tərzdə də söyləyə bilər.

Vicdana uyğun olan könül alaraq söylənməsidir. Yəni könül alan bir səs tonu və könül alan bir üz ifadəsi. Yəni nitq səs tonu və üz ifadəsi ilə dəstəklənməlidir. “Necəsən”, -deyir, amma adam mafiya başçısı kimi deyir, adamın içi titrəyir yəni elə deyilmi? Adam çəkinir, yəni əli, ayağı. Amma başqa insan deyər, bir baxışı ilə, səs tonu ilə onun çox xoşuna gedər. Onun üçün adam deyir ki: “Mən nə etdim?” “Çox normaldır rəftarım”, -deyir. Normal deyil, elə normal hərəkət olmaz. (Cənab Adnan Oktarın 6 yanvar 2010 tarixli Gaziantep Olay və Samsun Aks TV reportajından)

 

9 / total 13
"Harun Yəhyanın Quran Əxlaqı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net