< <
13 / total: 13

Yaradılış həqiqəti - 2
(Fosillər təkamülü inkar edir)

 
Timsah fosili və hal-hazırda yaşayan timsah

Dövr: Kaynozoy erası,
Eosen dövrü, yaş: 54 - 37 milyon il
Ərazi: Şimali Afrika

Adətən, tropik ərazilərdə yaşayan timsahların məlum olan ən qədim nümunələri bundan təxminən 200 milyon il əvvəl yaşamışdır. 200 milyon il əvvəl yaşamış timsahların, şəkildə fosil nümunəsi görünən təxminən 50 milyon il əvvəl yaşayanların və günümüzdəkilərin bir-birilərindən heç bir fərqi yoxdur.

Üstdə milyonlarla il əvvəl yaşayan atalarından heç bir fərqi olmayan dövrümüzdə yaşayan timsahı görürük .

 
Şəkildə görünən qırxayaq  növünün xüsusiyyəti bədən quruluşlarının soxulcan və ya ip formasında, antenlərinin və qıçlarının isə qısa olmasıdır

Dövr: Kaynozoy erası,
Eosen dövrü, yaş: 45 milyon il
Ərazi: Rusiya

Şəkildə görünən qırxayaq növünün xüsusiyyəti bədən quruluşlarının soxulcan və ya ip formasında, antenlərinin və qıçlarının isə qısa olmasıdır. 45 milyon il əvvəl yaşamış bəhsi keçən qırxayaqlarla, hal-hazırda yaşayan bu ailəyə daxil olan qırxayaqların tamamilə bir-birinin eynisi olması darvinizmin böyük yalandan ibarət olduğunun dəlilidir.

Üstdə 45 milyon illik qırxayaq fosilindən heç bir fərqi olmayan dövrümüzün qırxayaqlarına bir nümunə.

 
Pelobatidae  ailəsinə daxil olan bu qurbağa cinsinin bir qismi arxa ayaqları ilə torpağı qazaraq torpağın altında, bir qismi də sulu mühitlərdə yaşayır

Dövr: Kaynozoy erası,
Eosen dövrü, yaş: 50 milyon il
Ərazi: Messel, Almaniya

Pelobatidae ailəsinə daxil olan bu qurbağa cinsinin bir qismi arxa ayaqları ilə torpağı qazaraq torpağın altında, bir qismi də sulu mühitlərdə yaşayır. Darvinistlər guya amfibiyaların atasının balıqlar olduğunu iddia edirlər. Ancaq bu iddialarını sübut edəcək heç bir tapıntıları yoxdur.

Evrim Efsanesi.com


Üstdə sağda, pelobatidae ailəsinə aid bugünkü qurbağalar.

 
Yuxarıdakı And ayısı fosili bəhs olunan canlıların tarixin hər dövründə eyni olduqlarını ortaya qoyur

Dövr: Mezozoy erası,
Tabaşir dövrü, yaş: 85 milyon il
Ərazi: Çin, dövrümüzdəki And ayısı

Yuxarıdakı And ayısı fosili bəhs olunan canlıların tarixin hər dövründə eyni olduqlarını ortaya qoyur. 85 milyon il əvvəl yaşamış bu canlının diş quruluşu, göz çuxurları, çənə quruluşu və s. And ayılarının on milyon illərdir dəyişmədiklərini, yəni təkamül keçirmədiklərini söyləyir. Fosil tapıntılarının göstərdiyi həqiqət canlıların mənşəyinin kor təsadüflər deyil, yaradılış olduğudur.

 
əncir fosili

Dövr: Mezozoy erası, Tabaşir dövrü
Yaş: 70 milyon il
Ərazi: Montana, ABŞ

Əncir 800-dən çox növü olan kolluq və ya ağac formasında Fikus cinsindən olan bitkilərin meyvəsidir. Şəkildə görünən 70 milyon illik əncir fosili təkamülçülərin yalnız heyvanların mənşəyini açıqlamaqda deyil, bitkilərin mənşəyini açıqlamaqda da aciz olduqlarının nümunələrindəndir.

Yaratılış Müzesi.com

Yuxarıda heç bir dəyişikliyə məruz qalmayan indiki əncirlər.

 
95 milyon ildir eyni qalan skatlar çox mühüm bir həqiqəti bütün dəqiqliyi ilə göz önünə sərir: canlıların quruluşundakı dəyişməzlik təkamülü rədd edir

95 milyon ildir eyni qalan skatlar çox mühüm bir həqiqəti bütün dəqiqliyi ilə göz önünə sərir: canlıların quruluşundakı dəyişməzlik təkamülü rədd edir. Fosillər təkamül ssenarilərinin həqiqətdən kənar olduğunu aşkar etmiş, yaradılışın rədd edilməsinin mümkün olmadığını göstərmişdir.

Darwinizmin Sonu.com


95 milyon illik skat fosili ilə eyni xüsusiyyətlərə malik olan dövrümüzdəki skat yuxarıda.

 
Təbiət tarixi ərzində yaşamış canlılarla bağlı məlumat qaynağımız olan fosillərdən aydın olduğu kimi, yer üzündə daim tam xüsusiyyətlərə malik canlılar yaşamışdır

Dövr: kaynozoy erası, Eosen dövrü
Yaş: 45 milyon il
Ərazi: Litva

Təbiət tarixi ərzində yaşamış canlılarla bağlı məlumat qaynağımız olan fosillərdən aydın olduğu kimi, yer üzündə daim tam xüsusiyyətlərə malik canlılar yaşamışdır. Bu canlıların ayaqları, əlləri, qanadları, dəriləri, ağciyərləri, kəllələri, sümük quruluşları və s. daim əskiksiz, xüsusi və ən ideal quruluşda olmuşdur. Şəkildə görünən 45 milyon illik göbələk ağcaqanadı fosili də bu həqiqətin dəlillərindən biridir.

Canlıların Evrimi.com

Üstdə 45 milyon illik fosildəki nümunəsindən heç bir fərqi olmayan bugünkü göbələk ağcaqanadı görülür.

 
Təkamülçülərin elmi şəkildə heç cür izah edə bilmədikləri mövzulardan biri də sürünənlərin mənşəyidir

Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 50 milyon il
Ərazi: Messel, Almaniya

Təkamülçülərin elmi şəkildə heç cür izah edə bilmədikləri mövzulardan biri də sürünənlərin mənşəyidir. İlan, timsah, dinozavr və ya kərtənkələ kimi çox fərqli sürünən sinifləri arasında da aşılmaz sərhədlər var. Bu fərqli siniflərin hər biri fosil qeydlərində bir-birilərindən çox fərqli quruluşları ilə və birdən-birə meydana çıxır. Allah bütün canlıları bir anda əskiksiz olaraq yaratmışdır.

Evrim Belgeseli.com

Yuxarıda, sağda dövrümüzdəki ilanlara bir nümunə.

 
Təxminən 150 ildir aparılan qazıntılarda əldə edilən fosil tapıntılarında yarısı inkişaf etmiş, guya primitiv, iki fərqli növün xüsusiyyətlərini daşıyan (məsələn, yarısı ayıdöşəyi otu, yarısı çırpı) bir dənə belə bitki fosilinə rast gəlinməməsi bitkilərin təkamülü iddiasını yıxmışdır

Dövr: Paleozoy erası, Karbon dövrü
Yaş: 300 milyon il
Ərazi: İngiltərə  

Təxminən 150 ildir aparılan qazıntılarda əldə edilən fosil tapıntılarında yarısı inkişaf etmiş, guya primitiv, iki fərqli növün xüsusiyyətlərini daşıyan (məsələn, yarısı ayıdöşəyi otu, yarısı çırpı) bir dənə belə bitki fosilinə rast gəlinməməsi bitkilərin təkamülü iddiasını yıxmışdır. Bu iddianı yıxan başqa tapıntı da saysız yaşayan bitki fosilidir.

Bitki Dünyası.net

Üstdə ayıdöşəyi otunun dövrümüzdəki canlı nümunəsi görünür.

 
Şəkildə görünən ənbər içindəki donqar ağcaqanad 45 milyon yaşındadır

Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 45 milyon il
Ərazi: Rusiya

Şəkildə görünən ənbər içindəki donqar ağcaqanad 45 milyon yaşındadır. Phoridae ailəsinə daxil olan donqar ağcaqanadlarının məlum olan təxminən 3000 növü var. Donqar ağcaqanadlar milyon illərdir eyni quruluşlarını qoruyurlar. 45 milyon illik ənbər də bu həqiqətin sübutlarındandır.

Net Cevap.org

Üstdə milyon illər ərzində eyni xüsusiyyətlərə malik olan donqar ağcaqanadlarına bir nümunə.

 
Yarpaq böcəkləri dünyanın bir çox ərazisində yaşayan canlılardır

Dövr: Kaynozoy erası, Oliqosen dövrü
Yaş: 25 milyon il
Ərazi: Dominikan Respublikası  

Yarpaq böcəkləri dünyanın bir çox ərazisində yaşayan canlılardır. Bütün qışı daş və ya torpağın altında qalır, yaz aylarında ortaya çıxırlar. Şəkildə görünən ənbər içindəki yarpaq böcəyi təxminən 25 milyon yaşındadır. Dövrümüzdəki yarpaq böcəklərinin bundan 25 milyon il əvvəl yaşayanlarla eyni olması təkamül nəzəriyyəsini tamamilə məhv edir.

www.yasayanfosiller.com

Yuxarıda milyon illərdir heç bir dəyişikliyə məruz qalmayan dövrümüzdəki yarpaq böcəyi görünür.

 
Darvinin özü də nəzəriyyəsinin ziddiyyətli, əsassız və həqiqətdən kənar bir iddia olduğunun fərqində idi və bu istiqamətdəki şübhələrini ifadə edirdi

Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 50 milyon il
Ərazi: Cache Creek, Kanada

Darvinin özü də nəzəriyyəsinin ziddiyyətli, əsassız və həqiqətdən kənar bir iddia olduğunun fərqində idi və bu istiqamətdəki şübhələrini ifadə edirdi. Yaxın dostu Asa Qraya yazdığı bir məktubunda təkamül nəzəriyyəsinin fərziyyədən ibarət olduğunu belə dilə gətirmişdir: “Çox yaxşı bilirəm ki, fərziyyələrim qanuni elmin sərhədlərinin çox irəlisinə uzanmışdır”. (N.C. Gillespie, Charles Darwin and the Problem of Creation, 1979, səh. 2)

Üstdə, sağda dövrümüzdəki qaraağac yarpağı

 

 

13 / total 13
"Harun Yəhyanın Quran Əxlaqı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top