< <
2 / total: 7

Macəra Başlayır

Yağış mövsümünün yaxınlaşmasıyla yanaşı, qurumuş gölməçələrdə böyük hərəkətlilik yaşanır. Bu sahələr ağcaqanadlar üçün ideal çoxalma bölgələridir. Gölməçə çuxurlarında, ya da su ilə dolma ehtimalı olan hər çuxurda ağcaqanadlar hərəkət halında görülə bilərlər. Ancaq bu dəfə uçmur, gəzirlər. Diqqətli şəkildə nəsə axtarır kimi görünürlər.

Ağcaqanad kimi uça bilən canlının, özü üçün dağlar, təpələr sayılacaq maneələri gəzərək aşmağa çalışması olduqca maraqlı mənzərə yaradır. Minlərlə ağcaqanadın hamısı birdən, sanki bir yerdən əmr almışcasına hərəkət edərlər. Çünki artıq onlar üçün vəzifə zamanı gəlmişdir.

Detektor Ağcaqanadın Uzun Səfəri...

sivrisinek mucizesi

Ana ağcaqanadlar yumurtaları üçün uyğun yer tapmaq məcburiyyətindədirlər. Yumurtadan çıxan ağcaqanad balalarının, böyümə mərhələlərini tamamlaya bilmələri üçün su yığınına ehtiyacları vardır. Bu yığın; palçıqlı yağış suyu, bataqlıq, çəltik, hovuz suyu ya da tənəkə qabda yığılmış su belə ola bilər. Durğun sular ağcaqanadların seçim səbəbidir. Çünki bu sularda fotosintez edə bilən bitkilər vardır və bunlar suyu oksigenlə zəngin hala gətirirlər. Oksigen, sürfələrin ən əhəmiyyətli ehtiyaclarından biridir.

Ağcaqanad yumurtaları su olan hər mühitdə inkişaf edə bilər, ancaq yenə də bəzi şərtlər təmin edilməlidir: Yumurtadan çıxacaq olan sürfə, yetkin ağcaqanad olana qədər müxtəlif mərhələlər keçirəcəkdir. Hər mərhələdə də bala ağcaqanadın müxtəlif ehtiyacları olacaq. Həmçinin quraqlıq, ya da həddindən artıq isti də yumurtaların inkişafını əngəlləyə bilər. Buna görə ana ağcaqanad doğulacaq balaların bütün inkişaf mərhələlərini eyni rahatlıqla tamamlaya biləcəkləri mühit tapmaq məcburiyyətindədir.

Yaxşı, ağcaqanad ən uyğun yeri necə tapacaq? Baxaraqmı, qoxulayaraqmı, təxmin edərəkmi, yoxsa təsadüflər nəticəsindəmi?

Ağcaqanadın addımlarıyla, yumurtaları üçün ən uyğun yeri axtarmasının çətinliyini daha yaxşı vurğulaya bilmək üçün belə nümunə verək: Özünüzü təpəciklər, ağaclar və çuxurlarla dolu olan sahədə, harasa çatmağa çalışarkən düşünün, üstəlik heç bir köməkçi alətin (avtomobil, çətir və s.) olmadan, gəzərək, isti günəşin altında... Belə səfərin nə qədər yorucu olacağını təxmin edərsiniz.

Ölçüsünün kiçikliyini düşündüyümüzdə ağcaqanad üçün də uyğun yer tapmağın belə çətin, hətta qeyri-mümkün olduğu ağıla gələ bilər. Ağcaqanad bunu edərkən heç çətinlik çəkməz, əksinə yumurtalarını buraxacağı yeri asanlıqla tapar: qarnının altında olan xüsusi reseptor sayəsində, torpağın rütubət və istilik baxımından yumurtalarını qoymağa uyğun olub-olmadığını müəyyən edir. Ən uyğun yeri tapa bilmək üçün də torpağı hər santimetr, heç yorulmadan yoxlayar.

sundew bitkisi, avcı bitkiler

Çətin Vəzifə Başlayır...

Ağcaqanad kimi canlının torpağın rütubətini və istiliyini ölçməsinin necə əməliyyat olduğunu bir az düşünək...

Torpaq ilə əlaqədar araşdırmalar aparmaq olduqca zəhmətli işdir. Torpağın rütubətinin, məhsuldarlığının ölçülməsi, daxilindəki mineralların, mədənlərinin təsbit edilməsi, qısacası torpaqla əlaqədar olub insanın işinə yarayacaq mövzuların müəyyənləşdirilməsi üçün xüsusi hazırlanmış alətlərdən faydalanılır. Ya detektorlardan istifadə edilir, ya da torpağı qazaraq əldə edilən nümunələr laboratoriyalarda araşdırılır. Çünki nəyin, nə qədər dərinlikdə və nə sıxlıqda olduğunu bilmədən görüləcək işdən -məsələn qazıntıdan- sağlam nəticə əldə etmək olduqca çətindir. Ediləcək bir səhv nəticəsində, düzəlişi çətin olar, əmək sərf ediləcək, zaman və pul itkisi yaranacaq.

Ağcaqanad da qəti nəticə ala bilmək üçün torpağı əvvəlcə yoxlayar. Torpağın ümumi vəziyyəti haqqında məlumatlar alar, onları qiymətləndirər və nəticəsinə görə qərar verər. Burada tam təchizatlı texniki alətin deyil, yalnız 10 mm boyu olan kiçik canlıdan bəhs edildiyinin unudulmamasında fayda vardır.

Ağcaqanadın Bacarıqları

giriş

Gəlin, indiyə qədər söylənilənləri yenidən nəzərdən keçirək və necə ortaya çıxdıqlarını təsəvvür edək.

10 mm böyüklüyündəki bu canlı şüurlu axtarış içindədir. Məqsədi, yumurtalarının və bu yumurtalardan çıxacaq balaların ehtiyaclarını qarşılayacaq mühit tapmaqdır. Burada ilk olaraq üzərində dayanılmalı olan, ağcaqanadın yumurtanın ehtiyaclarını haradan bildiyidir.

Ağcaqanadın istilik dəyişməsi, rütubət nisbəti kimi anlayışlardan xəbəri yoxdur. Məsələn, rütubətin, vahid həcmdə torpaqdakı su miqdarı olduğunu bilməz. Uyğun rütubətin və istiliyin yumurtanın içindəki ferment və zülalları hərəkətə keçirəcəyindən də xəbəri yoxdur. Zülalın və fermentin nə demək olduğunu, nə işə yaradığını, hansı şərtlərdə bunların hərəkətə keçərək yumurtanın inkişafını təmin edəcəyini ağcaqanadın bildiyini, bu məlumat istiqamətində gələcəyi görərək hərəkət etdiyini düşünmək isə əlbəttə ki, ağıllı deyil.

O halda ağcaqanad necə olur ki, uyğun rütubət və istilik axtarmalı olduğunu bilir?

Ağcaqanad, düşünmə, ya da öyrənmə kimi qabiliyyətləri olmayan böcəkdir. Hər hansı təhsil alması mümkün deyil. Elə isə bu böcək hansı məlumat sayəsində, xüsusi məqsəd istiqamətində hərəkət edər?

İkinci əhəmiyyətli təfərrüat isə, ağcaqanadın araşdırma apararkən istifadə etdiyi texniki təchizatdır. Ağcaqanad istilik və rütubəti ən həssas şəkildə ölçən və ən uyğun yerə doğuşdan yerləşdirilmiş orqana sahibdir.

Yaxşı, ağcaqanad bu orqana necə sahib olmuşdur? Görəsən, balalarının ehtiyaclarını müşahidələrlə və təcrübələrlə təsbit edən ağcaqanad, öz bədəninə bir növ “detektor” əlavə etməyəmi qərar vermişdir? Və daha sonra bu qərar istiqamətində öz bədənində dəyişikliklərmi etmişdir? Yoxsa xəyali “təkamül prosesi” içində, bir gün təsadüfən, ilk ortaya çıxan ağcaqanadın bədəninə yenə təsadüfən istilik və rütubət ölçüsü apara biləcəyi orqanmı əlavə olunmuşdur?

Əlbəttə ki, bunların heç biri mümkün deyil. Üstəlik bunlarla yanaşı, təkamülçülərin təsadüf şərhini etibarsız edən yüzlərlə sual daha vardır. Bütün imkansızlığına baxmayaraq, təkamülçülərin iddialarındakı məntiqsizliyi daha yaxşı vurğulaya bilmək üçün bu orqanın təsadüfən ortaya çıxdığını fərz edək. Əvvəlcə, ağcaqanadda yalnız bu həssas reseptor deyil, digər bütün orqanlar da qüsursuz mövcud olmalıdır. Çünki tam işləməyən, ya da əksik ölçü aparan -məsələn, yalnız rütubəti və ya istiliyi ölçən- orqan işə yaramayacaq. Bu isə, canlının nəslinin tükənməsi deməkdir.

Bunlarla yanaşı ağıla “ağcaqanad bu orqanı hansı məqsəd üçün və nə şəkildə istifadə edəcəyini necə öyrənmişdir?” sualı gələcəkdir.

Ağcaqanad öz bədənində xüsusi darayıcı yerləşdirə bilməyəcək və bu darayıcı nə məqsədlə və necə istifadə ediləcəyi barədə məlumatı özbaşına şəkildə ötürə bilməyəcəkdir.

Ağcaqanadın sahib olduğu xüsusiyyətlərdə qüsursuz uyğunlaşma vardır və təsadüflər heç bir şəkildə belə uyğunlaşma meydana gətirə bilməzlər. Sonrakı səhifələrdə veriləcək nümunələrdə də göründüyü kimi, ağcaqanadın bir anda, bütün olaraq ortaya çıxması zəruridir. Əks təqdirdə ağcaqanadın yaşaması mümkün deyil. Bu isə ağcaqanadın yaradılmış olması deməkdir. Ağcaqanadı bir anda qüsursuz olaraq yaradan Allahdır. Ağcaqanad hər xüsusiyyətiylə bizə Allahın bənzərsiz yaratma sənətini tanıdır. Allah ayələrdə Öz yaratmasındakı qüsursuzluqla əlaqədar olaraq belə nümunə verir:

Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk surəsi, 3-4)

 

2 / total 7
"Harun Yəhyanın Ağcaqanad Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net