< <
10 / total: 13

MÖMİNLƏRİ XOŞAGƏLMƏZ LƏQƏBLƏ ÇAĞIRMAMAQ

Bir-birinə xoşagəlməz ləqəblərlə xitab etmək hər şeydən əvvəl inkarçıların öz aralarında göstərdiyi rəftardır. Buradakı məqsəd pis ləqəblə çağırılan adamın hörmətdən salınması və digərlərinin ondan "üstün" olduğunun vurğulanmasıdır.

Pis ləqəb fiziki bir qüsurun ifadəsi ola biləcəyi kimi, insanın keçmişdə etdiyi səhv bir hərəkət də ola bilər. İnkarçıların ən əhəmiyyətli xüsusiyyətlərindən biri belə hərəkətləri əsla unutmamaları və bir daha həyatı boyu təkrarlanmasa da, adama hər zaman o hərəkəti yaraşdırmalarıdır.

Halbuki, möminlər istər bağışlayıcı olmaları və istərsə də aralarındakı həmrəylik səbəbindən belə davranışa yol verməzlər. Çünki "... Bir-birinizi pis ləqəblərlə çağırmayın..." (Hucurat surəsi, 11) ayəsi iman edənləri bu cür rəftardan uzaq tutar.

ƏMANƏTİ SAHİBİNƏ VERMƏK
VƏ ƏMANƏTƏ XƏYANƏT ETMƏMƏK

Quranda həm əxlaqi prinsip, həm də yerinə yetiriləcək işlərdə müvəffəqiyyət səbəbi olaraq əmanət, əmanət sahibi anlayışları üzərində dayanılır. Mömin ona verilən əmanətlərə qarşı diqqətli olub özünə göstərilən etibarı doğruldar. Bundan əlavə, əmanəti kimə verməli olduğunu, yəni kimin əmanət sahibi olduğunu da yaxşı bilməlidir. Quranda bu mövzuya belə diqqət çəkilir:

     
 

Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allah`ın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah eşidəndir, görəndir.(Nisa surəsi, 58)

... Kim əhdini yerinə yetirsə və (Allah`dan) qorxsa, şübhəsiz ki, Allah müttəqiləri sevər.(Ali-İmran surəsi, 76)

 
     

Əmanət maddi dəyəri olan qiymətli əşya olduğu kimi vəzifə və ya məsuliyyət də ola bilər. Mömin ağıllı surətdə və uzaqgörənliklə kimlərin əmanət sahibi olduğunu, hansı əmanəti kimə verəcəyini təsbit etməlidir.

QƏRARLILIQ

Möminin ən nəzərə çarpan xüsusiyyətlərindən biri də son dərəcə qərarlı olmasıdır. Heç bir zaman şövqünü, həyəcanını itirməz. Bütün işlərini Allah`ın rizasını qazanmaq üçün edər. Bu səbəbdən, heç bir çətinlik onu yolundan döndərə bilməz. İnsanların onun haqqında nə düşünəcəyi də əhəmiyyətli deyil. Yeganə hədəfi Allah`ın razılığıdır, bütün həyatını bu hədəfə yönəldər. Qurana və Peyğəmbərimizin (s.ə.v.) əmrlərinə görə yaşayar. Peyğəmbərimiz (s.ə.v) də özünə verilən elm və hikmətlə əlaqədar bir hədisi-şərifində belə bir örnək vermişdir:

Allah`ın mənimlə göndərdiyi elm və hidayətin misalı bir əraziyə düşən yağış kimidir. (Bilindiyi kimi) bəzi yerlər var, təbiəti gözəldir, suyu qəbul edər. Orada bolluca ot-bitki yetişər. Bir qisim yerlər var ki, münbit (bərəkətli) deyildir, orada ot bitməz, amma suyu tutar. Oranın tutduğu su ilə Cənabi-Haqq insanları yararlandırar: bu sudan özləri içər, heyvanlarını sulayar və əkin əkərlər. Başqa bir yer də var ki, nə suyu tutar, nə də ot bitirər. (Kutubi-sittə 2-ci cild, səh. 336)

Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v.) tətbiqatı möminlər üçün qəti bir hökmdür. Buna görə də hər bir mömin Peyğəmbərimizin (s.ə.v.) sünnəsinin qaynağının Allah`ın vəhyi olduğunu bilməli və sünneyi-səniyyəni qərarlı şəkildə yerinə yetirmənin iman əlaməti olduğunu unutmayıb bu mövzuda ciddi olmalıdır.

Müsəlman bütün ibadətlərində səmimi və qərarlıdır. Məsələn, Allah namazı beş vaxt olaraq fərz buyurmuşdur. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində axirətdə hesabı aparılacaq ilk əməlin namaz olduğunu və qulun namazları tamam olarsa xilas olacağını, əks təqdirdə, hüsrana uğrayacağını bildirmişdir.

İbni Məsuddan rəvayət edilən bir başqa hədisdə "Rəsulullaha: Hansı əməl daha fəzilətlidir?" deyə soruşulduğunda hz. Muhəmmədin (s.ə.v): "Vaxtında qılınan namaz."  (Buxari, Məvakit 5, Cihad 1, Ədəb 1, Tövhid 48; Müslim, İman 137-139. Ayrıca, bax: Tirmizi, Salat 14, Birr 2; Nəsai, Məvakit 51). deyə cavab verdiyi bildirilmişdir. İman edən insan bütün bunlar haqqında ətraflı düşünər və Allah'ın bütün hökmlərini qərarlılıqla yerinə yetirər.

Möminlərin qərarlılığını Allah müxtəlif şəkillərdə sınayır. Məsələn, Allah möminləri öyrətmək üçün bir müddət çətinlik verə bilər. Quranda bu vəziyyət belə açıqlanır:

     
 

Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver.(Bəqərə surəsi, 155)

 
     

Qəti qərarlılığa sahib olan mömin ayədə ifadə edildiyi kimi, özünə verilən bütün bu çətinliklərə səbir edər. Quranda Allah möminlərin bu rəftarını ayələrində belə tərifləyir:

     
 

Neçə-neçə peyğəmbər (olmuşdur ki,) bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbir edənləri sevir. Onların dedikləri ancaq: "Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!" olmuşdur. (Ali-İmran surəsi, 146-147)

 
     

Çətinliklərə sinə gərməmək isə möminə yaraşan rəftar deyil:

     
 

Ancaq Allah`a və axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər (döyüşə getməmək məqsədilə) səndən izn istəyirlər. Onlar öz şübhələri içində tərəddüd edirlər.(Tövbə surəsi, 45)

 
     

Çətinliklərlə yanaşı, ələ keçən yaxşı imkanların da insan üzərində zəiflədici təsiri var. Rahatlıq çox adamın həyəcanının və şövqünün sönməsinə səbəb ola bilər. Ancaq unutmaq olmaz ki, Allah`dan bir nemət gəldiyində təkəbbürlənmək və Allah`dan üz çevirmək inkarçıların xüsusiyyətidir. Quranda bu vəziyyət belə təsvir edilir:

     
 

İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi.(Yunis surəsi, 12)

 
     

Halbuki, belə bir şey iman edən bir insana aid deyil. Əllərinə nə cür yaxşı imkan keçirsə-keçsin (lüks, pul, iqtidar kimi), bu onların qərarlılığını pozub zəifləmələrinə səbəb olmaz. Çünki mömin bütün bunların Allah`dan gələn bir nemət olduğunun və Allah diləyərsə, bunları geri ala biləcəyinin fərqindədir. Bu səbəblə, əsla təkəbbürlənməz.

Ciddi səy göstərmək, işi möhkəm tutmaq, zəiflik göstərməmək, həddi aşmamaq möminlərin qərarlı və sabit xarakterlərinin göstəricilərindəndir. Bir ayədə, "axirət üçün ciddi səy göstərənlər"dən belə bəhs edilir:

     
 

Kim də axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar.(Huməzə surəsi, 1-9)

 
     

Zəiflik göstərməmək, həmişə şövqlü və həyəcanlı olmaq Allah`ın Quranda bildirdiyi əmrlərdəndir. Bir ayədə belə buyurulur:

     
 

Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız (Ali-İmran surəsi, 139)

 
     

Əvvəl də ifadə etdiyimiz kimi, qərarlılıq və sabitlik iki əhəmiyyətli mömin xüsusiyyətidir. Möminlər "Möminlərin içərisində Allah`a etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər" (Əhzab surəsi, 23) ayəsində olduğu kimi, ölənə qədər eyni qərarlılıq və sabitliyi Allah`ın rizasını qazanmaq üçün göstərən insanlardır. Möminlərin bu xüsusiyyətlərinin əhəmiyyəti Quranda "münafiq " olaraq adlandırılan və möminlərin arasından çıxan ikiüzlü insanların əxlaqı düşünüldüyü zaman daha yaxşı ortaya çıxır.

Nə edəcəyi bilinməyən, möminlərin yanında bir cür, inkar edənlərin yanında başqa cür hərəkət edən münafiq xarakterli şəxslər qeyri-stabil ruhi hal içindədirlər. Möminlər bir müvəffəqiyyətə nail olduğu zaman "Biz də sizinlə idik" demələri, ya da çətinliyə düşdükdə möminlərdən uzaq dayanmağa çalışmaları bunun ən açıq göstəricilərindəndir:

İnsanın ibadətlərində qərarlı olması da sabitlik cəhətdən əhəmiyyətli bir nümunədir. Qurandakı "əqəbə (maneə)" (Bələd surəsi, 11) anlayışı qərarlılıq və sabitliyin əhəmiyyətini açıqlayır. Qərarlılıq və sabitliyin son nöqtəsi isə ölümdür. Mömin ölənə qədər səbir etməklə məsuldur. Allah bir ayəsində belə buyurur:

     
 

Sənə beyət edənlər Allah`a beyət etmiş olurlar. Allah`ın əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allah`la bağladığı əhdinə sadiq qalsa, (Allah) ona böyük mükafat verər.(Fəth surəsi, 10)

 
     

 

10 / total 13
"Harun Yəhyanın Quran Əxlaqı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top