< <
4 / total: 7

Ağcaqanadların İnkişaf Mərhələləri

Cütləşmə baş verdikdən sonra dişi ağcaqanad, erkəyin spermalarını xüsusi kisədə mühafizə edərək, həftələrlə döllənmiş yumurta yumurtaya bilər. Dişi ağcaqanad cütləşmə anından etibarən qan əmməyə başlayır, çünki yumurtalarının inkişaf edə bilməsi üçün qana ehtiyacı vardır.

Bu xüsusiyyətləri araşdırıldığında ağcaqanad möcüzəsinin başqa istiqaməti ortaya çıxar.

gelişim evreleri
 

İnkişaflarını Dayandıra Bilən Möcüzəvi Yumurtalar

giriş
 

İnsanlar üçün reallaşması qeyri-mümkün kimi görünən bir çox şey, heyvanlar tərəfindən təəccübləndirici rahatlıqla edilə bilər. Məsələn, insan hamiləlik müddətini uzada bilməz, amma bəzi canlılar bunu edə bilərlər. Ağcaqanadlar da bu canlılardandır. Bəzi ağcaqanad növləri yumurtlama dövrləri gəlmiş olmasına baxmayaraq ilk yağışdan sonra deyil, ikinci, hətta üçüncü yağışlardan sonra yumurtlayarlar. Bu tədbir sayəsində ağcaqanad nəsli bir növ mühafizə altına alınmış olur.

Ağcaqanadların yumurtalarını buraxmağı gecikdirmələrinin əhəmiyyətli səbəbi vardır. İlk yağışlarla yaranan yerin rütubətinin və yerüstü su yığınlarının qısa zamanda quruma ehtimalı çox yüksəkdir. Bu isə sürfələrin quru yerdə qalmaları, bu səbəbdən inkişaf etməmələri deməkdir. Bu bir ehtimaldır, ancaq ağcaqanad bu ehtimalı əvvəldən bilirmiş kimi hərəkət edər və çox ağıllı davranar. İlk yağışa aldanmaz və yumurtlama üçün daha sonrakı yağışları gözləyər.

Bu vəziyyət ağıla bəzi suallar gətirir:

Ağcaqanad ilk yağış nəticəsində torpaqdakı rütubətin yetərli olmayacağını, su yığınlarının qısa zamanda quruyacağını haradan bilir? Ağcaqanadın belə tədbir alması üçün buxarlanma təsirindən xəbərdar olması və “Bu hələ ilk yağışdır, zamanla torpağın içindəki və səthindəki su buxarlana bilər, buna görə yumurtlama üçün bir müddət daha gözləməliyəm” deyə ciddi şəkildə düşünməlidir.

Ağcaqanad belə məlumatı təcrübə nəticəsində əldə edə bilməz, çünki ilk sınağında yumurtalar quruyacaq və yeni nəsil yox olacaq. Ağcaqanad müvəffəqiyyətli ola bilməsi üçün bu mövzu haqqında qəti olaraq məlumat sahibi olmalıdır. Belə bir şeyin özbaşına mümkün olmayacağı əlbəttə ki, çox açıqdır.

Hadisənin daha yaxşı aydın ola bilməsi üçün bu nümunələr verilsə də, daha əvvəl də ifadə edildiyi kimi ağcaqanadların öyrənmək kimi qabiliyyətləri yoxdur. Ancaq necə olursa və ağcaqanad son dərəcə doğru və gələcəyi fikirləşərək qərar verir. Bu qərar, doğulacaq ağcaqanadların həyatlarını qurtarar.

Bu nöqtədə çox əhəmiyyətli sual üzərində dayanmaqda fayda vardır. Məlumat necə olur ki, nəsildən nəsilə ötürülür? Əgər bəhs etdiyimiz yeni doğulmuş insan olsa, öyrədilməsi illər alar. Bildiyi hər şeyi doğumdan sonrakı həyatında əldə etdiyi təcrübələr və aldığı təhsil ilə əldə edir. Halbuki bütün ömrü bir neçə həftə olan hər dişi ağcaqanad, ehtiyacı olan məlumatlara doğuşdan malikdir. Bu məlumatları onlara kim öyrətmişdir? Ağcaqanadlar kimin əmri ilə hərəkət edirlər?

Bu suallar çox insanın marağını çəkməyəcək olan mövzu -ağcaqanadların çoxalması- üzərinə olsa da, cavab bütün insanları maraqlandıran çox əhəmiyyətli mövzunu əhatə edir.

Ağcaqanad, digər bütün canlılar kimi, göylərin və yerin Rəbbi olan Allahın ilhamı ilə hərəkət edir. Tək gerçək cavab budur. İnsan daxil hər canlı –fərqində olsa da, olmasa da- Allahın qəti nəzarəti altındadır. Quran ayəsində bu həqiqət belə bildirilir:

Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir.(Hud surəsi, 56)

Çətin günlərdə sağ qalmağı bacarmaq..

 

Ağcaqanadlar, yumurtalarını yay aylarında, ya da payızda buraxarlar. Olduqları yerin istiliyi, ağcaqanad sürfələrinin inkişaf edə bilməsindəki əhəmiyyətli faktordur. İstilik müəyyən dərəcəyə çatdığında (ən az 100C, ən çox 300C) inkişaf sürətlənə bilər, bu sərhədlər aşıldığında isə ya inkişaf yavaşlayar, ya da sürfə ölər.

Sürfələrin bu həssas vəziyyətlərinə qarşı yumurtalar, quraqlığa və soyuğa qarşı olduqca davamlıdırlar. Lazım olan şərtlər meydana gəlməzsə çatlamadan, yağışların yağmasını və havanın temperaturunun artmasını gözləyərlər.

Bu cümləni oxudunuz və keçdiniz, əgər diqqətli insansınızsa “yumurtanın çatlamadan gözlədiyindən bəhs edildiyini” fərq etmiş olmalısınız. Vaxtı keçmiş olmasına baxmayaraq çatlamayan və gözləyən yumurta...

Lazım olan şərtlər meydana gəlməzsə, yumurtanın inkişafı dayanar. Bu ölüm növü deyil, yalnız şərtlər yaxşılaşana qədər alınmış tədbirdir. Ümumiyyətlə yumurta mərhələsində görülən bu gecikmə hərəkətinə “diapoz” deyilir.

Yumurtanın böyüməsi üçün lazım olan rütubət və istilik yetərli olmadığı zaman inkişaf dayanar və yumurta xarab olmadan illərcə varlığını davam etdirər. Yəni yumurtada bir növ istilik-rütubət sığortası mövcuddur. Şərtlər uyğun olduqda sığorta dövrəyə girər və yumurtanın inkişaf proqramını dayandırar.

Əslində buna, proqramı dayandırar demək o qədər doğru olmaz, çünki uyğun şərtləri gözləmək də proqramın hissəsidir. (İçində program olduğu qəbul edilən bu kiçik canlının boyu təxminən 1 mm-dir. 1 mm isə karandaşınızın ucu qədərdir.)

Bu mövzuda hansı qaynağa müraciət edilərsə edilsin embrionların hansısa proqrama görə hərəkət etdikləri nəticəsi dəyişməz. Ən qatı təkamülçülər belə embrionda proqramın olduğunu qəbul edərlər. Bu proqram embrionun ana qarnında və ya yumurtada keçirdiyi inkişaf proqramıdır və bir növ kompyuter proqramına bənzəyər. Proqramın bütün təfərrüatları isə hüceyrə nüvəsində olan DNT molekuluna yazılmışdır.

giriş
 

Ağcaqanadla insan və ya fillə tutuquşu arasındakı fərq də hüceyrələrdəki bu proqram fərqindən doğular. Yeni döllənmiş heyvan hüceyrəsi və ya yeni döllənmiş insan hüceyrəsi arasında ilk baxışda fərq görünməz. Ancaq hər hüceyrə, içində yazan proqrama sadiq qalaraq bölünər. Bu bölünmələr nəticəsində ortaya canlı növləri çıxar. Ağcaqanadlarda da bu proqramdakı əmrlər tətbiq olunar və lazım olduğunda yumurtaların inkişafı dayanar.

Ancaq burada aydınlaşdırılmalı nöqtə vardır: embriondakı bu proqram necə meydana gəlmişdir? Bu proqramı hazırlayan və embriona necə davranacağını əmr edən kimdir?

Embrionu meydana gətirən hüceyrələrin hər biri bu proqrama itaət edir və birlikdə hərəkət edərək inkişafı dayandırır.

Əgər proqram varsa, onu yazan proqramlaşdırıcı ağıl olmalıdır. Ən sadə kompyuter proqramının belə özbaşına -yəni məlumatların təsadüfən bir yerə gəlməsi nəticəsində-var olduğunu iddia etmək ağılsızlıqdır. Bu vəziyyətdə, insan ağlının hələ tam olaraq həll edə bilmədiyi embriologiya proqramının təsadüflər nəticəsində meydana gəldiyini iddia etmək əlbəttə ki, çox daha ağılsızlıqdır.

Bu fövqəladə vəziyyətin tək açıqlaması vardır. Bütün hüceyrələr Allahın ilhamı ilə hərəkət etdikləri üçün bu şüurlu hərəkətləri edə bilərlər.

İndi, ağcaqanad yumurtasının inkişafını dayandırıb uyğun mühiti gözləməsi mövzusuna təkrar dönək.

Bu xüsusiyyət ağcaqanad nəslinin davamını təmin etməsi baxımından son dərəcə əhəmiyyətlidir. Məsələn, çöl ağcaqanadlarından bir növ, 1-2 il sonra belə çatlaya bilən qalın qabıqlı yumurtalar buraxar. Bu yumurtalar heç xarab olmadan illər sonra çatlayar və içindəki sürfələr sanki heç bir şey yoxmuş kimi inkişaf mərhələlərini tamamlayar.

Bu dözümlülükləri sayəsində dünyanın demək olar ki, hər yerində ağcaqanadlara rast gələ bilərik. Mənfi 60 dərəcəyə çatan qütb soyuqlarının hakim olduğu sahələrdə, mədən ocaqlarının rütubətli, isti və havasız mühitlərində, ya da 2-3 quyudan başqa su qaynağı olmayan kilometrlərlə genişlikdəki səhralarda belə ağcaqanadlar yaşaya bilər.

İslandiyanın şimalında, Qütb dairəsinin üzərində "Ağcaqanad gölü" adında bir göl var. Buz göllərinin içində donmuş olan sürfələri, buzların əriməsiylə birlikdə, sanki fövqəladə heç bir şey yoxmuş, aylardır buzların altında donmuş olan özləri deyilmiş kimi yumurtalardan çıxarlar. İnkişaflarına qaldıqları yerdən davam edər və yetkin ağcaqanadlara çevrilərlər.

Ağcaqanad Yumurtalarının Xüsusiyyətləri

Dişi ağcaqanadlar bir dəfədə 40 ilə 200 arasında yumurtanı suya buraxa bilərlər. Hər üç həftədən bir yumurtlayanları olduğu kimi, ildə bir dəfə yumurtlayanları da vardır. Ağcaqanad yumurtaları növlərin yaşadığı yerlərə, o mühitdəki düşmənlərinə, ya da qarşılaşa biləcəkləri təhlükələrə görə dəyişik xüsusiyyətlərə malikdir. Bəzisi çox diqqətlə qablaşdırılmış, bəziləri möhkəm yerlərə yapışmış, bəziləri də batmamaları üçün hava yastıqlarıyla dəstəklənmişdir.

Kamuflyaj Ustası Yumurtalar

Yumurtalar, ana ağcaqanadın yanlarından ayrılmasından sonra tamamilə müdafiəsiz qalırlar. İlk buraxıldıqlarında, parlaq sarı rəngdə olduqları üçün, tez fərq edilə biləcək, hərəkətsiz, asan ovdurlar. Onları gözləyən bir çox düşmənləri vardır.

Ancaq ağcaqanad yumurtalarının olduqca əhəmiyyətli xüsusiyyətləri vardır. Gecə buraxılan yumurtaların rəngləri, səhərin ilk işıqlarıyla birlikdə qaraya çevrilər. Beləcə, böcəklərə və quşlara qarşı olduqca təsirli şəkildə kamuflyaj edilmiş olarlar.

Bəzi ağcaqanad cinsləri (Anofel ağcaqanadları), sürfə və pup mərhələlərində də, olduqları məkana görə rəng dəyişməsinə məruz qalırlar. Elə ki, sürfə qara, ya da ağ məkana qoyulduğunda, dərhal bu mühitə görə rəng alar.

Əlbəttə bu rəng dəyişməsindən nə yumurtanın, nə sürfənin, nə də özü də bir zamanlar bu mərhələlərdən keçən ana ağcaqanadın xəbəri yoxdur. Ağcaqanad sürfələri, ətraflarındakı düşmənlərin varlığından, analarının onları buraxıb getdiyindən, tək başlarına və müdafiəsiz olduqları vaxtdan da tamamilə xəbərsizdirlər. Ancaq bu vəziyyət onlar üçün heç problem meydana gətirməz, çünki ehtiyacları olan ən uyğun qoruma ilə birlikdə yaradılmışlar. Yumurtaların və ya sürfələrin qabığındakı piqmentlər günəş işığıyla birlikdə hərəkətə keçər və tündləşərək özlərini kamuflyaj edərlər.

Günəşdən gələn fotonların təsiriylə və ya olduğu mühit səbəbiylə rəng dəyişdirmək olduqca mürəkkəb kimyəvi əməliyyatdır və bu sistemin məlumatı yumurtanın qabığında olan hüceyrələrə daha əvvəldən yerləşdirilmişdir. Bu təsirli qoruma üçün lazım olan bütün kimyəvi və fiziki əməliyyatlar istisnasız bütün ağcaqanad sürfələrində reallaşar. Bütün bunlar bizi tək nəticəyə götürür.

Lazım olduğunda sürfələri qoruması üçün çox incə planlanmış prosesi yaradan üstün güc sahibi vardır. Bu güc sahibi hər cür yaratmağı bilən uca Allahdır. Ayədə belə buyurulur:

Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. (Ənam surəsi, 102)

Yumurtalarını birbirlerine yapıştıran anne sivrisinek bunlardan bir sal oluşturur. Sivrisineğin bu hareketi yumurtaların suya batmalarını engelleyecek en uygun çözümdür.

Suda Batmayan Disk Yumurtalar

Culex növünün yumurtasının, alt qismində qıf şəklində oyuq mövcuddur. Bu oyuğun nə işə yaradığı ilk baxışda aydın olmaya bilər, ancaq yumurtanın inkişafının sonrakı mərhələlərində, oyuğun son dərəcə əhəmiyyətli vəzifəsinin olduğu ortaya çıxar. Bu oyuq, içinə dolan hava sayəsində xilasedici halqa funksiyasını daşıyır və yumurtanın su üzərində qalmasını təmin edir.

Ancaq diqqət edilsə, oyuq səbəbiylə yumurtanı ciddi problemin gözlədiyi görüləcək: Yumurtanın altında yerləşən və “xilasedici halqa” olaraq xarakterizə edilən oyuğu, yumurtanın aşması nəticəsində yararsız hala gəlməsi çox asandır. Bu səbəblə tək başına suya buraxıldığında yumurta uzun müddət su səthində qala bilməz. Ən yüngül tərpənişdə tarazlığını itirər, aşar və alt tərəfində hava olan dəlik su dolaraq yumurtanın batmasına səbəb olar. Halbuki yumurtaların yaşaya bilmələri üçün suyun üzərində qalmaları lazımdır. Belə vəziyyətdə siz olsanız yumurtaların batmaması üçün nə edərdiniz?

Ağcaqanadlar bu problemi həll edəcək ən ağıllı yolu istifadə edərək və yumurtaları bir-birinə yapışdıraraq problemi həll edərlər. Disk şəklində bir-birinə yan-yana yapışdırılan yumurtalar, suyun üzərində üzən təbii sal meydana gətirərlər. Diametri təxminən 11 mm olan bu disk suyun üzərində asanlıqla üzər. Yumurtaların altındakı oyuqda olan hava və yumurtalar arasındakı boşluq, hava yastığı vəzifəsi görər və diski suyun üzərində tutar. Bu cür ağıllı üsul istifadə edilməsəydi, yumurtalar suyun içinə batar və ölərdilər. Ancaq yumurtanın dizaynındakı bu incəlik ilə təhlükənin hələ əvvəlcədən qarşısı alınmış və təhlükəsizlik təmin edilmişdir.

Yaxşı, ağcaqanad necə olur ki, baş verə biləcək problemi düşünərək, ən uyğun həll yolunu tapmışdır? Ağcaqanadın suyun qaldırma qüvvəsindən xəbərdar olması mümkündürmü? Bu qüvvəni necə istifadə edəcəyini haradan bilir?

Hər nə qədər qeyri-mümkün də olsa, ağcaqanadın başqa yumurtaları müşahidə etməsi, dərin-dərin düşünərək belə həll yolunu özünün tapdığını güman edək. Vəziyyət belə olsa da, əgər yumurtaların altında doğuşdan hava oyuğu olmazsa, ağcaqanadın etməyə çalışacağı sal bir işə yaramayacaq.

Üstəlik, ağcaqanad, yumurtalarını bir-birlərinə yapışdıracaq və suda təsirini zamanla itirməyəcək təbii yapışqana da doğuşdan sahibdir. Bu yapışan olmazsa, nə yumurtaların altındakı hava dəliyinin, nə də ağcaqanadın sal düzəltməsinə qərar verməsinin mənası olmaz.

Ağcaqanadın düzəltdiyi salın disk şəklində olmasının da əlbəttə ki, məqsədi vardır. Sal üçün disk ən uyğun şəkildir. Əgər ağcaqanad başqa həndəsi formanı istifadə etsə (məsələn, incə uzun düzbucaqlı etsə), sal asanlıqla aşa bilərdi. Ancaq disk şəkli, suyun qüvvəsiylə meydana gəlməsi təxmin edilən momenti ən uyğun şəkildə paylayaraq, təhlükəsizliyi təmin edər.

Sivrisineklerin yumurtalarından oluşan bir sal.

Bir-biriylə bu qədər uyğun sistemi meydana gətirən təfərrüatların, zaman ərzində, şüursuz təsadüflər nəticəsində, öz-özünə əmələ gəldiyini iddia etmək mümkün deyil. Bundan əlavə, bu təfərrüatların birinin əksik olması bütün sistemin bir daha geri gəlməmək üzrə yox olmasına səbəb olur. Ağcaqanad, “sınama-yanılma” kimiyolla inkişaf etdirə bilməyəcəyi, təsadüflər nəticəsində qətiyyən əmələ gəlməyəcək şəkildə yumurtalardan ibarət sal düzəldir. Bu vəziyyətin yeganə şərhi isə, doğumundan ən çox bir neçə həftə sonra bu salı düzəldən canlının, bu iş üçün zəruri məlumat və təchizata sahib qılınmış və bu iş üçün “proqramlaşdırılmış” olduğudur.

Yumurtaları tək-tək bir-birinə yapışdırmaq və diqqətlə sal düzəltmək olduqca zəhmətli işdir. Bu yumurtaların bir sonrakı mövsümdə çatlayacağı düşünülsə, ağcaqanad səyinin nəticəsini görə bilmədən öləcək. Üstəlik, yumurtadıqdan sonra yumurtalarıyla heç bir əlaqəsi qalmayacaq. Ağcaqanad heç bir mənfəəti olmadığı, qısa müddət sonra öləcəyi halda, öz ölümündən sonra yumurtalarının təhlükəsizliyini təmin etmək üçün böyük səy sərf edir.

Burada xüsusilə diqqət edilməli nöqtə, ağcaqanadın sərf etdiyi səyə baxmayaraq heç bir mənfəətinin olmamasıdır. Etdiyi bu zəhmətli işin öz həyatına heç bir təsiri yoxdur. Yəni ağcaqanad həyatda qalmaq üçün deyil, gələcək nəsli qurtarmaq üçün səy göstərir. Heç zaman görə bilməyəcəyi, hansı şərtlərdə inkişaf edəcəklərini, nə kimi təhlükələrlə qarşılaşacaqlarını bilməyəcəyi nəsli qurtarmaq üçün, ən doğru qərarı verir və çətin işi bacarmaq üçün lazım olanların hamısını qüsursuz edir.

Təkamül nəzəriyyəsini müdafiə edənlər canlıların təsadüfən var olduqlarını iddia edərlər və təbiətdə eqoist həyat mübarizəsinin olduğunu iddia edərlər. Əgər bu iddia doğru olsaydı, ağcaqanaddan gözlənilən balaları ilə heç maraqlanmamalı, yumurtalarını təsadüfi yerlərə buraxmalı, onların təhlükəsizlikləri və digər ehtiyacları üçün səy göstərməməli idi. Ancaq bura qədər verilən məlumatlarda da görüldüyü kimi ağcaqanad belə şey etməz və nəticəsini görə bilməyəcəyi iş üçün səy göstərər.

Çox aydın görünür ki, ağcaqanadın həyat mübarizəsi yoxdur. O, edilə biləcək ən doğru və sağlam fikirli hərəkəti, özünə verilən ilham ilə edir. Bu fədakarlıq duyğusunu ağcaqanada verən Allahdır. Allah hər şeyin Özünə boyun əymiş olduğunu ayələrdə belə xəbər verir:

Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir. Məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir. (Rum surəsi, 26-27)

Resimde sivrisinek yumurtalarının oluşturduğu bir sal görülüyor. Sivrisinekler bir seferde 200 - 300 yumurta yumurtlayabilirler. Bu yumurtalar 24 ile 48 saat arasında yumurtadan çıkarlar.

Jelatinlənmiş Yumurtalar

Qidaların xarab olmadan saxlanmaları üçün son bir neçə on ildə olduqca təsirli üsullar işlənib hazırlanmışdır. Bunlardan ən əhəmiyyətlisi, qablaşdırmadır.

Sürü ağcaqanadları olaraq bilinən ağcaqanad növü də, yumurtalarını saxlamaq üçün bu metoddan istifadə edir.

Yumurtalar, jelatinli maddə yığını içinə, çərçivə və ya ip şəklində buraxılır. Jelatinli kütlə yumurtaları mexaniki təsirlərdən, qurumaqdan, ani hava dəyişikliklərindən və düşmənlərdən qoruyur. Həmçinin ağcaqanad, bu maddə sayəsində, yumurtaları bitki, ya da daşlara yapışdırar və beləcə yumurtaların suyun içində itmələrini də əngəlləyər.

Xilasedici Halqa Yumurtalar

Qızdırma mikrobunu daşıyan ağcaqanad olan Anofelin yumurtaları, suya batmalarını əngəlləyəcək və su səthində qalmalarını təmin edəcək xüsusi şəklə və quruluşa malikdir. Yumurta qabığının xaricindəki hava otaqcıqları və yumurtanı əhatə edən üzmə kənarları yumurtanı su üstündə saxlayar. Üzmə kənarları suyun səth gərginliyini artırar və yumurtanın bu gərginlik sayəsində batmamasını təmin edər.

Səth gərginliyi suyun səthində yaranan gücdür. Xüsusilə kiçik canlılar bu gücü aşa bilməzlər. Ancaq bu çox zaman mənfi vəziyyət deyil, çünki bunun sayəsində böcəklər suyun üzərində rahatlıqla gəzə bilərlər. Bəzi böcəklər ayaqlarında olan dəstək quruluşları sayəsində -ayaqlardakı tükcüklər, ayağı örtən yağlı ifrazlar kimi- su üzərində çox daha asan hərəkət edə bilərlər.

Anofel ağcaqanadının yumurtalarının üzərindəki hava otaqcıqları və üzmə kənarları da, səth gərginliyi qanunundan ən yüksək səmərə ilə faydalanacaq xüsusiyyətdədir. Ancaq daha əvvəl də ifadə edildiyi kimi, nə yumurtaların içindəki sürfələrin, nə də özü bir zamanlar bu yumurtadan çıxmış olan ana ağcaqanadın, səth gərginlik qüvvəsindən və bu qüvvədən istifadə etmək üçün yumurtaların üzərində olan strukturlardan xəbərləri yoxdur.

Belə bir xüsusiyyətin zaman ərzində qazanılmasına da imkan yoxdur. Əgər bu quruluş yumurtanın üzərində bir dəfədə ortaya çıxmamış olsaydı, Anofelin bütün yumurtaları suyun dibinə batar və ağcaqanadın nəsli tükənərdi.

Ancaq belə vəziyyət heç zaman baş verməz. Çünki Anofel ağcaqanadları da, digər bütün canlılar kimi varlıqlarını davam etdirmələri üçün ehtiyacları olan ən uyğun dizaynla birlikdə var edilmişdir.

Allah hər canlını lazım olan xüsusiyyətlərlə yaratmış və hər birinə də nələr edəcəklərini əskiksiz olaraq ilham etmişdir. Allah hər şeyə qadirdir. İnsana düşən vəzifə isə, Allahın yaratmasındakı mükəmməlliyi düşünmək və Rəbbimizin sonsuz qüdrəti qarşısında təslim olmaqdır. Allah Özündən başqa ilah olmadığını ayədə belə xəbər verir:

De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və bu yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, hər şeyə Qalib gələndir”. (Rad surəsi, 16)

Anofel sivrisineğinin yumurtaları. Yumurtaların etrafında bulunan hava odacıkları ve yüzey geriliminin etkisini artıran yapılar, yumurtaların su yüzeyinde kalmalarını sağlar. Eğer bu yapılar yumurtaların üzerinde bir seferde oluşmuş olmasaydı, Anofel sivrisineğinin bütün yumurtaları suya batarak ölürdü.

Dülgər Ağcaqanad

 

Ağcaqanadlar yumurtalarını hər zaman durğun su yığınının içinə buraxmazlar. Cylindrotoma növü ağcaqanadlar yumurtalarını qoymaq üçün daha maraqlı və çətin üsuldan istifadə edərlər. Bu növün dişisi, yumurtalarını bitkinin toxumasına yerləşdirər.

Burada çox əhəmiyyətli incəlik var. Hər hansı böcək, bitki toxumalarını asanlıqla kəsə bilməz. Xüsusilə ağcaqanadın ölçüsü düşünüldüyündə bu çətinlik, insanın əlində heç bir aləti olmadan qalın ağacı kəsməsinə bənzər ki, belə bir şey mümkün deyil. Yaxşı o halda ağcaqanad nə edər?

Ağcaqanad bu problemi, özünə yaradılışdan verilən xüsusiyyət sayəsində həll edər. Başının üzərində olan və mişar vəzifəsini yerinə yetirən kəsici orqanla, bitki toxumalarını rahatlıqla kəsər. Sonra üst qismindən kəsdiyi bitkilərin içinə yumurtalarını itələyər. Bəzən bir yapraqda bu şəkildə buraxılmış 70 yumurtaya rast gəlinə bilər.

Göründüyü kimi, ağcaqanad təsadüfi yerə buraxmaq varkən, zəhmət tələb edən şəkildə hərəkət etmiş, üstəlik də çətin yeri yumurtalarını qoymaq üçün seçmişdir. Bu vəziyyət yenə ağıla bəzi suallar gətirəcəkdir:

-Tək məqsədi yemək və yaşamaq olan böcək nə üçün özünü bu şəkildə çətinə salar və zəhmətli işə cəhd edər?

-Niyə digər növlərdə deyil, yalnız bu növdəki ağcaqanadların başında kəsici orqan vardır?

-Bu orqanı alət kimi istifadə etmək məlumatını, doğan hər ağcaqanada kim vermişdir?

-Yumurtalarını təhlükəsizliklə təmin etmək üçün bitki toxumalarını kəsməyi ağcaqanad necə düşünmüşdür?

Bütün bu suallar bizi yenə eyni cavaba götürür: Ağcaqanad, bütün bu əməliyyatları edə bilməsini təmin edəcək xüsusi dizaynla və özünə bu işləri etdirəcək bir növ “proqramla” birlikdə ortaya çıxmışdır. Ağcaqanadların bu xüsusiyyətləri də Allahın bənzəri olmayan yaratma sənətinin dəlillərindəndir. Əhəmiyyətli olan insanın bu kimi iman həqiqətlərini görüb üzərində düşünməsidir. Allah bir ayəsində yaradılış dəlillərinə belə diqqət çəkər:

Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 4)

Bambuk Ağcaqanadı

“Leicester ağcaqanadı” yumurtalarını bambuk saplarının dəliklərinə buraxar. Bambuk saplarının içi təhlükəsiz olduğu qədər, sürfələrin ehtiyaclarına da cavab verə biləcək mühitdir.

Bu ağcaqanad növü də yumurtalarını buraxarkən –eynilə digər ağcaqanadlar kimi- özünə xas ağıllı yol izləyər. Leicester arxa ayaqlarını bambuk saplarındakı dəliklərdən, içəridə yığılmış suya salar, yumurtalar bunun sayəsində suya təhlükəsiz şəkildə düşər və inkişaflarını burada davam etdirərlər.

İlk yağışlarla birlikdə yumurtalar inkubasiya dövrünə girərlər. Yumurtlamağı təqib edən 2-3 gün içində kürt dövrü bitər və qurdcuqlar çıxmağa başlayar. Yumurtanın içindən qurdların inkişaf edərək çıxmaları demək olar ki, eyni dəqiqə içində olur. Bir dəqiqə içində bütün qüurdlar suda gəzməyə başlayar. Bunlar heç dayanmadan, nə tapsalar yeyər və fövqəladə sürətlə böyüyərlər.

Görəsən, bu ağcaqanad növünün ataları, apardıqları müşahidələr nəticəsində balalar üçün ən etibarlı mühitin bambuk budaqları olduğunu təsbit etmiş, daha sonra bütün soyun bu metoddan istifadə etməsinə mi qərar vermişlər? Sonra da bu əmr nəsildən nəsilə, doğan hər dişi ağcaqanada mı çatdırılmışdır?

Göründüyü kimi bu tip suallar hər mərhələdə qaçınılmaz olaraq insanın qarşısına çıxar. Bu sualların cavabları normal və vicdanlı insanı tək nöqtəyə, yəni yaradılış gerçəyinə aparır. Dünyanın hər hansı küncündəki hər hansı bambuk sapının içindəki su yığınında, bilmədiyimiz, ağlımıza belə gəlməyən həyat vardır və bu həyat son dərəcə qüsursuz şəkildə yaradılmışdır. Əlbəttə ki, bu qüsursuz yaradılış kainatın hər bucağını əhatə edir.

Allah ayədə yaratdıqları üzərində düşünmənin əhəmiyyətinə belə diqqət çəkir:

Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi, 164)

sundew bitkisi, avcı bitkiler

Yumurtaların Xarici Görünüşləri Dəyişir: Sürfə Dövrü

Yumurtadan çıxan bala ağcaqanad, yetkin halıyla heç əlaqəsi olmayan görünüşdədir. Sanki tam fərqli canlıdır. Təxminən 1-1.5 mm uzunluğunda olan sürfənin bədəni baş, sinə və qarın olmaqla 3 hissəyə ayrılmışdır. Başı oval görünüşdədir və iki yanında birləşmiş gözlər və gözlərin qarşısında də qısa antena mövcuddur. Ancaq sürfə, bu hala gəlib yetkin ağcaqanada çevrilənə qədər çox çətin səfər keçirər.

Sürfələr su altında yaşayarlar. Davamlı yedikləri üçün, bir həftə içində 6-7 qat böyüyərlər. Bu dövr ağcaqanadın həyatı boyunca böyüdüyü tək dövrdür. Sürfə yalnız acar, yemək yeyər və böyüyər.

1.5 milimetre büyüklüğünde larva,bu dönem sonunda 67 kat büyür.

Sürfə Suyun İçində Necə Bəslənər?

Sürfənin bu dövrdə nəfəs ala bilməsi üçün su üzərində batmadan asılı qalması vacibdir. Ancaq bir problem vardır. Davamlı bəslənməli olan ağcaqanad, suyun üzərində asılı dayanarkən yeməyinə necə çatacaq? Bunun üçün xüsusi üsul tapmalıdır, ancaq bəhs etdiyimiz canlı nə bir şey düşünə bilən, nə də qabiliyyətə sahib olan, yalnız 1.5 millimetr böyüklüyündə sürfədir.

Sürfə zəruri hallarda suyun içinə girə bilər. Ancaq bu uzun sürə bilməz, çünki nəfəs almaq üçün təkrar su səthinə dönmək məcburiyyətindədir. Bu səbəbdən bu şəkildə suya girərək bəslənməsi qeyri-mümkündür.

Sürfənin başıaşağı su içində dayanarkən yemək yeyə bilməsi üçün, doğuşdan ona verilmiş çox əhəmiyyətli mexanizm vardır. Bu mexanizm sayəsində ovuna özü gedə bilməyən sürfə, suyu hərəkətləndirərək ovunu ayağına gətirir. Ağzının iki yanında, 4 dəst halında olan incə tüklü fırçanı sürətli şəkildə yelləyərək suda axıntı yaradır. Beləcə suda olan bakteriyalar, suyun hərəkətiylə sürfənin ağzına gəlirlər. Sürfə də bu fırçalara ilişən bakteriyaları yeyir. Bir ağcaqanad sürfəsi bu metoddan istifadə edərək gündə 100-1000 sm3 suyu süzə bilir.

Göründüyü kimi, sürfənin xüsusiyyətlərində çox açıq dizayn vardır; ağzının ətrafındakı fırça, heyvanın bəslənə bilməsi üçün verilmiş xüsusi alətdir. Sahib olduğu bu sistem sayəsində sürfə boğulmadan qidasını əldə edər. Sonsuz şəfqət sahibi olan uca Allahın “ruzi verən” (Rəzzaq) sifətinin təcəlli etməsi ilə ağcaqanad sürfələri qorunarlar. Allah hər canlını qüsursuz olaraq yaratmışdır. Quranda hər canlıya Allah tərəfindən ruzi verildiyinə belə diqqət çəkilir:

Neçə-neçə canlılar vardır ki, ruzisini öz yanında daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir.(Ənkəbut surəsi, 60)

1. Solunum Borusu
2. Larvanın Besinleri Topladığı Fırçalar

Başıaşağı Nəfəs Almaq

İnkişaf dövründə davamlı yemək yeyən sürfənin təməl ehtiyaclarından biri də nəfəs almaqdır. Yaxşı sürfə necə olur ki, eyni anda həm başıaşağı dayanıb nəfəs alır, həm də qidalanır?

İnsanlar suyun içində nəfəs ala bilmək üçün bəzi xüsusi alətlərdən (oksigen balonu, tənəffüs borusu, hava nasosu, və s.) istifadə edirlər. Ağcaqanad sürfəsi də, bunlara bənzər dalma təchizatına doğuşdan sahibdir. Suyun içində başıaşağı dayanarkən, bədəninin arxa tərəfində olan tənəffüs borularıyla nəfəs alır. Bəzi sürfələr də suya paralel durur və qarınlarında olan üç tənəffüs dəliyini istifadə edərlər. Bu sistemlər, dalğıcların istifadə etdiyi tənəffüs borusu və hava nasoslarının bənzəridir.

İnsana bəlkə də bioloji təfərrüat kimi gələn bu cümlələr əslində çox əhəmiyyətli gerçəyi ortaya çıxarır: Əgər ortada belə ağıllı dizayn varsa, mütləq onu yaradan üstün ağıl sahibi Yaradıcı vardır. Bu uca Yaradıcı, “aləmlərin Rəbbi” olan yəni ən kiçikdən ən böyüyə qədər bütün dünyaların, bütün aləmlərin hakimi, təlimatçısı və nizamlayıcısı olan Allahdır.

Allah yaratdığı varlıqlar üzərində sənətini təcəlli etdirərək insanlara Öz varlığının dəlillərini göstərir. Bu sənət, insan beyninin kompleks quruluşundan kosmosun sonsuzluğuna, ağcaqanadın həzm sistemindən insan bədənindəki mükəmməlliklərə və mikroskopik canlılara qədər hər yerdə açıq şəkildə görünür.

Fatir surəsinin 40-cı ayəsində Allah belə buyurur:

De: “Allahdan başqa yalvardığınız şəriklər haqda düşündünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərin yaradılmasında şərikliyi var?” Yaxud onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər. (Fatir surəsi, 40)

Küçük bir su birikintisinde bazen yüzlerce, bazen de binlerce sivrisinek larvası bulunabilir.

Tənəffüs Borusuna Su Düşərsə...

giriş

1. Ağzın Etrafındaki Fırçalar
2. Baş
3. Göğüs
4. Karın

Larvanın şnorkelinin ucunda bulunan özel yağ sayesinde şnorkelin içine su kaçmaz.
Bu yağın özelliği hidrofob (suyu iten) bir yağ olmasıdır.

Böylesine özel yapılı bir kimyasalın, böylesine özel bir görev için en doğru ve en uygun yerde bulunması, evrim teorisinin hiçbir şekilde açıklayamayacağı büyük bir yaratılış delilidir.

Ağcaqanad sürfələri tənəffüs borusuna oxşar orqanları sayəsində suyun daxilində rahatlıqla həyatlarını davam etdirərlər. Ancaq tənəffüs borusu ilə nəfəs almanın təhlükəsi vardır. Əgər suda meydana gələcək dalğalanma, ya da külək tənəffüs borusunun içinə su girməsinə səbəb olarsa bu, ağcaqanadın boğulmasına səbəb olar.

Ancaq xüsusi tədbir sayəsində ola biləcək təhlükənin sürfəyə zərər verməsinin də qarşısı alınmışdır. Tənəffüs borusunun havay ilə təmasda olan uc hissəsi doğuşdan xüsusi yağla örtülüdür. Bu yağın xüsusiyyəti suyu itələyən (hidrofob) yağ olmasıdır. Sürfə başıaşağı su içində dayanarkən, bu yağ sayəsində tənəffüs borusunun dəliklərindən içəri su girə bilməz.

Bu ifrazat xüsusi olaraq su üçün yaradılmışdır. Sürfə sudan başqa mayenin, məsələn neftin içinə qoyulduğunda, ifrazat vəzifəsini yerinə yetirə bilməz. Neft tənəffüs borusundan içəri girər və sürfənin boğulmasına səbəb olar.

10 millimetrlik sürfənin, bir neçə millimetr uzunluğundakı tənəffüs borusunun ucunda belə xüsusi yağın mövcud olması, üzərində durulmadan keçiləcək mövzu deyil. Təfərrüatlara diqqət edək:

-Suyun tənəffüs borusundan içəri girmə riskinə qarşı belə xüsusi tədbir alınması,

-İfrazatın tam ehtiyac duyulan yerdəki, yəni tənəffüs borusunun ucundakı hüceyrələr tərəfindən ifraz olunması,

-Bu yağlı ifrazatın hər yeni nəsildə əvvəldən mütləq mövcud olması ...

Bütün bunların varlığı təsadüflərlə açıqlana bilərmi? Əlbəttə ki, yox. Çünki təsadüflər qarışıqlığa səbəb olur. Milyardlarla təsadüfün ardı-arda sıralanması isə xaos deməkdir. Bir-birindən müstəqil hissələrdən ibarət olan, amma bu hissələrin uyğunlaşması sayəsində ortaq məqsədə xidmət edən sistemlər və mexanizmlər, xaos nəticəsində deyil, ancaq şüurlu dizayn nəticəsində ortaya çıxa bilirlər.

Təkamül nəzəriyyəsi isə mövcud canlıların bugünkü hallarına daha sadə quruluşda olan canlıların zamanla inkişafı nəticəsində çatdığını irəli sürər. Təkamülə görə bu inkişaf, zamanla meydana gələn təsadüfi dəyişmələrin, pillə-pillə bir-birinə əlavə olunması nəticəsində reallaşmışdır.

Hər nə qədər latınca adlar və mürəkkəb terminlərlə “elmi” bir don geyindirilməyə çalışılsa da, təkamül nəzəriyyəsinin təməl məntiqi tək sözlə ifadə edilə bilər: “Təsadüf”.

İndi ağcaqanadın nəfəs almasını təmin edən xüsusi quruluşun necə mövcud ola biləcəyini, təkamül nəzəriyyəsinin iddialarını da nəzərə alaraq araşdıraq.

Təkamülə görə bundan minlərlə il əvvəl daha sadə quruluşlu ağcaqanadlar tapılmalı idi. Bu xəyali ssenariyə görə, o zamankı ağcaqanadların tənəffüs borularının hələ formalaşmadığını fərz edək. Yaxşı, o zaman ağcaqanad sürfələri nə edəcəklər?

1) Sürfə suyun içində başıaşağı dayana bilməyəcək, nəfəs almaq üçün başını suyun üzərində tutacaqdı. Bunun qaçınılmaz nəticəsində isə əlbəttə ki, bütün sürfələr aclıqdan ölərdi.

2) Təsadüfən sürfənin bədəninə tənəffüs borusu əlavə olunduğunu fərz edək (bunun texniki olaraq imkansızlığına sonra toxunacağıq), tənəffüs borusunun ucunda olan və suyun boruya girməsinə mane olan yağ olmadığı üçün sürfə boğularaq öləcəkdi. Sürfə, bu yağı sintez edən hüceyrələrin bədənində meydana gəlməsini gözləyə biləcəyi tək bir saniyəsi belə ola bilməyəcəkdi. Göründüyü kimi bu, təkamül nəzəriyyəsinin öz daxilində ziddiyyətli vəziyyət meydana gətirir.

3) Tənəffüs borusunun və bu borunun ucunda olan yağın eyni anda hansısa şəkildə sürfə bədəninə daxil olduğunu fərz edək. Bu yalnız o sürfənin həyatını qurtarardı. Çünki sürfə, bədənində baş verən dəyişikliyi sonrakı nəsilə ötürə bilməyəcək. (Barmağı kəsilən qadının uşağının əksik barmaqla doğulmaması kimi.) Halbuki, bədəndəki dəyişikliyin sonrakı nəsilə ötürülə bilməsi üçün, təkamülün yeni orqan və ya orqanoid meydana gətirməklə deyil, həmçinin bunun genetik kodunu da canlının çoxalma hüceyrələrində olan DNT-yə əskiksiz olaraq əlavə etməsi lazımdır.

Bu nöqtə çox əhəmiyyətlidir. Buna görə mövzunu başqa nümunə üzərində araşdıraq. Təkamülçülərin iddia etdikləri kimi insanın xəyali atalarından biri olduğunu zənn edəcəyimiz canlının bədəninə yeni bir orqan, məsələn, qaraciyərin əlavə olunmasını düşünək. Qaraciyərin genetik kodu, milyonlarla şifrədən ibarətdir. Bu şifrələrin hamısının eyni anda, o canlının çoxalma hüceyrələrindəki DNT-yə əlavəsi lazımdır ki, sonrakı nəsildə də ortaya qaraciyər çıxsın. Milyonlarla şifrə içində ediləcək tək səhv, qaraciyərin formalaşmamasına, daha doğrusu işə yaramamasına və canlıya fayda deyil, zərər verməsinə gətirib çıxarar. Bəhs etdiyimiz xəyali canlı həyatını davam etdirə bilməz və yox olub gedər.

Burada bir nöqtə daha vardır. Haqqında bəhs etdiyimiz canlı, bədənində qaraciyər yaranana qədər nə edəcək? Qaraciyərin bədəndə icra etdiyi zəruri funksiyaları hansı orqan edəcək? Göründüyü kimi, belə canlının bir zamanlar var olduğunu düşünmək belə məntiqsizdir. İlk insan, tam və qüsursuz şəkildə ortaya çıxmış; yəni yaradılmış olmalıdır.

Eyni şəkildə ağcaqanad da, sahib olduğu xüsusiyyətləri DNT-sində genetik şifrə olaraq daşımaq məcburiyyətindədir. Əks halda sonrakı nəsildə bu xüsusiyyətlər olmayacaq. Ağcaqanadın atası olduğu fərz edilən xəyali canlının çoxalma hüceyrələrinə, həm tənəffüs borusunun, həm də bu borunun ucundakı hüceyrələrin ifraz etdikləri yağın genetik şifrələrinin eyni anda, tam, səhvsiz olaraq əlavəsi lazımdır ki, bu, qeyri-mümkündür. Bunun mənası da yenə ağcaqanadın səhvsiz və qüsursuz şəkildə bir anda var olduğu, yəni yaradıldığıdır.

1. Hava Tüpü (Snorkel)
2. Karın Bölgesi

3. Göğüs Bölgesi
4. Kafa Bölgesi

Suyun çevrimini, dolayısıyla besinin ağza ulaşmasını sağlayan fırçalar

Yaxşı, ağcaqanad tənəffüs etdiyi havanı bədəninə necə paylayacaq?

Ağcaqanadın tənəffüsü bu şəkildə reallaşar:

Ağcaqanadın aldığı hava, iki kiçik torbacığa dolar. Bu torbacıqlar bədənə yayılan kapilyar xətlərə bağlıdırlar və bu xətlərlə havanı hər yerə paylayırlar. Torbacıqların arasında ağcaqanadın ehtiyacına uyğun ürək vardır. Ürək, nizamlı döyüntülərlə torbacıqları nasoslayaraq, havanın bədənə dağılmasını təmin edər.

Ürəkdən dərhal sonra da mədə və bağırsaqlar gəlir. Burada bəhs etdiyimiz ürək, mədə və bağırsaqlar da qüsursuz olaraq ağcaqanadın orqanizmində olmalıdır. Tənəffüs sistemi ilə yanaşı, bu orqanlar da ağcaqanadın yaşaması üçün zəruridir. Ağcaqanad tam olaraq var olmaq məcburiyyətindədir, sahib olduğu xüsusiyyətləri zaman ərzində qazanmış olması mümkün deyil.

Üstəlik, bu xüsusiyyətlər hər ağcaqanad növündə müxtəlif olur. Məsələn, Mansoniya növünün sürfəsi, nəfəs ala bilmək üçün su səthinə çıxmaz. Bunun əvəzinə, olduqca ağıllı və çətin üsul izləyər.

Su Üzərinə Çıxmadan Nəfəs Alan Sürfə

 

Su altındakı oksigen, suda həll olaraq mövcuddur və burada yaşayan bütün canlılar (bitkilər və heyvanlar) bundan istifadə edirlər. Həmçinin bitkilər köklərində və toxumalarında bu oksigeni yığırlar. Mansoniya ağcaqanadlarının sürfəsi də bitkilərdəki bu “qablaşdırılmış” oksigeni istifadə edərlər. Sürfədə, su bitkilərinin köklərini və toxumasını deşməyə və bunların içindəki havanı çəkməyə yarayan mişar formasında orqan vardır. Bundan istifadə edərək oksigen ehtiyacını rahatlıqla qarşılayar və suyun altında davamlı olaraq qala bilər.

Burada yenə açıq dizayn vardır. Su səthinə çıxmayan Mansoniya sürfəsinin quruluşunda, bitki köklərini deşə bilməsi və bu köklərin içlərindəki havanı çəkə bilmələri üçün lazım olan hər şey vardır.

Üstəlik sürfə, bədənindəki bu “alət”lərin nə məqsədlə ona verildiyini bilir. Sürfənin bildikləri bununla bitməz. Sürfə oksigenə ehtiyacı olduğunu və bu oksigenin bitkilərin köklərində olduğunu da hansısa şəkildə bilir. Yalnız 1.5 mm. hündürlüyündə və dünyaya yeni gəlmiş sürfənin bütün bunları bildiyi isə təsadüf iddiaları ilə açıqlana bilməz.

Yanındakı Düşmən

Bütün ağcaqanad sürfələrini suda öz halında üzən və bəslənmək üçün bakteriyalarla kifayətlənən sakit canlılar olaraq təyin etmək doğru olmaz. Bəzi növlərin sürfələri olduqca yırtıcıdır. Bu dövrdə davamlı olaraq bəslənən bəzi sürfə növləri yemək tapa bilmədiklərində də bir-birlərini yeyərlər. Buna görə sürfələrin təhlükəsizliyi üçün təmiz sular deyil, bakteriya ilə zəngin çirkli sular daha uyğundur. Bu cür sürfələrin olduğu təmiz sularda, sal şəklindəki yumurta qrupunun içindən bəzən yalnız bir neçə sürfə həyatda qalar.

Ancaq ana ağcaqanad sanki bunu bilir və yumurtalarını qoymaq üçün daha çox çirkli suları seçər. Çirkli sularda, sal şəklindəki bu yumurtalardan təxminən 100-ü sağlam olaraq çıxar.

Diqqət edilsə, bu nöqtədə də ana ağcaqanadın etdiyi şüurlu seçimdən bəhs edilir. Ağcaqanad biri təmiz, biri çirkli iki fərqli suyla qarşılaşdığında çirkli suyu seçər.

Görəsən ağcaqanad, növünün davamı üçün etibarlı olan bu tədbirləri düşünərəkmi, yoxsa müşahidə edərəkmi tapmışdır? Əlbəttə ki, ağcaqanadın təcrübə qazanması, bu istiqamətdə qərarlar verməsi və bunu gələcək nəsillərə ötürməsi mümkün deyil.

sundew bitkisi, avcı bitkiler

Axıntılı Sularda Nə Edərlər?

Axıntı olan yerlərdə böyüyən sürfələr yaşamaq üçün nələrəsə yapışmaq məcburiyyətindədirlər. Bədənlərindəki dəstək sistemləriylə bu problemin altından asan şəkildə qalxarlar.

Çox sürətli axan sularda olan bəzi sürfə növlərinin arxalarında 45 dərəcəlik əyilmə edərək bədənləriylə birləşmiş uzun itələyən mövcuddur. Bu itələyən ucunda olan kiçik aparatın qarmaqları sayəsində sürfə hər hansı bir yerə yapışa bilir və özünü axıntıdan qoruyur. Xüsusilə Heptegina cinsi ağcaqanadın sürfəsi bu sorucu sayəsində güclü axıntılara dözə bilər.

sundew bitkisi, avcı bitkiler

Ağcaqanadın Evi

Bəzi ağcaqanad sürfələri isə doğuşdan memardırlar. Özlərini haralarasa yapışdıracaq sorucuları olmayan bu sürfələr, həm düşmənlərindən qorunmaq, həm də axıntıya qarşı çıxa bilmək üçün öz evlərini özləri düzəldərlər. Bu isə maraqlı və heyrətamiz işdir, çünki hər mərhələsi çətinliklərlə doludur.

Əvvəlcə yumurtadan çıxan sürfə, təhlükəsizliyini təmin etmək və axıntıya qarşı çıxa bilmək üçün evə ehtiyacı olduğunu bilməli, bunun üzərinə ev düzəltməyə qərar verməlidir.

İkinci mərhələdə sürfə plan qurmalıdır. Ancaq ortada bir problem vardır. Sürfənin əlində nə bir texniki alət, nə də alət kimi istifadə edə biləcəyi orqan -dimdik, pəncə, əl və s.- vardır. Üstəlik, ev düzəldə bilmək üçün su altında çox vəsait də yoxdur.

Ancaq bütün ehtiyacları əvvəldən düşünülmüş olan sürfə, ev düzəltməsi üçün zəruri vəsaitə də doğuşdan sahibdir. Asanlıqla şəkil verə biləcəyi jelatin kimi maddə ifraz edər. Bu maddəni ən doğru şəkildə istifadə edən sürfə, özü üçün ən uyğun şəkildə, iki tərəfi açıq boruya bənzər yuva düzəldər. Bu yuvanı palçığa və ya quma basdırar, ya da yanında daşıyar.

Burada diqqət yetirilməli olan, sürfə doğulan kimi özünü zəmanətə almaq üçün ev düzəltməyə başlaması və ehtiyacı olan maddəni bədənində hazır tapmasıdır.

Suyun altında təsirli olacaq, suya baxmayaraq asan şəkil veriləcək maddənin ifraz olunması üçün təhsil alınması qısacası, müəyyən səviyyədə kimya biliyi lazım olduğu açıqdır. Sürfə kimyagər olmadığına görə bu ifrazatı öz zəka və biliyi ilə ifraz edə də bilməz. Belə bir ehtimalı düşünmək son dərəcə ağıl və məntiqdən uzaqdır. Bütün imkansızlığına baxmayaraq sürfə öz ağlı və zəkasıyla belə bir şeyi istehsal etdiyi fərz edilsə belə bunu istehsal edən sistemi öz bədəninə yerləşdirməsi kimi ehtimal düşünülə bilməz. Belə yuva qurub quma basdırmağı da öz-özünə planlaşdıra bilməyəcəyi açıqdır.

Hər hansı sürfə, bu xüsusiyyətləri təsadüfən və ya təcrübəylə hansısa şəkildə qazanmış olsa belə əldə etdiyi məlumatları sonrakı nəslə ötürə bilməz. Əgər bir canlı hansısa məlumata doğuşdan sahibdirsə, bu məlumatı ən doğru şəkildə istifadə edirsə və bu məlumatı istifadə edə bilmək üçün bütün imkanlara və vəsaitlərə doğuşdan sahibdirsə, bunun tək mənası vardır: Bütün bunlar üstün ağılın idarəsi altında reallaşır və bu canlı ilə birlikdə var edilmişdir. Bu məlumat və xüsusiyyətləri, canlıya verən üstün ağılın sahibi, hər şeyi yoxdan var edən Rəbbimizdir. Ayədə belə buyurulur:

...Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.. (Yunis surəsi, 61)

sundew bitkisi, avcı bitkiler

Günəş Altında Və Suyun İçində Saatlarla Qalanda Nə Olar?

giriş
 

Buraya qədər ağcaqanadların sürfə və pup dövrlərinin hamısını suyun içində keçirdiklərindən və ümumiyyətlə su səthində, ya da səthə yaxın yerlərdə olduqlarından bəhs etdik. Su molekulları, günəş şüalarını çox əks etdirdiyi üçün, təbii olaraq, zamanla sürfə də bundan mənfi istiqamətdə təsirlənməli idi. Halbuki sürfə günəşdən heç təsirlənməz. Çünki baş verə biləcək problemlər də ağcaqanadın orqanizmində olan piqment sayəsində daha başdan həll edilmişdir.

Bu piqment, hamısı sidik turşusu zərrəcikləriylə doldurulmuş olan sistitlərə bənzəyən hüceyrələr şəbəkəsindən ibarətdir. Sidik turşusu, şəffaf olan sürfə və pup üçün günəşə qarşı qoruyucu vəzifəsi görər, ağcaqanad da bunun sayəsində günəş altında qovrulmaqdan xilas olar.

Ağcaqanadların sahib olduqları bütün xüsusiyyətlər yaradılış dəlilləridir. Bu, açıq-aydın həqiqəti bir daha görmək üçün belə düşünək: Sadəcə bu qalxan belə sürfənin bədənində olmasa, digər bütün xüsusiyyətlərinin mənası qalmaz, sürfə günəş altında qovrularaq ölərdi.

Buraya qədər verilən bütün nümunələr tək həqiqətə işarə edir. Ağcaqanadı ağcaqanad edən bütün xüsusiyyətlərinin ortaya çıxmasını təmin edən Allah bənzərsiz gücün və elmin sahibidir. Allahdan başqa ilah yoxdur. Allah, Quranda Özündən başqa ilah qəbul edilməməli olduğunu bizə belə xəbər vermişdir.

Məgər müşriklər Ondan başqa məbudlaramı tapınmışlar? De: “Sübutunuzu göstərin! Budur mənimlə olanların zikri və məndən öncəkilərin zikri”. Lakin onların çoxu əsl həqiqəti bilmir və ondan üz çevirərlər.(Ənbiya surəsi, 24)

Qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur. O, iman gətirib yaxşı əməllər edənlərin duasını qəbul edər və Öz lütfünü onlara artırar. Kafirlər üçün isə şiddətli əzab hazırlanmışdır.(Şura surəsi, 25-26)

Böyük Dəyişmə: Pup Dövrü

Ağcaqanadların çoxunda sürfə dövrü bir həftəyə qədər davam edər. Bu müddətin uzunluğu daha çox temperatura bağlıdır, amma qidalanma ilə də bilvasitə əlaqədardır.

Sürfə gedərək böyüyər, dərisi qısa müddət sonra daha çox böyüməsini əngəlləyəcək şəkildə gərginləşməyə başlayar. Bu da ilk dəri dəyişmə zamanının gəldiyi mənasını verər. Artıq sürfə pup dövrünə keçməyə hazırdır.

Dəyişmə Başlayır

 

Yaxşıca böyüyən sürfə sərt dərisini aça bilmək üçün iti alətə ehtiyac duyar. Bu mərhələdə pupun hər hansı şəkildə yardım alması mümkün deyil. Bu problemi də öz başına həll etmək məcburiyyətindədir.

O ana qədər sürfə, inkişafının hər mərhələsində ehtiyacı olan şeyləri asanlıqla tapmışdır. Hər şeyi qüsursuz edən Allah, sürfənin tam olaraq ehtiyacına istiqamətli xüsusiyyətlərdə orqanla yaratmışdır.

Sürfənin başının arxasında, sərt dərini qırmağa yarayan orqan vardır. Bu orqan dəri dəyişikliyindən dərhal sonra bədəndən atılar. Əgər bu orqan meydana gəlməsəydi, ya da daha gec əmələ gəlsəydi, sürfə dərisinin içindən çıxa bilməyəcəyi üçün sıxışaraq öləcəkdi.

Altdan gələn yeni dəri isə, yumşaq və elastikdir. Sürfənin böyüməsi də bu elastik dəri sayəsində asanlaşmış olur. Ağcaqanad sürfəsi inkişafını tamamlayana qədər 3 dəfə daha dəri dəyişdirəcək. Cəmi 4 dəfə dəri dəyişdirərək inkişaf edər və nəhayət 10 m uzunluğuna çatar.

Ağcaqanad qurdcuqları artıq gerçək ağcaqanad olmaq üçün son mərhələ olan “pup” dövrünə girmişlər. Bu ən çox bir neçə gün davam edən çox qısa mərhələdir və bu dövrdə pup bəslənməz. Ağcaqanadın irəlidə ayaq və qanadlarının yer alacağı sinə (toraks) qismiylə birləşmiş olan başı böyük və yuvarlaqdır. Bu mərhələdə da ağcaqanad yeni canlı kimidir və ehtiyacları da dəyişmişdir.

Yeni Bədən, Yeni Ehtiyaclar, Yeni Həll Yolları...

Sürfədən pupa keçid dövründə tənəffüs boruları bağlanar. Bu, sürfənin nəfəssiz qalması deməkdir. Ancaq olduqca heyratamiz inkişaf olar və pupun ön tərəfində iki yeni hava borusu çıxar. Bir daha ağcaqanad, özü üçün xüsusi hazırlanmış inkişaf proqramı sayəsində həyatda qalmağı bacarar. Sürfə bu iki yeni hava borusunu su səthinə çıxararaq nəfəs almağa başlayar.

Puplar, nəfəs ala bilmək üçün suyun səthinə yaxın dururlar. Hərəkətləri çox sürətlidir, amma bəslənməyə ehtiyacları yoxdur. Pup dövrü 3-4 gün içində sona çatar.

Pup dövrünün sonuna doğru, ağcaqanadın rəngi tamamilə tündləşər, dərisi şəffaflaşar. Beş gün içində, pupun şəffaflaşan dərisi açılər və yetkin ağcaqanad sudan çölə çıxacaq hala gələr. Bu çıxış anı, həqiqətən də insanı heyran buraxacaq ustalıq nümayişidir. Çünki gənc ağcaqanad, suyun içində üzməkdə olan pupundan, suya heç dəymədən çıxar. Bunu bacarması isə şərtdir, çünki islanmış qanadlarla uçması mümkün deyil.

Qanadlar və ayaqlar pup mərhələsindəykən inkişaflarını tamamlamışlar və pup içində istifadəyə hazır şəkildə gözləyirlər.

Ağcaqanadın Çətin Olanı Bacarması

giriş

Larva döneminden sonra suyun altında sivrisinek için yepyeni bir dönem başlar. Pupa adı verilen bu dönem canlının yetişkin bir sivrisinek olmadan önceki son dönemidir.

Baramadan çıxmadan dərhal əvvəl pup nəfəs alaraq genişləyər. Bu genişləmənin təsiriylə barama ilk olaraq baş tərəfindən çatlayar. Bu əhəmiyyətli təfərrüatdır, əgər bu barama baş tərəfdən deyil, alt tərəfdən başlasaydı, ağcaqanad suyun səthinə çıxa bilməzdi və boğularaq ölərdi.

Çıxmağa hazırlanan ağcaqanad bu mərhələdə böyük təhlükə ilə qarşı-qarşıyadır. Çatlayan baramanın içinə su girsə bu onun sonu olacaq. Əlbəttə ki, bu təhlükənin qarşısını alacaq tədbirlər də əvvəldən alınmışdır. Baramanın yırtılan baş tərəfi, ağcaqanadın başının su ilə təmasını əngəlləyəcək xüsusiyyətlərə sahib, yapışqan maye ilə örtülmüşdür. Bu maye, eynilə heyvanın daha əvvəl istifadə etdiyi “tənəffü borusu” nun mayesində olduğu kimi, suyu itələyən (hidrofob) quruluşa malikdir. Bu xüsusi maye pupun baş tərəfində olmasaydı, çatlayan baramanın içinə su dolardı. Qanadları və bədəni islanan ağcaqanad, barama ilə birlikdə batardı.

Ağcaqanadın baramasından çıxarkən qarşı-qarşıya olduğu təhlükələr bununla da məhdudlaşmaz; onu yeni çətinliklər gözləyir. Suyun içində onu möhkəm əhatə edən baramanın içindən çıxmağa çalışan ağcaqanadın vəziyyətini düşünək:

Tarazlığı pozulub baramanı tərs çevirə bilər. Çıxarkən su ilə təmas edib islana bilər. Hər iki ehtimal da ağcaqanadın boğulması deməkdir.

Pup nəfəs almağa davam edir. Əsəcək ən kiçik külək onun suya dəyib islanmasına və beləcə ölməsinə səbəb olacağı üçün, ağcaqanad pupdan çıxmaq üçün küləksiz anı seçər. Sonra başını və qabaq ayaqlarını baramanın içindən yavaş-yavaş çıxarar. Qabaq ayaqlarını su səthinə söykəyib, bədəninin qalan qismini suyun içindəki baramadan çölə çıxarar. Burada ağcaqanadın ayaqlarının da mükəmməl dizaynla yaradıldığı görülür. Ağcaqanadın ayaqlarında, suya batmasını əngəlləyəcək xüsusi quruluş vardır.

Əgər ağcaqanadın ayaqlarında bu xüsusiyyət olmasaydı, heyvan suyun üzərinə çıxa bilmədən, baramanın içində boğularaq ölərdi.

Baramadan çıxdıqdan sonra ağcaqanad bir müddət suyun üstündə dincələr və daha sonra da uçub gedər.

Bu möcüzəvi dəyişmədə əlbəttə üzərində diqqətlə düşünülməli olan başqa nöqtələr də vardır:

- Suyun içində yaşayan sürfənin, uçmağın nə demək olduğunu bilməsinə imkan yoxdur. Ancaq uçmaq üçün lazım olan qanadlar, o daha suyun içindəykən qüsursuz olaraq var olmuşlar.

- Əgər uça biləcəyi qanadların və suyun üzərində dayanmasını təmin edəcək quruluşdakı ayaqların inkişafı, ağcaqanad suyun içindəykən inkişaf etməsəydi, bu onun sonu olardı. Ağcaqanad pupdan çıxan kimi boğulardı. Halbuki, hər şey tam zamanında hazırdır.

Ağcaqanadın dünyaya gəlməsindəki bütün mərhələləri lap əvvəldən düşündüyümüzdə heyvanın yumurta olaraq suya buraxılmasından uçmasına qədər keçən mərhələlərin hamısının, tək başına yaradılış möcüzəsi olduğunu görərik. Ağcaqanad xarici dünyaya açılana qədər yüzlərlə təhlükəli mərhələlərdən keçər. Bunların hər birindəki həssas tarazlıqlar və incə nizamlar sayəsində bu mərhələləri aşaraq həyata gözlərini açar.

Göründüyü kimi ağcaqanadda, son dərəcə qüsursuz və incə dizayn vardır. Məhz bu səbəblə, tək ağcaqanad belə Allahın yaradılışındakı möhtəşəmliyi göstərdiyi üçün əhəmiyyətli dəlildir. Allah ayəsində, “Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz" (Bəqərə surəsi, 26) şəklində buyuraraq bu həqiqəti bizə xəbər verir. Kainatdakı hər canlı-cansız varlıq kimi bu kiçik heyvan da Rəbbimizin ayələrinin təcəllisidir.

1. Pupa

2. Larva

Pupa döneminde, suyun içindeki koza kabuğunun altında sivrisineğin kanatları ve bacakları tam olarak şekillenir. Suyun altında, uçuş için gerekli ola n yapının tamamlanması son derece önemlidir. Yabancı bir ortamda uçmayı sağlayacak kusursuz bir yapının su altında bir kabuk içinde tüm detaylarıyla tamamlanması yaratılışın çok güzel bir örneğidir.

 

En Eski Sivrisinek Fosili

Bu fosilde sivrisinek kan emerken fosilleşmiş. Gövdesi şişkin ve koyu renklidir.

Küçük veya büyük olsunlar canlıların tümü, oldukça üstün donanımlara ve son derece kapsamlı davranış şekillerine sahiptirler. Allah bu küçük canlılarda yaratma sanatının yüceliğini ve eşsizliğini bize gösterir. Bizim yapamayacağımız pek çok şeyi bu canlılar milyonlarca yıldır yaparlar. Allah'ın kendilerine ilham ettiği gibi davranırlar.

Fosil kanıtları da bize sivrsineklerin ilk var oldukları andan bugüne kadar hiçbir değişim geçirmediklerini göstermektedirler. Aşağıdaki fotoğrafta 2013 yılında Amerika'nın Montana eyaletinde bulunmuş bir sivrisinek fosili görülmktedir. 46 milyon yaşındaki bu sivrisinek fosili çok önemli bir gerçeğin kanıtıdır. Canlılar ilk yaratıldıkları andan itibaren mükemmel yapılara sahiptirler. Fosil dikkatlice incelendiğinde sineğin her organının eksiksiz ve yerli yerinde olduğu rahatlıkla görülebilmektedir.

Bu fosilde sivrisinek kan emerken fosilleşmiş. Gövdesi şişkin ve koyu renklidir.

 

Sivrisinekler Nasil Su Üstünde Batmadan Yürüyebilirler ?

Bilindiği gibi sivrisinekler yavrularını su yüzeyine bırakırlar ve bırakılan bu larva kümesi adeta bir kayık gibi batmadan su üstünde durabilmektedir.

Son yapılan araştırmalarda sivrisineklerin kendisinin de su üstünde nasıl durduğu ile ilgili önemli bilgiler elde edildi. Liaoning Teknoloji Üniversitesi ve Çin Petrol (Huadong) Üniversitesi'ndeki bilim insanlarının yaptığı çalışmaya göre sivrisineğin sahip olduğu vücut mimarisinin genel olarak böceklerden beklenenin çok ötesinde bir tasarıma sahip olduğu ortaya çıktı. Bu detaylı özellikler sayesinde sivrisinek suyun üzerinde batmadan rahatlıkla yürüyebiliyor. Şimdi bu mimariyi dikkatlice inceleyelim.

Sivrisinek bacağı, karnın üst bölgesine bağlıdır. Karından çıkan ilk bölüm bükülmeyen yapıdaki "uyluktur (femur)", ikincisi yine bükülmez yapıdaki "tibia"dır ve son bölüm ise "tarsus" adında bu sefer esnek, uzun ve dallanmalar şeklinde ki bölümdür. Ayrıca bacağın tamamını örten mikroskobik pulcuklar bulunmaktadır. Tarsus bölümü canlının suya batmamasında, yani suyun yüzey gerilimin sonucundaki tepki kuvvetinin oluşmasında en önemli etkeni oluşturmaktadır.

sundew bitkisi, avcı bitkiler

Yırtılan kozanın baş tarafı, sineğin kafasının su ile temasını engelleyecek yapıda özel bir yapışkan sıvıyla kaplanmıştır. En ufak bir rüzgar bile sivrisineğin suya düşüp ölmesine yol açacağı için sivrisinek sudan sadece ayakları suya değerek çıkar. Su yüzeyinde duran sivrisineğin bir tek bacağı kendi ağırlığının 23 katını taşır.

Sivrisinek ayağının tarsus kısmını suyun üzerine uzatır (resimde görüldüğü gibi) ve su, bu tarsus bölümüne karşı güçlü bir tepki kuvveti uygular. Sivrisineğin 6 bacağı tamda olması gereken açılarda dağılım göstermektedir. Bacakların suya temas noktaları ve tarsus bölgesini örten mikroskobik pulcuklar sivrisineğin rahatlıkla suyun üzerinde durmasını sağlamaktadır; fakat tam ne kadar bir kuvvet oluştuğunu Prof. Jianlin Liu'nun yaptığı deney sonrasında anlıyoruz:

Liu, sivrisineğin tarsus bölgesine elektronik bir algılayıcı monte ediyor ve suya bırakıyor. Hesaplamalar sonrasında sivrisineğin 6 bacağına su tarafından uygulanan tepki kuvvetinin kendi ağırlığının 20 katı güçte olduğu ortaya çıkıyor. Prof. Liu bu durum karşısında "bu buluş klasik bilgilerimizi yıkarak, sivrisineklerde daha uzun bacakların daha etkili kaldırma gücü oluşturduklarını ortaya koydu" demektedir. Bilim dünyası, bir cismin suya batmaması ile ilgili yeni bilgileri sivrisineklerden öğrenmektedirler.

Yani bir sivrisinek, suyun üzerindeyken kendi üstünde 19 tane daha sivrisineği taşıyabilmektedir. Şimdi araştırmacılar sivrisinek bacağını teknolojiye uyarlayarak, su üstünde taşıyıcı robot ayaklar yapmaya çalışıyorlar. Allah yarattığı canlılar ile insan hayatını kolaylaştıracak teknolojilerin bilgisini bizlere göstermekte ve öğretmektedir.

http://www.sciencedaily.com/releases/2015/03/150303123700.htm

 

4 / total 7
"Harun Yəhyanın Ağcaqanad Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net