< <
6 / total: 7

Nəticə

Dünya ədəbiyyatında, ağcaqanad haqqında yazılmış bir çox kitab, aparılmış saysız tədqiqat vardır. Ancaq bu kitabın məqsədi, bütün bu işlərdən çox fərqlidir. Məqsəd ağcaqanadın cütləşməsi, yumurtlaması, bəslənməsi haqqında ümumi məlumat vermək deyil.

sivrisinek mucizesi

Məqsəd, bu mövzu vəsiləsiylə insanın həyatındakı ən əhəmiyyətli gerçəyi xatırlamasını təmin etməkdir.

Məqsəd, insana, gerçək sahibimizi, yəni aləmlərin Rəbbi olan Allahı və Rəbbimizə qarşı olan məsuliyyətlərini xatırlatmaqdır.

Kitabda açıqladığımız bəzi möcüzələr, qısaca xatırlansa, adi canlı kimi görünən ağcaqanadın, insanlara göstərilmiş nə qədər böyük yaradılış dəlili olduğu bir daha aydın olar. Bunları belə sıralaya bilərik:

◉ Yumurtlama zamanı gələn ana ağcaqanadın, qarnındakı temperatur və rütubət reseptoru sayəsində ən uyğun bölgəni təsbit etməsi.

◉ Yumurtalarını suya buraxan ağcaqanadların, irəlidə balalarının qarşılaşacağı problemləri düşünərək müxtəlif tədbirlər almaları.

◉ Yumurtaların mənfi şərtlərdə -zamanları gəldiyi halda-çatlamadan uyğun şərtlərin meydana gəlməsini gözləmələri.

◉ Yumurtaların özlərini kamuflyaj etmə qabiliyyətləri.

◉ Ana ağcaqanadın yumurtalardan sal düzəldərək, yumurtaların itməsini və suya batmasını əngəlləmsi.

◉ Yumurtaların birləşdiklərində sal əmələ gətirə bilmələrinə uyğun quruluşa sahib olmaları, altlarında lazım olan xüsusiyyətlərdə hava boşluğunun olması.

sundew bitkisi, avcı bitkiler

◉ Malyariya ağcaqanadlarının yumurtalarının üzərində, yumurtaların suda batmalarını əngəlləyən xilasedici halqalara bənzər quruluşların olması.

◉ Dülgər ağcaqanadın, bitki köklərini kəsərək yumurtalarına ən uyğun ortamı hazırlaması.

◉ Yeni doğmalarına baxmayaraq bəzi sürfələrin, bitkilərin köklərində oksigen olduğunu bilib, kökləri kəsərək bu oksigeni əldə etmələri.

giriş

◉ Sürfələrin qidalanması üçün suda axıntı yaradaraq süzmələrini təmin edən, ağız ətrafındakı xüsusi dizayn edilmiş fırçalar.

◉ Sürfələrin özünə uyğun ev qurması və ehtiyacı olan bütün vəsaitin doğuşdan ona verilmiş olması.

◉ Axıntılı sularda yaşayan sürfələrin quyruqlarında olan və bir yerlərə yapışaraq axıntıya qapılmamalarını təmin edən qarmaqlar.

◉ Başaşağı suyun içində duran sürfənin, suyun üzərinə uzanan və nəfəs ala bilməsini təmin edən -dalğıcların istifadə etdikləri tənəffüs borusuna bənzəyən hava borusu.

◉ Borunun içində olan və borudan içəriyə suyun dolmasını əngəlləyən xüsusi izolyasiya maddəsi.

◉ Günəş altında günlərlə qalan və şəffaf dəriyə sahib olan sürfələrin, günəşdən qovrulmalarını əngəlləyən xüsusi sidik turşusu qalxanı.

◉ Pup dövrünə keçiddə, sürfənin qabığını qırmasına yarayan və bu mərhələdən sonra itən xüsusi orqan.

◉ Pupun son dəyişmə mərhələsində, su səthində baş tərəfindən çatlaması. (Başqa nöqtədən çatlarsa baramanın içi islanar.)

◉ Baramanın baş tərəfinin yenə xüsusi maddəylə izolyasiya olunması.

giriş

◉ Ağcaqanadın suyun içindəki pupdan, bədənini və qanadlarını suya heç təmas etdirmədən çıxarması.

◉ Suyun içində yaşayan canlı ikən, buradan qüsursuz uçuş maşını olaraq çıxması.

◉ Erkək ağcaqanadın, dişisini, qanad çırpma tezliyindən tanıya bilməsi.

◉ Ağcaqanadın ovunu dişləmək üçün istifadə etdiyi, altı hissədən ibarət olan kəsmə, deşmə və əmmə mexanizmi.

◉ Açtığı yaranı keyitməsi, beləcə qurbanına fərq etdirmədən qan əmə bilməsi.

Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz. (Ali İmran surəsi, 190-192)

Bu kitab və içində izah edilən ağcaqanadla əlaqədar möcüzəvi hadisələr, sizin üçün bəlkə də sandığınızdan çox daha əhəmiyyətlidir. Çünki bunları Öz varlığının dəlilləri olaraq yaradan Allah, insana bəzi məsuliyyətlər yükləmişdir. Bu məsuliyyətləri yerinə yetirmək də -bunun fərqində olsa da, olmasa da- insan üçün ən əhəmiyyətli mövzudur.

Allah ayəsində Özündən başqa gerçək dost və köməkçi olmadığını xəbər verir və qullarına belə buyurur:

Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.(Bəqərə surəsi, 257)

"Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə demək istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır."
(Bəqərə surəsi, 26)

 

"Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!”"
(Bəqərə surəsi, 32)

 

6 / total 7
"Harun Yəhyanın Ağcaqanad Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net