Kainatın Yaradılışı

KİTABI ENDİRİN

Download (DOC)
Download (MP3)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
6 / total: 10

V Fəsil: Mavi Planet

“Yer kürəsi: atmosferi və okeanlarıyla, mürəkkəb biosferiylə, uyğun şəkildə oksidləşdirilmiş qabığıyla, zəngin silisium yataqlarıyla, çökmə və ya maqmatik süxurlarıyla, zəngin buzlaqları, səhraları, meşələri, tundraları, otlaq sahələri, şirin sulu gölləri, kömür və neft yataqları, vulkanları, heyvanları, bitkiləri, maqnit sahəsi, okean dibi relyefi və hərəkətli maqmasıyla... heyrətləndirəcək dərəcədə mürəkkəb sistemdir”. Amerikalı geoloq C. Levis (J. S. Lewis) 54

Əgər Günəş sistemində bir səyahətə çıxsanız olduqca qəribə bir mənzərə ilə qarşılaşarsınız. Səyahətə sistemin ən kənarından başladığınızı fərz edək. İlk qarşılaşacağınız cırtdan planet Pluton olacaq. Bu kiçik göy cismi, olduqca "soyuq" bir yerdir. Təxminən -238 ⁰C qədər!.. Bu dondurucu soyuqluqdakı planetin çox nazik atmosferi var. Lakin bu atmosfer sadəcə eliptik bir orbitə sahib olan planetin Günəşə yaxın olduğu dövrlərdə qaz halında olur. Digər vaxtlarda isə buz kütləsinə çevrilir. Bir sözlə, Pluton ölü bir buz kütləsidir.

Günəş sisteminin mərkəzinə bir qədər də irəlilədiyiniz vaxt Neptunla qarşılaşarsınız. Bu planet də olduqca "soyuq"dur: Səth temperaturu -218 ⁰C-dir. Hidrogen, helium və metan qazlarından ibarət atmosferi insan üçün zəhərlidir. Üstəlik, planetin səthində sürəti saatda 2000 km-ə çatan qorxunc fırtınalar əsir.

Mərkəzə doğru bir qədər də irəlilədiyiniz vaxt, Urana çatarsınız. Uran özündə böyük miqdarda qaya və buz ehtiva edən bir "qaz planet"dir. Atmosfer temperaturu -214 ⁰C-dir. Hidrogen, helium və metan tərkibli atmosferi həyat üçün qətiyyən əlverişli deyil.

Səfərə davam etdiyiniz vaxt Saturna çatarsınız. Günəş sisteminin bu ikinci böyük planeti ətrafındakı halqalarıyla tanınır. Bu halqalar qaz, buz və toz parçalarından ibarətdir. Əsil qəribə olan Saturnun quruluşudur. Planet tam mənasıyla bir qaz planetidir, kütləsinin 75%-ni hidrogen, 25%-i isə heliumdan ibarətdir. Sıxlığı suyun sıxlığından belə azdır. Bundan ötrü də, əgər Saturna bir kosmik gəmi endirmək istəsəniz, onu üzə bilən "şişmə qayıq" kimi dizayn etməli olarsınız. Temperatur bu planetdə də çox aşağıdır: -178 ⁰C.

Allah gökleri ve yeri hak olarak yarattı. Şüphesiz, bunda iman edenler için bir ayet vardır.
(Ankebut Suresi, 44)

Bir qədər daha irəlilədiyiniz vaxt Günəş sisteminin ən böyük planeti olan Yupiterə çatarsınız. Kütləsi yerin 318 misli olan Yupiter də qaz planetidir. Yupiter planetinin atmosferi, səthi və daxili quruluşu arasında fərqləndirmə etmək çətin olduğundan "atmosfer temperaturu" anlayışından istifadə etmək də, eyni dərəcədə çətindir. Lakin planetin atmosferi hesab edilə biləcək üst hissələrindəki temperatur -143 ⁰C-dir. Yupiterin üzərində olan böyük qırmızı ləkənin varlığı, təxminən 300 ildir ki, yerdəki müşahidəçilərə məlumdur. Bu qırmızı ləkənin içinə iki yer kürəsi sığacaq qədər böyük bir fırtınadan başqa bir şey olmadığı isə dövrümüzdə məlum olmuşdur. Bir sözlə, Yupiter üzərində heç bir quru parçası olmayan, sümüyə işləyən bir soyuğun hökm sürdüyü, yüzlərlə il davam edən böyük fırtınaların yaşandığı, maqnit sahəsi vasitəsilə hər canlını dərhal öldürəcək ürpərdici bir planetdir. Yupiterdən sonra Mars gəlir. Marsın atmosferi böyük miqdarda karbon qazı ehtiva edən zəhərli qarışıqdır. Planetdə qətiyyən su yoxdur. Səthində böyük meteoritlərin toqquşmasından meydana gələn nəhəng kraterlər diqqət çəkir. Çox güclü küləklər və aylarla davam edən qum fırtınaları hökm sürür. Temperatur -53 ⁰C-yə yaxındır. Barəsində edilən bütün fərziyyələrə baxmayaraq, Mars ölü planetdir.

Marsdan sonra qarşımıza çıxan mavi planeti, yəni yer kürəsini hələlik bir kənara qoyaq. Növbəti olaraq gedəcəyimiz planet Veneradır. Venerada daha əvvəl rast gəldiyimiz dondurucu soyuqların əksinə, qızmar istilik hökm sürür. Temperatur səthdə təxminən 450 ⁰C-yə qədər çatır. Bu, qurğuşunu belə əritməyə kifayət edəcək bir temperaturdur. Veneranın digər bir xüsusiyyəti isə sıx karbon qazı təbəqəsindən ibarət ağır atmosferidir. Atmosfer təzyiqi, səthdə 90 atmosferə çatır. Bu, dünyada dənizin 1 km dərinliyindəki təzyiqə bərabər təzyiqdir. Həmçinin Veneranın atmosferində kilometrlərlə qalınlığa malik sulfat turşusu təbəqələri var. Buna görə də, planetə həmişə məhvedici turşulu yağışlar yağır. Cəhənnəmi xatırladan belə bir mühitdə heç bir canlı yaşaya bilməz.

Hələ də Günəşə doğru irəliləməyə davam etsəniz sistemin ən başındakı Merkuri planetinə çatarsınız. Merkurinin ən qəribə xüsusiyyəti, öz ətrafında görünməmiş dərəcədə yavaş fırlanmasıdır. Öz ətrafındakı fırlanma sürəti demək olar ki, Günəşin ətrafında fırlanma sürəti qədər yavaşdır. Belə ki, Merkuri Günəş ətrafında iki dəfə fırlandıqda öz ətrafında yalnız üç dəfə fırlanmış olar. Yəni iki ili üç gününə bərabərdir. Gecə ilə gündüzün bu qədər uzun davam etməsi, planetin bir üzünü qızartdığı halda, o biri üzünü dondurar. Bundan ötrü də, gecə ilə gündüz arasındakı temperatur fərqi təxminən 1000 ⁰C-yə çatar. Əlbəttə ki, belə bir mühit heç bir canlının sağ qalmasına imkan verməz.

Güneş Sistemi'ndeki gezegenler arasında Dünya'ya yakın özelliklere sahip olan Mars bile, gerçekte Dünya ile asla kıyaslanamayacak kadar kuru ve ölü bir kaya yığınıdır.

Bir sözlə, Günəş sistemində olan səkkiz planetin yeddisində (və bunların burada toxunmadığımız 172 peykində) həyat üçün əlverişli şərait yoxdur. Hər biri ölü və səssiz bir maddə yığınıdır.

Lakin yer kürəsi bu planetlərdən çox fərqlənir. Çünki atmosferindən relyef formalarına, temperaturundan maqnit sahəsinə, elementlərindən Günəşə olan məsafəsinə qədər, istənilən tarazlığı tamamilə həyat üçün əlverişli şəkildə yaradılmışdır.

Venüs’ün Korkunç Yüzeyi

Venüs'ün yüzeyinde ısı yaklaşık 450°C'ye kadar ulaşır. Bu sıcaklık, kurşunu bile eritmeye yeter. Nitekim gezegenin yüzeyi, adeta lavlarla kaplı bir ateş topu gibidir. Sülfürik asit katmanları ile dolu olan atmosfer, sürekli asit yağmurları yağdırır. Atmosfer basıncı ise, Dünya'da denizin 1 km. derinliğindeki basınca eş değerdir.

"Adaptasiya" Yanılmasına Qarşı Bir Xüsus

Bu başlıqda üzərində yaşadığımız Yer planetinin həyat üçün xüsusi olaraq yaradıldığını və bütün xüsusiyyətlərinin bu məqsəd əsasında təşkil olunduğunu araşdıracağıq. Lakin bundan əvvəl mövzunun doğru şəkildə aydınlaşması üçün xatırlatma etməkdə fayda var. Bu xatırlatma xüsusilə təkamül nəzəriyyəsini elmi həqiqət zənn etməyə alışmış və "adaptasiya" anlayışına qəti şəkildə inanan insanlar üçündür.

Adaptasiya "uyğunlaşmaq" deməkdir. Bütün canlıların ortaq bir əcdaddan təsadüflərlə törədiklərini müdafiə edən təkamül nəzəriyyəsi isə adaptasiya anlayışından tez-tez istifadə edir. Təkamülçülər canlıların yaşadıqları mühitlərə uyğunlaşa-uyğunlaşa sonunda yepyeni canlı növlərinə çevrildiklərini iddia edirlər. Bu iddianın əsassızlığını, canlıların təbii mühit şərtlərinə uyğunlaşma mexanizmlərinin sadəcə müəyyən sərhədlər çərçivəsində gerçəkləşdiyini və əsla bir növü başqa bir növə çevirə bilməyəcəyini başqa çalışmalarımızda nəzərdən keçirmişdik55 (baxın: Təkamül yanılması başlığı). Əslində, adaptasiya ilə təkamül keçirmə anlayışı Lamark dövründəki primitiv elm anlayışından qalmışdır və çoxdan elmi kəşflər tərəfindən rədd edilmişdir.

Lakin elmi təməli olmamasına baxmayaraq, adaptasiya fikri əksər insana təsir edir. Xüsusilə də burada bəhs edəcəyimiz mövzu baxımından. Bu insanlar özlərinə yer kürəsinin həyat üçün xüsusi yaradılmış bir planet olduğu deyildikdə dərhal: "bu cür bir planetin şəraitində belə bir həyat meydana gəlibsə başqa planetlərdə başqa cür həyatlar meydana gələ bilər" düşüncəsinə qapılırlar. Məsələn, yer kürəsində bizim kimi insanlar yaşadığı bir vaxtda, Pluton kimi bir planet üzərində isə -238 ⁰C dərəcədə tərləyən, oksigen əvəzinə heliumla tənəffüs edən və ya su əvəzinə sulfat turşusu içən kiçik yaşıl insanların yaşaya biləcəyini düşünürlər. Hollivud studiyalarında çəkilən və bu xəyali kiçik yaşıl insanları əks etdirən bəzi elmi-fantastik filmlər də, bu insanların xəyal güclərini artıqlamasıyla bəsləyir.

Halbuki bu xəyal gücünün altında cəhalət yatır. Necə ki, biologiya və biokimya haqqında məlumat sahibi olan təkamülçülər bu cür fantaziyaları müdafiə etməzlər. Çünki həyatın yalnız müəyyən elementlər və müəyyən şərtlər təmin edildiyi təqdirdə mövcud ola biləcəyini çox yaxşı bilirlər. Kiçik yaşıl insanlar nağılını müdafiə edənlər demək olar ki, həmişə təkamül anlayışına kor-koranə inanan, lakin biologiya və biokimya haqqında elə də bir şey bilməyən və bu məlumatsızlığın verdiyi cəsarətlə uydurma ssenarilər yaradan insanlardır.

Bundan ötrü də, bəhs olunan adaptasiya yanılmasını ortadan qaldırmaq üçün bunu qeyd edək: həyat yalnız müəyyən elementlər və müəyyən şərtlər təmin edildiyi təqdirdə mövcud ola bilər. Elmi həqiqəti olan yeganə həyat modeli "karbon əsaslı bir həyat"dır və elm adamları kainatın heç bir nöqtəsində başqa cür bir fiziki həyatın ola bilməyəcəyi nəticəsinə gəliblər.

Karbon dövri cədvəldə altıncı elementdir. Bu atom yer kürəsindəki həyatın təməlidir, çünki bütün əsas üzvi molekullar (amin turşuları, zülallar, nuklein turşuları kimi) karbon atomunun bəzi digər atomlarla müxtəlif formalarda birləşməsiylə meydana gələr. Karbon, hidrogen, oksigen və azot kimi digər atomlarla birləşərək bədənimizdəki milyonlarla fərqli zülal növünü meydana gətirər. Karbonu əvəz edə biləcək hər hansı element yoxdur, çünki sonrakı hissələrdə araşdıracağımız kimi, başqa heç bir element karbon kimi sonsuz növdə rabitə yaratma xüsusiyyətinə sahib deyil.

Dolayısilə kainatdakı hər hansı bir planetdə həyat meydana gələcəksə, bu mütləq "karbon əsaslı" bir həyat olmalıdır.56

Karbon əsaslı həyatın isə bəzi dəyişməz qanunları vardır. Məsələn, karbon əsaslı üzvi birləşmələr (misal üçün zülallar) yalnız müəyyən temperatur intervalında meydana gələ bilərlər. 120 ⁰C-dən yüksək temperaturda parçalanmağa, -20 ⁰C-dən aşağı temperaturda isə donmağa başlayarlar. Yalnız temperatur deyil, işıq, cazibə, atmosfer tərkibi, maqnit qüvvəsi kimi amillər də karbon əsaslı həyatın yaranmasına imkan vermək üçün, çox kiçik və bəzi məlum hüdudlar çərçivəsində olmalıdırlar. Yer kürəsi məhz bu olduqca kiçik və müəyyən çərçivədəki hüdudlara malikdir. Əgər bu hüdudların kənarına çıxılsa, məsələn, yer kürəsinin səth temperatu 120 ⁰C-ni keçsə, artıq yer kürəsində həyat ola bilməz.

Buna görə də, nə yer kürəsinin, nə də digər bir planetin üzərində -238 ⁰C-də tərləyən, oksigen əvəzinə heliumla tənəffüs edən və ya su əvəzinə sulfat turşusu içən kiçik yaşıl insanların yaşaması qeyri-mümkündür. Həyat, ancaq çox özünəməxsus və müəyyən şərtlərin yerinə yetirildiyi bir mühitdə meydana gələ bilər. Digər bir sözlə canlılar ancaq özləri üçün xüsusi olaraq yaradılmış bir məkanda yaşaya bilərlər.

Yer kürəsi Allahın həyatın mövcud olması üçün yaratdığı xüsusi məkandır.

Yer Kürəsinin Temperaturu

Dünya, bilinen tüm gökcisimlerinin aksine, yaşama elverişli bir atmosfere, ısıya ve yüzeye sahiptir. Güneş Sistemi'ndeki diğer 63 gök cisminden hiçbirinde yaşamın temel şartı olan su yoktur. Dünya'da ise yüzeyin dörtte üçü suyla kaplıdır.

Yer kürəsinin həyat üçün ən zəruri şərtləri əvvəla, temperaturu və atmosferidir. Mavi planet, canlıların, xüsusilə də bizim kimi olduqca mürəkkəb canlı varlıqların yaşaya biləcəyi temperatur səviyyəsinə və tənəffüs edə biləcəyi atmosferə malikdir. Lakin bu iki amil də bir-birindən olduqca fərqli amillərin hər biri üçün ideal qiymətlərin müəyyənləşdirilməsi sayəsində mümkün olmuşdur.

Bunlardan biri Yerin Günəşə olan uzaqlığıdır. Əlbəttə ki, Yer Günəşə Venera qədər yaxın və ya Yupiter qədər uzaq olsaydı yaşamağa imkan verəcək temperatur səviyyəsinə sahib ola bilməzdi. Karbon əsaslı üzvi molekullar, bir qədər əvvəl ifadə etdiyimiz kimi, 120 ⁰C ilə -20 ⁰C arasında tərəddüd edən temperatur intervalında meydana gələ bilər. Günəş sistemində bu temperatur səviyyəsinə sahib olan yeganə planet isə Yer kürəsidir.

Bütün kainat nəzərə alındıqda isə həyat üçün lazım olan bu temperatur intervalının, əslində, əldə olunması çox çətin interval olduğunu görərik. Çünki kainatdakı temperatur göstəriciləri ən isti ulduzlardakı milyardlarla dərəcəlik böyük temperatur göstəricilərindən "mütləq sıfır" nöqtəsi olan -273,15 ⁰C-yə qədər olan temperatur intervalında dəyişə bilir. Bu çox böyük temperatur intervalında karbon əsaslı həyatın yaranmasına imkan verən temperatur intervalı isə çox kiçik intervalda yerləşir. Lakin Yer kürəsi, tam bu temperatur intervalına malikdir.

Amerikalı geoloqlar Frank Press və Raymond Siver də Yer səthinin temperaturuna diqqət çəkirlər. Bildirdiklərinə görə: "həyat yalnız çox məhdud temperatur intervalında mövcud ola bilər... Eləcə də, bu temperatur intervalı Günəşin temperaturu ilə mütləq sıfır temperaturu arasında ola biləcək temperaturların təxminən 1%-lik hissəsini təşkil edir. Yer kürəsinin temperaturu, tam bu kiçik intervaldadır".57

Bu temperatur intervalının qorunub saxlanılması, əlbəttə ki, Günəş ilə Yer kürəsi arasındakı məsafə qədər Günəşin yaydığı istilik enerjisi ilə də yaxından əlaqəlidir. Hesablamalara görə, Yerə çatan Günəş enerjisindəki 10%-lik azalma, yer səthinin metrlərlə qalınlıqda buzlaq təbəqəsi ilə örtülməsiylə nəticələnəcək. Enerjinin bir qədər artması isə bütün canlıların qovrularaq ölməsinə səbəb olacaq.

Yer kürəsinin ideal temperaturunun, planetdə balanslı şəkildə paylanması da olduqca əhəmiyyətlidir. Necə ki, bu tarazlığın təmin edilməsi üçün çox xüsusi bəzi tədbirlər alınmışdır.

Dünya'nın Güneş'e olan uzaklığı, kendi etrafındaki dönüş hızı, ekseninin eğimi, yeryüzü şekilleri gibi birbirinden bağımsız pek çok etken, gezegenin yaşama uygun bir biçimde ısınmasını ve ısının gezegene dengeli bir biçimde yayılmasını sağlar.

Məsələn, Yerin xəyali oxunun orbit müstəvisinə olan 23⁰27′-lik meyilliyi qütblərlə ekvator arasında hava təbəqəsinin əmələ gəlməsinə maneə törədəcək normadan artıq istilik yaranmasının qarşısını alar. Əgər bu meyillik olmasaydı, qütblərlə ekvator arasındakı temperatur fərqi olduqca artacaq və yaşana biləcək hava təbəqəsinin yaranması qeyri-mümkün olacaqdı.

Yerin öz ətrafında yüksək fırlanma sürəti də temperaturun balanslı şəkildə paylanmasına kömək edir. Yer yalnız 24 saatlıq müddətdə öz ətrafında fırlanır və bu sayədə gecələr və gündüzlər qısa davam edir. Qısa davam etdikləri üçün də gecə ilə gündüz arasındakı temperatur fərqi çox azdır. Bu tarazlığın əhəmiyyəti bir günü bir ildən daha uzun davam edən və buna görə gecə-gündüz arasındakı temperatur fərqi 1000 ⁰C-yə çatan Merkuri ilə müqayisə edildikdə görülə bilər.

Yerin relyef formaları da temperaturun balanslı şəkildə paylanmasına kömək edir. Ekvatorla qütblər arasında təxminən 100 ⁰C-lik temperatur fərqi var. Əgər belə bir temperatur fərqi elə də kələ-kötür olmayan bir səthdə yaransaydı, sürəti saatda 1000 km-ə çatan fırtınalar yer səthini alt-üst edərdi. Halbuki yer səthi, temperatur fərqindən ötrü yarana biləcək güclü küləklərinin qarşısını alacaq kələ-kötürlüklərlə təchiz olunub. Bu kələ-kötürlüklər, misal üçün, Alp-Himalay dağ qurşağı, Çində Himalay dağlarıyla başlayıb, Anadoluda Tavr (Toros) dağları ilə davam edərək Avropada Alp dağlarına qədər uzanır və qərbdə Atlantik okeanına, şərqdə isə Sakit okeana qədər gedib çıxır. Okeanlarda isə ekvator üzərində yaranan yüksək temperatur suyun istiliyi mütənasib şəkildə paylaması sayəsində şimala və cənuba doğru ötürülər.

Eləcə də, Yer kürəsinin atmosferində temperaturu fasiləsiz şəkildə tarazlayan bəzi avtomatik sistemlər də var. Məsələn, bir bölgə həddən artıq isindikdə buxarlanma prosesi sürətlənir və buludlar çoxalır. Bu buludlar isə Günəşdən gələn şüaların bir hissəsini əks etdirərək aşağıdakı havanın və səthin daha çox isinməsinə mane olur.

Yerin Kütləsi Və Maqnit Sahəsi

Yerin Günəşə olan məsafəsi, fırlanma sürəti və ya relyef formaları qədər böyüklüyü də əhəmiyyətlidir. Planetimizi kütləsinin ancaq 8%-i qədər kütləyə malik Merkuri və ya kütləsindən 318 misli qədər böyük kütləyə malik Yupiterlə müqayisə etdiyimiz vaxt planetlərin çox müxtəlif böyüklükdə ola biləcəklərini görərik. Bəs görəsən bu qədər müxtəlif ölçülü planetlər arasında planetimizin böyüklüyü təsadüfənmi təyin edilib?

Xeyr! Yer kürəsinin xüsusiyyətlərini araşdırdığımızda, üzərində yaşadığımız bu planetin tam lazımi böyüklükdə olduğunu görərik. Amerikalı geoloqlar Frank Press və Raymond Siver Yer kürəsinin bu cəhətdən "uyğunluğu" haqqında bu məlumatları verirlər:

“Yer kürəsinin böyüklüyü tam lazımi həddədir. Əgər daha kiçik olsaydı, cazibə qüvvəsi çox zəifləyəcək və atmosferi öz ətrafında tutub saxlaya bilməyəcəkdi, daha böyük oduğu halda, bu dəfə də cazibə qüvvəsi çox güclənəcək və bəzi zəhərli qazları da tutub saxlayaraq atmosferi öldürücü hala gətirəcəkdi...”58

Yerin kütləsi ilə yanaşı, daxili quruluşu da həyat üçün xüsusi quruluşa malikdir. Bu daxili quruluşdakı təbəqələr sayəsində Yer müəyyən maqnit sahəsinə malikdir və bu maqnit sahəsi həyatın qorunub saxlanması üçün çox əhəmiyyətlidir. Press və Siver bu mövzunu belə açıqlayırlar:

“Yer kürəsinin nüvəsi isə çox böyük həssaslıqla tarazlanmış və radioaktivlik vasitəsilə qidalanan istilik mühərrikidir... Əgər bu mühərrik daha yavaş işləsəydi qitələr indiki strukturlarına sahib olmazdılar... Dəmir heç vaxt əriməz və mərkəzdəki maye nüvəyə enməzdi və beləliklə də, Yerin maqnit sahəsi heç vaxt əmələ gəlməzdi... Əgər Yer kürəsinin daha çox radioaktiv yanacağı olsaydı və dolayısilə daha sürətli istilik mühərrikinə sahib olsaydı, vulkanik buludlar Günəşi örtəcək qədər qalın olar, atmosfer həddən artıq dərəcədə sıxlaşar və Yer səthi də demək olar ki, hər gün vulkanik partlayışlar və zəlzələlərlə sarsılardı”.59

1. erimiş demir çekirdek
2. erimiş kayalardan oluşan mağma tabakası
3. kabuk

Dünya'nın merkezinde bir tür "ısı motoru" vardır. Bu öylesine kusursuz bir biçimde ayarlanmıştır ki, hem Dünya'yı koruyan manyetik alanı oluşturacak kadar güçlü, hem de yerkabuğunu lavlara boğmadan taşıyacak kadar dengelidir.

Frank Press və Siverin bəhs etdikləri maqnit sahə həyatımız üçün böyük əhəmiyyətə malikdir. Bu maqnit sahə yuxarıda bildirildiyi kimi, Yerin nüvəsinin quruluşundan qaynaqlanır. Nüvənin tərkibində dəmir və nikel kimi maqnit xüsusiyyətə malik ağır elementlər var. Daxili nüvə bərk, xarici nüvə isə maye halındadır. Nüvənin bu iki təbəqəsi bir-birinin ətrafında hərəkət edir. Bu hərəkət ağır metallar üzərində bir növ maqnitləşmə təsiri yaradaraq maqnit sahəsini əmələ gətirir. Atmosferdən xeyli kənaradək uzanan bu sahə sayəsində Yer kürəsi kosmosdan gələn təhlükələrdən qorunar. Günəşdən başqa digər ulduzlardan gələn öldürücü kosmik şüalar Yer kürəsinin ətrafındakı bu qoruyucu qalxandan keçə bilmirlər. Xüsusilə də, Yer kürəsinin on minlərlə kilometr uzaqlıqda maqnit halqalar meydana gətirən Van Allen radiasiya qurşaqları Yer kürəsini bu öldürücü enerjidən qoruyur.

Bəhs olunan plazma buludlarının bəzi hallarda Xirosimaya atılan kimi 100 milyard atom bombasına bərabər olduğu hesablanmışdır. Eynilə kosmik şüalar da çox şiddətli ola bilərlər. Lakin Yerin maqnit sahəsi bütün bu öldürücü şüaların yalnız 0,1%-nin keçməsinə imkan verir və qalan 0.001%-lik şüalar da atmosfer tərəfindən udulur. Bu maqnit sahəsini yaratmaq üçün istifadə edilən elektrik enerjisi bir milyard amperlik cərəyan şiddətidir ki, bu da, insanların bütün tarix boyu istehsal etdiyi ümumi elektrik enerjisinə yaxındır.

Əgər Yer kürəsinin bu maqnit qalxanı olmasa Yer üzündəki həyat tez-tez öldürücü şüalarla məhv ediləcək, bəlkə də, heç vaxt mövcud olmayacaqdı. Lakin Pres və Siverin ifadə etdiyi kimi, Yer kürəsinin nüvəsi tam lazımi vəziyyətdə olduğu üçün Yer bu şəkildə qorunur.

Digər bir sözlə, səmada, Qurandakı: "göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər" (Ənbiya surəsi, 32) ayəsiylə bildirildiyi kimi həyatın davam edə bilməsi üçün qurulmuş özünəməxsus qoruyucu qalxan var.

Atmosferin uyğunluğu

NASA astronotları tarafından Filipinler üzerinde çekilen bir atmosfer görüntüsü

Yer kürəsi indiyə qədər araşdırdığımız kimi, həm həyat üçün lazımi temperatura, həm lazımi kütləyə, həm də həyatı qoruyub saxlayan xüsusi qalxanlara malikdir. Lakin bu şərtlər Yer üzündə həyatın mövcud olması üçün kifayət etmir. Çox mühüm olan digər bir şərt atmosferin quruluşudur.

Əvvəlki səhifələrdə də toxunduğumuz kimi, elmi-fantastik filmlər bəzən insanları yanlış istiqamətləndirirlər. Bunun bir nümunəsi bu filmlərdə tez-tez rast gəlinən "asan atmosfer uyğunluğu"dur. Kosmik gəmi ilə uzaq bir planetə yaxınlaşan insanlar planetə enmədən əvvəl atmosferinin tənəffüs üçün əlverişli olub-olmadığına baxarlar. Çox vaxt da, tənəffüs üçün əlverişli bir atmosfer çıxar. Bu ssenarilər bəşər oğlunun asanlıqla və təsadüfən əlverişli atmosferlər tapa biləcəyi təəssüratını vermək məqsədini daşıyır. Halbuki Yer kürəsinin atmosferi, həyat üçün zəruri olan olduqca xüsusi şərtləri bir yerə toplayaraq yaradılmış fövqəladə qarışıqdır.

Yer kürəsinin atmosferi 77% azot, 21% oksigen, 1% karbon və arqon, eləcə də, digər qazların qarışığından ibarətdir. Əvvəlcə bu qazların ən əhəmiyyətlisi olan oksigenlə başlayaq. Oksigen çox əhəmiyyətlidir, çünki insan kimi kompleks bədənlərə sahib canlıların enerji əldə etmək üçün, istifadə etdikləri əksər kimyəvi reaksiya oksigen sayəsində baş verər. Karbon birləşmələri oksigenlə reaksiyaya girirlər. Reaksiya nəticəsində su, karbon qazı və enerji alınır. Hüceyrələrimizdə istifadə etdiyimiz ATF (adenozintrifosfat) adlandırılan enerji paketləri bu reaksiya nəticəsində meydana gələrlər. Məhz biz də bundan ötrü daim oksigenə ehtiyac duyarıq və bu ehtiyacı ödəmək üçün tənəffüs edərik.

İşin maraqlı tərəfi tənəffüs etdiyimiz havadakı oksigen miqdarının olduqca həssas tarazlıqlar üzərində müəyyənləşdirilmiş olmasıdır. Maykl Denton bu mövzuda bunları yazır:

“Atmosferimiz, tərkibində daha çox oksigen saxlaya bilər və buna baxmayaraq, həyatın mövcud olmasına imkan verərdimi? Xeyr! Oksigen çox reaktiv bir elementdir. Hal-hazırda atmosferdə olan oksigenin miqdarı, yəni 21%, həyatın təhlükəsizliyi üçün keçilməməli hüdudların tam ideal nöqtəsindədir. 21%-lik göstəricinin üzərinə əlavə olunan hər 1%-lik oksigen miqdarı bir ildırımın meşə yanğını başlatma ehtimalını 70% artırar”.60

Atmosferdeki oksijen oranında yüzde 5'lik bir artış bile, Dünya üzerindeki ormanların büyük bölümünün yanmasına neden olacaktır.

İngilis biokimyaçı Ceyms Lavlok isə eyni mövzu barədə belə yazır:

“Oksigenin miqdarı 25%-dən artıq olsaydı hal-hazırda istifadə olunan bitki mənşəli qidaların çox az hissəsi, bütün tropik meşələri və arktika tundralarını yox edəcək nəhəng yanğınlardan qoruna bilərdi... Atmosferdəki hazırkı oksigen miqdarı, təhlükənin və faydanın çox yaxşı şəkildə tarazlandığı səviyyədədir”.61

Atmosferdəki oksigen miqdarının sabit qalması da, mükəmməl bir "geri çevrilmə" sistemi sayəsində baş verər. Heyvanlar həmişə oksigendən istifadə edər və özləri üçün zəhərli karbon qazı buraxarlar. Bitkilər isə bu əməliyyatın tam əksini həyata keçirər və karbon qazını həyat mənbəyi olan oksigenə çevirərək həyatın davam etməsini təmin edərlər. Hər gün bitkilər tərəfindən milyardlarla ton oksigen bu yolla istehsal edilərək atmosferə buraxılar.

Əgər bu iki canlı qrupu yəni bitkilər və heyvanlar eyni reaksiyanı gerçəkləşdirsəydilər Yer kürəsi çox qısa müddətdə yaşanılmaz bir planetə çevrilərdi. Məsələn, həm heyvanlar, həm də bitkilər oksigen meydana gətirsəydilər atmosfer qısa müddətdə "yanıcı" xüsusiyyət qazanar və ən kiçik bir qığılcım nəhəng yanğınlar törədərdi. Sonunda isə Yer kürəsi nəhəng "balon partlayışı" nəticəsində yanaraq qovrulardı. Eləcə də, həm bitkilər, həm də heyvanlar karbon qazı meydana gətirsəydilər, bu dəfə də, atmosferdəki oksigen sürətlə tükənər və bir müddət sonra canlılar nəfəs almalarına baxmayaraq, "boğularaq" kütləvi halda ölməyə üz tutardılar.

Lakin canlılar arasındakı tarazlıq elə mükəmməl yaradılmışdır ki, atmosferdəki oksigen miqdarı həmişə canlılar arasında ən ideal miqdarda olaraq, Lavlokun ifadəsiylə: "təhlükənin və faydanın çox yaxşı şəkildə tarazlandığı səviyyədə" qalır.

Atmosferin çox yaxşı şəkildə tarazlaşdırılmış digər bir cəhəti isə onun, tənəffüs etməyimizə imkan verən ideal sıxlığıdır.

Atmosfer Və Nəfəs

Həyatımızın hər dəqiqəsində nəfəs alarıq. Həmişə ciyərlərimizə hava çəkər və tezliklə həmin havanı geri verərik. Bunu o qədər çox edərik ki, "normal" bir əməliyyat olduğunu düşünərik. Halbuki, əslində, nəfəs almaq çox mürəkkəb əməliyyatdır.

Bədən sistemimiz elə tənzimlənmişdir ki, nəfəs alarkən bu işi düşünməyimizə ehtiyac qalmaz. Yeriyərkən, qaçarkən, kitab oxuyarkən hətta yatarkən, bədənimiz həmişə nə qədər nəfəs almalı olduğumuzu hesablayar və ciyərlərimizi bunun əsasında işlədər. Nəfəs almağa bu qədər çox ehtiyac duymağımızın səbəbi, bədənimizdə hər saniyə baş verən milyardlarla fərqli əməliyyatın həmişə oksigen sayəsində baş verən reaksiyalardan əldə etməsidir.

Hal-hazırda bu yazını oxuya bilməyiniz gözünüzün torlu qişa təbəqəsindəki milyonlarla hüceyrənin fasiləsiz şəkildə oksigenlə qidalanması sayəsində mümkün olur. Əgər qanınızdakı oksigen miqdarı azalsa "gözünüz qaralar". Bunun kimi, bədəndəki bütün əzələlərin, bu əzələləri təşkil edən hüceyrələrin hamısı karbon birləşmələrini "yandıraraq", yəni oksigenlə reaksiyaya daxil edərək enerji əldə edər. Bu enerji əldə edildikdə isə ortaya bədəndən kənarlaşdırılmalı olan karbon çıxar.

Məhz bunun üçün nəfəs alarıq. Havanı içimizə çəkdiyimiz vaxt, ağ ciyərlərimizdə olan təxminən 300 milyon kiçik kisəciyə oksigen dolar. Bu kisəciklərin divarlarını əhatə edən kapilyar damarlar dərhal bu oksigeni çəkər və əvvəlcə ürəyə, sonra isə bədənin hər yerinə daşıyarlar. Kapilyar damarlar oksigeni içəri alarkən, eyni anda tullantı maddəsi olan karbon qazını buraxarlar. Yarım saniyə davam etməyən bu əməliyyat sayəsində içimizə çəkdiyimiz təmiz (oksigenli) havanı çölə çirkli (karbon qazlı) hava olaraq verərik.

Ağciyərlərimizdə niyə 300 milyon kisəcik olduğunu düşünə bilərsiniz. Bundakı məqsəd ağciyərlərin hava ilə təmas edən sahəsini maksimuma həddə çatdırmaqdır. Kisəciklər sayəsində sıxışdırılmış bu sahə, əslində, o qədər böyükdür ki, əgər bu sahəni ağciyərin içindən çıxardıb düz bir səthə yaysaq bir tennis meydançası qədər yer tutar.

Burada bir nöqtəyə diqqət yetirək: ağciyərlərdəki kisəciklərin və dolayısilə bu kisəciklərə gedən kanalların bu qədər dar olması oksigen sorulmasını artırmaq üçün yaradılmış möhtəşəm bir strukturdur. Lakin bu struktur digər bir şərtin təmin olunmasından asılıdır: havanın sıxlığının, axıcılığının və təzyiqinin bu qədər dar kanallar içində asanlıqla hərəkət edə biləcək ölçülərdə olmasından.

Havanın təzyiqi 760 mm civə sütunudur. Sıxlığı, dəniz səviyyəsində hər litrdə təxminən bir qrama yaxındır. Dəniz səthindəki qatılıq isə suyun əlli misli qədər çoxdur. Əhəmiyyətsiz rəqəm hesab edə biləcəyimiz bu qiymətlər, əslində, həyatımız üçün çox kritikdir. Çünki, "tənəffüs edən canlıların mövcud ola bilməsi üçün, atmosferin ümumi xarakteristik xüsusiyyətləri (sıxlığı, axıcılığı, təzyiqi və s.) hazırkı qiymətlərə xeyli yaxın olmalıdır".62

Atmosferin ədədi qiymətləri yalnız bizim tənəffüsümüz üçün deyil mavi planetin "mavi" kimi qalması üçün də əhəmiyyətlidir. Əgər atmosfer təzyiqi hazırkı qiymətindən beşdə bir qədər belə azalsa, dənizlərdəki buxarlanma miqdarı çox yüksələcək və atmosferdə çox yüksək səviyyəyə çatacaq su buxarı bütün Yer kürəsi üzərində "parnik effekti" yaradaraq planetin temperaturunu həddən artıq yüksəldəcək. Əgər atmosfer təzyiqi hazırkı qiymətindən bir qat daha artıq olsa, bu dəfə, atmosferdəki su buxarı miqdarı böyük ölçüdə azalacaq və quru səthinin demək olar ki, hamısı səhralaşacaq.

Bütün bu tarazlıqlar, Yer kürəsinin digər xüsusiyyətləri kimi atmosferinin də insan həyatı üçün xüsusi olaraq yaradıldığını göstərir. Elmin göstərdiyi bu həqiqət bizə kainatın nəzarətsiz maddə yığını olmadığını bir daha sübut edir. Əlbəttə ki, bütün kainata hakim olan, maddəni istədiyi kimi şəkilləndirən, qalaktikaları, ulduzları və planetləri qüdrəti altında saxlayan bir Yaradıcı var.

Bu üstün Yaradıcı Quranda bizə öyrətmiş olduğu kimi bütün kainatın Rəbbi olan Allahdır.

Üzərində yaşadığımız mavi planet isə Allah tərəfindən bizim həyatımız üçün xüsusi olaraq nizamlanmış və Quranda bildirildiyi kimi, Yer insan üçün "döşənmişdir" (Naziat surəsi, 30). Allahın Yeri insan üçün yaratdığını bildirən bəzi digər ayələr isə belədir:

Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər Ucadır! (Mümin surəsi, 64)

Yeri sizin ixtiyarınıza verən Odur. Onun hər tərəfində gəzin və Allahın ruzisindən yeyin. Qayıdış da Onadır. (Mülk surəsi, 15)

Tarazlıqlar Siyahısı

Buraya qədər qeyd etdiklərimiz Yer kürəsindəki həyat üçün lazımi tarazlıqların yalnız bir hissəsidir. Yer kürəsini araşdırdığımız vaxt, demək olar ki, bitməyəcəkmiş kimi görünən olduqca uzun "həyat üçün lazımi tarazlıqlar" siyahısını yarada bilərik. Məsələn, Amerikalı astronom Hyu Ross Yerin həyat üçün əlverişliliyi ilə əlaqədar bəzi maddələri belə sadalayır:

Yerin cazibə qüvvəsi:

  • Əgər daha güclü olsaydı: Yerin atmosferi xeyli ammonyak və metan toplayar, bu da həyat üçün çox əlverişsiz olardı.
  • Yox əgər daha zəif olsaydı: Yerin atmosferi çox su itirər və həyat mümkün olmazdı.

Günəşə olan məsafə:

  • Əgər daha çox olsaydı: planet çox soyuyar, atmosferdəki su dövranı bundan mənfi təsirlənər və planet buzlaşma dövrünə daxil olardı.
  • Yox əgər daha yaxın olsaydı: planet qovrular, atmosferdəki su dövranı bundan mənfi təsirlənər və həyat qeyri-mümkün olardı.

Yer qabığının qalınlığı:

  • Əgər daha qalın olsaydı: atmosferdən yer qabığına daha çox oksigen ötürülərdi.
  • Yox əgər daha nazik olsaydı: həyatın yaranmasını qeyri-mümkün edəcək qədər çox sayda vulkanik fəaliyyət baş verərdi.

Yerin öz ətrafındakı fırlanma sürəti:

  • Əgər daha yavaş olsaydı: gecə-gündüz arasındakı temperatur fərqi çox böyük olardı.
  • Yox əgər daha sürətli olsaydı: atmosfer küləkləri olduqca böyük sürətə çatar, qasırğalar və tufanlar həyatın yaranmasını qeyri-mümkün edərdi.

Ay ilə Yer arasındakı cazibə qüvvəsi təsiri:

  • Əgər daha çox olsaydı: ayın güclü cazibə qüvvəsinin, hava şəraiti, Yerin öz oxu ətrafında fırlanma sürəti və okeanlardakı qabarma-çəkilmələr üzərində çox kəskin təsirləri olardı.
  • Əgər daha az olsaydı: kəskin iqlim dəyişikliklərinə səbəb olardı.

Yer kürəsinin maqnit sahəsi:

  • Əgər daha güclü olsaydı: çox sərt elektromaqnit fırtınalar baş verərdi.
  • Yəx əgər daha zəif olsaydı: Yer Günəş küləyi adlanan və Günəşdən atılan zərərli hissəciklərdən qoruna bilməzdi. Hər iki halda da həyat qeyri-mümkün olardı.

Albedo təsiri (yer səthindən əks olunan Günəş şüasının, yer səthinə çatan Günəş şüasına olan nisbəti)

  • Əgər daha çox olsaydı: tezliklə buzlaşma dövrü başlayardı.
  • Yox əgər daha az olsaydı: parnik effekti Yerin həddən artıq isinməsinə səbəb olar, Yer kürəsi əvvəlcə buzlaqlar əriməsiylə sular altında qalar, sonra isə qovrulardı.

Atmosferdəki oksigen və azot miqdarı:

  • Əgər daha çox olsaydı: həyati funksiyalar mənfi şəkildə sürətlənərdi.
  • Yox əgər daha az olsaydı: həyati funksiyalar mənfi şəkildə yavaşlayardı.

Atmosferdəki karbon və su miqdarı:

  • Əgər daha çox olsaydı: atmosfer çox isinərdi.
  • Yox əgər daha az olsaydı: atmosferin temperaturu azalardı.

Ozon təbəqəsinin qalınlığı:

  • Əgər daha çox olsaydı: Yer səthinin temperaturu çox azalardı.
  • Yox əgər daha az olsaydı: Yer səthi həddən artıq isinər, Günəşdən gələn zərərli ultarbənövşəyi şüalardan qoruna bilməzdi.

Seysmik (zəlzələ) hərəkətlər:

  • Əgər daha çox olsaydı: canlılar sürəki olaraq məhv olardı.
  • Əgər daha az olsaydı: okeanların dibindəki qidalar suya qarışmaz və bu da okeanlar və dənizlərdəki həyata, dolayısilə dünyadakı bütün canlılara mənfi təsir edərdi.64

Burada qeyd olunanlar dünyada həyatın mövcudluğu və davam edə bilməsi üçün lazım olan olduqca həssas tarazlıqlardan yalnız bir neçəsidir. Təkcə burada qeyd olunanlar belə, kainatın və Yerin təsadüflər nəticəsində təsadüfi hadisələrin ardıcıl baş verməsiylə meydana gələ bilməyəcəyini qəti şəkildə göstərmək üçün kifayətdir.

Bütün bu məlumatlar, açıq-aydın bir həqiqəti bir daha təsdiq edən mahiyyətdədir: bütün kainatı, ulduzları, planetləri, dağları və dənizləri mükəmməl şəkildə yaradan, insana və bütün canlılara həyat verən, hər şeyi yoxdan yaratmağa qadir olan, yaratdıqlarını insanın xidmətinə verən, sonsuz güc və qüdrət sahibi olan Allahdır. Allahın bu mükəmməl yaratması bəzi Quran ayələrində belə bildirilir:

Sizin yaradılışınız çətindir, yoxsa göyün? Allah onu qurdu, onun qübbəsini yüksəltdi və ona müəyyən nizam verdi, gecəsini qaranlıq edib, səhərini də nurlandırdı. Sonra yeri döşəyib, onda su və otlaq yaratdı, dağları da yerə bərkitdi. Bunlar sizin və heyvanlarınızın faydalanmasından ötrüdür. (Naziat surəsi, 27-33)

 

Iqtıbaslar

54. F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 2

55. Baxın: Harun Yəhya, Təkamül Yalanı: Təkamül nəzəriyyəsinin elmi cəhətdən süqutu və nəzəriyyənin ideoloji arxa planı, İstanbul, 1998

56. Michael Denton, Nature's Destiny, səh. 106

57.F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4

58. F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4

59. F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4

60. Michael Denton, Nature's Destiny, səh. 121

61. James J. Lovelock, Gaia, Oxford: Oxford University Press, 1987, səh. 71

62. Michael Denton, Nature's Destiny, səh. 127

63. Michael Denton, Nature's Destiny, səh. 128

64. Hugh Ross, The Fingerprint of God: Recent Scientific Discoveries Reval the Unmistakable Identity of the Creator, Oranga, California, Promise Publishing, 1991, səh. 129-132

6 / total 10
"Harun Yəhyanın Kainatın Yaradılışı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net